1 00:01:06,800 --> 00:01:09,110 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:01:12,140 --> 00:01:14,910 و الحمدللَّه ربّ العالمين 3 00:01:16,910 --> 00:01:23,020 و الصّلاة و السّلام علي سيّدنا ابي‌القاسم المصطفي محمّد 4 00:01:33,480 --> 00:01:37,820 و علي آله الأطيبين الأطهرين المنتجبين 5 00:01:38,820 --> 00:01:42,200 سيّما بقيّةالله في الارضين 6 00:01:42,510 --> 00:01:54,650 Zəhmət çəkib, uzaq yolun əziyyətinə qatlaşıb müxtəllif şəhərlərdən gəlmiş 7 00:01:57,970 --> 00:02:08,820 hörmətli bacı və qardaşlarım, 8 00:02:10,570 --> 00:02:14,170 hamınıza xoş gəlmisiniz deyirəm. 9 00:02:17,940 --> 00:02:30,620 Gəlişinizlə, iştirakınızla, xoş hisslərinizlə bu hüseyniyənin ab-havasını bərəkətləndirdiniz. 10 00:02:34,280 --> 00:02:43,680 Uzaq şəhərlədən gəlmiş bacı və qardaşlarımızı xüsusilə salamlayıram. 11 00:02:44,050 --> 00:02:56,400 Ümidvaram ki, Allah-taalanın rəhmət və bərəkəti 12 00:02:58,220 --> 00:03:03,620 siz bacı və qardaşlarımın hər birinə nəsib olacaqdır. 13 00:03:04,420 --> 00:03:15,050 Bugünkü görüşümüz mübarək zilqədə və xatirələrlə dolu 14 00:03:15,200 --> 00:03:22,600 şəhrivər ayına təsadüf edir. 15 00:03:22,910 --> 00:03:29,370 Zilqədə ayı bərəkət dolu bir aydır; 16 00:03:31,620 --> 00:03:41,570 eyni zamanda şəhrivər ayı da məna yüklü xatirələrlə doludur. 17 00:03:42,000 --> 00:03:48,220 Zilqədə ayı haram ayların birincisidir; 18 00:03:48,940 --> 00:03:57,970 bu ayın 11-i səkkizinci höccət İmam Rzanın (ə) mübarək döğum gününə 19 00:03:58,510 --> 00:04:01,140 və kəramət ongünlüyünə təsadüf edir. 20 00:04:04,000 --> 00:04:14,050 Bu ayın 23-ü Həzrət İmam Rzanın (ə) ziyarəti günü, 21 00:04:14,570 --> 00:04:21,620 25-i isə bərəkət dolu “Dəhvul-ərz” günüdür. 22 00:04:22,080 --> 00:04:29,620 Zilqədə ayının 14-dən 15-nə keçən gecə ilin mübarək gecələrindən olub özünəməxsus əməlləri vardır; 23 00:04:30,000 --> 00:04:38,250 bu ayın hər bazar günü isə tövbə və istiğfar günüdür, 24 00:04:39,200 --> 00:04:50,250 onun da özünəməxsus əməlləri mövcuddur. Mərhum böyük alim və arif Hacı Mirzə Cavad Mələki “Əl-müraqibat” kitabında yazır ki, 25 00:04:51,250 --> 00:04:58,880 bir gün İslam peyğəmbəri (s) üzünü səhabələrinə tutaraq buyurub: 26 00:04:59,420 --> 00:05:05,400 “Sizlərdən kim tövbə etmək istəyir?” Hamı: “Mən tövbə etmək istəyirəm” – deyə cavab verib 27 00:05:05,850 --> 00:05:08,280 (ehtimal ki, bu hadisə zilqədə ayında baş verib). 28 00:05:10,220 --> 00:05:14,650 Bu rəvayətə əsasən, Həzrət Peyğəmbər (s) buyurub ki, 29 00:05:16,020 --> 00:05:23,140 bu ayın hər bazar günü bu namazı qılın 30 00:05:23,710 --> 00:05:29,280 – kitabda xüsusi bir namaz qeyd olunur. 31 00:05:30,080 --> 00:05:39,050 Qısası, üç ardıcıl haram aylardan birincisi olan bu mübarək ayın 32 00:05:40,620 --> 00:05:50,020 gündüz və gecələri xeyir-bərəkətlə doludur; bu aydan faydalanmaq lazımdır. 33 00:05:50,450 --> 00:05:57,480 Şəhrivər ayı da xatirələrlə dolu bir aydır. 34 00:05:58,850 --> 00:06:06,820 1357-ci ilin 17 şəhrivər günü – yəni İslam İnqilabına bir neçə ay qalmış 35 00:06:07,570 --> 00:06:18,400 Tehranın “Şühəda” meydanında diktator Pəhləvi rejimi 36 00:06:19,340 --> 00:06:29,620 günahsız, arxa-dayaqsız insanları silah atəşinə tutub çoxlu sayda 37 00:06:31,280 --> 00:06:39,620 insan qırğını törətmişdi; ölənlərin dəqiq sayı hələ də bizə məlum deyil, 38 00:06:41,420 --> 00:06:44,740 amma sayları olduqca çox olmuşdur. 39 00:06:48,770 --> 00:06:59,770 Elə bu şəhrivər ayında o dövrdə ölkə başçısı olan mərhum şəhid Rəcai və baş nazir 40 00:07:00,020 --> 00:07:05,620 mərhum şəhid Bahünər qətlə yetirilmişlər. 41 00:07:09,020 --> 00:07:22,200 O vaxt ölkənin baş prokroru olan şəhid Ayətullah Quddusi də bu ayda terror edilərək öldürülmüşdür. 42 00:07:23,940 --> 00:07:35,620 Bu şəhrivər ayında Təbriz şəhərinin imam cüməsi münafiqlərin əli ilə şəhid edilir. 43 00:07:40,800 --> 00:07:53,450 Bu ayda – şəhrivərin son günlərində Səddam rejimi ölkəmizə hücüm etmişdir. 44 00:07:55,080 --> 00:08:01,020 Bütün bunlar maraqlı, məna dolu, düşündürücü xatirələrdir. 45 00:08:01,570 --> 00:08:08,800 Bu hadisələrin hamısının arxasında Amerika rejimi dururdu; 46 00:08:10,820 --> 00:08:19,710 məhz Amerikaya bağlı ünsürlər ya onlara müstəqim sürətdə kömək göstərib 47 00:08:20,450 --> 00:08:28,110 təşviq etdilər, yaxud da ən azından, baş verən cinayətlərə göz yumdular. 