1 00:00:00,560 --> 00:00:02,960 Rəhman və Rəhim Allahın adı ilə. 2 00:00:03,080 --> 00:00:05,600 الحمدلله ربّ العالمين 3 00:00:08,400 --> 00:00:14,480 و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي‌ محمّد 4 00:00:25,000 --> 00:00:31,640 و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين 5 00:00:33,000 --> 00:00:41,480 Əziz görüş iştirakçıları, qardaş və bacılar, hörmətli rəsmilər, bugünkü toplantımızda iştirak edən 6 00:00:43,280 --> 00:00:54,760 müsəlman ölkələrinin səfirləri, hamınızı Məbəs günü münasibətilə təbrik edirəm. 7 00:00:56,720 --> 00:01:10,280 Habelə mən bu bayram münasibətilə bütün İran xalqını, İslam ümmətini və bütün bəşəriyyəti təbrik etmək istəyirəm. 8 00:01:12,680 --> 00:01:20,120 Həqiqətən də, bu gün bəşəriyyət besətin həqiqi anlamını 9 00:01:20,680 --> 00:01:26,720 dərk etməyə həmişəkindən daha çox ehtiyac duyur. 10 00:01:29,360 --> 00:01:35,800 Qurani-Kərimin bu şərif ayəsində bütün bəşəriyyətə müraciətlə deyilir: 11 00:01:36,040 --> 00:01:44,760 “Həqiqətən, sizə özünüzdən elə bir peyğəmbər gəlib ki, sizin əziyyətə düşməyiniz ona ağırdır. O, sizi(n hidayətinizi) istəyir”. (“Tövbə” surəsi, 128-ci ayə) 12 00:01:45,640 --> 00:01:54,760 Ayənin son cümləsi isə belədir: “Möminlərə qarşı şəfqətli, mərhəmətlidir”. 13 00:01:56,080 --> 00:02:05,760 Bəşəriyyətin əziyyət çəkməsi, insanların, bəşər cəmiyyətlərinin həyatda yaşadığı çətinliklər 14 00:02:06,480 --> 00:02:12,640 İslam peyğəmbərinin (s) mübarək qəlbinə ağır gəlir; 15 00:02:13,400 --> 00:02:15,840 “حَرِيصٌ عَلَيْكُمْ” – 16 00:02:17,080 --> 00:02:23,320 o, bütün varlığı ilə insanların hidayət olunmasını, səadətə qovuşmasını arzulayır. 17 00:02:23,960 --> 00:02:28,120 Besət, Peyğəmbərin (s) göndərilməsi bütün insanlar üçündür. 18 00:02:28,640 --> 00:02:37,080 Maraqlıdır ki, sonrakı ayədə Quran Peyğəmbərə (s) təskinlik verərək buyurur: 19 00:02:37,080 --> 00:02:50,280 “Beləliklə, əgər üz döndərsələr, de: “Mənə təkcə Allah kifayətdir. O Allah ki, Ondan başqa məbud yoxdur. Mən Ona təvəkkül etdim və O, əzəmətli ərşin Rəbbidir”. (“Tövbə” surəsi, 129-cu ayə) 20 00:02:52,480 --> 00:03:01,400 – Bəşəriyyətə müraciət et, onların yaxşılığı və islahı yolunda çalış, 21 00:03:02,920 --> 00:03:08,920 yeganə və bənzərsiz olan Allaha təvəkkül et. Hər şey Onun əlindədir 22 00:03:09,160 --> 00:03:14,280 və Onun müəyyən etdiyi qayda-qanunlar sənin bu hərəkatına xidmət edərək yardımçı olacaq. 23 00:03:14,680 --> 00:03:26,520 Bu gün bizim Peyğəmbərin (s) besətinin mənasını dərk etməyə ehtiyacımız var; bütün bəşəriyyətin, xüsusilə də İslam ümmətinin ehtiyacı var. 24 00:03:27,520 --> 00:03:41,400 Məbəs bayramı insanlığın əzab-əziyyətinə son qoymaq naminə ayağa qalxmaq, hərəkətə keçmək bayramıdır və elə buna görə də, həqiqətən, bayramdır. 