1 00:00:00,000 --> 00:00:02,480 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,110 --> 00:00:06,350 الحمدلله ربّ العالمين 3 00:00:08,800 --> 00:00:13,950 و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين 4 00:00:14,970 --> 00:00:19,150 سيّما بقيّةالله في الارضين 5 00:00:19,600 --> 00:00:25,860 Ölkəmizin dörd bir yanında 6 00:00:26,570 --> 00:00:39,020 xalqın geniş rəğbət və marağı ilə keçən gözəl seçkilərə və əlhəmdulillah, sanballı və nüfuzlu bir məclis təşkil olunduğuna görə 7 00:00:40,220 --> 00:00:46,710 Allah-taalaya bütün varlığımızla şükürlər edirik. 8 00:00:49,770 --> 00:01:01,240 Əziz qardaşlarım, möhtərəm cənablar, dəyərli din alimləri və ruhanilər, hamınıza xoş gəlmisiniz deyirəm. 9 00:01:02,400 --> 00:01:13,280 Xüsusilə də Xubriqan Məclisinə yeni gəlmiş, bu möhtərəm qurumda ilk dəfə təmsil olunan şəxsləri salamlayıram; 10 00:01:14,310 --> 00:01:25,020 əlhəmdulillah, onların arasında yüksək əhval-ruhiyyə və stimullu cavanlar, gənc və fəal müctəhidlər də var. 11 00:01:26,660 --> 00:01:36,000 Ümidvaram, Uca Yaradan hamımıza mənəvi dəstək olacaq və bizi öhdəmizə düşən vəzifələri yerinə yetirməyə müvəffəq edəcək. 12 00:01:37,950 --> 00:01:50,660 Xubriqan Məclisinin rəhmətə getmiş üzvlərini də yad edək; bu məclisdə illər boyu bizim əzizlərimiz, böyüklərimiz təmsil olunub, 13 00:01:50,930 --> 00:01:58,750 işləyib, xidmətlər göstəriblər; Allah-taala onların məqamını uca etsin, inşallah. 14 00:01:59,280 --> 00:02:04,080 Belə şəxslərdən sonuncusu bizim əziz qardaşımız cənab Təbəsi idi (Allah ona Behişti nəsib etsin!); 15 00:02:05,330 --> 00:02:14,840 inşallah, Allah-taala bu çətin və təhlükəli mərhələdə o xidmətkar 16 00:02:15,640 --> 00:02:26,040 və zəhmətkeş insanın zəhmətlərinin əcrini ona inayət etsin, gördüyü işlər, çəkdiyi zəhmətlər onun gözünə çıraq olsun. 17 00:02:29,370 --> 00:02:42,040 Bugünkü görüşümüz böyük bayramlar, dua, yalvarış, Allah qarşısında itaətkarlıq və istiğfar ayı olan şəban ayına təsadüf etdi; 18 00:02:44,440 --> 00:02:53,150 bunu da xeyirə yozaq. Önəmli bir ay idi (doğrudur, artıq sona çatmaq üzrədir). 19 00:02:53,860 --> 00:03:00,970 Ümidvaram, Allah-taala bizi bu ayın bərəkətlərindən bəhrələnməmiş qoymaz. Hansı ki: 20 00:03:01,420 --> 00:03:12,170 اَلَّذي کانَ رَسولُ اللهِ صَلَّي اللهُ عَلَيهِ وَ آلِهِ يَدأَبُ في صيامِهِ وَ قيامِهِ في لَياليهِ وَ اَيّامِه 21 00:03:14,930 --> 00:03:23,600 Bu gün mən sizin üçün əsasən 3 məqamı vurğulamaq istəyirəm; 22 00:03:26,710 --> 00:03:33,200 onlardan birincisi bu məclisin mahiyyəti ilə bağlıdır; 23 00:03:36,080 --> 00:03:45,280 ikincisi bu məclisin kursu və öhdəsinə düşən vəzifələrlə bağlıdır – 24 00:03:46,400 --> 00:03:53,680 yəni bu məclisin rəhbər tutmalı olduğu fəaliyyət istiqaməti, kurs barədə nə düşündüyümü qeyd edəcəyəm; 25 00:03:54,880 --> 00:04:03,600 üçüncüsü isə əgər vaxtımız qalsa və görüşümüz çox uzun çəkməsə, 26 00:04:04,170 --> 00:04:14,400 sonda hazırkı etapda hər kəsin, o cümldən mənim, sizin, bu məclisin və başqalarının üzərinə düşən ümumi vəzifələrə toxunacağam. 27 00:04:15,550 --> 00:04:20,260 Bu məclisin mahiyyətinə gəlincə, bu haqda düşünərkən 28 00:04:20,710 --> 00:04:28,750 mən görürəm ki, bu, Uca Yaradanın İslam Respublikasına əta etdiyi bir ilahi nemətdir; 29 00:04:29,110 --> 00:04:40,220 Xubriqan Məclisi Allah-taala tərəfindən bir nemətdir, çox böyük, əzəmətli bir fenomendir. 30 00:04:41,860 --> 00:04:51,950 Hərçənd bu məclis Konstitusiya ilə açıqlanan bəlli və xüsusi bir məqsəd üçün təsis olunub, amma həmin məqsədi nəzərə almasaq belə, 31 00:04:52,570 --> 00:04:58,260 Xubriqan Məclisi çox böyük bir hadisədir; fenomendir. 32 00:05:00,400 --> 00:05:12,800 Nəyə görə?! Çünki XM ölkənin dörd bir yanından olan ruhani alimlərin, din elmləri üzrə ekspert və mütəxəssislərin təmsil olunduğu bir qurumdur, 33 00:05:14,220 --> 00:05:26,000 onlar daşıdıqları vəzifə məsuliyyətinin tələbi ilə hər il – iki dəfə və ya lazım gələrsə daha çox – bir araya gələrək 34 00:05:27,280 --> 00:05:37,420 fikir mübadiləsi etmək, düşünmək, aralarında koordinasiyaya nail olmaq üçün böyük bir potensial yaradırlar. 35 00:05:39,680 --> 00:05:51,020 Heç yadımdan çıxmaz, inqilabi hərəkatın başlanğıcında – 41, 42-ci illərdə – dahi liderimiz İmam Xomeyni (Allah ona Behişti nəsib etsin!) 36 00:05:51,550 --> 00:06:01,730 əyalətlərin din alimlərinə ismarıc göndərir, tapşırıq verirdi ki, vaxtaşırı bir araya gəlib birlikdə otursunlar; 37 00:06:02,660 --> 00:06:14,350 arada ciddi və önəmli bir müzakirə mövzusu olmasa belə, qoy lap bir çay içmək üçün belə olsa, bir yerə toplaşıb bir-biri ilə görüşsünlər; yəni ölkədə din alimlərinin, 38 00:06:15,150 --> 00:06:20,350 din elmləri sahəsindəki mütəxəssislərin bir yerdə toplaşması, görüşməsi bu dərəcədə əhəmiyyətlidir. 39 00:06:21,460 --> 00:06:26,660 Bu gün dünyaya nəzər salsanız, görərsiniz ki, aralarında 40 00:06:27,060 --> 00:06:37,460 müştərək bir cəhət olan insanları cürbəcür adlar altında – assosiasiya, alyans, sindikat adları ilə – bir yerə toplayırlar 41 00:06:38,710 --> 00:06:46,440 və bu kollektivlər bəzən heç onların peşəsi ilə bir o qədər də əlaqəli olmayan böyük işlər görür. 