1 00:00:00,480 --> 00:00:02,520 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:02,840 --> 00:00:05,720 Həmd aləmlərin Rəbbinə məxsusdur. 3 00:00:09,000 --> 00:00:14,680 Seyidimiz və peyğəmbərimiz Əbülqasim Mustafa Muhəmmədə, 4 00:00:23,640 --> 00:00:32,080 onun pak, təmiz və seçilmiş Əhli-beytinə, xüsusilə Bəqiyyətullah Mehdi Sahibəzzamana salavat və salam olsun! 5 00:00:33,160 --> 00:00:49,360 Əziz qardaş və bacılar, çox xoş gəlmisiniz. İnşallah, ölkənin inkişafında həlledici rol oynayarsınız. 6 00:00:51,040 --> 00:01:03,840 Sizlər ölkənin və inqilabın ən böyük sütunlarından birini təşkil edirsiniz. 7 00:01:06,120 --> 00:01:16,640 Bu uğura nail olduğunuz üçün sizin hamınızı təbrik edirəm. 8 00:01:18,240 --> 00:01:25,760 Uca Allaha həmd olsun ki, sizə bu yüksək məqamı kəsb etmək uğuru bəxş etmişdir. 9 00:01:28,400 --> 00:01:38,120 İlk olaraq bir cümlə deyim: şəban ayının son və ramazan ayının yaxınlaşdığı günlərdir. 10 00:01:40,680 --> 00:01:50,640 Gəlin qəlblərimizi Allahın razılığına və ilahi vəzifələrimizə doğru yönəldək. 11 00:01:51,720 --> 00:02:00,040 Əziz qardaş və bacılar, üzümü sizə tutub bir də bunu demək istəyirəm ki, tutduğunuz mövqe və vəzifənin qədrini bilin 12 00:02:01,000 --> 00:02:11,360 və bilin ki, bu, çox keçici olan bir fürsətdir. Yəni dörd il bir göz qırpımında keçib gedir. 13 00:02:11,960 --> 00:02:23,280 Ömrümüz kimi; ömrümüz də belədir. İnsan dönüb arxasına baxanda vaxtın ildırım sürətilə keçdiyini, 14 00:02:23,720 --> 00:02:31,960 xoş anların, çətinliklərin, acıların, şirinlərin, ləzzətlərin və əziyyətlərin başa çatdığını görür. 15 00:02:33,160 --> 00:02:46,360 Əgər insan bu uzun ömür dəftərinə – tutalım, mənim kimi 70-80 yaşlı şəxsləri düşünək – 16 00:02:47,400 --> 00:02:52,360 Allah-taalanın qarşısında sorğu-sualını verə biləcəyi, 17 00:02:53,680 --> 00:03:06,560 buna ümid bəsləyə biləcəyi bir şəkildə nöqtə qoysa, nə yaxşı! 18 00:03:08,000 --> 00:03:20,560 Yox əgər insanın Allah-taala qarşısında sorğu-sual olunduğu vaxt bu uzun ömür dəftərində 19 00:03:21,720 --> 00:03:30,800 müdafiəsinə qalxa biləcəyi bir işi yoxdursa, onda ömrü ziyan olmuş olacaq. 20 00:03:31,120 --> 00:03:40,080 “Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlərdən ... başqa.” ayəsində deyildiyi kimi. İman və saleh əməl. 21 00:03:40,880 --> 00:03:48,280 Əgər keçib getmiş ömür salnaməmizdə iman və saleh əməl varsa, 22 00:03:48,280 --> 00:03:58,560 yaxşıdır, ziyan çəkməyəcəyik, həmin əməllər qədər mənfəətimiz var. Əgər Allah eləməmiş saleh əməl olmasa 23 00:03:59,840 --> 00:04:08,840 və ya insan sorğu-sual edildiyində görsə ki, əməli qüsurlu və mübahisəli ola bilər, 24 00:04:10,080 --> 00:04:14,320 onda onun vəziyyəti çox çətindir, çox! 25 00:04:16,720 --> 00:04:23,240 Şərafətli “Əbu Həmzə” duasında Həzrət Əli (ə) Allah-taalaya belə buyurur: 26 00:04:23,480 --> 00:04:27,480 “İlahi, Sən məni sorğu-sual etdiyində dəlil-sübutumun tükənəcəyi, 27 00:04:30,800 --> 00:04:38,560 “İlahi, Sən məni sorğu-sual etdiyində dəlil-sübutumun tükənəcəyi, dilimin tutulacağı, 28 00:04:39,720 --> 00:04:44,760 cavab verə bilməyəcəyim, ağlım başımdan çıxacağı vaxt mənə rəhm et. 29 00:04:45,640 --> 00:04:51,720 Sən mənə sual verəndə mənim sənə verəcək cavabım olmayacaq – 30 00:04:54,120 --> 00:05:00,400 axı insanın əməlləri araşdırılacaq; insan gərək cavab verə bilsin; 31 00:05:00,880 --> 00:05:10,400 – dilim tutulacaq, cavab verə bilməyəcəyəm; 32 00:05:12,080 --> 00:05:16,360 – dəlil-sübutum tükənəcək – وَ انقَطَعَت حُجَّتي 33 00:05:16,720 --> 00:05:21,240 insanın özlüyündə həmişə dəlil və sübutları olur axı: “Filan işi buna görə gördüm, bunu ona görə etdim ...” 34 00:05:21,840 --> 00:05:28,120 Bunların hər birinə cavab verildikdən sonra adamın əli-qolu boşalır, dəlil-sübutu tükənir; 35 00:05:28,800 --> 00:05:36,120 وَ طاشَ عِندَ سُؤالِکَ اِيّايَ لُبّي – mənə dalbadal verilən bu suallar qarşısında beynim, 36 00:05:36,520 --> 00:05:42,200 qəlbim, ruhum çaşqınlıq içində itib batacaq. 37 00:05:42,680 --> 00:05:51,320 Elə belə də olacaq. Bunu mən özüm təcrübədən keçirmişəm, öz başıma gəlib. Demək istəmirdim, 38 00:05:51,320 --> 00:05:55,000 amma indi birdən yadıma düşdü, dilimə gəldi, deyirəm: 39 00:05:55,960 --> 00:06:07,320 60-cı ildə (1981) Əbuzər məscidində başıma gələn məlum hadisə zamanı huşumu itirdim. 40 00:06:08,440 --> 00:06:18,520 Sonra məni qaldırdılar, məsciddən çıxarıb avtomobilə aparana qədər 41 00:06:18,520 --> 00:06:27,160 iki-üç dəfə də huşa gəlib yenidən özümdən getdim, nəhayət huşa gəldim. 42 00:06:27,480 --> 00:06:34,720 Huşa gəldiyim o iki-üç dəfədə hiss edirdim ki, son andır; 43 00:06:36,360 --> 00:06:40,680 yəni ölüm anı olduğunu hiss edirdim. 44 00:06:41,520 --> 00:06:50,000 Qəfildən bütün həyatım gözümün önünə gəldi. 45 00:06:50,880 --> 00:06:56,640 Öz-özümə düşündüm ki, yaxşı, indi təqdim etmək üçün nəyim var? 46 00:06:57,360 --> 00:07:00,720 Nə qədər düşündümsə, gördüm hamısı mübahisəlidir. 47 00:07:01,160 --> 00:07:09,600 Düzdür, mübarizə aparmışdıq, həbs olunmuşduq, döyülmüşdük, dərs demişdik, zəhmət çəkmişdik – insanın ağlına bunlar gəlir – 48 00:07:10,840 --> 00:07:15,400 amma həmin an gördüm ki, bütün bunların hamısına etiraz edə 49 00:07:15,880 --> 00:07:22,560 və deyə bilərlər ki, filan məsələdə sizin niyyətinizə Allahdan qeyri bir niyyət qarışdığına görə, heç nə, 50 00:07:23,280 --> 00:07:30,760 o əməl puç oldu! Birdən hiss etdim ki, heç yerdən yapışmamış bir adam kimi 51 00:07:30,920 --> 00:07:33,960 yerlə göy arasında asılı qalmışam. 52 00:07:34,240 --> 00:07:41,040 Dedim, İlahi! Vəziyyətim belədir, görürsən də, deyəsən, mənim heç nəyim yoxdur. 53 00:07:42,040 --> 00:07:47,800 Əgər Özün nə isə bir mərhəmət göstərməsən, mən öz haqq-hesabımla görürəm ki, əlimdə heç nə yoxdur. 54 00:07:48,840 --> 00:07:57,800 İnsan bu cür hallarla qarşılaşır. Ona görə də çalışaq, tutduğumuz bu məqamlardan istifadə edək. 55 00:07:58,080 --> 00:08:11,160 Sizin əlinizə yaxşı bir fürsət düşüb. Dörd il ərzində ölkənin qanunverici və idarəedici orqanı olan İslami Şura Məclisində olacaqsınız. 