1 00:00:00,600 --> 00:00:02,560 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:02,640 --> 00:00:05,120 الحمدلله ربّ العالمين 3 00:00:05,440 --> 00:00:09,360 و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين 4 00:00:19,560 --> 00:00:22,480 سيّما بقيّةالله في الارضين 5 00:00:22,960 --> 00:00:33,880 Mənim əzizlərim xoş gəlmisiz! Ümidvaram, Müəllimlər həftəsi, 6 00:00:34,600 --> 00:00:38,960 bu günlə əlaqəli dəyərli xatirələr 7 00:00:40,120 --> 00:00:48,280 sizin hamınız – mənim əziz balalarım, qardaş və bacılarım üçün 8 00:00:48,920 --> 00:00:55,400 əbədi xoşbəxtlik, səadət və qürur mənbəyi olacaqdır. 9 00:00:59,000 --> 00:01:10,400 Bugünkü gün münasibəti ilə sizi təbrik etdikdən sonra öncə şəhidlərinizin xatirəsini yad etməyimiz yerinə düşər; 10 00:01:12,160 --> 00:01:25,680 istər şəhid olmuş müəllimlər olsun – təxminən 4 min müəllim şəhid olub və bu heç də kiçik bir rəqəm deyil 11 00:01:27,600 --> 00:01:37,520 – istərsə də Müqəddəs Müdafiə zamanı şəhid olmuş 12 00:01:38,560 --> 00:01:44,000 36 min tələbə olsun. 13 00:01:45,200 --> 00:01:55,840 Bilmək olmaz ki, əgər müəllimlərin ilıq nəfəsi olmasaydı, tələbələr istənilən şəraitdə cəbhəyə yollanardı, ya yox; 14 00:01:56,640 --> 00:02:00,280 bu iftixar da müəllimlərə aiddir. 15 00:02:03,040 --> 00:02:12,000 Bundan sonra növbə gəlib sizə – ölkəmizin müəllim ictimaiyyətinə minnətdarlığımı bildirməyə gəlib çatır; 16 00:02:13,480 --> 00:02:31,840 çünki müəllimlər maddi gəlirlərinin azlığına rəğmən, bu ağır işin məsuliyyətini daşıyan bir ictimaiyyətdir. 17 00:02:33,560 --> 00:02:43,640 Yeniyetmə və gənc nəslin təlim-tərbiyəsini üzərinə götürməklə müəllimlər çoxsaylı çətinliklərlə üzləşir. 18 00:02:45,080 --> 00:02:49,520 Bu, kiçik, sadə bir iş deyil, çox çətindir, 19 00:02:51,800 --> 00:02:58,320 məsuliyyəti də ağırdır. Yenicə pöhrələnmiş fidanlarını, 20 00:03:01,000 --> 00:03:10,560 cavanlarını təhsil ocaqlarına yollayan ailələrin müəllimlərdən gözləntisi budur ki, 21 00:03:11,840 --> 00:03:20,400 məktəbə gedən övladları onların təlim-tərbiyəsi sayəsində evdə çiçək kimi ətir saçsın. 22 00:03:21,160 --> 00:03:25,400 İnsanlar bunu istəyir, hamının müəllimlərdən bir gözləntisi var. 23 00:03:26,720 --> 00:03:39,800 Eyni zamanda gəlin bir müəllimin aylıq gəlirini hansısa sahibkarın, varlının, biznesmen balasının aylıq gəliri ilə müqayisə edək; 24 00:03:41,440 --> 00:03:53,680 bəli, bunu müəllimlər də görür, bilir; müəllim peşəsini seçən insanların bir çoxu – 25 00:03:54,560 --> 00:04:04,200 hamısı olmasa da, əksəriyyəti – həyatda özünə başqa bir yol tutsaydı, 26 00:04:05,320 --> 00:04:13,920 daha yüksək qazanclı bir gəlir mənbəyi yarada bilərdilər, amma bunu etməyiblər. 27 00:04:14,640 --> 00:04:23,680 Müəllimlərə stimul verən amillərdən biri sevgidir, eşqdir, məsuliyyət hissidir. 28 00:04:27,160 --> 00:04:31,280 Öz gələcəyini qənaətlə quran müəllimlər 29 00:04:32,240 --> 00:04:43,760 yeniyetmə və gənclərin tərbiyəsini nəcibliklə, səbir və hövsələ ilə həyata keçirir. 30 00:04:44,800 --> 00:04:50,760 Bu dediklərimi hamıya aid etmək istəməzdim; istənilən halda, hər bir peşə sahəsində, 31 00:04:51,440 --> 00:04:56,480 hər bir kollektivdə arzuolunmaz insanlar var, 32 00:04:57,360 --> 00:05:03,240 amma ümumilikdə müəllim ictimaiyyəti üçün xarakterik olan cəhətlər bu qeyd etdiklərimdir. 33 00:05:03,560 --> 00:05:14,280 Biz də bu cür müəllimlərin təlim - tərbiyəsi altında təhsilə yiyələnmişik, izahlarını eşitmişik, dərslərini öyrənmişik; müəllimin necə əziyyət çəkdiyinə şahidik. 34 00:05:17,840 --> 00:05:23,120 Müəllim olmağın bir cəhəti də var ki, 35 00:05:24,440 --> 00:05:34,680 əgər əziz müəllimlərimiz, bu fəaliyyətə yenicə başlayan insanlar, bütövlükdə təhsil işçiləri ona diqqət yetirsələr, yaxşı olar; 36 00:05:35,720 --> 00:05:42,280 həmin cəhət bundan ibarətdir ki, bu iş, bayaq dediyim kimi, əziyyətli və az gəlirli olsa da, 37 00:05:42,560 --> 00:05:48,680 onu ixlasla yerinə yetirmək şansı var. Bu, olduqca mühüm bir məqamdır. 38 00:05:49,120 --> 00:05:56,720 Əbədi dünyada insanın qurtuluşu ixlasla gördüyü işlərdədir. 39 00:05:57,400 --> 00:06:06,640 Allah naminə, haqq naminə işləmək, səmimi-qəlbdən görülən iş insanın xilasına səbəb ola bilər; 40 00:06:08,360 --> 00:06:10,960 bir çox məqamlarda bu, özünü göstərmir. 41 00:06:12,760 --> 00:06:23,000 Hərdən insan bir çox işləri Allaha xatir etdiyini düşünür, amma sonradan bir qədər vicdanla diqqət yetirdikdə həmin niyyətə nə qədər başqa şeylərin qarışdığını anlayır: 42 00:06:24,120 --> 00:06:32,240 وَ اَستَغفِرُکَ مِمّا اَرَدتُ بِه‌ وَجهَکَ فَخالَطَني ما لَيسَ لَک 43 00:06:32,920 --> 00:06:44,400 Sübh namazının nafilə və fərzi arasında oxunan bu duada 44 00:06:46,200 --> 00:06:56,280 deyilir ki: “Allahım, Sənin yolunda etmək istədiyim, amma niyyətimə Səndən başqasını qarışdırdığım işlərə görə 45 00:06:57,160 --> 00:07:00,000 məni bağışla”; 46 00:07:00,680 --> 00:07:13,120 yəni araya Allah-taaladan başqasına xatir olan niyyət və düşüncə qarışıb. Bizim işlərimizin çoxu bu cürdür; mən elə özümü nəzərdə tuturam. 47 00:07:14,800 --> 00:07:23,120 İnsan işlərini mümkün qədər ilahi niyyətlə gördükdə bu, onun üçün mənəvi sərvətə çevrilir. Belə işlərdən biri də müəllimlik peşəsidir. 48 00:07:23,520 --> 00:07:26,160 Odur ki işinizi ixlasla görün. 49 00:07:27,920 --> 00:07:32,800 Niyyətiniz ixlaslı olarsa, işiniz də bərəkətlənər, məhsuldar olar. 50 00:07:33,760 --> 00:07:40,120 Buna ən bariz nümunə şəhid Mütəhhəridir. 51 00:07:40,520 --> 00:07:49,440 Ayətullah Mütəhhəri ixlasla addım atar, işlərini Allaha xatir görərdi. 52 00:07:49,600 --> 00:07:57,200 Mənim onunla yaxın münasibətim vardı, elmi fəaliyyətinin şahidiydim, bu yolda ilahi niyyətlə hərəkət etdiyini anlayırdım. 