1 00:00:00,650 --> 00:00:02,950 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:05,800 --> 00:00:08,470 الحمدلله ربّ العالمين 3 00:00:10,750 --> 00:00:20,370 و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 4 00:00:29,400 --> 00:00:35,650 و علي آله الاطيبين الاطهرين المنتجبين 5 00:00:37,170 --> 00:00:45,420 الهداة المهديّين سيّما بقيّةالله في الارضين 6 00:00:48,570 --> 00:00:53,920 Dahi İmam Xomeyninin (r.ə) əziz xatirəsini 7 00:00:56,850 --> 00:01:10,400 anmaq məqsədi ilə təşkil olunmuş bu toplantı çox böyük və möhtəşəmdir; 8 00:01:11,470 --> 00:01:20,250 ökənin digər bölgələrində də İmamın xatirəsinə 9 00:01:20,920 --> 00:01:27,470 və ona bəslənən sevgiyə xatir buna bənzər yığıncaqlar təşkil olunub. 10 00:01:28,570 --> 00:01:35,920 Bərəkətli şəban ayının son günlərini yaşayırıq. 11 00:01:38,450 --> 00:01:52,070 Böyük ehtimalla, dahi İmam (r.ə) bu ayın mənəvi bərəkətindən çox istifadə etmişdir. 12 00:01:56,020 --> 00:02:13,150 Sübutlar onu göstərir ki, o nurlu qəlb bu ayın xeyir-bərəkəti sayəsində öz nuraniliyini daha da artırırmış. 13 00:02:16,160 --> 00:02:25,360 İmam (r.ə) tez-tez öz çıxışlarında “Şəbaniyyə münacatı” duasının 14 00:02:25,600 --> 00:02:37,280 bu məşhur fraqmentini təkrar edərdi: اِلهي هَب لي کَمالَ الاِنقِطاعِ اِليکَ 15 00:02:39,560 --> 00:02:47,280 وَ اَنِر اَبصارَ قُلوبِنا بِضِيآءِ نَظَرِها اِلَيک 16 00:02:47,920 --> 00:02:59,160 Müxtəlif toplantılarda etdiyi çıxışlarında duanın bu hissəsini çox oxuyardı. 17 00:02:59,760 --> 00:03:16,640 Bu onu göstərir ki, o böyük insan bu bərəkətli günlərlə, bu münacatla, bu mənalarla sıx ünsiyyətdə olmuşdur. 18 00:03:16,920 --> 00:03:33,040 Bir dəfə mən də ondan dualar haqqında soruşanda oxunmasına həddən artıq təkid etdiyi, 19 00:03:34,480 --> 00:03:41,360 üstünlük verdiyi dualardan biri elə “Şəbaniyyə münacatı” oldu. 20 00:03:44,280 --> 00:03:50,760 Bu duanın mühüm fraqmentlərindən biri də budur: 21 00:03:51,000 --> 00:04:07,520 اِلهي هَب لي قَلباً يُدنيهِ مِنکَ شُوقُه، وَ لِسانًا يُرفَعُ اِلَيکَ صِدقُه، وَ نَظَراً يُقَرِّبُهُ مِنکَ حَقُّه 22 00:04:08,120 --> 00:04:16,640 İlahi dərgaha yaxınlaşmaq üçün şövqlə dolu bir ürək, 23 00:04:18,320 --> 00:04:28,200 doğruculluğu, düzünü deməyi ilə sahibinin Uca Yaradana yaxınlaşmasına səbəb olan doğrucul dil, 24 00:04:29,480 --> 00:04:42,240 insanın Allah-taalaya daha da yaxınlaşmasına səbəb olan haqqı görən baxış, haqqı axtaran yanaşma. 25 00:04:42,560 --> 00:04:55,520 Bu mübarək duada Allah-taaladan bu xüsusiyyətlər istənilir; bunlar bizim üçün bir dərsdir. 26 00:04:57,520 --> 00:05:06,120 Dahi İmam (r.ə) bu ibrətverici dərslərlə ünsiyyətdə olaraq ömür sürmüş bir şəxs idi. 27 00:05:07,960 --> 00:05:25,600 Uca Yaradan haqq və həqiqətin dərəcələri ilə tanışlığının, ilahi dərgaha yaxınlığının bərəkəti sayəsində 28 00:05:26,400 --> 00:05:39,080 ona bu böyük və qalıcı hərəkatı həyata keçirmək üçün bu güc-qüvvəti nəsib etmişdi. 29 00:05:39,480 --> 00:05:53,040 Dahi İmam (r.ə) haqqında danışmaq istəyiriksə, böyük liderimiz 30 00:05:53,400 --> 00:06:06,720 mərhum İmam Xomeyni haqda daha az işlədilmiş, daha az istifadə olunmuş təyinlərdən biri 31 00:06:07,800 --> 00:06:22,240 özündə kompleks bir mənanı ehtiva edən bir ifadədir ki, mən onu bu şəkildə formulə edərdim: mömin, itaətkar və ibadətkar bir inqilabçı. 32 00:06:25,080 --> 00:06:33,000 İmamın (r.ə) şəxsiyyəti haqda danışarkən adətən biz onu bir çox xüsusiyyətlərlə, bir sıra təyinlərlə səciyyələndiririk, 33 00:06:35,200 --> 00:06:46,080 amma bu qeyd etdiyim təyin – hansı ki biz İmamı bu xüsusiyyətləri ilə çox az yad etmişik – kompleks məna daşıyır; 34 00:06:47,800 --> 00:06:52,440 mömindir, ibadətkardır, inqilabçıdır. 35 00:06:52,720 --> 00:07:00,200 Mömindir – yəni Allah-taalaya, qarşıya qoyduğu hədəfə, 36 00:07:00,800 --> 00:07:09,680 onu bu hədəfə çatdıracaq yola və xalqa inanır: 37 00:07:10,960 --> 00:07:15,080 “...Allaha da inanır, möminlərə də...” (“Tövbə” surəsi, 61-ci ayədən) 38 00:07:15,880 --> 00:07:21,440 “...Allaha da inanır, möminlərə də...” (“Tövbə” surəsi, 61-ci ayədən) 39 00:07:21,920 --> 00:07:28,720 Peyğəmbər (s) Allaha, öz hədəfinə, öz prinsiplərinə və xalqına dərin inam bəsləmişdir. 40 00:07:29,120 --> 00:07:42,440 İkincisi ibadətkardır, itaətkardır, yəni Allahın qarşısında özünü, həqiqətən də, bir qul, bəndə olaraq görür. Bu da olduqca mühüm keyfiyyətdir. 41 00:07:42,720 --> 00:07:53,880 Diqqət etsəniz, görərsiniz ki, Allah-taala Qurani-Kərimdə Həzrət Peyğəmbəri (s) bir sıra xüsusiyyətlərlə mədh etmişdir: 42 00:07:54,440 --> 00:08:01,000 “Həqiqətən də, sən böyük əxlaq sahibisən!” (“Qələm” surəsi, 4-cü ayə), “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin.” (“Ali-İmran” surəsi, 159-cu ayədən) 43 00:08:01,240 --> 00:08:14,040 Bunlardan başqa bir çox ifadələr də var ki, onların hər biri Həzrət Peyğəmbərin (s) bir sıra özəlliklərini bizə açıqlayır, tanıdır. 44 00:08:14,760 --> 00:08:30,200 Ancaq bizə hər gün namazlarımızda Həzrət Peyğəmbərin (s) bir xüsusiyyətini təkrar etmək əmr olunmuşdur: 45 00:08:30,520 --> 00:08:34,960 “şəhadət verirəm ki, Məhəmməd (s) Allahın bəndəsi və rəsuludur”; 46 00:08:43,080 --> 00:08:48,600 bu, bəndəliyin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. 47 00:08:49,520 --> 00:09:05,480 Bəndə olmaq, Allaha itaət etmək o qədər önəmli bir xüsusiyyətdir ki, Uca Yaradan müsəlmanlara 48 00:09:05,640 --> 00:09:17,080 hər gün namazlarında bunu təkrar etməyi əmr etmişdir. İmam Xomeyni də bu özəlliyə sahib idi; bəndəlik sifətinə malik idi; 49 00:09:18,080 --> 00:09:28,000 Allah qarşısında təvazökarlıq göstərən, acizanə halda dua edən, yalvaran, itaətkar bir mömin idi. 50 00:09:30,240 --> 00:09:38,640 Üçüncü xüsusiyyətə – yəni “mömin və itaətkar bir inqilabçı” ifadəsindəki 51 00:09:39,960 --> 00:09:55,960 inqilabçılıq xüsusiyyətinə gəlincə mən bunun üzərində özəlliklə dayanaraq bu haqda daha ətraflı danışmaq istəyirəm. İmam (r.ə) inqilabın imamı, inqilabın lideri idi. 52 00:09:57,000 --> 00:10:07,840 “İnqilab” özündə saysız-hesabsız həqiqətlər gizlədən bir sözdür. 53 00:10:09,000 --> 00:10:22,360 “İnqilabın imamı” o deməkdir ki, bu insan inqilab məfhumunun özündə ehtiva etdiyi bütün xüsusiyyətlərin, bütün prinsiplərin öndəridir. 54 00:10:23,520 --> 00:10:32,840 Materialist güclərin də İmama qarşı həmişə qəzəbli, aqresiv olmasının səbəbi 55 00:10:33,480 --> 00:10:39,840 – sözsüz ki, ondan qorxurdular da – 56 00:10:41,120 --> 00:10:52,480 daha çox elə onun bu xüsusiyyəti idi: inqilabçı olması. Onun bu xüsusiyyətinə düşmən idilər. 57 00:10:53,600 --> 00:11:07,160 Elə günü bu gün də İran xalqının düşmənləri onun bu xüsusiyyətinə – inqilabçılığına, inqilaba sadiq və bağlı olmasına ədavət bəsləyir, buna görə düşmənçilik edirlər. 58 00:11:07,640 --> 00:11:15,680 Xüsusilə də materialist güclər inqilab sözündən dəhşət hissi keçirirlər; 59 00:11:16,800 --> 00:11:25,840 “İslam İnqilabı” ifadəsi onlarda vahimə, qorxu yaradır. 60 00:11:28,720 --> 00:11:37,280 Göstərdikləri cürbəcür təzyiqlər də buna görədir – inqilabçılığa görə; 61 00:11:38,160 --> 00:11:53,480 az sonra “inqilabçı” sözünün hansı məna, məfhum və yanaşmaları ehtiva etdiyi barədə ətraflı danışacağam; qorxmaqda haqlıdırlar da. 62 00:11:53,960 --> 00:12:06,280 Sözsüz ki, yersiz səbəblərlə – bəzən nüvə məsələsi, bəzən də insan hüquqları kimi bəhanələrlə 63 00:12:07,160 --> 00:12:16,160 müxtəlif təzyiqlər göstərirlər, amma məsələnin əsl mahiyyəti bundan ibarətdir ki, 64 00:12:16,920 --> 00:12:33,760 İran xalqının və İran İslam Respublikasının düşmənləri bu inqilabçı ruhiyyədən qorxurlar, bundan narahatdırlar. 65 00:12:34,120 --> 00:12:52,080 Elə bu yaxınlarda – bir neçə ay bundan əvvəl – Amerika siyasətçilərindən biri demişdi ki, İrana İslam İnqilabına görə sanksiyalar tətbiq olunur; 66 00:12:53,800 --> 00:13:04,520 sanksiyaların səbəbi əslində 1979 - cu – yəni 1357 -ci il inqilabıdır! Bu, bir reallıqdır. 