42 00:06:46,570 --> 00:06:57,680 Tutalım, görürsən ki, iqtisadiyyatçılar assosiasiyası, beynəlxalq hüquqşünaslar assosiasiyası, beynəlxalq incəsənət xadimləri assosiasiyası 43 00:06:58,350 --> 00:07:04,080 ölkədə və ya dünyada baş vermiş hansısa siyasi məsələyə beynəlxalq səviyyədə münasibət bildirir. 44 00:07:04,660 --> 00:07:16,130 Yəni assosiasiyaları o məqsədlə yaradırlar ki, hər hansı bir şəkildə müştərək bir xüsusiyyətə malik olan insanlar 45 00:07:16,750 --> 00:07:26,170 fərqli siyasi təmayüllü olduqlarına baxmayaraq, bir araya gəlsinlər; bu birliyin, bu toplantının özü 46 00:07:26,400 --> 00:07:34,080 onların böyük işlər həyata keçirməsi, öz ölkələrində, 47 00:07:34,530 --> 00:07:41,420 hətta beynəlxalq miqyasda proseslərin gedişinə təsir göstərməsi üçün fürsət yaradır; hazırda bu, dünyada artıq adi hal alıb. 48 00:07:41,950 --> 00:07:48,310 Və bu, bizdə də var; bunu bu ölkəyə Allah-taala hədiyyə edib. 49 00:07:48,750 --> 00:08:00,130 Din alimlərindən, xalqın etimadını qazanmış mötəbər və nüfuzlu ruhanilərdən bir qrupu 50 00:08:00,530 --> 00:08:11,020 bir araya gəlir və bu, çox nəhəng bir potensial formalaşdırır; bunun sayəsində böyük işlər həyata keçirmək mümkündür. 51 00:08:12,310 --> 00:08:20,350 Belə düşünmək lazım deyil ki, Xubriqan Məclisi oturub konstitusiya ilə nəzərdə tutulmuş halların ortaya çıxmasını gözləməlidir; 52 00:08:20,570 --> 00:08:24,260 yox, məclis üzvləri bir sıra başqa işlər də görə bilərlər. 53 00:08:25,640 --> 00:08:32,040 Dünyada yaradılan, az öncə qeyd etdiyim o təşkilat, assosiasiya və alyansların 54 00:08:32,170 --> 00:08:38,880 xalqın arasında heç bir dayağı yoxdur; yalnız iqtisadiyyatçılar və ya hüquqşünaslardır; 55 00:08:39,240 --> 00:08:45,860 öz sahələrində kimlərsə onlara diqqət yetirir, amma cəmiyyətin içində dayaqları yoxdur; 56 00:08:46,260 --> 00:08:54,310 Xubriqan Məclisindən fərqli olaraq. Xubriqan Məclisində təmsil olunan insanların hər birinin xalqın içində az və ya çoxlu sayda dayağı var; 57 00:08:54,530 --> 00:09:04,170 hətta bəzilərini xalq arasında dəstəkləyən kütlənin dairəsi həddən artıq genişdir. Hansısa ostanın, şəhərin 58 00:09:04,530 --> 00:09:10,570 və ya teoloji mərkəzin təsir və nüfuza malik görkəmli ruhaniləri bir yerə toplaşır; 59 00:09:10,880 --> 00:09:22,750 müxtəlif məsələlərlə bağlı birlikdə düşünə bilərlər; ölkənin hansısa problemi üzərində dayanaraq onun həlli yollarını nəzərdən keçirə bilərlər. 60 00:09:23,550 --> 00:09:31,280 Özü də heç də: “Nə olsun, icrası ki bizim əlimizdə deyil” – deməyin; doğrudur, hansısa işlərin icrası Xubriqan Məclisinin yox, aidiyyəti qurumların rəsmilərinin əlindədir, 61 00:09:31,550 --> 00:09:36,750 amma sizin əlinizdə icra səlahiyyətindən daha artıq olan bir şey var ki, bu da ictimai rəydir. 62 00:09:37,330 --> 00:09:45,510 Sizin hər biriniz ya imam-cümədir, ya vəli-fəqihin nümayəndəsidir, ya teoloji mərkəzin ali dərəcəli pedaqoqudur, yaxud tanınan, hörmətli bir ruhanidir. 63 00:09:45,770 --> 00:09:56,530 Siz ictimai rəyə təsir göstərə bilərsiniz. İctimai rəy formalaşdıqdan, hansısa məsələ ilə bağlı cəmiyyətdə diskurs yarandıqdan sonra 64 00:09:56,840 --> 00:10:05,950 bu, təbii olaraq, qanunverici və icraedici orqanların rəsmilərini, rəhbər şəxsləri öz arxasınca çəkib aparacaq; bu, təbii bir şeydir. 65 00:10:06,220 --> 00:10:15,330 Odur ki, mənim fikrimcə, bu baxımdan Xubriqan Məclisi fövqəladə bir təzahürdür; 66 00:10:15,330 --> 00:10:19,550 fenomendir; biz onun əhəmiyyətinə diqqət yetirməliyik. 67 00:10:19,950 --> 00:10:29,820 Buna əsasən də Xubriqan Məclisinin bu yüksək və önəmli mahiyyətini nəzərə alaraq belə nəticəyə gəlirik ki, 68 00:10:30,170 --> 00:10:38,080 bu məclis İslam İnqilabının hədəfləri istiqamətində böyük işlər görə bilər. 69 00:10:38,710 --> 00:10:45,510 Bir neçə il əvvəl – deyəsən, bundan bir, yaxud iki çağırış əvvəl idi – mən elə Xubriqan Məclisində demişdim ki , 70 00:10:45,510 --> 00:10:52,350 siz müxtəlif məsələlərlə bağlı qətnamə çıxara bilərsiniz. 71 00:10:53,110 --> 00:11:01,860 Konkret bir məsələnin üzərində durun və deyin ki, Xubriqan Məclisinin rəyi, istəyi budur. Xubriqan Məclisinin üzvləri xalq tərəfindən seçilir, 72 00:11:02,530 --> 00:11:06,710 özü də adi, sıradan insanlar deyil, 73 00:11:06,800 --> 00:11:12,480 xalqla əlaqədədirlər, əhali onlara etimad edir, yüksək səviyyəli ekspert və mütəxəssislərdir. 74 00:11:13,060 --> 00:11:18,170 Nəzərdən keçirdikləri hansısa məsələ barədə istəkləri, tələbləri ola bilər; 75 00:11:18,440 --> 00:11:25,150 Ali Rəhbərlik Məqamından, hökumət kabinetindən, məhkəmə hakimiyyətindən, parlamentdən, yaxud digər strukturlardan. 76 00:11:25,550 --> 00:11:33,420 Xubriqan Məclisinin mahiyyəti ilə bağlı qeyd etmək istədiyim birinci məqam bu idi və zənnimcə, bu, çox önəmli bir məsələdir. 77 00:11:33,680 --> 00:11:41,370 Biz hamımız – həm siz, həm bizlər, həm də rəsmilər bu məclisin qədrini bilməliyik. 78 00:11:41,680 --> 00:11:45,510 Bu məclis böyük təsirə malik ola bilər. 79 00:11:47,060 --> 00:11:53,510 Toxunmaq istədiyim ikinci məqam isə Xubriqan Məclisinin rəhbər tutduğu kurs və istiqamətlə bağlıdır. 