53 00:07:58,280 --> 00:08:07,760 Zəmanəsinə bələd olan, dövrünün təlabatından xəbərdar olan, anlayan 54 00:08:08,800 --> 00:08:22,240 və həmin ehtiyacları, boşluqları ixlasla, Allah-taalaya xatir doldurmağa çalışan, ixlasla düşünən, 55 00:08:22,880 --> 00:08:30,480 danışan, yazan, zəhmət çəkən, münasibət bildirən bir insan idi. 56 00:08:32,400 --> 00:08:40,280 İlahi niyyətinin nəticəsi də bu oldu ki, gördüyü işlər qalıcı oldu, şəhid olmasından uzun müddət keçdiyinə baxmayaraq, 57 00:08:41,440 --> 00:08:47,400 kitablarını hələ də, Sədinin təbirincə desək, “qızıl kağızı kimi aparırlar”. 58 00:08:48,880 --> 00:09:01,440 Düşünən beyinlər, müdriklik axtarışında olanlar indi də şəhid Mütəhhərinin kitablarını əldə etməyə can atırlar. İxlas budur. 59 00:09:03,120 --> 00:09:08,240 Siz işinizi ixlasla görsəniz, 60 00:09:08,720 --> 00:09:17,040 sizin təlim-tərbiyəniz altında olan yeniyetmə və gənclərin hər biri bu ölkənin gələcəyini elə bir şəkildə qura bilər ki, 61 00:09:18,280 --> 00:09:30,720 siz onun yetişməsində rol oynamış bir müəllim kimi əbədi səadətə nail olarsınız; hərçənd heç kəs sizi tanımasa belə. 62 00:09:31,760 --> 00:09:38,520 Dahi İmam Xomeyniyə (r.ə) uşaqlıqda dərs vermiş müəllimləri heç kəs tanımasa da, 63 00:09:39,760 --> 00:09:52,240 onu bu cür tərbiyə edib yetişdirdikləri üçün imamın əməllərinin nəticəsi həmin müəllimlərin də əməl dəftərinə savab olaraq yazılmışdır. 64 00:09:55,200 --> 00:10:04,080 Bəli, ixlas haqqında danışdıq; mən bunları siz müəllimlərə xitabən desəm də, bu o demək deyil ki, 65 00:10:04,440 --> 00:10:12,960 müəllimlər ixlaslı, qənaətcildirlərsə, ölkə rəsmiləri də onların üzləşdiyi problemlərə diqqətsiz yanaşmalıdır. Xeyr, 66 00:10:13,960 --> 00:10:28,360 mən dəfələrlə demişəm, həmişə də deyəcəyəm: səlahiyyətli şəxslər bilməlidirlər ki, təlim-tərbiyə müəssisələrinə çəkilən xərclər 67 00:10:29,760 --> 00:10:35,760 sadəcə pul xərcləmək deyil, əslində, bir yatırımdır; bu sistemə xərclənən pullar gələcəyə yatırılan kapitaldır, mayadır. 68 00:10:36,080 --> 00:10:43,040 Rəsmilər təhsil sisteminə bu cür baxmalı, bu yanaşma ilə büdcə ayırmalı, 69 00:10:43,160 --> 00:10:47,520 müəllimlərin maddi vəziyyətini yaxşılaşdırmalıdırlar. 70 00:10:47,760 --> 00:10:56,440 Doğrudur, müəllimlərin məişət rifahının aşağı olmasından sui-istifadə edən bəzi bədxahlar da var. 71 00:10:56,720 --> 00:11:05,640 Eşitmişəm ki, hətta Təhsil Nazirliyinin özündə də belə sui-istifadəçi insanlar var; 72 00:11:06,920 --> 00:11:16,000 müəllimlərin maddi problemləri, məişət sıxıntıları müəyyən şəxslərin sui-istifadə hallarına yol verməsinə səbəb olur. 73 00:11:17,720 --> 00:11:24,520 İndiyə qədər müəllimlərimiz Allah-taalanın yardımı ilə öz təmiz adını qoruyub saxlaya bilib, 74 00:11:25,200 --> 00:11:32,960 bununla belə, bəziləri belə xoşagəlməz, qeyri-sağlam hərəkətlərə yol verməyə çalışır. 75 00:11:35,840 --> 00:11:47,040 İndi isə keçək əsas məsələyə. Mənim əzizlərim! Siz yeni bir nəsil ərsəyə gətirmək istəyirsiniz. 76 00:11:48,200 --> 00:11:55,400 Bəs ölkənizin, gələcəyinizin necə, hansı keyfiyyətlərin daşıyıcısı olan bir nəslə ehtiyacı var? 77 00:11:56,240 --> 00:12:03,680 Bu, çox əhəmiyyətli bir nüansdır. Təlim-tərbiyə meydanı heç də bizim düşündüyümüz kimi boş, rəqibsiz bir meydan deyil. 78 00:12:04,440 --> 00:12:10,920 Biri var hansısa cudoçu və ya konqfuçu 79 00:12:12,320 --> 00:12:20,440 boş bir meydanda sadəcə məşq etmək istəyir, orda qarşısında rəqib olmadığına görə işi, təbii ki, asandır, rahatdır; 80 00:12:22,720 --> 00:12:29,960 yaxud da bir nəfər boş meydanda qılınc oynadır, zərbələr endirir, qarşısında da heç kəs yoxdur; 81 00:12:31,240 --> 00:12:38,680 amma biri də var qarşınızda rəqib durub, endirdiyiniz zərbələri boşa çıxarır, 82 00:12:39,240 --> 00:12:45,520 ona dəyməsinə mane olur, həm də qarşılıqlı zərbələr endirir; 83 00:12:46,840 --> 00:12:50,600 bu gün biz belə bir rəqiblə üz-üzəyik. 84 00:12:51,120 --> 00:12:55,840 Bəs o rəqib kimdir? Bu, beynəlxalq imperializim sistemidir! 85 00:12:56,920 --> 00:13:02,280 Kimlərsə ölkəmizin təhsil və tərbiyə sisteminin dünya imperializm sistemi ilə necə, 86 00:13:03,600 --> 00:13:09,120 hansı şəkildə üz-üzə olduğuna təəccüb edə bilər; bəli, 87 00:13:10,520 --> 00:13:18,200 bu sistemin bariz nümunəsi olan ABŞ, 88 00:13:18,760 --> 00:13:25,560 nəhəng sionist kapitalistlər və bir sıra digər müstəmləkçi dövlətlər bu sferada bizimlə üz-üzədir; 89 00:13:25,960 --> 00:13:32,800 bunlar beynəlxalq imperializm sisteminin nümayəndələri, təcəssümüdür. 90 00:13:32,960 --> 00:13:43,120 Mən indiyə kimi etdiyim çıxışlarımda bu sistem və onun fəaliyyəti haqqında ətraflı danışımışam, açıqlamalar vermişəm. 91 00:13:43,840 --> 00:13:48,400 Bu sistem yalnız bizim xalq üçün deyil, bütün dünya xalqları üçün 92 00:13:49,320 --> 00:13:53,920 planlar işləyib hazırlayır. 93 00:13:55,040 --> 00:14:01,880 Onlar bu və ya digər bir ölkənin gələcəyini quracaq nəslin 94 00:14:02,080 --> 00:14:10,640 onların maraqlarına uyğun şəkildə tərbiyə olunub yetişməsini istəyirlər. 95 00:14:12,880 --> 00:14:22,480 Bu sistem ayrı-ayrı ölkələrdə yetişməkdə olan nəsillərin qlobal məsələlərdə 96 00:14:25,080 --> 00:14:31,520 onlarla eyni düşüncə, mədəniyyət və mövqeyə sahib olmasını istəyir. 97 00:14:32,240 --> 00:14:42,240 Müxtəlif ölkələrdə imperializmin maraqlarına uyğun şəkildə yetişmiş ziyalılar, tədqiqatçılar, siyasətçilər və sair təbəqələrin nümayəndələri sonradan cürbəcür rəsmi qurumlarda onları təmsil etməlidir. 98 00:14:42,960 --> 00:14:50,720 İmperialist bir sistem üçün 99 00:14:51,160 --> 00:14:59,120 hansısa ölkənin söz sahiblərinin onlarla eyni düşüncə, əməl və mövqedə olmasından 100 00:14:59,480 --> 00:15:04,320 daha yaxşı nə ola bilər? Təbii ki, bu yolla onların işi asanlaşmış olur. 101 00:15:05,120 --> 00:15:12,840 Bu, imperializmin mədəni nüfuz proqramıdır və əlbəttə ki, qısa müddətə ərsəyə gətirilməyib, 102 00:15:12,840 --> 00:15:18,360 azından on illərdir ki, üzərində işlənilir, hazırlanaraq həyata keçirilir. 