67 00:13:07,080 --> 00:13:17,680 Bəs bunun səbəbi nədir? Nəyə görə onlar inqilabın əleyhinədirlər? Səbəbi odur ki, bu böyüklükdə, bu genişlikdə bir ölkə, 68 00:13:17,920 --> 00:13:29,880 həm təbii, həm də insan resursları olan bu qədər bərəkətli, bu qədər varlı bir diyar 69 00:13:30,080 --> 00:13:39,000 bir vaxtlar tamamən onların – Amerikanın ixtiyarında idi. 70 00:13:39,440 --> 00:13:50,040 Baş vermiş inqilab onları bu ölkədən çölə atdı; onların inqilaba qarşı olan düşmənçiliyi bax buna görədir; inqilab onları ölkədən qovub. 71 00:13:51,120 --> 00:13:56,080 Bundan əlavə, bu inqilab başqa xalqlar üçün də ilhamverici örnəyə çevrilib. 72 00:13:57,400 --> 00:14:08,560 Xalqımız tərəfindən həyata keçirilmiş və davam etdirilən İran İslam İnqilabı 73 00:14:09,200 --> 00:14:13,360 başqa millətlərin də ruhlanmasına səbəb olur; 74 00:14:13,840 --> 00:14:22,920 hansı ki bu da özü-özlüyündə çoxlu dəlil-sübutu olan geniş bir mövzudur. 75 00:14:25,080 --> 00:14:32,120 Bizim inqilabçı İmamımız (r.ə) ölkəni bataqlıqdan çəkib çıxardı; 76 00:14:32,960 --> 00:14:41,040 inqilab vasitəsi ilə ölkəni bir çox girdablardan xilas etdi. 77 00:14:41,880 --> 00:14:51,800 İnqilabdan öncəki dövrün şahidi olmamış, o zaman nələrin baş verdiyini bilməyən əziz gənclərimiz 78 00:14:53,240 --> 00:15:01,320 düzgün diqqət edərək bilməlidirlər ki, əsas məsələ, məsələnin mahiyyəti bundan ibarətdir. 79 00:15:02,680 --> 00:15:11,000 Əgər hansısa xalq özünün əsas məsələsinin nədən ibarət olduğunu bilməzsə, sözsüz ki, nəticə etibarilə yolunu azacaq. 80 00:15:11,920 --> 00:15:21,520 Əsas məsələ İslam İnqilabının yetişərək ölkəni bu bataqlıqlardan xilas etməsi idi: 81 00:15:21,880 --> 00:15:34,240 xaricdən asılılıq, gerilik bataqlığından, siyasi korrupsiya, 82 00:15:35,120 --> 00:15:48,200 əxlaqsızlıq, beynəlxalq aləmdə həqarət bataqlığından. O vaxtlar biz bu problemlərlə üz-üzəydik; 83 00:15:49,320 --> 00:16:00,280 həm asılı idik, həm təhqir olunurduq, həm də inkişafdan geridə qalmışdıq, qəsdən geridə saxlanırdıq. 84 00:16:01,080 --> 00:16:13,200 İqtisadiyyatda, elm və texnologiyada, beynəlxalq arenada iştirakda – hər sahədə geridə saxlanırdıq. 85 00:16:13,920 --> 00:16:23,400 Bütün bunların qarşılığında da başımızın üzərində Amerika və İngiltərənin ağalığı hökm sürürdü. 86 00:16:25,400 --> 00:16:36,200 O zamanlar biz hazırda ixrac etdiyimiz neftin 4 qat artığını ixrac edirdik, ölkə əhalisinin sayı da indikinin yarısından da az idi, 87 00:16:36,480 --> 00:16:47,240 amma bununla belə, ölkənin bir çox bölgələri dövlətin öhdəsinə düşən kommunal xidmətlərdən məhrum idi. 88 00:16:47,680 --> 00:16:55,400 Ölkə yoxsulluq və gerilik girdabında çabalayırdı; əxlaqsızlıq çirkabında boğulurdu. 89 00:16:55,760 --> 00:17:07,680 Ölkənin bütün infrastrukturunda – yol, su, elektrik, qaz, məktəb, universitet, bələdiyyə xidmətləri – 90 00:17:08,880 --> 00:17:21,360 hər sahədə vəziyyət acınacaqlı idi, geriliyə, yoxsulluğa düçar olmuşduq. 91 00:17:22,080 --> 00:17:35,200 Ölkənin təbii sərvətlərini yadların ixtiyarına vermişdilər, hakim dairələr bundan gələn gəlir hesabına yaxşı yaşayırdı, 92 00:17:35,840 --> 00:17:45,120 camaatı isə cürbəcür yalanlarla, yaxud zor gücünə susmağa məcbur edirdilər; 93 00:17:46,280 --> 00:17:50,560 lakin insanların ürəyi dolu idi, reallıqları görürdülər 94 00:17:51,200 --> 00:18:00,800 və bunun nəticəsi olaraq da inqilabı hərəkətə gətirən o dahi İmamın (r.ə) ilahi fəryadının, rəbbani çağırışının arxasınca getdilər. 95 00:18:01,720 --> 00:18:11,240 Dahi İmamımız (r.ə) ölkənin hərəkət kursunu dəyişdi və böyük bir çevriliş baş verdi; 96 00:18:13,160 --> 00:18:29,640 İmam (r.ə) İran xalqının yolunu, relsini dəyişdi və bizi ali hədəflərə doğru yönəltdi. 97 00:18:30,040 --> 00:18:40,400 İnqilab rəhbərinin və inqilabi ideyaların bizi – İran ictimaiyyətini 98 00:18:40,520 --> 00:18:53,200 yönəltdiyi bu hədəflər olduqca böyük əhəmiyyətə malikdir. Bu hədəflər Allahın dininin hakimiyyətində xülasələnir. 99 00:18:54,960 --> 00:19:01,480 Allahın dininin hakimiyyətdə olması ictimai ədalətin sözün həqiqi mənasında təmin olunması, 100 00:19:01,880 --> 00:19:07,040 yoxsulluq, cəhalət və zülmün 101 00:19:07,720 --> 00:19:19,960 kökünün kəsilməsi anlamındadır; Allahın dininin hakimiyyəti islami dəyərlər sisteminin bərqərar edilməsi, 102 00:19:20,240 --> 00:19:30,800 sosial bəlaların yox edilməsi, vətəndaşların fiziki, psixoloji, əxlaqi sağlamlığının, 103 00:19:31,360 --> 00:19:46,080 ölkənin elmi inkişafının, İran insanının milli qürur və heysiyyətinin, ölkənin beynəlxalq arenada güc və iqtidarının təmin edilməsi, 104 00:19:47,240 --> 00:19:53,760 Allah-taalanın bu ölkəyə bəxş etdiyi potensialların fəallaşdırılması deməkdir. 105 00:19:54,080 --> 00:20:02,120 Bütün bunlar Allah-taalanın göndərdiyi dinin hakimiyyətində öz əksini tapır və dahi liderimiz də bizi bu istiqamətə – 106 00:20:02,320 --> 00:20:13,600 şah diktaturasının çəkib apardığı yolun tam əksinə yönəltdi. 107 00:20:15,080 --> 00:20:27,320 Ölkəmizin müsəlman toplumunun qatarı inqilabın bərəkəti sayəsində həmin hədəflərə yönəldi. 108 00:20:27,480 --> 00:20:36,600 Bunlar asanlıqla əldə edilməyən, zaman və zəhmət tələb edən hədəflər olsa da, 109 00:20:36,960 --> 00:20:47,320 əlçatandır, bir şərtlə ki, qatar elə həmin relslər üzərində – inqilab yolunda hərəkət edərək irəliləsin. 110 00:20:47,640 --> 00:20:52,280 İmam (r.ə) yolu, 111 00:20:53,120 --> 00:21:05,040 meyar və nişanları bizə göstərdi, hədəfləri bizim üçün müəyyənləşdirdi və elə özü də bu hərəkata start verdi. 112 00:21:06,160 --> 00:21:14,600 İndiyə kimi bizim saysız-hesabsız uğurlar qazanmağımızın səbəbi inqilab yolunda addımlamağımızdır, 113 00:21:14,760 --> 00:21:22,120 ancaq yenə də o ali hədəflərin çoxuna çatmağımıza hələ var. Sözsüz ki, o hədəflərə çatmaq mümkündür, 114 00:21:23,040 --> 00:21:30,200 şərti də budur ki, qatar yolunu dəyişməsin, elə həmin relslər üzərində 115 00:21:30,880 --> 00:21:37,880 hərəkət etsin; İmamın (r.ə) müsəlman toplumunun qatarını hərəkətə gətirdiyi relslər üzərində irəliləsin. 116 00:22:00,840 --> 00:22:10,760 İmamın (r.ə) vəfatından sonra biz harda inqilabi ruhiyyə ilə addımlayıb həmin yolda irəliləmişiksə, nəticə əldə etmişik, 117 00:22:12,480 --> 00:22:24,640 harda ki bu psixologiya və cihad ruhiyyəsindən məhrum olmuşuq, inkişafdan geri qalmışıq, planlarımız yarımçıq qalıb; bu, bir reallıqdır. 118 00:22:25,520 --> 00:22:37,160 Bu illər ərzində mən özüm də vəzifə postlarında olmuşam və əgər bu məsələlərdə hansısa nöqsana, səhlənkarlığa yol verilibsə, bunda mənim də məsuliyyətim var. 119 00:22:38,200 --> 00:22:47,200 Həmin relslər üzərində inqilabçı düşüncə ilə, cihad əzmi ilə hərəkət etdikdə irəliləmişik, 120 00:22:47,840 --> 00:22:52,880 diqqətsizlik göstərdiyimiz, səhlənkarlıq etdiyimiz yerlərdə isə geri qalmışıq. 121 00:22:53,960 --> 00:23:00,600 Biz hədəflərimizə çata bilərik, bir şərtlə ki, inqilabçı kimi davranaq, inqilabçı düşüncə ilə irəliləyək. 122 00:23:02,440 --> 00:23:10,480 Mənim bu sözlərim hazırkı və gələcək nəsllərə ünvanlanır; 123 00:23:12,000 --> 00:23:20,600 mən hamıya – rəsmilərə, siyasi, mədəni, 124 00:23:21,560 --> 00:23:29,640 ictimai sferalardakı fəallara, universitet və teoloji mərkəzlərin tələbələrinə, 125 00:23:30,080 --> 00:23:37,720 incəsənət adamlarına, sənətkarlara, kəndlərdə və şəhərlərdə yaşayan insanlara müraciət edirəm: 126 00:23:38,200 --> 00:23:45,920 hamı bilməlidir ki, bu yolu inqilabi üslubla getmək mümkündür və belə olduğu zaman inkişaf mütləqdir. 127 00:23:46,560 --> 00:23:54,960 Başqa yolla da addımlamaq mümükündür, amma o zaman artıq ölkənin taleyi acınacaqlı olacaq. 128 00:23:56,400 --> 00:24:08,640 İmamın (r.ə) çox işlətdiyi, bir çox yerlərdə təkrar etdiyi bir ifadə vardı: “İslama sillə dəyəcək”. Əgər istiqamətimizi dəyişsək, 129 00:24:09,720 --> 00:24:14,480 İran xalqına sillə dəyəcək, eyni zamanda İslam dininə də zərbə dəymiş olacaq. 130 00:24:31,680 --> 00:24:44,800 Bu fikir hələ də qüvvədədir; bu haqda danışılası və lazımlı sözlər çoxdur. 131 00:24:45,800 --> 00:24:56,680 Diqqətlə dinləyin, mən yaranmış bu fürsətdən istifadə edərək sizə və ümumilikdə İran xalqına fikrimi çatdırım. Mənim əzizlərim! Bu inqilab 132 00:24:57,840 --> 00:25:05,320 ölkəmizə, xalqımızın hər bir nümayəndəsinə məxsus olan üstün, özünəməxsus bir sərmayədir. 