1 00:00:16,800 --> 00:00:18,440 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:19,840 --> 00:00:22,200 الحمدلله ربّ‌العالمين 3 00:00:24,040 --> 00:00:30,120 و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 4 00:00:40,080 --> 00:00:43,800 و علي ءاله الطّيّبين الطّاهرين المعصومين 5 00:00:46,560 --> 00:00:52,840 سيّما بقيّةالله في‌الارضين و علي صحبه المنتجبين 6 00:00:56,560 --> 00:01:02,200 Əziz qardaş və bacılar, sizin hamınızı, 7 00:01:05,520 --> 00:01:10,480 xüsusilə də möhtərəm rəsmiləri, 8 00:01:12,480 --> 00:01:28,120 həmçinin qonaqlarımızı, yəni müsəlman ölkələrinin səfirlərini mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm. 9 00:01:32,320 --> 00:01:40,080 Həmçinin bütün İran xalqını və dünyanın bütün müsəlmanlarını təbrik edirəm. 10 00:01:43,560 --> 00:01:49,320 Ümidvaram ki, Allah-taala – bayaq oxuduğumuz duada da deyildiyi kimi: 11 00:01:50,080 --> 00:01:53,120 اَلَّذي جَعَلتَهُ لِلمُسلِمينَ عيداً 12 00:01:55,320 --> 00:01:59,880 – bütün müsəlmanlara bu günü bayram əhval-ruhiyyəsində, bayram sevinci içində yaşamağı nəsib edəcək. 13 00:02:05,480 --> 00:02:16,960 Təəssüflər olsun ki, hazırda bu, belə deyil. Bu gün İslam dünyasında sıxıntılar, problemlər həddən artıq çoxdur. 14 00:02:20,240 --> 00:02:34,120 İslam dini müsəlman birliyi, müsəlman qardaşlığı məsələsini həddən ziyadə vurğulayır; 15 00:02:40,400 --> 00:02:44,640 حتّي در اعتصام به حبل‌الله 16 00:02:45,920 --> 00:02:48,600 hətta Allahın ipindən – dinindən yapışmaqda da. 17 00:02:50,880 --> 00:03:01,000 Bunu tək-tək də etmək olar, amma İslam dini belə tövsiyə etmir. 18 00:03:01,480 --> 00:03:10,440 “Hamılıqla Allahın ipinə (dininə, Quranına) möhkəm sarılın və firqələrə bölünüb bir-birinizdən ayrılmayın” (“Ali-İmran” surəsi, 103-cü ayədən) – deyir, bir olun deyir. 19 00:03:15,760 --> 00:03:27,800 Bu qədər təkidə, bu qədər tövsiyəyə baxmayaraq, bu gün, təəssüflər olsun ki, biz müsəlmanlar bu göstərişə əməl etmirik. 20 00:03:30,040 --> 00:03:32,440 Nəticəsini də özünüz görürsünüz. 21 00:03:36,120 --> 00:03:50,800 Mən üzümü bütün ölkələrdə yaşayan müsəlmanlara, özəlliklə də din alimlərinə, ziyalılara, dövlət rəsmilərinə, siyasətçilərə, 22 00:03:51,560 --> 00:04:03,280 üzdə olan, tanınmış insanlara tutub deyirəm ki, bu konfliktlərdə 23 00:04:03,600 --> 00:04:11,040 İslam ümmətinin düşmənlərinin xain əllərini görsünlər, sezsinlər. 24 00:04:13,520 --> 00:04:24,520 Bu konfliktlər, bu ikitirəlik təbii deyil, süni şəkildə, qəsdən ortaya atılıb. 25 00:04:27,440 --> 00:04:37,560 Müsəlmanların özünə qalsa, onlar dinc şəraitdə yanaşı yaşaya bilərlər. Təcrübə də göstərir ki, 26 00:04:39,280 --> 00:04:43,820 düşmənin vəsvəsəsi, hiyləsi, 27 00:04:45,020 --> 00:04:51,600 xəbis planları ortada olmadıqda müsəlmanlar rahat şəkildə birgə yaşayıblar. 