1 00:00:05,510 --> 00:00:08,370 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:09,850 --> 00:00:16,140 Çox şadam ki, siz əzizlərimlə görüşmək mənə bir daha nəsib oldu; əlhəmdulillah. 3 00:00:17,400 --> 00:00:26,110 Hərçənd bu görüşlər də kifayət etmir. 4 00:00:28,800 --> 00:00:35,570 Əziz veteranlarımızdan bəziləri mənə dedilər ki, 5 00:00:36,280 --> 00:00:42,620 bu görüşü 20, 30 ildir gözləyirlər. Mən onlara bildirdim ki, 6 00:00:43,140 --> 00:00:49,020 onların belə önəmsiz bir işi 20 il gözləməyi məni, doğrudan da, utandırır; 7 00:00:49,880 --> 00:00:58,880 intəhası gücümüz, imkanımız çatmadığı üçün, bu kimi səbəblərdən belə alınır. 8 00:00:59,220 --> 00:01:02,970 Yəni insanın bundan artığına gücü çatmır; 9 00:01:02,970 --> 00:01:07,200 yoxsa əgər imkanımız olsaydı, sizlərlə daha tez-tez görüşməyi çox istərdik. 10 00:01:08,880 --> 00:01:16,080 Əvvəla, sizin çəkdiyiniz zəhmət, sizin əcriniz Uca Yaradanın dərgahında qalır 11 00:01:16,940 --> 00:01:22,200 və inşallah, həm də günü-gündən artmaqdadır. 12 00:01:24,310 --> 00:01:29,820 Çünki sizin gördüyünüz iş birdəfəyə tamamlanmayıb; 13 00:01:32,080 --> 00:01:42,220 şəhidlərdən fərqli olaraq, siz bu sınağı, bu çətinliyi tədricən çəkirsiniz. 14 00:01:42,740 --> 00:01:50,570 Şəhidlər aldıqları bir mərmi və ya güllə yarası ilə Behiştə yollanıblar, qanad açıb Cənnətə uçublar, işləri bitib. 15 00:01:53,340 --> 00:01:59,220 Siz isə yox; siz hər gün, hər saat əziyyət çəkirsiniz, 16 00:02:00,710 --> 00:02:08,800 çətinliklə üzləşirsiniz. Düzdür, siz artıq bu çətinliklə, bu əziyyətlə razılaşmısınız 17 00:02:09,170 --> 00:02:15,680 və Allah-taala sizin ürəyinizdə buna səbir etdiyinizi bilir, 18 00:02:15,880 --> 00:02:23,600 amma bu səbrinizə görə hər dəqiqə, hər saat, hər gün sizə əlavə bir əcr verilir. 19 00:02:24,770 --> 00:02:34,340 Odur ki əlil və veteranların əcrinin günü-gündən artdığı dəqiqdir. 20 00:02:35,400 --> 00:02:42,880 Bir saat da artıq yaşasanız, əcriniz bir o qədər artacaq. 21 00:02:45,450 --> 00:02:55,400 Rəvayətlərdə var ki, insanın Allah yolunda verdiyi bir şey – xırda və ya az məbləğdə bir pul – 22 00:02:56,310 --> 00:03:00,850 Qiyamət günü ona Uhud dağı boyda geri verilə bilər. 23 00:03:02,170 --> 00:03:03,880 Sizin gördüyünüz iş də belədir; 24 00:03:06,000 --> 00:03:10,220 bədən üzvünüzü itirmisiniz, əlbəttə ki, çox böyük və ciddi bir məhrumiyyətə qatlaşmısınız, 25 00:03:10,600 --> 00:03:14,800 əcriniz də çox böyükdür, 26 00:03:15,940 --> 00:03:23,540 amma bu əcr daim artmaqdadır, getdikcə çoxalır. 27 00:03:27,050 --> 00:03:32,000 Getdikcə artan bu əcrə görə Allaha şükürlər edin. 28 00:03:34,570 --> 00:03:39,340 İkincisi, siz müharibə veteranları 29 00:03:39,680 --> 00:03:42,600 indi də mübarizəni davam etdirməkdəsiniz, 30 00:03:43,370 --> 00:03:49,000 öz əlilliyinizlə, əslində, elə hazırda da cihad edirsiniz. 