1 00:00:00,360 --> 00:00:02,360 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:02,640 --> 00:00:05,200 الحمدلله ربّ العالمين 3 00:00:07,840 --> 00:00:13,560 و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 4 00:00:23,440 --> 00:00:29,800 و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين 5 00:00:32,480 --> 00:00:38,200 Əzizlərim, hamınızı Zəhmətkeşlər günü münasibətilə təbrik edirəm! 6 00:00:40,000 --> 00:00:53,240 Hər il burda fəhlə və zəhmətkeşlərlə keçirdiyimiz bu görüşlər mənim üçün çox xoş, arzulanan görüşlərdir. 7 00:00:55,280 --> 00:01:10,480 Sizə deyiləsi sözlərim var, amma mənim üçün bunlardan daha üstün və əhəmiyyətli olanı ölkənin fəhlə və zəhmətkeşlər ictimaiyyətinə öz sevgi və bağlılığımı ifadə etmək, təşəkkürümü bildirməkdir. 8 00:01:13,160 --> 00:01:24,160 Bu gün mən həm sizlərə, həm də ümumilikdə ölkəmizin bütün zəhmətkeşlərinə öz sevgi və bağlılığımı bildirir, 9 00:01:25,800 --> 00:01:33,560 qəlbimin dərinliyindən Uca Allaha dua edib istəyirəm ki, 10 00:01:34,760 --> 00:01:45,840 fəhlə ictimaiyyəti qarşısında öhdəmizə düşən vəzifələri yerinə yetirə bilməyimiz üçün bizə mənəvi dəstək olsun; çətin, ağır vəzifələrimiz var. 11 00:01:48,480 --> 00:01:56,760 Əvvəla, rəcəb ayıdır; Əmirəlmöminin Əlinin (ə) mübarək mövludu ilə 12 00:01:57,080 --> 00:02:04,080 Peyğəmbərin (s) besəti arasındakı günləri yaşayırıq; 13 00:02:14,080 --> 00:02:28,680 təvəssül, dua, zikr ayıdır. Əziz qaremizin burda tilavət etdiyi o ayələrdə buyurulur: 14 00:02:28,840 --> 00:02:43,280 يااَيُّهَا الَّذينَ ءامَنُوا اذکُرُوا اللهَ ذِکراً کَثيراً * وَ سَبِّحوهُ بُکرَةً وَ اَصيلاً * هُوَ الَّذِي يُصَلّي عَلَيکُم وَ مَلٰئِکَتُه 15 00:02:44,120 --> 00:02:50,600 Siz Allahı yada salın, Allah-taala da sizə salavat göndərər, 16 00:03:01,160 --> 00:03:14,520 sizi salamlayar. Həm Müqəddəs Zat özü, həm də Onun mələkləri siz möminləri salamlayır. 17 00:03:17,200 --> 00:03:30,800 Və bilək ki, Allahı zikr etmək, Allahı yada salmaq insana doğru yolu göstərən, qarşısndakı maneələri aradan götürərək yolunun açan, əlindən tutub yardım edən bir şeydir, 18 00:03:33,440 --> 00:03:43,360 problemlərimizi həll etmək üçün bizə güc-qüvvət verə bilər. Problemlərimiz, düyünlü işlərimiz çoxdur 19 00:03:44,720 --> 00:03:51,160 və onları yalnız Allah-taalanın qüdrət əli və biz insanların bacarıqlı əlləri həll etməlidir. 20 00:03:52,000 --> 00:04:00,800 Bu bacarığı, bu gücü də bizə verən Uca Yaradandır. 21 00:04:01,760 --> 00:04:13,160 Allahı zikr etmək bizə bu düyünlü məqamları həll edib yolumuzu açmaqda yardımçı olur. 22 00:04:16,480 --> 00:04:23,920 Bu gün mən bir neçə məsələni bir neçə cümlə ilə özüm üçün qeyd etmişəm, onları sizə çatdırmaq istəyirəm. 23 00:04:24,640 --> 00:04:31,560 Əvvəla, əmək, zəhmət məfhumları haqda ümumi, geniş yayılmış mənada danışmaq istəyirəm; 24 00:04:31,920 --> 00:04:37,880 daha sonra isə cəmiyyətdə qəbul edilmiş konkret anlamda işçilər, zəhmətkeşlər ictimaiyyəti barədə danışacağam. 25 00:04:40,040 --> 00:04:45,840 Birinci anlamda, yəni iş, əmək anlayışının geniş yayılmış mənasında 26 00:04:46,000 --> 00:04:55,080 cəmiyyətdə hər hansı bir işlə məşğul olan hər kəs işçidir, zəhmətkeş sayılır; 27 00:04:57,120 --> 00:05:05,800 istehsalatla bağlı işlər, xidmət sektorundakı işlər, administrativ işlər, elmi işlər; bütün bu işləri görən insanlar işçidir. 28 00:05:06,200 --> 00:05:12,280 Rəhbər vəzifədə çalışan bir insan özü də həmin o rəhbərlik postunda işçidir, 29 00:05:12,920 --> 00:05:21,320 universitetlərdə, teoloji mərkəzlərdə dərs deyən müəllimlər, təhsil alan tələbələr, bütün bu işləri görən insanlar, 30 00:05:22,600 --> 00:05:26,120 dini işlərlə, təbliğatla məşğul olan adamlar hamısı bu mənada işçidir, zəhmətkeşdir. 31 00:05:29,320 --> 00:05:43,560 Bu anlamda işin, əməyin başqa heç bir şeydə olmayan bir bərəkəti var. 32 00:05:44,240 --> 00:05:53,120 Dediyim bu anlamda iş, əmək konstruktiv, qurucu rola malikdir: 33 00:05:53,200 --> 00:06:02,880 həm insanın özünə, həm cəmiyyətə, həm də başqalarına konstruktiv təsir göstərir, buna görə də dəyərdir. 34 00:06:04,760 --> 00:06:13,840 Tənbəllik, bikarçılıq, vaxtını boş-boşuna keçirmək, 35 00:06:14,600 --> 00:06:27,000 gəncliyin fiziki və intellektual gücünü hədər etmək qınanır, dəyər yox, nöqsan, eyib hesab olunur; İslamın məntiqi budur. 36 00:06:27,960 --> 00:06:37,840 Haradasa hansısa işlə, fəaliyyətlə məşğul olan adam dəyər yaratmaqdadır. 37 00:06:39,040 --> 00:06:45,880 Əgər üstəlik bunu Allah yolunda, ilahi niyyətlə edirsə, həm də ibadətdir, savabdır. 38 00:06:49,600 --> 00:06:58,880 Bu mənada iş, əmək haqda mən ümumi olaraq bunu tövsiyə etmək istərdim ki, biz cəmiyyətdə əməyi genişləndirməliyik. 39 00:06:59,920 --> 00:07:04,720 Gəlin hamıya tövsiyə edək ki, harada olmağından asılı olmayaraq, işləsinlər, 40 00:07:06,080 --> 00:07:11,800 gördükləri işin keyfiyyətini yüksəltsinlər, işin haqqını versinlər. 41 00:07:12,280 --> 00:07:20,600 Tutalım, əgər bir tələbə dərsini lazımınca oxumursa, bu o deməkdir ki, gördüyü işin haqqını vermir. 42 00:07:22,000 --> 00:07:29,760 Həmçinin əgər bir müəllim dərsin vaxtını düzgün bölmür, 43 00:07:30,360 --> 00:07:37,600 keçəcəyi dərsə hazırlaşmır, bir kitab üzü açıb araşdırmırsa, deməli, öz işinin haqqını vermir. 44 00:07:38,920 --> 00:07:48,440 Hər hansı vəzifə postunu tutan rəhbər işçi – nazir, idarə müdiri, deputat – özünü tamamilə işə həsr etmirsə, 45 00:07:49,440 --> 00:07:55,920 işinin haqqını verməmişdir. 46 00:07:57,000 --> 00:08:04,240 Hansısa rəhbər vəzifə tutduğumuz halda, 47 00:08:04,520 --> 00:08:10,040 özümüzü, vaxtımızı, bütün gücümüzü 48 00:08:10,400 --> 00:08:18,000 məsuliyyətini çiyinlərimizə aldığımız o işə həsr etmir, başqa işlərlə məşğul oluruqsa, 49 00:08:19,360 --> 00:08:22,160 işimizin haqqını verməmiş sayılırıq. 50 00:08:22,960 --> 00:08:29,840 Elə buna görə də mən dövlət adamlarına, hakimiyyətdə yüksək vəzifə tutan insanlara – 51 00:08:29,840 --> 00:08:38,280 istər parlamentdə olsun, istər nazirlər kabinetində, istər ədliyyə sistemində, istərsə də digər hakimiyyət strukturlarında – 52 00:08:38,680 --> 00:08:48,160 həmişə bunu tövsiyə edirəm ki, öhdənizə götürdüyünüz bu məsuliyyəti yerinə yetirmək üçün var gücünüzlə çalışın. 