28 00:04:52,360 --> 00:04:55,880 Bunu biz öz ölkəmizdə də, İraqda da, 29 00:04:56,450 --> 00:04:59,520 başqa müsəlman ölkələrində də müşahidə etmişik. 30 00:05:02,980 --> 00:05:08,920 Bu konfliktləri İslam dünyasına qəsdən yeridirlər. Nə üçün? 31 00:05:09,480 --> 00:05:21,280 Çünki bu konfliktlər böyük dövlətlərin mənafeyini təmin edir. Onlar İslam ümmətinin bir olmasını istəmirlər. 32 00:05:22,560 --> 00:05:25,080 Bu möhtəşəm gücün 33 00:05:26,170 --> 00:05:35,320 dünyanın super-gücləri arasında baş qaldırmasını, özünü göstərməsini istəmirlər; istəmirlər. 34 00:05:39,280 --> 00:05:47,280 Əgər İslam ümməti bir yumruqda birləşsəydi, diqqətini müştərək cəhətlərinə yönəltsəydi, 35 00:05:47,840 --> 00:05:57,600 müsəlmanların bu möhtəşəm say göstəricisi, müsəlman ölkələrinin regionlardakı həssas coğrafi mövqeyi, 36 00:05:59,840 --> 00:06:06,000 bu yeraltı resurs və ehtiyatları, təbii sərvətləri və insan potensialı ilə, 37 00:06:07,560 --> 00:06:17,480 heç şübhəsiz, dünya siyasəti arenasında özünəməxsus bir qüvvə olardı. 38 00:06:19,240 --> 00:06:29,000 Əgər biz bir yumruqda birləşə bilsəydik, dünyanı belə bir təzahür bürüyərdi. Onlar isə bunun baş verməsini istəmirlər. 39 00:06:31,400 --> 00:06:39,800 Bu regiona konflikt salmaq , region ölkələrinin başını daxili problemlərinə qatmaq üçün 40 00:06:41,080 --> 00:06:47,480 gətirib İsrail rejimini bura salıblar. 41 00:06:51,960 --> 00:07:03,960 Bir məqama diqqət yetirmək lazımdır ki, xalqlar İsrail rejiminə müqavimət göstərdi, onun qarşısında təslim olmadı. 42 00:07:05,240 --> 00:07:16,800 İsrail rejiminin İngiltərə, daha sonra isə Amerikanın kömək və havadarlığı ilə 43 00:07:18,120 --> 00:07:30,080 bu regionda öz maddi gücünü günü-gündən durmadan artırdığı bu onilliklər ərzində müsəlman dövlətləri arasında 44 00:07:30,680 --> 00:07:40,360 bəzi zəif dövlətlər və yaramaz insanlar sionistlərə tərəf meyillənməyə başladı. 45 00:07:42,080 --> 00:07:51,240 Müsəlman dövlətlərindən çoxu və İslam dünyasının bəzi siyasətçiləri, 46 00:07:52,040 --> 00:08:01,920 o cümlədən elə bizim öz ölkəmizdə hakimiyyətdə olmuş keçmiş üzdəniraq rejim və bəzi digərləri 47 00:08:02,600 --> 00:08:09,320 qəsbkar, işğalçı, təcavüzkar, adamöldürən, işğalçılıq hesabına “Nildən Fərata qədər” ideyası ilə 48 00:08:11,080 --> 00:08:18,240 öz ərazisini genişləndirmək niyyətində olan sionistlərlə, 49 00:08:19,000 --> 00:08:30,800 belə bir dövlətlə əlaqəyə girib ortada olan düşmənçiliyə tamamilə göz yumdular. Xalqlar isə yox; 50 00:08:32,720 --> 00:08:46,000 xalqların qəlbində işğalçı sionistlərə və İsrail dövlətinə qarşı daim bir nifrət hissi dalğalandı. 