31 00:03:49,480 --> 00:03:55,970 Soruşacaqsınız ki, necə? Bunu deməklə mən mədəni cihadı nəzərdə tutmuram; 32 00:03:56,080 --> 00:04:00,970 sizin haradasa çıxış etməyinizdən, nə isə deməyinizdən, hansısa işləri görməyinizdən, 33 00:04:00,970 --> 00:04:07,480 Allaha xatir sağlamlığınızdan keçməyinizdən, hansısa təlimlərdə iştirak etməyinizdən danışmıram – düzdür, bunlar hamısı öz yerində, cihaddır – 34 00:04:08,140 --> 00:04:13,770 amma sizin bu əlil arabasında oturmağınız, yaxud yataqda uzanıb qalmağınız, 35 00:04:13,770 --> 00:04:24,480 gözündən, əl və ya ayağından məhrum olmuş veteranların küçə-bazarda görünməyi özü də bir mübarizədir. 36 00:04:25,820 --> 00:04:35,140 Nəyə görə? Çünki bu xalqın çox çətin bir etapda çəkdiyi əziyyətləri, düçar olduğu olmazın bəla və müsibətləri göstərir. 37 00:04:36,310 --> 00:04:41,880 Əslində, siz bir rəsm əsəri, bir tablo kimi 38 00:04:42,650 --> 00:04:48,970 sizi kənardan seyr edənlərə müharibəni, Müqəddəs Müdafiəni nümayiş etdirirsiniz. 39 00:04:52,450 --> 00:05:01,250 Siz İran xalqının böyük bir müsibətə düçar olduğu, böyük bir sınaqla üz-üzə qaldığı o dövrün təsvirini yaradırsınız. 40 00:05:03,110 --> 00:05:15,170 Sizin bu varlığınız, iştirakınız özü bir mübarizədir, təbliğatdır, həqiqətləri çatdırmaqdır. 41 00:05:16,200 --> 00:05:19,740 Sizə baxanda 42 00:05:21,620 --> 00:05:29,620 Səddam rejimini dəstəkləyən, müdafiə edən o super-dövlətlərin cinayətlərini görmək olur. 43 00:05:32,340 --> 00:05:39,510 Sizə baxanda sizləri bu cür yetişdirib 44 00:05:39,800 --> 00:05:47,570 döyüş meydanlarına göndərə bilmiş İmamın və inqilabın böyüklüyünü, əzəmətini görmək olur. 45 00:05:50,450 --> 00:05:59,050 Sizə baxanda İran xalqının yaşadığı tarixi bir dönəmi görmək olur. 46 00:06:01,140 --> 00:06:12,450 Odur ki əlil müharibə veteranları ağızlarını açıb bir kəlmə söz deməsələr, 47 00:06:13,280 --> 00:06:17,970 heç bir tədbirdə təbliğatçı, natiq qismində çıxış etməsələr belə, 48 00:06:18,220 --> 00:06:25,820 təkcə camaat arasında olmaları, varlıqları ilə artıq müəyyən həqiqətləri elan edir, açıqlayır. 49 00:06:26,000 --> 00:06:30,200 Sizin varlığınız özü artıq müəyyən həqiqətlərdən xəbər verir; 50 00:06:30,310 --> 00:06:37,170 tarixi həqiqətlərdən, öyrədici həqiqətlərdən, siyasi həqiqətlərdən, beynəlxalq proseslərlə bağlı həqiqətlərdən; bu, belədir. 51 00:06:37,340 --> 00:06:43,280 Bunun da özü-özlüyündə Allah dərgahında əcri vardır. Bu da növbəti bir məqam. 52 00:06:43,680 --> 00:06:47,570 Qeyd etmək istədiyim üçüncü məqam isə 53 00:06:49,420 --> 00:06:59,710 sizi həyat yoldaşı kimi qəbul edən, əziyyətinizə qatlaşan xanımlarla bağlıdır. 54 00:06:59,940 --> 00:07:08,310 Bəli, az öncə oxunan gözəl şeirdə də vurğulandığı kimi, 55 00:07:10,280 --> 00:07:17,850 bu xanımlar sözün əsl mənasında fədakardır; bu, fədakarlıqdır, böyük bir fədakarlıq. 