53 00:08:49,400 --> 00:08:58,360 Belə olmasın ki, tutalım, mən hansısa rəhbər vəzifəni qəbul edirəm, bir az o işə vaxt ayırandan sonra 54 00:08:58,920 --> 00:09:06,320 qalan vaxtımı şəxsi məsələlərə və başqa işlərə sərf edirəm; yox, belə olarsa, həmin işin haqqı verilməmiş sayılır. 55 00:09:06,840 --> 00:09:15,320 Odur ki ümumi anlamda işlə bağlı mənim əsas tövsiyələrim bunlardır; bu barədə çox danışmışıq, 56 00:09:15,560 --> 00:09:22,120 bir çox məqamlara toxunmuşuq; təkrara yol vermək istəmirəm. 57 00:09:22,960 --> 00:09:29,120 Söhbətimin canı isə ölkəmizin fəhlə və zəhmətkeşlər ictimaiyyəti ilə bağlıdır; 58 00:09:29,360 --> 00:09:38,600 xüsusi anlamda işçilər, istehsalat və xidmət sferasında, sənaye və kənd təsərrüfatı sahəsində çalışan zəhmətkeşlər haqda danışacağam; 59 00:09:39,480 --> 00:09:46,680 bu gün bizim üçün əsas mövzu budur. 60 00:09:49,400 --> 00:10:00,280 Əvvəla, ölkəmizin fəhlə ictimaiyyətinin təqdirəlayiq xüsusiyyətləri haqda bir-iki kəlmə deməyi özümə borc bilirəm; 61 00:10:00,760 --> 00:10:06,440 indiyə qədər bəlkə 100 dəfə demişik, amma daha 100 dəfə də desək, yerinə düşər. 62 00:10:07,280 --> 00:10:14,560 Bizim fəhlə ictimaiyyətimiz ölkəsinə və dövlətinə sədaqətli bir ictimaiyyət olmuşdur; 63 00:10:15,120 --> 00:10:26,960 mən bunu bu 37-38 il ərzində fəhlə və zəhmətkeşlərin problemləri ilə yaxından təmasda olduğum üçün deyirəm. 64 00:10:27,840 --> 00:10:33,440 Ölkəmizin fəhlə ictimaiyyəti İslam İnqilabının gedişində sədaqət nümayiş etdirdi, iştirak etdi. 65 00:10:34,160 --> 00:10:42,240 İnqilaın ilk illərində baş verən olduqca mühüm və həlledici proseslərə qatıldı, varlığını nümayiş etdirdi. 66 00:10:43,440 --> 00:10:56,520 İnqilabın əvvəllərində o vaxtkı solçular, marksistlər – hansılar ki sonradan hamısı Amerika imperializminin və başqalarının nökərinə, muzduruna çevrildilər – 67 00:10:57,120 --> 00:11:05,160 ölkə daxilində İran xalqının ümummilli hərəkatını 68 00:11:06,440 --> 00:11:13,160 o donuq formalı proseslərə, özlərinin işlətdiyi ifadə ilə desək “fəhlə inqilabına” çevirməyə, 69 00:11:14,160 --> 00:11:22,080 işin cilovunu xalqın, dinin, İslamın əlindən alıb “fəhlə hökuməti” adlandırılan bir qrup insana həvalə etməyə, 70 00:11:22,360 --> 00:11:30,720 inqilabı “fəhlə inqilabı” kimi təqdim etməyə çalışırdılar; inqilabın əvvəllərində belə şeylər var idi. 71 00:11:32,240 --> 00:11:42,600 Mən özüm o vaxtlar o qədim Kərəc küçəsində bir zavoda getmişdim, toplantılarında iştirak etdim, 72 00:11:44,040 --> 00:11:51,560 fəhlələri gördüm. Ölkə zəhmətkeşlərini – əvvəl Tehrandakıları, ardınca da bütün ölkəni – 73 00:11:52,000 --> 00:11:57,960 İmama, inqilaba, xalqa qarşı mübarizəyə çağırmaq, 74 00:11:58,240 --> 00:12:02,880 oranı bu proseslərin hərəkətverici ocağına çevirmək üçün gəlmiş, 75 00:12:03,280 --> 00:12:10,560 fəhlə ictimaiyyətinə yad ünsürləri yaxından gördüm. 76 00:12:11,320 --> 00:12:22,440 Mən ora gedirdim – gündüzlər, gecələr gedirdim – və müsəlman balaları olan mömin, 77 00:12:22,880 --> 00:12:29,400 müsəlman fəhlələrimizin düşmənlərin məkrli planları qarşısında necə sayıqlıq və uzaqgörənlik nümayiş etdirdiyinin 78 00:12:30,680 --> 00:12:40,560 şahidi olurdum. Bunlar inqilabın gedişində, ilk illərində baş verirdi, ondan sonra məcburən cəlb olunduğumuz savaş baş verdi, 79 00:12:40,960 --> 00:12:47,240 ölkəmizdə cürbəcür siyasi cərəyanlar, siyasi proseslər yarandı. 80 00:12:47,240 --> 00:12:56,200 Bütün bunlar baş verdiyi zaman bizim fəhlə və zəhmətkeşlərimiz dövlətə sədaqət nümayiş etdirdi. Təkcə dildə deməklə yox, 81 00:12:56,600 --> 00:13:00,480 öz canları, fiziki varlıqları ilə meydana atıldılar, 82 00:13:01,160 --> 00:13:06,640 var olduqlarını nümayiş etdilər və proseslərin gedişinə təsir göstərdilər; 83 00:13:09,360 --> 00:13:14,400 bu, bir reallıqdır; elə bu günə qədər də belədir. 84 00:13:15,400 --> 00:13:25,840 Fəhlələrin gündəlik yaşayışında problemlər var – hörmətli nazirimiz onlardan bir hissəsini qeyd etdi; 85 00:13:27,800 --> 00:13:35,120 səylər də göstərilir və mən ümidvaram ki, inşallah, Allah-taala ona və bütün rəsmilərə 86 00:13:35,120 --> 00:13:40,600 qeyd etdikləri məsələləri reallaşdırmaqda dəstək olacaq; 87 00:13:41,200 --> 00:13:51,200 indiyə qədər həyata keçirilmiş işləri də Allah qəbul etsin, bərəkət versin; görülməmiş işləri həyata keçirməyə müvəffəq olsunlar; işləmək lazımdır – 88 00:13:52,760 --> 00:14:02,120 problemlər var, amma buna baxmayaraq, fəhlə ictimaiyyəti inqilaba zidd çağırışlara əhəmiyyət vermədi, qulaq asmadı; 89 00:14:03,280 --> 00:14:09,000 onlar xalqı, fəhlə ictimaiyyətini, universitetlərin tələbə və müəllim kollektivini dövlətə qarşı qoymaq istəyirdilər; 90 00:14:09,120 --> 00:14:18,840 amma ölkəmizin fəhlə və zəhmətkeşləri öz dövlətinə qarşı çıxmadı, əksinə dövlətin arxasında durdu, onu müdafiə etdi. 91 00:14:21,040 --> 00:14:23,800 Bu, fəhlə ictimaiyyətimizin təqdir və tərifə layiq olan davranışıdır. 92 00:14:24,200 --> 00:14:33,920 Mən birinci növbədə şükür üçün Allah-taalaya səcdə edirəm – 93 00:14:34,200 --> 00:14:39,280 çünki bunu edən Allahın qüdrət əlidir, qəlblər Onun əlindədir – 94 00:14:39,920 --> 00:14:48,600 ikinci növbədə isə bütün varlığımla ölkəmizin fəhlə ictimaiyyətinə təşəkkürümü bildirirəm. İnqilabla, İslam dövləti ilə bağlı proseslərdə siz çox gözəl davranmısınız, 95 00:14:49,480 --> 00:14:58,160 bu gün də gözəl davranmaqdasınız. Bu, mənim birinci sözüm. 96 00:14:59,640 --> 00:15:06,720 Müqavimət iqtisadiyyatında fəhlə və zəhmətkeşlərin, 97 00:15:07,160 --> 00:15:18,280 əməyin, fabrik və zavodların roluna gəlincə isə bu, çox mühüm bir məsələdir. 98 00:15:18,960 --> 00:15:28,800 Müqavimət iqtisadiyyatı yalnız bir kəlmə söz deyil. “Əməli tədbirlər olmalıdır” – demişik; bu o deməkdir ki, 99 00:15:29,040 --> 00:15:36,920 müqavimət iqtisadiyyatının siyasətlərinin bircə -bircə hər bir bəndinə 100 00:15:37,280 --> 00:15:44,920 real, həqiqi surətdə əməl edilməlidir. Yəni qardaşlarımız – 101 00:15:45,320 --> 00:15:51,680 əlhəmdulillah, işə can yandıran rəsmilərimiz 102 00:15:52,280 --> 00:15:57,760 bu bəndlərdən hər biri üçün oturub fəaliyyət proqramı qurmalı və həmin proqramı addımbaaddım icra etməlidirlər. 103 00:15:58,040 --> 00:16:02,800 Müqavimət iqtisadiyyatında əməyin rolu böyükdür. 104 00:16:05,880 --> 00:16:13,840 Yaxşı bəs fəhlə və zəhmətkeşlər nə etməlidirlər ki, müqavimət iqtisadiyyatının reallaşmasında rol oynasınlar? 