51 00:08:48,400 --> 00:08:59,120 Bu məsələdə xalqlar dövlətlərin yolu ilə getmədilər. Və əlbəttə ki, bu, Amerikadan asılı, 52 00:09:00,320 --> 00:09:07,240 İsraillə canbirqəlb olan dövlətlər üçün dözülməz bir şey idi. 53 00:09:07,600 --> 00:09:15,080 Bunun üçün nə etdilər? Vətəndaş müharibələrinə rəvac verdilər. 54 00:09:15,280 --> 00:09:26,280 Bizi bir-birinin canına salmaq üçün, xalqları üz-üzə qoymaq üçün 55 00:09:27,960 --> 00:09:41,240 sünnilərlə şiələr arasına bu davaları saldılar, 56 00:09:41,800 --> 00:09:47,800 “Əl-qaidə”, İŞİD və s. bu kimi cinayətkar təşkilatları yaratdılar. 57 00:09:50,680 --> 00:09:57,680 Bu da onların xain və təcavüzkar əllərinin işidir. 58 00:10:00,280 --> 00:10:07,000 Bəzi amerikalılar İŞİD-in yaradılmasında, genişləndirilməsində, 59 00:10:07,760 --> 00:10:14,600 kök salıb möhkəmlənməsində rolları olduğunu, bu gün də onları himayə etdiklərini 60 00:10:17,680 --> 00:10:24,880 öz xatirat kitablarında da qeyd ediblər. Hazırda İŞİD əleyhinə koalisiya yaradılıb. Mənə qalsa, bunun, doğrudan da, İŞİD əleyhinə bir koalisiya olduğuna inanmıram, 61 00:10:25,680 --> 00:10:28,620 amma lap tutaq ki, 62 00:10:28,740 --> 00:10:35,650 bu məqsədlə yaradılıbsa da, məgər təkcə İŞİD-dir? 63 00:10:39,280 --> 00:10:49,080 Müsəlman ölkələrinin ətrafında göydəndüşmə pullar hesabına cürbəcür adlar altında cürbəcür qruplaşmalar 64 00:10:49,480 --> 00:10:58,280 fəaliyyət göstərir, işləyir, terrora rəvac verir, partlayışlar törədir, insanları qətlə yetirir, 65 00:10:59,040 --> 00:11:06,720 küçə-bazarda, meydanlarda, məscidlərdə günahsız insanların qanını tökür. 66 00:11:08,240 --> 00:11:18,880 Xalqları məşğul ediblər, başlarını qarışdırıblar; sünnini şiənin əleyhinə, şiəni sünninin əleyhinə. 67 00:11:21,240 --> 00:11:29,280 Bu tərəfdən də aqresiv, ifratçı, sözünə sərhəd qoymayan bir qrup adam yetişdirirlər, 68 00:11:29,920 --> 00:11:36,400 pul gücünə bu işlərə vadar edirlər, qarşılıqlı olaraq o tərəfdən də müəyyən bir qrupu 69 00:11:38,320 --> 00:11:45,720 bu ruhda kökləyirlər ki, bir-birinin üstünə düşüb vuruşsunlar; hərəsinin də arxasında böyük bir kütlə var. 70 00:11:46,240 --> 00:11:53,800 Sionistlər üçün bundan yaxşı nə ola bilər? İsrail dövləti üçün bundan gözəl nə ola bilər? 71 00:11:55,160 --> 00:12:01,440 Gəlin ayılaq! Regionda nələr baş verdiyini dərk edək! 72 00:12:05,440 --> 00:12:17,080 İmperialist dövlətlər bu regionda xain siyasət yürüdür; bu, açıq-aşkardır. 73 00:12:18,240 --> 00:12:21,640 Onlar İraqda seçki nəticəsində, 74 00:12:22,280 --> 00:12:29,120 əksəriyyətin rəyi ilə hakimiyyətə gəlmiş demokratik hökuməti yıxmaq siyasəti güdürlər. 75 00:12:29,800 --> 00:12:34,520 İstədikləri budur; zəiflətsinlər, boşluq yaratsınlar, işləməyə qoymasınlar. 76 00:12:37,320 --> 00:12:44,480 Və ölkədə şiələrlə sünniləri üz-üz qoysunlar. Biz İraqı hələ bu hadisələr başlamamışdan əvvəl də görmüşük. 