133 00:25:08,280 --> 00:25:17,840 Bu inqilab bizə çox şeylərin bahasına başa gəlib, çox ağır itkilərimiz olub, 134 00:25:19,440 --> 00:25:32,480 amma bu itkilərin əvəzində yüz dəfə artıq mənfəət də əldə etmişik; İslam İnqilabı xalqımız üçün gəlirli bir ticarət olub. 135 00:25:32,760 --> 00:25:42,080 8 illik müharibə itki idi, inqilab əleyhinə olan iğtişaşlar itki idi, sanksiyalar itki idi – 136 00:25:42,920 --> 00:25:52,600 bütün bunlar inqilabın itkiləri, xərcləridir – amma bu yolda bu xərclərdən 100 qat artıq qazancımız da olub; 137 00:25:52,880 --> 00:26:04,000 itkilərlə, xərclərlə qazanc və mənfəətlər lap əvvəldən yanaşı olub; bu yolda biz həm xərc çəkmişik, itki vermişik, həm də qazanc əldə etmişik. 138 00:26:04,320 --> 00:26:18,360 Müharibə zamanı nə qədər cavanlarımız şəhid oldu, amma xalqımız, ölkəmizin gəncləri 139 00:26:18,840 --> 00:26:23,160 o ağır itkili müharibədən böyük nəticələr əldə etdilər. 140 00:26:23,160 --> 00:26:37,240 İnqilabın əvvəlindən bu yolda eyni zamanda həm itkilər vermişik, həm də mənfəət əldə etmişik, intəhası irəlilədikcə 141 00:26:37,880 --> 00:26:49,360 intəhası irəlilədikcə itkilər, ziyanlar azalmağa, yüngülləşməyə, qazancımız isə daha da çoxalmağa başlayıb. 142 00:26:50,160 --> 00:27:04,120 Bu gün biz – İran xalqı o qədər də böyük bir ziyana uğramadan 143 00:27:04,720 --> 00:27:13,960 inqilabdan böyük mənfəət əldə edə bilərik; bu gün biz bu potensiala sahibik. 144 00:27:15,240 --> 00:27:23,160 İnqilab artıq kök atıb, İslam dövlətinin ağacı artıq möhkəmlənib, 145 00:27:23,800 --> 00:27:31,160 bir çox həqiqətlər aydınlaşıb, çıxış yolları yaranıb. 146 00:27:32,080 --> 00:27:44,160 Keçmişdəki ilə müqayisədə hazırda İran xalqı üçün vəziyyət daha da aydınlaşıb, daha münasib zəmin yaranıb, yol hamarlanıb. 147 00:27:44,520 --> 00:27:58,440 Düzdür, çəkiləcək xərclər hələ də var, amma əvvəlki illərə nisbətən daha yüngül, daha asanlıqla ortadan qaldırılması mümkün olan xərclərdir. 148 00:28:00,120 --> 00:28:08,160 Bir məqam olduqca önəmlidir: bu inqilab hərbi çevriliş nəticəsində baş verməyib; 149 00:28:09,200 --> 00:28:17,760 bir sıra ölkələrdə olduğu kimi hərbiçilər mövcud iqtidarı devirərək 150 00:28:18,400 --> 00:28:27,960 hakimiyyətə başqa bir qrupu gətirməyib. Xeyr, bu inqilab xalqın vasitəsilə baş verib; 151 00:28:29,520 --> 00:28:37,520 xalqın əzmkarlığı, iradəsi, inqilabi ruhiyyəsi və imanının gücü nəticəsində əmələ gəlib; 152 00:28:38,560 --> 00:28:47,760 bu gücün sayəsində də özünü müdafiə edib, indiyə kimi qala bilib, kök atıb. 153 00:28:48,880 --> 00:28:56,640 Məhz xalq qorxmadı; məhz əziz İranımızın xalqı 154 00:28:57,160 --> 00:29:03,920 duruş gətirərək bu şərif ayənin bariz nümunəsi oldu: 155 00:29:04,200 --> 00:29:18,160 “(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl qoruyandır!”– dedilər”. (“Ali-İmran” surəsi, 173-cü ayədən) 156 00:29:19,240 --> 00:29:28,600 Daim təhdid olunduq, daim “hücüm edəcəyik”, “sanksiya tətbiq edəcəyik” dedilər, 157 00:29:28,800 --> 00:29:36,840 xalq isə nə hərbi hücümdan, nə sanksiyalardan qorxdu, 158 00:29:37,360 --> 00:29:48,560 nə də o sanksiyalar nəticəsində iflic oldu. Mərdliklə, cəsarətlə, vüqarla 159 00:29:48,920 --> 00:29:55,480 öz yoluna davam etdi; bundan sonra da elə belə olmalıdır. Xalqımız, ictimaiyyətin müxtəlif təbəqələri, 160 00:29:56,240 --> 00:30:01,840 gənclər, ruhanilər, incəsənət nümayəndələri, tələbələr, 161 00:30:02,120 --> 00:30:07,920 araşdırmaçılar, rəsmilər, dövlət və parlament nümayəndələri 162 00:30:08,760 --> 00:30:14,240 inqilabçı olaraq qalmalı, inqilabçı kimi addımlamalıdırlar – 163 00:30:15,520 --> 00:30:27,160 az sonra bunun meyarlarını da açıqlayacağam – hamı inqilabçı olaraq qalsın ki, yolumuza uğurla davam edək. 164 00:30:27,960 --> 00:30:35,960 Bəziləri “inqilabçı” dedikdə yalnız İmamın (r.ə) zamanında, 165 00:30:36,160 --> 00:30:43,560 mübarizə dövründə, ya da onun hakimiyyəti dövründə ətrafında olmuş, həmin proseslərdə iştirak etmiş şəxsləri nəzərdə tuturlar. 166 00:30:44,280 --> 00:30:57,000 Xeyr, bu, səhv fikirdir; yalnız İmamı görmüş, inqilabi mübarizə və hakimiyyət dövründə onun silahdaşı olmuş insanların inqilabçı olduğunu güman etmək 167 00:30:57,240 --> 00:31:05,720 yanlış yanaşmadır. Əgər “inqilabçı” sözünü bu cür mənalandırsaq, onda elə biz qocalardan başqa heç kim inqilabçı olmaz. 168 00:31:06,680 --> 00:31:16,320 İnqilab hamıya məxsusdur; bu günün gəncləri inqilabçıdırlar, inqilab tərəfdarıdırlar və elə bu ruhiyyədə də – 169 00:31:17,120 --> 00:31:21,440 bir az sonra açıqlayacağım meyarlar əsasında – qala bilərlər. 170 00:31:22,920 --> 00:31:34,560 Müasir bir gənc bu yolda mənim kimi köhnə inqilabçıdan daha güclü bir inqilabçı ola bilər; 171 00:31:35,120 --> 00:31:46,320 Müqəddəs Müdafiə dövründə həyatını təhlükəyə ataraq, İmamın (r.ə) əmrlərini 172 00:31:46,520 --> 00:31:54,040 icra etmək üçün ön cəbhəyə gedib 173 00:31:55,120 --> 00:32:03,520 canını bu yolda qurban verənlər kimi; yüz faiz, mükəmməl inqilabçı onlardır; 174 00:32:04,120 --> 00:32:16,520 inqilabçılar fədakarlığa hazır olan insanlardır; elə buna görə də biz “inqilabçı” sözünü təkcə İmamın mübarizəsi dövründə 175 00:32:16,680 --> 00:32:25,680 onu tanıyan, yaxud onun yanında olmuş şəxslərə aid etməməliyik; 176 00:32:26,640 --> 00:32:35,800 xeyr, inqilab axar çay kimi davam edən bir prosesdir və tarix boyunca bu yolda bu xüsusiyyətlərlə iştirak edən, çalışan hər bir kəs inqilabçıdır; 177 00:32:36,000 --> 00:32:39,240 İmamı görməsə belə; siz gənclərin çoxu kimi. 178 00:32:39,520 --> 00:32:48,600 Bir başqa səhv düşüncə də budur ki, əgər kimisə inqilabçı adlandırırıqsa, demək o, radikaldır; 179 00:32:48,680 --> 00:33:01,160 yaxud inqilabçılardan danışarkən “radikallar” ifadəsini işlətmək – bu, yanlışdır. 180 00:33:01,800 --> 00:33:14,200 İnqilab tərəfdarı olmaq radikal olmaq deyil. Belə bölücü fikirlər əcnəbilərə aiddir, 181 00:33:15,200 --> 00:33:23,640 İranın düşmənlərinin bizə “töhfəsidir”. Bu kimi ifadələr İranda, bizim siyasi leksikonumuzda özünə yer etməməlidir; 182 00:33:23,880 --> 00:33:33,360 xalqı “radikal” və “mötədil” kimi qruplara ayıran onlardır. Ölkəmizdə “radikal” və “mötədil” məsələsi mövcud deyil. 183 00:33:34,760 --> 00:33:46,320 İnqilabçıları “radikal”, qeyri-inqilabçıları “mötədil” adlandıran onlardır! Bu, xaricilərin apardığı bir bölgüdür. 184 00:33:47,000 --> 00:33:58,520 Onlar belə fikirləri müxtəlif media və təbliğat vasitələrində, çıxışlarında səsləndirir, yayırlar, biz isə belə sözləri təkrarlamamalıyıq. İnqilabçı elə inqilabçıdır. 185 00:34:00,360 --> 00:34:12,520 Digər bir yanlış təsəvvür isə inqilab tərəfdarlarının hamısından inqilabi davranışlar, hərəkətlər, 186 00:34:12,680 --> 00:34:21,280 yaxud inqilabçılığın hansısa dərəcəsində olmalarını ummağımızdır; xeyr, bu, səhvdir. Biz din tələbələrinin təbirincə desək, 187 00:34:21,800 --> 00:34:24,720 inqilabçılıq ayrı-ayrı şəxslərdə fərqli şəkildə ola biləcək bir xüsusiyyətdir. 188 00:34:25,560 --> 00:34:34,560 Kimsə inqilabi məsələlərdə özünü daha layiqincə göstərə, 189 00:34:34,560 --> 00:34:39,720 bir başqası isə bunu bacarmaya bilər, amma nəticə etibarilə hər ikisi eyni yolda hərəkət edir. 190 00:34:40,560 --> 00:34:51,120 Layiqincə davranmayan, yaxud mükəmməl olmayan hər bir şəxsi inqilab tərəfdarı olmamaqda 191 00:34:51,120 --> 00:35:01,560 və ya müxalifətdə ittiham etməyimiz də doğru deyil. Kiminsə davranışlarının gösrəticisi daha yaxşı, 192 00:35:01,720 --> 00:35:08,600 kiminkisə ondan az, yaxud daha aşağı ola bilər, buna baxmayaraq, hamı bu yolda irəliləyir. 193 00:35:08,800 --> 00:35:15,280 Önəmli olan o meyarları həyata keçirməkdir. Ən əhəmiyyətli olan meyarlardır. 194 00:35:16,600 --> 00:35:28,440 Mühüm olan odur ki, bu istiqamətdə var gücü ilə, ciddi-cəhdlə çalışmayanlar da 195 00:35:29,520 --> 00:35:32,480 inqilabçılığın meyarlarına sahib olsunlar. 