48 00:08:29,480 --> 00:08:36,170 Gənclərimiz bu xatirələri unutmamalıdırlar; 49 00:08:36,620 --> 00:08:41,800 mənim narahatçılıq keçirdiyim məsələlərdən biri də budur ki, 50 00:08:41,910 --> 00:08:52,600 ölkəmizin bu gün yetişən gənc nəsli – hansı ki, şükürlər olsun, həm ayıq-sayıqdır, həm uzaqgörəndir, 51 00:08:53,340 --> 00:09:00,880 həm stimulludur, həm dinamikdir, mübarizə meydanındadır, həm də inqilabi əhval-ruhiyyədədir – 52 00:09:01,050 --> 00:09:13,880 bu önəmli hadisələri, müasir dövrümüzün bu ibrətverici hadisələrini yavaş-yavaş unudub yaddan çıxaracaq. 53 00:09:14,250 --> 00:09:19,340 Bu, bizim – rəsmi strukturların fəaliyyətinin zəifliyindən irəli gəlir; 54 00:09:20,820 --> 00:09:28,480 bu kimi hadisələr köhnəlməməli, yaddaşlardan silinməməlidir; xalqın tarixi yaddaşı zəifləməməlidir. 55 00:09:31,400 --> 00:09:39,880 Ölkəmizin müxtəlif bölgələrində gənclər bu hadisələri bilməsələr, analiz etməsələr, 56 00:09:40,420 --> 00:09:51,770 köklərini araşdırmasalar, ölkənin hazırkı və gələcək kursunu müəyyən etməkdə səhvə yol verəcəklər. 57 00:09:53,110 --> 00:09:58,650 Odur ki gənclər bu önəmli hadisələri düzgün şəkildə öyrənməli, nələrin baş verdiyindən, 58 00:09:59,000 --> 00:10:04,940 bunları kimin törətdiyindən xəbərdar olmalıdırlar; gənclər bütün bunları anlamalı, dərk etməlidirlər. 59 00:10:08,080 --> 00:10:16,050 17 şəhrivər qətliamına bənzər başqa bir qətliam da 60 00:10:16,050 --> 00:10:27,850 “İnqilab” meydanında baş vermiş 8 bəhmən qırğınıdır. Nədənsə bu hadisə adətən diqqətdən kənarda qalır; 61 00:10:30,140 --> 00:10:34,450 həmin gün hakim rejimin əlaltıları xalqa qənim kəsildilər. 62 00:10:35,420 --> 00:10:47,540 Şah diktaturasının son günlərində onun hakimiyyətini qorumaq məqsədi ilə Tehrana gəlmiş Amerika generalı öz xatirələrində 63 00:10:48,310 --> 00:10:56,170 deyir: “Mən şahın generallarını toplayaraq 64 00:10:57,170 --> 00:11:02,880 onlara dedim ki, tüfənglərinin lüləsini aşağı salsınlar”; 65 00:11:05,110 --> 00:11:11,710 yəni camaatla qarşıdurmada şah rejiminin silahlıları 66 00:11:11,910 --> 00:11:15,970 çox vaxt havaya atəş açaraq insanları qorxutmağa çalışırdılar, 67 00:11:16,940 --> 00:11:25,140 bu cənab isə şahın generallarına məsləhət verərək deyib ki, tüfənglərinin lüləsini aşağı salıb camaatı nişan alsınlar. 68 00:11:28,800 --> 00:11:37,540 Onlar da onun göstərişinə əməl edərək camaata atəş açmış, çoxlu sayda insanı şəhid etmişdilər. 69 00:11:38,710 --> 00:11:43,600 Onlar da onun göstərişinə əməl edərək camaata atəş açmış, çoxlu sayda insanı şəhid etmişdilər. 70 00:11:45,280 --> 00:11:52,310 amma rejimin bu addımı nəticəsiz qaldı, camaat geri çəkilmədi, xalq yoluna davam etdi. 71 00:11:52,620 --> 00:12:05,940 Daha sonra şahın komandirlərindən biri – ordu generalı Qarabaği – Hayzerin yanına gələrək 72 00:12:06,140 --> 00:12:13,450 ona deyib ki, sənin məsləhətinin faydası olmadı, xalq təslim olmadı. 73 00:12:13,650 --> 00:12:20,250 Hayzer öz xatirələrində yazır: “Bunlar (şahın adamları) necə də sadəlövhcəsinə düşünürlər?!” 74 00:12:20,940 --> 00:12:26,280 Bu nə deməkdir? Hayzer demək istəyir ki, 75 00:12:26,510 --> 00:12:32,970 Qarabaği bir dəfə güllə atəşinə tutmaqla işin bitməyini gözləyirdi? Xeyr, gərək qətliamı davam etdirəydilər, 76 00:12:33,140 --> 00:12:36,370 camaatı harda görsələr, gülləbaran edəydilər! 77 00:12:39,540 --> 00:12:54,850 Amerika budur! Amerika bu ölkədə düz 25 il mütləq hakimiyyətə sahib olub; 78 00:12:55,680 --> 00:13:00,480 şah rejiminin generallarına bu cür əmrlər veriblər; 79 00:13:01,280 --> 00:13:06,340 İranda iqtisadiyyat, siyasət, təhlükəsizlik sahələrində, 80 00:13:06,820 --> 00:13:13,110 xarici siyasətdə amerikalıların sözü keçib; 81 00:13:14,450 --> 00:13:24,820 şah dövründə Amerika mütləq hakimiyyətə malik olub. Ölkəmizdə 82 00:13:26,940 --> 00:13:35,450 ordusunun zabiti, Maliyyə Naziri, Müdafiə Naziri, 83 00:13:35,970 --> 00:13:40,420 baş naziri, elə şahının özü də 84 00:13:40,740 --> 00:13:45,220 Amerikaya qeyd-şərtsiz tabe olan 85 00:13:46,620 --> 00:13:49,820 bir rejim hakimiyyətdə olub. 86 00:13:52,280 --> 00:14:01,910 Amerika ölkəmizdə Firon kimi ağalıq edirdi: 87 00:14:04,280 --> 00:14:11,570 “...