1 00:00:00,320 --> 00:00:02,920 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,760 --> 00:00:06,320 الحمدلله ربّ العالمين 3 00:00:06,600 --> 00:00:10,680 و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين. 4 00:00:21,960 --> 00:00:25,400 Əzizlərim, çox xoş gəlmisiz. 5 00:00:27,160 --> 00:00:33,840 Bugünkü görüşümüz mənim üçün çox xoş və arzulanan bir görüşdür. 6 00:00:35,960 --> 00:00:44,320 Belə dinamik, yüksək əhval-ruhiyyəli, belə gözəl fikirlər səsləndirən, 7 00:00:45,480 --> 00:00:51,600 bu cür kəsərli fikirləri olan, belə gözəl çıxışlar edən gənclərin iştirakı, 8 00:00:51,800 --> 00:01:01,720 doğurdan da, bugünkü görüşümüzə bir şirinlik qatdı; inşallah, bu gün mənim üçün yaddaqalan bir gün olacaq. 9 00:01:05,720 --> 00:01:12,920 Əvvəla, rəcəb ayı barədə bir iki kəlmə deyək. 10 00:01:16,560 --> 00:01:25,080 Hər bir insanın qəlbinin bir incə teli, 11 00:01:26,760 --> 00:01:36,960 varlığının bir mənəvi tərəfi var. İnsan varlığının bir çox müxtəlif tərəfləri var: instinktlər var, meyillər var, ehtiyaclar var. 12 00:01:37,200 --> 00:01:46,120 Hər bir insanda bütün insanlarda olan bu kimi cəhətlərdən biri də mənəviyyat aspektidir. 13 00:01:48,280 --> 00:02:02,800 Bu, çox incə bir cəhətdir və gənclik illərində onun zərifliyi, şəffaflığı və saflığı daha çox özünü göstərir. 14 00:02:04,080 --> 00:02:14,240 Əgər biz bəşər övladları bu aspekti özümüzdə gücləndirə bilsək, 15 00:02:15,080 --> 00:02:20,840 o, bizim digər aspektlərimizi düzgün istiqamətləndirər. 16 00:02:22,040 --> 00:02:36,960 Bu o demək deyil ki, mənəviyyat aspekti instinktlərin, ehtiyacların, ağlın və rassional yanaşmanın qarşısını alsın; yox, 17 00:02:38,720 --> 00:02:46,080 bütün bunlar öz yerində, amma mənəviyyat aspekti insan varlığında 18 00:02:46,560 --> 00:02:56,040 qorunanda, güclənəndə bütün digər aspektləri düzgün istiqamətləndirir. 19 00:02:57,960 --> 00:03:02,440 Həyatda gördüyümüz xəbis, 20 00:03:03,520 --> 00:03:10,760 zalım, qaniçən, pulpərəst, şəhvətpərəst, qarunqulu – bir sözlə, 21 00:03:12,480 --> 00:03:21,880 varlığında maddi aspektlərin üstünlük qazandığı insanlar o şəxslərdir ki, özlərində o mənəviyyat aspektini 22 00:03:22,200 --> 00:03:32,880 inkişaf etdirməyiblər, tədricən bu cəhət onlarda zəifləyərək aradan gedib. 23 00:03:34,120 --> 00:03:41,320 Mən siz gənclərə demək istəyirəm ki, özünüzdə bu mənəviyyat aspektini gücləndirmək üçün 24 00:03:42,600 --> 00:03:47,360 rəcəb ayından istifadə edin, bəhrələnin. 25 00:03:49,160 --> 00:04:00,400 Rəcəb ayından sonra şaban ayı, ardınca isə ramazan – mənəviyyat baharı gəlir. 26 00:04:02,720 --> 00:04:14,880 Sizlər də – cənab Hacı Əliəkbərinin də qeyd etdiyi kimi – insanlığın baharının təcəssümüsünüz, belə ki ömrünüzün baharını yaşayırsınız; 27 00:04:16,560 --> 00:04:21,120 bu mənəviyyat baharından bacardığınız qədər istifadə edin. 28 00:04:22,440 --> 00:04:32,080 Allahı xatırlamaq, Allahın adını dilə gətirmək, bu ay üçün tövsiyə olunmuş dualar, onların məzmununa diqqət yetirmək, 29 00:04:33,080 --> 00:04:42,320 Quran oxumaq, vaxtın başlanğıcında namaz qılmaq, günahdan çəkinmək, gözəl əxlaq – 30 00:04:42,880 --> 00:04:48,360 bütün bunlar bu ayın bizim hamımız üçün yaratdığı böyük fürsətlərdir, 31 00:04:49,680 --> 00:04:56,840 amma siz gənclər bu fürsətlərdən daha yaxşı istifadə edə bilərsiniz; 32 00:04:57,680 --> 00:05:02,600 eynilə maddi fürsətlər kimi. Təsəvvür edin ki, bir meydandır; 33 00:05:03,080 --> 00:05:06,960 meydanın o başında finiş xətti çəkilib, bir mükafat da müəyyən olunub, 34 00:05:07,360 --> 00:05:15,400 mənə və sizə deyirlər ki, hansınız o xəttə tez çatsa, mükafatı qazanacaq. Kim tez çatar? 35 00:05:17,240 --> 00:05:24,800 Aydındır ki, siz gəncsiniz, güclüsünüz, həvəslisiniz, mən özümə gəlib yerimdən tərpənincə siz ora çatıb mükafatı qazanacaqsınız. 36 00:05:25,640 --> 00:05:29,320 Mənəviyyat da eynilə bu cürdür; bunu bilin. 37 00:05:31,440 --> 00:05:41,480 Mənəviyyatda da sizlər daha tez, daha asan, daha sürətli və daha həzverici bir şəkildə öz məqsədinizə çata bilərsiniz. 38 00:05:44,080 --> 00:05:54,120 Sizin gördüyünüz bu adamlar, bizim vaxtımızda olan, misal üçün, mərhum Ayətullah Behcət kimi insanlar – 39 00:05:54,720 --> 00:06:02,160 nurani bir insan idi; qoca və çox nurani – 40 00:06:02,440 --> 00:06:08,760 onlar cavanlıqdan, yəni sizin yaşınızda olduqları vaxtdan öz mənəviyyatına diqqətli yanaşmış adamlar idi. 41 00:06:10,240 --> 00:06:15,480 Bu şeylərə daha gec önəm verməyə başlamış insanların isə mənəvi uğurları daha azdır. 42 00:06:17,080 --> 00:06:25,480 Bunları heç düşünməyənlər isə o nuranilikdən, o saflıqdan, o şəffaflıqdan məhrum qalır, 43 00:06:26,000 --> 00:06:31,840 əksər insanlar kimi olurlar. Bu, mənim birinci qeydim. 