196 00:35:33,240 --> 00:35:44,880 Bu meyarlar mövcuddursa, deməli hər bir şəxs, müxtəlif qurum və təşkilatlar, dövlət rəsmiləri hamısı inqilabçıdır; 197 00:35:46,120 --> 00:35:48,240 önəmli olan həmin meyarları bilməyimizdir. 198 00:35:49,120 --> 00:35:58,160 İnqilabçı olmaq üçün bir sıra konkret meyarlar mövcuddur. Mən burada əsas 5-ni qeyd edəcəyəm. 199 00:35:59,120 --> 00:36:10,320 Sözsüz ki, daha çox xüsusiyyət haqda danışmaq olar, amma hələlik mən inqilabçılığın bu beş xüsusiyyətindən danışacağam. 200 00:36:11,080 --> 00:36:22,480 Həmin bu beş xüsusiyyəti özümüzdə formalaşdırmağa, harada oluruqsa-olaq onları qorumağa çalışmalıyıq; 201 00:36:23,280 --> 00:36:31,680 biri incəsənət sferasında çalışır, biri sənayedədir, biri siyasi arenada, biri elmdə, 202 00:36:31,680 --> 00:36:40,720 biri iqtisadiyyatda – fərqi yoxdur, istənilən şəxs, 203 00:36:41,040 --> 00:36:47,960 İran xalqının hər bir üzvü bu xüsusiyyətlərin daşıyıcısı ola bilər. Həmin beş xüsusiyyət aşağıdakılardan ibarətdir: 204 00:36:48,480 --> 00:36:56,240 birincisi, inqilabın əsas prinsip və dəyərlərinə bağlılıq; 205 00:36:57,560 --> 00:37:06,200 ikincisi, inqilabi ideyaları hədəf seçmək 206 00:37:06,800 --> 00:37:16,720 və qarşıya qoyduğumuz o ali hədəf və ideallara çatmaq, onları reallaşdırmaq üçün var-gücü ilə çalışmaq; 207 00:37:17,200 --> 00:37:27,200 üçüncüsü, ölkənin hərtərəfli müstəqilliyinə – siyasi, iqtisadi, 208 00:37:27,720 --> 00:37:40,080 mədəni və hamısından daha önəmlisi təhlükəsizlik sferasında müstəqilliyinə bağlı olmaq; 209 00:37:41,360 --> 00:37:59,000 dördüncüsü, düşmənin önündə, düşmənin fəaliyyəti, planları qarşısında sayıq olmaq, ona təslim olmamaq – 210 00:38:00,000 --> 00:38:11,240 sözsüz ki, bunun üçün də düşməni tanımaq, planlarından xəbərdar olmaq, ona boyun əyməkdən uzaq olmaq lazımdır; 211 00:38:14,360 --> 00:38:23,160 qeyd etdiyim kimi, bu cür itaətsizliyi Qurani-Kərim “böyük cihad” adlandırır; 212 00:38:23,640 --> 00:38:30,160 son bir neçə gündə mən bu haqda danışmışam – 213 00:38:30,640 --> 00:38:39,400 beşincisi, dini və siyasi təqvaya sahib olmaq; hansı ki bu olduqca önəmlidir. 214 00:38:39,920 --> 00:38:46,240 Bu beş xüsusiyyət kimdə varsa, qətiyyətlə onun inqilabçı olduğunu demək mümkündür; 215 00:38:46,880 --> 00:38:53,520 amma bayaq qeyd etdiyim kimi, inqilabçılığın dərəcələri müxtəlifdir. 216 00:38:54,120 --> 00:38:58,480 Bu 5 xüsusiyyətdən hər biri haqda qısaca izah vermək istəyirəm. 217 00:39:00,280 --> 00:39:06,720 Qeyd etdiyim kimi, birinci xüsusiyyət inqilabın əsas prinsip və dəyərlərinə bağlılıqdır. 218 00:39:07,760 --> 00:39:19,640 Keçən il İmamın (r.ə) vəfatının ildönümü ilə əlaqəli keçirdiyimiz görüşdə də İmamın prinsipləri haqqında danışmışdım; 219 00:39:20,120 --> 00:39:35,440 bunlar bizim əsas prinsiplərimizdir. Birinci prinsip amerikan İslamı qarşısında əsl İslama bağlılıqdan ibarətdir. 220 00:39:35,880 --> 00:39:47,080 Əsl İslam amerikan İslamının əksidir. Amerikan İslamının da iki qolu var: 221 00:39:47,640 --> 00:39:56,200 mürtəce və sekulyar; amerikan İslamı bax budur. 222 00:39:57,600 --> 00:40:07,280 İmperialist və materialist güclər bu qolların hər birini himayə ediblər və hazırda da edirlər; 223 00:40:07,640 --> 00:40:15,560 müəyyən yerlərdə onları meydana gətirir, istiqamətləndirir, yardım göstərirlər; 224 00:40:16,200 --> 00:40:24,680 əsl, saf İslam isə bu iki qolun tam əksidir; həqiqi İslam həyatın bütün sahələrini ehtiva edən hərtərəfli İslamdır; 225 00:40:25,600 --> 00:40:33,840 şəxsi həyatdan tutmuş İslam dövlətinin təşkilinə qədər hər bir sahəyə aiddir. 226 00:40:35,120 --> 00:40:41,000 Əsl İslam bizim ailədə, 227 00:40:41,720 --> 00:40:47,000 cəmiyyətdə, şəxsi həyatda, 228 00:40:47,440 --> 00:40:54,280 İslam dövləti və İslam sisteminin formalaşdırılmasına münasibətdə 229 00:40:54,480 --> 00:41:01,720 öhdəmizə düşən vəzifələri müəyyənləşdirir; həqiqi İslam bax budur. Bağlı və sadiq qalmalı olduğumuz prinsiplərdən biri budur. 230 00:41:02,080 --> 00:41:07,760 Digər başlıca prinsiplərdən biri isə xalqın hakimiyyətinin əsas mehvər olması, rəhbər götürülməsidir. 231 00:41:08,680 --> 00:41:17,280 Xalqın hakimiyyəti, onun mehvər olması İslam dini ilə yanaşı təmin olunduqda 232 00:41:17,280 --> 00:41:25,280 bu tərkib İslam Respublikasını əmələ gətirir; İslam Respublikası budur. Əsas xalqdır, 233 00:41:26,080 --> 00:41:33,000 məqsədimiz xalqdır, hədəflər xalqa aiddir, 234 00:41:33,520 --> 00:41:42,000 maddi mənafe xalqındır, ixtiyar onun əlindədir. 235 00:41:42,440 --> 00:41:49,840 İslam Respublikasında xalqın hakimiyyətinin göstəriciləri bunlardır: xalqın rəyi, istəyi, 236 00:41:50,120 --> 00:41:57,520 hərəkəti, davranışı, iştirakı və hörməti, nüfuzu. Həmin prinsiplərdən biri də budur 237 00:41:57,720 --> 00:42:02,480 və ona sözün əsl mənasında bağlı olmaq lazımdır. 238 00:42:02,840 --> 00:42:13,200 Digər prinsip və dəyərlərdən biri də bizim inkişafa, 239 00:42:13,760 --> 00:42:26,640 dəyişikliklərə, irəliləyişə, ətrafımızdakılarla sağlam əməkdaşlığa inanmağımızdır; sözsüz ki, bu sonuncuda mümkün ola biləcək hər cür səhv və büdrəmədən çəkinmək lazımdır. 240 00:42:27,440 --> 00:42:36,320 İnkişaf və təkamül; həm fiqhimiz, həm sosiologiyamız, həm humanitar elmlərimiz, həm siyasətimiz, 241 00:42:36,880 --> 00:42:45,520 həm cürbəcür metod və yanaşmalarımız gündən-günə daha da yaxşılaşmalı, inkişaf etməlidir, intəhası bu irəliləyiş 242 00:42:45,960 --> 00:42:53,360 mütəxəssislərin, peşəkarların, dərin düşüncəli, 243 00:42:53,760 --> 00:43:00,440 yeni yollar axtarıb tapmağı bacaran insanların vasitəsi ilə həyata keçirilməlidir. Təhsil səviyyəsi aşağı olan, 244 00:43:00,920 --> 00:43:07,600 qeyri-peşəkar, sadəcə ambisiyalı insanların əlindən heç bir iş gəlməz. Buna diqqət edin; 245 00:43:07,880 --> 00:43:15,880 bunlar hamısı sagda və solda döngələri olan düz yola bənzəyir; ortadakı ana yolla getmək lazımdır. 246 00:43:17,960 --> 00:43:27,440 Aztəminatlı əhalinin himayəsi; İslam dövlətinin əsas prinsip və dəyərlərindən biri də 247 00:43:27,920 --> 00:43:36,760 imkansız və yoxsul insanların himayə edilməsi məsələsidir. Digər bir prinsip isə dünyada zülmə məruz qalmış insanların müdafiəsidir. 248 00:43:37,400 --> 00:43:45,280 İnqilabın əsas prinsiplərindən biri də bunlardır, ona görə də bunlara göz yummaq olmaz. 249 00:43:45,640 --> 00:43:52,640 Əgər hansısa şəxs, şəxslər, yaxud hansısa cərəyan aztəminatlı əhalinin 250 00:43:52,840 --> 00:44:00,360 və ya yer üzündəki məzlumların problemlərinə laqeyd qalırsa, deməli, inqilabın bu prinsipinə əməl etmir. 251 00:44:00,640 --> 00:44:13,600 İnqilabın əsas prinsiplərinə bağlılıq olarsa – qeyd etdiyim kimi, inqilabçı olmağın birinci meyarı da elə budur – 252 00:44:14,440 --> 00:44:25,840 daim yolumuza davam edərik, düz yolda irəliləyərik, hadisələrin tufanı istiqamətimizi dəyişməz. 253 00:44:26,200 --> 00:44:33,920 Amma bu bağlılıq mövcud olmazsa, o zaman bunun tam əksi olan ifrat praqmatizm olacaqdır; 254 00:44:34,480 --> 00:44:41,840 yəni insan hər gün bir tərəfə yönələcək, hər hadisə onu bir tərəfə çəkəcək. Şair demişkən: 255 00:44:42,440 --> 00:44:48,400 Onun-bunun vəsvəsəsi, içimizdən gələn səslər, Bizi bir küləş kimi hər tərəfə çəkib aparır. 256 00:44:48,680 --> 00:44:57,000 Bax bu, ifrat praqmatizmdir, yalnız əməli nəticəni əsas götürməkdir; hər gün bir tərəfə, bir yana meyillənmək; 257 00:44:57,560 --> 00:45:08,520 bu, həmin o prinsiplərə bağlılıq hissi ilə ziddiyət təşkil edir. Qurani-Kərim dəyərlərə olan bu bağlılığı “möhkəmlik, səbat, qərarlılıq” adlandırır: 258 00:45:08,800 --> 00:45:17,240 “(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, (düz yolda) möhkəm ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də (düz yolda) möhkəm olsunlar ...” (“Hud” surəsi, 112-ci ayədən) Yaxud: 259 00:45:18,400 --> 00:45:29,840 “Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) möhkəm olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (“Fussilət” surəsi, 30-cu ayədən) 260 00:45:30,840 --> 00:45:41,280 Qurani-Kərim belə prinsiplərə sadiq, bağlı qalmağı “möhkəm olmaq” adlandırır. 