105 00:16:14,320 --> 00:16:20,400 Bunda hamının rolu var: fəhlələlərin də, müəssisə sahiblərinin də, dövlətin də, 106 00:16:21,240 --> 00:16:30,400 müxtəlif rəsmilərin də. Fəhlələrin rolu, ilk növbədə, öhdələrinə düşən məsuliyyəti hiss etməkdir; 107 00:16:30,960 --> 00:16:38,240 yəni hər bir fəhlə ona həvalə olunmuş iş üçün məsuliyyət hiss etməlidir – yeri gəlmişkən, bu məsuliyyət bizim hamımızda olmalıdır – 108 00:16:39,480 --> 00:16:51,480 ona tapşırılan işi məsuliyyətlə yerinə yetirməlidir; işinin keyfiyyətini artırmalıdır. 109 00:16:52,400 --> 00:17:02,280 Hər bir fəhlənin fikri, məqsədi işin keyfiyyətini artırmaq olmalıdır. 110 00:17:05,320 --> 00:17:10,400 Bu, həm onun özü, həm də cəmiyyət üçün bərəkət gətirəcək bir şeydir. 111 00:17:11,040 --> 00:17:21,040 Böyük Məşhəd bazarında bir ayyaqqabıçı var idi, tikdiyi ayaqqabılar məşhur idi. 112 00:17:21,440 --> 00:17:31,920 Ayyaqqabının dərisi, üstü yırtılırdı, amma tikişlərinə heç bir şey olmurdu. Möhkəm görülən iş belədir. 113 00:17:33,280 --> 00:17:48,360 İşi elə görək ki, əlimizdən çıxan iş, atdığımız tikişlər düzgün, keyfiyyətli və möhkəm olsun; hər bir işçinin, fəhlənin vəzifəsi budur. 114 00:17:51,200 --> 00:17:59,000 Bunu demək asandır, bəs yerinə yetirmək necədir? 115 00:18:01,360 --> 00:18:06,080 Bax Allah-taala Peyğəmbərin dilindən buyurur: 116 00:18:06,080 --> 00:18:09,560 رَحِمَ اللهُ اِمرَأً عَمِلَ عَمَلاً فَاَحکَمَه 117 00:18:09,880 --> 00:18:13,040 – mən bu hədisi indiyə qədər, bəlkə, 10 dəfələrlə oxumuşam – 118 00:18:13,640 --> 00:18:23,040 “Allah bir iş görən və həmin işi möhkəm şəkildə, lazımınca görən insana rəhmət etsin”. Buna nail olmağın öz tələbləri var. 119 00:18:24,040 --> 00:18:32,560 Nə etməliyik ki, fəhlələrimiz, zəhmətkeşlərimiz gördükləri işin keyfiyyətini artırmaq üçün özlərində güc və bacarıq tapsınlar. 120 00:18:35,040 --> 00:18:40,440 Həmin tələblərin bir qismi dövlətin, bir qismi müəssisə rəhbərlərinin, 121 00:18:40,640 --> 00:18:46,920 bir qismi camaatın, bir qismi isə elə fəhlələrin öz üzərində düşür. 122 00:18:48,400 --> 00:18:59,200 Fəhlənin öz işinin keyfiyyətini yüksəldə bilməsi üçün görülməli olan işlərdən biri peşə bacarıqlarının yaradılmasıdır; 123 00:18:59,920 --> 00:19:10,640 burda da qeyd olundu, texniki peşə təhsilidir; mən illərdir ki, iş başına gələn hər Təhsil və Əmək Naziri üçün 124 00:19:11,200 --> 00:19:23,080 texniki peşə təhsili məsələsini vurğulayıram. Buna ciddi yanaşmaq lazımdır, bu, əsas işlərdən biridir. 125 00:19:24,440 --> 00:19:34,360 Fəhlələrin peşə bacarıqlarını artırmaq lazımdır; adi bir fəhlə sırf öz təcrübəsi hesabına irəli gedə bilməz; 126 00:19:34,360 --> 00:19:38,080 düzdür, əlbəttə ki, təcrübə də təsir göstərir, amma təhsil lazımdır. 127 00:19:38,640 --> 00:19:44,720 Fəhlələrin peşə bacarıqlarının artırılması rəsmilərin öhdəsinə düşür; bunun üçün həmin o texniki peşə təhsilini 128 00:19:45,120 --> 00:19:51,360 təmin etmək və digər görülməsi mümkün olan işləri həyata keçirmək lazımdır; 129 00:19:54,160 --> 00:19:58,760 bu məsələdə müəssisə sahibləri də, dövlət də rol oynaya bilər. 130 00:20:00,120 --> 00:20:09,120 Digər bir mühüm məsələ işçilərin əməyinin mühafizəsidir; əgər fəhlənin beyni 131 00:20:09,440 --> 00:20:20,840 daim sabah o müəssisədə olub-olmayacağı barədə fikirlərlə məşğuldursa, əli işə yatmaz; əməyin mühafizəsi təmin olunmalıdır; 132 00:20:21,920 --> 00:20:32,760 bunun da yolları var, burada da müxtəlif dövlət strukturlarının rəsmilərinin, müəssisə rəhbərlərinin və başqalarının öhdəsinə məsuliyyət düşür. 133 00:20:33,440 --> 00:20:47,800 Özü də bu, təkcə Əmək Nazirliyinə aid olan bir məsələ deyil, bir çox hökumət strukturları ilə əlaqəlidir. Elə etməlidirlər ki, əməyin mühafizəsi təmin olunsun. 134 00:21:12,840 --> 00:21:21,560 Zavod və fabriklərin işinə ara verilməsi də böyük bəlalardandır; fəhlə üçün böyük müsibət sayılan hadisələrdən biri də işlədiyi müəssisənin işinə ara verilməsidir. 135 00:21:21,720 --> 00:21:31,080 Bu da iki cür olur: birinci halda işəgötürənin imkanları işi davam etdirmək üçün kifayət etmir. 136 00:21:31,400 --> 00:21:39,960 Misal üçün, əlində nağd pul yoxdur, materialı yoxdur və ya qurğuları köhnəlib, işləmir. 137 00:21:40,360 --> 00:21:50,160 Bu halda məsuliyyət əlində xammal və ya nağd pul olan, qurğuları təmir edən, yaxud dəyişən şəxslərin öhdəsinə düşür. 138 00:21:51,280 --> 00:22:01,840 Həmin müəssisə sahibinə kömək etmək onların vəzifəsidir, onlar ona yardım etməlidirlər. Banklar, 139 00:22:02,640 --> 00:22:10,280 idxal və ixracla məşğul olan qurumlar, sənaye və texnologiya sferaları, 140 00:22:10,520 --> 00:22:19,680 elmi əsaslı şirkətlər – bütün bunlar məsuliyyət daşıyır. İstehsalat müəssisəsinin işinə ara verilməsi hallarından biri belə olur; 141 00:22:20,840 --> 00:22:30,120 burda müəssisənin işinin dayanmasında sahibkarın heç bir günahı yoxdur, müəyyən amillərin təsiri ilə vəziyyət gəlib bu yerə çatır; 142 00:22:30,120 --> 00:22:39,440 həmin amilləri aradan qaldırmaq mümkündür. Çətindir, amma olar. O amilləri axtarıb üzə çıxarmaq və aradan qaldırmaq lazımdır. 143 00:22:39,920 --> 00:22:44,600 Dövlət qurumlarımızın və rəhbər işçilərimizin görməli olduğu böyük və mühüm işlərdən biri budur. 144 00:22:44,920 --> 00:22:52,800 Müəssisələrin işinə ara verilməsində bir situasiya budur, digər bir situasiya da var, ona yol açan səbəb isə sui-istifadədir. 145 00:22:53,960 --> 00:23:04,440 Bir nəfər bir zavod alır – dövlətdən özəlləşdirir, yaxud necəsə alır – 146 00:23:05,440 --> 00:23:13,880 sonradan baxır ki, o zavodun yerləşdiyi torpaq sahəsindən, ərazidən istifadə etmək onun üçün daha sərfəlidir, 147 00:23:14,480 --> 00:23:23,040 zavodu işlətmək ona sərf etmir, bəhanə tapıb zavodu dayandırır. Bizdə belələri də var, mənim xəbərim var. 148 00:23:24,440 --> 00:23:35,720 Bunlara qarşı da tədbir görmək lazımdır; belələrinə qarşı ciddi tədbir görmək lazımdır. Deyəsən, bir dəfə mən bu barədə elə zəhmətkeşlərlə keçirdiyimiz bu görüşlərdən birində demişdim. 149 00:23:36,600 --> 00:23:48,880 Krediti götürür – tutalım, xammal almaq və ya zavod tikmək üçün – aparıb o pulu 150 00:23:49,200 --> 00:23:57,520 qat-qat gəlirli bir yerdə bina tikməyə xərcləyir. Belələrinə qarşı ciddi tədbir görülməlidir; belə halları araşdırıb üzə çıxarmaq lazımdır; 151 00:23:58,480 --> 00:24:10,440 ədliyyə orqanları, dövlət, cürbəcür strukturlar, təhlükəsizlik orqanları bu işdə məsuliyyət daşıyır. 