80 00:11:54,570 --> 00:12:04,440 Bu barədə fikrimi bir cümlə ilə belə ifadə edə bilərəm ki, Xubriqan Məclisinin rəhbər tutduğu kurs İslam İnqilabının, onun qarşıya qoyduğu idealların kursudur; 81 00:12:05,110 --> 00:12:10,400 yəni bu məclis İslam İnqilabının və inqilabi hədəflərin yolunda irəliləməlidir. 82 00:12:10,880 --> 00:12:15,420 İnqilabın hədəfləri hansılardır? Birinci növbədə İslamın hakimiyyəti; 83 00:12:15,820 --> 00:12:28,750 İslam İnqilabı əsas etibarilə bunun üçün ortaya çıxıb; İslam dininin hakimiyyətə gəlməsini, özünəməxsus mənada hakimlik etməsini təmin etmək üçün yaranıb. 84 00:12:30,530 --> 00:12:39,820 İnqilabın hədəfləri aşağıdakılardır: Allahın dininin hakimiyyəti, azadlıq, ictimai ədalət, ümumi rifah, yoxsulluq və cəhalətin kökünün kəsilməsi, 85 00:12:41,680 --> 00:12:51,730 Qərbdən baş alıb bütün dünyaya yayılan, bu gün xüsusiyyətlərini müşahidə etdiyimiz, 86 00:12:52,080 --> 00:13:02,930 dağıdıcı selə bənzəyən əxlaqsızlığa qarşı mübarizə. Ölkələrdə homoseksualizmi qanuniləşdirirlər; 87 00:13:03,240 --> 00:13:11,060 nəinki qanuniləşdirirlər, hətta buna etiraz edən insanları çox kəskin bir şəkildə pisləyirlər. 88 00:13:12,040 --> 00:13:24,750 Bundan da o yana əxlaqsızlıq olar?! Əvvəllər bəziləri elə düşünürdülər ki, Qərbdə kişi-qadın münasibətləri sərbəst olduğuna görə 89 00:13:24,970 --> 00:13:32,440 orda şəhvətpərəstlik, cinsi məsələlərə həvəs və maraq azdır. Burda məhdudiyyət olduğuna görə الاِنسانُ حَريصٌ عَلي ما مُنِع – insan qadağan olunan şeyə daha həris olar. 90 00:13:32,930 --> 00:13:43,330 İndi məlum olur ki, yox, əksinə imiş. Orda azadlıq olduğuna, kişi-qadın münasibətlərində heç bir hədd-hüdud olmadığına baxmayaraq, 91 00:13:43,330 --> 00:13:53,330 onlarda cinsi həvəs günü-gündən daha güclü, daha aktiv, daha qaba, daha təcavüzkar bir formada özünü büruzə verir. 92 00:13:53,600 --> 00:14:00,530 Və hazırkı səviyyəsində də dayanıb qalmayacaq; bilmirəm nə vaxt, amma gələcəkdə məhrəmlər arasında nikaha da gedib çıxacaqlar! 93 00:14:00,840 --> 00:14:09,240 İş gedib daha həssas məsələlərə çatacaq. Yəni əxlaqsızlıq dünyası bu istiqamətə getməkdədir. 94 00:14:09,680 --> 00:14:15,820 Bu, onların əxlaqi cəhətdən durumu. İqtisadiyyatlarına gəlincə; 95 00:14:16,260 --> 00:14:22,880 çirkli pulların yuyulması. Düzdür, çirkli pulların yuyulması haqda danışarkən bunu bir cinayət əməli kimi təqdim edirlər, amma 96 00:14:23,200 --> 00:14:31,020 dünyanın ən əhəmiyyətli şirkət və kompaniyalarının işi elə bu maliyyə fırıldaqları, çirkli pul oyunları vasitəsilə 97 00:14:31,330 --> 00:14:36,660 əllərindəki sərvətin həcmini daha da artırmaqdır; 98 00:14:37,060 --> 00:14:42,800 və təbii ki, ayrı-seçkilik, təbii ki, günü-gündən dərinləşən təbəqələşmə. 99 00:14:43,200 --> 00:14:48,310 Bu, baş alıb bütün ölkələrə, bütün toplumlara tərəf gedən dağıdıcı bir seldir; 100 00:14:48,310 --> 00:14:53,370 İslam İnqilabının hədəflərindən biri də bu dağıdıcı selə qarşı mübarizə aparmaqdır. 101 00:14:53,770 --> 00:14:58,750 İnqilabın hədəflərindən biri də imperializmin ağalığına müqavimət göstərməkdir. 102 00:14:59,280 --> 00:15:04,130 Ağalıq etmək, öz ağalığını təmin etmək üçün çalışmaq, 103 00:15:04,480 --> 00:15:13,420 ağalığını genişləndirmək imperializmin xarakterindədir. Müqavimət göstərməyən istənilən xalq, istənilən dövlət imperializmin toruna düşüb onların əsirinə çevriləcək. 104 00:15:13,950 --> 00:15:21,460 İnqilabın hədəfləri bunlardır. Xubriqan Məclisinin də hərəkət kursu inqilabi hədəflərin kursudur. 105 00:15:22,220 --> 00:15:26,710 Və bu, çox çətin bir işdir; ən çətin işlərdən biridir. 106 00:15:27,420 --> 00:15:34,970 Diqqət edin, üstündə rəqabət, yaxud düşmənçilik gedən bir şeyi 107 00:15:35,240 --> 00:15:42,400 əldə etmək çətindir, amma onu qoruyub saxlamaq daha çətindir. 108 00:15:42,620 --> 00:15:48,660 Tutalım, bir müsabiqəyə qatılıb böyük zəhmət və əziyyətlə 109 00:15:49,460 --> 00:15:59,110 çox dəyərli bir əşya, yaxud qiymətli daş qazanırsınız; onu qoruyub saxlamaq əldə etməkdən daha çətin olur. 110 00:15:59,950 --> 00:16:09,950 Səbəbi də məlumdur; çünki siz mübarizə meydanına atılanda hücum edən tərəf olursunuz; meydana hücumçu əhval-ruhiyyəsi ilə, 111 00:16:10,620 --> 00:16:17,550 motivasiya ilə girirsiniz, hədəfinizin nə olduğunu bilir və konkret hədəfin arxasınca gedirsiniz; 112 00:16:18,170 --> 00:16:28,080 amma onu əldə etdikdən sonra artıq həmin şeyi sizin əlinizdən almaq istəyən qarşı tərəf hücum edən tərəf olur, 113 00:16:28,350 --> 00:16:36,400 hücumçu ruhiyyəsi, motivasiya onda olur. Siz onun hansı tərəfdən hərəkətə keçəcəyini, hansı tərəfdən hücum edəcəyini bilmirsiniz, 114 00:16:36,750 --> 00:16:41,240 o isə plan qurub sizin üstünüzə hücuma keçir. 115 00:16:42,130 --> 00:16:50,080 İnqilab çətin bir iş idi; inqilabın ortaya çıxması asan bir məsələ deyildi; 116 00:16:50,400 --> 00:16:57,370 təşəbbüskarlıq tələb edirdi, səy tələb edirdi, ürək yanğısı tələb edirdi. Bəli, dahi İmam Xomeyni (r.ə) 117 00:16:57,550 --> 00:17:06,710 bu xalqı, o fəal və mübariz kütlələri öz ruhiyyəsi, təqvası, imanı, 118 00:17:07,020 --> 00:17:18,970 nümayiş etdirdiyi dürüstlüklə hərəkətə gətirdi və nəticədə bu çətin iş reallaşdı, inqilab uğurlu oldu, qələbə çaldı, nəticədə dövlət quruluşu formalaşdı, 119 00:17:19,200 --> 00:17:24,350 amma onu qoruyub saxlamaq daha çətindir; qoruyub yaşatmaq daha çətindir. 