(Firon) onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı...”(“Qəsəs” surəsi, 4-cü ayə) 88 00:14:12,800 --> 00:14:15,880 Xalqımızla bu cür amansızcasına davranırdılar. 89 00:14:17,050 --> 00:14:20,510 Belə bir vaxtda zəmanənin Musası yetişərək 90 00:14:20,940 --> 00:14:30,770 firon və ona tabe olanların taxt-tacını devirdi, yox etdi; inqilab budur. 91 00:14:34,000 --> 00:14:40,450 Həmin bu şəhrivər hadisəsindən 1 il 2 ay sonra – 92 00:14:40,620 --> 00:14:52,710 yəni 1358-ci ilin aban ayında dahi İmam Xomeyninin (r.ə) tərəfdarı olan, onun yolu ilə gedən gənclər 93 00:14:52,710 --> 00:14:58,250 gedib Amerikanın casus yuvasını ələ keçirdirlər; 94 00:15:00,600 --> 00:15:06,710 onları əl-qolu, gözləri bağlı şəkildə əsir götürdülər; 95 00:15:08,110 --> 00:15:13,970 bəli, bu dəfə Musa Fironu bu cür məğlub etdi. 96 00:15:16,650 --> 00:15:22,480 Bəziləri deyir ki, amerikalıların İranla niyə arası yoxdur? Səbəbi elə budur; 97 00:15:23,800 --> 00:15:30,570 vaxt vardı İran tamamilə Amerikanın ovcunun içində idi; 98 00:15:30,770 --> 00:15:39,910 hökumət rəsmilərinin hamısı Amerikanın istəyi ilə oturub-dururdular; 99 00:15:40,770 --> 00:15:48,170 belə bir zamanda gələn İmam (r.ə) xalqın əli ilə Amerikanı bu ölkədən çölə atdı. 100 00:15:49,880 --> 00:15:52,340 Düşmən olmalıdırlar, düşmənçilik etməlidirlər də! 101 00:15:52,540 --> 00:15:56,220 Və edirlər də; bax hal-hazırda da düşmənçilik edirlər. 102 00:16:00,400 --> 00:16:05,710 Dahi imam (r.ə) Amerikanı “Böyük şeytan” adlandırmışdı; 103 00:16:07,110 --> 00:16:10,600 bu, olduqca düşündürücü bir ifadədir. 104 00:16:12,140 --> 00:16:16,710 Şeytanlarının hamısının başçısı İblisdir, 105 00:16:18,450 --> 00:16:22,620 lakin Qurani-Kərimə əsasən, 106 00:16:23,570 --> 00:16:28,650 İblisin görə bildiyi yeganə iş insanları azdırmaqdır; 107 00:16:29,710 --> 00:16:32,910 onun əlindən bundan başqa bir iş gəlmir – 108 00:16:33,540 --> 00:16:37,850 insanları aldadır, vəsvəsə edir. 109 00:16:40,050 --> 00:16:45,800 İblisdən fərqli olaraq Amerika isə həm azdırır, həm qətliamlar törədir, 110 00:16:46,110 --> 00:16:52,510 həm sanksiya tətbiq edir, həm aldadır, həm də riyakarlıq edir. 111 00:17:18,200 --> 00:17:26,400 İnsan haqlarının müdafiəsini əlində bayraq edib, insan haqlarının tərəfdarı olduğunu iddia edir, 112 00:17:27,170 --> 00:17:36,570 halbuki Amerikanın müxtəlif şəhərlərində hər bir neçə gündən bir günahsız, 113 00:17:36,570 --> 00:17:41,940 silahsız vətəndaşlar polis tərəfindən qanına qəltan edilir; 114 00:17:43,020 --> 00:17:46,310 hələ etdikləri başqa cinayətləri, törətdikləri başqa faciələri demirəm. 115 00:17:47,820 --> 00:17:55,740 Şah diktaturası zamanı İranda etdikləri, 116 00:17:56,420 --> 00:18:07,970 müharibə alovunu körükləmələri, bu gün Suriya, İraq və sair ölkələrdə 117 00:18:08,250 --> 00:18:15,170 dağıdıcı fəaliyyətlə məşğul olan cərəyanlara bənzər cərəyanlar yaratmaları – 118 00:18:15,650 --> 00:18:17,620 bütün bunlar amerikalıların işləridir. 119 00:18:17,740 --> 00:18:25,800 Bəziləri hələ də İblisdən daha betər olan bu mənfur xislətli “Böyük Şeytanı” 120 00:18:26,250 --> 00:18:33,020 bəzəyib-düzəyərək mələk simasında qələmə verməyə çalışırlar. 121 00:18:34,800 --> 00:18:41,340 Axı niyə? Yaxşı, dini, inqilabi ideyalar bir kənara qalsın, 122 00:18:42,080 --> 00:18:47,510 bəs ölkənin mənafeyinə sədaqət necə olsun? Sağlam məntiq necə olsun? 123 00:18:48,850 --> 00:18:54,050 Hansı sağlam məntiq, hansı vicdan icazə verir ki, 124 00:18:55,110 --> 00:19:02,600 insan Amerika kimi bir hegemon cinayətkarı dost olaraq, etimada layiq biri olaraq, 125 00:19:02,850 --> 00:19:12,000 xilaskar mələk kimi seçib təqdim edə? Həqiqət budur ki, onlar bu cürdür. 126 00:19:12,200 --> 00:19:23,340 Bəli, bəzənib-düzənməklə, səliqə-sahmanlı geyimləri ilə, qalstuk taxıb ətirlənməklə 127 00:19:23,450 --> 00:19:33,770 zahirən cəlbedici görünür və bununla sadəlövh insanlara özlərini başqa cür tanıdırlar; 128 00:19:33,850 --> 00:19:38,020 amma Amerika rejiminin əsl siması budur. 