56 00:08:11,440 --> 00:08:21,240 Qanunvericilik son dərəcə əhəmiyyətlidir. Mən dəfələrlə qeyd etmişəm ki, bu, qatarların hərəkəti üçün rels düzməyə bənzəyir. 57 00:08:22,040 --> 00:08:26,800 Siz ilk öncə dövlətin hərəkəti üçün relslər düzürsünüz, 58 00:08:27,120 --> 00:08:33,320 sonra Konstitusiyanın sizə verdiyi səlahiyyətlə – o cümlədən Konstitusiyada əksini tapan 59 00:08:33,720 --> 00:08:40,320 yoxlama və araşdırma ixtiyarı ilə – bu hərəkətin reallaşmasını qarant altına ala bilirsiniz. 60 00:08:41,160 --> 00:08:50,360 Təkcə tövsiyə vermək deyil, qanuna əsasən, nəzarət edə, araşdırma apara, yoxlaya da bilərsiniz. 61 00:08:50,800 --> 00:08:58,560 Bu, hökumətlə əməkdaşlığa da əsla zidd deyil. Mənə görə – və hər zaman da bu fikirdə olmuşam ki – 62 00:08:58,800 --> 00:09:07,520 bütün hökumətlərin dövründə parlament hökumətlə əməkdaşlıq etməlidir. Lakin əməkdaşlıq deyərkən mən parlament kimi öz hüququndan imtina etməyi nəzərdə tutmuram. 63 00:09:08,080 --> 00:09:17,440 Bütün hüquqlarınızdan istifadə etməli, yoxlama və araşdırma aparmalı, “nə üçün olmadı, nə üçün az oldu, niyə başqa cür oldu” deyə hesabat tələb etməlisiniz. 64 00:09:18,280 --> 00:09:23,680 Bu, çox mühüm bir fürsətdir, bunun qədrini bilin. 65 00:09:24,200 --> 00:09:33,000 İnqilabın əvvəllərində prezident seçkiləri məsələsi 66 00:09:33,480 --> 00:09:43,320 gündəmə gəldiyi və müxtəlif namizədlər irəli sürüldüyü zaman mən və dostlarımızdan biri Tehrandan Quma – İmam Xomeyninin yanına yollanmışdıq. O vaxt İmam Qumda idi. 67 00:09:45,600 --> 00:09:52,760 Vaxt da çox dar idi, İmam da içəridə idi, amma deyirdik ki, necə olursa-olsun, onu görməliyik. 68 00:09:53,240 --> 00:10:05,320 Çünki İmam buyurmuşdu ki, əmmaməlilərin namizədliyi irəli sürülməsin, prezidentliyə namizəd olmasınlar. 69 00:10:06,080 --> 00:10:15,040 Biz də İmamla danışıq aparmağa getmişdik, getmişdik deyək ki, bu qadağanı ləğv etsin və biz Behiştinin namizədliyini irəli sürə bilək. 70 00:10:15,240 --> 00:10:21,800 Bizə görə, Şəhid Behişti (Allah ondan razı olsun) hər kəsdən yaxşı idi. 71 00:10:22,640 --> 00:10:29,800 İmamla bu məsələ barədə danışıq aparmağa getmişdik. Bir az söhbət etdik, İmam danışdı, biz dinlədik, o, bir söz dedi, biz başqa şey dedik. 72 00:10:29,960 --> 00:10:39,400 Sonra o bizə dedi: “Gedin məclisi qoruyun, parlamentlə məşğul olun”. O zaman parlament seçkiləri hələ keçirilməmişdi. 73 00:10:40,240 --> 00:10:48,080 İmam bizə dedi ki, gedib parlamentin işləri ilə məşğul olaq, parlament mühümdür. Bizə, yəni mənə və dostuma tövsiyəsi bu oldu. 74 00:10:49,600 --> 00:10:59,720 Yəni o, bizə hökumət məsələsi üzərində çox dayanmamağı məsləhət gördü. Onun nəzərində parlament hökumətdən, icraedici orqandan daha əhəmiyyətli idi. 75 00:11:00,640 --> 00:11:06,640 İndi siz də Allahdan istəyin; həqiqətən, kömək istəyin! Qarşıdan ramazan ayı gəlir, 76 00:11:07,240 --> 00:11:14,240 oruc fürsətdir, dua fürsətdir, gecələri oyaq qalmaq fürsətdir. 77 00:11:14,880 --> 00:11:23,320 Bu cür gecələrdə möminlərin adətən qıldığı gecə namazı fürsətdir. 78 00:11:24,080 --> 00:11:33,800 Dua edin, yalvarın, Allahdan istəyin ki, inşallah, sizə bu böyük işi yerinə yetirə bilmək üçün mənəvi dəstək olsun və uğur qazandırsın. 79 00:11:34,200 --> 00:11:41,840 Mən bir neçə məqama toxunmaq istərdim: bunlardan biri parlamentin əsas vəzifəsi və əhəmiyyəti ilə bağlıdır; 80 00:11:42,080 --> 00:11:48,200 digəri qanunvericilik məsələsidir; digəri iqtisadiyyat, 81 00:11:48,360 --> 00:11:55,680 mədəniyyət, ümumi siyasətlər, xarici siyasət və bu kimi məsələlərə də ayrı-ayrılıqda toxunmaq istəyirəm. 82 00:11:55,880 --> 00:12:00,040 Bütün bunlar barədə bir neçə cümlə deyəcəyəm, inşallah. 83 00:12:00,240 --> 00:12:09,480 Konstitusiyaya görə, sizin vəzifəniz inqilabın nailiyyətlərini və İslamın əsaslarını qorumaqdır. Andınızda da bu var. 84 00:12:09,720 --> 00:12:15,400 Mən sizə ünvanladığım bəyanatda da qeyd etmişdim ki, bu and həqiqi anddır; 85 00:12:15,680 --> 00:12:19,640 yəni bu and pozularsa, cəriməsi var. 86 00:12:21,920 --> 00:12:32,040 Siz and içmisiniz ki, İslamın əsaslarını və inqilabın nailiyyətlərini qoruyacaqsınız; bu, mühüm bir məsələdir. 87 00:12:32,440 --> 00:12:40,760 Yaxşı bəs bu, nə zaman mümkün ola bilər? Parlament, həqiqətən də, işlərin başında olanda. Bu isə sizin əlinizdədir. 88 00:12:41,800 --> 00:12:51,680 “Parlament işlərin başında olmalıdır” fikri qulağa xoş gəlsin deyə söylənən gəlişigözəl bir söz deyil. Parlament, doğrudan da, işlərin başında olmalıdır; 89 00:12:52,200 --> 00:12:55,840 yəni qərar qəbul etməli və həmin qərarlar icra edilməlidir. 90 00:12:56,640 --> 00:13:01,080 Əlbəttə, sizə onu da deyim ki, müxtəlif hökumətlərin dövründə – 91 00:13:01,080 --> 00:13:06,760 indiki, əvvəlki, ondan əvvəlki, İmamın vəfatından sonrakı, İmamın zamanında olan 92 00:13:07,240 --> 00:13:14,560 bütün hökumətlərin dövründə, eləcə də mənim özümün başında durduğum hökumətin vaxtında – bəzən elə hadisələr baş verib ki, çətin vəziyyətdə qalmışıq. 93 00:13:14,800 --> 00:13:20,280 İndi də hökumətlər müəyyən çətinliklərlə üzləşir və vəliyyi-fəqihin imkanlarından istifadə edirlər. Bu var, 94 00:13:21,120 --> 00:13:32,120 amma o vaxt da mən daim buna diqqət etməyə çalışırdım ki, parlamentin qəbul etdiyi qərarlara mümkün olduğu qədər xələl gəlməsin. 95 00:13:33,080 --> 00:13:43,520 O zaman keçmiş hökumətlərdən biri büdcə qanununa zidd olan bir şey istəyirdi. 96 00:13:43,760 --> 00:13:46,960 O vaxt proqram yox idi, büdcə qanunu idi. 97 00:13:47,640 --> 00:13:53,400 Nə qədər israr etdilərsə, mən qəbul etmədim. Çətinlikləri olsa da, dedim ki, 98 00:13:53,680 --> 00:14:01,560 bizim bir parlamentimiz var, oturub qərar qəbul edib, böyük zəhmətlə büdcə qanunu qəbul edib, 99 00:14:01,840 --> 00:14:10,400 indi siz gəlin bir kəlmə ilə bütün qanunu alt-üst edin?! Belə olmaz axı! 100 00:14:11,800 --> 00:14:15,200 Parlament işlərin başında olmalıdır. 