103 00:15:19,720 --> 00:15:24,880 Qərb siyasətinin mütəfəkkirləri dəfələrlə qeyd ediblər ki, 104 00:15:25,440 --> 00:15:33,680 biz 19-cu əsr müstəmləkə dövründə olduğu kimi başqa ölkələrə hərbi qüvvə 105 00:15:33,680 --> 00:15:38,480 və texnika yeridərək külli miqdarda pul xərcləyib 106 00:15:38,680 --> 00:15:44,160 muharibə aparmaqdansa, ən effektiv, asan, sərfəli bir üsuldan istifadə etməli – 107 00:15:44,360 --> 00:15:52,560 yəni həmin ölkələrin ziyalılarını, üzdə olan insanlarını yanımıza gətirməli, öz düşüncə və mövqeyimizi onların şüuruna yeritdikdən sonra ölkələrinə geri göndərməliyik. 108 00:15:52,880 --> 00:16:02,000 Bu yolla onlar bizim müftə vuruşan əsgərlərimizə çevriləcək və həmin ölkədə görmək istədiyimiz işləri onlar həyata keçirəcəklər. 109 00:16:02,600 --> 00:16:10,840 Məgər bu gün bu cür dövlətlərin varlığından xəbəriniz yoxdurmu? Məgər elə bizim öz regionumuzda 110 00:16:11,680 --> 00:16:18,280 Amerikanın dediklərini təkrarlayıb təsdiqləyən, onların istədiyi işləri həyata keçirən bu cür dövlətlər azdırmı? 111 00:16:19,160 --> 00:16:28,520 Bu dövlətlər onların bütün xərclərini öz öhdələrinə götürür, onlara xidmət göstərir, onlar üçün çalışırlar. 112 00:16:28,800 --> 00:16:36,320 Gördükləri işin qarşılığında da nə bir imtiyaz qazanır, nə də pul alırlar, əksinə, özləri pul xərcləyirlər. 113 00:16:36,960 --> 00:16:44,840 Qazandıqları imtiyaz yalnız budur ki, imperialistlər onların müxalifətin əli ilə devrilməsinə mane olur, hakimiyyətlərini qoruyub saxlayır. 114 00:16:45,920 --> 00:16:53,480 İmperialistlərin bizim gələcək nəslimiz – yəni sizin təlim-tərbiyəniz altında olan tələbələr üçün də bu cür planları var; 115 00:16:53,960 --> 00:16:59,200 bu işlərdə nə dərəcədə uğur qazanıb-qazanmadıqları ayrı bir mövzudur, amma belə planları var. 116 00:17:00,000 --> 00:17:05,360 Həmin plan və proqramlar vasitəsi ilə də öz düşüncələrini, mədəniyyətlərini, dillərini təbliğ edir, yayırlar. 117 00:17:05,560 --> 00:17:12,960 Elə bu məqamdaca mən bəzən Təhsil və Tərbiyə Nazirliyinin rəsmilərinə dediyim bir sözü burda da təkrarlamaq istəyirəm – 118 00:17:14,160 --> 00:17:18,440 ola bilsin, hazırkı rəsmilərə bu haqda bir şey deməmişəm, amma əvvəlkilərə həmişə tapşırırdım – 119 00:17:18,440 --> 00:17:25,320 ingilis dilinin ölkəmizdə bu şəkildə israrla yayılması düzgün bir şey deyil. 120 00:17:26,000 --> 00:17:34,800 Bəli, xarici dil bilmək vacibdir, lakin xarici dil yalnız ingilis dili deyil ki; elm öyrənmək üçün lazım olan dil təkcə ingilis dili deyil ki. 121 00:17:36,760 --> 00:17:45,880 Axı nəyə görə orta məktəblərdə başqa xarici dillər də tədris olunmur? İngilis dilinin əsas xarici dil olaraq qalmasında nəyə görə israrlıdırlar? 122 00:17:46,760 --> 00:17:54,800 Axı bu, Pəhləvi diktaturasının dövründən qalma bir ənənədir. 123 00:17:56,160 --> 00:18:06,280 Məsələn, nəyə görə ispan dili tədris olunmasın? Bu gün dünyada ispan dilində danışanların sayı ingilis dilində danışanlardan heç də az deyil; 124 00:18:07,360 --> 00:18:14,000 müxtəlif ölkələrdə, Latın Amerikasında, yaxud Afrikanın bəzi ölkələrində bu dildən istifadə edənlərin sayı çoxdur. 125 00:18:14,000 --> 00:18:22,040 Mən misal üçün deyirəm; ispan dili təbliğ olunub yayılsın deməklə onların işini qabağa aparmaq niyyətim yoxdur, sadəcə misal çəkirəm. 126 00:18:22,480 --> 00:18:30,880 Yaxşı, nəyə görə fransız, ya da alman dili tədris olunmur? 127 00:18:31,200 --> 00:18:39,480 İnkişaf etmiş bəzi şərq ölkələrinin dilləri də xarici dildir, onlar da elmi inkişaf üçün lazım ola biləcək dillərdir. 128 00:18:39,800 --> 00:18:53,040 Başqa ölkələrdə belə məsələlərə diqqət yetirir, hansısa xarici dilin ölkədə yayılmasının, müdaxiləsinin və nüfuzunun qarşısını alırlar; 129 00:18:54,120 --> 00:18:57,480 amma biz papadan da betər katolik çıxmışıq! 130 00:18:58,840 --> 00:19:07,280 Bu dilin asanca təbliğ olunması üçün meydanı boşaltmışıq, üstəlik onu orta məktəblərimizdə inhisarçı xarici dil etməkdən əlavə, 131 00:19:07,840 --> 00:19:14,920 hələ getdikcə daha aşağı təhsil pillələrinə – ibtidai siniflərə və uşaq baxçalarına da keçiririk! 132 00:19:16,240 --> 00:19:24,160 Hətta uşaq baxçalarına da keçiririk! Nəyə görə? Halbuki biz ölkə xaricində fars dilini təblig etmək istəsək, 133 00:19:24,920 --> 00:19:34,000 bir aləm pul xərcləməli, nə qədər zəhmət çəkməli oluruq. Hələ o qədər əzab-əziyyətdən sonra nə vaxtsa fars dili kafedrasını ləğv etsələr, bunun səbəbini öyrənmək üçün 134 00:19:34,760 --> 00:19:43,680 diplomatik səviyyədə əlaqə yaratmalı oluruq. Xarici ölkələrdə fars dilinin təbliğinə nə bir şərait yaradırlar, nə tələbə yığmağa icazə verirlər, nə də bizə bir imtiyaz verirlər. 135 00:19:43,960 --> 00:19:49,200 Hələ bir bundan sonra biz də onların dilinin təbliğinə öz büdcəmizdən pul ayıraq, 136 00:19:50,120 --> 00:19:58,400 bu yolda üzləşdikləri problemləri özümüz həll edək?! Bu, məntiqlidirmi? Mən başa düşmürəm! 137 00:20:00,840 --> 00:20:05,920 Bunu mən haşiyəyə çıxaraq qeyd etdim ki, hamı diqqət yetirsin. 138 00:20:06,880 --> 00:20:13,800 Əlbəttə, mən demək istəmirəm ki, sabahdan orta məktəblərdə ingilis dilinin tədrisini dayandıraq, xeyr, 139 00:20:15,040 --> 00:20:18,600 demək istədiyim odur ki, nə iş gördüyümüzü dərk edək; 140 00:20:19,520 --> 00:20:29,800 qarşı tərəfin bu ölkədə necə və hansı xüsusiyyətlərin daşıyıcısı olan bir nəsil yetişdirmək istədiyini bilək. 