152 00:24:12,040 --> 00:24:16,520 Məsələ bunda deyil ki, kimsə varlanmaq istəyir və bunun üçün hansısa yoldan istifadə edir. 153 00:24:16,680 --> 00:24:21,560 Biz kiminsə varlanmağının əleyhinə deyilik. Qoy varlansınlar, 154 00:24:22,320 --> 00:24:31,480 amma nəyə görə bunu fəhlə ictimaiyyətini, yoxsul insanları əzib keçərək 155 00:24:31,600 --> 00:24:36,720 etmək istəyirlər? Bunun qarşısı alınmalıdır. 156 00:25:00,320 --> 00:25:09,160 Baxın, burada müxtəlif strukturlar bir-biri ilə zəncirvari şəkildə bağlıdır; banklar, ölkənin bank sistemi, 157 00:25:10,200 --> 00:25:19,160 ixracat və idxalla bağlı qurumlar, sənaye və istehsalatla əlaqəli strukturlar – 158 00:25:19,560 --> 00:25:28,520 bütün bunlar bir-biri ilə əlaqəlidir. Hər biri həm digəri ilə əməkdaşlıq edərək onun işinə dəstək ola, həm də onun işini poza bilər. 159 00:25:29,720 --> 00:25:37,560 Ölkənin makroidarəetmə qurumları bu ikinci halların qarşısını almağa çalışmalıdır. 160 00:25:38,360 --> 00:25:40,800 Hamı bir-biri ilə müsbət əməkdaşlıq etməlidir ki, iş irəli getsin. 161 00:25:41,080 --> 00:25:51,800 Fəhlələrin işinin daha uğurlu alınmasına səbəb olan amillərdən biri də 162 00:25:52,080 --> 00:26:00,200 iranlı fəhlənin əməyinin məhsulu olan malların təbliği, genişləndirilməsidir. 163 00:26:06,000 --> 00:26:12,720 Bu barədə daha sonra danışacağam, yerli malların təbliği barədə mənim deyiləsi sözüm çoxdur, 164 00:26:13,000 --> 00:26:19,000 bir azdan bir neçə cümlə qeyd edəcəyəm. Fəhlənin daha uğurlu əmək fəaliyyəti ilə 165 00:26:19,680 --> 00:26:26,480 məşğul olması üçün tələb olunan şeylərdən biri də onun sağlam mühitdə işləməsidir; 166 00:26:26,680 --> 00:26:33,440 digər bir mühüm məsələ istehsal xərcləri hesablanarkən fəhlələrin əlhaqqına ayrılan payın artırılmasıdır. 167 00:26:35,840 --> 00:26:41,280 Bunu elə planlaşdırmaq olar ki, işəgötürənə də ziyan dəyməsin; 168 00:26:41,400 --> 00:26:52,800 artıq, lüzumsuz xərclərdən azaldılsın, fəhlənin əlhaqqına əlavə olunsun; 169 00:26:53,040 --> 00:26:57,400 bu, həyata keçirilsə, işçilər də işə həvəslənər. 170 00:26:59,320 --> 00:27:05,600 Düzgün metodlar var, bəzi dünya ölkələrinin təcrübəsində də rast gəlinir. 171 00:27:06,360 --> 00:27:19,120 Sevindirici haldır ki, rəsmilrimiz xalqa xidmət etməyi, , doğrudan da, istəyirlər. Biz ölkəmizdə olan iman, həvəs və marağın gücü sayəsində 172 00:27:19,640 --> 00:27:24,360 həmin metodları taparaq bu sferalarda müsbət işlər həyata keçirə bilərik. 173 00:27:26,640 --> 00:27:39,840 Mövzunun digər bir tərəfi işəgötürənlərə olan yanaşmadır. Mən illər öncədən dəfələrlə demişəm ki, 174 00:27:40,520 --> 00:27:46,160 fəhlə və onu işə götürən müəssisə rəhbəri bir-birinə zidd yox, bir-birini tamamlayan elementlərdir. 175 00:27:47,240 --> 00:27:56,040 Marksizm və dialektik marksizm təfəkkürünün əsasında əkslik, ziddiyyət, qarşdurma yatırdı, 176 00:27:56,440 --> 00:28:10,480 İslam və dialektik İslam təfəkkürünün əsasında isə birgə hərəkət etmək, çiyin-çiyinə durmaq, birgə addımlamaq durur. 177 00:28:11,640 --> 00:28:21,000 Fəhlə və işəgötürən cəmiyyətin bir-birinə yardım edə biləcək iki üzvüdür, bir-birinin düşməni, ziddi deyillər; onlar hər birinin 178 00:28:21,240 --> 00:28:30,360 öz hüquqları olan iki həmkardır. Necə olursa-olsun, müəssisə rəhbəri əlindəki sərmayəni, 179 00:28:30,360 --> 00:28:40,760 misal üçün, aparıb hansısa banka qoya, bununla da heç bir başağrı və narahatlıq çəkmədən gəlir əldə edə bilərdi; ola bilsin, qazancı da o müəssisədəkindən daha artıq olardı; 180 00:28:41,880 --> 00:28:46,600 amma belə etməyib, bir müəssisə açaraq yeni iş yerləri yaradıb. Bu, çox yaxşı bir şeydir. 181 00:28:46,920 --> 00:28:52,880 Əgər bu işdə ilahi niyyət də olsa, bu əməlinə görə Allah-taala ona Behişti qarşılıq verəcək. 182 00:28:53,760 --> 00:29:03,720 Mən mömin bir adam tanıyırdım, sadə həyat sürürdü; pulu var idi, amma sadə yaşayırdı; 183 00:29:04,000 --> 00:29:13,560 bir dəfə mənə dedi: “Çoxları mənə deyir ki, dəlisən nəsən, gətirib pulunu bu qədər təhlükəli, 184 00:29:13,920 --> 00:29:23,120 riskli olan, – özü belə deyirdi, – istehsalat sahəsinə qoymusan, apar pulunu qoy banka, 185 00:29:23,280 --> 00:29:32,760 gəlirini götürüb ye. Amma mən deyirəm ki, yox, mən bu puldan ölkənin, istehsalatımızın inkişafı üçün istifadə etməliyəm”. 186 00:29:32,840 --> 00:29:36,160 Lap yaxşı, bu, çox dəyərli bir şeydir. 187 00:29:38,680 --> 00:29:47,680 Burda gözlənməli olan haqlardan biri fəhlələrin müəssisə sahibləri ilə səmimi əməkdaşlığıdır. Bir-birinizlə səmimi bir şəkildə əməkdaşlıq etməlisiniz. 188 00:29:49,400 --> 00:30:00,040 İşəgötürənin haqlarından biri də budur ki, dövlət, əlaqəli icra strukturları onun işini asanlaşdırsın; 189 00:30:00,560 --> 00:30:08,720 bayaq qeyd etdiyim kimi; misal üçün, əlində nağd vəsait yoxdursa, versinlər; xammalı yoxdursa, 190 00:30:09,400 --> 00:30:18,720 zavodu, yaxud maşınları köhnəlibsə, kömək göstərsinlər, əldə etsin. 191 00:30:21,800 --> 00:30:28,720 Müəssisə sahiblərinə yardım etməyin digər bir yolu ixrac üçün zəmin yaratmaqdır. 192 00:30:29,920 --> 00:30:40,240 Əlbəttə ki, eksport fəaliyyətinin özü üçün məhsul sahibi – işəgötürən – özü zəmin yaradır, 193 00:30:40,440 --> 00:30:46,320 amma bunun üçün də dövlət qurumları şərait yaratmalıdır; kömək edə, zəmin yarada bilərlər. 194 00:30:46,320 --> 00:30:55,000 Bu yerdə Xarici İşlər Nazirliyimiz, müxtəlif nazirliklər rol oynaya bilər. 195 00:30:57,640 --> 00:31:05,320 Dövlətin işəgötürənlərə edə biləcəyi yardımlardan biri də 196 00:31:05,840 --> 00:31:11,000 xarici müştəri ilə əlaqə qurarkən onu himayə etməkdir. 197 00:31:11,680 --> 00:31:22,800 Bəzən elə olur ki, iş adamlarımız hansısa məhsulu eksport edir, həmin xarici ölkədə başına oyun açırlar, incidirlər; 198 00:31:23,640 --> 00:31:30,160 bu yerdə dövlətin üzərinə düşən məsuliyyət budur ki, gedib sinəsini sipər etsin, öz iş adamının arxasında dursun, ona yardım etsin, 199 00:31:31,440 --> 00:31:42,400 hansısa ölkədə kimsə – hökumət adamı və ya biznesmen – vəziyyətdən sui-istifadə etmək istəyir deyə bizim iş adamının haqqının pozulmasına imkan verməsin. 200 00:31:43,040 --> 00:31:50,040 Müəssisə sahiblərinə bu kimi yardımları göstərmək olar; onların haqqı bax bunlardır. 