120 00:17:24,620 --> 00:17:32,840 Düşmənlər, bu inqilabın ərsəyə gəlməsi üçün əslində kimə qarşı mübarizə aparılırdısa həmin qüvvələr bekar oturmayıblar, 121 00:17:33,510 --> 00:17:38,310 düşmənçiliklərindən əl çəkməyiblər. Onlar bu inqilabı sizin əlinizdən qoparıb almaq niyyətindədirlər. 122 00:17:38,570 --> 00:17:44,000 Özünüzün də müşahidə etdiyiniz kimi, son bir neçə ildə bəzi ölkələrdə xalq çox böyük hərəkatlar həyata keçirdi, 123 00:17:44,310 --> 00:17:51,060 amma düşmənlər həmin hərəkatların nailiyyətlərini gəlib onların əlindən oğurlayıb apardı və bu xalqları quru yurdda qoydu. 124 00:17:52,840 --> 00:18:00,710 İslam dini, heç şübhəsiz, zülm və hegemonluğu dağıdıb məhv etmək əzmindədir; 125 00:18:01,020 --> 00:18:03,680 “Onu (İslamı) bütün dinlərin fövqündə etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” (“Tövbə” surəsi, 33-cü ayədən) 126 00:18:05,330 --> 00:18:15,460 Şübhə yox ki, İslam ona qarşı cəbhə olan küfrü məğlub etmək iqtidarındadır. Amma hansı İslam? 127 00:18:16,350 --> 00:18:25,240 Yalnız ixtiyarında dövlət, hakimiyyət, hərbi qüvvə, 128 00:18:25,240 --> 00:18:29,860 media, siyasət, iqtisadiyyat və cürbəcür çoxsaylı vasitələr olan İslam 129 00:18:30,310 --> 00:18:35,860 küfr, imperializm və zülmü dağıdıb məhv edə, yaxud məhdudlaşdıra, 130 00:18:36,040 --> 00:18:41,730 hücum və təzyiqlərinin qarşısını ala bilər. 131 00:18:43,110 --> 00:18:53,370 Dövlət, hökumət quruluşu yaratmağı bacarmış İslam müqavimət göstərə bilər; 132 00:18:53,370 --> 00:19:02,840 yoxsa ayrı-ayrı şəxslər – lap müsəlman aləmində görkəmli bir sima olsa belə – 133 00:19:03,110 --> 00:19:12,710 yaxud bu gün dünyada rast gəlinən islami cərəyanlar hakimiyyətə gəlməyi hədəfə almırlarsa, imperializm üçün heç bir təhlükə törətmirlər; 134 00:19:12,930 --> 00:19:19,510 çünki bu şəkildə onların əlindən heç bir iş gəlməz; küfr, zülm və imperializmi məhv edə bilməzlər. 135 00:19:20,130 --> 00:19:26,800 Siz mübarizə aparmağa, müqavimət göstərməyə, 136 00:19:27,110 --> 00:19:32,530 küfr cəbhəsi qarşısında sinəsini sipər etməyə qadir olan belə bir İslama nail olmusunuz, 137 00:19:32,710 --> 00:19:37,600 bunun üçün zəhmət də çəkmisiniz, amma onu hansı yollarla qoruyub saxlamaq fikrindəsiniz? 138 00:19:38,570 --> 00:19:46,620 Düşmən qarşısında onu qorumaq, keşiyində durmaq lazımdır; bu elə bir şey deyil ki, bir kənara buraxasan, özü özbaşına qorunub qalsın; 139 00:19:47,600 --> 00:19:51,550 düşmən hücumlar edir. Düşmən bir neçə cür hücum edir: 140 00:19:52,080 --> 00:20:00,220 biri sərt hücumlardır – müharibədir, savaşdır; düşmən bunu təcrübədən keçirib və məğlub olub; 141 00:20:01,060 --> 00:20:08,440 bizə qarşı başladılmış 8 illik savaş bu qəbildən idi; beynəlxalq miqyaslı bir müharibə idi; 142 00:20:08,930 --> 00:20:19,640 biri Səddama kimyəvi silah verdi, biri “Miq” təyyarəsi verdi, biri “Miraj” təyyarəsi verdi, 143 00:20:19,950 --> 00:20:28,170 biri havadan müdafiə texnikası verdi, o biri müharibə planları verdi. Hətta döyüş planları 144 00:20:28,530 --> 00:20:35,510 və səngərlərin yerləşdirilməsi də başqalarının köməyi ilə olurdu. Onlar hamısı kömək etdilər ki, 145 00:20:35,680 --> 00:20:40,970 bəlkə, Səddam bu müharibəni uda; amma bacarmadı. Sərt hücumların bir nümunəsi 8 illik savaşdır. 146 00:20:41,280 --> 00:20:47,110 Digər bir nümunəsi isə ölkədə – bütün sərhədyanı bölgələrdə başlatdıqları etnik iğtişaşlardır. 147 00:20:48,000 --> 00:20:51,150 Yadınıza gələr, hər yerdə 148 00:20:51,770 --> 00:20:56,350 iğtişaşlar törədirdilər, hər yerdə müharibə salırdılar; lakin düşmən qələbə qazana bilmədi; bunlar qan-qadalı, sərt müharibələr idi. 149 00:20:56,570 --> 00:21:03,420 Terrorçu cərəyanlar, terrorla bağlı problemlər yaratdılar və ya bu qüvvələri fəallaşdırdılar. 150 00:21:03,600 --> 00:21:12,440 Amerika neft platformalarına hücum etdi; Amerika sərnişin təyyarəsini vurub yerə saldı; 151 00:21:13,060 --> 00:21:16,800 əllərindən nə gəldisə, etdilər; bunlar sərt müharibələr idi. 152 00:21:18,130 --> 00:21:29,330 Bütün bu cəhdlərində uğursuzluğa düçar oldular; İran xalqı və onun dahi lideri İmam Xomeyni (r.ə) qarşısında məğlub olub daha da qorxuya düşdülər. 153 00:21:29,730 --> 00:21:37,600 Allah-taala dahi imama bir güc vermişdi; ondakı o iman, təvəkkül, 154 00:21:38,660 --> 00:21:49,600 onun uzaqgörənliyi, o böyük insanda açıq-aydın müşahidə olunan öz hədəfinə bütün varlığı və qəlbi ilə bağlılıq xüsusiyyəti, Yaradanın ona verdiyi heybət – 155 00:21:50,170 --> 00:21:58,480 belə ki başqaları ondan qorxurdular, düşmənlər imamdan sözün əsl mənasında qorxurdular; 156 00:21:58,750 --> 00:22:02,350 “Onlar sanki vəhşi eşşəklərdir. (O eşşəklər ki) aslandan hürküb qaçarlar!” (“Müdəssir” surəsi, 49-50-ci ayələr) 157 00:22:02,620 --> 00:22:11,950 – İmamın səsi, onun çağırışları heyvanları qorxuya salan bir aslan nərəsi kimi düşmənləri qorxuya salırdı. 158 00:22:12,530 --> 00:22:16,530 Bəli, bu mərhələdə onlar məğlub oldular. 