44 00:06:32,120 --> 00:06:38,120 Siz gənclərə deyiləsi sözüm çoxdur – siz özünüz özünüzə yeniyetmə deyirsiniz, 45 00:06:38,280 --> 00:06:44,280 mənsə sizin hamınızı gənc adlandırıram – 46 00:06:46,920 --> 00:06:52,560 müxtəlif mövzularda sizə deyəsi cürbəcür sözlərim var. 47 00:06:54,400 --> 00:07:02,000 Axı necə olursa-olsun, siz bir baxımdan mənim qardaş və bacılarım, 48 00:07:03,560 --> 00:07:07,480 bir baxımdan övladlarım, 49 00:07:10,000 --> 00:07:18,040 bir baxımdan da nəvələrim hesab olunursunuz; əzizlərimsiniz; 50 00:07:18,680 --> 00:07:27,320 həm bu gün burda iştirak edənlər, həm sizin təmsil etdiyiniz təşkilatların üzvü olan 51 00:07:28,120 --> 00:07:38,440 bir neçə min şagird, həm də bütövlükdə ölkəmizin 12 milyonluq şagird ordusu – o əziz gəncimizin söylədiyi kimi – 52 00:07:40,360 --> 00:07:48,480 sizin hamınıza mənim münasibətim bü cürdür. Bəli, sizə deyəsi sözüm çoxdur, 53 00:07:50,720 --> 00:08:00,480 amma bu gün mən şagird təşkilatlarından, eləcə də Şagird Təşkilatları Assosiasiyasından 54 00:08:01,320 --> 00:08:09,120 bir istəyimi ehtiva edəcək əsas bir məsələyə toxunmaq istəyirəm. Giriş olaraq bunu deyim: 55 00:08:09,360 --> 00:08:21,480 biz imperializm cəbhəsi və onun uzantılarından ibarət bir düşmən cəbhəsi ilə çarpışma vəziyyətindəyik; bu, məlumdur. 56 00:08:22,400 --> 00:08:29,680 Onun mehvəri Amerika və sionizm, uzantıları, 57 00:08:30,040 --> 00:08:37,720 tör-töküntüləri isə gördüyünüz bu dövlətlər və yarımdövlətlərdir; 58 00:08:38,480 --> 00:08:45,680 biz bunlarla qarşıdurma vəziyyətindəyik; İslam İnqilabı və İslam dövləti bunlarla çarpışır. 59 00:08:47,920 --> 00:09:00,040 Bu çarpışma nə üstündədir? Və ya başqa sözlə desək, bizim imperializmlə olan bu qarşıdurmamız hansı müstəvilərdə gedir? 60 00:09:01,240 --> 00:09:11,720 Əgər onlarla qarşıdurma vəziyyətində olduğumuz sferaları sadalamaq istəsək, 61 00:09:11,720 --> 00:09:16,920 mən elə bu dəqiqə bir on dənəsinin adını çəkə bilərəm; 62 00:09:17,640 --> 00:09:20,840 oturub dərindən düşünsək, araşdırma aparsaq, bundan da çox olar; 63 00:09:21,080 --> 00:09:27,680 bizim imperializmlə qarşı-qarşıya gəldiyimiz məqamlar iyirmidən, otuzdan da çoxdur. 64 00:09:28,400 --> 00:09:36,080 Misal üçün, onlardan biri ölkənin müstəqilliyi məsələsidir – 65 00:09:36,360 --> 00:09:41,960 iqtisadi müstəqilliyi, siyasi müstəqilliyi, mədəni müstəqilliyi– 66 00:09:42,200 --> 00:09:46,440 bizim imperializmlə qarşıdurmada olduğumuz sferalardan biri budur. 67 00:09:47,760 --> 00:09:54,560 Başqalarının haqqına əl uzatmaq imperializmin, imperialist dövlətlərin xarakterik cəhətidir; 68 00:09:55,720 --> 00:10:02,640 istər 17-ci, 19-cu əsrlərə aid olan 69 00:10:04,120 --> 00:10:13,720 və ta 20-ci əsrə qədər davam etmiş müstəmləkəçilik dövründə olsun, istərsə də sonralar tətbiq etməyə başladıqları 70 00:10:13,960 --> 00:10:22,120 və indiyə qədər də günü-gündən sayını və növünü artırdıqları cürbəcür yeni, modern metodlar. Məqsədləri əliuzunluq etməkdir; 71 00:10:22,600 --> 00:10:31,040 xalqların mənafeyinə, ölkələrə əl uzatmaq, öz ağalığını və mütləq nüfuzunu təmin etməkdir. 72 00:10:31,960 --> 00:10:39,600 İmperializmin məqsədi budur. Hansısa ölkə onların bu məqsədinə qarşı çıxmaq, 73 00:10:39,600 --> 00:10:47,080 öz müstəqilliyini – istər mədəni, istər siyasi, istərsə də iqtisadi müstəqilliyini – müdafiə etmək istəyəndə də, 74 00:10:47,240 --> 00:10:53,680 təbii ki, maraqlar toqquşur, qarşıdurma yaranır; bizim imperializimlə qarşıdurma vəziyyətində olduğumuz müstəvilərdən biri budur. 75 00:10:54,120 --> 00:11:03,720 Digər bir qarşıdurma müstəvisi isə inkişafdır, tərəqqidir. 76 00:11:04,760 --> 00:11:17,640 Əgər dünya ölkələrinə ehtiyacsız olduğunu nümayış etdirmiş, onları vecinə almamış, 77 00:11:17,640 --> 00:11:23,760 onlardan asılı olmayan, onlara arxalanmayan – bu tip xüsusiyyətlərə malik İran ölkəsi 78 00:11:24,080 --> 00:11:28,040 tərəqqi və yüksəlişə nail olsa, bu, nümunəvi bir inkişaf modeli olar; 79 00:11:28,680 --> 00:11:34,240 yəni başqa ölkələr, başqa xalqlar üçün örnək olar. 80 00:11:34,680 --> 00:11:42,120 Bu inkişaf məsələsi bizimlə imperializm arasında savaşa səbəb olan müstəvilərdən biridir. 81 00:11:42,640 --> 00:11:50,240 Biz belə bir inkişafa nail olmaq istəyirik, onlarsa bizim buna nail olmağımızı istəmirlər. 82 00:11:51,800 --> 00:12:05,320 Nüvə məsələsində imperialist dövlətləri səf çəkib bizim qarşımızda durmağa vadar edən motivlərdən biri də 83 00:12:05,560 --> 00:12:09,560 elə bu idi; düzdür, başqa bəhanələr gətirirlər, 84 00:12:10,840 --> 00:12:18,000 amma bir neçə əsas motivləri var idi. Biri bu idi ki, hansısa ölkə 85 00:12:18,360 --> 00:12:24,800 Amerika, İngiltərə və ya başqa bir güclü dövlətə söykənmədən, 86 00:12:25,800 --> 00:12:32,440 özü nüvə texnologiyaları kimi fövqəladə dərəcədə həssas bir sferada uğurlar qazana bilmişdi; 87 00:12:33,960 --> 00:12:40,200 bu, onlar üçün olduqca önəmli və təhlükəli idi, belə bir şeyin baş verməsini istəmirdilər. 88 00:12:41,560 --> 00:12:48,600 Və mən əminəm ki, əgər biz bunlara üz versək, bunlar sabah 89 00:12:50,120 --> 00:12:59,800 biotexnologiya, nanotexnologiya və sair müxtəlif elm sahələrinə görə də oyun çıxarıb problem yaradacaqlar. 