201 00:31:52,320 --> 00:32:01,200 Vacib məsələlərdən biri də eksport üçün nəzərdə tutulan məhsulların sağlamlığına və keyfiyyətinə ciddi nəzarət etməkdir. 202 00:32:01,560 --> 00:32:08,680 Bəzi insanlar qeyri-sağlam məhsullar ixrac etməklə ölkənin adını batırırlar. 203 00:32:09,880 --> 00:32:17,400 Həmin məhsul xarici bazarlara çıxanda və keyfiyyətsiz olduğu məlum olanda bu, 204 00:32:17,880 --> 00:32:23,800 ölkənin nüfuzuna zərbə vurur. Təkcə ölkənin nüfuzuna yox, burdan ixrac olunan məhsulların satışına da ziyan vurur. 205 00:32:24,840 --> 00:32:30,520 Sağlamlığa nəzarət olmalıdır. Bunlar vacib məsələlərdir. 206 00:32:33,640 --> 00:32:40,400 İndi keçək daxili istehsal məsələsinə. Mən daxili istehsalın haqqının həddən artıq ciddi tərəfdarıyam 207 00:32:41,720 --> 00:32:49,160 və düşünürəm ki, daxili istehsala müqəddəs bir şey kimi baxılmalı, 208 00:32:49,600 --> 00:32:54,320 daxili istehsala dəstək vermək vacib bir vəzifə hesab edilməlidir. 209 00:32:55,200 --> 00:32:59,520 Daxili istehsala dəstək verməyi hər kəs özünə borc bilməlidir. 210 00:33:02,600 --> 00:33:11,720 Bunun yollarından biri odur ki, daxildə analoqu olan məhsullar xaricdən qətiyyən idxal edilməsin. 211 00:33:12,680 --> 00:33:26,000 Mən bunu dəfələrlə demişəm, rəsmi surətdə idxal edilməsin; qaçaqmalçılıq məsələsi barədə də az sonra danışacağam, bu özü də çox önəmli bir mövzudur. 212 00:33:27,480 --> 00:33:38,240 Üsulları da var; daxildə analoqu olan məhsullarda tarifi artırmaq, yaxud 213 00:33:38,800 --> 00:33:42,920 onların idxalının qarşısını almaq olar. 214 00:33:43,480 --> 00:33:50,800 Əlbəttə, bəhanələr gətirirlər – mən o bəhanələri də bilirəm, eşitmişəm, indi qeyd edəcəyəm də – 215 00:33:51,400 --> 00:33:58,680 amma əsas prinsip daxili istehsala rəvac vermək olmalıdır. Mənə məlumat çatıb ki, 216 00:33:59,000 --> 00:34:04,960 Tehranda – deyəsən, rayonlarda da var – bəzi satış mərkəzləri 217 00:34:05,400 --> 00:34:10,120 yalnız daxili məhsul satacaqları ilə bağlı qayda müəyyən ediblər; elan da yapışdırıblar; 218 00:34:10,640 --> 00:34:19,520 şəklini çəkib mənə gətirmişdilər, gördüm. Böyük bir posterdə elan yazıb vurublar ki, bu ticarət mərkəzində yalnız daxili məhsul satılır. 219 00:34:20,680 --> 00:34:30,080 Bərəkallah! Belə qeyrətli, islahatçı insanlara əhsən! Həmin ticarət mərkəzində nə mal varsa, hamısı daxili istehsalın məhsuludur. 220 00:34:30,640 --> 00:34:40,560 Bunun tam əksi olan ticarət mərkəzləri də var: içəri girirsən, hara baxırsan, xarici mallardır. 221 00:34:41,720 --> 00:34:49,640 Təəssüf ki, belə – özü də böyük – ticarət mərkəzlərindən bəziləri elə hökumət strukturlarının özünündür. 222 00:34:50,360 --> 00:35:00,880 B'li, bəziləri elə hökumət strukturlarının özünündür. Nəyə görə belə edirlər? Belə hallar qınanmalıdır. 223 00:35:02,880 --> 00:35:21,120 Fors eləməkdən ötrü öz fəhlələrimizi işsiz qoyub, xarici ölkələrin fəhlələrinə pul qazandırmaq istəyirsiniz?! 224 00:35:21,440 --> 00:35:28,160 Tanınmış xarici marka məhsulları gətirirlər, bir ovuc pullular, indi-indi əli pula çatmışlar da – 225 00:35:28,400 --> 00:35:35,960 təəssüf ki, ölkəmizdə də onlardan az deyil – xarici marka arxasınca qaçırlar; özləri demişkən, “xarici brend” axtarırlar. 226 00:35:36,240 --> 00:35:38,800 Mənim o “brend” sözündən də çox acığım gəlir. 227 00:36:03,280 --> 00:36:12,080 Xarici malın satışı və istifadəsi cəmiyyətdə dəyərlərə zidd bir davranış hesab olunmalıdır; 228 00:36:12,280 --> 00:36:19,400 yalnız daxildə analoqu olmayan məhsullar istisnadır. Daxildə analoqu yoxdursa, eybi yoxdur, 229 00:36:19,600 --> 00:36:27,920 ətrafımıza hasar çəkməmişik ki! Biz dünya ilə əməkdaşlıq edirik, mübadilə edirik, satırıq, alırıq; 230 00:36:29,760 --> 00:36:35,520 elə də ola bilər ki, hansısa malın ümumiyyətlə daxildə istehsalı sərfəli olmasın – 231 00:36:36,080 --> 00:36:40,560 belə də olur – o halda idxal etməyin eybi yoxdur. 232 00:36:40,960 --> 00:36:48,040 Amma o malın ki, özümüzdə istehsalı var, olmasını istəyirik, bizim fəhləmiz həmin işlə məşğuldur 233 00:36:48,880 --> 00:36:58,880 və əlavə dəyər yaradır, o yerdə bizim öz malımızı kənara qoyub, 234 00:36:59,120 --> 00:37:03,520 yalnız xarici markadır, filan Avropa ölkəsinin 235 00:37:03,840 --> 00:37:10,240 filan məşhur zavod və ya fabrikinin istehsalıdır deyə gedib eyni malı xaricdən və bəzən də qat-qat bahasına alıb gətirib 236 00:37:11,000 --> 00:37:16,000 istifadə etməyimiz dəyərlərə zidd hesab olunmalıdır. 237 00:37:19,160 --> 00:37:26,080 Xarici məhsulların idxalının, qeyd etdiyim kimi, rasional bir şəkildə qarşısını almaq lazımdır. 238 00:37:26,560 --> 00:37:34,960 Mən bu mövzuda ifrata yol verməyin yox, müdrik, tədbirli davranmağın tərəfdarıyam. 239 00:37:35,880 --> 00:37:41,440 Mən demirəm ki, qapıları bağlayıb oturun, yox, deyirəm, diqqətli olun, 240 00:37:42,040 --> 00:37:46,680 baxın görün nəyi idxal etmək lazımdırsa, gətirin, nəyi kənardan gətirmək lazım deyilsə, gətirməyin. 241 00:37:46,920 --> 00:37:54,560 Bilmirəm o Amerika avtomobillərinin idxalı nə məsələdir dillərə düşüb, bəziləri danışır; 242 00:37:55,560 --> 00:38:04,560 Amerika avtomobillərindən heç amerikanlar özləri istifadə etmirdilər; bu barədə Amerika mətbuatında da yazılırdı, görmüşdük; 243 00:38:05,520 --> 00:38:13,040 deyirdilər, yanacaq çox işlədir, ağırdır. Təsəvvür edin ki, 244 00:38:13,040 --> 00:38:19,800 biz Amerikanın, misal üçün, iflasa doğru getməkdə olan filan avtomobil zavodunun məhsulundan istifadə edirik; özü də Amerikanın! 245 00:38:40,480 --> 00:38:51,200 Bunların qarşısını ciddi şəkildə almaq lazımdır. Bunu kim etməlidir? Rəsmilər, möhtərəm nazirlərimiz özləri. 246 00:38:51,480 --> 00:39:00,800 Bilirəm, müəyyən adamlar var, arxadan təzyiq göstərirlər – maddi maraqları var, 247 00:39:01,200 --> 00:39:06,920 xeyir güdürlər, ona görə təzyiq göstərirlər – bu təzyiqlərə qarşı çıxsınlar, qəbul etməsinlər. 248 00:39:07,400 --> 00:39:18,800 Deyirlər, ölkəyə bir neçə milyard dollarlıq kosmetik vasitə gətirilir, bilmirəm, bu, doğrudur, ya yox? 249 00:39:28,680 --> 00:39:32,000 Mən araşdırmamışam, elə bilirəm, siz də bir o qədər dərindən araşdırmış olmazsınız; 250 00:39:37,600 --> 00:39:46,920 əgər doğrudursa, çox pis. Bir neçə milyard dollarlıq kosmetik vasitə idxalı! Özü də bizim ölkəmiz kimi, 251 00:39:47,720 --> 00:39:53,720 belə şeylər üçün bu qədər maneə və problem olan bir ölkədə; 252 00:39:54,680 --> 00:40:04,200 bircə ondan ötrü ki, tutalım, hansısa əli təzəcə pula çatmış varlı bir ailə bunları əldə etmək istəyir. 