25 00:03:41,760 --> 00:03:57,240 Bəşərin tarix boyu və eləcə də müxtəlif formalarda bu gün düçar olduğu ən başlıca əziyyətlər 26 00:03:57,840 --> 00:04:09,480 Allahdan qeyrisinə kölə olmaq, zülm və ədalətsizliyin hökm sürməsi, cəmiyyətdəki kəskin təbəqələşmə, 27 00:04:10,120 --> 00:04:18,920 yoxsulların zülmə məruz qalması və hegemonların etdiyi zorakılıqlardır. Bunlar insanların daim üzləşdiyi əzab-əziyyətlər olmuşdur. 28 00:04:20,400 --> 00:04:33,880 Zalım hakimlərin fasid və azğın həvəsləri ucbatından bəşəriyyət həmişə bu əziyyətlərə qatlaşmaq məcburiyyətində qalmışdır. 29 00:04:34,760 --> 00:04:46,840 Besət bu əziyyətlərə son qoymaq üçündür. Əslində, Məbəs günü ilahi fitrətə dönüş günüdür. 30 00:04:47,720 --> 00:04:56,520 Çünki bütün bu əzab-əziyyət, ağrı-acı, problemlər insan varlığında 31 00:04:57,280 --> 00:05:03,560 əmanət qoyulmuş ilahi fitrət üçün qəbulolunmazdır. 32 00:05:04,400 --> 00:05:14,920 Bu ilahi fitrət insanlığı haqqın, ədalətin, 33 00:05:16,920 --> 00:05:26,800 məzlumların nicatı yolunda mübarizənin tərəfdarı olmağa səsləyir. İnsanın fitrəti budur. 34 00:05:30,400 --> 00:05:43,960 “Nəhcül-bəlağə”də Əmirəl-mömininin (ə) peyğəmbərlərin göndərilməsinin səbəbi barədə bir kəlamı var. 35 00:05:44,880 --> 00:05:48,680 Bu kəlam barədə dərindən düşünmək lazımdır. O həzrət buyurur: 36 00:05:49,040 --> 00:05:53,880 لِيَسْتَأْدُوهُمْ مِيثاقَ فِطْرَتِهِ 37 00:05:54,560 --> 00:06:07,640 Peyğəmbərlər insanları bəşərin varlığında qoyulmuş fitri öhdəliyə 38 00:06:08,800 --> 00:06:17,360 əməl etməyə, bu öhdəliyi etiraf etməyə yönəldirlər. 39 00:06:17,800 --> 00:06:23,360 Allah-taala insandan azad olmasını, 40 00:06:24,400 --> 00:06:30,360 ədalətlə yaşamasını, faydalı ömür sürməsini, Ondan qeyrisinə kölə olmamasını istəmişdir. 41 00:06:30,800 --> 00:06:41,440 لِيَستَأدُوهُم ميثاقَ فِطرَتِهِ وَ يُذَکِّروهُم مَنسِيََّ نِعمَتِه 42 00:06:41,880 --> 00:06:54,400 Peyğəmbərlər unudulmuş nemətləri insanların yadına salmaq üçün göndərilmişlər; Allahın onlara bəxş etdiyi o nemətləri! Biz varlığımızın, sağlamlığımızın, ağlımızın, 43 00:06:55,880 --> 00:07:04,680 Mütəal Allahın daxilimizdə əmanət qoyduğu gözəl xislətlərin necə bir nemət olduğunu 44 00:07:05,320 --> 00:07:14,200 unuduruq; insan bunları yaddan çıxarır. Peyğəmbərlər isə bu nemətləri insanların yadına salır. 45 00:07:15,120 --> 00:07:25,040 وَ يُذَکِّرُوهُمْ مَنْسِيَّ نِعْمَتِهِ وَ يَحْتَجُّوا عَلَيْهِمْ بِالتَّبْلِيغِ 46 00:07:25,240 --> 00:07:31,440 Peyğəmbərlər insanlara son dəlil-sübutu, haqq sözü çatdırmaq, 47 00:07:31,920 --> 00:07:43,440 həqiqəti açıqlamaq üçün göndərilmişlər. Danışmaq, həqiqətləri bəyan etmək peyğəmbərlərin ən mühüm vəzifəsidir. 