90 00:13:02,200 --> 00:13:07,600 Elmi, iqtisadi, mədəni cəhətdən inkişaf 91 00:13:08,520 --> 00:13:16,720 İslam Respublikası ilə imperializm arasında fikir ayrılığı və qarşıdurma yaradan mövzulardan biridir. 92 00:13:19,000 --> 00:13:26,080 Belə fikir ayrılığına yol açan mövzulardan biri də 93 00:13:26,320 --> 00:13:34,160 İslam Respublikasının regionda və dünyada qüdrətli varlığı məsələsidir; 94 00:13:36,480 --> 00:13:42,640 bu qüdrətli iştirak imperializmin planlarına əngəl olur. 95 00:13:42,960 --> 00:13:49,640 Hazırda Amerikanın Qərbi Asiya regionu üçün öz planı var (onlar özləri bu regionu Orta Şərq adlandırırlar, 96 00:13:50,000 --> 00:13:53,920 amma mən təkidlə vurğulayıram ki, biz bu ifadəni işlətməməliyik; 97 00:13:56,120 --> 00:13:59,880 buna dəlillərim də var, bir vaxtlar demişəm); 98 00:14:01,520 --> 00:14:10,120 onların ötən 10-12 ildə “Böyük Orta Şərq”, “Yeni Orta Şərq” adları altında 99 00:14:11,720 --> 00:14:22,120 öz planlarını həyata keçirdiyinin siz də şahidi olmusunuz. 100 00:14:23,160 --> 00:14:26,840 Bu planlar onların müəyyən işlərə start verməsinə yol açıb, 101 00:14:27,120 --> 00:14:31,960 amma İslam Respublikasının qüdrətli iştirakı onların işlərinin irəliləməsinə əngəl olur. 102 00:14:32,400 --> 00:14:37,080 İxtilaf və qarşıdurmaya səbəb olan mövzulardan biri də budur. 103 00:14:37,920 --> 00:14:45,400 Digər belə bir mövzu isə Fələstindir; digər biri müqavimət mövzusudur; 104 00:14:47,480 --> 00:14:53,640 digər bir ixtilaf müstəvisi Qərb mədəniyyətinin, Qərbə xas həyat tərzinin genişləndirilməsidir 105 00:14:54,120 --> 00:15:06,400 belə ki hansısa ölkədə qərblilərin, yaxud amerikalıların qəbul etdiyi və rəvac verdiyi həyat tərzi genişlənərsə, 106 00:15:06,520 --> 00:15:18,240 həmin ölkənin ziyalıları Amerika, Qərb və ya qarşılarındakı hər hansı bir dövlətin siyasətləri qarşısında dilsiz-ağızsız qoyuna çevrilir; 107 00:15:19,680 --> 00:15:27,440 onlar məhz belə bir vəziyyətin yaranmasında israrlıdırlar, İslam Respublikası isə bunun qarşısını almaq istəyir). 108 00:15:28,280 --> 00:15:34,160 Mən imperializmlə bizim ölkəmiz arasında qarşıdurmaya səbəb olan məsələlərdən yalnız bir neçəsini sadaladım; bayaq qeyd etdim ki, 109 00:15:34,520 --> 00:15:39,480 yadımda olanları demək lazım olsa, dalbadal bir 10 dənəsini saymaq olar, 110 00:15:40,200 --> 00:15:49,920 amma oturub ətraflı fikirləşsək – siz fikirləşsəniz, biz fikirləşsək – 10, 20, 30, bəlkə, bundan da çox olar. 111 00:15:51,520 --> 00:15:54,760 İndi gəlib çatdıq mənim nəzərdə tutduğum əsas məsələyə. 112 00:15:54,960 --> 00:16:09,120 İslam Respublikası ilə imperialistlər arasında qarşıdurmaya səbəb olan mövzulardan biri də gənclərdir; gənclər mövzusudur. 113 00:16:09,760 --> 00:16:22,600 Bu gün bu gənclər mövzusu üstündə İslam Respublikası ilə Amerika, onun müttəfiqləri 114 00:16:23,080 --> 00:16:30,320 və sionistlər arasında olduqca genişmiqyaslı, gizli xarakterli bir yumşaq müharibə gedir. 115 00:16:32,040 --> 00:16:39,000 Bir neçə il öncə mən tələbə gənclərimizə xitabən demişdim ki, “Siz yumşaq müharibənin zabitlərisiniz”; 116 00:16:40,040 --> 00:16:48,520 elə siz də beləsiniz, siz də yumşaq müharibənin zabitlərisiniz. 117 00:16:49,040 --> 00:16:56,320 Gənc bir adamda stimul və özünəinam varsa, 118 00:16:56,920 --> 00:17:04,120 düşüncə gücü və cəsarət varsa, deməli, o zabitdir – 119 00:17:04,280 --> 00:17:17,880 yumşaq müharibənin, yumşaq savaşın zabiti – bu, gənclərə xas olan bir xüsusiyyətdir. 120 00:17:18,240 --> 00:17:27,440 İndi siz gözünüzün önünə İslam Respublikası üçün 121 00:17:27,840 --> 00:17:34,520 arzuolunan şəxsi keyfiyyətlərə malik bir zabitlə İslam Respublikasının düşməni üçün arzuolunan şəxsi keyfiyyətlərə malik olan bir zabit gətirin; 122 00:17:35,040 --> 00:17:39,720 bunları müqayisə edin, görün nə çıxır; 123 00:17:40,760 --> 00:17:46,160 hələ biz top-tüfəngli savaşlardan daha təhlükəli olan yumşaq müharibədən danışırıq; 124 00:17:47,160 --> 00:17:54,920 bəzən bizi hərbi hücum, bombardman və sair bu kimi şeylərlə də hədələyirlər, amma böyük qələt edirlər; 125 00:17:55,280 --> 00:18:02,640 elə deyil, bunu etmələri üçün zəmin yoxdur, buna cürət də etməzlər, etsələr belə, ağızlarının payını alarlar. 126 00:18:25,080 --> 00:18:35,440 Yumşaq müharibə isə var; elə bu dəqiqə də yumşaq müharibə gedir, qarşı tərəf hücumlar etməklə məşğuldur; 127 00:18:37,000 --> 00:18:46,520 biz də bu tərəfdən məşğuluq; indi biz hücum edirik, yoxsa müdafiə olunuruq – bu, başqa mövzudur 128 00:18:47,680 --> 00:18:52,720 və mən bu fikirdəyəm ki, bu tərəf də müdafiə olunmaq yerinə hücuma keçməli, 129 00:18:53,560 --> 00:18:58,000 eyni zamanda öz müdafiə mərkəzlərini də qoruyub saxlamalıdır. 130 00:18:59,240 --> 00:19:07,440 Deməli, ortada bir savaş var; siz bu yumşaq müharibəni odlu-alovlu müharibələrlə, top-tüfəngli cəbhələrlə müqayisə edin; 131 00:19:07,880 --> 00:19:18,360 eynilə, misal üçün, bu gün İraq, Suriya, Yəmən və digər yerlərdə hökm sürən müharibə vəziyyətini təsəvvürünüzə gətirin; 132 00:19:19,200 --> 00:19:23,320 bu gün dünyada gedən savaşları, yaxud bir vaxtlar İranda 8 il sürmüş Müqəddəs Müdafiəni düşünün. 