77 00:12:44,600 --> 00:12:49,840 Şiələrlə sünnilər birgə yaşayırdılar, bir-birindən qız alıb, qız verirdilər, 78 00:12:52,800 --> 00:12:57,840 bu gün isə üz-üzə durmalıdırlar, bir-birinə silah çəkməlidirlər! 79 00:13:01,440 --> 00:13:05,020 Bunların sonuncu hədəfi isə İraqı parçalamaqdır. 80 00:13:05,080 --> 00:13:07,480 Bizim siyasətimiz bunun tam əksinədir. 81 00:13:08,920 --> 00:13:16,600 Biz inanırıq ki, İraqda seçki nəticəsində hakimiyyətə gəlmiş dövləti möhkəmləndirmək, 82 00:13:17,320 --> 00:13:24,320 daxili konfliktlərə yol açan ünsürlərə qarşı mübarizə aparmaq, müqavimət göstərmək, 83 00:13:25,240 --> 00:13:28,320 İraqın ərazi bütövlüyünü qorumaq lazımdır. 84 00:13:31,320 --> 00:13:36,800 Bu, imperialistlərin İraqda izlədiyi siyasətə tam əks olan bir siyasətdir. 85 00:13:37,000 --> 00:13:42,080 İmperialistlərin Suriyada izlədiyi siyasət isə 86 00:13:44,480 --> 00:13:55,280 İsrailə müqavimət göstərməyi ilə tanınmış hökuməti nəyin bahasına olursa-olsun devirməkdən ibarətdir. 87 00:13:55,880 --> 00:13:57,240 Bizim siyasətimiz buna da ziddir. 88 00:14:00,760 --> 00:14:07,400 Əlbəttə ki, istər İraq, istər Suriya, istər Yəmən, istər Bəhreyn, istər Livan, 89 00:14:07,800 --> 00:14:14,560 istərsə də digər ölkələr olsun, biz hər bir ölkədə qərarı xalqın verməli olduğunu düşünürük. 90 00:14:15,440 --> 00:14:22,360 Kənardan nə bizim, nə də bir başqasının hansısa xalqın müqəddəratı ilə bağlı qərar qəbul etməyə haqqı yoxdur. 91 00:14:22,600 --> 00:14:25,840 Qərarı onlar özləri verməlidir. Bizim fikrimiz, mövqeyimiz budur. 92 00:14:28,160 --> 00:14:37,720 İmperialistlərin Suriya ilə bağlı siyasəti sionistlərə qarşı mübarizədə möhkəm, 93 00:14:38,720 --> 00:14:46,200 hazırkı barışmaz mövqeyi ilə tanınmış hökuməti xalqın iradəsindən kənar bir şəkildə inkar etməkdən ibarətdir. 94 00:14:47,000 --> 00:14:59,080 Deyirlər ki, bu hökumət olmamalıdır. Belə ki Suriyanın həm indiki , həm də keçmiş prezidenti qondarma İsrail rejiminə qarşı 95 00:15:00,040 --> 00:15:09,520 açıq-açığına mübarizə aparıb. Biz isə deyirik ki, yox, 96 00:15:11,760 --> 00:15:21,640 şüarı, hədəfi, niyyəti sionistlərə qarşı mübarizə olan bir hökumət İslam dünyası üçün olduqca dəyərlidir. 97 00:15:23,840 --> 00:15:30,040 Suriya və ya İraqda biz heç bir şəxsi mənafe güdmürük; 98 00:15:30,840 --> 00:15:44,560 Bizi İslam dünyası, İslam ümməti düşündürür. İmperialistlərlə bizim mövqeyimiz bax bu şəkildə bir-birinə ziddir. 99 00:15:45,000 --> 00:15:56,240 Livana gəlincə. İllər boyu İsrail rejimi Livanın böyük bir hissəsini işğal etdi, 100 00:15:56,840 --> 00:16:06,040 Amerika başda olmaqla imperialist dövlətlər isə buna susdu; razılıq əlaməti olaraq susdu. 