141 00:20:33,000 --> 00:20:41,920 Bəli, beynəlxalq imperializm – imperializm sistemi – belə bir yeni nəsil istəyir. Bəs biz? 142 00:20:42,680 --> 00:20:47,080 Biz ölkənin gələcəyi üçün necə bir nəslin arzusundayıq? Sizin bayaq oxuduğunuz o and çox yaxşıdır; 143 00:20:47,520 --> 00:20:55,160 onun mətnini bura gəlməmişdən əvvəl o yanda mənə göstərdilər, bir az əvvəl də diqqətlə qulaq asdım. 144 00:20:56,680 --> 00:21:01,760 Yeri gəlmişkən, onu da bilin ki, and içdinizsə, onu yerinə yetirmək sizə vacib olur; 145 00:21:02,320 --> 00:21:11,440 yəni hər hansı bir niyyətlə içdiyiniz andı icra etmək artıq sizə vacibdir, ona əməl etməlisiniz; yaxşı and idi, gözəl mətni var idi. 146 00:21:12,720 --> 00:21:19,920 Şagirdlərimizin təlim-tərbiyəsində diqqət mərkəzində saxlamalı olduğumuz birinci məsələ 147 00:21:20,280 --> 00:21:28,680 onlarda müstəqil bir milli və dini kimlik formalaşdırmaqdır; bu, birinci yerdə gəlir; 148 00:21:31,680 --> 00:21:41,400 müstəqil, özünə hörmətlə yanaşan bir kimlik. Biz gənclərimizi elə yetişdirməliyik ki, onlar müstəqil siyasət, 149 00:21:41,600 --> 00:21:49,400 müstəqil iqtisadiyyat, müstəqil mədəniyyət barədə düşünsünlər; 150 00:21:49,760 --> 00:21:58,120 əcnəbilərə baglılıq, onlardan asılılıq, yadlara etimad göstərib arxalanmaq 151 00:21:58,720 --> 00:22:03,960 gənclərimizdə psixoloji bir hal olaraq yaranıb inkişaf etməsin; 152 00:22:06,480 --> 00:22:11,160 bax bu baxımdan biz təhlükə ilə üz-üzəyik. Bunu mən sizə deyirəm! 153 00:22:11,360 --> 00:22:16,960 Özünüzün də gördüyünüz kimi, leksikonumuza Avropadan gəlmiş 154 00:22:16,960 --> 00:22:26,000 yeni bir xarici söz daxil olar-olmaz, böyüklü-kiçikli, ruhanisi, qeyri-ruhanisi və sair – hamı o sözdən istifadə etməyə başlayır. Axı niyə? 155 00:22:28,560 --> 00:22:37,000 Nəyə görə biz xarici sözləri işlətməyə bu qədər meyilliyik, həvəsliyik? Niyə? 156 00:22:38,080 --> 00:22:48,320 Axı bu bizə keçmişdəki məlum vəziyyətdən qalma mirasdır. Bu baxımdan hazırda mövcud olan vəziyyət 157 00:22:48,520 --> 00:22:57,560 eynilə mənim cavanlıqda – şah diktaturası dövründə gördüyüm vəziyyətə bənzəyir.Yadımdadır, mən özüm də gənc olanda, elə bil, xarici sözlər işlətməkdə 158 00:22:58,320 --> 00:23:05,760 yarışa girərdik. O zamanlar bu cür sözlərdən kim çox istifadə edirdisə, bu, onun daha elmli, 159 00:23:06,160 --> 00:23:11,200 daha məlumatlı və sair olduğundan xəbər verirdi. Amma bu, səhv düşüncədir. 160 00:23:12,120 --> 00:23:22,120 Gənclərimizdə, yeniyetmələrimizdə formalaşdırmalı və inkişaf etdirməli olduğumuz birinci şey milli kimlikdir, milli şüurdur. 161 00:23:22,920 --> 00:23:26,520 Yalnız bundan sonra müqavimət iqtisadiyyatı da məna kəsb edəcək. 162 00:23:27,960 --> 00:23:36,240 Məsələ belə deyil ki, əgər biz müqavimət iqtisadiyyatının reallaşmasını istəyiriksə, elə yüksək çinli dövlət rəsmiləri 163 00:23:36,920 --> 00:23:43,160 bir-birinin ardınca saysız-hesabsız iclaslar keçirsinlər, ard-arda göstərişlər versinlər, tapşırıqlar göndərsinlər, 164 00:23:43,360 --> 00:23:48,920 axırda da məlum olsun ki, heç bu proqram tam istədikləri şəkildə icra olunmayıb. 165 00:23:49,800 --> 00:23:55,680 Təbii ki, hazırda müqavimət iqtisadiyyatının reallaşması uğrunda zəhmət çəkilir, işlər görülür, 166 00:23:56,320 --> 00:24:08,280 Təbii ki, hazırda müqavimət iqtisadiyyatının reallaşması uğrunda zəhmət çəkilir, işlər görülür, amma nə qədər ki müstəqillik ruhiyyəsi, düşmənin qarşısında müqavimət, dirəniş psixologiyası tam olaraq formalaşmayıb, bu işin icrası, əlbəttə ki, çətin olacaq. 167 00:24:11,280 --> 00:24:18,480 Biri var sahib olduğumuz ehtiyatı – misal üçün, bəzi ailələr, 168 00:24:19,120 --> 00:24:28,840 xüsusilə də tədbirli ailələr özləri üçün ehtiyat tədarük edir; ölkəmizin də Allah tərəfindən bizə verilən neft kimi bir neməti, təbii ehtiyatı var – 169 00:24:29,760 --> 00:24:37,680 bir ucdan bazara çıxarıb xammal şəklində, əlavə dəyər olmadan satmağa adət edək; 170 00:24:38,800 --> 00:24:46,160 biri də var bunu əlavə dəyəri olan bir şeyə çevirək; bax bu, ölkə iqtisadiyyatı üçün faydalı və arzuolunandır; 171 00:24:46,400 --> 00:24:50,760 amma biz nə edirik, ucdantutma çıxarıb satırıq. 172 00:24:52,920 --> 00:25:01,600 Bəzən xarici ölkə başçıları ilə keçirdiyimiz görüşlərdə bəziləri giley-güzar edir ki, “sizinlə ticarət mübadilələrimizdə göstəricilər bərabər deyil, 173 00:25:02,000 --> 00:25:07,480 siz bizə daha çox satır, əvəzində daha az alırsınız”; mən bu sözün cavabında 174 00:25:07,840 --> 00:25:16,520 bir neçəsinə dönə-dönə demişəm ki, siz əsasən neft alırsınız; neft – yəni pul, qızıl; 175 00:25:17,480 --> 00:25:24,280 biz isə neftdən əlavə dəyər əldə etmirik, təbii ehtiyatlarımızı torpağın altından çıxarıb xammal şəklində sizə satırıq. 176 00:25:25,480 --> 00:25:31,640 Ticarət balansı baxımından bunları eyni götürmək olmaz. Bunlar olduqca önəmli məqamlardır. 177 00:25:32,280 --> 00:25:40,240 Müstəqil bir şəxsiyyət kimi formalaşan insan bu cür yaşam tərzindən uzaq duracaq; məhz o zaman müqavimət iqtisadiyyatı, 178 00:25:40,800 --> 00:25:49,360 neftsiz iqtisadiyyat, müstəqil mədəniyyət məna kəsb edəcəkdir. 179 00:25:50,760 --> 00:25:58,120 Biz şagirdlərimizdə ali, parlaq şəxsi keyfiyyət meyarlarını oyatmalıyıq; 180 00:25:58,360 --> 00:26:06,320 elə oxuduğunuz andın mətnində də ilahi fitrətin dirçəldilməsi məsələsinə toxunuldu; bəli, düzdür; 181 00:26:07,000 --> 00:26:15,480 Allah-taala bizim hamımızın varlığında – sizdə də, məndə də – bir başlanğıc, bir maya yerləşdirib və bu mayanı inkişaf etdirmək, genişləndirmək, 182 00:26:15,960 --> 00:26:23,040 ondan yararlanmaq olar. Uşaqlarda bu mayanı aktivləşdirmək, gücləndirmək lazımdır. 