48 00:07:45,240 --> 00:07:55,840 Peyğəmbərlərin düşmənləri cəhalətdən, həqiqətin gizli, üstüörtülü qalmasından istifadə edir, 49 00:07:56,160 --> 00:08:03,920 münafiq maskası arxasında gizlənirlər. Peyğəmbərlər isə bu cəhalət örtüyünü qaldırır, münafiqlərin maskasını yırtıb atırlar. 50 00:08:06,160 --> 00:08:12,040 وَ يُثِيرُوا لَهُمْ دَفَائِنَ الْعُقُولِ 51 00:08:12,520 --> 00:08:22,280 Peyğəmbərlər insanların varlığındakı ağıl xəzinəsini yenidən açmaq, 52 00:08:23,560 --> 00:08:32,600 onları düşünməyə, fikirləşməyə vadar etmək üçün göndərilmişlər. 53 00:08:33,800 --> 00:08:41,760 Görün, nə qədər böyük hədəflərdir! Besətin məqsədi bunlardır. Bu gün bəşərin bu şeylərə nə qədər böyük ehtiyacı var! 54 00:08:44,080 --> 00:08:52,080 İnsanlarda ağıl xəzinələri açıldıqdan sonra isə: 55 00:08:53,280 --> 00:08:57,400 وَ يُرُوهُمْ ءَايَاتِ المَقْدِرَةِ – 56 00:08:58,120 --> 00:09:02,000 onların düşüncəsini tövhidə, 57 00:09:03,440 --> 00:09:12,320 Allahın nişanələrinə tərəf yönəldir, Rəbbin qüdrətinə dəlalət edən nişanələri onlara göstərirlər. 58 00:09:13,480 --> 00:09:30,000 Peyğəmbər vasitəsilə hidayət edilməyən ağıl həqiqəti olduğu kimi görə bilməz. 59 00:09:31,400 --> 00:09:43,600 Peyğəmbərlər sanki insan ağlının əlindən tutub ona bələdçilik edirlər, insan da Allahın ona bəxş etdiyi güc və bacarıqla 60 00:09:43,840 --> 00:09:51,880 bu çətin həyat yolunu qət edir. Peyğəmbərlər insanlara bu dünyanın həqiqətlərini açıqlayırlar. 61 00:09:52,720 --> 00:10:06,080 Təfəkkür gücü, düşünmək qabiliyyəti insan üçün çox mühümdür, amma bu, Allahın hidayəti, istiqamətləndirməsi altında olmalıdır. Besətin hədəfləri bunlardır. 62 00:10:06,280 --> 00:10:13,280 Besət – peyğəmbərlik cəbhəsinin qarşı tərəfində isə cahiliyyət cəbhəsi durur. 63 00:10:15,160 --> 00:10:24,880 Cahiliyyət tarixin müəyyən dönəminə aid bir məsələ kimi başa düşülməməlidir; 64 00:10:33,880 --> 00:10:37,760 yəni heç də belə düşünməməliyik ki, o vaxt Peyğəmbər (s) cahiliyyətlə üz-üzə idi, hazırda isə həmin dönəm ötüb keçib. Cahiliyyət təkcə o dövrə aid deyil, 65 00:10:39,320 --> 00:10:45,440 eynilə peyğəmbərlik missiyası kimi, cahiliyyət də davam edir. 66 00:10:45,640 --> 00:10:54,200 Şair demişkən: Bu şirin və şor su bir-birinin kənarında Sur çalınanadək insanlar üçün axacaq. 67 00:10:54,480 --> 00:11:00,320 Bu iki cəbhə insanlar arasında mövcuddur. 68 00:11:02,240 --> 00:11:12,680 Peyğəmbərlərin missiyasına əks cəbhədə duran bu cahiliyyət elmsizlik mənasında deyil; 69 00:11:13,120 --> 00:11:17,560 bu cəhalət elmin əksi olan cəhalət deyil. 70 00:11:19,120 --> 00:11:26,120 Hazırda olduğu kimi, bəzən elmin özü də cahiliyyətə xidmət edir. 71 00:11:26,840 --> 00:11:35,600 Müasir dünyada bəşər elmi tərəqqi etmişdir, amma bu elm cahiliyyətə xidmət göstərməkdədir; 72 00:11:36,000 --> 00:11:41,840 həmin o cahiliyyətə ki, peyğəmbərlər onun ortadan qaldırılması üçün göndərilmişdi. 