101 00:14:15,640 --> 00:14:21,280 Parlamentin hörməti, vüqarı, nüfuzu qorunmalıdır. 102 00:14:21,640 --> 00:14:27,240 Bir dəfə mən, deyəsən, ya cənab Laricaniyə, ya da parlament sədrlərindən hansınasa, demişdim ki, 103 00:14:27,520 --> 00:14:31,080 məşrutənin əvvəlindən Rza xan hakimiyyətə gələnə qədər belə olub. 104 00:14:31,200 --> 00:14:38,240 Rza xan gələndən sonra parlament, qanun, qanunvericilik və sair, hamısı toz olaraq havaya sovrulub. 105 00:14:38,720 --> 00:14:49,160 Ancaq Rza xandan əvvəl – məşrutənin yenicə hakimiyyət başına gəldiyi o dönəmdə qanunvericilik, parlament və şura məclisi kimi məsələlər aktual olub; 106 00:14:49,400 --> 00:14:58,360 deyəsən, parlamentin ikinci, yoxsa üçüncü çağırışı olub; xülasə Rza xan hakimiyyətə gəlməzdən əvvəl – parlamentin sədri Mötəmənül-mülk olub. 107 00:14:58,880 --> 00:15:08,320 O, Qacarlar dövrünün xeyirxahlığı ilə ad qazanmış adamlarından olub. Mötəmənül-mülkün qardaşı Müşirüddövlə isə baş nazir olub. 108 00:15:09,000 --> 00:15:20,760 O da xeyirxahlığı ilə tanınırdı. Yəni Qacarlar dövründə və Pəhləvi hakimiyyətin əvvəllərində bu iki qardaş nisbətən xeyirxah hökumət adamları kimi tanınıb. 109 00:15:21,240 --> 00:15:27,920 Böyük qardaş Müşirüddövlə hökumətin rəhbəri və baş nazir, 110 00:15:28,240 --> 00:15:31,600 kiçik qardaş Mötəmənül-mülk isə parlamentin sədri olub. 111 00:15:32,040 --> 00:15:39,120 Bir dəfə hökumətin başçısı – baş nazir – parlamentdən orada məruzə etmək üçün vaxt alır; 112 00:15:39,880 --> 00:15:45,560 məsələn, səhər saat səkkizdə çıxış edəcəyini deyir. Səhər saat səkkiz olur, Müşirüddövlə vaxtında gəlib çata bilmir. 113 00:15:46,040 --> 00:15:53,200 Mötəmənül-mülk saatına baxır və səkkizdən beş dəqiqə keçdiyini gördükdə deyir: “Daha baş naziri buraxmayın”; 114 00:15:54,440 --> 00:16:03,320 “Daha baş naziri buraxmayın”! Beş dəqiqə sonra Müşirüddövlə özünü çatdırır, ancaq onu parlamentə buraxmırlar. 115 00:16:04,320 --> 00:16:10,120 Bax belə. Baş nazir təyin edilmiş vaxtdan gec gəlir, 116 00:16:10,520 --> 00:16:15,400 parlamentin sədri olan qardaş, özü də kiçik qardaş onu parlamentə buraxmır. 117 00:16:16,120 --> 00:16:22,760 Parlamentin gücü bax budur, məclisin ciddiliyi budur. Bunu qorumaq lazımdır. 118 00:16:23,160 --> 00:16:27,120 Bu, sizin öz əlinizdədir, siz bunu edə bilərsiniz. 119 00:16:27,920 --> 00:16:37,840 Parlamentdə bu xüsusiyyətləri sözün əsl mənasında təmin edə və zəmanət altına ala biləcək şeylərdən biri özünənəzarətdir. 120 00:16:38,040 --> 00:16:50,720 Mən bunu səkkizinci məclisdə demişdim. 121 00:16:52,040 --> 00:16:59,520 Parlament özü-özünə nəzarət etməlidir. Nəticə etibarilə, parlament bir qrup insandan təşkil olunur, 122 00:16:59,640 --> 00:17:07,200 biz insanlar isə hamımız səhvə yol verə bilərik. Bunun zarafatı, 123 00:17:07,520 --> 00:17:16,640 böyüyü-kiçiyi, qocası-cavanı yoxdur. Hamımız səhvə yol verə, doğru yoldan sapa bilərik. 124 00:17:17,640 --> 00:17:21,640 Bunun qarşısını kim almalıdır? Parlament özü. 125 00:17:22,280 --> 00:17:31,240 Özü də müxtəlif sampalar ola bilər. Parlament öz üzvlərinə nəzarət etsə, parlamentarilərin yanlışının qarşısını alsa 126 00:17:31,800 --> 00:17:42,520 və deputatlar bu bir neçə ildə saflığını və təmizliyini qoruya bilsə, o zaman dili uzun olar, 127 00:17:43,640 --> 00:17:52,120 harada nöqsan görsə, danışa bilər. Parlament buna riayət etməlidir. 128 00:17:52,320 --> 00:18:01,600 Xahiş edirəm, özünənəzarət məsələsinə, parlamentin özünənəzarətinə laqeyd yanaşmayın. Bunu qoruyun. 129 00:18:02,160 --> 00:18:11,000 Qanun barədə də bir məqama toxunmaq istəyirəm. Qanunvericilik sizin əsas vəzifənizdir, 130 00:18:11,440 --> 00:18:19,520 lakin qanunlar iki şəkildə çıxarıla bilər: yaxşı və pis. 131 00:18:20,240 --> 00:18:24,680 Yaxşı qanun da çıxarmaq olar, pis qanun da. 132 00:18:25,520 --> 00:18:30,600 Qanunun pis və ya yaxşı olması da sırf onun mahiyyətcə yaxşı, yaxud pis olmağından asılı deyil. Xeyr, 133 00:18:30,800 --> 00:18:36,240 bəzən siz yaxşı bir qanun qəbul edirsiniz, ancaq bu, yarıtmaz bir qanunvericilik olur. 134 00:18:36,720 --> 00:18:42,760 Niyə? Ona görə ki, həmin qanun qəbul edilərkən diqqətsizliyə yol verilib, 135 00:18:43,280 --> 00:18:51,280 başqa qanunlarla uyğunluğu gözlənməyib, məzmununda dəqiqlik və aydınlığa riayət olunmayıb. 136 00:18:52,440 --> 00:19:03,040 Birincisi, qanun keyfiyyətli olmalıdır; qanunların sayının artması, çoxluğu o qədər də xoşagələn bir hal deyil. 137 00:19:03,880 --> 00:19:10,320 Qanun keyfiyyətli olmalıdır. Bayaq cənab Doktor Laricani qeyd etdi ki 138 00:19:10,680 --> 00:19:16,280 budəfəki məclisdə müxtəlif ixtisaslı deputatlar yer alıb, bu, məni, həqiqətən, çox sevindirir. 139 00:19:16,920 --> 00:19:26,640 Şükürlər olsun Allaha! Mütəxəssislərin, başıçıxan, məlumatlı və ağıllı insanların parlamentdə olması bu cəhətdən çox qiymətlidir. 140 00:19:27,960 --> 00:19:33,840 Qanunların möhkəm və əsaslı olmasına diqqət yetirin. 141 00:19:33,960 --> 00:19:42,520 Yəni qanunun qəbul edilməsi üçün irəli sürülən dəlillər elə olmalıdır ki, istənilən adam baxanda: “Bəli, bu, möhkəm və əsaslı bir qanundur” – desin. 142 00:19:43,120 --> 00:19:54,640 Qanun əhatəli olmalıdır. Müxtəlif aspektlərə səthi və diqqətsiz yanaşma qanunu faydasız edir. 143 00:19:54,840 --> 00:20:00,680 Qanun aydın olmalıdır, elə olmalıdır ki, tez-tez düzəliş etmək lazım gəlməsin, 144 00:20:00,840 --> 00:20:06,920 davamlı olaraq parlamentdən qanunların izahı tələb olunmasın. Qanun aydın və əhatəli olmadıqda 145 00:20:07,120 --> 00:20:12,080 parlamentdən daim izah tələb edirlər ki, “bu yerdə bunu nəzərdə tutmusunuz, ya başqa bir şeyi?” 146 00:20:12,480 --> 00:20:21,520 Bəzən də parlamentin verdiyi izahın nəticəsi qanunun öz məzmununa zidd olur. 147 00:20:22,160 --> 00:20:24,400 Belə bir qanun yaxşı qanun deyil; 148 00:20:24,720 --> 00:20:30,960 yəni qanunun məzmunu yaxşı ola bilər, ancaq qanunvericilik yaxşı deyil, qanunvericilik pisdir. 149 00:20:31,880 --> 00:20:34,880 Odur ki qanun keyfiyyətli olmalıdır. 