253 00:40:05,000 --> 00:40:17,880 Eşitdiyimə görə, bəziləri heç sağlam məhsul da deyil. Belə şeylərə qarşı çıxsınlar, mübarizə aparsınlar, imkan verməsinlər. 254 00:40:21,080 --> 00:40:30,880 Problemlərdən biri də qaçaqmalçılıqdır. Dəfələrlə, müxtəlif kabinetlərin zamanında 255 00:40:31,520 --> 00:40:35,160 idxal barədə rəsmilərlə etdiyimiz söhbətlər zamanı mənə deyiblər ki, 256 00:40:35,600 --> 00:40:41,280 əgər biz tarifləri həddən artıq qaldırsaq, yaxud idxalın qarşısını alsaq, həmin məhsul ölkəyə qaçaqmalçılıq yolu ilə gətiriləcək. 257 00:40:42,160 --> 00:40:45,640 Sizcə bu, düzgün bir arqumentdirmi? 258 00:40:48,960 --> 00:40:59,320 Bəli, qaçaqmalçılığın qarşısını ciddi surətdə almaq lazımdır. İndiyə qədər biz qaçaqmalçılıq əleyhinə ciddi tədbirlər görməmişik; 259 00:41:00,200 --> 00:41:05,160 qaçaqmalçılıqla ciddi mübarizə aparmaq lazımdır. Qaçaqmalçılıq deyəndə mən 260 00:41:05,520 --> 00:41:14,200 Bəlucestanda hansısa kasıb bir adamın gedib o tərəfdən çiynində bir şey gətirib bu tərəfə keçirməyini nəzərdə tutmuram; 261 00:41:14,480 --> 00:41:23,400 bunlar elə bir şey deyil, o qədər də əhəmiyyət daşımır; onlara qarşı mübarizə aparılmasa belə, eybi yoxdur. 262 00:41:46,800 --> 00:41:55,360 Mən böyük miqyasda, təşkilatlanmış surətdə gedən qaçaqmalçılığı nəzərdə tuturam. Ölkəyə qaçaqmalçılıq yolu ilə onlarla, yüzlərlə konteyner 263 00:41:56,120 --> 00:42:05,480 müxtəlif mallar gətirilir. Bax bunlara qarşı tədbir görmək lazımdır; biz hökumətik, 264 00:42:06,440 --> 00:42:12,520 gücümüz var, edə bilərik; bunlara qarşı ciddi şəkildə mübarizə aparmalıyıq. 265 00:42:15,200 --> 00:42:24,840 Bir neçə dəfə ciddi tədbir görüləndən sonra ya qarşısı alınacaq, ya da ən azından azalacaq. 266 00:42:26,560 --> 00:42:30,320 Qaçaqmalçılıq ölkə üçün böyük bir bəladır; 267 00:42:32,280 --> 00:42:38,520 bu, dövlət xətti ilə, gömrük yolu ilə gələn idxaldan da qat-qat pisdir: 268 00:42:40,800 --> 00:42:47,240 əvvəla, bu yolla gətirilən malların sağlam məhsul olub-olmadığı məlum deyil, ikincisi, bundan dövlətə heç bir gəlir gəlmir, 269 00:42:47,440 --> 00:42:56,360 üçüncüsü isə idxalla bağlı qeyd edilən irad bura da aiddir, yəni daxili istehsalın bazarını öldürür. 270 00:42:56,720 --> 00:43:06,040 Bunlar heç də kiçik ziyanlar deyil; qaçaqmalçılığın qarşısını ciddi surətdə almaq lazımdır. 271 00:43:07,160 --> 00:43:14,800 Qaçaqmalçılıqla mübarizə mexanizminə ciddi yanaşmaq lazımdır; bu iş üçün ən möhkəm adamlarımızı təyin etməliyik; 272 00:43:15,840 --> 00:43:19,880 alınacaq da; şəxsən mən belə düşünürəm ki, alınacaq; 273 00:43:21,600 --> 00:43:30,800 ya qarşısı alınacaq, ya da tamamilə qarşısı alınmasa belə, önəmli dərəcədə azalacaq. 274 00:43:31,720 --> 00:43:35,120 Bu, çox vacib bir məsələdir. 275 00:43:36,320 --> 00:43:44,960 Mənim əlaqədar rəsmilər – istər Kənd Təsərrüfatı və Sənaye Nazirləri, 276 00:43:44,960 --> 00:43:51,880 istərsə də bəzi digər hökumət rəsmiləri ilə görüşlərimiz zamanı dəfələrlə müzakirə etdiyim 277 00:43:52,200 --> 00:44:02,760 digər bir mühüm məsələ də var: bəzən hansısa məhsulların ölkə daxilində istehsalı mümkün olduğu halda, 278 00:44:03,560 --> 00:44:11,400 onların xaricdən idxal edilməsindən böyük məbləğdə gəlir əldə edən bəzi insanlar bunun qarşısını alırlar. 279 00:44:12,680 --> 00:44:20,840 Əgər alınsa, rüşvətlə – yoldaş, al bu pulu, bu zavodu dayandır, yaxud tikmə – 280 00:44:21,200 --> 00:44:29,680 əgər razılaşmadısa, hədələməklə, cinayətlə. 281 00:44:30,920 --> 00:44:41,160 Mən ayrı-ayrı məhsulların adını çəkmək istəmirəm; elə mallar tanıyıram ki, onları daxildə istehsal etmək üçün imkanlar var, 282 00:44:41,520 --> 00:44:47,080 amma bir qrup adam bu malların idxalından mənfəət götürür deyə 283 00:44:48,040 --> 00:44:57,280 ölkədə istehsalına imkan vermirlər. Əlində sərmayəsi olan bir sahibkar gəlir, ölkədə geniş istifadə olunan 284 00:44:57,480 --> 00:45:06,200 hansısa məhsulun istehsalına təşəbbüs göstərir, gedib ona deyirlər ki, cənab, sən bu malı istehsal etmə! 285 00:45:06,600 --> 00:45:16,960 Al bu 10 milyardı, 30 milyardı, amma o malı istehsal etmə! Bu halda ya qarşı tərəf onların dediyi ilə razılaşıb işini rahat edir, 286 00:45:17,080 --> 00:45:22,840 ya da əgər razılaşmırsa, təzyiq göstərib onun üçün cürbəcür problemlər yaradırlar, 287 00:45:23,160 --> 00:45:32,560 yoluna qanunlardan müxtəlif maneələr çıxarırlar, yaxud bir yolla cinayətə əl atıb həmin insana zərbə vurur, peşman edirlər. 288 00:45:33,640 --> 00:45:37,800 Bunlar heç də adi məsələlər deyil, təhlükəsizliklə bağlı olan çox önəmli məsələlərdir; 289 00:45:38,880 --> 00:45:45,840 bunlara sadə baxmaq olmaz. Qaçaqmalçılıq da bu qəbildəndir; 290 00:45:46,960 --> 00:45:53,120 qaçaqmalçılıq daxili istehsal üçün öldürücü zəhərə bərabərdir. 291 00:45:54,520 --> 00:45:57,680 Digər bir mühüm məsələ ən son texnologiyalardır. 292 00:45:58,040 --> 00:46:07,960 Bəzən biz deyirik ki, filan məhsulun ölkə daxilində istehsalı mövcud olduğu halda, nə üçün xaricdən gətirirsiniz? 293 00:46:08,200 --> 00:46:16,640 Cavab verirlər ki, bizdəki texnologiyalar köhnəlib, bu gün dünya dəyişib, 294 00:46:17,360 --> 00:46:23,080 ortaya yeni işlər, yeni texnologiyalar çıxıb, buna görə də xaricdən idxal etməyə məcburuq. 295 00:46:24,440 --> 00:46:32,480 Mənim də bu sözə cavabım var. Əlbəttə ki, mən idxalın əleyhinə deyiləm; 296 00:46:33,840 --> 00:46:40,120 mən idxalın, xüsusilə də texnologiyaların idxalının qətiyyən əleyhinə deyiləm. Mən özüm bu ölkənin prezidenti olmuşam, 297 00:46:40,480 --> 00:46:46,480 icraiyyə məsələləri ilə əlaqəm olub, bilirəm; eybi yoxdur, bəzən lazım olur, 298 00:46:46,680 --> 00:46:59,080 amma qədərində. Harada bir əksiklikləri olursa, “Daxili sənayenin texnologiyaları geridə qalıb” – deyirlər. 299 00:46:59,360 --> 00:47:11,400 Yaxşı, bəs bizim ölkəmizdə bu qədər düşünən beyinlər var! O beyinlər ki, 300 00:47:11,960 --> 00:47:21,760 2000 km məsafə qət edib 10 metrdən də az yanlışlıqla hədəfə vuran raketlər istehsal edir! Bu, balaca bir şey deyil! 301 00:47:46,280 --> 00:47:50,920 (Mən yalnız misal çəkmək istədim; raketlərin adı gələn kimi gənclər həyəcanlandılar). 