159 00:22:17,420 --> 00:22:27,950 Onların düşmənçilik və qarşıdurmasının digər bir etapı yumşaq müharibədən ibarət idi. 160 00:22:28,260 --> 00:22:34,130 Yumşaq müharibənin bir növü bu vaxta qədər şahidi olduğumuz şeylərdir: 161 00:22:34,480 --> 00:22:48,570 iqtisadi sanksiyalar, azdırıcı təbliğat və sair. Düşmən ilk gündən bəri bu işlərə start verib və davam etdirib; 162 00:22:48,880 --> 00:22:56,710 İslam Respublikasına qarşı iflicedici sanksiyalar tətbiq etdiklərini düşünürdülər; 163 00:22:57,200 --> 00:23:05,330 bu da effekt vermədi; bununla da heç nəyə nail ola bilmədilər; onlar bu sanksiyalar, bu iqtisadi blokada sayəsində İslam Respublikasını iflic vəziyyətə salmaq istəyirdilər, 164 00:23:05,600 --> 00:23:12,350 amma olmadı. Elə sanksiyalar dövründə ölkədə böyük işlər reallaşdırıldı; 165 00:23:12,350 --> 00:23:21,860 mən o zaman xarici jurnallardan birində nəşr olunmuş bir məlumatda İsrail rejiminə bağlı olan 166 00:23:22,080 --> 00:23:31,770 bir generalın səsləndirdiyi fikirləri oxumuşdum; o deyirdi ki, mən İrana düşmənəm, İranı sevmirəm, amma bu ölkəni yüksək qiymətləndirirəm; 167 00:23:32,440 --> 00:23:40,170 onlar sanksiyalara rəğmən filan raketi ərsəyə gətirə biliblər (o zaman yenicə sınaqdan bir raket çıxarılmışdı, 168 00:23:40,170 --> 00:23:43,910 onlar da peyk və sair vasitəsilə izləyib xəbər tutmuşdular), 169 00:23:44,260 --> 00:23:53,950 mən bunu təqdir edirəm. Sanksiyalara baxmayaraq, sanksiyaların tətbiq olunduğu bir dövrdə, başqalarının köməyi olmadan, iqtisadi təzyiqlər şəraitində bu işlər görüldü. 170 00:23:54,480 --> 00:24:06,570 Apardıqları yumşaq müharibə variantlarından biri də bəzi başqa ölkələrdə İslam Respublikasının dayaqlarını vurmaq olmuşdur; 171 00:24:07,110 --> 00:24:13,640 belə ki bir çox ölkələrdə İslam Respublikasının dayağı, 172 00:24:14,040 --> 00:24:21,150 strateji dərinliyi sayılan birlik və təşkilatları vurublar, dağıdaraq yox ediblər; 173 00:24:21,420 --> 00:24:26,800 ya yox ediblər, ya da ən azından onlara zərbə vurublar; amma bu da təsir göstərməyib, 174 00:24:27,200 --> 00:24:34,800 bacarmayıblar; bunların heç biri istənilən nəticəni verməyib. Odur ki həm sərt müharibədə məğlubiyyətə düçar olublar, həm də yumşaq müharibədə. 175 00:24:35,600 --> 00:24:41,770 Üçüncü etapda isə yumşaq müharibənin bir başqa növünü həyata keçirməkdədirlər; 176 00:24:42,130 --> 00:24:48,130 onu da deyim ki, bu təkcə bu günə aid deyil, bir neçə il əvvəldən başlanıb, neçə illərdir ki, start verilib, 177 00:24:48,310 --> 00:24:56,310 intəhası günü-gündən daha da genişlənir. Bax bu, çox təhlükəlidir və mən yeri düşdükcə müxtəlif rəsmilərə 178 00:24:56,570 --> 00:25:07,600 bu barədə dönə-dönə xəbərdarlıq edirəm. Yumşaq müharibənin bu növü düşmənin mühüm qərarların işlənib hazırlandığı və qəbul olunduğu strukturlara nüfuz etməsindən ibarətdir; 179 00:25:08,310 --> 00:25:13,730 xalqın inanclarında dəyişiklik etmək məqsədilə nüfuz etməkdən ibarətdir; 180 00:25:14,530 --> 00:25:21,550 hesablamaları dəyişmək üçün nüfuz etməkdən ibarətdir. 181 00:25:22,310 --> 00:25:29,110 Biz rəsmilər burda oturmuşuq və öz işlərimizlə bağlı müəyyən götür-qoy edir, planlar qururuq, öz hesablamalarımız var; 182 00:25:29,550 --> 00:25:32,440 bu hesablamaların nəticəsi olaraq bu və ya digər şəkildə mövqe seçirik; 183 00:25:32,620 --> 00:25:38,000 əgər onlar bizim hesablamalarımızı dəyişməyə müvəffəq olsalar, bizim seçdiyimiz mövqe də dəyişəcək. 184 00:25:38,930 --> 00:25:46,800 Onların gördüyü əsas işlərdən biri budur: rəsmilərin hesablamalarını dəyişmək; xalqın inanclarında dəyişiklik etmək; 185 00:25:47,600 --> 00:25:54,750 mühüm qərarların düşünüldüyü və qəbul olunduğu strukturlarda dəyişiklik etmək. 186 00:25:55,280 --> 00:26:03,370 Bu, özündə inqilabın əsas prinsiplərinə, bu prinsipləri qoruyan, onların keşiyində duran 187 00:26:03,510 --> 00:26:07,200 qurumlara hücumları ehtiva edən çox təhlükəli bir işdir. 188 00:26:07,730 --> 00:26:13,330 Keşikçi Korpusa hücumlar edirlər – təbiğat hücumları; Keşikçi Şuraya hücumlar edirlər; 189 00:26:13,730 --> 00:26:18,480 mömin qüvvələrə, islamçı gənclərə hücumlar edirlər; 190 00:26:18,480 --> 00:26:24,260 bu gün xarici radio və televiziya kanallarında aparılan təbliğat bu cür fikirlərlə doludur; 191 00:26:24,620 --> 00:26:30,040 bilmirəm, siz nə dərəcədə izləyirsiniz, nə dərəcədə xəbəriniz var; 192 00:26:30,350 --> 00:26:36,170 xüsusilə də öz auditoriyalarını həmin istiqamətə yönəltmək üçün internet vasitəsilə 193 00:26:36,480 --> 00:26:43,110 ardıcıl surətdə bu sahədə iş aparırlar. İnqilabın tərəfdarı olan ruhanilərə hücumlar edir, 194 00:26:43,460 --> 00:26:49,730 onları “hakimiyyətin axundları” və sair bu kimi adlarla vururlar. 195 00:26:52,080 --> 00:27:03,770 Bir sözlə: bu yumşaq müharibədə göstərilən bütün səylər İslam dövlətini ona qüdrət qazandıran faktorlardan məhrum etmək üçündür. 196 00:27:04,220 --> 00:27:12,000 . Elə etmək istəyirlər ki, İslam dövləti öz daxilindəki, iqtidarının mənbəyi olan faktorlardan məhrum olsun. 197 00:27:12,350 --> 00:27:19,600 Zəifləyəndən sonra, iqtidarının amillərini itirəndən sonra, güclü olmayandan sonra isə 198 00:27:19,950 --> 00:27:27,280 artıq onu məhv etmək, oyan-buyana çəkişdirmək böyük dövlətlər üçün çətin bir məsələ olmayacaq; 199 00:27:28,080 --> 00:27:31,110 İslam dövlətini tabeçiliyə vadar etmək istəyirlər. 