101 00:16:08,600 --> 00:16:15,080 Sonralar bu ölkədə mömin və fədakar bir müqavimət qrupu meydana gəldi. 102 00:16:17,040 --> 00:16:25,560 Livandakı müqavimət qüvvələri – “Hizbullah” milli müqavimət qüvvələrinin ən nüfuzlusudur. 103 00:16:26,880 --> 00:16:35,360 Onlar dünya miqyasında ən şərəfli, ən hörmətli milli müdafiə, milli müqavimət hərəkatlarından biridir. 104 00:16:35,520 --> 00:16:48,080 Dünya ölkələrində bu cür imanla, fədakarcasına, uğurla, təmiz fəaliyyət göstərən çox az milli müdafiə qüvvələri olub. 105 00:16:49,040 --> 00:16:55,760 Bunların axırına çıxmağı qarşıya məqsəd qoyublar, hizbullahçıları terrorçuluqda ittiham edirlər. Hizbullah terrorçudur? 106 00:16:58,320 --> 00:17:05,240 Livan torpağından baş qaldırmış bu böyük milli müdafiə qüvvəsi terrorçudur? Terrorçu buna deyirlər? 107 00:17:08,160 --> 00:17:15,880 Onda belə çıxır ki, siz avropalıların, eləcə də başqalarının 108 00:17:16,080 --> 00:17:24,560 tarix boyu iftixar etdiyiniz, təcavüzkarların, imperialistlərin əleyhinə çıxıb 109 00:17:27,760 --> 00:17:40,480 fədakarlıq edən qüvvələr terrorçu hesab olunur? 110 00:17:42,240 --> 00:17:51,240 Özləri isə uşaq qatili olan, cinayətkar, qəddar İsrail rejiminin əlini 111 00:17:52,680 --> 00:18:00,600 qardaş kimi, əbədi dost kimi sıxırlar. Onların siyasəti budur. 112 00:18:03,840 --> 00:18:07,360 Biz Livandakı müqavimət hərəkatını ona görə dəstəkləyirik ki, 113 00:18:07,920 --> 00:18:13,440 onlar sözün əsl mənasında bir müqavimət qrupu kimi düşmənin qarşısında durub, 114 00:18:14,160 --> 00:18:19,800 cəsur, fədakar bir müdafiə qüvvəsidir, imperialistlərin qarşısında 115 00:18:20,880 --> 00:18:30,680 mətin dayanıblar. Onlar olmasaydı, bir vaxtlar Seydaya, hələ Seydadan da o tərəfə, 116 00:18:31,080 --> 00:18:36,680 Beyruta qədər gəlib çıxmış İsrail rejimi bu gün Beyrutu işğal etmişdi, artıq Livan yox idi. 117 00:18:37,440 --> 00:18:39,920 Onların qarşısını alan məhz müqavimət qüvvələri oldu. 118 00:18:41,760 --> 00:18:50,080 Amerikalılar, onların düzlüyü sevən, həmişə düzünü danışan (!) siyasətçiləri isə 119 00:18:51,880 --> 00:18:59,320 hizbullahçıları terrorçu adlandırır, onları dəstəkləyən İranı terroru müdafiə etməkdə suçlayır. 120 00:18:59,600 --> 00:19:06,960 Terroru müdafiə edən sizsiniz. İŞİD-i yaradan, 121 00:19:07,640 --> 00:19:17,360 terrorçuları yetişdirən, murdar, terrorçu sionistləri qanadı altına alan sizsiniz! 122 00:19:18,840 --> 00:19:24,480 Terrorun havadarı sizsiniz! Siz terrorçulara yardım və dəstək verdiyinizə görə məhkəmə qarşısında cavab verməlisiniz! 123 00:19:46,880 --> 00:19:52,360 Eyni məsələ Yəmənə də, Bəhreynə də, başqa ölkələrə də aiddir. 124 00:19:53,880 --> 00:20:09,280 Yəməndə; ən həssas məqamda ölkədə siyasi boşluq yaratmaq üçün istefa vermiş, 125 00:20:10,640 --> 00:20:15,960 sonra da qadın paltarında ölkəsindən qaçmış prezident legitimdir? 