183 00:26:25,120 --> 00:26:31,960 Bax həmin keyfiyyət meyarları bunlardır; ən başlıcası, cərəyan yaradacaq anlayışlardır, 184 00:26:32,400 --> 00:26:42,520 uşaqlara ideoloji cərəyan yaradacaq, onları əməli işlər görməyə sövq edəcək anlayışları təlqin etmək, onlarda bu anlayışları hərəkətə keçirmək, canlandırmaq lazımdır; 185 00:26:42,920 --> 00:26:53,720 bunlar imandır; təfəkkürdür; düşünməyi öyrənsinlər; kollektivçiliyi, ictimai əməkdaşlığı, 186 00:26:54,400 --> 00:27:02,600 sosiumdan xoşagəlməz bir şəkildə təcrid olunmaqdan uzaq olmağı öyrənsinlər; İslam dinində çox ülvi bir anlam daşıyan 187 00:27:03,600 --> 00:27:06,840 ictimai öhdəçiliyi, qarşılıqlı ictimai məsuliyyəti öyrənsinlər. 188 00:27:07,560 --> 00:27:15,520 Uşaqlar düzgün istehlakı öyrənməlidir; mən istehlak modelinin islah edilməsi haqqında dəfələrlə danışmışam – 189 00:27:16,000 --> 00:27:22,360 ilin əvvəlində etdiyim çıxışlarda, dövlət rəsmiləri ilə keçirdiyimiz xüsusi və ümumi iclaslarda – 190 00:27:23,560 --> 00:27:30,640 amma bizim istehlak modelimiz hələ ki lazımi şəkildə islah olunmayıb; biz çox pis istehlak edirik. 191 00:27:31,560 --> 00:27:40,720 Elə bir neçə gün əvvəl bu hüseyniyədə keçirilən toplantıda qeyd etdiyim xarici məhsulların istehlakı məsələsi buna nümunə ola bilər. 192 00:27:41,600 --> 00:27:52,560 On, yüz milyardlıq lüks məhsulların qaçaqmalçılığı bunun göstəricisidir. 193 00:27:54,080 --> 00:28:01,760 Bəziləri tərəfindən küçələrdə təşkil edilən o uşaqsayağı oyunlar – əli pula təzəcə çatmış varlı insanların balaları 194 00:28:02,280 --> 00:28:09,880 bahalı avtomobillərlə küçələrdə şütüyürlər, o baş-bu başa gedib özlərini göstərirlər – 195 00:28:11,280 --> 00:28:21,160 bütün bunlar istehlak modelinin islah olunmamağından qaynaqlanır. Odur ki bu xüsusiyyətləri yeniyetmə və gənc nəslə uşaqlıqdan öyrətmək, aşılamaq lazımdır. 196 00:28:21,560 --> 00:28:30,040 Gənc nəslə öyrətməli olduğumuz digər bir xüsusiyyət onlarla eyni fikirdə olmayan, müxalif mövqedən çıxış edən insanlara 197 00:28:30,480 --> 00:28:35,960 dözümlü yanaşmaqdır; biri bizə bir balaca irad tutan kimi, cavabında qayıdıb sinəsindən yumruqla vurmaq – 198 00:28:37,800 --> 00:28:42,440 bu, dözümsüzlüyün göstəricisidir; halbuki İslam dini bizdən bunu yox, tam əksini istəyir; 199 00:28:43,800 --> 00:28:45,920 “...onlar bir-biri ilə mehribandırlar...” (“Fəth” surəsi, 29-cu ayədən) 200 00:28:46,480 --> 00:28:53,560 Başqa bir önəmli xüsusiyyət ədəbli olmaq, etik qaydalara riayət etməkdir. Sizdən çoxunuz internetlə tanışsınız; 201 00:28:53,560 --> 00:29:01,120 sizcə, virtual məkanda ədəb-ərkan, həqiqətən də, gözlənilir? 202 00:29:02,320 --> 00:29:10,760 Abır-həyaya riayət olunur? Təbii ki, xeyr, riayət olunmur; və ya əksər hallarda riayət olunmur. 203 00:29:12,160 --> 00:29:16,400 Yeniyetmə və gənclərdə bax bunları inkişaf etdirmək lazımdır. 204 00:29:17,000 --> 00:29:25,000 Digər önəmli bir xüsusiyyət dindarlıqdır; aristokratik həyat tərzinə vurğun bir şəkildə tərbiyə olunmasınlar; gənclərə dəbdəbəli həyata heyranlıq aşılanmamalıdır. 205 00:29:25,160 --> 00:29:35,240 Əlbəttə ki, əgər gənclərə aşılanmalı olan bu kimi müsbət keyfiyyətləri qeydə alıb siyahısını tutsam, oxusam, bir neçə səhifə olar, ancaq ən əhəmiyyətliləri bu sadaladıqlarımdan ibarətdir. 206 00:29:35,560 --> 00:29:42,320 Bu xüsusiyyətləri gələcək nəslə bir müəllim olaraq siz aşılamalısınız; bu, sizin işinizdir, müqəddəs vəzifənizdir. 207 00:29:43,800 --> 00:29:51,400 Yeni nəsli bu cür keyfiyyətlərlə böyüdən, onlara bu mədəniyyəti təlqin edən məhz sizlər olmalısınız. 208 00:29:51,760 --> 00:30:02,080 Əgər siz ideoloji cərəyan yaradan bu anlayışları şagirdlərinizin zehninə, düşüncəsinə yeridə bilsəniz, 209 00:30:02,920 --> 00:30:11,680 bu ölkənin gələcəyinə çox böyük xidmət göstərmiş olacaqsınız. Xoşbəxtlikdən, müəllim peşəsi bu özəlliyə sahibdir; müəllimlər tədris etdiklərinə, öyrətdiklərinə görə, 210 00:30:11,960 --> 00:30:20,400 təbii olaraq, şagirdləri üzərində bir psixoloji və mədəni təsir gücünə, nüfuza malik olurlar; bəzi siniflərdəki çətin tərbiyə olunan 211 00:30:21,120 --> 00:30:26,120 şagirdləri demirəm, amma ümumilikdə bu cürdür. 212 00:30:27,200 --> 00:30:36,040 Teoloji mərkəzləri götürsək, orada tələbələr müəllim qarşısında itaətkar bir qul kimi otururlar. 213 00:30:36,320 --> 00:30:41,200 Düzdür, müasir mədəniyyətdə artıq belə deyil, amma yenə də müəllim şagird üzərində 214 00:30:42,440 --> 00:30:45,840 bir təsir gücünə malikdir və bu təsir gücündən müsbət mənada yararlanmaq mümkündür. 215 00:30:46,240 --> 00:30:53,160 Müxtəlif qurumların rolu böyükdür; onlar təlim-tərbiyə prosesində 216 00:30:53,440 --> 00:31:00,640 elə bir atmosfer yarada bilərlər ki, müəllimlər öz işini rahatlıqla yerinə yetirə bilsin 217 00:31:00,880 --> 00:31:06,800 və bayaq oxuduğunuz andın mətnində yer alan prinsiplərə, eləcə və mənim qeyd etdiyim xüsusiyyətlərə sadiq qalsın. 218 00:31:07,120 --> 00:31:15,200 Belə qurumlardan biri təlim-tərbiyə məsələləri üzrə müavinlikdir; bu strukturun təsis edilməsinə göstəriş verilmişdi və sevindirici haldır ki, artıq yaradılıb, 219 00:31:16,160 --> 00:31:21,440 işinə başlayıb, ancaq bu, yetərli deyil; 220 00:31:22,000 --> 00:31:26,320 təlim-tərbiyə məsələləri üzrə müavinliyin öhdəsinə daha ağır məsuliyyət düşür. 221 00:31:26,760 --> 00:31:44,520 Bu qurum çalışqan, məqsədyönlü, müdrik və sağlam bir şəkildə fəaliyyət göstərməlidir; istər ideoloji, istər siyasi, 222 00:31:45,440 --> 00:31:54,040 istərsə də əxlaqi baxımdan sağlam olmalıdır; bunlar təlim-tərbiyə üzrə müavinliyin üzərinə düşən vəzifələrdir, onlara əməl olunmalıdır. 223 00:31:56,240 --> 00:32:13,160 Və əgər bu önəmli məsələlərdən hansınınsa icrasında – istər dinə uyğun formada düzgün davranmaq baxımından, istərsə də siyasi, yaxud əxlaqi cəhətdən – 224 00:32:13,440 --> 00:32:22,680 səhlənkarlığa yol verilərsə, ölkəmizin təhsil sisteminə və yetişməkdə olan nəslə zərbə vurulmuş olacaq. 