133 00:19:24,120 --> 00:19:33,280 Öz qərargahında, yaxud səngərdə oturmuş bir zabiti gözünüzün önünə gətirin; bu zabit iki cür ola bilər; 134 00:19:36,560 --> 00:19:43,280 onu iki cür xarakterizə etmək olar: 135 00:19:44,560 --> 00:19:55,600 bu zabit qətiyyətli, sayıq, 136 00:19:58,360 --> 00:20:05,880 qəlbi ümid və stimul dolu, çalışqan, fərasətli, 137 00:20:09,640 --> 00:20:19,120 öz fikrini irəli sürməyi bacaran, cəsur və fədakar biri ola bilər. 138 00:20:19,240 --> 00:20:30,560 Əgər qərargahda, yaxud səngərdə oturan zabit belə birisidirsə, 139 00:20:31,320 --> 00:20:35,120 o döyüş üçün yaxşı bir nəticə gözləmək olar. 140 00:20:35,840 --> 00:20:42,680 Bu variantda zabit şücaətli, rəşadətli, düşünən, imanlı, optimist, 141 00:20:43,040 --> 00:20:48,480 qərar verməyi bacaran, stimullu bir döyüşçüdür – bu, bir cür zabitdir. 142 00:20:50,480 --> 00:20:56,320 Amma həmin zabiti tamam başqa bir formada, başqa səciyyəvi xüsusiyyətlərlə də təsəvvür etmək olar. 143 00:20:56,480 --> 00:21:05,760 Təsəvvür edin ki, o, pessimist bir insandır; yəni döyüşməyin faydasız olduğunu düşünür; 144 00:21:06,440 --> 00:21:12,040 öz-özünə deyir ki, “nahaq dayanmışıq, xeyri yoxdur”; ümidsiz biridir. 145 00:21:14,400 --> 00:21:24,440 Və ya asanlıqla təslim olmağa, boyun əyməyə meyilli bir insandır, savaşmağa, müqavimət göstərməyə halı yoxdur; 146 00:21:24,800 --> 00:21:34,880 ola bilsin, bir qədər müqavimət göstərər, amma təzyiqlər, güc bir az çoxalan kimi təslim olacaq; psixologiyası budur. 147 00:21:36,480 --> 00:21:46,560 Yaxud tez aldanan bir adamdır; düşmənin aldadıcı təbəssümünə etimad edir 148 00:21:47,200 --> 00:21:53,840 və ya ümumiyyətlə düşmənin yalanını anlamır. 149 00:21:54,520 --> 00:22:00,000 Müharibə isə yalan və hiylə ilə doludur; bütün müharibələr belədir: 150 00:22:00,400 --> 00:22:02,640 “Müharibə hiylədən ibarətdir”. 151 00:22:04,320 --> 00:22:12,240 Elə top-tüfəngli müharibələrdə də güclü və bacarıqlı bir komandirin görə biləcəyi ən əsas işlərdən biri 152 00:22:12,400 --> 00:22:15,760 hansısa manevrlə, hansısa hərəkətlə düşməni aldatmaqdır; 153 00:22:15,880 --> 00:22:22,360 düşmən elə bilsin ki, o, o yandan hücuma keçmək istəyir, diqqəti o tərəfə yayınsın, o da arxadan hücum etsin. 154 00:22:23,760 --> 00:22:35,120 İndi təsəvvür edin ki, bu zabit tez aldanan bir insandır. Düşmənin yalanlarının mahiyyətini anlamır, yalan olduğunu müəyyənləşdirə bilmir. 155 00:22:36,120 --> 00:22:44,760 Və ya ümumiyyətlə tənbəl, halsız biridir; yatıb-dincəlmək istəyir. 156 00:22:45,640 --> 00:22:56,200 Yaxud nəyəsə öyrəncəlidir, hər hansı bir asılılığı var; şəhvətpərəstdir, narkotik maddələrdən və ya bu son vaxtlar dəb düşmüş 157 00:22:57,160 --> 00:23:02,920 kompyüter oyunlarından asılılığı var eşitdiyimə görə, bəzi insanlarda o oyunlara qarşı asılılıq yaranır); 158 00:23:05,160 --> 00:23:12,760 özünün və gözünü ona dikmiş başqa insanların müqəddəratını düşünmür, taleyinə etinasız yanaşır. 159 00:23:15,280 --> 00:23:26,200 Yaxud instinktlərinə düşkündür; misal üçün, təsəvvür edin ki, həmin o zabitin başı səngərdə öz maddi instinktlərini, 160 00:23:27,800 --> 00:23:33,560 heyvani tələbatını təmin etməyə qarışıb; yeyib-içməklə məşğuldur. 161 00:23:34,240 --> 00:23:44,960 Deməli, o zabit bu cür də ola bilər, bu kimi xüsusiyyətlərə də malik ola bilər. O zaman həmin döyüşün nəticəsi nə olacaq? Məlumdur. 162 00:23:46,960 --> 00:23:57,800 Deməli, yumşaq müharibənin zabitlərinin şəxsi keyfiyyətləri 2 cür ola bilər. 163 00:23:58,480 --> 00:24:03,840 Bizimlə düşmənlərimiz arasında kəskin fikir ayrılığına yol açan məqamlardan biri budur. 164 00:24:04,320 --> 00:24:16,440 Düşmən yumşaq müharibədə bizim zabitlərimiz olan gənclərimizin bir cür olmasını istəyir, İslam Respublikası isə onları başqa bir formada görmək arzusundadır. 165 00:24:19,240 --> 00:24:25,800 İslam Respublikasında dindarlığa, saf əxlaq və mənəviyyata, maddi instinktlərə 166 00:24:26,680 --> 00:24:45,080 ifrat dərəcədə düşkünlükdən çəkinməyə bu qədər önəm verilməsini fanatizmlə, onlar demişkən, dar düşüncəlilik, mürtəcelik və sairlə əlaqələndirmək lazım deyil; 167 00:24:46,280 --> 00:24:58,320 yox, bu, bir tərbiyə metodudur, yumşaq müharibənin zabit və komandirlərinin bəyənilən xüsusiyyətlərinə əsaslanan cəhətlərdir. 168 00:25:00,640 --> 00:25:07,080 Bizim Amerika ilə problemlərimizdən biri budur. 169 00:25:07,280 --> 00:25:14,960 Amerikalılar bizim gənclərimizdə o şücaətin, o optimizmin, 170 00:25:15,360 --> 00:25:22,280 o stimulun, o dinamizmin, o fiziki güc və bacarığın, 171 00:25:22,480 --> 00:25:29,160 o düşüncə qabiliyyətinin olmağını istəmir, onların düşmənə nikbin, 172 00:25:29,400 --> 00:25:37,960 öz komandanlıq vəzifəsinə və arxa cəbhəyə isə bədbin yanaşmasını istəyir; düşmən bizim gənclərimizi bu cür bəyənir. 