129 00:19:39,570 --> 00:19:44,000 Bu sadaladıqlarım bizə aid idi, başqa ölkələrdə də vəziyyət elə belədir. 130 00:19:44,510 --> 00:19:52,570 Böyük İran xalqı bu böyük şeytanı ölkəsindən çölə atıb; 131 00:19:52,880 --> 00:19:55,450 onun yenidən bura qayıtmasına imkan verməməliyik; 132 00:19:57,370 --> 00:20:01,910 qapıdan qovub çıxardığımız düşmənin pəncərədən geri qayıtmasına imkan verməməliyik; 133 00:20:02,910 --> 00:20:11,050 yol tapıb ölkəyə nüfuz etməsinə yol verməməliyik; çünki onların düşmənçiliyinin sonu yoxdur. 134 00:20:11,200 --> 00:20:20,420 Birgə Kompleks Tədbirlər Planından, müqəddəratının necə olacağı hələ nə İranda, 135 00:20:21,310 --> 00:20:24,880 nə də Amerikada dəqiq müəyyən olunmamış bu razılaşma əldə olunduqdan dərhal sonra 136 00:20:26,050 --> 00:20:30,200 artıq Amerika konqresi İran əleyhinə məkrli planlar çızmağa başlayıb; 137 00:20:31,250 --> 00:20:40,200 bizə çatan xəbərlər onu göstərir ki, hazırda Amerika konqresində bir qrup senator 138 00:20:40,850 --> 00:20:46,110 İran İslam Respublikası əleyhinə problemlər, 139 00:20:47,220 --> 00:20:54,600 maneələr yaratmaq, müxtəlif məsələlərlə bağlı irad tutmaq üçün qanun layihəsi hazırlamağa başlayıb; 140 00:20:54,710 --> 00:20:57,510 onların düşmənçiliyi bax belədir, sonu yoxdur. 141 00:20:58,000 --> 00:21:04,080 Bu düşmənçilik davam edəcək. Nə vaxta qədər davam edəcək? 142 00:21:04,650 --> 00:21:14,200 Siz güclənənə qədər. İran xalqı o qədər güclənməlidir ki, 143 00:21:14,510 --> 00:21:24,420 düşmən siyasət, təhlükəsizlik, hərbi və iqtisadiyyat sferasında tətbiq etdiyi təzyiq və sanksiyaların nəticə verəcəyindən ümidini kəssin. 144 00:21:25,170 --> 00:21:29,570 Biz, mütləq, güclənməliyik; özümüzü daxildən gücləndirməliyik. 145 00:21:32,510 --> 00:21:43,110 Mən ölkəyə lazım olan bu gücü necə təmin etmək haqqında dəfələrlə danışmışam; 146 00:21:45,140 --> 00:21:50,510 əvvəla, güclü iqtisadiyyat yaradılmalıdır. Müqavimət iqtisadiyyatının 147 00:21:51,800 --> 00:22:01,710 siyasətləri ictimaiyyətə açıqlanıb; həmin siyasətlərin icrası tam gücü ilə və vaxt itirilmədən həyata keçirilməli, 148 00:22:02,110 --> 00:22:07,050 faktiki nəticələr göz önündə, əməli işlər formasında müşahidə olunmalıdır; 149 00:22:07,540 --> 00:22:12,000 şükürlər olsun ki, hökumət kabinetindəki qardaşlarımız bu sahədə bir sıra işlər görürlər. 150 00:22:13,310 --> 00:22:17,110 Bir yolu budur: iqtisadiyyatı gücləndirmək, 151 00:22:17,910 --> 00:22:25,480 gənclər işsiz qalmasın, onların göstərdiyi təşəbbüslər reallaşmamış qalmasın; 152 00:22:27,280 --> 00:22:31,800 ölkəni gücləndirməyin yollarından biri budur. Ölkənin güclənməsi üçün digər yollardan biri də elmi inkişafdır; 153 00:22:33,480 --> 00:22:37,570 ölkəmizin elm karvanı öz inkişaf tempini qorumalıdır; 154 00:22:37,740 --> 00:22:41,770 biz elmin müxtəlif sahələrində irəliləməliyik, çünki hər bir şey elmə bağlıdır; 155 00:22:42,680 --> 00:22:44,880 güclənməyin yollarından biri də budur. 156 00:22:45,480 --> 00:22:50,050 Daxilidən güclənməyimizin ən mühüm yollarından biri 157 00:22:50,310 --> 00:22:56,110 insanlarda, xüsusilə də gənclərdə inqilabi ruhiyyənin qorunmasıdır. 158 00:22:58,140 --> 00:23:03,280 Düşmən gənclərimizin etinasız, inqilabi ideyalara qarşı laqeyd bir nəsil kimi 159 00:23:03,850 --> 00:23:06,740 yetişməsi üçün çalışıb çabalayır. 160 00:23:06,880 --> 00:23:14,400 Onların məqsədi gənclərdəki qəhrəmanlıq, inqilabçılıq ruhiyyəsini öldürüb yox etməkdir; düşmənin bu məqsədinin qarşısını almaq lazımdır. 161 00:23:14,710 --> 00:23:19,510 Gənclərimiz inqilabi əhval-ruhiyyəni özlərində qoruyub saxlamalıdır. 162 00:23:20,450 --> 00:23:26,000 Vəzifəli şəxslər də gərək gənclərə hörmətlə yanaşsınlar; 163 00:23:26,280 --> 00:23:37,940 bəzi yazarlar islamçı qüvvələri, inqilabçı gəncləri “radikal” adı ilə 164 00:23:38,200 --> 00:23:41,050 bu qədər damğalayıb vurmasınlar. 165 00:23:42,850 --> 00:23:51,080 İnqilabçı gənclərə hörmətlə yanaşmaq, onları bu ruhiyyəyə həvəsləndirmək lazımdır; 166 00:23:51,340 --> 00:23:56,680 ölkəni qoruyan, müdafiə edən, 167 00:23:58,480 --> 00:24:02,910 təhlükə zamanı dadına çatan məhz bu ruhiyyə olur. 168 00:24:05,740 --> 00:24:10,970 Milli iqtidarın üç əsas amili bunlardır: 169 00:24:11,280 --> 00:24:23,400 müqavimət iqtisadiyyatı, inkişaf etmiş, irəliləməkdə olan elm 170 00:24:23,800 --> 00:24:29,250 və insanlarda, xüsusilə də gənclərdə inqilabi ruhiyyənin qorunması; 171 00:24:30,370 --> 00:24:35,280 bu üç amil ölkəni xilas edəcək. Məhz bunlar təmin olunduqdan sonra düşmən ümidini itirəcək. 