225 00:32:24,440 --> 00:32:32,280 Bu sahədə məsuliyyət daşıyan digər bir önəmli qurum “Səda və sima” Dövlət Teleradiosudur; “Səda və sima” çox böyük rol oynaya bilər. Mən keçənilki çıxışımda da 226 00:32:32,880 --> 00:32:38,520 bu mövzuda proqramların hazırlanmasının vacib olduğu barədə danışmışdım, 227 00:32:41,160 --> 00:32:47,320 amma bu məsələ hələ ki reallaşmayıb; lazımınca reallaşmayıb. Teleradio Şirkətinin təlim-tərbiyə ilə bağlı ayrıca bir fəaliyyət istiqaməti olmalıdır. 228 00:32:47,880 --> 00:32:53,120 Mütəxəssislər bu sahədə konkret fəaliyyət proqramı tərtib etməlidirlər. 229 00:32:54,840 --> 00:33:04,720 Bir neçə gün əvvəl – deyəsən, keçən həftə idi – hüseyniyədə bir qrup yeniyetmə və gənclə görüşümüz vardı. 230 00:33:05,080 --> 00:33:13,000 Aralarından biri mənə yaxınlaşıb bir şikayət məktubu verdi; oxudum, gördüm ki, düz yazıb, haqlı irad bildirib. 231 00:33:13,720 --> 00:33:21,960 O yazmışdı ki, televiziya və radioda azyaşlılar və böyüklər üçün xüsusi verilişlər hazırlanır, 232 00:33:22,760 --> 00:33:32,440 amma biz orta məktəb şagirdləri üçün münasib bir proqram yoxdur. Baxdım ki, düz deyir, haqlıdır. 233 00:33:34,640 --> 00:33:42,720 Gənclərimizə ideoloji, psixoloji, dini və elmi cəhətdən 234 00:33:43,040 --> 00:33:47,000 faydalı, yararlı ola biləcək hansı proqramlar var? 235 00:33:49,680 --> 00:33:57,240 Doğrudur, bəzi kanallarda elmi verilişlər var, amma bunlar mütəmadi yayımlanan proqramlar deyil. 236 00:33:58,440 --> 00:34:03,000 Peşəkar səviyyədə xüsusi proqramlar hazırlanmalıdır. 237 00:34:03,640 --> 00:34:08,920 Odur ki adını çəkdiyim bu qrum da ciddi məsuliyyət daşıyan qrumardan biridir. Məsuliyyət daşıyan başqa bir qurum Rabitə Nazirliyidir. 238 00:34:10,400 --> 00:34:18,320 Günümüzdə virtual məkanın təsir dairəsi real həyatımızdan daha genişdir; 239 00:34:19,600 --> 00:34:29,200 bəziləri internetlə nəfəs alır, hətta ümumiyyətlə həyatları orada keçir. 240 00:34:30,960 --> 00:34:38,800 Gənclərin də virtual aləmlə sıx əlaqəsi var; cürbəcür imkanlarından yararlanırlar, 241 00:34:39,360 --> 00:34:45,560 sosial şəbəkələrindən, elmi proqramlarından istifadə edirlər, müxtəlif işlər görür, 242 00:34:46,240 --> 00:34:53,040 informasiya mübadiləsi edirlər; amma yenə də bu, insanı büdrədə, yanlış yola sürükləyə biləcək bir məkandır. 243 00:34:54,120 --> 00:34:58,960 Heç kəs demir ki, yol çəkməyin, 244 00:35:00,520 --> 00:35:06,360 əgər hansısa bölgədə yola ehtiyac varsa, lap yaxşı çəkin, istəyirsiniz lap magistral yol çəkin, amma ehtiyatlı olun! 245 00:35:07,040 --> 00:35:16,200 Hansısa ərazidə torpaq sürüşməsi ehtimalı varsa, lazımi hesablamalar aparılmalı, təhlükəsizlik tədbirləri görülməlidir. 246 00:35:16,840 --> 00:35:25,640 Biz öz informasiya qurumlarımıza, ümumilikdə Rabitə Nazirliyinə, Ali Kiberməkan Şurasına – hansı ki o qurumdan da mənim narazılığım var – 247 00:35:26,040 --> 00:35:30,880 bu barədə tapşırıqlarımızı vermişik. Mən demirəm ki, bu yolu bağlayın, xeyr, çünki bu heç məntiqli də deyil. 248 00:35:32,080 --> 00:35:42,280 Kimlərsə oturub, düşünüb-daşınıb, internet adlı yeni bir yol yaradıblar – özləri demişkən, kiberməkan – 249 00:35:42,480 --> 00:35:49,920 lap yaxşı, istifadə edin, ancaq bu istifadə sağlam bir şəkildə olmalıdır. Başqaları bundan düzgün şəkildə yararlanır; 250 00:35:50,680 --> 00:35:59,680 bir sıra ölkələr öz mədəniyyətlərinə, milli mentalitetlərinə uyğun olaraq virtual məkandan istifadəyə məhdudiyyət qoyublar. Bəs biz niyə belə etməyək? 251 00:36:00,680 --> 00:36:10,840 Nəyə görə bu məsələyə səhlənkar yanaşırıq? Nəyə görə bu kontrolsuz və qayda-qanunsuz məkanı başlı-başına buraxmışıq? 252 00:36:11,160 --> 00:36:17,760 Müəyyən qurumlar məsuliyyət daşıyır, onlardan biri də Rabitə Nazirliyidir. 253 00:36:20,040 --> 00:36:23,320 Adlarını çəkdiyim qurumlar hamısı Təhsil Nazirliyinə kömək etməlidir, 254 00:36:24,960 --> 00:36:29,960 çünki Təhsil Nazirliyi təkbaşına bütün işlərin öhdəsindən gələ bilməz; həmin qurumlar ona yardımçı olmalıdır. 255 00:36:29,960 --> 00:36:37,360 Mən dönə-dönə demişəm ki, Təhsil Nazirliyinə kömək etmək lazımdır; bax kömək deyəndə mən bunları nəzərdə tuturdum. 256 00:36:38,160 --> 00:36:43,720 Kömək deyəndə hamının ağlına dərhal maddi yardım gəlməsin; bu sadalananlar da yardımdır; 257 00:36:43,960 --> 00:36:51,400 gərək hamı birgə əməkdaşlıq etsin ki, Təhsil Nazirliyi sözün əsl mənasında ayaqda duraraq öhdəsinə düşən işləri həyata keçirsin. 258 00:36:53,000 --> 00:37:00,880 Təlim-tərbiyə sahəsində həyata keçirilməli olan digər işlərdən biri də pedaqoqlara gənclik və təravət ruhiyyəsinin aşılanmasıdır; 259 00:37:02,240 --> 00:37:06,280 gəlin müəllimlərin qocalmasına yol verməyək. Mən qocalıq dedikdə fiziki baxımdan yaşlanmağı nəzərdə tutmuram; 260 00:37:07,200 --> 00:37:11,760 bəzi insanlar gənc olsalar da, ruhiyyələri qocadır, 261 00:37:12,000 --> 00:37:16,920 bəziləri qoca olsalar da, ruhiyyələri cavandır. 262 00:37:17,160 --> 00:37:24,080 Elə müəllim tanıyıram ki, təxminən 70 ilə yaxındır işləyir, amma dərs deməkdən, öyrətməkdən hələ də əl çəkməyib; 263 00:37:24,920 --> 00:37:34,240 bunlar önəmli, dəyərli xüsusiyyətlərdir. Odur ki təlim-tərbiyə ocaqlarında bu ruhiyyəni dirçəltmək lazımdır. 264 00:37:35,080 --> 00:37:40,960 Digər bir məsələ hazırda ölkəmizdə mövcud lan təhsoil sisteminin köhnəlmiş vəziyyətdə olmasıdır. Bizim təhsil sistemi köhnəlib, 265 00:37:41,960 --> 00:37:47,080 zamanın tələblərinə cavab vermir; biz bu sistemi avropalılardan götürmüşük, 266 00:37:47,480 --> 00:37:53,960 indiyə kimi də toxunulmaz bir muzey eksponatı kimi qoruyub saxlayırıq! 267 00:37:55,040 --> 00:38:05,880 Düzdür, ara-sıra xırda-para dəyişikliklər edirik, amma bu sistem artıq köhnəlib, mütləq, yenilənməlidir. 