73 00:11:42,840 --> 00:11:53,680 Bu cahiliyyət Allah-taala və peyğəmbərlər vasitəsilə hidayət olunan ağıla əks mövqedə dayanır. 74 00:11:55,320 --> 00:12:03,040 İnsanın həyatında ağıl, özü də peyğəmbərlərin hidayəti 75 00:12:04,000 --> 00:12:13,120 və himayəsi altında olan ağıl hakim olarsa, o, xoşbəxtliyə qovuşacaq. Buna can atmaq lazımdır. 76 00:12:14,880 --> 00:12:24,480 Əks halda, yəni ağlı insana hakim olmadığı təqdirdə şəhvət və qəzəbi, 77 00:12:25,120 --> 00:12:37,280 nəfsinin istəkləri ona hakim olacaqdır. Belə olduğu zaman isə insan bədbəxtliklərin qızmar kürəsində yanıb qovrulur. 78 00:12:37,560 --> 00:12:43,840 Bu, tarix boyu da belə olub, indi də belədir. 79 00:12:47,400 --> 00:12:52,800 İnsanların əməllərinə şəhvət və qəzəb hakim kəsildikdə, 80 00:12:53,360 --> 00:12:59,760 iki dünya müharibəsində göründüyü kimi, 81 00:13:00,240 --> 00:13:11,760 milyonlarla insan qana bələnir, insan həyatı dəyərini itirir, insan haqlarına hörmət aradan gedir. 82 00:13:13,960 --> 00:13:25,000 Şəhvət və qəzəbin, yaxud əksinə – peyğəmbərlər vasitəsilə hidayət olunmuş ağılın hakimiyyəti 83 00:13:25,240 --> 00:13:34,360 bütün müstəvilərdə mövcuddur: fərdi müstəvidə də, ictimai müstəvidə də, beynəlxalq müstəvidə də. 84 00:13:35,840 --> 00:13:46,080 Əgər dünya miqyasında beynəlxalq arenada güc və səlahiyyət sahibi olan şəxslərin davranışına 85 00:13:46,720 --> 00:13:53,040 Allah-taala tərəfindən hidayət olunmuş ağıl hakim kəsilərsə, dünya bir cür olar, 86 00:13:53,840 --> 00:14:00,800 nəfsi istəklər, hakimiyyət hərisliyi, 87 00:14:01,120 --> 00:14:05,160 fitnəkarlıq hakim kəsilərsə, bir başqa cür. 88 00:14:06,160 --> 00:14:09,320 Bəşəriyyətin problemi budur. 89 00:14:09,920 --> 00:14:19,320 Peyğəmbərlik missiyası bu cəhalət cərəyanına əks mövqedə durur. Bu cərəyan istənilən dövrdə mövcud ola bilər 90 00:14:20,080 --> 00:14:23,840 və ona qarşı mübarizə aparmaq baxımından bütün insanlar məsuliyyət daşıyır. 91 00:14:24,560 --> 00:14:32,480 Müstəmləkəçilik, xalqların alçaldılması, onların milli sərvətinin talanması, 92 00:14:33,080 --> 00:14:41,560 insan resurslarının puç edilməsi cahiliyyətin hakimiyyətindən irəli gəlir. 93 00:14:42,760 --> 00:14:56,840 Cahiliyyət hökmranlıq edəndə, bu gün dünya ölkələrində müşahidə etdiyiniz kimi, bir çox xalqlar imperializmin tapdağı altında əzilir, 94 00:14:57,360 --> 00:15:05,400 onların milli sərvətləri qarət edilir, özləri təhqir olunur, illərcə inkişafdan geri qalırlar. 95 00:15:06,680 --> 00:15:15,560 Müstəmləkə altında olan xalqlardan bəziləri on, bəziləri isə yüz illərlə inkişafdan geri düşüb. 