172 00:24:35,800 --> 00:24:38,650 Amerika bizə qarşı olan düşmənçiliyini heç vaxt gizlətmir. 173 00:24:39,020 --> 00:24:45,250 Bəli, vəzifə bölgüsü də aparıblar: biri üzümüzə gülümsəyir, 174 00:24:45,600 --> 00:24:54,140 o biri İslam Respublikası əleyhinə qanun layihəsi hazırlayaraq həyata keçirir; 175 00:24:55,220 --> 00:24:58,620 bu, bir növ vəzifə bölgüsüdür. 176 00:24:59,080 --> 00:25:04,710 İranla danışıqlara getməyə can atırlar, 177 00:25:06,420 --> 00:25:13,050 ancaq danışıqlar bəhanədir. Əsl məqsədləri ölkəyə nüfuz etmək, 178 00:25:14,340 --> 00:25:18,450 öz istəklərini bizə məcburi şəkildə qəbul etdirmək üçün bir vasitə axtarıb tapmaqdır. 179 00:25:19,370 --> 00:25:25,940 Mən rəsmilərimizin yalnız nüvə mövzusunda onlarla müzakirələrə qoşulmasına razılaşdım; bunun da 180 00:25:26,200 --> 00:25:29,910 müəyyən səbəbləri var, dəfələrlə qeyd etmişəm; müzakirələr baş tutdu. 181 00:25:31,340 --> 00:25:37,420 Allaha şükürlər olsun ki, bizim nümayəndələrimiz də bu danışıqlarda çox gözəl çıxış etdilər, özlərini layiqincə göstərdilər; 182 00:25:37,880 --> 00:25:44,450 amma bu mövzu istisna olmaqla digər sahələrdə Amerika ilə danışıqlar aparılmasına yol verməyəcəyik. 183 00:26:28,000 --> 00:26:32,770 Biz bütün dünya ölkələri ilə danışıqlara gedirik, ancaq Amerika ilə getməyəcəyik. 184 00:26:33,370 --> 00:26:36,540 Biz qarşılıqlı anlaşmanın, danışıqların tərəfdarıyıq: 185 00:26:38,570 --> 00:26:52,770 həm dövlətlər səviyyəsində, həm müxtəlif xalqlar və etnoslar səviyyəsində, həm də dinlərarası dialoq səviyyəsində. 186 00:26:53,280 --> 00:26:57,820 Biz Amerikadan başqa istənilən dövlətlə danışıqlar aparmağın tərəfdarıyıq; 187 00:26:58,340 --> 00:27:01,940 təbii ki, sionist rejimi də – 188 00:27:03,050 --> 00:27:11,820 qanunsuz və saxta bir dövlət olduğu üçün – öz növbəsində. 189 00:27:12,450 --> 00:27:16,770 İsrail rejimi haqqında da bir neçə cümlə deyim; 190 00:27:16,970 --> 00:27:22,970 Fələstin ərazisini işğal etmiş sionistlər nüvə anlaşmasından sonra 191 00:27:24,650 --> 00:27:31,770 belə bir söz işlədiblər ki, 192 00:27:31,910 --> 00:27:42,820 bundan sonra 25 il müddətinə artıq İran sarıdan rahatıq, 193 00:27:43,200 --> 00:27:49,250 25 il sonra onun haqda düşünərik. Mənim onlara cavabım budur ki, 194 00:27:49,740 --> 00:27:52,910 əvvəla, siz qarşıdakı 25 ili görməyəcəksiniz. 195 00:28:23,940 --> 00:28:30,110 İnşallah, Allah-taalanın rəhməti 196 00:28:30,170 --> 00:28:36,620 və lütfü sayəsində 25 ildən sonra bu regiondan İsrail rejiminin kökü kəsilmiş olacaq; 197 00:28:36,800 --> 00:28:50,140 ikincisi, elə bu müddət ərzində də müsəlmanların qəhrəmanlıq, müqavimət və cihad ruhiyyəsi 198 00:28:50,850 --> 00:28:55,850 onlara bir anlıq belə olsun rahatlıq verməyəcək; buna əmin olsunlar! 199 00:28:58,740 --> 00:29:02,800 Dünya xalqları artıq ayılıblar və düşmənin kim olduğunu ayırd edirlər. 200 00:29:02,940 --> 00:29:06,770 Düzdür dövlətlər, təbliğat maşınları dost və düşməni yanlış tanıtmağa çalışır, 201 00:29:06,970 --> 00:29:10,220 amma bu heç bir nəticə verməyəcək. 202 00:29:10,740 --> 00:29:19,880 Dünya xalqları – müsəlman xalqlar, xüsusilə də region xalqları artıq diqqətini cəmləyib, sayıqdırlar və düşmənin kim olduğunu bilirlər. 203 00:29:21,200 --> 00:29:26,820 Bəli, Amerika və İsrail barədə bu qədər. 204 00:29:27,050 --> 00:29:33,710 Qarşıdakı seçkilər barədə də bir neçə cümlə demək istəyirəm. 205 00:29:36,370 --> 00:29:43,880 Seçki məsələsi hazırda aktual olan məsələlərdən biridir. 206 00:29:48,650 --> 00:29:53,540 Təəssüflər olsun ki, bəziləri seçkiyə hələ bir il yarım, 207 00:29:53,650 --> 00:30:03,140 iki il qalmış bu barədə danışmağa başlayırlar; 208 00:30:03,400 --> 00:30:11,970 fikrimcə, bu, lazımsız bir işdir; ölkədə vaxtından əvvəl seçki atmosferi yaradılmamalıdır; 209 00:30:13,820 --> 00:30:23,310 seçkilərə hələ il yarım vaxt qaldığı halda – seçkilər bu ilin sonunda keçiriləcəyi üçün o vaxt, demək olar, hələ iki il var idi – 210 00:30:24,200 --> 00:30:30,250 bəzi insanlar mətbuatda, müxtəlif çıxışlarda bu haqda danışmağa başlamışdılar. 