150 00:20:35,400 --> 00:20:43,040 Həmçinin qanunlar arasındakı təzadlılıq; bizim qarşılaşdığımız problemlərdən biri də qanunların çoxluğudur. 151 00:20:43,360 --> 00:20:50,440 Müxtəlif məsələlərlə bağlı bu qədər qanunumuz var! Bayaq cənab Doktor Laricani ölkədə torpaqdan istifadənin planlaşdırılması məsələsinə toxundu. 152 00:20:50,600 --> 00:20:56,640 Bu məsələ hələ mən prezident olduğum vaxtdan Nazirlər Kabineti tərəfindən irəli sürülüb. 153 00:20:57,640 --> 00:21:04,360 mənim prezident olduğum vaxtdan otuz, otuz neçə il keçir. 154 00:21:05,280 --> 00:21:08,320 O vaxt ölkə ərazisindən səmərəli istifadə və torpaqlardan istifadənin planlaşdırılması məsələsi hökumət tərəfindən qaldırılmış 155 00:21:08,320 --> 00:21:13,240 və qərara alınmışdı ki, bu istiqamətdə tədbirlər görülsün; hələ “amayeş” (farsca “planlaşdırma” mənasındadır – red.) sözü ilə bağlı da mübahisələrimiz olmuşdu ki, bu söz fars sözüdürmü, nə deməkdir, kökü hansı sözdür? 156 00:21:13,760 --> 00:21:17,760 Bu məsələ bütün hökumətlər tərəfindən də diqqətdə saxlanıb, ancaq hələ də reallaşmayıb. 157 00:21:18,360 --> 00:21:27,360 Qanun da qəbul etmişik, torpaqdan istifadənin planlaşdırılması ilə bağlı qanun da var. 158 00:21:27,880 --> 00:21:31,280 İndi siz gəlin ona bir neçə qanun da əlavə edin?! 159 00:21:31,840 --> 00:21:37,640 Birbaşa yollarla getmək lazımdır. Tutalım, siz ölkə ərazisindən 160 00:21:38,840 --> 00:21:45,400 səmərəli istifadə proqramı əsasında əyalət və regionların imkan və potensialı ilə tanış olaraq 161 00:21:45,560 --> 00:21:49,320 ölkənin müxtəlif ostan və bölgələrinin imkanlarından istifadə etmək istəyirsiniz. 162 00:21:49,520 --> 00:21:54,280 Çox yaxşı, amma əgər bu olmasa da, bununla yanaşı başqa yollar da var. 163 00:21:54,280 --> 00:21:59,600 Tutaq ki, misal üçün, Xorasan əyalətində elmi prinsiplər əsasında torpaqdan istifadənin planlaşdırılması 164 00:21:59,880 --> 00:22:06,120 reallaşmayıb, ancaq ola bilsin, oranın valisi və yerli orqanlar 165 00:22:06,920 --> 00:22:14,520 bu əyalətin potensialları haqqında elə şeylər bilir ki, mərkəzdə oturanların onlardan heç xəbəri yoxdur. Bu özü də bir imkandır, 166 00:22:14,920 --> 00:22:20,560 bu vasitələrdən də istifadə etmək lazımdır. Demək istədiyim budur ki, qanunların çoxluğu, 167 00:22:21,000 --> 00:22:30,160 sayının artırılması yaxşı deyil, əsas odur ki, qanun keyfiyyətli və əhatəli olsun. 168 00:22:30,960 --> 00:22:37,480 Korrupsiyaya zəmin yaradan qanunların qarşısı alınmalıdır; yəni bu baxımdan diqqətli olun. 169 00:22:37,720 --> 00:22:45,760 Hazırda bizim parlamentə aid olmayan – doğrudur, bəzən bizim parlamentdə də olub; 170 00:22:45,760 --> 00:22:52,720 yadımdadır, bu illər ərzində bir neçə dəfə şahidi olmuşam – ancaq dünya parlamentlərində bir qayda olaraq müşahidə edilən məsələlərdən biri budur ki, 171 00:22:53,360 --> 00:23:02,200 bir qanunu təsdiq edirlər, on gün sonra onu ləğv edirlər. Bu on gündə müəyyən adamlar milyardlar qazanır! 172 00:23:03,400 --> 00:23:11,760 Qanun korrupsiyaya səbəb olur. Yəni qanun belədir ki, tutalım, nəyinsə satışını qadağan edirlər, 173 00:23:11,920 --> 00:23:17,600 nəyinsə idxalına və ya ixracına qadağa qoyurlar. İstifadə etməli olan şəxslər 174 00:23:17,800 --> 00:23:26,720 bu qadağadan istifadə edir. On gündən sonra qadağanı götürürlər. Elə adam olur ki, bir gecəyə milyarder olur! 175 00:23:28,000 --> 00:23:38,960 Belə qanunlar korrupsiyaya səbəb olur. Belə qanunlar var. Diqqətli və ehtiyatlı olun ki, qəbul etdiyiniz qanunlar korrupsiyaya yol açmasın, belə hallara qarşı olsun. 176 00:23:40,320 --> 00:23:48,000 Qanunla bağlı mühüm məqamlardan biri də budur ki, milli maraqlar ayrı-ayrı regionların problemlərindən üstün tutulmalıdır. 177 00:23:48,200 --> 00:23:55,240 Əlbəttə ki, sizlər ölkənin müxtəlif regionlarından gəlmisiniz, camaatın da sizdən gözləntiləri var, 178 00:23:56,120 --> 00:24:03,040 amma bu gözləntilərin tam olaraq reallaşması məqbul deyil, onlar müəyyən həddə qədər reallaşa bilər. 179 00:24:03,520 --> 00:24:08,840 İnsanlar düşünə bilər ki, indi ki siz seçilib gəlmisiniz, oranın yol, su, elektrik, 180 00:24:09,160 --> 00:24:15,200 büdcə – bütün problemləri həllini tapacaq, amma yox, bu heç mümkün də deyil. 181 00:24:15,640 --> 00:24:23,240 Doğrudur, siz istər-istəməz region əhalisinin istək və gözləntilərinin müəyyən qədərini diqqət mərkəzində saxlamağı özünüzə borc bilirsiniz. 182 00:24:23,400 --> 00:24:31,040 Müəyyən həddə qədər, yəni milli maraqlara zidd olmadıqca bunun problemi yoxdur. 183 00:24:32,040 --> 00:24:38,520 Bəzən isə gözləntilər milli maraqlarla təzad təşkil edir. Tutalım, hansısa ostanda hava limanı tikilməsinə israr edirlər – 184 00:24:38,720 --> 00:24:46,840 hava limanı xərc aparan məsələlərdəndir; baha başa gələn infrastrukturlardan biri də hava limanıdır – 185 00:24:47,480 --> 00:24:55,560 hava limanı olmasını istəyirlər. Siz baxıb görürsünüz ki, əslində orada hava limanına təcili bir ehtiyac yoxdur. 186 00:24:56,120 --> 00:25:06,480 Bəli, həmin ostan üçün bir üstünlük olacaq, lakin qonşuluqda, misal üçün, bu və ya o biri tərəfində yaxın hava limanları var. 187 00:25:07,120 --> 00:25:15,880 Ölkənin pulunu, dövlətin imkanlarını, potensialını prioritet olmayan bir şey üçün sərf etməkdir! 188 00:25:16,760 --> 00:25:24,040 Burada siz milli mənafeyi lokal mənafedən, bir regionun maraqlarından üstün tutmalısınız. 189 00:25:24,240 --> 00:25:31,200 Demirəm ki, regionların istəklərinə tamamilə etinasız yanaşın, belə bir şey mümkün də deyil, 190 00:25:31,600 --> 00:25:42,280 ancaq milli maraqlarla təzad təşkil etdikdə qanunvericilikdə milli maraqlara, mütləq, riayət edin. 191 00:25:42,480 --> 00:25:49,240 Qanunla bağlı demək istədiyim başqa bir məsələ budur ki, mütəxəssislərdən, ixtisaslaşmış qurumlardan istifadə edin. 192 00:25:49,520 --> 00:25:54,880 Mütəxəssis potensialından istifadə edə biləcəyiniz mühüm subyektlərdən biri hökumətdir. 