96 00:15:16,560 --> 00:15:26,040 Cəvahirləl Nehru öz xatirələrində yazır ki, ingilislər Hindistanı ələ keçirməmişdən öncə 97 00:15:26,280 --> 00:15:37,360 bu ölkə öz dövrünə görə mütərəqqi bir mədəniyyətə malik idi, hətta inkişaf etmiş sənayesi və sənaye məhsulları var idi. 98 00:15:39,520 --> 00:15:50,840 İngilislər bu torpaqlara soxulduqdan sonra o böyük və geniş ölkəni ələ keçirib, özlərinin inkişaf edə bilməsinə şərait yaratmaq üçün Hindistanı qəsdən inkişafdan geridə saxladılar. 99 00:15:51,080 --> 00:16:00,600 Kiçik və uzaq bir ölkə olan İngiltərə Hindistan kimi böyük bir ölkənin 100 00:16:00,760 --> 00:16:08,040 milli sərvətlərini qarət edib qüdrətləndi, o ölkəni isə quru yurdda qoydu. 101 00:16:08,480 --> 00:16:13,480 Müstəmləkəçilik budur. Şəhvət və qəzəbin hakimiyyəti budur. 102 00:16:14,840 --> 00:16:22,920 Birinci və ikinci dünya müharibələrindən sonra – deyilənlərə və yazılanlara görə – 103 00:16:23,200 --> 00:16:30,280 güclü dövlətlərin əli ilə onlarla regional müharibə baş verib. 104 00:16:30,480 --> 00:16:38,760 Qərbi Asiya, Şimali Afrika regionlarına baxın, görün nələr baş verir! 105 00:16:39,640 --> 00:16:49,920 Bu müharibələri kim törədib? Şər əməlli, azğın insanlara silah-sursatı, 106 00:16:50,000 --> 00:16:56,360 pulu kim verir? Kim onları ölkələrdə fitnə-fəsad törətməyə, 107 00:16:56,800 --> 00:17:02,680 infrastrukturu dağıdıb məhv etməyə təşviq edir? Şeytan bax budur. 108 00:17:02,960 --> 00:17:14,160 “Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər”. (“Ənam” surəsi, 112-ci ayədən) 109 00:17:16,040 --> 00:17:22,560 Bəli, belədir. Şeytanlar əl-ələ verib şəbəkə yaradırlar 110 00:17:23,520 --> 00:17:32,800 və onlar dünyada gedən proseslərə hakim kəsildiyi zaman bəşəriyyətin vəziyyəti bax bu gün müşahidə etdiyimiz kimi olur. 111 00:17:34,200 --> 00:17:43,400 Həqiqi möminlərin, İran İslam Respublikasının sionizmlə düşmənçiliyi bu həqiqətlərdən qaynaqlanır. 112 00:17:43,840 --> 00:17:46,960 Bizim kiminləsə şəxsi ədavətimiz yoxdur. 113 00:17:49,560 --> 00:17:58,880 Sionist rejim və sionist sərmayədarların geniş şəbəkəsi dövlətlərə, 114 00:17:59,520 --> 00:18:06,240 Amerika Birləşmiş Ştatları kimi 115 00:18:06,400 --> 00:18:13,360 bir ölkəyə hakim kəsildikdə, kimin irəli getməsi, 116 00:18:13,640 --> 00:18:20,160 hansı namizədin və hansı partiyanın hakimiyyətə gəlməsi onların himayəçiliyindən asılı olduqda 117 00:18:20,520 --> 00:18:23,880 dünya bu gün gördüyünüz vəziyyətdə olur. 118 00:18:25,280 --> 00:18:38,880 İslam ümməti və İran xalqının böyük hərəkatının, dünyada baş qaldırmış islami oyanışın səbəbləri 119 00:18:40,600 --> 00:18:49,480 bütün bunlardır. Elə buna görə də onlar əlac yolunu İslamın, İranın və şiəliyin adını ləkələməkdə görürlər. 120 00:18:50,120 --> 00:19:01,280 Bu gün dünya ictimaiyyətində İslama, 121 00:19:01,320 --> 00:19:06,760 İrana, şiəliyə qarşı fobiya yaratmaq Amerika və onunla əlbir olan dövlətlərin 122 00:19:06,920 --> 00:19:09,640 danılmaz siyasətlərindəndir. 