268 00:38:06,280 --> 00:38:15,480 Əlbəttə, bayaq cənab nazirin qeyd etdiyi dəyişikliklər layihəsi bu yolda irəliyə doğru atılan bir addımdır, yaxşı layihədir, 269 00:38:16,200 --> 00:38:22,440 amma mən digər bir önəmli məsələni diqqətinizə çatdırmaq istəyirəm, o da bundan ibarətdir ki, 270 00:38:22,960 --> 00:38:31,360 təlim-tərbiyə sistemini yeniləmək üçün biz yenə də başqalarının əlinə göz dikməməliyik, hansısa Avropa ölkəsində bu sahədə hansı dəyişikliklərin getdiyinə baxmamalıyıq, həmin yeniliklərin üzünü köçürməyə səy göstərməməliyik. 271 00:38:32,120 --> 00:38:38,240 Ekspertlər, mütəxəssislər toplanmalı – əlbəttə yaxşı olardı ki, təcrübələrdən də yararlansınlar – 272 00:38:38,880 --> 00:38:46,960 özləri yeni təhsil sisteminin layihəsini hazırlamalıdırlar. 273 00:38:48,080 --> 00:38:57,040 Elə həmin o dəyişikliklər layihəsi də ilk baxışdan yaxşıdır, irəliyə doğru bir addımdır; 274 00:38:57,400 --> 00:39:03,720 onun icrasını dəqiqliklə, tənqidi yanaşma əsasında həyata keçirmək lazımdır, 275 00:39:04,000 --> 00:39:12,200 baxsınlar görsünlər harasında nöqsanlar var. Hər halda, hər bir qeyri-ilahi varlığın, hər bir bəşər övladının işində nöqsan olur; 276 00:39:12,640 --> 00:39:16,320 axtarıb həmin nöqsanları tapmaq lazımdır. 277 00:39:19,840 --> 00:39:27,280 Qüsurlar, çatışmazlıqlar müəyyən edilərək hərtərəfli ölçülüb-biçilmiş, yaxşı bir layihə hazırlanmalıdır. 278 00:39:28,400 --> 00:39:33,600 Təhsil sistemində olduqca əhəmiyyətli rola malik olan digər bir qurum da Pedaqoji Universitetdir; 279 00:39:34,320 --> 00:39:42,320 yəni gələcəyin müəllimləri olan əziz gənclərimizin təhsil aldığı mərkəz. Ora olduqca mühüm bir məkandır. 280 00:39:43,160 --> 00:39:53,400 Bu ali təhsil ocağının müəllimlik peşəsi üçün lazım olan ali meyarlar əsasında, keyfiyyət və kəmiyyət baxımından 281 00:39:56,520 --> 00:40:00,800 inkişaf etdirilməsi üçün mümkün qədər çox yatırım etmək lazımdır. 282 00:40:01,600 --> 00:40:07,800 Bayaq qeyd etdiyim kimi, oxuduğunuz o andın mətni çox yaxşıdır, bir şərtlə ki, 283 00:40:08,080 --> 00:40:15,520 ona əməl də edəsiniz; and içiriksə, üzərimizə sözün həqiqi mənasında məsuliyyət götürməliyik. 284 00:40:16,680 --> 00:40:21,480 Qısa müddətli pedaqoji kurslar da olur, amma onlar bir o qədər də özünü doğrultmur. 285 00:40:22,160 --> 00:40:30,960 Təlim-tərbiyə sahəsində mühüm olan digər bir məsələ texniki peşə təhsilidir. Mən çıxışlarımda dəfələrlə bu məsələyə toxunmuşam. 286 00:40:32,080 --> 00:40:40,800 Övladlarımız gənclik dövrünə qədəm basana qədər düz 12 il təhsil alır, dərs oxuyur, universitetə hazırlaşırlar. 287 00:40:41,640 --> 00:40:46,200 Məgər cəmiyyətdəki bütün peşələrə yiyələnmək üçün 288 00:40:46,360 --> 00:40:51,360 mütləq bu yolu qət etmək, universitetə getmək lazımdır? 289 00:40:52,000 --> 00:41:00,280 Mənə verilən məlumatlara əsasən, 12 min peşə sahəsi var; 290 00:41:01,080 --> 00:41:11,240 bu 12 min peşəyə yiyələnmək üçün bütün o dərslər, o qədər zaman sərf edib o yolu keçmək, universitetə getmək lazımdırmı? 291 00:41:12,360 --> 00:41:18,600 Bəlkə, heç də belə olmamalıdır və əsas məqsəd müxtəlif işlər, istedad tələb olunan müxtəlif sferalar üçün 292 00:41:19,080 --> 00:41:24,360 şagirdlərdə bacarıqların formalaşdırılması, onların gələcəkdə səmərəli əmək fəaliyyəti üçün hazırlanması olmalıdır? 293 00:41:25,160 --> 00:41:34,040 Bəzi insanlar incəsənət sahəsində, yaradıcılıqda istedada sahibdirlər, amma əllərinə bir şey verib düzəlt desən, donub qalarlar; 294 00:41:34,520 --> 00:41:42,040 bəziləri isə əksinə, istehsalatda bacarıqlıdırlar; bəziləri fəlsəfə sahəsində, 295 00:41:42,400 --> 00:41:51,320 bəziləri sosial məsələlərdə, bəziləri isə xidmət sektorunda bacarıq və istedad nümayiş etdirir. 296 00:41:52,080 --> 00:42:01,960 Bu istedadları tapıb üzə çıxarmaq, tanımaq, inkişaf etdirmək lazımdır ki, 297 00:42:03,120 --> 00:42:11,160 işləsinlər, yeni-yeni təşəbbüslər göstərsinlər. Biz bu təşəbbüskarlıq, innovasiyalar məsələsini 298 00:42:11,720 --> 00:42:17,320 bu qədər vurğulayırıq, yaxşı bəs bunu kim reallaşdıra bilər? Aydın məsələdir ki, adi insanlar innovativ təşəbbüslərlə çıxış edə bilməz. 299 00:42:17,520 --> 00:42:24,320 Hər hansı bir sahədə innovasiyaya imza atmaq üçün insan öncədən yetişdirilməli, müəyyən bacarıqlar əldə etməlidir. 300 00:42:24,880 --> 00:42:34,840 Başqa bir məsələ də diktatura dövrünə xas olan ad və istilahların işlədilməsidir; bəziləri israrla belə adlardan istifadə edir; 301 00:42:34,840 --> 00:42:41,320 mən başa düşmürəm, nəyə görə biz “pişahəng” (pioner) ifadəsini işlətməliyik? Axı bu, 302 00:42:42,320 --> 00:42:45,640 şah diktaturası dönəmindən qalma bir ifadədir; buna nə ehtiyac var? 303 00:42:46,640 --> 00:42:53,400 Hər bir sözün, ifadənin özünəməxsus məna yükü var. 304 00:42:54,440 --> 00:43:02,400 İslam Respublikasının həyata keçirdiyi ən böyük işlərdən biri də leksikonumuza yeni məna yükünə malik ifadələri gətirməsi oldu; 305 00:43:02,640 --> 00:43:09,280 məsələn “imperializm”, “məzlumlar”, “imperializm sistemi” və sair. 306 00:43:10,280 --> 00:43:17,200 Bunlar digər millətlərin görkəmli siyasətçilərinin, siyasi fəallarının bizdən götürüb 307 00:43:17,360 --> 00:43:22,280 mənimsədiyi ifadələrdir. 308 00:43:23,320 --> 00:43:31,000 Elə isə o zaman bizim diktatura dövründən qalma sözləri işlətməyə nə ehtiyacımız var? Bizdə, məsələn, şagird bəsici var, avanqard şagirdlər var, 309 00:43:31,000 --> 00:43:39,080 yaxud Müsəlman Şagird Cəmiyyəti və ya müsəlman şagird birlikləri var; bunlar İslam Respublikasına məxsus olan adlardır. 310 00:43:39,560 --> 00:43:44,200 Hökmən köhnə adların, ifadələrin arxasınca qaçmağımız nəyə lazımdır? 311 00:44:05,640 --> 00:44:14,400 Toxunmaq istədiyim başqa bir məsələ də orta məktəblərimizin problemləri ilə əlaqəlidir. 