193 00:25:55,120 --> 00:25:59,440 Hökumətin müxtəlif sahələrdə yaxşı mütəxəssisləri var. 194 00:26:00,120 --> 00:26:07,640 Dövlətin ixtisaslaşmış qurumlarından – istər Dövlət Proqramları Komitəsi olsun, istər də başqa strukturlar – mütləq, istifadə edin. 195 00:26:07,840 --> 00:26:12,720 Bu təkcə onlarla da məhdudlaşmır. Hökumətdən kənara da nəzər salsanız, görərsiniz ki, 196 00:26:12,720 --> 00:26:16,920 hazırda iqtisadi problemlər sahəsində – 197 00:26:17,080 --> 00:26:25,800 az sonra bu barədə qısaca danışacağam – hökumət strukturlarında təmsil olunmasalar da, hansısa universitetdə dərs deyən və ya ixtisasca iqtisadçı olan güclü mütəxəssislər var. 198 00:26:26,640 --> 00:26:35,240 Qərar qəbul edərkən ölkədəki mütəxəssislərdən, mütləq, istifadə olunmalıdır. 199 00:26:35,760 --> 00:26:40,280 Çalışın ki, qanunlar ali dövlət sənədləri və elan edilmiş siyasətlərlə uyğunluq təşkil etsin. 200 00:26:40,560 --> 00:26:47,880 Məsələn, altıncı inkişaf proqramı sizin üçün gündəlikdə duran bir məsələdir, çox da mühüm bir proqramdır. Sizə bunu deyim ki, 201 00:26:48,120 --> 00:26:58,600 Bu proqrama laqeyd yanaşmaq, səhlənkarlıq etmək, diqqətsizlik göstərmək olmaz; 202 00:26:58,800 --> 00:27:07,120 yəni bu proqramı, doğrudan da, tam, yaxşı və dəqiq bir şəkildə tamamlamalısınız. Doğrudur, hazırda həm iqtisadi, həm də siyasi cəhətdən 203 00:27:07,560 --> 00:27:14,960 spesifik bir vəziyyət hökm sürür. Ölkəmizin hazırkı vəziyyəti xüsusi səciyyə daşıyır. 204 00:27:15,240 --> 00:27:21,600 Sizin hazırlayacağınız beşillik proqram sözün əsl mənasında mükəmməl olmalıdır. 205 00:27:21,840 --> 00:27:27,160 Təbii ki, bu proqram tənzimləndiyi zaman mühüm dövlət sənədlərindən biri olur 206 00:27:27,440 --> 00:27:39,760 və hər hansı bir qanunu qəbul etmək istədiyiniz zaman siz onun bu proqrama və ya digər proqramlara, misal üçün, Konstitusiyanın 44-cü maddəsinin ümumi siyəsətlərinə və sairə uyğun olmasına diqqət yetirməlisiniz. 207 00:27:41,080 --> 00:27:48,400 Qanunvericilik barədə bu qədər; inşallah ki, sizlər bu nüansa diqqət yetirirsiniz. 208 00:27:48,680 --> 00:27:55,440 Əlbəttə, bəzi dostlar qəzetlərdə və sairdə çıxış edərək: “Yeni seçilmiş deputatların çoxu parlament təcrübəsi olmayan, 209 00:27:55,720 --> 00:28:00,320 parlamentə bələd olmayan şəxslərdir” – deyirlər. Mediada bu cür fikirlər gözə dəyir. 210 00:28:00,840 --> 00:28:06,160 Mən isə hesab edirəm ki, bu, təhlükəli bir şey deyil, fürsətdir. 211 00:28:06,920 --> 00:28:13,520 Ümumiyyətlə, seçkilər və yerdəyişmələr özü bir fürsətdir. Parlamentlərdə həm bu sahəyə öyrəşməmiş 212 00:28:14,360 --> 00:28:21,880 ona yeni nəfəs gətirəcək insanların, həm də daha əvvəl orada təmsil olunmuş, yəni köhnə tərkibdən olan deputatların iştirakı, 213 00:28:22,200 --> 00:28:28,360 köhnələrin öz təcrübəsini yenilərə ötürməsi yaxşı bir şeydir, bir fürsətdir. 214 00:28:28,600 --> 00:28:36,480 Başqalarının təcrübələrindən faydalanaraq bu fürsətdən bacardıqca yüksək əhval-ruhiyyə, həvəs və maraqla, yaxşıca istifadə edin. 215 00:28:36,680 --> 00:28:42,720 Qanunla bağlı qeyd etmək istədiyim, zənnimcə, ən önəmli olan məsələlər bunlar idi. 216 00:28:43,040 --> 00:28:47,720 İqtisadiyyat məsələsi. Əziz qardaş və bacılar, baxın, 217 00:28:48,160 --> 00:28:53,920 həqiqətən, iqtisadiyyat ölkəmizin əsas məsələsidir. Özü də təkcə bu gün yox; 218 00:28:54,280 --> 00:28:59,120 mən beş-altı ildir ki, mütəmadi olaraq bu məsələnin əhəmiyyətini vurğulayıram. 219 00:28:59,560 --> 00:29:07,120 Hələ beş-altı il bundan əvvəl ilin ilk günü – bayram çıxışımda demişdim ki, bizi iki yöndən təhlükə gözləyir 220 00:29:07,240 --> 00:29:14,000 və onlardan biri, bəlkə də, ən önəmlisi iqtisadiyyatdır; reallıq da elə budur. 221 00:29:14,560 --> 00:29:19,080 O vaxt hələ sanksiyalar yox idi, tətbiq edilməmişdi. 222 00:29:20,640 --> 00:29:26,400 Düşmən iqtisadiyyatdan bizə qarşı bir silah kimi istifadə etdi, 223 00:29:27,000 --> 00:29:36,640 biz də, bəlkə, bir qədər naşılıq edərək bu silahdan çox qorxub narahat olduğumuzu göstərdik. 224 00:29:36,640 --> 00:29:43,880 Buna görə də o daha da cəsarətləndi və bizə təzyiq göstərməyin yolunu tapdı. Hər halda, iqtisadiyyat məsələsi çox mühüm bir məsələdir. 225 00:29:43,880 --> 00:29:47,680 Biz ölkənin iqtisadiyyat problemini həll etməliyik. 226 00:29:48,080 --> 00:29:54,080 Təbii ki, qanunların icrası hökumətin vəzifəsidir, məhz hökumət meydanın ortasında olub iş görməlidir, 227 00:29:54,440 --> 00:30:03,120 ancaq siz də bu işdə ona çox kömək göstərə bilərsiniz. Əsas diqqət mərkəzində durmalı olan ən mühüm məsələlər 228 00:30:04,000 --> 00:30:11,640 durğunluq və daxili istehsaldır. Daxili istehsal çox önəmlidir. Bir neçə gün bundan öncə mən çıxışlarımdan birində qeyd etdim ki, 229 00:30:11,840 --> 00:30:17,680 hökumətin iqtisadi məsələlərlə bağlı atdığı hər bir addımın 230 00:30:18,000 --> 00:30:23,040 müqavimət iqtisadiyyatı proqramının harasında yer aldığı tam dəqiq və aydın olmalıdır. 231 00:30:23,240 --> 00:30:30,080 Müqavimət iqtisadiyyatı ayrı-ayrı xanalardan təşkil olunmuş bir cədvəldir. 232 00:30:30,280 --> 00:30:35,560 Atdığımız hər bir addımın bu cədvəlin hansı xanasını doldurduğu aydın olmalı, bilinməlidir. 233 00:30:36,080 --> 00:30:43,120 Hökumət bir sövdələşmə həyata keçirmək istəyirdi, bizim idarədən əlaqə saxlayıb oradakı məsul şəxsdən 234 00:30:43,520 --> 00:30:51,640 soruşdular ki, yaxşı, bu, müqavimət iqtisadiyyatının harasında yer alır? Atılan hər bir addımı izah etməli, aydınlaşdırmalıdırlar ki, bu, müqavimət iqtisadiyyatının harasına aiddir; 235 00:30:51,800 --> 00:30:57,400 müqavimət iqtisadiyyatına zidd olmamalıdır; təkcə zidd deyil, neytral da olmamalıdır. 236 00:30:58,160 --> 00:31:03,680 Odur ki daxili istehsal məsələsi çox önəmlidir; durğunluq probleminin həllini tapması çox mühümdür. 237 00:31:04,000 --> 00:31:09,840 Daxili istehsaldan və bu kimi məsələlərdən asılı olan məşğulluq məsələsi də çox önəmlidir. 