126 00:20:19,040 --> 00:20:27,000 Bu prezidentin başqa bir ölkəyə müraciət edərək öz ölkəsinə hücum edilməsini, insanların qətlə yetirilməsini istəməyə haqqı var? 127 00:20:29,760 --> 00:20:38,520 Artıq 4 aydır və ya 3 aydan bir qədər artıqdır ki, Yəməni bombalayırlar. Kimləri hədəfə alırlar? 128 00:20:40,440 --> 00:20:46,960 Məscidləri, xəstəxanaları, şəhərləri, evləri vurur, 129 00:20:49,120 --> 00:20:58,360 günahsız insanları, uşaqları qətlə yetirirlər. Onların günahı nədir? 130 00:21:01,000 --> 00:21:09,520 Amerika da bunları himayə edir.Mən bayram namazında amerikalılara müraciətlə dedim ki, siz indi də səhvə yol verirsiniz. 131 00:21:09,760 --> 00:21:14,160 Keçmiş səhvlərini deyir, etiraf edirlər. 28 mordadı deyirlər; deyirlər ki, səhv etmişik. 132 00:21:14,320 --> 00:21:19,480 Bəli, çox böyük səhv etmisiniz, amma indi də səhvə yol verməkdəsiniz. 133 00:21:22,680 --> 00:21:30,920 Ən qəddar, ən istibdadçı rejimlərlə dost, əlbir olmusunuz, canbirqəlbsiniz, 134 00:21:31,320 --> 00:21:40,880 başdan-ayağa seçki nəticəsində formalaşmış İslam Respublikasını isə diktatura adlandırırsınız! 135 00:21:41,880 --> 00:21:43,200 Heç insafınız yoxdur?! 136 00:21:56,320 --> 00:22:09,000 Siz amerikalılar, amerika siyasətçiləri insafsızlığın ən son həddində danışır və mühakimə yürüdürsünüz; 137 00:22:09,680 --> 00:22:20,880 hətta açıq-aşkar göz önündə olan reallıqlara münasibətdə belə. Adama qəribə də gəlir. Bunarın hələ danışmağa üzü də var? 138 00:22:21,120 --> 00:22:26,000 Xalqına seçkinin adını belə çəkməyə imkan verməyən 139 00:22:27,600 --> 00:22:35,000 dövlətlərlə dost, canbirqəlb, qardaşlıqdırlar – hansı ki həmin ölkələrdən bəzilərində küçədə kimsə seçkidən danışsa, 140 00:22:35,200 --> 00:22:45,680 tutub aparıb həbsə atırlar, aqibəti də necə olur, məlum deyil 141 00:22:46,040 --> 00:22:52,160 – amma 36 il müddətində otuz neçə dəfə seçki keçirmiş İslam Respublikasına diktator deyirlər. 142 00:22:53,400 --> 00:23:03,760 diktator deyirlər. Bunlara inanmaq olar? Ona görə biz deyirik ki, bunlara inanmaq olmaz. 143 00:23:06,320 --> 00:23:08,740 Bunlara inanmaq olmaz. 144 00:23:11,540 --> 00:23:18,920 Bunlar elə adamlar deyil ki, ağızlarından doğru söz çıxa. Bunlarda düzlük yoxdur. 145 00:23:20,960 --> 00:23:25,200 Cənab prezidentin qeyd etdiyi o çətin sınaqda da 146 00:23:25,840 --> 00:23:33,680 – bu müddət ərzində, doğrudan da, zəhmət çəkiblər, həm o, həm də digər rəsmilər 147 00:23:35,120 --> 00:23:41,000 – onların dönüklüyü dəfələrlə göründü. 