173 00:25:39,960 --> 00:25:51,720 Onun radio, televiziya və internet vasitəsilə apardığı, bizim gənclərimizə ünvanlanan bütün təbliğatın 174 00:25:52,560 --> 00:26:03,960 və gördüyü bütün cürbəcür işlərin məqsədi budur; İran gəncini elə bir ünsürə çevirmək istəyirlər; 175 00:26:04,240 --> 00:26:13,400 nə doğru-dürüst imanı, nə elə bir şücaəti, nə stimulu, nə də ümidi olan bir ünsürə; 176 00:26:14,200 --> 00:26:18,840 buna çevirmək istəyirlər. İslam Respublikası isə bunun tam əksini istəyir; 177 00:26:19,960 --> 00:26:25,800 İran gəncinin fəal və effektiv olmağını arzu edir. 178 00:26:26,440 --> 00:26:34,760 Mənim əzizlərim, mənim balalarım, mənim sizdən istədiyim budur: 179 00:26:34,760 --> 00:26:42,600 siz öz yaşıdlarınızın – sizinlə həmyaşıd olan orta məktəb şagirdlərinin – 180 00:26:43,360 --> 00:26:49,960 o doğru, bəyənilən xüsusiyyətlərə uyğun yetişdirilməsində rol oynamalı, 181 00:26:50,200 --> 00:27:01,960 onların məhz bu cür olmasına yardım etməlisiniz; islami təşkilatların vəzifəsi budur. 182 00:27:04,080 --> 00:27:15,760 Təbii, bu yalnız o zaman mümkün ola bilər ki, siz öz təşkilatınızı uğurla qurub, özünütərbiyə yolunda uğurla addımlayasınız. 183 00:27:15,960 --> 00:27:26,600 Əlhəmdulillah, bayaq cənab Hacı Əliəkbərinin də qeyd etdiyi kimi, islami təşkilatlarda vəziyyət bir çox hallarda məhz elə bu cürdür; onun məruzəsi məni, doğrudan da, sevindirdi; 184 00:27:27,520 --> 00:27:37,320 az-çox xəbərdar idim, məlumatım da var idi, amma o, bu gün burda açıq-aydın söylədi. 185 00:27:39,120 --> 00:27:44,360 Həm özünüzü, həm də başqalarını tərbiyə edin. 186 00:27:45,600 --> 00:27:49,680 Özü də bu təkcə sizə aid deyil; 187 00:27:49,680 --> 00:27:56,760 siz müsəlman şagird təşkilatlarısınız, müsəlman tələbə təşkilatları da eyni vəzifəni yerinə yetirir. 188 00:27:58,200 --> 00:28:04,320 İstənilən yerdə, istənilən islami təşkilat – istər şagird təşkilatı olsun, istərsə də tələbə təşkilatı – 189 00:28:04,960 --> 00:28:12,360 İran gənclərini qeyd etdiyim səciyyəvi keyfiyyətlərlə, qeyd etdiyim formada yetişdirmək əvəzinə, 190 00:28:12,520 --> 00:28:21,320 əksinə davranır, yaxud bu işdə səhlənkarlığa yol verirsə, bu o deməkdir ki, daşıdığı vəzifəyə zidd hərəkət edir; 191 00:28:22,520 --> 00:28:32,040 Allah-taalanın ondan istədiyinin əksinə davranır. “Məkarimül-əxlaq” duasında 192 00:28:32,640 --> 00:28:36,880 insan Allahdan onlarla şey istəyir; hansılar ki, kifayət qədər önəmlidir də; o cümlədən deyirik: 193 00:28:36,680 --> 00:28:41,320 وَ استَعمِلني لِما تَسأَلُني غَدًا عَنه 194 00:28:41,600 --> 00:28:53,760 “Məni sabah – Qiyamət günü haqqında sorğu-sual edəcəyin işlərə məşğul et” ; məsuliyyət daşıyırıq; hər kəs məsuliyyət daşıyır. 195 00:28:54,880 --> 00:29:02,400 Siz gəncsiniz, biz qocayıq, amma hamımızın öhdəsinə məsuliyyət düşür; qocalar kimi, gənclər də məsuliyyət daşıyır, fərqi yoxdur. 196 00:29:06,000 --> 00:29:16,400 Siz, assosiasiyanız çalışmalısınız ki, əvvəla, auditoriyanızı 197 00:29:16,960 --> 00:29:21,600 kəmiyyət baxımından bacardığınız qədər genişləndirəsiniz; 198 00:29:23,080 --> 00:29:33,400 mən demirəm ki, təşkilatların sayını artırın, demək istədiyim odur ki, təşkilatlarınızın təbliğat dairəsini, yaşıdlarınız üzərində təsir dairəsini genişləndirin. 199 00:29:34,280 --> 00:29:38,720 Ola bilsin, qarşınızdakı insan heç təşkilatınızın üzvü olmaya, üzv olmaq istəməyə, 200 00:29:39,160 --> 00:29:50,000 eybi yoxdur, amma islami təşkilatlar elə etməlidir ki, özlərinə daha geniş auditoriyalar qazansınlar, daha geniş auditoriyalara 201 00:29:51,080 --> 00:29:56,880 təsir göstərmək imkanı əldə etsinlər və həmin təsir bayaq qeyd etdiyimdən, 202 00:29:57,720 --> 00:30:08,920 yəni müsəlman gəncin şəxsiyyətini, kimliyini formalaşdırmaqdan ibarət olsun; İslam Respublikasının istədiyi formada, 203 00:30:09,080 --> 00:30:16,680 İslam Respublikasının səciyyələndirdiyi şəkildə; Amerikanın və sionist kapitalistlərin səciyyələndirdiyi şəkildə yox. 204 00:30:17,040 --> 00:30:21,400 Bu, bir vəzifədir, bu işi yerinə yetirməyə çalışmaq lazımdır. 205 00:30:24,360 --> 00:30:31,800 Sizin assosiasiyanın həyata keçirdiyi tədbirlərdən xəbərim var; mənə hesabat da təqdim ediblər; 206 00:30:32,240 --> 00:30:37,840 baxmışam da; yaxşı da hesabatdır; həyata keçirilən tədbirlər də çox yaxşıdır, 207 00:30:39,040 --> 00:30:47,600 amma günü-gündən daha da gücləndirməlisiniz; bu tədbirləri kəmiyyət və keyfiyyət baxımından günü-gündən daha da artırmaq lazımdır. 208 00:30:47,920 --> 00:30:59,920 Ölkənin sizə ehtiyacı var; ölkənin bu gün ölkəmizdə olan milyonlarla şagird və tələbəyə kəskin ehtiyacı var. 209 00:31:00,560 --> 00:31:11,880 Bizim mömin, sədaqətli, optimist, yüksək ruhlu, fəal, təşəbbüskar gənclərə ehtiyacımız var, 210 00:31:12,000 --> 00:31:15,320 ölkənin ehtiyacı var, ölkənin gələcəyinin ehtiyacı var. 211 00:31:17,480 --> 00:31:22,040 Düzdür, İslam Respublikasının artıq 37 yaşı var 212 00:31:22,320 --> 00:31:28,120 və düşmən bütün səylərinə baxmayaraq, bu 37 ildə heç bir qələt edə bilməyib; bu doğrudur, 213 00:31:29,520 --> 00:31:35,760 amma şair demişkən: “Düşməni həqir və biçarə saymaq olmaz” ; daha uzun müddət üçün nəzərdə tutduqları planlar var. 214 00:31:36,640 --> 00:31:44,200 Necə ki biz 50 il bundan sonra haqqında danışırıq – məsələn, mən 3-4 il bundan əvvəl demişdim ki, 215 00:31:44,480 --> 00:31:49,240 50 il sonra üçün elm sahəsi ilə bağlı planlarımız bunlardır – 216 00:31:49,680 --> 00:31:55,880 yəni necə ki biz gələcək 50 ili düşünürük, onlar da 50 il bundan sonranı düşünür. 