211 00:30:32,020 --> 00:30:36,370 Ölkədə vaxtından qabaq seçki atmosferi yaratmaqla 212 00:30:38,170 --> 00:30:44,200 bəziləri əslində ictimaiyyətin bir çox önəmli məsələlərini gündəmdən kənar saxlayır, unutdururlar. 213 00:30:45,620 --> 00:30:51,620 Seçki ərəfəsində cəmiyyətdə bir rəqabət, qarşıdurma atmosferi olur, 214 00:30:51,940 --> 00:31:00,710 elə isə ölkəyə bu ab-havanı bir-iki il öncə gətirmək nəyə lazımdır? 215 00:31:01,480 --> 00:31:06,820 Məncə, bu vaxtsız söhbətlər tamamilə yersizdir. 216 00:31:07,200 --> 00:31:14,170 Amma indi tam vaxtıdır; məsələn, seçkilərə 3-4 ay qalmış 217 00:31:14,540 --> 00:31:19,140 bu barədə danışmaq, fikir bildirmək tamamilə yerinə düşər. 218 00:31:19,310 --> 00:31:24,710 Mən də bu gün bu haqda bəzi məqamlara toxunacağam, 219 00:31:25,570 --> 00:31:33,770 gələcəkdə də – əgər Allah ömür versə – seçkilərlə bağlı bir sıra məsələləri qeyd edəcəyəm. 220 00:31:36,940 --> 00:31:42,310 Seçki məsələsi ölkəmizin həyatında olduqca böyük əhəmiyyət daşıyan bir məsələdir. 221 00:31:43,620 --> 00:31:50,650 Seçkilər İran xalqının iştirakının və seçiminin bariz nümunəsidir. 222 00:31:51,050 --> 00:31:54,740 Xalq seçki arenasında iştirak etməklə – istər bu, prezident, 223 00:31:54,800 --> 00:32:06,680 istər parlament, istərsə də Xubriqan Məclisinə seçkilər olsun – 224 00:32:06,820 --> 00:32:12,080 bu ölkədə həqiqi xalq hakimiyyətini formalaşdırır; 225 00:32:12,220 --> 00:32:21,480 bu, olduqca önəmli bir məqamdır. İnqilabın ilk günlərindən bəri 36-37 il ərzində biz bir dəfə də olsun seçkinin 226 00:32:22,050 --> 00:32:26,650 ləğv edilməsinə, yaxud təxirə salınmasına yol verməmişik. 227 00:32:27,740 --> 00:32:35,710 Bir sıra ölkələrdə müharibələr, yaxud bu kimi digər hadisələr baş verdikdə seçkilər təxirə salınır, 228 00:32:36,970 --> 00:32:44,740 ancaq İranda seçkilər heç bir zaman təyin olunduğu vaxtdan bir gün belə olsun təxirə düşməyib; heç bir mərhələdə. 229 00:32:46,800 --> 00:32:55,880 Müharibə dövründə Tehran bombardman edilirdi, Xuzestan, İlam və Kirmanşahın bir çox şəhərlərinə bombalar atılırdı, 230 00:32:57,620 --> 00:33:05,450 amma buna baxmayaraq, seçkilər təyin oldunduğu vaxtda baş tuturdu. Ölkənin ən ucqar bölgələrində də belə idi; 231 00:33:07,050 --> 00:33:11,110 kəndlərdə, hətta gediş-gəlişi çətin olan yerlərdə belə. 232 00:33:11,600 --> 00:33:15,370 Bu ölkədə seçkilər heç vaxt təxirə salınmayıb. 233 00:33:15,570 --> 00:33:18,800 Seçkilərin baş tutmasına əngəl olmağa çalışanlar olub – 234 00:33:19,770 --> 00:33:27,540 müəyyən dövrlərdə müəyyən siyasətbaz və intriqaçı qüvvələr tərəfindən 235 00:33:27,540 --> 00:33:32,370 seçkilərin ləğv edilməsinə, yaxud təxirə salınmasına cəhdlər edilib – 236 00:33:32,940 --> 00:33:38,740 amma Allah-taalanın yardımı ilə onların bu mənfur əməllərinin qarşısı alınıb və seçkilər təyin olunduğu vaxtda baş tutub. 237 00:33:38,740 --> 00:33:41,110 Bu, ölkəmizdə seçkilərə nə qədər əhəmiyyət verildiyini göstərir. 238 00:33:41,600 --> 00:33:51,140 Elə buna görə də bizim ölkədə keçirilən seçkilər, şükürlər olsun ki, xalq hakimiyyətinin bariz nümunəsidir. 239 00:33:51,310 --> 00:33:56,570 İran İslam Respublikası sözün həqiqi mənasında xalq hakimiyyətinin təzahürü olan bir hakimiyyət quruluşudur. 240 00:33:56,820 --> 00:33:58,910 Təbii ki, düşmən ölkəmizdə keçirilən seçkilərin əleyhinə danışacaq. 241 00:33:59,250 --> 00:34:09,140 Amerika və onun təbliğatını yürüdən əlaltıları daim müxtəlif metodlarla bizim seçkilərin əleyhinə danışır, təbliğat aparır, 242 00:34:10,000 --> 00:34:15,940 amma onlar şah diktaturasının 25 illik hakimiyyəti zamanında İranda 243 00:34:17,250 --> 00:34:24,080 sifarişlə həyata keçirilən, gülünc parlament seçkilərini 244 00:34:24,370 --> 00:34:28,020 bir dəfə də olsun tənqid etməmiş, etirazlarını bildirməmişlər. 