238 00:31:10,320 --> 00:31:19,440 Biz hamımız davamlı olaraq deyirik – hökumət rəsmisi deyir, parlament deyir, qəzetlərdə çıxış edən müstəqil iqtisadçı ekspertlər deyir ki, 239 00:31:19,680 --> 00:31:27,640 müəssisələrin filan faizi dayanıb və ya potensialının yarısından azını işlədir. 240 00:31:27,800 --> 00:31:34,400 Yaxşı, axı nə baş verir? Axı necə olursa-olsun bunlar işə düşməli, işləməlidir! 241 00:31:34,720 --> 00:31:43,120 Bu müəssisələr işləsə, məşğulluq da olacaq. Gənclərin işsizliyinə görə 242 00:31:43,800 --> 00:31:51,240 dövlət o gənclərin öz evində keçirdiyindən daha çox utanc və xəcalət hissi keçirir, bunu bilin! 243 00:31:52,000 --> 00:32:02,960 Mən özüm işsiz qalmış gənclər haqqında düşünəndə utanıram. Bəzi şəhərlərdə işsizlik səviyyəsi yüksəkdir. 244 00:32:03,320 --> 00:32:11,800 Əlbəttə, biz işsizliyin səviyyəsini və ya necə deyərlər, faiz göstəricisini müəyyən rəqəmlərlə ifadə edirik, 12%, 10% – 245 00:32:12,040 --> 00:32:18,560 o verilən statistik rəqəmlər – amma bu, orta hesabdır. Adam bu rəqəmləri görəndə utanır. 246 00:32:19,320 --> 00:32:27,120 Yəni bu statistikanı düşünəndə, bu həqiqəti araşdıranda mənim keçirdiyim utanc hissi 247 00:32:27,360 --> 00:32:35,520 evinə işsiz və əliboş gedən gəncin keçirdiyi utanc hissindən az deyil, bəlkə də çoxdur. Bunu aradan qaldırmalıyıq. 248 00:32:35,840 --> 00:32:41,200 Bayaq qeyd olunan, mənim də dəfələrlə vurğuladığım qaçaqmalçılıq məsələsi çox ciddi bir problemdir. 249 00:32:41,640 --> 00:32:52,160 Qaçaqmalçılıq dövlətin kürəyinə sancılan xəncərdir. 250 00:32:52,840 --> 00:33:03,880 Bir qrup adam qaçaqmalçılıqla öz şəxsi mənafeyindən ötrü ölkənin mənafeyini məhv edir. Bununla mübarizə aparmaq lazımdır. 251 00:33:04,360 --> 00:33:09,240 Təbii ki, bu, asan bir mübarizə deyil, çünki qaçaqmalçılıq yolu ilə 252 00:33:09,520 --> 00:33:16,120 milyardlarla gəlir əldə edən adamlar öz əməllərindən belə asanlıqla əl çəkməyəcəklər. Tədbir görmək lazımdır 253 00:33:16,600 --> 00:33:24,720 və əlbəttə ki, bunu hökumət etməlidir, ancaq hökumətin atdığı addımların dayağı parlamentdir. 254 00:33:24,960 --> 00:33:29,520 Məhz siz bunu istəməli, qərar qəbul etməli, fəliyyət proqramı hazırlamalısınız. 255 00:33:30,560 --> 00:33:36,000 İqtisadiyyat barədə də bu qədər. 256 00:33:37,000 --> 00:33:40,360 Növbəti məsələ mədəniyyət məsələsidir. 257 00:33:41,240 --> 00:33:49,400 Əlbəttə, mədəniyyət uzunmüddətli bir dövr üçün iqtisadiyyatdan daha mühümdür. 258 00:33:49,840 --> 00:33:53,160 İqtisadiyyat bizim hazırkı prioritetimiz olan təcili bir məsələdir, 259 00:33:53,360 --> 00:33:59,440 mədəniyyət isə davamlı və çox önəmli bir məsələdir; 260 00:33:59,640 --> 00:34:07,640 hətta iqtisadiyyatın özü üçün də əhəmiyyətlidir. Əziz qardaş və bacılar! Mən mədəniyyət məsələsinə qarşı bir laqeydlik olduğunu hiss edirəm. 261 00:34:08,240 --> 00:34:19,360 Mədəni qurumlarda – istər dövlət, istərsə də qeyri-dövlət strukturları olsun – mədəni fəaliyyətlərə qarşı bir laqeydlik, qeyri-ciddilik var. 262 00:34:20,240 --> 00:34:27,480 İstər faydalı mədəni məhsulların istehsalı, 263 00:34:27,840 --> 00:34:34,600 istərsə də zərərli olanların qarşısının alnması işində səhlənkarlığa yol verilir. 264 00:34:36,160 --> 00:34:44,280 Mədəni məhsulların əhəmiyyəti fiziki istehlak məhsullarının əhəmiyyətindən heç də az deyil, əksinə çoxdur. 265 00:34:45,440 --> 00:34:55,760 Misal üçün, hansısa kukuruzların sağlamlıq üçün zərərli oluğunu dönə-dönə deyir, insanları o kukuruzları yeməməyə çağırırlar. 266 00:34:56,240 --> 00:35:02,920 Zərəri nə qədərdir, nə kimi zərəri var, əhalinin neçə faizi üçün zərərlidir – 267 00:35:03,120 --> 00:35:13,360 bu barədə hər zaman danışırlar. Ancaq heç kəs cürət edib hansısa film, kitab, kompüter oyunu 268 00:35:13,800 --> 00:35:19,160 və sairənin zərərindən danışmır, çünki informasiya azadlığının, 269 00:35:19,880 --> 00:35:25,160 azad informasiya mübadiləsinin qarşısını almaqda ittiham edilməkdən çəkinir. 270 00:35:26,320 --> 00:35:42,400 Bu sözləri deyənlər özləri bu məsələlərdə bizdən daha sərt təzyiq göstərirlər, inanın buna. 271 00:35:42,840 --> 00:35:51,560 Hazırda informasiya baxımından dünyanın ən azad regionları, tutalım, Avropa ölkələri, o cümlədən ABŞ-dır, 272 00:35:52,280 --> 00:36:01,760 lakin vətəndaşların şəxsi informasiyalarına nəzarət, dövlətin həssas yanaşdığı məsələlərə 273 00:36:02,000 --> 00:36:08,440 müdaxilə ilə bağlı ABŞ-dan gələn dəqiq və danılmaz xəbərlər 274 00:36:09,200 --> 00:36:17,040 adamı həqiqətən də, təəccübləndirir. Bizdə informasiyalara onlarda olanın onda biri qədər nəzarət yoxdur, etmirik. 275 00:36:17,960 --> 00:36:26,880 Burada bir filmi qadağan edən kimi və ya tutalım, hansısa virtual əməliyyata məhdudiyyət, yaxud qadağa qoyan kimi, 276 00:36:27,040 --> 00:36:35,360 onlar orda dərhal hay-küy salırlar. Biz də inanırıq. Biz də inanırıq ki, həqiqətən, yanlış bir hərəkət etmişik. 277 00:36:35,720 --> 00:36:44,240 Xeyr, cənab! Ayıq olmaq lazımdır! Bizim vəzifəmiz faydalı mədəni məhsul istehsal etmək, zərərli mədəni məhsulun qarşısını almaqdır. 278 00:36:44,640 --> 00:36:51,400 Mən bu sahədə bir laqeydlik olduğunu hiss edirəm. 279 00:36:51,720 --> 00:36:55,120 Sizlər bunu nəzərə almalı, bu mövzuya əhəmiyyət verməlisiniz. 280 00:36:55,360 --> 00:37:03,040 Siyasətlərlə bağlı. Siz İslami Şura Məclisi olduğunuz üçün inqilabçı bir qurumsunuz. 281 00:37:03,480 --> 00:37:11,120 İslami Şura Məclisi inqilab əsasında formalaşmış, inqilabçı bir qurumdur, 282 00:37:11,840 --> 00:37:19,920 ona görə də siz həmişə inqilabçı kimi davranmalı, inqilabçı olmalı və inqilabçı olaraq da qalmalısınız. 283 00:37:22,880 --> 00:37:28,040 Əlbəttə, inqilabçı olmağın cürbəcür formaları var. 284 00:37:28,280 --> 00:37:36,720 Srağagün İmamın ziyarətgahında mən bu barədə bir qədər danışdım. Orada olmusunuzsa, yaxud dinləmisinizsə, eşitmisinizsə, bilirsiniz. 285 00:37:38,120 --> 00:37:48,080 İnqilabın qoyduğu müəyyən qaydalar, prinsiplər var. İstənilən halda, siz qanunlar üzərində işləyərkən hər zaman inqilabçı kimi davranın, 286 00:37:48,080 --> 00:37:50,520 mövqe seçərkən inqilabçı kimi davranın. 