200 00:27:31,360 --> 00:27:35,680 Mənim bir neçə gün öncə haqqında danışdığım “cihadi-kəbir” – böyük cihadın yeri bax burda görünür; 201 00:27:35,830 --> 00:27:40,330 “Kafirlərə itaət etmə və onlara qarşı onunla (Quranla) böyük bir cihad et!” (“Furqan” surəsi, 52-ci ayə) 202 00:27:40,500 --> 00:27:46,560 Təfsirlərdə qeyd olunur ki, ayədəki “onunla” əvəzliyi ilə Quran nəzərdə tutulur; 203 00:27:46,670 --> 00:27:51,020 hərçənd əvvəlki ayələrdə Quran kəlməsi işlədilmir, 204 00:27:51,250 --> 00:27:56,050 amma həm mərhum Təbərsi “Məcməül-bəyan” təfsirində, həm də mərhum Əllamə Təbatəbai ayəni məhz bu şəkildə təfsir etmişlər; 205 00:27:56,200 --> 00:28:01,920 mərhum Əllamə Təbatəbai deyir ki, “onunla” əvəzliyi ilə Quranın nəzərdə tutulduğu konteksdən görünür; 206 00:28:02,220 --> 00:28:07,120 o gün mən də öz çıxışımda bu ayəni qeyd etdim, sonradan ağlıma gəldi ki, 207 00:28:07,420 --> 00:28:10,620 فَلا تُطِعِ الکٰفِرينَ وَ جٰهِدهُم بِه‌ – yəni itaət etməməklə cihad et; 208 00:28:10,820 --> 00:28:15,200 itaət etməmək cümlədəki feildən alınan 209 00:28:16,020 --> 00:28:22,600 və həmin feildə gizlənən məsdərdir; فَلا تُطِعِ الکٰفِرينَ وَ جٰهِدهُم بِه‌ – 210 00:28:22,770 --> 00:28:28,520 yəni itaət etməməklə böyük bir cihad et. 211 00:28:28,870 --> 00:28:35,600 Deməli, böyük cihad elə itaət etməməkdir; bu məna ağlabatandır; 212 00:28:35,820 --> 00:28:41,720 əlbəttə, mən araşdırmadım ki, görüm müfəssirlər arasında bu ehtimalı qeyd edənlər var, ya yox, 213 00:28:41,870 --> 00:28:46,170 amma hər halda, bu, önəmli bir ehtimaldır. Böyük cihad budur; 214 00:28:46,620 --> 00:28:53,170 düşmənə itaət etməmək, onun arxasınca getməmək naminə cihad. 215 00:28:53,670 --> 00:28:57,550 Odur ki Xubriqan Məclisinin də yolu, istiqaməti budur; 216 00:28:58,120 --> 00:29:01,570 inqilabi kurs, inqilabçılıq yolu, 217 00:29:02,700 --> 00:29:08,250 inqilab yolu ilə getmək, İslamın, Allahın dininin hakimiyyətini təmin etmək. 218 00:29:08,920 --> 00:29:16,370 Əgər biz ilahi hökmlərin, Allahın hökmünün bərqərar edilməsi naminə çalışmaycağıqsa, onda burda nə işimiz var? 219 00:29:16,500 --> 00:29:22,850 Mənim burda nə işim var? Qoy elə bundan əvvəlkilər – ya özləri, ya da onlar kimilər gəlib hökuməti idarə etsinlər. 220 00:29:23,720 --> 00:29:27,370 Biz ona görə burdayıq ki, Allahın dininin hakimiyyətini bərqərar etmək istəyirik; 221 00:29:27,370 --> 00:29:30,970 Allahın dininin hakimiyyəti reallaşmalıdır; biz bunun arxasıncayıq; 222 00:29:31,570 --> 00:29:36,900 məhz buna görə də bu yolda öldürülən şəxs Allah yolunda şəhid olmuş sayılır; 223 00:29:37,220 --> 00:29:42,050 məhz buna görə xalqımız bu yolda öz cavanlarından səxavətlə keçdi 224 00:29:42,400 --> 00:29:48,670 və hələ də keçməkdədir; əgər bu olmasaydı, iqtisadiyyatı inkişaf etdirməyə qalsa, bunu başqaları da edirlər. 225 00:29:48,750 --> 00:29:55,520 Mən axund və ya ruhani nəyə görə gəlib bu işlərlə məşğul olmalı idim ki? Öz dərsimin, dini bəhslərimin arxasınca gedərdim də. 226 00:29:55,820 --> 00:30:00,120 Bəli, bu işləri başqaları da görə bilir və görür də; dünyada da bunu edənlər var. 227 00:30:00,450 --> 00:30:05,350 Allahın dini, bu dinin hakimiyyətini təmin etmək, ilahi hakimiyyəti bərqərar etmək məsələsi olmasaydı, 228 00:30:05,600 --> 00:30:13,070 mənim, yaxud sizlərin burda olmağımıza heç bir zərurət olmazdı. Demək, əsas məsələ budur: İslamın hakimiyyətini bərqərar etmək. 229 00:30:13,220 --> 00:30:17,520 Və novatorluq – mən novatorluq məsələsini dönə-dönə vurğulayıram; 230 00:30:17,800 --> 00:30:24,350 intəhası novatorluq qayda-qanun çərçivəsində olsun, həm də bunu savadlı insanlar etsin, 231 00:30:24,770 --> 00:30:31,200 daha savadsız və ya yarımsavad adamlar yox – dini məsələlərdə novatorluq. 232 00:30:31,320 --> 00:30:39,300 Din bütün dövrlər, istənilən şərait üçün gəldiyinə görə onu genişləndirmək mümkündür. 233 00:30:40,050 --> 00:30:48,950 Odur ki Allahın dini müəyyən məqamlarda ictihad və hökm çıxarma sahəsində mütəxəssis olan 234 00:30:49,170 --> 00:30:56,300 müctəhidlər vasitəsilə genişləndirilə bilər. Buna nümunələri biz İmam Xomeynidən (r.ə) görmüşük; 235 00:30:56,520 --> 00:31:03,050 bəzilərinə əməl olundu, bəziləri isə ən azından onun öz dövründə deyildi. 236 00:31:03,870 --> 00:31:09,270 Və düşmənin vurduğu yaraları sağaltmaq; mühüm işlərdən biri də budur. 237 00:31:09,900 --> 00:31:14,370 Düşmən bu inqilaba yaralar vurur, 238 00:31:14,470 --> 00:31:21,300 biz o yaraları sağaltmalıyıq. Həmin yaralardan biri məzhəb – şiə-sünni – 239 00:31:21,300 --> 00:31:25,220 və tayfa ayrı-seçkiliyidir, digəri siyasi cinahlar arasındakı ixtilaflardır; 240 00:31:26,120 --> 00:31:34,150 daha bir yara cəmiyyətdə süni şəkildə qütbləşmə yaradılmasıdır; bunlar düşmənin hazırda bizə vurmaqda olduğu yaralardır, onları müalicə etmək, sağaltmaq lazımdır. 241 00:31:36,050 --> 00:31:42,270 Hər halda, mənim daim vurğuladığım məqam budur ki, 242 00:31:42,270 --> 00:31:48,020 biz həmişə inkişaf və dəyişiklik prinsipini rəhbər tutmalıyıq. 