217 00:31:57,720 --> 00:32:08,280 Onların da məqsədi var, bu hərəkatın ardıcıl, davamlı olmasını əngəlləmək haqda düşünürlər; belə ki bu hərəkat təkcə İranla məhdudlaşmayıb, təkcə İranda qalmayıb, 218 00:32:09,160 --> 00:32:14,800 davamlı olub və müxtəlif yerlərdə, müxtəlif formalarda genişlənib. 219 00:32:15,040 --> 00:32:22,720 Biz isə buna imkan verməməliyik. Kim imkan verməməlidir? 220 00:32:24,080 --> 00:32:40,400 Siz; siz gənclər; gələcək sizindir. Həm sözün həqiqi mənasında özünüzü bir şəxsiyyət kimi formalaşdırın, həm də sabitqədəm olun. 221 00:32:42,400 --> 00:32:55,160 Sabah universitetə gedəcəksiniz, universitet tələbəsi olmağınız sizdə o dini, inqilabi şəxsiyyəti daha da gücləndirməlidir, zəiflətməməlidir. 222 00:32:55,720 --> 00:33:03,920 Bəzi insanlar belədir; ali məktəbə gedənə qədər bir cür olurlar, universitetə gedəndən sonra tamam dəyişirlər! 223 00:33:04,840 --> 00:33:11,080 Belə olmamalıdır, bu psixologiya, bu ruhiyyə daha da güclənməlidir. Gedəcəyiniz universitetlər də müsəlman universitetidir, 224 00:33:11,800 --> 00:33:19,720 universitetlər də İslamındır, inqilabındır, bu inqilabçı xalqındır. 225 00:33:21,560 --> 00:33:28,640 Bu mahiyyət, bu kimlik davam etdirilməli, qalıcı olmalıdır; sabitqədəm olun. Sabitqədəm olmaq çox önəmlidir. 226 00:33:30,160 --> 00:33:34,440 Aranızdakı əlaqə də kəsilməsin. 227 00:33:34,840 --> 00:33:43,640 Müsəlman gənclər təşkilatları arasında hazırda mövcud olan əlaqə kəsilməməlidir. Çalışın bu əlaqənizi qoruyub saxlayasınız. 228 00:33:44,560 --> 00:33:54,800 Bu mübarək zənciri, aranızdakı bu əlaqəni qoruyun; həm indi, həm də orta məktəb yolunu başa vurub 229 00:33:55,120 --> 00:34:02,200 tələbəlik yoluna qədəm qoyandan sonra və ya olduğunuz hər bir yerdə. 230 00:34:02,600 --> 00:34:07,560 “Haqqı və səbri tövsiyə edənlər” – ayəsinin bir nümunəsi olun. 231 00:34:07,800 --> 00:34:17,760 Bir-birini qoruyub yaşatmağa çalışın; eynilə alpinistlərin təhlükəli yüksəkliklərdə 232 00:34:18,800 --> 00:34:30,280 kəndirlə bir-birini kəmərlərinə bağladıqları kimi; beləcə dağın başına çatana qədər birinin ayağı sürüşsə də, aşağı yıxılmır; 233 00:34:33,080 --> 00:34:38,200 bir-birinə kəndirlə bağlı olduqları üçün biri sürüşsə də, 234 00:34:38,320 --> 00:34:45,480 o birilər onu tutub yuxarı çəkir; bağlılıq, əlaqə bax belə bir şeydir. 235 00:34:46,800 --> 00:34:50,240 تَواصَوا بِالحَقِ‌ّ وَ تَواصَوا بِالصَّبر 236 00:34:50,480 --> 00:34:55,600 Bir-birinizə həm haqq yolla getməyi, həm də səbirli olmağı 237 00:34:55,840 --> 00:35:01,560 tövsiyə edin. Səbir – dözümlülük, mübarizlik, sabitqədəmlik, 238 00:35:03,080 --> 00:35:15,080 xoşagəlməz hadisələrlə qarşılaşarkən doğru yoldan sapmamaq, qorxmamaq, tərəddüd etməmək deməkdir. Mənim sizə demək istədiklərim bax bunlar idi. 239 00:35:18,640 --> 00:35:22,400 Əlbəttə ki, rəsmilərin də öhdəsinə müəyyən vəzifələr düşür. 240 00:35:22,640 --> 00:35:29,800 Sevindirici haldır ki, bu gün Təhsil və Tərbiyə Nazirliyinin başında dindar, imanlı insanlar durur. Bu, bir fürsətdir, 241 00:35:30,680 --> 00:35:42,000 ondan istifadə etmək lazımdır. Hər hansı bir kollektivin rəhbərliyi dindar, imanlı olduqda 242 00:35:42,240 --> 00:35:52,800 bir çox yaxşı işlər görmək imkanı yaranır; o uşaqlar, mənim o gözəl balalarım, o oğlanla qız 243 00:35:53,160 --> 00:35:59,880 çox gözəl danışdılar; yəni onlar, həqiqətən də, çox düzgün məqamlara toxundular 244 00:36:00,520 --> 00:36:07,280 və mən həm öz idarəmizə, həm də Təhsil və Tərbiyə Nazirliyinə tövsiyə edirəm ki, onların dediyi məqamları 245 00:36:07,520 --> 00:36:11,920 qeyd etsinlər, diqqət yetirsinlər, araşdırsınlar, önə çəksinlər. 246 00:36:12,080 --> 00:36:21,440 Mənim demək istədiyim budur ki, əvvəla təkcə müsəlman gənclər təşkilatlarının yox, 247 00:36:21,800 --> 00:36:32,320 bütün şagirdlərin inqilabi işlərlə məşğul olması üçün asudə vaxt yaratmaq lazımdır. 248 00:36:34,280 --> 00:36:42,000 Təlim və tərbiyənin, ən çox da təlimin metodları elə olmalıdır ki, 249 00:36:42,440 --> 00:36:51,880 şagird gənclərimizin bütün vaxtı, gücü, 250 00:36:52,920 --> 00:37:02,440 istedadı, fiziki və intellektual gücü sırf kitab-dəftərə sərf olunmasın; 251 00:37:03,320 --> 00:37:11,720 bəzən belə olur; görürsən ki, şagirdin bütün fiziki və intellektual gücü, psixologiyasının və əsəblərinin potensialı 252 00:37:11,960 --> 00:37:22,440 kitablara sərf olunur; nə əyləncə üçün, nə idman üçün, nə də inqilabi işlər üçün 253 00:37:22,440 --> 00:37:29,640 asudə vaxtı qalır; bu, bir nöqsandır; elə etsinlər ki, şagirdlərimizin boş vaxtı da qalsın. 