123 00:19:11,440 --> 00:19:20,960 Xalqlar qəflətdə olanda, onlar öz işlərini irəli apara bilirlər, xalqların oyanışı isə onların işinə əngəl yaradır. 124 00:19:21,760 --> 00:19:28,120 O zaman qəzəblənib hay-küy salırlar ki, nə üçün siz Qərbi Asiya regionunda iştirak edirsiniz, 125 00:19:28,240 --> 00:19:31,720 nə üçün bizi öz işimizi görməyə qoymursunuz? 126 00:19:33,720 --> 00:19:41,000 Bu yaxınlarda Amerikanın sözçüləri 127 00:19:41,280 --> 00:19:48,480 açıq-aşkar elan etdi ki, bizim İrana qarşı çıxmağımızın və ya məsələn, sanksiyalar tətbiq etməyimizin səbəbi 128 00:19:49,080 --> 00:19:56,720 bu ölkənin Amerikanın Qərbi Asiya – onların təbirincə desək, Orta Şərq – regionu ilə bağlı yürütdüyü siyasətlərin əleyhinə olmasıdır. Bu nə deməkdir? 129 00:19:57,600 --> 00:20:03,000 Bu o deməkdir ki, ey İran xalqı, siz ayıq-sayıq, gözüaçıq olduğunuza, 130 00:20:03,160 --> 00:20:09,720 regionda nələrin baş verdiyini dərk etdiyinizə görə geri çəkilin, qoyun biz öz işimizi görək, istədiyimizi edək! 131 00:20:09,880 --> 00:20:14,640 Yəni şeytanlıqlarımızı davam etdirək. 132 00:20:18,120 --> 00:20:23,600 Cahiliyyət budur. Bu gün dünyada belə bir cahiliyyət mövcuddur. 133 00:20:26,280 --> 00:20:37,200 Dünyada cahiliyyət hökm sürəndə, şeytani qüvvələr hakimiyyətdə olanda, günah və tüğyan baş alıb gedir. Tağut budur 134 00:20:38,560 --> 00:20:45,320 “İman gətirənlər Allah yolunda, kafir olanlar isə Tağut yolunda vuruşurlar”. (“Nisa” surəsi, 76-cı ayədən) 135 00:20:45,840 --> 00:20:57,680 Bu, meyardır. Tağutu gücləndirəcək hər hansı bir addım atan şəxs onun cəbhəsində yer almış olur. 136 00:21:21,320 --> 00:21:26,240 Tağutun işi fəsad törətmək, günah və fəsadı yaymaqdır. 137 00:21:26,440 --> 00:21:34,800 “(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (İslam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki Allah fitnə-fəsadı sevməz!” (“Bəqərə” surəsi, 205-ci ayədən) 138 00:21:35,680 --> 00:21:42,200 Allah-taala insanlığın xeyir və yaxşılığını, tağut isə fəsad və məhvə uğramasını istəyir. 139 00:21:42,360 --> 00:21:50,760 Bombanı atıb bir neçə şəhərdə yüz minlərlə insanı məhv edirlər, 140 00:21:52,040 --> 00:21:57,240 üstündən uzun illər keçəndən sonra heç üzr istəmək belə istəmirlər. 141 00:21:57,560 --> 00:22:03,000 Onlara Hirosima hadisəsi üçün üzr istəməli olduqlarını deyəndə etiraz edirlər. 142 00:22:03,960 --> 00:22:11,320 Etdikləri hərəkətə görə üzr istəmək belə istəmirlər. Özləri və ya əlaltıları Əfqanıstan, İraq 143 00:22:12,040 --> 00:22:18,160 və digər region ölkələrinin infrastrukturunu dağıdır, 144 00:22:18,720 --> 00:22:22,640 amma özlərini heç o yerə qoymadan işlərini davam etdirməkdədirlər. 145 00:22:23,040 --> 00:22:30,680 اِذَا تَوَلّيٰ سَعَيٰ فِي الاَرْضِ لِيُفسِدَ فِيهَا وَ يُهلِکَ الحَرْثَ وَالنَّسْلَ – yer üzündə fəsad və dağıntı törətmək bax budur. 