312 00:44:15,160 --> 00:44:22,840 Düzdür, Konstitusiyaya əsasən – və elə doğru-düzgün düşünəndə də 313 00:44:23,520 --> 00:44:28,840 belə nəticəyə gəlmək olar ki – təhsil dövlətə aid olan bir məsələdir, 314 00:44:29,280 --> 00:44:36,120 amma bu o demək deyil ki, onun bütün yükü, ağırlığı dövlətin çiynində olmalıdır; lakin təhsil sahəsində 315 00:44:36,560 --> 00:44:40,720 dövlətin də rolu olmalıdır. 316 00:44:41,440 --> 00:44:45,600 Bu gün ölkəmizdə dövlət məktəblərinin bir-birinin ardınca qeyri-kommersiya təşkilatlarına çevrilməsinin 317 00:44:46,240 --> 00:44:53,200 doğru, müsbət bir hal olub-olmadığı hələ məlum deyil. 318 00:44:53,640 --> 00:44:58,360 Bəzilərinin adı qeyri-kommersiya təşkilatı olsa da, kommersiya təşkilatı olaraq fəaliyyət göstərir; 319 00:44:58,800 --> 00:45:06,200 eşitdiyimə görə, bəzi insanlardan çox ağır təhsil haqqı tələb edirlər. 320 00:45:06,960 --> 00:45:15,320 Dövlət məktəblərinin səviyyəsini yüksəltmək lazımdır ki, ailələrin bu məktəblərə rəğbəti artsın. 321 00:45:16,000 --> 00:45:22,760 Gec oldu, söhbətimiz də uzun çəkdi; 322 00:45:23,720 --> 00:45:31,560 son olaraq bunu demək istəyirəm ki, mənim əzizlərim, ölkənin gələcəyini qurun, bu ölkəni siz qurmalısınız. 323 00:45:31,960 --> 00:45:38,920 Ölkənin quruculuğunda rolu olan qüvvələrdən biri də siz müəllimlərsiniz; 324 00:45:39,160 --> 00:45:44,160 bu fürsətdən – imkan və bacarığınızdan istifadə edin. 325 00:45:44,480 --> 00:45:55,040 Möhtərəm nazirimiz haqda eşitdiklərimə və müşahidələrimə əsasən deyə bilərəm ki, 326 00:45:55,520 --> 00:46:00,440 o, yüksək intellekti və əməli fəaliyyəti baxımından, əlhəmdulillah, təqdirəlayiq bir kadrdır. 327 00:46:00,880 --> 00:46:09,120 Bu fürsəti qiymətləndirin. Əlbəttə, cənab nazir çalışmalıdır ki, onun həmkarları da intellektual və praktik cəhətdən 328 00:46:09,520 --> 00:46:14,240 bu böyük, məsuliyyətli işdə, həqiqətən də, etimad edilə biləcək insanlar olsun. 329 00:46:15,480 --> 00:46:19,840 Sizlər ölkəni qurmalı, onu güclü, qüdrətli bir ölkəyə çevirməlisiniz. 330 00:46:20,360 --> 00:46:22,840 Güc-qüdrət yalnız silaha sahib olmaqla ölçülmür; 331 00:46:23,120 --> 00:46:34,720 qüdrət və onu yaradan amillərin ən önəmlisi elm və milli kimlikdir. 332 00:46:35,960 --> 00:46:46,000 Fərdlərin şəxsiyyət kimi formalaşması, müqavimət psixologiyası, milli mənlik, inqilabi mənlik və sair – bunlar güc-qüdrət yaradan amillərdir. 333 00:46:46,960 --> 00:46:53,520 Bizim xalqımıza qüdrət bəxş edən iman olmuşdur, inqilab ona güc qazandırmışdır. 334 00:46:53,800 --> 00:47:03,880 Siz güclü olsanız, bunu görən düşmən məcburən geri çəkiləcək. 335 00:47:04,440 --> 00:47:11,680 Yox əgər biz düşmənin qarşısında öz gücümüzün 336 00:47:11,920 --> 00:47:19,600 dayağı olan prinsip və amilləri nümayiş etdirməkdən çəkinsək, qorxsaq, yaxud üzgörənlik etsək, düşmən həyasızlaşacaq. 337 00:47:21,800 --> 00:47:30,760 Bu gün İran xalqı düşmənin danışdığı başından böyük sözlərin hamısına 338 00:47:31,880 --> 00:47:36,200 cavab vermək iqtidarındadır. 339 00:47:37,040 --> 00:47:46,120 Oturub planlar çəkir, layihələr hazırlayırlar ki, İranın Fars körfəzində hərbi təlimlər keçirməsinə mane olsunlar. Elədikləri qələtə bax da! 340 00:48:12,320 --> 00:48:17,800 Özü dünyanın o başından durub bura gəlib hərbi təlim keçirir; sizin burda nə işiniz var? 341 00:48:19,840 --> 00:48:23,200 Çıxın gedin o Donuzlar körfəzinə, 342 00:48:26,080 --> 00:48:33,760 orada ürəyiniz istəyən hərbi təlimi keçirin. Fars körfəzində sizin nə işiniz var axı? Fars körfəzi bizim evimizdir. 343 00:48:34,160 --> 00:48:41,600 Fars körfəzi böyük İran xalqının məskənidir; 344 00:48:42,840 --> 00:48:50,800 Fars körfəzi sahilləri, üstə gəl Oman dənizinin böyük bir hissəsi bu xalqa məxsusdur; ona görə də 345 00:48:51,760 --> 00:48:57,280 bu ərazidə var olmalı, hərbi təlimlər keçirməli, qüdrətini nümayiş etdirməlidir. 346 00:48:58,920 --> 00:49:07,280 Biz böyük tarixi keçmişi olan, qüdrətli bir xalqıq; düzdür, keçmişdə hakimiyyətə gəlmiş üzüqara padşahlar 347 00:49:07,520 --> 00:49:14,640 bizi bir müddət inkişafdan geri salıblar, bu ölkənin üzərinə ölü torpaq səpiblər, 348 00:49:15,000 --> 00:49:25,360 amma sonda rədd olub gediblər. Xalqımız sayıq bir xalqdır, böyük bir xalqdır, imkan verərmi? 349 00:49:26,000 --> 00:49:33,840 Bu acgöz, tamahkar, monopolist dövlətlərlə bu cür qətiyyətli davranmaq lazımdır. 350 00:49:34,640 --> 00:49:41,240 Mən demişəm, bunlar bizim qarşımızda, heç şübhəsiz, məğlub olublar; 351 00:49:41,640 --> 00:49:46,440 məğlubiyyətlərinin sübutu da göz önündədir, çünki onlar İslam Respublikasının mövcudluğunu, varığını istəmirdilər, 352 00:49:46,840 --> 00:49:53,800 ancaq İslam Respublikası özünü bir dövlət olaraq qorumaqdan başqa, güc-qüvvəsini on qat artırıb; bəli, bu inkişaf onların məğlubiyyətidir. 353 00:50:16,120 --> 00:50:17,880 Bunu Qurani-Kərim bizə öyrətmişdir: 354 00:50:18,080 --> 00:50:21,440 “Allahın düşmənini və öz düşməninizi qorxutmaq üçün ...” (“Ənfal” surəsi, 60-ci ayədən). 355 00:50:22,320 --> 00:50:32,240 Özünüzü elə hazırlayın ki, Allah-taalanın və sizin düşmənləriniz hər zaman qorxu və vahimə içində olsun. 356 00:50:32,760 --> 00:50:38,480 Mən düşmən dedikdə hansısa qonşu, rəqib ölkəni, 357 00:50:38,680 --> 00:50:45,600 yaxud bizimlə düşmənçilik etməyən bir dövləti nəzərdə tutmuram, düşmən bizimlə düşmənçilik edəndir və hamı da o dövləti yaxşı tanıyır. 358 00:50:46,640 --> 00:50:53,000 Uca Yaradandan istəyim budur ki, Onun rizasına səbəb olan yolu davam etdirməyimiz üçün 359 00:50:53,280 --> 00:50:58,080 sizə də, bizə də uğurlar nəsib etsin, inşallah. 360 00:50:58,360 --> 00:51:04,080 Siz gənclərin vüqarlı və işıqlı fəaliyyətinin bərəkəti sayəsində 361 00:51:04,320 --> 00:51:11,880 bu ölkənin gələcəyi bütün xalq üçün xoşbəxtlik mənbəyi olacaqdır, inşallah. 362 00:51:12,920 --> 00:51:15,680 Allahın salamı, bərəkəti və rəhməti üzərinizə olsun.