261 00:45:43,520 --> 00:45:52,360 İkinci xüsusiyyət - idellara çatmaq üçün ciddi - cəhdlə çalışmaq, armanlardan, 262 00:45:52,520 --> 00:45:56,000 ali hədəflərdən daşınmamaq, əl çəkməməkdən ibarətdir. 263 00:45:56,800 --> 00:46:03,320 Bu prinsipin əksi isə tənbəllik, mühafizəkarlıq və pessimizmdir. 264 00:46:05,560 --> 00:46:17,160 Bəziləri ictimaiyyətimizi, gənclərimizi ümidsizliyə düçar etmək istəyir, “xeyri yoxdur, bu işləri reallaşdırmaq mümkün deyil, bir nəticəyə varmayacağıq, 265 00:46:17,720 --> 00:46:24,960 bu qədər müxaliflə, bu qədər düşmənlə bu işlərin öhdəsindən necə gələcəyik” kimi sözlər danışırlar; 266 00:46:25,200 --> 00:46:34,760 bu düşüncə tərzi qeyd etdiyim bu ikinci xüsusiyyətin tam əksidir. İnqilabçı olmağın ikinci özəlliyi bundan ibarətdir ki, biz ali hədəflərimizə, amallarımıza çatmaq fikrindən daşınmayaq, 267 00:46:35,800 --> 00:46:38,760 təzyiqlər qarşısında təslim olub əyilməyək. 268 00:46:39,080 --> 00:46:48,520 Yolunuzun üstündə düşmən dayanıbsa, təbii ki, sizə müxtəlif maneələr yaradacaq, 269 00:46:49,240 --> 00:46:54,520 ancaq bu maneələr sizin hərəkətinizə, yolunuzu davam etdirməyinizə əngəl olmamamlıdır. 270 00:46:54,840 --> 00:47:03,960 Təzyiqlər qarşısında geri çəkilməməliyik, olduğumuz vəziyyətlə razılaşıb qalmamalıyıq, əgər mövcud vəziyyətimizlə razılaşıb otursaq, bunun nəticəsi geriləmə olacaq. 271 00:47:04,240 --> 00:47:15,760 Mən dəfələrlə təkrar etmişəm: gənclər inkişafa doğru addımlamalıdır, müsbət dəyişikliklərə doğru getməlidir. 272 00:47:17,000 --> 00:47:23,560 Əgər biz əldə etdiklərimizlə kifayətlənsək – misal üçün, elm sahəsində 273 00:47:23,800 --> 00:47:30,880 müəyyən inkişaf səviyyəsinə gəlib çatmışıq; əlbəttə ki, bütün dünya da bunu qəbul edir, bizim inkişaf etdiyimizi özləri də etiraf edirlər – 274 00:47:31,160 --> 00:47:36,760 bu səviyyə ilə qane olub otursaq, geridə qalacağıq; geriyə qayıdacağıq. 275 00:47:37,160 --> 00:47:46,760 Xeyr, belə olmamalıdır, inkişafın yolu sonsuzdur. Odur ki qarşıya qoyduğumuz ali hədəflərə yetişmək üçün irəliyə doğru getməliyik. 276 00:47:46,960 --> 00:47:56,760 Üçüncü xüsusiyyət, dediyim kimi, suverenlik məsələsidir. Süverenlik olduqca əhəmiyyətlidir; ölkə daxilində, regionda 277 00:47:56,960 --> 00:48:09,680 və beynəlxalq arenada müstəqillik; bütün bu müstəvilərdə ölkənin və dövlətin suverenliyini qorumaq lazımdır. 278 00:48:10,160 --> 00:48:19,480 Bunun mənası odur ki, biz siyasətdə düşmənə aldanmamalıyıq; dövlətləri, xalqları 279 00:48:19,960 --> 00:48:27,240 ardınca çəkib aparmağı planlaşdıran düşmən cürbəcür yollara əl atır. 280 00:48:28,040 --> 00:48:34,080 Həmişə təhdidlə danışmır, yox, bəzən yaltaqlıq da edir; 281 00:48:34,680 --> 00:48:42,040 bəzən qarşı tərəfə məktub yazır ki, gəlin beynəlxalq problemlərə bizimlə – 282 00:48:42,800 --> 00:48:51,080 Amerika ilə birlikdə çözüm tapaq; bəzən qarşı tərəflə bu formada danışırlar; 283 00:48:51,920 --> 00:49:04,960 bu zaman insan qlobal problemlərin həllində belə bir super-dövlətlə əməkdaşlıq edəcəyini güman edib həvəslənə bilər; 284 00:49:05,440 --> 00:49:16,160 rəsmi diplomatik yazışmalarda bu cür danışılır, amma məsələnin mahiyyəti bambaşqadır. 285 00:49:16,520 --> 00:49:23,120 Reallıq budur ki, düşmən bir plan hazırlayıb, qarşı tərəfdən də onun bu planında, 286 00:49:23,400 --> 00:49:32,600 hazırladığı meydanda oyunçu qismində oynamasını tələb edir; təbii ki, oyunun qaydalarını da o özü müəyyənləşdirir. 287 00:49:33,200 --> 00:49:42,840 Sizdən isə istəyi budur ki, nəzərdə tutduğu məqsəd üçün hazırladığı planın reallaşmasında sizə həvalə olunan hansısa işi həyata keçirəsiniz. 288 00:49:43,400 --> 00:49:55,960 Bizim regiondakı problemlərin, Suriya məsələsi və buna bənzər olayların həllində 289 00:49:56,320 --> 00:50:05,400 amerikalıların dediyi o koalisiyaya qoşulmamağımızın səbəbi də elə budur; baxmayaraq ki, dəfələrlə bizə müraciət etdilər, təkrar-təkrar dedilər, istədilər. 290 00:50:05,560 --> 00:50:13,320 Onların öz planları, hədəfləri var və həmin hədəfləri reallaşdırmaq fikrindədirlər. 291 00:50:13,760 --> 00:50:22,200 Təbii ki, bu yolda başqa ölkələrin, o cümlədən İİR-in hərbi gücündən və nüfuzundan istifadə etmək istəyirlər. 292 00:50:22,480 --> 00:50:32,440 Əgər müsəlman İranı bu situasiyada xamlıq edib onların oyununa girsə, bu, bizim onların iş qrafikini doldurmağımız demək olar, 293 00:50:32,960 --> 00:50:39,280 düşmənin planını tamamlamış olarıq. Bu isə siyasi müstəqilliyə ziddir. 294 00:50:39,360 --> 00:50:49,040 Zahirən nəzər salsaq, burda başqa bir dövlət, yaxud hansısa kənar bir şəxs gəlib ölkəyə ağalıq etmir ki, “siyasi müstəqillik pozuldu” deyək, 295 00:50:49,040 --> 00:50:53,400 amma bu da siyasi müstəqilliyə ziddir. 296 00:50:53,800 --> 00:51:05,480 İqtisadi müstəqillik də əhəmiyyətli bir məsələdir, amma mən öncə mədəniyyət sahəsi haqqında danışmaq istəyirəm. 297 00:51:05,680 --> 00:51:16,000 Fikrimcə, mədəni müstəqillik bunların hamısından daha önəmlidir. Mədəni müstəqillik odur ki, biz özümüzə həyat tərzi olaraq 298 00:51:16,280 --> 00:51:26,040 iranlı-müsəlman modelini seçək. İki-üç il bundan əvvəl mən bu haqda ətraflı danışmışdım; 299 00:51:26,440 --> 00:51:36,320 həyat tərzi binaların arxitekturasından, şəhər həyatından, insanın şəxsi yaşamından, cəmiyyətdə qurduğu münasibətlərdən tutmuş 300 00:51:36,600 --> 00:51:40,000 bir çox müxtəlif məsələləri ehtiva edir. 301 00:51:40,200 --> 00:51:49,880 Qərb dünyasını, xaricilərin yaşam tərzini təqlid etmək bizim mədəni müstəqilliyimizə ziddir. 302 00:52:12,640 --> 00:52:18,920 Hazırda imperializim sistemi bu məsələnin üzərində işləyir; 303 00:52:20,640 --> 00:52:27,640 informasiyanın proqramlaşdırılması, ortaya çıxmış bu yeni texnologiyalar – 304 00:52:29,000 --> 00:52:34,960 bunların hamısının məqsədi düşmənin istənilən ölkədə mədəni cəhətdən hökmranlığını təmin etməkdir. 305 00:52:35,840 --> 00:52:41,760 Bununla mən demək istəmirəm ki, həmin texnologiyaları həyatımızdan tamamilə kənarlaşdıraq; 306 00:52:41,920 --> 00:52:53,480 xeyr, bunlar insanlara faydalı ola biləcək vasitələrdir, amma düşmənin bunların üzərindəki ağalığını yox etmək lazımdır. 307 00:52:55,200 --> 00:53:02,800 Məsələn, televizor və ya radionuz olması üçün 308 00:53:03,120 --> 00:53:11,440 bunları düşmənin ixtiyarına verə bilməzsiniz ki; eləcə də interneti, virtual məkanı, 309 00:53:12,120 --> 00:53:18,800 informasiya texnologiyaları və sistemlərini də düşmənin ixtiyarına vermək olmaz; 310 00:53:19,360 --> 00:53:29,440 hazırda bunlar düşmənin əlindədir; mədəni cəhətdən nüfuz etmək üçün əlverişli vasitələrdir; düşmənin mədəniyyət üzərində ağalığını təmin edir. 311 00:53:29,760 --> 00:53:43,680 Və iqtisadi müstəqillik; qısacası, dünya iqtisadiyyatının mədəsində həzm olunmamaq. 312 00:53:44,080 --> 00:53:55,080 Baxın, nüvə danışıqlarından sonra onlar, amerikalılar özləri dedilər ki, 313 00:53:55,440 --> 00:54:06,320 əldə edilmiş razılaşma İran iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına yol açmalıdır. 314 00:54:06,840 --> 00:54:13,600 İnteqrasiya! İnteqrasiya nə deməkdir? Dünya iqtisadiyyatı nədir? 315 00:54:14,480 --> 00:54:22,840 Görəsən, bu dünya iqtisadiyyatı ədalətli, məntiqi və rasional bir sistemdirmi? Qətiyyən! 316 00:54:23,960 --> 00:54:33,920 Xəritəsində bütün dünya ictimaiyyətini ehtiva edən, müxtəlif təzahürləri bütün dünyada geniş şəkildə yayılmış bu iqtisadiyyat 317 00:54:34,280 --> 00:54:42,720 əsasən sionist və bəzən də qeyri-sionist kapitalistlərin bütün Yer kürəsinin 318 00:54:43,560 --> 00:54:52,560 maliyyə resurslarını mənimsəmək üçün yaratdığı bir plan və sistemdən ibarətdir. 319 00:54:53,280 --> 00:54:56,880 Dünya iqtisadiyyatı, beynəlxalq iqtisadiyyat sistemi bax budur. 320 00:54:58,240 --> 00:55:07,280 Əgər hansısa dövlət öz iqtisadiyyatını dünya iqtisadiyyatına inteqrasiya edirsə, bu heç də fəxr olunası bir iş deyil. 321 00:55:07,400 --> 00:55:17,600 Bu, əslində, həmin ölkə üçün zərərlidir, ziyandır. Sanksiyalar da iqtisadi məqsəd daşıyırdı; 322 00:55:17,840 --> 00:55:27,680 bizə tətbiq etdikləri sanksiyalar vasitəsi ilə İran iqtisadiyyatını iflic etmək istəyirdilər; bunu amerikalılar özləri də etiraf etdilər. 