146 00:22:31,320 --> 00:22:36,200 Cahiliyyət cərəyanı, cahiliyyət cəbhəsi bax budur. 147 00:22:36,560 --> 00:22:49,160 Bugünkü cahiliyyətin mahiyyət və mənası Peyğəmbər (s) dövründəki cahiliyyətlə eynidir. 148 00:22:50,680 --> 00:22:57,520 Əlbəttə ki, vasitələri, forması, metodları yenidir. Bu vəziyyət bütün müsəlmanların, 149 00:22:57,960 --> 00:23:07,680 bütün İslam ümmətinin üzərinə mütləq bir vəzifə qoyur. Bu vəzifə onlara qarşı çıxmaqdan, mübarizə aparmaqdan ibarətdir. 150 00:23:08,280 --> 00:23:15,640 Qurulduğu vaxtdan bəri İran İslam Respublikası heç bir müharibəni özü başlatmamış, 151 00:23:16,120 --> 00:23:20,640 heç bir ölkəyə qarşı heç bir hərbi əməliyyat həyata keçirməmişdir, 152 00:23:20,920 --> 00:23:27,000 amma öz sözünü və şüarını uca səslə demiş, elan etmişdir. 153 00:23:27,440 --> 00:23:39,040 Əziz liderimiz İmam Xomeyni “amerikasayağı İslam”la mürtəce İslamı bir tutmuş, 154 00:23:40,000 --> 00:23:47,680 eyni gözdə görmüşdür. Bu ikisi əsl İslama ziddir və ondan qorxur. 155 00:23:48,080 --> 00:23:55,720 Müsəlman ölkələrində fəsad törədən, 156 00:23:56,040 --> 00:24:01,040 İslamın adını ləkələyən, İslam adı ilə 157 00:24:01,800 --> 00:24:07,400 kameralar önündə insanların ciyərini çıxarıb dişləri ilə parçalayan, 158 00:24:07,680 --> 00:24:13,520 milyardlarla izləyicinin gözü qarşısında 159 00:24:14,920 --> 00:24:24,720 insanları diri-diri yandıran o azğın qruplaşmalar 160 00:24:25,000 --> 00:24:36,400 Qərb dövlətləri tərəfindən gizli bir şəkildə himayə edilir, dəstəklənir. 161 00:24:36,640 --> 00:24:46,200 Üzdə İŞİD-ə qarşı koalisiya təşkil edirlər, amma mən etibarlı mənbələrin verdiyi məlumatlara əsasən deyə bilərəm ki, bu koalisiya həqiqi deyil, 162 00:24:46,560 --> 00:24:51,040 bu mübarizə həqiqi deyil. Bu, formal bir işdir. 163 00:24:51,440 --> 00:25:00,080 Mediada, guya ki, o azğın qruplaşmaların əleyhinə təbliğat aparıb informasiya vermək istəyəndə 164 00:25:00,080 --> 00:25:03,880 onları “İslam Dövləti” adı ilə təqdim edirlər; 165 00:25:06,040 --> 00:25:13,000 yəni ki, insanlarla o şəkildə davranan, uşaqları o şəkildə qətlə yetirən, 166 00:25:13,360 --> 00:25:22,200 yeniyetmələri aldadıb kamikadzeyə çevirən İslam Dövlətidir! 167 00:25:23,520 --> 00:25:30,400 İslamafobiya bax budur. 168 00:25:32,240 --> 00:25:42,200 Bu gün biz müsəlmanların vəzifəsi besətin həqiqətini, peyğəmbərlərin əslində nə üçün göndərildiyini bilmək və bunu dünyaya çatdırmaqdır. 169 00:25:42,800 --> 00:25:50,080 Peyğəmbərlik missiyası bəşəriyyətin nicatı naminə çalışmaq deməkdir. 170 00:25:51,000 --> 00:26:03,200 Peyğəmbərlik insan toplumları içərisində düzgün bir sistemin qurulmasıdır. Besətin mənası budur. 171 00:26:04,240 --> 00:26:14,480 Peyğəmbərlik hər bir bəşər övladının xeyrini istəməkdir. Biz bütün insanların xeyrini istəyirik. 