56 00:07:19,850 --> 00:07:24,140 Onların göstərdiyi xidmət çox yüksək dəyərə malikdir. 57 00:07:24,480 --> 00:07:34,540 Xəstəyə baxan, qulluq edən adam xəstənin özündən heç də az əziyyət çəkmir. 58 00:07:37,770 --> 00:07:47,000 Müharibədə əlil olmuş bir insanı bütün problemləri, fiziki məhdudiyyətləri ilə qəbul etmək, 59 00:07:47,000 --> 00:07:50,680 qulluğunda durmaq, dediyinə qulaq asmaq, 60 00:07:52,340 --> 00:07:59,000 əlil biri üçün təbii olan hövsələsizliyinə səbir etmək – 61 00:07:59,570 --> 00:08:02,910 bütün bunların Uca Allahın dərgahında əcri yüksəkdir. 62 00:08:03,220 --> 00:08:10,420 Mən siz veteranların həyat yoldaşı olan xanımlara bunu deyə bilərəm ki, 63 00:08:11,450 --> 00:08:18,820 Allah-taala onlara gördükləri bu böyük işin müqabilində müjdə verir; 64 00:08:18,820 --> 00:08:23,710 bu, həqiqətən də, böyük bir cihaddır, qəhrəmanlıqdır. Bu da bir məqam. 65 00:08:24,220 --> 00:08:29,820 Son olaraq demək istəyirəm ki, həm siz, əziz müharibə veteranları, həm sizin xanımlarınız, 66 00:08:29,820 --> 00:08:40,600 övladlarınız, qohumlarınız, sizin qulluğunuzda durmaqda payı, rolu olan insanlar 67 00:08:40,600 --> 00:08:46,940 bu böyük mənəvi sərvəti qoruyub saxlamağa çalışsınlar. 68 00:08:47,850 --> 00:08:59,250 Bilsinlər ki, bəzən bizim diqqətsizliyimiz, bilməməzliyimiz ucbatından, sahib olduğumuz böyük sərvətlər əlimizdən çıxır. 69 00:09:00,510 --> 00:09:03,680 Qəflətə qapılsaq, diqqətsizlik etsək, 70 00:09:04,400 --> 00:09:09,910 layiq görüldüyümüz mənəvi-ilahi şənə uyğun hərəkət etməsək, 71 00:09:10,200 --> 00:09:18,080 mənəvi sərvət olaraq sahib olduğumuz şeylər əlimizdən çıxacaq; diqqətli olmaq lazımdır. 72 00:09:18,600 --> 00:09:23,400 Allah-taala hamımıza mənəvi dəstək olsun ki, 73 00:09:23,570 --> 00:09:29,820 Onun bizə bəxş etdiyi nemətləri – bəzi nemətlər var ki, maddidir, 74 00:09:30,710 --> 00:09:33,480 bəzi nemətlər isə mənəvidir – 75 00:09:34,510 --> 00:09:38,650 inşallah, qoruya bilək, onlara görə şükür edək. 76 00:09:40,080 --> 00:09:44,570 Mən bir daha siz əzizlərimə, qardaş və bacılarıma 77 00:09:45,820 --> 00:09:51,480 bugünkü görüşə, bu hüseyniyəyə gəldiyinizə görə 78 00:09:52,200 --> 00:09:56,450 təşəkkür edirəm, bir daha xoş gəlmisiniz deyirəm. 79 00:09:57,540 --> 00:10:03,820 Uca Allahdan sizə şadlıq, işlərinizin irəliləməsini, 80 00:10:04,170 --> 00:10:09,540 arzu və istəklərinizin yerinə yetməsini diləyirəm. 81 00:10:09,880 --> 00:10:12,940 İnşallah, Allah-taala övladlarınızı sizə bağışlasın, 82 00:10:13,770 --> 00:10:19,020 sizə xoş həyat, tam sağlamlıqda keçən 83 00:10:19,400 --> 00:10:24,340 uzun ömür nəsib etsin. 84 00:10:25,000 --> 00:10:26,820 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.