302 00:47:52,360 --> 00:47:58,280 Demək istədiyim odur ki, düşmənlərimizi belə gördükləri işin əhəmiyyətini etiraf etməyə 303 00:47:58,840 --> 00:48:06,840 məcbur edəcək raketlər istehsal edən o beyinlər məgər 100 kilometrə, 304 00:48:07,480 --> 00:48:18,960 tutalım, 13 litr yanacaq işlədən bir avtomobilin yanacaq sərfiyyatını 5 litrə endirə bilməz? Bunu reallaşdıra bilməz? 305 00:48:20,440 --> 00:48:29,120 O beyin bunu etməkdə aciz qalar? Nəyə görə gənclərə müraciət etmirsiniz? 306 00:48:30,160 --> 00:48:36,000 Nəyə görə bu yaradıcı beyinlərə müraciət etmirsiniz? Nə üçün onlardan kömək almırsınız? 307 00:48:37,280 --> 00:48:44,240 Mən neçə ildir ki, sənaye müəssisələri ilə universitetlərin əməkdaşlıq etməli olduğunu vurğulayıram; 308 00:48:44,800 --> 00:48:49,160 sənaye ilə universitetlərin əməkdaşlığının nəticəsi bax bu məqamda ortaya çıxır. 309 00:48:49,880 --> 00:48:57,960 Sənaye universitetlərə kömək edir ki, onun üçün yeni metodlar yaradıb təqdim etsinlər; 310 00:48:58,200 --> 00:49:05,840 həm bu, xeyir götürsün, həm də o. Sənayeni universitetlərlə, elm adamları ilə əlaqələndirin. 311 00:49:06,560 --> 00:49:18,120 Sevindirici haldır ki, hazırda elmi əsaslı şirkətlər sahəsində bir çox işlər həyata keçirilir 312 00:49:18,640 --> 00:49:24,680 və iranlı gənclərin işləmək bacardığını müşahidə edirik. Elə burda – bu hüseyniyədə mənim üçün sərgi təşkil etmişdilər, 313 00:49:25,280 --> 00:49:33,680 gəlib baxdım; bir qrup oğlan uşağı – 314 00:49:34,720 --> 00:49:39,760 məktəb şagirdləri – birlikdə işləmişdilər. 315 00:49:40,840 --> 00:49:45,760 Gəlib soruşdum, siz hansı işləri görmüsünüz? Biri dedi mən bunu istehsal etmişəm, o biri dedi mən onu istehsal etmişəm; 316 00:49:46,320 --> 00:49:50,000 məktəb uşaqları! Bax bizim intellektimiz budur, 317 00:49:50,520 --> 00:49:57,400 bizdəki insan kapitalı budur! Nəyə görə biz bu insan kapitalından istifadə etməyib, 318 00:49:57,920 --> 00:50:06,800 təkcə ən son texnologiya ilə istehsal olunub deyə xarici avtomobillərin arxasınca qaçmalıyıq? Gəlin biz də o ən son texnologiyanı ölkəmizdə yaradaq. 319 00:50:06,960 --> 00:50:11,480 Mən bir çox misallar gətirə bilərəm, amma demək istəmirəm, demək olmaz; 320 00:50:12,360 --> 00:50:22,760 bəziləri öz aramızda qalmalıdır, açıqlanmamalıdır. Əgər siz gənclərimizin haralarda, hansı sferalarda 321 00:50:23,120 --> 00:50:28,360 necə böyük işlər həyata keçirdiyini bilsəydiniz, doğrudan da, heyrətlənərdiniz; 322 00:50:29,000 --> 00:50:33,960 bizdə belələri çoxdur, mənim də bu haqda kifayət qədər məlumatım var; 323 00:50:34,760 --> 00:50:43,000 bunlardan istifadə edək. Texnologiyalarımızın köhnə olması idxal üçün bəhanə olmamalıdır. 324 00:50:44,280 --> 00:50:50,800 Mənim demək istədiklərim bunlar idi. Mən ölkəmizin fəhlə və zəhmətkeşlərinə də, 325 00:50:51,680 --> 00:51:00,000 sahibkarlarına da, müəssisə rəhbərlərinə də, hökumət adamlarına da – hamısına nikbin yanaşıram; 326 00:51:01,400 --> 00:51:08,000 heç kimə qarşı bədbin deyiləm. İntəhası işlər hansısa məqamda axsayır; 327 00:51:08,600 --> 00:51:15,120 baxın görün bu axsama harada baş verir, nəyə görə baş verir, problem nədədir. 328 00:51:17,200 --> 00:51:27,000 Təsəvvür edin ki, siz bir neçə qalın boru ilə böyük bir hovuza elə hey su tökürsünüz, amma o, heç vaxt ağzına qədər dolmur; 329 00:51:27,400 --> 00:51:35,720 bir ətrafına dolanın, baxın görün harasında bir çat, yarıq var ki, su ordan sızır, ona görə də dolmur; 330 00:51:37,760 --> 00:51:44,040 rəsmilər bir axtarıb bu şeyləri tapsınlar. 331 00:51:44,360 --> 00:51:50,240 Əzizlərim! Ölkəmiz irəli gedə bilər. Mən dönə-dönə deyirəm, İslam sivilizasiyasından, 332 00:51:51,040 --> 00:51:56,320 ölkəmizin İslam sivilizasiyasının zirvəsində yer tuta biləcəyindən danışıram. 333 00:51:56,480 --> 00:52:02,880 Bu təkcə şüarçılıq, özünü öymək deyil, ölkənin reallıqlarını nəzərə alaraq deyilən sözlərdir. 334 00:52:05,240 --> 00:52:11,640 Biz edə bilərik, bacararıq; iqtisadiyyatımızı inkişaf etdirə bilərik, sənayemizi inkişaf etdirə bilərik, kənd təsərrüfatımızı inkişaf etdirə bilərik, 335 00:52:12,160 --> 00:52:18,280 zəruri sahələrdə özünütəminetməyə nail ola bilərik; 336 00:52:19,440 --> 00:52:29,160 rəsmilər səy göstərməlidirlər. Çıxışımın əvvəlində də qeyd etdiyim kimi, vəzifə məsuliyyəti daşıyan hər kəs tutduğu postun haqqını verərək 337 00:52:30,680 --> 00:52:35,600 lazımi səviyyədə çalışıb səy göstərməlidir. Əlbəttə, düşmənimiz var və o, öz düşmənçiliyini edir. 338 00:52:36,520 --> 00:52:40,440 Biz şüşə kimi hamarlanmış asfalt yolla getmirik; 339 00:52:41,080 --> 00:52:48,400 qarşımıza daim maneələr, əngəllər çıxarırlar. Bunu kimlər edir? Başda Amerika və sionizm olmaqla düşmənlərimiz. 340 00:53:12,080 --> 00:53:18,240 İşlərimizə pəl vururlar, hiylə qururlar, hələ bir istəyirlər də ki, biz bunu anlamayaq. 341 00:53:18,520 --> 00:53:24,680 Hərdən hətta uzaqdan gileylənirlər də ki, “nəyə görə bizə bədbin yanaşırsınız?” 342 00:53:25,200 --> 00:53:32,200 Bədbin yanaşmalı olduğumuz şeyləri görürük də, gözümüzü bağlaya bilmərik ki! 343 00:53:32,480 --> 00:53:41,040 Hazırda ölkəmizin bank əməliyyatlarında bir problem yaşanır, bunu bütün rəsmilər deyir. 344 00:53:41,560 --> 00:53:54,720 Bank mübadilələri vasitəsi ilə həyata keçirilən bütün əlaqələr, işlər hazırda çox böyük çətinliklə üzləşib, zəhmətlə reallaşır. Nəyə görə? 345 00:53:55,560 --> 00:54:01,840 Deyirlər ki, dünyanın böyük bankları razılıq vermir. Yaxşı, nəyə görə? Dərdləri nədir? 346 00:54:01,840 --> 00:54:06,520 Banklar elə ona görə yaranıb ki, qarşılıqlı əməkdaşlığı təmin etsin. 347 00:54:06,760 --> 00:54:18,120 Dünyanın hansısa böyük və məşhur bankı nəyə görə bu qədər sərvəti və 80 milyonluq bazarı olan bir ölkə ilə əməkdaşlıq etmək istəməsin ki? 348 00:54:18,120 --> 00:54:22,760 Ortada bir əngəl olan var; əngəl olan kimdir? Amerika. 349 00:54:26,000 --> 00:54:34,240 Mən azı-çoxu 100 dəfə demişəm ki, Amerikaya inanmaq olmaz; indi hər şey tam aydın olur. 350 00:54:54,640 --> 00:54:59,440 Kağız üzərində yazırlar ki, qoy banklar gedib İranla əməkdaşlıq etsin – 351 00:54:59,880 --> 00:55:10,600 hansı ki bu, yalnız kağız üzərindədir, heç bir real dəyəri yoxdur – əməldə isə bankların canına elə qorxu salırlar ki, yaxın gələ bilməsinlər; iranafobiya. 352 00:55:12,960 --> 00:55:17,840 Deyirlər ki, İran terrorçu ölkədir 353 00:55:18,680 --> 00:55:26,600 və ola bilsin, terrorçu davranışlarına görə biz bu ölkənin üzərinə sanksiya qoyduq. 