148 00:23:42,440 --> 00:23:49,680 Əlbəttə, sevindirici haldır ki, rəsmilərimiz öz mövqelərinin üstündə sona qədər möhkəm durdular, lazımınca davrandılar; müəyyən situasiyalarda, doğrudan da, 149 00:23:52,520 --> 00:23:57,760 inqilabçıya layiq davranış sərgilədilər, işlədilər. Bu günə qədər hansısa nəticələr də əldə ediblər; görək bundan sonra nə olur. 150 00:24:00,360 --> 00:24:11,520 Bu gün İslam dünyasının dərdlərinin bir əlacı var, o da vəhdətdir. Bu, ayrı-ayrı ölkələrə də aiddir; 151 00:24:12,120 --> 00:24:22,120 xalqlar bir olmalıdır. İran xalqı bir olmalıdır. Bu nüvə məsələsi və digər bu kimi məsələlərə görə 152 00:24:22,480 --> 00:24:27,960 xalq arasında ikitirəlik yaranmamalıdır. 153 00:24:28,080 --> 00:24:35,440 İş var, görülür, rəsmilər var, nə lazımsa edirlər, 154 00:24:36,280 --> 00:24:41,920 inşallah, xalqın mənafeyi nəyi tələb edirsə, onu müəyyən edəcək və təmin olunmasına səy göstərəcəklər; 155 00:24:42,320 --> 00:24:47,960 belə olmamalıdır ki, camaat arasına ikitirəlik düşsün, hərənin ağzından bir avaz gəlsin. Düşmənin istədiyi budur. 156 00:24:48,920 --> 00:25:03,120 Elə bu dəqiqə də kim xaricilərin apardığı təbliğata, onların sayını durmadan artırdıqları 157 00:25:04,520 --> 00:25:13,800 və daim hansısa mövzularla çıxış etdikləri televiziya və radio kanallarına, internet saytlarına nəzər salsa, görər ki, 158 00:25:14,320 --> 00:25:16,970 onların məqsədi əhali arasında təfriqə yaratmaqdır. 159 00:25:17,200 --> 00:25:21,360 Buna imkan verməyin; vəhdəti qoruyun, bir olun. 160 00:25:24,520 --> 00:25:32,840 Bir də ki, güc, iqtidar daxildən baş qaldırmalıdır. Ümumi, ictimai təqva da fərdi təqva kimidir. 161 00:25:34,600 --> 00:25:43,640 Fərdi təqvada – hansı ki oruc da təqva üçündür; oruc ayı təqvanın əldə olunması ayıdır 162 00:25:44,160 --> 00:25:53,680 – siz təqvalısınızsa, sizdə daxildən günaha qarşı bir dirənc yaranır. 163 00:25:54,240 --> 00:25:59,540 Vurdurduğu peyvənd nəticəsində immunitet qazanmış bir insan kimi; 164 00:25:59,600 --> 00:26:06,520 həmin insan mikroblarla dolu bir mühitə düşəndə belə, onlar ona təsir göstərmir. 165 00:26:08,000 --> 00:26:17,080 Təqva da belədir. Təqva ətraf mühitin sizə təsir göstərməsinə imkan vermir. 166 00:26:18,600 --> 00:26:25,440 Ən azından, asanlıqla təsir altına düşməyinizə mane olur. Fərdi təqva belədir. Bütöv bir xalqın təqvası da eynilə bu cürdür. 167 00:26:26,800 --> 00:26:36,760 Əgər bir xalq daxildən güclənsə, elmini, sənayesini, 168 00:26:37,200 --> 00:26:44,840 imanını, mədəniyyətini gücləndirsə, xarici qüvvələr ona təsir göstərə bilməz. 169 00:26:45,360 --> 00:26:50,850 Bu gün biz hamımız bu formula əməl etməliyik; 170 00:26:51,080 --> 00:26:53,420 bütün İslam dünyası bu formula əməl etməlidir. 171 00:26:53,640 --> 00:27:01,760 Pərvərdigara! Doğru yolu tanıyıb o yolla getməkdə Özün bizə kömək ol. 172 00:27:03,040 --> 00:27:05,280 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.