254 00:37:29,640 --> 00:37:35,520 Əlbəttə ki, bu, bir-iki günün işi deyil, bunun üçün xüsusi proqram olmalıdır. 255 00:37:36,560 --> 00:37:42,000 Ola bilsin, bugünə-sabaha alınmaz, amma bu istiqamətdə iş görülməlidir. 256 00:37:43,360 --> 00:37:46,960 Uşaqlar inqilabi ruhda yetişdirilməlidir, 257 00:37:47,960 --> 00:37:55,640 ona görə də onlara inqilabi işlər, inqilabi fikirlər üçün boş vaxt imkanı yaratmaq lazımdır; bu, bir. 258 00:37:55,840 --> 00:38:04,120 İkincisi, etibarlı şagird təşkilatlarının fəaliyyəti üçün şərait yaradılmalıdır; 259 00:38:04,240 --> 00:38:10,600 eynilə bu müsəlman şagird təşkilatları kimi, bu assosiasiya kimi; bunlar bir təşkilatdır; 260 00:38:11,040 --> 00:38:17,080 yaxud bəsic – şagird bəsici; təşkilatdır; 261 00:38:17,720 --> 00:38:24,560 etimada layiq və dindar bir təşkilat. Bunlara meydan verilsin, meydan verilsin ki, işləsinlər; şərait yaradılsın, 262 00:38:25,080 --> 00:38:32,760 imkanlar yaradılsın – bu gənclərin də burda qeyd etdiyi kimi – maddi imkanlar, mənəvi imkanlar; 263 00:38:34,280 --> 00:38:39,560 bunlara meydan versinlər, qədrlərini bilsinlər. 264 00:38:40,120 --> 00:38:47,480 Sizdə olan bu stimulu pul, 265 00:38:47,640 --> 00:38:52,360 təbliğat və sairlə də yaratmaq istəsəydik, heç vaxt mümkün olmazdı; 266 00:38:52,560 --> 00:38:57,480 “Yer üzünün bütün sərvətini xərcləsəydin belə, onların qəlbləri arasında ülfət yarada bilməzdin”. 267 00:38:57,680 --> 00:39:04,120 Mən də burda deyirəm: əgər bütün sərvətimizi də xərcləsəydik, bu qədər stimul, 268 00:39:04,320 --> 00:39:09,000 bacarıq, şövq və marağı bir yerə toplaya bilməzdik. 269 00:39:09,440 --> 00:39:20,520 Bu, daxildən qaynayıb daşan bir şeydir; bunu Allah edib; qəlblər Allahın əlindədir; mənim də, sizin də qəlbimiz Allahın əlindədir. 270 00:39:22,080 --> 00:39:28,200 Bunun qədrini bilməliyik. İndi bu uşaqlar meydana atılıblar; gənclərimiz – 271 00:39:28,440 --> 00:39:33,920 istər Müsəlman Tələbə Təşkilatları Assosiasiyasında olsun, istər bəsicdə və sairdə – 272 00:39:35,000 --> 00:39:42,120 gəlib meydana giriblər, Allah naminə, inqilab üçün, ölkə üçün hansısa işlər görmək istəyirlər; 273 00:39:42,680 --> 00:39:52,440 onlara meydan vermək, maddi və mənəvi dəstək olmaq lazımdır. 274 00:39:53,880 --> 00:40:06,240 Üçüncü məqam: bəzi məktəblərdə inqilabi işlərə qarşı çıxırlar; o iki əziz gəncimiz də 275 00:40:06,360 --> 00:40:13,200 burda qeyd etdilər, mən də eşitmişdim, məlumatım var idi. 276 00:40:13,960 --> 00:40:18,840 Tutalım, uşaqlar 22 bəhmən üçün – məsələn deyirəm – 277 00:40:19,240 --> 00:40:22,880 proqram hazırlamaq istəyirlər, 278 00:40:23,120 --> 00:40:30,040 məktəb rəhbərliyi isə onlara kömək etmək əvəzinə, əngəllər yaradır; bəzən hətta rəsmən qarşısı alınır; 279 00:40:30,880 --> 00:40:36,200 yox, bu kimi tendensiyalara qarşı mübarizə aparılmalıdır. 280 00:40:36,520 --> 00:40:42,880 Uşaqlar dərslərini oxumalıdır, lap yaxşı, oxusunlar; mən də dərs oxumağın tərəfdarıyam, 281 00:40:43,600 --> 00:40:48,440 bilirsiniz, amma dərslə yanaşı inqilabi işlər də görülməlidir. 282 00:40:50,400 --> 00:40:54,960 Əzizlərim! Ölkəmizin gəncləri insanda ümid doğurur; 283 00:40:55,560 --> 00:41:01,000 gəncliyimiz ümidvericidir; belə deyil ki, mənim az sayda gənclərin 284 00:41:01,360 --> 00:41:08,240 yanlış yollara getdiyindən, pis işlər gördüyündən xəbərim yoxdur; yox, onlardan da xəbərim var, 285 00:41:08,440 --> 00:41:17,800 amma ölkəmizin gəncliyinə ümumilikdə nəzər salanda Allah-taalaya şükürlər edirəm. 286 00:41:18,600 --> 00:41:22,880 Onları azdırmaq üçün bu qədər amillərin, bu qədər böyük marağın, 287 00:41:23,080 --> 00:41:28,520 əsas diqqətini məhz gənclərin üzərində cəmləmiş 288 00:41:28,680 --> 00:41:34,360 belə geniş düşmən cəbhəsinin mövcud olduğuna baxmayaraq, bizim mömin, dindar, inqilabi ideyaların daşıyıcısı olan, 289 00:41:35,160 --> 00:41:47,480 təvəssül edən, mənəviyyata təşnə və aşiq olan möhtəşəm bir gənclər ictimaiyyətimiz var. Bu, balaca bir şey deyil, çox böyük, önəmli bir məsələdir. 290 00:41:48,360 --> 00:41:56,080 Gənclərimizdən bir qrupu Quranla məşğul olur, bir qrupu etikafı sevir, bir qrupu Ərbəində piyada İmam Hüseyn (ə) məqbərəsinə getməyin həvəskarıdır, 291 00:41:57,600 --> 00:42:05,200 bir qrupu inqilabi meydanlarda çıxış etməyi, inqilabın zahiri atributları üzərində möhkəm durduğunu nümayiş etdirməyi xoşlayır. 292 00:42:05,400 --> 00:42:10,440 Bu, çox möhtəşəm, çox dəyərli bir şeydir. Düşmən bütün bunların əleyhinədir. 293 00:42:11,720 --> 00:42:20,880 Sizə onu da deyim ki, İslam Respublikasının düşməni bu günə qədər həmişə məğlub olub; 294 00:42:21,120 --> 00:42:27,320 buna heç bir şübhə yoxdur; bunu bilin. İndiyə qədər məğlub olub, mən bunu dönə-dönə demişəm, 295 00:42:27,680 --> 00:42:33,120 sübutu da göz qabağındadır; arqumenti açıq-aydındır, 296 00:42:33,240 --> 00:42:36,760 başa düşülməyəsi, qaranlıq, dolaşıq deyil. 