354 00:55:27,000 --> 00:55:35,560 Bu nə deməkdir? Bu, banklara verilən mesajdır ki, diqqətli olun, İrana sanksiya tətbiq oluna bilər, yaxın getməyin. 355 00:55:37,920 --> 00:55:43,400 Kağız üzərində “banklar, gedin əməkdaşlıq edin” yazırlar, təlimat göndərirlər, 356 00:55:43,680 --> 00:55:47,240 amma reallıqda elə edirlər ki, banklar irəli getməyə cürət etməsin, 357 00:55:47,480 --> 00:55:54,360 xarici investorlar gəlib bura investisiya qoymağa ürək etməsin. Faktiki olaraq bunu edirlər. 358 00:55:54,520 --> 00:55:57,520 Özləri bütün terrorçulardan betərdirlər; 359 00:55:58,760 --> 00:56:04,160 özləri adlı-sanlı terrorçulara kömək ediblər, 360 00:56:04,320 --> 00:56:10,640 bizdə olan məlumata görə, hazırda da kömək etməkdədirlər, sonra da İrana terrorçu deyirlər. 361 00:56:12,200 --> 00:56:22,120 Qarşı tərəf – amerikalılar – deyir ki, investorların gedib İrana sərmayə qoymaq istəməməyinin səbəbi 362 00:56:22,120 --> 00:56:30,320 bu ölkənin daxili vəziyyətidir. İranın daxili vəziyyətinə nə olub ki?! Bu regionda İrandan daha təhlükəsiz ölkə hansıdır? 363 00:56:30,640 --> 00:56:38,280 Amerikanın özü burdan daha təhlükəsizdir? Elə özlərinin yaydığı statistikaya görə, Amerikada hər gün bir neçə nəfər 364 00:56:38,560 --> 00:56:44,560 terror nəticəsində qətlə yetirilir. O Amerika burdan təhlükəsizdir? 365 00:56:45,440 --> 00:56:53,520 O xalq etirazlarının, iqtisadi problemlərin, fəhlə çıxışlarının olduğu Avropa ölkələri burdan – birlik və təhlükəsizliyin olduğu 366 00:56:54,920 --> 00:56:58,320 İran kimi bir ölkədən daha stabil və təhlükəsizdir? 367 00:56:59,360 --> 00:57:11,040 Düşmənlərin iddialarının tam əksinə və onlara göz dağı olaraq, İranın daxili vəziyyəti çox yaxşıdır. 368 00:57:33,480 --> 00:57:44,400 Amerika rəsmiləri “İrana qarşı sanksiyalar sistemi ortadan qaldırılmayıb” deyir, 369 00:57:45,000 --> 00:57:54,520 bunun mənası nədir? Mənası odur ki, xarici investorlar qorxub yaxına gəlməsin; bunlar iranafobiyanı yayırlar. 370 00:57:55,240 --> 00:58:01,520 İnsanları açıq-açığına İrandan qorxudurlar ki, 371 00:58:01,880 --> 00:58:08,000 heç kəs yaxına gəlməsin. Bizim belə bir düşmənimiz var 372 00:58:08,400 --> 00:58:16,280 və biz gördüyümüz hər bir işdə bu düşmənin varlığını nəzərə almalıyıq. 373 00:58:17,160 --> 00:58:23,560 Bu düşmən 37-38 ildir ki, var, amma buna baxmayaraq biz irəli getmişik. Mən deyərdim ki, 374 00:58:24,880 --> 00:58:32,800 hələ bundan sonra 100 il də o düşmən düşmənliyində qalsa, onlara göz dağı olaraq, biz daha 100 il də irəli gedəcək, inkişaf edəcəyik. 375 00:58:54,640 --> 00:59:00,120 Amerika düşməndir; biz bunu üzə vursaq da, vurmasaq da, düşməndir; 376 00:59:00,600 --> 00:59:07,480 istər mən öz çıxışlarımda bunu dilə gətirib deyim, istərsə də deməyim. 377 00:59:08,480 --> 00:59:16,280 Mənə deyirlər ki, siz niyə elə “düşmən, düşmən” deyə təkrar edirsiniz? Tutaq ki, mən düşmən demədim, bununla düşmənçilik qurtaracaq? 378 00:59:16,760 --> 00:59:26,720 Düşmən düşməndir; o, bu ümummilli hərəkatın, inqilabın, hökumət quruluşunun özünün əleyhinədir. 379 00:59:27,400 --> 00:59:35,200 Vaxt var idi ki, Amerika bu ölkədə hər işin ağası idi, bu gün isə burda heç səfirliyi də yoxdur. 380 00:59:36,080 --> 00:59:43,560 Çünki hakimiyyətə İslam dövləti gəlib. Elə ona görə də İslam dövlətinin əleyhinədir və əvvəlki vəziyyətin yenidən bərpa olunmasını istəyir. 381 00:59:44,840 --> 00:59:53,760 Deyirlər ki, “pəncərələri açın”; öz bayram mesajında o cənab 382 00:59:54,120 --> 00:59:59,200 İran şairlərindən birindən bir sitat gətirərək deyib ki, “pəncərələrinizi açın”. 383 00:59:59,360 --> 01:00:05,000 Mən eşidəndə dedim, hə, pəncərələri açın ki, qapıdan qovduğunuz biz 384 01:00:06,760 --> 01:00:10,520 pəncərədən gələk; pəncərələri açın ki, biz rahatca içəri girə bilək! 385 01:00:12,920 --> 01:00:21,640 Rəsmilər – hökumət nümayəndələri, icraedici hakimiyyətin rəsmiləri, parlamentdə, məhkəmə hakimiyyətində, 386 01:00:21,640 --> 01:00:27,640 cürbəcür inqilabi qurumlarda təmsil olunan rəsmilər, eləcə də sadə xalqın nümayəndələri bir şeyə diqqət yetirsinlər: 387 01:00:28,360 --> 01:00:35,720 biz məzlumuq, zülmə məruz qalırıq, amma güclüyük; rəhbərimiz, imamımız Əmirəlmöminin kimi. 388 01:00:37,160 --> 01:00:43,720 Əmirəlmöminin ən məzlum, amma ən güclü idi. 389 01:01:17,120 --> 01:01:24,120 Biz öz qədrimizi bilsək, gücümüzü, nəyə qadir olduğumuzu bilsək, 390 01:01:24,280 --> 01:01:32,120 bu gücdən ən yaxşı, ən humanist, İslama ən uyğun şəkildə istifadə etsək, 391 01:01:32,480 --> 01:01:39,480 bütün bu maneələrə üstün gələrik. Bəli, yolumuz hamar deyil, 392 01:01:39,960 --> 01:01:46,600 amma bizim daşlıqda da irəli getmək üçün gücümüz var. Xoşbəxtlikdən, bu gün getdiyimiz yol heç daşlıq da deyil; 393 01:01:46,840 --> 01:02:08,080 inqilabın əvvəllərində belə idi. Bu gün rəsmilərimiz və xalqımız öz gücümüzə arxalanmağa önəm verməlidirlər. 394 01:02:08,560 --> 01:02:16,400 Bir neçə gündən sonra – yəni 2 gündən sonra – ölkəmizin bəzi şəhərlərində seçkilər olacaq; 395 01:02:17,120 --> 01:02:22,200 seçkilərə önəm verin, seçkilərə qatılın, 396 01:02:23,240 --> 01:02:28,240 seçkini buraxmayın. Seçki önəmlidir. 397 01:02:29,560 --> 01:02:36,880 Mən əziz xalqımıza dəfələrlə üz tutub demişəm– həm bu isfənd ayında baş tutan seçkilərdə, həm də daha əvvəl ölkədə keçirilmiş 398 01:02:37,160 --> 01:02:41,680 parlament və ya prezident seçkilərində – 399 01:02:42,320 --> 01:02:50,440 dönə-dönə təkrar etmişəm ki, seçkidə iştirak etsinlər. Seçicilərin seçkidə iştirakı həlledici bir məsələdir. 400 01:02:51,160 --> 01:02:59,880 Bəziləri buna önəm vermir. Siz seçki məntəqəsinə gəlməsəniz, o emosiyaları, 401 01:03:00,120 --> 01:03:09,400 o meyli, o həvəs və marağı, iradəni seçki qutusuna ötürməsəniz, iş çətinləşəcək. 402 01:03:10,880 --> 01:03:19,400 Seçkilərə qatılın; seçkilərin ikinci etapının əhəmiyyəti birincidən heç də az deyil. 403 01:03:19,400 --> 01:03:25,200 Mən orda necə “Hamının seçkidə iştirak etməsi lazımdır” – deyirdimsə, eynilə burda da deyirəm ki, hamı seçkiyə qatılmalıdır 404 01:03:25,640 --> 01:03:30,920 Uca Yaradandan da kömək istəyin və inşallah, Allah-taala hamınıza yardımçı olacaq. 405 01:03:31,120 --> 01:03:32,360 Allahın salamı və rəhməti nəsibiniz olsun.