323 00:55:28,440 --> 00:55:35,080 Baş tutmuş nüvə danışıqlarında bir sıra nəticələr əldə olundu, 324 00:55:35,280 --> 00:55:42,280 burada da iqtisadi məqsəd əsas götürülmüşdü, yəni hədəflərindən biri bu idi: 325 00:55:42,760 --> 00:55:54,400 İran iqtisadiyyatını başında Amerikanın durduğu beynəlxalq iqtisadiyyatın, dünya iqtisadiyyatının mədəsinə udaraq həzm etmək. 326 00:56:39,680 --> 00:56:46,160 İqtisadi müstəqillik yalnız müqavimət iqtisadiyyatı vasitəsi ilə əldə edilə bilər; 327 00:56:46,520 --> 00:56:54,400 biz bu il üçün “Müqavimət iqtisadiyyatı, əməli tədbirlər!” şüarını seçmişik. Sevindirici haldır ki, dövlət 328 00:56:54,920 --> 00:57:02,800 əməli tədbirlərə start verib və mənə təqdim edilən hesabata əsasən, bir sıra müsbət işlər görülüb. 329 00:57:03,000 --> 00:57:12,280 Əgər bu templə, bu metodla, bu ciddiyyətlə yolumuza davam etsək, 330 00:57:12,280 --> 00:57:16,880 xalq nəticəni mütləq müşahidə edəcək. Müqavimət istisadiyyatı əhəmiyyətli bir məsələdir. 331 00:57:18,000 --> 00:57:26,560 Mühüm iqtisadi qərarların hamısı müqavimət iqtisadiyyatı ilə səsləşməlidir. 332 00:57:26,760 --> 00:57:33,840 Tutalım, hansısa ölkə ilə ticarət, yaxud sənaye sahəsində müqavilə bağlayırıq; 333 00:57:34,480 --> 00:57:39,600 bunun müqavimət iqtisadiyyatının harasında yer aldığı müəyyən olunmalıdır. 334 00:57:40,640 --> 00:57:50,000 Ölkə iqtisadiyyatının sırf xarici investisiya hesabına rövnəqlənəcəyini düşünmək yanlışdır. 335 00:57:50,600 --> 00:58:01,640 Əlbəttə, xarici investisiyanın cəlb edilməsi yaxşıdır, amma bu, müqavimət iqtisadiyyatının yalnız bir elementidir. 336 00:58:02,600 --> 00:58:11,320 Xarici investisiyanın cəlb edilməsindən də daha önəmlisi yerli, daxili potensialımızın canlandırılmasıdır. 337 00:58:12,320 --> 00:58:19,080 Yerli istehsalın müxtəlif sahələrində hələ fəallaşdırılmamış geniş potensial var, həmin sahələri, mütləq, aktivləşdirmək lazımdır; ən mühümü budur. 338 00:58:20,000 --> 00:58:28,560 Təbii ki, daxili istehsalla yanaşı, xarici investisiyanın cəlb edilməsi də lazımlıdır, ancaq biz iqtisadiyyatımızın inkişafını 339 00:58:28,760 --> 00:58:32,800 təkcə xaricilərin ölkəyə investisiya qoymasından asılı hesab edə bilmərik. 340 00:58:33,440 --> 00:58:43,520 Bəzən xarici investorların ölkəyə yeni, müasir texnologiyalar gətirdiyini deyirlər; eybi yoxdur, biz onların ölkəmizə yeni texnologiyalar gətirməsini alqışlayırıq; 341 00:58:44,600 --> 00:58:52,720 əlbəttə ki, əgər gətirsələr! Əgər gətirməsələr belə, 342 00:58:53,160 --> 00:58:58,840 sizcə, bizim nano, nüvə 343 00:58:59,360 --> 00:59:09,480 və müxtəlif mürəkkəb texnologiyaların istehsalı sahəsində nailiyyətlər əldə etmiş, bir çox sahələrdə dünya ölkələri arasında 344 00:59:09,960 --> 00:59:19,560 ilk beşinci, altıncı, onuncu sırada yer alan gənclərimiz neft quyularımızın hasilatını daha səmərəli vəziyyətə gətirə bilməzlərmi? Bizim zavodlarımızı müasir standartlara uyğunlaşdıra bilməzlərmi? 345 00:59:20,200 --> 00:59:30,240 Yaxud müasir xarici texnologiyalara ehtiyac duyduğumuz digər sahələrdə həmin texnologiyaları istehsal edə bilməzlərmi? 346 00:59:30,480 --> 00:59:41,040 Əlbəttə ki, xaricilərlə bağladığımız müqavilələrdə bu texnologiyaların ölkəyə gətirilməsi də öz əksini taparsa, mən belə müqavilələrin əleyhinə deyiləm, bunları alqışlayıram. 347 00:59:42,040 --> 00:59:52,200 Diqqət edin! Hazırda dünyanın ən həssas iqtisadi və siyasi analitikləri 348 00:59:52,760 --> 01:00:01,360 ölkəmizin müqavimət iqtisadiyyatı layihəsinin baş tutub-tutmayacağı üzərində mərcləşirlər; məsələ bu qədər əhəmiyyətlidir, bu qədər həssasdır. 349 01:00:02,240 --> 01:00:07,120 Ekspertlər İranın hazırladığı müqavimət iqtisadiyyatı proqramının 350 01:00:07,480 --> 01:00:15,080 müsbət bir nəticəyə varıb-varmayacağı haqqında mübahisə edir, mərc gəlirlər! Məsələ bu qədər önəmlidir. 351 01:00:15,880 --> 01:00:23,800 Odur ki iqtisadi müstəqilliyin mənası budur. Bu da mənim haqqında danışmaq istədiyim üçüncü xüsusiyyət. 352 01:00:23,920 --> 01:00:31,400 Dördüncü xüsusiyyət düşmənə qarşı həssaslıqdır. Düşməni tanımaq, 353 01:00:31,840 --> 01:00:36,440 əməlləri qarşısında həssas davranmaq lazımdır. 354 01:00:36,720 --> 01:00:46,080 Müqəddəs Müdafiə dövründə cəbhədə olanlar bilir ki, 355 01:00:46,960 --> 01:01:00,400 orada olan qərargahlarda öz adamları vasitəsilə düşmənin hər kiçik hərəkətini izləyən, həssaslıq göstərən xüsusi insanlar var idi. 356 01:01:01,360 --> 01:01:11,440 Tutalım, bu gün düşmən hansısa yerdəyişmə etdi, “bu nə deməkdir, nəyə görə bu işi gördülər” deyə səbəbini axtarırdılar. 357 01:01:12,400 --> 01:01:21,880 Düşmənin hər bir hərəkətinə həssaslıqla yanaşırdılar. Düşməni tanımaq, planlarını öyrənmək, 358 01:01:22,320 --> 01:01:28,000 əməllərinə, sözlərinə, çıxışlarına həssaslıqla yanaşmaq lazımdır; 359 01:01:28,720 --> 01:01:36,520 tədbirli davranıb, böyük ehtimalla, qabımıza tökəcəyi zəhərə qarşı əvvəlcədən padzəhr hazırlamalı, 360 01:01:37,440 --> 01:01:44,560 istənilən hərəkətini zərərsizləşdirmək üçün hazırlıqlı olmalıyıq. Düşmən qarşısında həssas davranmaq bax budur. 361 01:01:45,960 --> 01:01:55,120 Yaxşı, bəs bunun əksi nədir? Bunun əksi olan yanaşmalardan biri bəzilərinin düşmənin varlığını danmasıdır. 362 01:01:55,520 --> 01:02:04,960 Mən deyəndə ki, düşmənimiz var, deyirlər: “Cənab, bu, sizin fantaziyanızdır; düşmən, məkrli planlar – 363 01:02:05,920 --> 01:02:15,680 bunlar hamısı fantaziyadır”. Elə bu məkrli planların fantaziya olması fikrinin özü də bir məkrli plandır. 364 01:02:15,680 --> 01:02:21,240 “Cənab, düşmən kimdir? Nə düşmən, hansı düşmən?” deyənlərin məqsədi düşmənə qarşı həssaslığı azaltmaqdır. Onlar ən aşkar məsələləri inkar edirlər. 365 01:02:21,440 --> 01:02:31,600 Mən deyirəm ki, Amerika İslam İnqilabının düşmənidir, imperializm sistemi mahiyyəti etibarilə 366 01:02:31,880 --> 01:02:39,440 İslam Respublikası kimi bir sistemə düşməndir, 367 01:02:39,800 --> 01:02:51,520 bu ikisinin maraqları 180 dərəcə bir-birindən fərqlənir. İmperializm sistemi xəyanətkar, 368 01:02:51,840 --> 01:02:57,840 müharibə alovunu körükləyən, terrorçu qruplaşmalar yaradan, təşkilatlandıran, 369 01:02:58,560 --> 01:03:10,960 azadlıq tələb edən kütlələri isə əzən, dünyadakı məzlumlara – Fələstinə və Fələstin kimi ölkələrə müxtəlif təzyiqlər göstərən bir sistemdir; 370 01:03:11,240 --> 01:03:13,280 bu kimi davranışlar imperializm sisteminin təbiətindədir. 371 01:03:13,960 --> 01:03:23,280 Bir əsrə yaxındır ki, Amerika və İngiltərə dövlətləri Fələstin xalqına təzyiq göstərir – 372 01:03:23,560 --> 01:03:31,520 istər 1948-ci ildə İsrail rejiminin təşkil edilməsindən əvvəl olsun, istərsə də o gündən bu günə qədər – 373 01:03:32,840 --> 01:03:40,400 fələstinlilərə təzyiq göstərməkdədirlər. İmperializmin əməlləri bunlardır; 374 01:03:40,840 --> 01:03:50,760 İslam bu hərəkətlərin qarşısında səssiz dura bilməz; İslam dövləti bütün bunları gördüyü halda, laqeyd qala bilməz. 375 01:03:51,800 --> 01:04:02,440 İmperialistlər Yəməni bombalayanlara birbaşa yardım göstərir; 376 01:04:03,000 --> 01:04:10,440 Amerika Yəməni bombardman edənlərə açıq-aşkar kömək edir; 377 01:04:10,920 --> 01:04:22,040 özü də haranı, hansı əraziləri bombardman edənlərə! Döyüş meydanlarınımı? Xeyr, xəstəxanaları, bazarları, məktəbləri, ictimai yerləri; 378 01:04:22,520 --> 01:04:32,120 Amerika onlara hərtərəfli kömək göstərir. Odur ki İslam dövləti bunlara laqeyd qala bilməz. Bu iki sistem bir-biri ilə ziddiyyət təşkil edir; mahiyyət baxımından bir-birinin əksidir. 379 01:04:32,320 --> 01:04:35,680 Bu düşmənçiliyi necə danmaq olar? 380 01:04:36,960 --> 01:04:42,360 28 mordad hadisəsini törədərək milli höküməti devirən Amerika olub; 381 01:04:42,680 --> 01:04:49,360 Amerika inqilabın əvvəlindən indiyə kimi bizimlə düşmənçilik edir; şah diktaturası dövründə 382 01:04:49,840 --> 01:04:55,440 xalqa, mübariz insanlara işkəncələr verilməsinə yol açmış SAVAK təşkilatını yaradan Amerika idi; 383 01:04:55,680 --> 01:05:04,280 8 illik müharibə dövründə düşmənimizə maksimum dərəcədə yardım edən də o idi; 384 01:05:04,560 --> 01:05:10,480 bizim sərnişin təyyarəmizi vuran Amerika idi; 385 01:05:11,400 --> 01:05:16,760 neft yataqlarımızı bombalayan Amerika idi; bizə sanksiya tətbiq edən Amerika idi; məgər bunlar düşmənçilik deyil? 