287 00:37:51,000 --> 00:37:58,120 Mövqe də iki cürdür: biri özünü sizin nitqinizdə, danışığınızda əks etdirən şəxsi mövqeyiniz, 288 00:37:59,080 --> 00:38:04,920 digəri isə parlamentin ifadə etdiyi ümumi mövqe. İnsafən, bu cəhətdən doqquzuncu məclisin fəaliyyəti çox yaxşı idi. 289 00:38:05,240 --> 00:38:13,360 Siyasi cəhətdən inqilaba müxalif olan etirazçı cərəyanlarla mübarizədə 290 00:38:13,600 --> 00:38:21,920 mövqe sərgiləmək, mövqeyə malik olmaq lazımdır. Baxın, hazırda ABŞ konqresi 291 00:38:22,440 --> 00:38:32,040 (ABŞ hökumətinin bizə qarşı düşmən münasibətdə olduğuna ki heç şübhə yoxdur; yəni mənim bu dediklərim təəssübkeşlikdən irəli gəlmir, 292 00:38:32,280 --> 00:38:37,840 zənn və güman da deyil, bunları dəqiq və aydın məlumatlara əsasən deyirəm. 293 00:38:37,840 --> 00:38:41,960 ABŞ-ın İslam Respublikasına münasibəti qatı düşmən münasibətidir). 294 00:38:42,440 --> 00:38:48,520 ABŞ hökumətinə etiraz edir ki, “siz İranla xoş davranırsınız” 295 00:38:49,120 --> 00:38:55,480 Durmadan qətnamə qəbul edir, danışırlar, nələrsə edirlər. Yaxşı, bunların cavabını kim verməlidir? 296 00:38:55,760 --> 00:39:02,920 Bunların qarşısına kim çıxmalıdır? Bunların ağzını kim yummalıdır? 297 00:39:03,680 --> 00:39:10,280 Siyasi arenada düşmən əks reaksiyalar əsasında hesabını aparır. 298 00:39:10,600 --> 00:39:15,200 Əgər o, bir sözü dedi və siz sakit dayandınızsa, bir cür nəticə çıxarır; 299 00:39:15,360 --> 00:39:19,720 əgər sakit durub başınızı da aşağı saldınızsa, başqa nəticəyə gəlir; 300 00:39:19,720 --> 00:39:24,280 sakit durub, başınızı aşağı salıb, hələ bir öz-özünüzə nırçıldadınızsa, 301 00:39:24,640 --> 00:39:29,760 onda hesabını bir başqa cür aparır. Əgər başınızı qaldırıb cavab verdinizsə, bir başqa nəticə çıxarır. 302 00:39:32,040 --> 00:39:39,800 Düşmən sizin passiv olduğunuzu, geri çəkilənlərdən olduğunuzu hiss etsə, özünü yığışdırmayacaq. 303 00:39:40,720 --> 00:39:47,360 Ümumiyyətlə, siyasətdə özünü yığışdırmaq yoxdur, daim irəli gəlirlər, daha çox istəyirlər. 304 00:39:47,960 --> 00:39:56,040 Müxtəlif hadisələrdə – ən sonuncusu da elə nüvə danışıqlarıdır – özünüz bunun şahidi olmusunuz. 305 00:39:57,240 --> 00:40:02,960 Davamlı olaraq tələb edirlər, daha çox istəyirlər, təhdid edirlər. 306 00:40:03,400 --> 00:40:12,720 O zaman nüvə fəaliyyətləri, nüvənin zənginləşdirilməsi, iyirmi faiz zənginləşdirmə və sair məsələlərdən söhbət gedərkən 307 00:40:12,720 --> 00:40:19,280 müharibə variantının da seçim variantları içərisində olduğunu deyirdilər. Bu sözləri indi də yenidən təkrarlayırlar; 308 00:40:19,600 --> 00:40:28,280 həm dövlət rəsmiləri təkrarlayır, həm parlamentariləri, həm də gələcək prezidentliyə namizədləri. 309 00:40:29,200 --> 00:40:34,360 Hazırda meydanda olan iki-üç namizəd də dönə-dönə təkrar edir ki, 310 00:40:34,640 --> 00:40:37,640 “əgər iş başına gəlsək, belə edəcəyik, elə edəcəyik!” 311 00:40:38,000 --> 00:40:45,160 Dostlar, bir nüans var ki, ona çox diqqət yetirmək lazımdır: baxın, ölkəmizin daxilində bəzi çatlar var; 312 00:40:45,480 --> 00:40:54,400 etnik çatlarımız var, ideoloji çatlarımız var, misal üçün, sünni və şiəmiz var, 313 00:40:55,000 --> 00:41:01,360 siyasi cinahlar arasında, özünüzün də gördüyünüz kimi, çatlar var. 314 00:41:02,360 --> 00:41:10,200 Nə qədər ki bu çatlar aktivləşməyib, zəlzələ baş verməyəcək. Bunun eybi də yoxdur, 315 00:41:10,680 --> 00:41:20,320 ixtilafların olmasının heç bir eybi yoxdur. Amma əgər bu çatlar aktivləşsə, o zaman zəlzələ baş verəcək. 316 00:41:20,880 --> 00:41:26,720 Düşmənin də çalışdığı bu çatları aktiv vəziyyətə gətirməkdir. Bunu yaddan çıxarmayın! 317 00:41:28,720 --> 00:41:36,240 Bu ixtilafların alovunu daha çox şölələndirmək üçün daim bu ocaqları körükləyirlər. 318 00:41:36,800 --> 00:41:40,360 Çalışın bu baş verməsin. Siz əqidəli olun; 319 00:41:40,600 --> 00:41:48,560 indi biri bir siyasi cinahdandır, o biri başqa bir cinaha tərəfkeşlik edir, üçüncüsü bir başqa cinahın arxasınca gedir – olsun, heç bir eybi yoxdur. 320 00:41:49,320 --> 00:41:57,600 Amma bu, yaxalaşma və söz savaşı ilə nəticələnməməlidir. 321 00:41:58,400 --> 00:42:03,080 Belə ki söz savaşının da sonu bəzən əlbəyaxa davaya gedib çıxır: 322 00:42:03,400 --> 00:42:07,160 “فَإنَّ الحَرب اوّله اللسانُ” 323 00:42:07,560 --> 00:42:12,760 – “Bütün müharibələr adətən söz savaşı ilə başlayır”. 324 00:42:14,840 --> 00:42:21,800 Ehtiyatlı olun ki, düşmən bu çatları akivləşdirməsin. Mühüm cəhətlərdən biri budur. 325 00:42:22,320 --> 00:42:32,640 Hansısa siyasi hadisə ilə bağlı parlamentdə sizlərdən kiminsə öz siyasi baxışı əsasında, 326 00:42:32,920 --> 00:42:39,560 başqa birisinin də öz siyasətinə uyğun fikir bildirməyində heç bir problem yoxdur. Ancaq bunu dava-dalaş və ixtilaf üçün səbəbə çevirməyin. 327 00:42:40,400 --> 00:42:45,320 Eyni prinsipi mən hökumətlə qeyri-hökumət qurumlarına, 328 00:42:45,480 --> 00:42:52,280 hökumətlə parlamentə, hökumətlə xalqa da aid edərdim. Xalq hansısa hökumətin siyasətlərini – 329 00:42:52,440 --> 00:42:59,080 çoxunu, hamısını və ya bir qismini – qəbul etməyə bilər və bunun heç bir eybi də yoxdur. 330 00:42:59,920 --> 00:43:04,960 Kimin müxalifi yoxdur ki?! Etiraz edilməyən, tənqid olunmayan adam varmı?! 331 00:43:05,280 --> 00:43:10,320 Bizim hamımıza müxalif çıxanlar, etiraz edənlər, tənqid edənlər var, bunda heç bir problem də yoxdur. 332 00:43:11,000 --> 00:43:19,680 Problem onda olar ki, bu müxalifət yaxalaşma ilə nəticələnsin. 333 00:43:19,880 --> 00:43:27,920 Diqqətli olun ki, bu, parlamentdə baş verməsin. Əgər parlamentdə gərginlik yaranarsa, – 334 00:43:28,440 --> 00:43:36,840 bəzi dövrlər olub ki, parlamentdə gərginlik yaşanıb – bu gərginlik xalqa sirayət edəcək, 335 00:43:38,200 --> 00:43:42,840 xalq arasında psixoloji də olsa gərginlik yaranacaq. 336 00:43:44,120 --> 00:43:51,600 Əgər parlamentdə sakitlik olsa, bu sakitlik xalqa sirayət edəcək və bu sakitlik, mənəvi rahatlıq çox önəmlidir: 337 00:43:51,840 --> 00:43:58,920 “Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur” (Fəth surəsi, 4-cü ayədən). 