245 00:34:30,620 --> 00:34:40,600 Tarixi mənbələrə müraciət edib Məhəmmədrza dövründə keçirilən seçkilər haqqında oxusanız – 246 00:34:40,740 --> 00:34:43,770 ondan əvvəlki Rza şahın zamanı daha betər idi – 247 00:34:45,480 --> 00:34:51,970 görərsiniz ki, öncə İngiltərə, daha sonra isə Amerikanın hökmranlıq etdiyi dövrlərdə 248 00:34:52,340 --> 00:34:59,220 ölkədə gözdən pərdə asmaq məqsədilə keçirilən sifarişli, gülünc seçkilərə onlar tərəfindən bir dəfə də olsun etiraz olunmayıb. 249 00:35:01,170 --> 00:35:09,940 Elə indi də regionumuzda monarxiya üsulu ilə idarə olunan zalım və diktator rejimlərə 250 00:35:10,170 --> 00:35:12,570 heç bir irad tutmur, etiraz etmirlər. 251 00:35:12,710 --> 00:35:21,080 Bu cür ardıcıllıqla seçki keçirən, hakimiyyətin bütün dayaqlarının – 252 00:35:21,400 --> 00:35:28,340 prezidentdən tutmuş parlament, Xubriqan Məclisi 253 00:35:28,770 --> 00:35:34,110 və şəhər şuralarına qədər – xalq tərəfindən seçildiyi İrana qarşı isə 254 00:35:34,310 --> 00:35:39,850 daim etiraz edir, nöqsan tutur, ölkəmizi əsassız iradlarla ittiham edirlər. 255 00:35:39,850 --> 00:35:46,020 Bütün bu illər ərzində ölkəmizdə keçirilən seçkilər, şükürlər olsun ki, sağlam atmosferdə baş tutub. 256 00:35:47,940 --> 00:35:54,620 Mən xüsusilə bir məqamı qeyd etmək istəyirəm ki, bizdə baş tutan seçkilər, 257 00:35:55,400 --> 00:36:00,080 qəbul edilmiş beynəlxalq standartlara əsasən, 258 00:36:00,080 --> 00:36:06,940 seçicilərin yüksək iştirak göstəricisi ilə keçən, ən yaxşı və ən sağlam seçkilər olub. 259 00:36:07,570 --> 00:36:14,510 Təəssüflər olsun ki, daxildəki bəzi qüvvələrin adət etdiyi işlərdən biri də 260 00:36:14,510 --> 00:36:19,020 hər dəfə seçkinin sağlam şəraitdə baş tutmasını sual altına salmağa çalışmalarıdır. 261 00:36:20,050 --> 00:36:24,480 Seçkidən xeyli qabaq durmadan saxtalaşdırma haqqında danışmağa başlayır, 262 00:36:24,480 --> 00:36:30,370 “Belə olacaq, elə olacaq” – deyə cürbəcür narahatçılıqlar yaratmağa çalışırlar; bu, səhv bir işdir. 263 00:36:31,970 --> 00:36:39,000 Bu 37 il ərzində xalq müxtəlif etaplarda 264 00:36:39,200 --> 00:36:42,370 bu rejimin müxtəlif administrasiyalarına bəslədiyi inam və etimad sayəsində, 265 00:36:43,080 --> 00:36:48,220 ölkədə keçirilən seçkilərdə izdihamlı iştirak edib. 266 00:36:48,510 --> 00:36:53,280 Bəs nəyə görə bəziləri öz əlləri ilə bu inama, etimada zərbə vurmaq istəyirlər? 267 00:36:54,820 --> 00:37:01,200 Axı xalq bu quruluşa etimad bəsləyir, seçki varsa, gəlib iştirak edərək səs verir. 268 00:37:03,110 --> 00:37:13,880 Axı nəyə görə kimsə: “Birdən saxtalaşdırma olar” – deyə yersiz, əsassız narahatçılıqlarla xalqın bu iştirakına zərbə vurmalıdır? 269 00:37:14,140 --> 00:37:22,450 Aydın məsələdir ki, belə mənfi hallara icazə verilmir; çox güclü nəzarət var. 270 00:37:22,540 --> 00:37:28,340 Keşikçi Şuranın mövcudluğunun ən böyük bərəkətlərindən biri də seçkiləri ciddi surətdə nəzarətdə saxlamasıdır. 271 00:37:28,340 --> 00:37:34,250 Bu struktur qarşıya çıxa biləcək hər cür səhv və yanlışlığa nəzarət edir və saxtalaşdırma hallarının baş verməsinə də qəti surətdə imkan verməyəcək; 272 00:37:35,800 --> 00:37:37,800 digər strukturlar da eynilə. 273 00:37:38,280 --> 00:37:44,250 Bu illər ərzində mənə bəzi seçkilərdə nöqsanlara yol verildiyi haqda 274 00:37:44,680 --> 00:37:51,420 məlumatlar da gəlib; göstəriş vermişəm ki, gedib araşdırsınlar, 275 00:37:52,420 --> 00:37:53,970 nəticədə aydın olub ki, xeyir, məsələ heç də elə deyilmiş. 276 00:37:54,110 --> 00:37:59,940 Düzdür, hərdən seçkilərin nəticəsinə ciddi təsir göstərməyəcək xırda-para nöqsanlar baş verə bilər, 277 00:38:00,370 --> 00:38:05,050 bu hallar mühüm deyil, amma seçkilər hər zaman sağlam şəraitdə keçirilib. 278 00:38:05,600 --> 00:38:12,540 Vətəndaşların verdiyi səs sözün həqiqi mənasında qul haqqıdır. 279 00:38:12,740 --> 00:38:23,420 İranlı bacı və qardaşlarımız seçki məntəqələrinə gələrək öz səsvermə blanklarını seçki qutularına salırlarsa, 280 00:38:23,570 --> 00:38:30,280 onların bu haqqını şəri baxımdan, İslam dini baxımından qorumaq vacibdir; 281 00:38:31,000 --> 00:38:35,650 vətəndaşın əmanətinə xəyanət edilməməlidir, çünki əks halda, həqiqətən də, insanların haqqı tapdanmış olur. 282 00:38:37,080 --> 00:38:42,540 Digər tərəfdən səsvermənin nəticəsi də nə olursa olsun, ona tabe olmaq, razılaşmaq lazımdır, yoxsa başqalarının haqqı pozulmuş olacaq. 