386 01:05:39,400 --> 01:05:46,720 İslam dini üçün, İslam naminə çalışan istənilən şəxs, yaxud cərəyan 387 01:05:47,040 --> 01:05:56,800 Amerikaya etimad edirsə, çox böyük səhvə yol vermişdir və bu səhvin nəticəsində zərbə alacaq; elə hazırda da alır. 388 01:05:57,560 --> 01:06:07,800 Son bir neçə ildə islamçı cərəyanlar məsləhətli davranış, siyasi rasionallıq 389 01:06:08,360 --> 01:06:16,000 (adını rasionallıq qoyublar), taktika (“taktika xatirinə edirik” deyirlər) adı altında 390 01:06:16,560 --> 01:06:24,520 Amerika ilə dostlaşdılar, ona arxalandılar, bunun nəticəsi olaraq zopasını, silləsini yedilər, indi də müsibətini çəkirlər. 391 01:06:25,200 --> 01:06:37,520 İslam adı ilə, İslam üçün çalışan hər bir kəs Amerikaya arxalanarsa, çox böyük səhvə yol vermiş olar. 392 01:06:37,800 --> 01:06:44,480 Təbii ki, bizim böyüklü-kiçikli çoxlu düşmənlərimiz var; cılız, alçaq düşmənlərimiz də var, 393 01:06:44,840 --> 01:06:56,600 amma əsas düşmənçilik edən Amerika və xəbis İngiltərədir; İngiltərə, həqiqətən də, xəbis bir düşməndir. 394 01:07:11,120 --> 01:07:20,160 Bu ölkə həm keçmişdə – tağut hakimiyyətinin ilk illərindən inqilab dövrünə kimi – 395 01:07:20,480 --> 01:07:30,000 həm də inqilabın başladığı gündən, qələbə çaldığı andan günümüzə qədər həmişə bizimlə düşmənçilik edib. 396 01:07:30,520 --> 01:07:42,280 İngiltərə dövlətinin təbliğat maşını indi də İmamın (r.ə) vəfatının ildönümü ilə əlaqədar, belə desək, onun əleyhinə olan sənədlər yayımlayır; 397 01:07:43,240 --> 01:07:49,440 bizim dahi, təmiz və pak imamımızın (r.ə) əleyhinə! 398 01:07:50,760 --> 01:07:58,120 Yaxşı, bəs bu sənədləri hansı mənbədən əldə edirlər? Amerika mənbələrindən! 399 01:07:58,360 --> 01:08:05,880 Ölkəmizin 300 nəfərlik sərnişin təyyarəsini vurub salan Amerika belə bir saxta sənədi hazırlamaqdan utanıb çəkinərmi? 400 01:08:07,520 --> 01:08:20,040 İngiltərənin düşmənçiliyi bu cürdür; başqa bir düşmən isə öldürücü xərçəng şişinə bənzəyən, məşum sionist rejimidir; əsas düşmənlər bunlardır. 401 01:08:38,080 --> 01:08:47,960 Bu düşmənləri tanımaq və onların əməllərinə qarşı həssas davranmaq lazımdır; 402 01:08:48,080 --> 01:08:56,240 hətta bizə iqtisadiyyatın inkişafı üçün hazır model yazıb versələr belə, yenə də ehtiyatlı davranmalıyıq; 403 01:08:56,840 --> 01:09:04,200 təsəvvür edin, xəstə olduğunuz zaman düşmən gəlib sizə bir dərman verir və “Bu xəstəlik üçün bu dərmanı qəbul et” – deyir; 404 01:09:04,480 --> 01:09:10,720 bu zaman siz ehtiyat edərsiniz, çünki o dərmanın tərkibində zəhər ola bilər. 405 01:09:11,520 --> 01:09:21,120 Düşmənin təqdim etdiyi siyasi və iqtisadi modellərə də bu cür diqqətli yanaşmaq lazımdır; 406 01:09:21,520 --> 01:09:29,000 düşmən qarşısında həssaslıq bax budur. Təbii ki, həssaslıq düşmənə tabeçilik olmadığı halda mümkün ola bilər. 407 01:09:29,200 --> 01:09:34,200 Dediyim kimi, düşmənə tabe olmamaq özü elə böyük cihaddır. Bu da inqilabçılığın dördüncü xüsusiyyəti. 408 01:09:34,400 --> 01:09:42,440 Sonuncu – beşinci xüsusiyyət isə dini və siyasi təqvaya sahib olmaqdır; 409 01:09:42,960 --> 01:09:49,840 hansı ki bunlar fərdi təqvadan ayrıdır; əlbəttə, fərdi təqva da lazımdır, ona sahib olmaqla 410 01:09:50,560 --> 01:09:56,120 biz günahdan uzaq durur, özümüzü qorumuş oluruq; 411 01:09:56,120 --> 01:10:01,360 “...Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır (daşdan düzəlmiş bütlər)...” (“Təhrim” surəsi, 6-cı ayədən) 412 01:10:01,760 --> 01:10:09,680 Özümüzü Allah-taalanın Cəhənnəminin odundan, qəzəbindən uzaq tutmaq – bu, fərdi təqva deməkdir. 413 01:10:10,080 --> 01:10:16,280 İctimai təqva, topluma aid olan islami təqva isə budur ki, 414 01:10:16,640 --> 01:10:23,320 biz İslam dininin bizdən tələb etdiyi, bizim üçün müəyyənləşdirdiyi bütün hədəflərin reallaşması üçün əmək sərf edək. 415 01:10:23,480 --> 01:10:28,600 Az öncə sadaladığım o idealların hamısı İslam dinindən qaynaqlanır; 416 01:10:29,200 --> 01:10:33,160 yəni söhbət yalnız rasionallıqdan və ya humanizmdən getmir; 417 01:10:33,800 --> 01:10:39,680 Bayaq dediyim həmin ideallara bağlılığın olması, ictimaii ədalətın əsas götrülməsi, 418 01:10:40,000 --> 01:10:46,840 aztəminatlı və məzlumların himayə olunması, zülm və imperializimlə mübarizə aparılması, 419 01:10:47,120 --> 01:10:52,440 onların istəklərinə boyun əyiylməməsi bütün bunlar İslam dininin bizdən tələb etdiyi əməllərdir. 420 01:10:53,200 --> 01:11:01,760 İslam dini bizdən bunları istəyir. Məsələ yalnız rassionallıq və ya hümanizimlə əlaqəli deyil; bunlar bizim dini, şəri vəzifələrimizdir. 421 01:11:03,000 --> 01:11:08,840 Həmin idealları İslam dinindən ayrı bir şəkildə götürən şəxs İslamı tanımayıb; 422 01:11:09,680 --> 01:11:19,720 İslamın nəzəri və əməli təlimlərini 423 01:11:20,080 --> 01:11:27,640 insanların ictimai və siyasi həyatından uzaq tutmaq lazım olduğunu düşünən şəxs, sözsüz ki, İslamı tanımamışdır. 424 01:11:30,240 --> 01:11:36,800 Qurani-Kərim buyurur: “Allaha ibadət edin, Tağutdan çəkinin!...” (“Nəhl” surəsi, 36-cı ayədən) 425 01:11:37,040 --> 01:11:44,080 Allaha ibadət etmək – yəni Allah qarşısında təslim olmaq və tağutdan uzaq durmaq; 426 01:11:45,160 --> 01:11:53,400 başqa bir ayədə isə buyurur: “İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. 427 01:11:55,000 --> 01:11:59,920 O halda Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!” (“Nisa” surəsi, 76-cı ayədən) 428 01:12:00,120 --> 01:12:02,360 Bunlar Qurani-Kərimin göstərişləridir. 429 01:12:03,280 --> 01:12:20,040 Bizim ilk öncə özümüzü, daha sonra isə xalqımızı, gənclərimizi və dövlət rəsmilərimizi bu göstərişlər qarşısında məsuliyyətli olmağa səsləməyimiz 430 01:12:20,040 --> 01:12:24,480 təkcə məntiqi, siyasi bir tövsiyə deyil; 431 01:12:25,400 --> 01:12:29,560 bu, əslində, bir dini vəzifədir və ona əməl etmək dini təqva deməkdir. 432 01:12:30,040 --> 01:12:37,560 Bu, dini təqvadır; siyasi təqva da onda özünü göstərir; 433 01:12:37,720 --> 01:12:47,560 dini təqva olsa, onunla birlikdə siyasi təqva da olacaq. 434 01:12:47,760 --> 01:12:56,720 Siyasi təqva düşmənin bizim əleyhimizə istifadə edə biləcəyi hər cür səhv və büdrəmədən uzaq durmaq deməkdir. 435 01:12:57,280 --> 01:13:01,400 Sonda sizə bir neçə tövsiyə etmək istəyirəm. 436 01:13:02,720 --> 01:13:08,280 Mənim qeyd etdiyim bu yol xəritəsinin örnəyi İmam Xomeynidir; 437 01:13:09,120 --> 01:13:12,760 İmam örnəkdir və insafla demək lazımdır ki, mükəmməl bir örnəkdir. 438 01:13:13,160 --> 01:13:18,320 Sadaladığım bu xüsusiyyətlərin hər biri onda yüksək səviyyədə özünü göstərir. 439 01:13:18,560 --> 01:13:25,480 Mən uzun illər boyu müxtəlif şəraitlərdə İmamla ünsiyyətdə olmuşam: 440 01:13:25,840 --> 01:13:31,160 Qumda tədrislə məşğul olduğu zaman, Nəcəfdəki sürgün həyatında, 441 01:13:31,560 --> 01:13:39,120 hakimiyyətə gəldiyi və beynəlxalq siyasi nüfuzun zirvəsində dayandığı vaxtlarda. 442 01:13:39,360 --> 01:13:48,840 İmamı bütün bu pozisiyalarda görmüşəm; o, qeyd etdiyim bu xüsusiyyətlərin hamısında, həqiqətən də, ən yüksək zirvədə idi. 443 01:13:49,960 --> 01:13:54,480 Odur ki onun sözləri, əməlləri əsasında çalışmaq, hərəkət etmək lazımdır. 444 01:13:54,960 --> 01:14:01,440 Gənclərimiz “İmamın səhifəsi”-ni oxusunlar, 445 01:14:01,680 --> 01:14:09,000 “Vəsiyyətnamə”-sini oxusunlar, bu kitablarla tanış olub onların içindəkilər haqda 446 01:14:09,240 --> 01:14:11,800 dərindən düşünsünlər. Bu, birinci tövsiyə. 447 01:14:12,120 --> 01:14:21,680 İkinci tövsiyə: nüvə danışıqları bizə bir təcrübə qazandırdı, onu yaddan çıxartmamalıyıq. 448 01:14:21,960 --> 01:14:34,280 Həmin təcrübə bundan ibarətdir ki, biz hansısa məsələdə güzəştə getsək belə, Amerika öz dağıdıcı planlarından əl çəkməyəcək; 449 01:14:34,920 --> 01:14:38,720 nüvə danışıqlarından biz bu nəticəni əldə etdik. 