338 00:43:59,200 --> 00:44:07,000 Mənəvi rahatlığın xüsusiyyəti budur – mənəvi rahatlıq elə psixoloji rahatlıqdır, insanın ruhunun təlatümdə olmamağıdır – 339 00:44:08,480 --> 00:44:15,440 iman üstünə iman artırır, insana imanını artırmaq fürsəti verir. 340 00:44:16,320 --> 00:44:20,520 Bu çox mühüm və əhəmiyyətli bir məsələdir. 341 00:44:20,720 --> 00:44:28,720 Düşmən dünya ictimaiyyəti səviyyəsində İran İslam Respublikasını ittiham etməyə, 342 00:44:28,880 --> 00:44:38,200 ölkə səviyyəsində daxilimizdəki çatları daha da aktivləşdirməyə, regional – Qərbi Asiya regionu səviyyəsində isə 343 00:44:38,960 --> 00:44:51,000 bu strateji regionla bağlı mühüm və həssas planlarını inkişaf etdirməyə, 344 00:44:51,600 --> 00:45:01,760 qarşısındakı maneəni, yəni planlarının gerçəkləşməsinə mane olan İran İslam Respublikasını neytrallaşdırmağa çalışır. Düşmənin çalışdığı budur. 345 00:45:02,840 --> 00:45:07,400 Onların İraqla bağlı planları var, Suriya ilə bağlı planları var, 346 00:45:08,200 --> 00:45:15,920 Fələstinlə bağlı planları var, Livanla bağlı planları var; özü də konkret planları. 347 00:45:17,280 --> 00:45:23,960 Bir vaxtlar ağızlarından qaçırıb “Yeni Orta Şərq” və “Böyük Orta Şərq” adlarını çəkmişdilər; 348 00:45:24,160 --> 00:45:34,400 xarici siyasətlərinin başında duran o xanım ötən illərdə demişdi. Səhvə yol vermişdilər, ancaq demişdilər. 349 00:45:35,760 --> 00:45:40,400 qeyd edim ki, Orta Şərq ifadəsi də yanlış bir ifadədir, 350 00:45:41,160 --> 00:45:51,120 tamamilə Qərbin təkəbbürlü, imperialist düşüncə tərzindən qaynaqlanır; 351 00:45:52,160 --> 00:45:59,000 yəni Qərbə, Avropaya nə qədər yaxındırsa, adı olur Yaxın Şərq, 352 00:45:59,160 --> 00:46:04,520 nə qədər uzaqdırsa, olur Uzaq Şərq, nə qədər orta uzaqlıqda yerləşirsə, olur Orta Şərq; bu, Avropanın meyarıdır; 353 00:46:05,720 --> 00:46:09,120 bu böyüklükdə Asiya meyar deyil. 354 00:46:12,120 --> 00:46:19,160 Onların, özləri demişkən, bu Orta Şərqlə bağlı (hansı ki indi də Böyük Orta Şərq 355 00:46:19,160 --> 00:46:21,160 və Yeni Orta Şərq deyirlər) öz planları var; Səbəbi də odur ki, 356 00:46:21,360 --> 00:46:27,360 bu region müxtəlif cəhətlərdən: müsəlmanların mövcudluğu, 357 00:46:27,760 --> 00:46:34,760 İslamın mövcudluğu, sionist rejimin mövcudluğu, zəngin neft ehtiyatlarının olması, 358 00:46:34,960 --> 00:46:39,480 dünyanın mühüm su yollarının burada yerləşməsi – 359 00:46:40,120 --> 00:46:50,720 Hörmüz boğazı buradadır, Babül-məndəb boğazı buradadır, bir neçə mühüm boğaz buradadır; 360 00:46:51,000 --> 00:47:01,400 bu boğazlar dünya səviyyəsində çox mühüm əhəmiyyətə malikdir, geopolitik cəhətdən çox əhəmiyyətlidir, strateji baxımdan çox önəmlidir – çox həssas bir regiondur. 361 00:47:01,840 --> 00:47:05,040 Buna görə də bu regiona çox həssas yanaşırlar, bura ilə bağlı öz planları var. 362 00:47:05,400 --> 00:47:10,400 Planlarını maneəsiz və problemsiz həyata keçirmək istəyirlər. 363 00:47:10,680 --> 00:47:16,360 İndi isə İslam Respublikası gəlib və bunların planlarının qarşısını alıb. İraqı udmaq istəyirdilər, 364 00:47:16,680 --> 00:47:22,280 İslam Respublikası qoymadı. Bunlar bundan narahatdırlar, planları alt-üst olub, 365 00:47:22,720 --> 00:47:30,440 İraqı udmaq istəyirdilər. Bilirsiniz, İraq çox zəngin bir ölkədir, çox zəngindir. 366 00:47:31,320 --> 00:47:40,440 İraqı udmaq istəyirdilər. İraqı ələ keçirməklə İranı daim təhdid altında tutmaq istəyirdilər. Eynilə 367 00:47:41,040 --> 00:47:48,000 şərqdən də bir başqa cür təhdid etmək istəyirdilər, məqsədləri bu idi. İslam Respublikasının siyasətləri onlara mane olub, imkan verməyib, 368 00:47:48,160 --> 00:47:56,440 ona görə də bu maneəni aradan qaldırmağa çalışırlar. Oxşar məsələ Suriyaya, Fələstinə də aiddir; 369 00:47:56,640 --> 00:48:06,600 hamısı bunların siyasətidir; bu siyasətlərin qarşısında durmaq lazımdır. İmperializmin əsl simasını ifşa edin. 370 00:48:06,920 --> 00:48:15,640 İmperialistlərlə, imperializm sistemi ilə bağlı hansısa həqiqətlərdən xəbəriniz varsa və ya hansısa həqiqətlər barədə məlumat əldə edirsinizsə, onları açıqlayın, 371 00:48:15,840 --> 00:48:22,040 deyin, bu istiqamətdə ictimai fikir formalaşdırın, nitqlərinizdə, ümumi mövqelərinizdə buna yer verin. 372 00:48:22,360 --> 00:48:28,160 Ehtiyatlı olun ki, söz və davranışlarınız ABŞ-ın məqsədlərinə kömək etməsin. 373 00:48:28,800 --> 00:48:35,120 Keçmişdə belə hallar olub, bəzi parlament nümayəndələri elə fikirlər səsləndirib ki, 374 00:48:35,400 --> 00:48:43,160 həmin sözlər yüz faiz sionist rejimin dəyirmanına su töküb. Yəni doxsan faiz də yox, yüz faiz! 375 00:48:43,760 --> 00:48:50,440 Sanki onlar diktə edib, bu da burada deyib. 376 00:48:50,600 --> 00:48:57,200 Bizdə belə hallar olub; əlbəttə, nadir də olsa, olub. Ayıq olun ki, belə hallar baş verməsin. 377 00:48:57,600 --> 00:49:06,720 Yaxşı, söhbətimiz uzun çəkdi. Adətən mən bu görüşlərdə uzun-uzadı danışmamağa çalışıram. 378 00:49:06,960 --> 00:49:14,240 İnşallah, Allah sizə uğur bəxş edər, yardımçınız olar. Biz də sizin üçün dua edirik. 379 00:49:14,400 --> 00:49:19,840 Cənab Doktor Laricani dedi ki, dua edim. Həqiqətən, mən sizlər, 380 00:49:20,120 --> 00:49:25,800 siz qardaş və bacılarım üçün həmişə dua edirəm. Siz də bizim üçün dua edin ki, inşallah, 381 00:49:26,240 --> 00:49:33,000 çiyinlərimizdə olan bu yükü, yüngül yox, ağır olan bu yükü qaldıra bilək. 382 00:49:33,200 --> 00:49:39,160 İlahi! Səni and verirəm Məhəmməd və Ali-Məhəmmədin haqqına, bizə bizdən razı qalmağına səbəb olacaq işləri nəsib et! 383 00:49:40,200 --> 00:49:45,200 Səni razı salmaq uğurunu bizə bəxş et! 384 00:49:45,960 --> 00:49:49,800 Sahibəzzamanın qəlbini (Ruhumuz ona fəda olsun!) bizdən razı et! 385 00:49:50,520 --> 00:49:53,120 Əziz şəhidlərimizi Peyğəmbərlə məhşur et! 386 00:49:54,160 --> 00:49:55,200 Allahın salam və rəhməti nəsibiniz olsun.