297 00:42:36,800 --> 00:42:41,600 Sübutu odur ki, bu inqilab yarandığı, 298 00:42:41,680 --> 00:42:48,240 İslam dövləti qurulduğu zaman onlar ilk gündən bu rejimi yer üzündən silməyi qərara almışdılar; 299 00:42:49,240 --> 00:42:54,440 ən azından inkişafına əngəl olmalı idilər. Aradan 37 il keçib, 300 00:42:54,640 --> 00:43:01,400 bu dövlət günü-gündən inkişaf edərək çiçəklənib, güclənib, bu ağacın gövdəsi yoğunlaşıb, 301 00:43:01,760 --> 00:43:05,640 qol-budaq atıb, düşmən isə heç bir qələt edə bilməyib. 302 00:43:27,000 --> 00:43:32,720 Deməli, indiyə qədər heç nə edə bilməyiblər; özü də təkcə bizdə deyil; 303 00:43:32,760 --> 00:43:39,680 baxın, İslam dünyasında, Livan və Fələstində 304 00:43:40,240 --> 00:43:47,600 mübariz gənclərin əleyhinə nələr etdilər; nəyə nail ola bildilər? 305 00:43:49,360 --> 00:43:58,360 Livanda Hizbullaha qarşı təbliğatla, eləcə də əməli tədbirlərlə nə qədər fəaliyyət göstərdilər, 306 00:43:58,520 --> 00:44:06,360 hədələdilər, təhdidlərini reallaşdırdılar. Buna baxmayaraq, Hizbullar 307 00:44:06,880 --> 00:44:11,640 öz rəşadətli varlığını İslam dünyasında nümayiş etdirir. 308 00:44:12,000 --> 00:44:21,120 İndi tutaq ki, hansısa xaricdən asılı, korrupsion, içi puç, simasız dövlət 309 00:44:22,280 --> 00:44:32,280 neftdən gələn dollarlar hesabına hansısa bəyanatında, məsələn, Hizbullahı ittiham edir. Cəhənnəmə etsin! Nə əhəmiyyəti var?! 310 00:44:32,840 --> 00:44:44,160 Hizbullah orda günəş kimi parlayır. Hizbullah İslam dünyasının qürur mənbəyidir. 311 00:44:45,600 --> 00:44:51,400 Livandakı Hizbullah partiyası, hizbullahçı gənclər bütün İslam dünyasının iftixarıdır. 312 00:44:51,800 --> 00:45:00,880 Onlar 3 ərəb ölkəsinin ordusunun 2-3 döyüşdə görə bilmədiyi bir işi görüblər; 313 00:45:01,440 --> 00:45:09,960 onlar İsraili məğlub ediblər. Onların İsrailə yaşatdığı o məğlubiyyətdən əvvəl 314 00:45:10,600 --> 00:45:20,080 ən azı 2 döyüşdə – birinci döyüşdə ölkələr hamısı gücünü birləşdirməmişdi, amma ikinci döyüşdə 315 00:45:20,440 --> 00:45:28,720 Misir, İordaniya və Suriya İsrailə qarşı hərbi qüvvə çıxarmış və məğlub olmuşdular – 316 00:45:30,040 --> 00:45:38,960 3 ölkənin qoşunu – özü də Misir, Suriya, İrodaniya kimi güclü ordusu olan ölkələr – 317 00:45:40,080 --> 00:45:49,360 sionist rejiminə qarşı qoşun çəkdi, amma müharibəni uduzdu. 318 00:45:49,560 --> 00:45:59,520 Hizbullah isə həmin o İsrail rejimini – hələ bir qədər də gücləndikdən sonra – 33 gün ərzində məğlub etdi. Bu, balaca bir şeydirmi? 319 00:46:00,800 --> 00:46:10,920 Önəmsiz bir faktdırmı? “Onlar İslam dünyasının fəxridir” desək, yanlış olarmı? 320 00:46:11,480 --> 00:46:18,120 Hardasa bir tör-töküntü onları qınayırsa da, qoy qınasın, nə önəmi var? 321 00:46:21,080 --> 00:46:25,680 Həqiqət getdikcə genişlənməkdə, yüksəlməkdədir. 322 00:46:26,960 --> 00:46:34,960 Həqiqət öz yolunda hansısa çətinliklərlə üzləşə bilər, amma sonda qələbə qazanacaq. 323 00:46:35,840 --> 00:46:39,840 Quran buyurur: فَاَمَّا الزَّبَدُ فَيَذهَبُ جُفآء 324 00:46:40,400 --> 00:46:50,760 Suyun üstündəki köpük zahirən diqqət çəkir; çayın üzərinə baxanda 325 00:46:51,240 --> 00:47:00,280 su qaynayıb bir-birinə toxunduğu zaman çoxlu köpük görünür, amma bu köpük qalıcı deyil. 326 00:47:01,400 --> 00:47:04,360 فَاَمَّا الزَّبَدُ فَيَذهَبُ جُفآء 327 00:47:04,680 --> 00:47:08,840 O köpük çıxıb gedir, məhv olur. 328 00:47:09,120 --> 00:47:12,840 وَ اَمّا مايَنفَعُ النّاسَ فَيمکُثُ فِي الاَرض 329 00:47:13,520 --> 00:47:23,480 Xeyirli olan, insanların həyatı üçün əhəmiyyətli olan, yəni o saf, axar su isə qalır. 330 00:47:24,960 --> 00:47:31,480 Həqiqət də belədir, həqiqət qələbə qazanacaq, 331 00:47:31,600 --> 00:47:39,000 həqiqət öz hədəflərinə çatacaq. Bəli, yolunda problemlər, çətinliklər olur. 332 00:47:40,120 --> 00:47:52,840 Şərti budur ki, o problemlər qarşısında təslim olmasın; haqqın əsgəri, haqqın zabiti, haqq yolun yolçusu bu problemlər qarşısında özünü itirməsin. 333 00:47:53,000 --> 00:48:01,000 Özünü itirməyib çətinliklər qarşısında dözdüsə, nəticə əldə edəcək; 334 00:48:02,280 --> 00:48:06,880 necə ki əldə edib də; istər ilkin İslam dövründə, 335 00:48:07,120 --> 00:48:13,640 istər müqavimətin olduğu hər bir dövrdə, istərsə də maddiyyatın üstünlüyü dövrü olan müasir dövrümüzdə. 336 00:48:13,760 --> 00:48:20,200 Əzizlərim, həqiqət sizə aiddir, siz haqq yolun yolçususunuz. Gələcək sizindir. 337 00:48:20,680 --> 00:48:29,440 İnşallah, elə bir gün gələcək ki, sizin mübarizliyinizin bərəkəti sayəsində bu çətinliklər də azalacaq, 338 00:48:29,760 --> 00:48:36,200 getdikcə azalıb tədricən aradan gedəcək və inşallah, siz zirvədə olacaqsınız. 339 00:48:56,920 --> 00:49:02,840 Bu gün bura gəlməmiş uşaqlara mənim salamımı çatdırın. 340 00:49:03,200 --> 00:49:08,880 Dedilər ki, bu görüş hər il keçirilsin. İndi dəqiq tarixi nə vaxt olar, 341 00:49:09,200 --> 00:49:14,040 bilmirəm, amma mənim sözüm yoxdur, sizi nə qədər tez-tez görsək, bizim üçün də yaxşıdır. 342 00:49:14,480 --> 00:49:17,280 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.