243 00:31:48,450 --> 00:31:59,050 Durğunluq yolverilməzdir; daim irəli getmək, inkişaf etmək lazımdır; intəhası İslam İnqilabının və dinin hədəfləri yolunda. 244 00:32:00,170 --> 00:32:10,450 Bu möhtərəm və sözün əsl mənasında möhtəşəm məclisin yolu və kursu ilə bağlı qeyd etmək istədiklərimin ikinci hissəsi də bunlardan ibarət idi. 245 00:32:11,100 --> 00:32:18,600 Lakin hər kəsin öhdəsinə düşən ümumi vəzifələr də var ki, mən söhbətimizin çox uzanmaması üçün onları qısaca olaraq qeyd edəcəyəm. 246 00:32:19,000 --> 00:32:26,000 Bir cümlə ilə: biz ölkəmizə güc və iqtidar qazandırmalıyıq; ölkə güclü olmalıdır. 247 00:32:26,920 --> 00:32:34,850 İnqilabın qalıcı olmasının, inkişaf etməsinin, inqilabi amalların gerçəkləşməsinin yolu 248 00:32:35,170 --> 00:32:41,520 sözün geniş mənasında bizim ölkəyə iqtidar qazandırmağımızdan ibarətdir. 249 00:32:41,670 --> 00:32:47,400 Əgər bu vəzifəni həyata keçirməyi bacarsaq – 250 00:32:47,900 --> 00:32:53,570 yəni dövlət, parlament, məhkəmə hakimiyyəti, silahlı qüvvələr, 251 00:32:53,570 --> 00:33:00,350 inqilabi qurumlar, bu Xubriqan Məclisi bu sahədə bir iş görə, yardım edə bilsə, 252 00:33:00,600 --> 00:33:09,070 biz inqilabı sözün əsl mənasında qoruya biləcəyimizdən arxayın olarıq. 253 00:33:09,650 --> 00:33:16,320 Ölkəmiz güclənsə, imperialistlərin qarşısında da üstünlük qazanacağıq; bunu sizə deyim. 254 00:33:17,250 --> 00:33:22,270 Ölkə zəif olsa, imperialistlər bir yana, super-güclər bir yana, 255 00:33:22,570 --> 00:33:28,770 əhəmiyyətsiz, zəif və nüfuzsuz dövlətlər də adamdan tələbkarlıq edəcəklər. 256 00:33:29,420 --> 00:33:34,000 Zəif olsaq, bu cür olacaq, amma güclü olsaq, yox. 257 00:33:34,500 --> 00:33:40,670 Güc-qüdrət də nisbi bir məsələdir; insan gücləndikcə hər etapda bir işi həyata keçirə bilər. 258 00:33:41,250 --> 00:33:46,970 Məsələn, nüvə danışıqları olayında – 259 00:33:47,300 --> 00:33:51,920 əlbəttə, mən indi o mövzuya girmək istəmirəm – dəyərli dostlarımız dedilər ki, biz düşmən qarşısında üstünlük qazanmışıq 260 00:33:52,100 --> 00:33:59,100 və bu günə qədər ölkəmizdə nüvə sənayesinin olmağını istəməyənlər 261 00:33:59,100 --> 00:34:03,920 indi sənədə imza atıb bizdə bu sənayenin olmağı ilə razılaşırlar. 262 00:34:04,150 --> 00:34:11,450 Yaxşı, bu, necə əldə olundu? Bu, biz öz gücümüzü göstərəndən, 263 00:34:11,770 --> 00:34:17,520 onların bizim müvəffəq ola biləcəyimizi heç təsəvvürlərinə belə gətirmədikləri bir işi həyata keçirəndən, 264 00:34:17,800 --> 00:34:21,420 yəni uranı 20 faiz zənginləşdirməyə nail olandan sonra oldu. 265 00:34:22,400 --> 00:34:29,170 Onlar özləri də, bu texnologiyanın mütəxəssisləri də yaxşı bilir ki, uranın 99 faizə qədər zənginləşdirilməsi işində 266 00:34:29,320 --> 00:34:34,070 ən çətin olanı 20 faizə qədər zənginləşdirmə mərhələsidir. 267 00:34:34,500 --> 00:34:37,820 Əgər bir ölkə 20 faizə qədər irəli gedə bilsə, 268 00:34:37,970 --> 00:34:45,550 ondan sonra 90-a, 99-a qədər qalxmaq asandır, çox çəkmir; onlar bunu bilirlər. 269 00:34:45,950 --> 00:34:51,120 İslam Respublikası bu yolu qət etdi; yəni uranın 20 faiz zənginləşdirilməsinə nail ola bildi, 270 00:34:51,250 --> 00:34:56,620 19 min yeni nəsl sentrifuqa qura bildi, 271 00:34:57,270 --> 00:35:01,850 10 minə yaxın birinci nəsl sentrifuqanı işə sala bildi, 272 00:35:02,420 --> 00:35:08,120 2-ci, 3-cü, 4-cü nəsl sentrifuqalar istehsal edə bildi; 273 00:35:08,620 --> 00:35:18,220 Ərak ağır su reaktorunu ərsəyə gətirə bildi; 274 00:35:18,450 --> 00:35:25,620 ağır su istehsal edən zavodu yarada bildi – hansı ki indi bizdən bunu pul verib alırlar. 275 00:35:25,620 --> 00:35:32,150 Bu işləri həyata keçirə bildiyimizə görə indi düşmən o minimum həddi – ölkəmizdə nüvə sənayesinin olmasını qəbul etdi; 276 00:35:32,920 --> 00:35:41,120 əgər bu işləri görməsəydik, qəbul etməyəcəkdilər. Mənim də, bütün dostlarımızın da yadındadır, bundan 10-12 il əvvəl – 277 00:35:41,370 --> 00:35:49,550 danışıqların əvvəlki etapında müzakirələr bunun üstündə gedirdi ki, məsələn, ölkəmizdə 5 sentrifuqanın işləməsinə icazə versinlər; razılaşmırdılar. 278 00:35:50,470 --> 00:35:56,950 Biz əvvəlcə 20 sentrifuqa demişdik, icazə verməmişdilər, sonradan güzəştə gedib dedik 5 sentrifuqa olsun, buna da razı olmamışdılar. 279 00:35:57,220 --> 00:36:04,520 Dedik bircəsi olsun, yenə də: “Olmaz!” – dedilər. Biz bacarmırıqsa, bizdə yoxdursa, gücümüz çatmırsa, 280 00:36:04,700 --> 00:36:10,920 düşmən bu şəkildə davranır. Amma düşmənin varlığına rəğmən, siz 19 min sentrifuqa qurmusunuzsa, 281 00:36:11,250 --> 00:36:15,820 işə salmısınızsa, 2-ci, 3-cü, 4-cü nəslini də istehsal etmisinizsə, 282 00:36:16,100 --> 00:36:23,300 bir sıra əlavə işlər də həyata keçirmisinizsə, o zaman düşmən qəbul etməyə məcburdur; güc budur. 283 00:36:24,150 --> 00:36:28,820 Güc-qüdrət olandan sonra hətta imperialistlərdən də imtiyaz almaq olar. 284 00:36:29,120 --> 00:36:31,770 Bu, Amerika və ya başqa birinin bizə verdiyi bir imtiyaz deyildi, 285 00:36:31,970 --> 00:36:37,470 bu, bizim öz gücümüz hesabına əldə etdiyimiz bir imtiyaz idi. 286 00:36:38,320 --> 00:36:44,400 Bütün sferalarda da belədir; iqtisadiyyatda da belədir. 