283 00:38:43,370 --> 00:38:53,800 1388-ci ildə keçirilmiş seçkilərdə israrla nəticələrin ləğv edilməsini istəyənlərə qarşı çıxmağımızın da məqsədi 284 00:38:54,000 --> 00:38:56,850 vətəndaşların haqqını müdafiə etmək idi. 285 00:38:58,770 --> 00:39:08,220 Həmin seçkidə 40 milyon vətəndaş iştirak etmişdi və bu, ən yüksək göstərici idi. 286 00:39:08,570 --> 00:39:15,820 Ortada bu iştirakın bir nəticəsi var idi. Biz hər dəfə seçkidə qalib gələn insanları müdafiə etmişik, onların haqqını qorumuşuq, 287 00:39:15,970 --> 00:39:19,740 o zaman da mən qul haqqını – xalqın haqqını müdafiə etdim. 288 00:39:21,510 --> 00:39:25,770 Bundan sonra da hər zaman vətəndaşlarımız səs verib kimisə seçəndə – 289 00:39:25,770 --> 00:39:32,370 kimliyindən asılı olmayaraq xalq kimi bəyənib qəbul edərsə – 290 00:39:33,170 --> 00:39:38,170 xalqın rəyini müdafiə edəcəyəm, onların arxasında duracağam. 291 00:39:40,540 --> 00:39:42,340 Çünki xalqın səsi haqdır. 292 00:39:42,570 --> 00:39:51,940 Gəlin xalqın bu hökumətə olan inam və etimadına əsassız sözlərlə zərbə vurmayaq. 293 00:39:54,450 --> 00:40:00,000 Gah Daxili İşlər Nazirliyinə, gah da Keşikçi Şuraya müxtəlif iradlar bildirirlər. 294 00:40:00,140 --> 00:40:06,140 Keşikçi Şura seçkilərdə hökumətin görən gözüdür; 295 00:40:07,020 --> 00:40:09,480 bütün dünyada da bu struktura bənzər strukturlar mövcuddur – 296 00:40:09,620 --> 00:40:13,340 adları fərqli ola bilər, amma analoji qurumlardır; bizdə adı Keşikçi Şuradır – 297 00:40:15,880 --> 00:40:23,050 seçkilərə qoşulan, namizədliyini irəli sürən şəxslərin buna layiq olub olmadığına baxır, 298 00:40:24,200 --> 00:40:29,540 araşdırır, nəzarət edir və həmin insanların namizədliyini təsdiqləyir. 299 00:40:30,650 --> 00:40:36,910 Hansısa səhlənkarlığa yol verildiyini, yaxud kriterilərə cavab verməyən birinin öz namizədliyini irəli sürdüyünü müəyyən etdikdə bunun qarşısını alır, namizədlikdən kənarlaşdırırlar. 300 00:40:37,220 --> 00:40:40,250 Bu, onların qanuni vəzifəsi, məntiqi haqqıdır. 301 00:40:40,940 --> 00:40:50,450 Bu, onların qanuni vəzifəsi, məntiqi haqqıdır. Bəziləri isə onlara yersiz iradlar tutur. 302 00:40:52,540 --> 00:40:59,220 Qul haqqının müəyyən hissəsi də Keşikçi Şuranın rəy vermə haqqıdır; 303 00:40:59,400 --> 00:41:06,740 bu strukturun vətəndaşların namizədliyini təsdiq və ya ləğv etmək səlahiyyətinə malik olan, təsirli nəzarət hüqqudur; qul haqqı məsələsinin bir hissəsi də budur, 304 00:41:08,170 --> 00:41:11,110 odur ki ona riayət etmək, qorumaq, Keşikçi Şuranın araşdırmalarının nəticəsinə tabe olmaq lazımdır. 305 00:41:13,080 --> 00:41:17,420 Seçki əhəmiyyətli bir hadisədir. Hələlik mənim seçkilər haqqında danışmaq istədiklərim bu qədər. 306 00:41:17,510 --> 00:41:23,000 Əlbəttə ki, mən xalqın ictimai-siyasi proseslərdə hamılıqla və emosional iştirakının gücünə inanıram və ölkəni məhz bu iştirakın qoruduğuna əminəm. 307 00:41:24,080 --> 00:41:28,480 Əgər ömür vəfa etsə, gələcəkdə də bu haqda daha ətraflı danışacağam. 308 00:41:29,000 --> 00:41:34,370 Əziz bacı və qardaşlar, bir daha təkidlə bildirmək istəyirəm ki, 309 00:41:34,370 --> 00:41:41,770 belə bir xalqla, belə bir məntiqlə, belə bir konstitusiya ilə İran İslam Respublikası 310 00:41:41,970 --> 00:41:44,420 bütün düşmənlərinə qalib gələcək. 311 00:42:06,680 --> 00:42:10,600 Şərti isə budur ki, Allah-taalaya təvəkkül edək, ümid bəsləyək, 312 00:42:11,020 --> 00:42:17,600 bir-birimizə qardaşlıq və birlik əlini uzadıb daha sıx birləşək, 313 00:42:18,340 --> 00:42:22,600 ölkədə ikitirəlik salmayaq, bir-birimizi gücdən salıb zəiflətməyək. 314 00:42:22,940 --> 00:42:27,280 Biz öz vəzifəmizə bu cür riayət etsək, Allah-taala da vədinə riayət edər. 315 00:42:28,080 --> 00:42:32,970 İslam dininə kömək edənə Allah-taala da yardım edər. 316 00:42:32,970 --> 00:42:38,510 Pərvərdigara! Dahi İmam Xomeyninin (r.ə) pak ruhunu məhşər meydanına övliyalarınla birgə gətir; 317 00:42:39,280 --> 00:42:43,310 əziz şəhidlərimizin pak ruhlarını məhşərə övliyalarınla gətir. 318 00:42:45,050 --> 00:42:52,020 Pərvərdigara! Bu mömin və əməlisaleh millətə günbəgün öz rəhmət və bərəkətini daha çox əta et. 319 00:42:53,200 --> 00:42:56,250 Allahın salamı və bərəkəti nəsibiniz olsun.