450 01:14:39,000 --> 01:14:53,360 Nüvə məsələsi ilə bağlı biz “5+1” dövlətləri ilə, hətta ayrılıqda Amerika ilə oturub müzakirələr apardıq; 451 01:14:54,640 --> 01:15:04,640 ölkəmizi təmsil edən qardaşlarımız, fəal nümayəndələrimiz müəyyən nəticələr əldə etdilər, hansısa məqamlarda onlarla ortaq məxrəcə gəldilər, 452 01:15:05,440 --> 01:15:13,200 qarşı tərəf – Amerika – üzərinə müəyyən öhdəliklər götürdü, İslam Respublikası da öz növbəsində boyun olduğu öhdəlikləri yerinə yetirdi, 453 01:15:13,800 --> 01:15:22,080 ancaq sözünə, vədinə heç vaxt sadiq qalmayan qarşı tərəf öz öhdəliklərinə əməl etməkdən boyun qaçırır; ən azından, indiyə qədər boyun qaçırıb. 454 01:15:45,400 --> 01:15:51,880 Çox yaxşı, bu, bir təcrübədir, bu, bizə dərs oldu. 455 01:15:52,400 --> 01:16:00,040 Düzdür, çoxları bu təcrübədən öncə də onların belə davranacağından xəbərdar idi, amma bəziləri bilmirdi, qoy indi bilsinlər: 456 01:16:00,600 --> 01:16:10,040 istənilən başqa bir məsələ ətrafında da Amerika ilə danışıqlar apardığınız zaman əgər onların qarşısında çəkinsəniz, güzəştə getsəniz, 457 01:16:10,240 --> 01:16:15,600 əmin olun ki, onlar yenə də öz təxribatçı planlarını izləməyə davam edəcəklər; bütün məsələlərdə: 458 01:16:16,440 --> 01:16:24,840 insan hüquqları, raket, terrorizm, Livan, Fələstin və sair. 459 01:16:25,400 --> 01:16:31,360 Tutalım, hansısa məsələdə siz öz prinsip və maraqlarınızdan geri çəkilsəniz, 460 01:16:31,840 --> 01:16:40,120 göz yumsanız, güzəştə getsəniz – sözsüz ki, bu, qeyri-mümkündür – bilin ki, Amerika geri çəkilməyəcək; 461 01:16:40,360 --> 01:16:48,560 öncə şirin dillə, gülər üzlə meydana girəcək, daha sonra 462 01:16:48,920 --> 01:16:55,320 heç bir səbəb olmadan öhdəliklərini icra etməkdən boyun qaçıracaq; 463 01:16:55,600 --> 01:17:02,240 bu, İran xalqı üçün bir təcrübədir; bunun dəyərini bilin. Bu da ikinci tövsiyə. 464 01:17:19,480 --> 01:17:35,800 Diqqət edin, diqqət edin! Üçüncü tövsiyəyə də diqqət edin, ondan sonra, ola bilsin, bu şüarlardan bəzilərini bir qədər yenidən gözdən keçirəcəksiniz. 465 01:17:36,640 --> 01:17:45,840 Üçüncü tövsiyə: xalqla dövlətin birliyi heç bir halda pozulmamalıdır. 466 01:17:47,160 --> 01:17:54,320 Ola bilər, sizin bir dövlətdən xoşunuz gəlir, o birindən isə yox, 467 01:17:54,680 --> 01:18:01,840 kiminsə də əksinə – sizin bəyəndiyiniz dövlətdən yox, bəyənmədiyinizdən xoşu gələ bilər; belə şeylər mümkündür və bunun heç bir eybi də yoxdur. 468 01:18:02,880 --> 01:18:10,280 Seçki rəqabəti, fikir müxtəlifliyi, hətta tənqidi yanaşmalar belə, öz yerində, 469 01:18:10,760 --> 01:18:15,040 ancaq dövlət və xalq bir olmalıdır; 470 01:18:16,120 --> 01:18:27,840 yəni əgər ölkə üçün təhlükə yarada biləcək hansısa hadisə baş vermiş olarsa, dövlət və xalq həmin hadisənin qarşısını almaq üçün çiyin-çiyinə hərəkət etməlidir. 471 01:18:29,040 --> 01:18:36,640 Arada kin-küdurət yaratmayın, dövlətlə xalqın birliyini qoruyun; 472 01:18:37,520 --> 01:18:44,640 bu, mənim bütün hökumət kabinetlərinə etdiyim tövsiyələrdən biridir. 473 01:18:45,640 --> 01:18:51,480 İmamın (r.ə) vəfatından sonra başında durduğum bütün hökumətlərə həmişə bunu tövsiyə etmişəm; 474 01:18:51,720 --> 01:18:59,160 baxmayaraq ki, onlar müxtəlif siyasətlər yürütmüş, fərqli təmayüllərə malik olmuşlar, 475 01:18:59,800 --> 01:19:06,640 amma xalq dövlətlə birgə olmalıdır, bu birliyi qorumaq lazımdır. 476 01:19:07,280 --> 01:19:15,280 Birlik, hökuməti tənqid etməklə, onun qarşısında müxtəlif tələblər qoymaqla heç bir ziddiyyət təşkil etmir; bunun heç bir eybi yoxdur; 477 01:19:15,920 --> 01:19:25,400 təbii ki, seçki rəqabəti də öz yerində. Hakimiyyətin hər üç qolu – dövlət, parlament və ədliyyə strukturu arasında da birlik olmalıdır; 478 01:19:25,960 --> 01:19:34,680 bu da parlamentin dövlət, Konstitusiya qarşısında daşıdığı vəzifələrə əməl etməsi ilə heç bir təzad təşkil etmir; 479 01:19:34,920 --> 01:19:40,760 sual versin, tələb etsin, aydınlaşdırsın, qanunlar tərtib etsin və sair; 480 01:19:41,840 --> 01:19:52,320 lakin hər üç hakimiyyət qüvvəsi, mütləq, birgə olmalı, ölkənin əsas problemlərinin həlli üçün bir araya gəlməlidir; 481 01:19:53,640 --> 01:20:00,560 eləcə də silahlı qüvvələr, eləcə də xalq; beləliklə, mənim üçüncü tövsiyəm budur: 482 01:20:01,680 --> 01:20:13,080 şəxsi hisslərinizin, siyasi cinah mənsubiyyətinizdən doğan hisslərinizin, ümumiyytlə, hisslərinizin məntiqinizdən önə keçməsinə yol verməyin. 483 01:20:14,280 --> 01:20:22,800 Məntiq budur ki, düşmən uzaqdan bizə baxanda birgə olduğumuzu görsün, 484 01:20:23,640 --> 01:20:32,720 birliyimizi hiss etsin. Xalqın arasında, 485 01:20:33,280 --> 01:20:39,960 yaxud ümumilikdə hakim dairələrdə ikitirəliyə, qütbləşməyə, 486 01:20:40,360 --> 01:20:46,480 düşmənçiliyə səbəb olacaq fikirlərin söylənməsi ölkənin zərərinədir. 487 01:21:09,560 --> 01:21:19,880 Dördüncü tövsiyə: Amerika ilə qarşıdurma bütöv bir cəbhə ilə qarşıdurma deməkdir. 488 01:21:20,520 --> 01:21:28,640 Bu, bütöv bir cəbhədir; mərkəzində, qütbündə Amerika durur, amma uzantısı 489 01:21:29,200 --> 01:21:35,760 müxtəlif yerlərə qədər gedib çıxır; bu uzantılar hətta ölkəmizin daxilinə qədər də uzanır; odur ki diqqətli olmalısınız. 490 01:21:36,600 --> 01:21:42,520 Amerikanın düşmənçi hərəkətlərindən ehtiyatlı olmaq lazımdır deyərkən 491 01:21:43,280 --> 01:21:49,040 bu sözün mənası odur ki, bu cəbhənin gizli və aşkar müstəvilərdəki bütün fəaliyyətlərinə diqqət edilməlidir. 492 01:21:50,120 --> 01:21:56,480 Bunu bilin ki, düşmənçiliklər yalnız Amerikanın təhlükəsizlik orqanları tərəfindən həyata keçirilmir; 493 01:21:56,800 --> 01:22:05,160 bəzən həmin təhlükəsizlik orqanlarının çoxsaylı gizli “barmaqları” özünü region dövlətlərinin simasında, 494 01:22:05,480 --> 01:22:11,240 yaxud da başqa bir formada biruzə verir. 495 01:22:11,800 --> 01:22:23,120 Beşinci tövsiyə; düşmənlə aramızda olan ayırıcı hüdudlar, sərhədlər gözlənməli və bu məsələnin əhəmiyyəti qabardılmalıdır. 496 01:22:23,400 --> 01:22:35,840 İslam İnqilabına, İslam dövlətinə, İmam Xomeyniyə (r.ə) düşmən olanlarla bizi ayıran xətlər, hüdudlar arxa plana keçməməli, aktuallığını itirməməlidir. 497 01:22:36,400 --> 01:22:43,320 Ölkəmizdəki bəzi cərəyanlar bu məsələyə diqqətsiz yanaşaraq 498 01:22:43,880 --> 01:22:51,080 düşmənlə aradakı sərhədi qorumayıblar, möhkəmliyi əldən veriblər; 499 01:22:51,400 --> 01:22:56,000 əgər bu ayırıcı xətlər olmazsa – 500 01:22:56,400 --> 01:23:02,640 eynilə ölkənin coğrafi sərhədləri kimi – kimlərsə yanlışlıqla o tərəfdən bu tərəfə və ya əksinə keçə bilər; 501 01:23:03,440 --> 01:23:07,520 odur ki sərhədlər qorunmalıdır. 502 01:23:07,760 --> 01:23:18,920 Altıncı və sonuncu tövsiyəm: Allah-taalanın “اِن تَنصُرُوا اللهَ يَنصُرکُم” – “Kim Allaha (onun dininə) yardım edərsə, Allah da ona yardım edər” vədinə inanın, etibar edin. 503 01:23:19,680 --> 01:23:27,200 Əziz xalqım, əziz gənclər! Əmin olun ki, düşmənə göz dağı olacaq qələbə sizindir! 504 01:23:48,360 --> 01:23:55,920 Pərvərdigara! Əziz İmamımızı (r.ə) Məhşərə imamlarla (ə) birgə gətir. 505 01:23:56,640 --> 01:24:02,880 Pərvərdigara! Əziz şəhidlərimizi Məhşərə İslamın ilk şəhidləri ilə birlikdə gətir. 506 01:24:04,120 --> 01:24:10,760 Harada, hansı libasda, hansı formada olmağından asılı olmayaraq, ölkəmizə xidmət edən insanları 507 01:24:11,040 --> 01:24:15,240 hidayət et, dəstək ol və Özün onları qoru. 508 01:24:16,320 --> 01:24:21,520 Pərvərdigara! Sahibəz-zamanın (ə.f) pak qəlbini bizdən razı sal; 509 01:24:22,840 --> 01:24:26,080 o böyük İmamın (ə.f) duasını bizə şamil et. 510 01:24:27,320 --> 01:24:32,880 Pərvərdigara! Sözlərimizi, əməllərimizi Özünə xatir və Sənin yolunda qərar ver, 511 01:24:34,160 --> 01:24:37,080 bunları bizdən qəbul et. 512 01:24:38,320 --> 01:24:45,080 Məhəmməd və Ali-Məhəmmədə (s) xatir, bizi bu yolda yaşat və bu yolda da öldür. 513 01:24:46,400 --> 01:24:49,120 Allahın salamı, rəhməti və bərəkəti sizə nəsib olsun.