172 00:26:14,760 --> 00:26:25,640 Hətta tağut rejimlərin fəsad törədən başçıları üçün də dua edirik ki, 173 00:26:25,640 --> 00:26:38,440 Allah-taala onları hidayət etsin; ya hidayət edib düz yola gətirsin, ya da ömürlərini qısaltsın ki, daha bundan artıq fəsad törədə bilməsinlər, 174 00:26:40,160 --> 00:26:46,560 bundan artıq Allahın qəzəbinə gəlməsinlər. Bu da, əslində, xeyir üçün edilən duadır. 175 00:26:49,320 --> 00:26:53,960 İslam bütün bəşəriyyətin xeyrini istəyir, Peyğəmbər (s) bunu istəyir. 176 00:26:55,120 --> 00:27:05,440 Və İslam ümmətinin bu hərəkatı – İran İslam Respublikası qurulduqdan sonra dünyada başlanmış 177 00:27:05,800 --> 00:27:10,280 və bütün səylərinə rəğmən son qoya bilmədikləri, 178 00:27:10,680 --> 00:27:15,920 günbəgün daha da güclənmiş, möhkəmlənmiş bu hərəkat, 179 00:27:16,240 --> 00:27:19,480 mütləq, qələbə çalacaq. 180 00:27:20,960 --> 00:27:28,800 Düşmənlərin düşmənçiliyi bu böyük hərəkatı yox edə bilməz. 181 00:27:29,400 --> 00:27:36,200 Burada biz bayaq oxuduğum Quran ayəsinin tövsiyə və əmrinə əməl etməliyik: 182 00:27:36,480 --> 00:27:41,720 فَقُل حَسبِيَ الله – 183 00:27:42,480 --> 00:27:48,080 Gördün ki, sənə qarşı çıxırlar, səndən üz döndərirlər, 184 00:27:49,200 --> 00:27:56,400 hər tərəfdən müxtəlif vasitələrlə səni mühasirəyə alıblar, 185 00:27:56,560 --> 00:28:07,920 onda de: فَقُل حَسبِيَ اللهُ لَا اِلٰهَ اِلّا هُوَ عَلَيْهِ تَوَکَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ 186 00:28:08,080 --> 00:28:14,200 Bizə yol göstərən, bizi bu yerə çatdıran da məhz əziz liderimiz İmam Xomeyninin bu təvəkkülü olmuşdur. 187 00:28:14,800 --> 00:28:21,360 İnşallah, İran xalqı bu təvəkküllə yoluna davam edəcək 188 00:28:22,080 --> 00:28:33,120 və İslam ümməti islami oyanış sayəsində bu həqiqətləri günbəgün daha da bariz surətdə gerçəkləşdirəcək. 189 00:28:33,800 --> 00:28:43,280 İslam dini və müsəlmanlar sonda, mütləq, qələbə çalacaq, amma bizim üzərimizə müəyyən vəzifələr düşür: 190 00:28:43,800 --> 00:28:47,320 həm ayrı-ayrı fərdlərin, həm bütövlükdə ictimaiyyətin, 191 00:28:47,560 --> 00:28:54,640 həm ölkələrin siyasi liderlərinin, həm də müsəlman ölkələrinin başçılarının müəyyən vəzifələri var. 192 00:28:54,920 --> 00:29:01,280 Kim öz vəzifəsinə əməl etsə, Allah-taaladan mükafatını alacaq, yox əgər əməl etməsə, 193 00:29:01,440 --> 00:29:05,000 onda: “Allah elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər”. (“Maidə” surəsi, 54-cü ayə) 194 00:29:05,160 --> 00:29:09,760 Allahın yükü, onsuz da, yerdə qalmayacaq, bu yolu davam etdirənlər olacaq. 195 00:29:10,000 --> 00:29:15,400 Ümidvaram ki, inşallah, biz də bu yükü heç bir zaman yerə qoymayanlardan olarıq. 196 00:29:16,360 --> 00:29:19,200 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.