287 00:36:44,970 --> 00:36:52,070 Müqavimət iqtisadiyyatı da elə budur; mən bu məsələni dönə-dönə təkrarlayıram, vurğulayıram, əlhəmdulillah, dostlarımız 288 00:36:52,250 --> 00:36:58,670 operativ komandanlıq qərargahı da yaradıblar, müəyyən işlər görürlər, ümidvaram ki, inşallah, 289 00:36:58,900 --> 00:37:02,450 nəticələrini də göz önündə müşahidə edəcəyik. 290 00:37:02,650 --> 00:37:12,100 Biz iqtisadiyyatda güclənsək, iqtisadi qüdrətimiz artsa, artıq sanksiyaların heç bir mənası olmayacaq, sanksiyalar artıq, lazımsız bir şey olacaq. 291 00:37:12,450 --> 00:37:16,870 Biz daxildə iqtisadi cəhətdən güclənə bilsək, 292 00:37:17,200 --> 00:37:24,470 onlar özləri bizə əl açacaqlar, bizimlə iqtisadi əlaqələr qurmağa can atacaqlar. Nəinki bizə qarşı sanksiyalar tətbiq etməyəcəklər, 293 00:37:24,700 --> 00:37:30,120 hətta bəlkə gəlib bizdən onlara sanksiya qoymamağımızı istəyəcəklər; bu, təbii bir haldır. 294 00:37:30,370 --> 00:37:35,200 Siyasətdə də, digər müxtəlif sferalarda da eynilə bu cür. 295 00:37:35,400 --> 00:37:41,150 Hökumət kabineti, parlament və digər strutkurlar ölkəyə iqtidar qazandıran amillərin təmin olunmasına çalışmalıdır 296 00:37:41,150 --> 00:37:43,850 və Xubriqan Məclisi də bunu tələb edə bilər. 297 00:37:44,070 --> 00:37:47,000 Siz bunu məndən, 298 00:37:47,270 --> 00:37:54,100 əzizimiz cənab Ruhanidən, parlamentdəki millət vəkillərindən, 299 00:37:54,100 --> 00:37:58,670 məhkəmə hakimiyyətindən tələb edə bilərsiniz; həmin amillərin təmin edilməsi tələbi ilə çıxış edə bilərsiniz. 300 00:37:58,820 --> 00:38:08,320 Qeyd etdiyimiz kimi, ilahi bir fenomen, nemət olan bu möhtəşəm, bu müstəsna kollektiv bu kimi işləri həyata keçirə bilər. 301 00:38:08,700 --> 00:38:14,950 Müəyyən məqama diqqətinizi yönəldin, o məsələnin üzərində işləyin, 302 00:38:15,270 --> 00:38:20,750 ictimai rəyi də həmin istiqamətə yönəldin; bax bu, Xubriqan Məclisi üçün, həqiqətən də, layiqli bir fəaliyyət olar. 303 00:38:20,920 --> 00:38:26,250 Əlbəttə, əgər cəsarət göstərib 304 00:38:26,400 --> 00:38:33,400 bu kimi qurumlarda inqilabçılığın meyarlarının hansılar olduğu barədə danışsaq, mənim fikrimcə, inqilabçılığın meyarı təqvadır, 305 00:38:33,620 --> 00:38:41,270 şücaətdir, gözüaçıq olmaqdır, qətiyyətdir, «لَومَةَ لآئِم» – qınayanların qınağından qorxmamaqdır; 306 00:38:42,200 --> 00:38:48,600 inqilabçılığın meyarları bunlardır. Əgər biz təqvalıyıqsa, 307 00:38:49,050 --> 00:38:54,370 lazımi qədər şücaətliyiksə, qətiyyətliyiksə – əlbəttə ki, qətiyyət tələb olunan yerdə; 308 00:38:54,750 --> 00:39:02,100 nəyisə üstüörtülü demək lazım olan yerdə yox; belə yerdə qətiyyət zərərlidir – 309 00:39:02,750 --> 00:39:08,720 bunlara riayət edə biliriksə, deməli, inqilabçıyıq. Düşməni düzgün tanıyaq. 310 00:39:09,020 --> 00:39:15,850 Düşmən bütöv bir cəbhədir; bir adam, yaxud konkret hansısa dövlət deyil, bütöv bir cəbhədir. 311 00:39:16,270 --> 00:39:20,850 Biz bu cəbhəni tanımalı, bu cəbhə ilə kimlərin əlaqəli olduğunu bilməli, 312 00:39:21,320 --> 00:39:29,120 bizi özünə oxşatmaq üçün hansı cinahdan və necə hərəkətə keçə biləcəyindən xəbərdar olmalıyıq. 313 00:39:29,500 --> 00:39:34,800 Düşmən cəbhəsini də tanımalıyıq, onun işlətdiyi düşmənçilik metodlarına da bələd olmalıyıq; düşmənin hansı tərzdə düşmənçilik etdiyini bilməliyik. 314 00:39:35,300 --> 00:39:40,700 Bəzən görürsən ki, düşmən meydana atılaraq hansısa xəbis məqsədini reallaşdırmaq üçün 315 00:39:40,950 --> 00:39:47,620 bir işə başlayır və biz onun məqsədinin nə olduğunu doğru-dürüst bilmirik; 316 00:39:47,920 --> 00:39:51,900 üzdən baxıb bunun yaxşı bir iş olduğunu görür və müsbət qarşılayırıq; 317 00:39:52,100 --> 00:39:58,020 halbuki o bununla öz çirkin məqsədini güdür. Olub; ölkəmizdə belə hallar olub 318 00:39:58,320 --> 00:40:03,420 və elə bu gün də var ki, onlar konkret hədəflə hansısa bir işə başlayıblar, 319 00:40:03,620 --> 00:40:07,620 biz də işin zahirinə baxıb demişik, əcəbdir! Bu ki yaxşı bir işdir, nə problem ola bilər?! 320 00:40:07,750 --> 00:40:14,800 Halbuki gözüaçıq olsaq, düşmənin məqsədindən xəbərimiz olsa, belə tez aldanmarıq. 321 00:40:15,020 --> 00:40:20,120 Düşmənin qarşısında mənəvi-psixoloji cəhətdən sınmaq da lazım deyil; 322 00:40:20,620 --> 00:40:25,750 məsələnin əsas tərəflərindən biri də budur. Mənəvi-psixoloji cəhətdən sınmaq zərərli bir haldır; 323 00:40:26,170 --> 00:40:34,800 öz içində sınan şəxs meydanda, heç şübhəsiz, sınacaq. 324 00:40:35,770 --> 00:40:40,200 Hər bir insanın birinci məğlubiyyəti öz içində üzləşdiyi məğlubiyyətdir – 325 00:40:40,450 --> 00:40:47,220 hiss edə ki, bacarmayacaq, hiss edə ki, xeyri yoxdur, qarşı tərəf ondan qat-qat güclüdür, 326 00:40:47,400 --> 00:40:51,220 hiss edə ki, əlindən heç bir iş gəlməyəcək; mənəvi-psixoloji cəhətdən sınmaq bax budur. 327 00:40:51,820 --> 00:40:56,650 İçimizdə bu sınma ortaya çıxarsa, meydanda mütləq şəkildə məğlub olacağıq. 328 00:40:56,750 --> 00:41:00,650 Bu sınma olmamalıdır; diqqət etmək lazımdır ki, bu sınma yaranmasın. 329 00:41:00,650 --> 00:41:06,370 Dahi liderimiz İmam Xomeyniyə (r.ə), şəhidlərimizə Allah rəhmət etsin, Məhəmməd və Ali - Məhəmmədə (ə) salavat!