1 00:00:05,800 --> 00:00:08,280 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:09,320 --> 00:00:12,400 Həmd olsun aləmlərin Rəbbi olan Allaha. 3 00:00:15,320 --> 00:00:22,040 Salavat və salam olsun ağamız və peyğəmbərimiz Əbülqasim Müstəfa Mühəmmədə, 4 00:00:30,720 --> 00:00:34,480 onun pak-pakizə, nəcib, 5 00:00:39,360 --> 00:00:42,320 hidayətedici və hidayət olunmuş, məsum övladlarına. 6 00:00:44,120 --> 00:00:49,440 Allahım, salam olsun Fatiməyə, onun atasına, həyat yoldaşına, iki öğluna. 7 00:00:50,840 --> 00:00:56,320 Sənin salavatın, sənin mələklərinin və dostlarının salavatı olsun onlara. 8 00:00:57,280 --> 00:01:02,640 Mübarək bayram günü münasibətilə sizi təbrik edir 9 00:01:04,560 --> 00:01:16,880 və proqram təşkil etmiş əziz qardaşlara təşəkkür edirəm. Həqiqətən, faydalandıq və həzz aldıq. 10 00:01:19,560 --> 00:01:27,960 Mərasimin sonunda ifa edilən və cənab Sazgar tərəfindən 11 00:01:29,600 --> 00:01:40,880 bəstələnən dini nəğmə də hər il bu mərasim üçün gözəl sonluq olur. Bu il də mərasim çox gözəl şəkildə icra edildi: 12 00:01:43,160 --> 00:01:51,440 gözəl məzmun, gözəl məna, dərs, təlim və xatırlatma oldu. 13 00:01:55,600 --> 00:02:05,400 Əziz qardaşların iştirak etdiyi bu gözəl mərasimdə (əlbəttə, burada dəyərli bacılar da var) 14 00:02:07,160 --> 00:02:14,160 mənim müraciətim daha çox sizə - 15 00:02:15,320 --> 00:02:28,880 Şəhidlər Sərvərini (s.ə) və Əhli-beyti (ə.s) mədh edib xatırlatmaq iftixarına nail olmuş qardaşlara ünvanlanıb. 16 00:02:31,760 --> 00:02:49,600 Allaha həmd olsun ki, bu arada məddahların xüsusilə, cavanların sayı tələb edilən səviyyədədir, çoxdur və yaxşıdır. 17 00:02:51,960 --> 00:02:56,160 Bəzi yerlərdə keyfiyyət də, həqiqətən, yaxşıdır. 18 00:02:57,960 --> 00:03:06,920 Məddahlıq məsələsi bizim ölkəmizə xas olan bir fenomendir, 19 00:03:08,680 --> 00:03:14,960 heç bir başqa yerdə bunun bənzəri yoxdur. 20 00:03:16,000 --> 00:03:28,280 Əlbəttə, şiə cəmiyyətinin özünəməxsus cəhətləri, digər islami və qeyri-islami cəmiyyətlərdə mövcud olmayan 21 00:03:30,400 --> 00:03:40,800 xüsusi cəhətlər növbənövdür. Məsələn, əzadarlığın özü və ya Əhli-beytin (ə.s) müsibətlərini yada salmaq – 22 00:03:41,320 --> 00:03:50,920 adətən, bu, moizə, nəsihət, maarifləndirici biliklərin və günün məsələlərinin, hər dövrün tələblərinə uyğun olan 23 00:03:51,640 --> 00:03:58,200 müxtəlif mətləblərin çatdırılması ilə yanaşı baş verir. Bunlar şiənin özünəməxsus cəhətlərinin bir parçasıdır 24 00:03:59,200 --> 00:04:07,800 və imamların (ə.s) dövründən bu günə kimi davam etməkdədir. Başqa yerlərdə bunlar yoxdur 25 00:04:08,600 --> 00:04:16,040 və onlar bu yoxluğu hiss edirlər. Bu yoxluğu başqa yerlərdə duyur və bir yolla onu doldurmağa çalışırlar, amma alınmır. 26 00:04:18,480 --> 00:04:38,880 Mədh, müsibət, mərsiyə, xatırlatma və sair mövzularda məddahlıq və nəğmə qoşmaq fenomeni də özünəməxsusluqlardan biridir. 27 00:04:39,120 --> 00:04:45,520 Bunlar da başqa yerlərdə yoxdur, bu formada, bu ümumilikdə, istər say, 28 00:04:46,160 --> 00:04:53,400 istərsə də məna, məfhum və sairə baxımından bu genişlikdə mövcud deyil. 29 00:04:56,000 --> 00:05:04,960 Bu fenomen elmi miqyasa maikdir. Yəni yeri var ki, 30 00:05:06,360 --> 00:05:15,520 tələbələrimiz, müəllimlərimiz, tədqiqatçılarımız əyləşib bu fenomen üzərində düşünsünlər, işləsinlər. 31 00:05:16,320 --> 00:05:29,160 Həm onu izah və təhlil etsinlər, həm də onu inkişaf etdirməyin elmi yollarını bizə göstərsinlər və öyrətsinlər. 32 00:05:29,600 --> 00:05:36,920 Biz əslində bu fenomeni diqqətdən kənarda qoymuşuq, halbuki bu, çox mühüm fenomendir. 33 00:05:39,080 --> 00:05:43,960 Allaha həmd olsun, 34 00:05:43,960 --> 00:05:50,680 keçən otuz ildən artıq bir dövrdə bu günkü kimi hər il 35 00:05:51,320 --> 00:05:59,080 məddah qardaşlarımızla birlikdə bu mərasimi təşkil etmək imkanımız olmuşdur. 36 00:06:00,000 --> 00:06:07,520 Sizin aranızda yaşı bu mərasimlərin yaşından az olanlar da az olmaz. 37 00:06:08,040 --> 00:06:12,960 Otuz neçə ildir ki, bu mərasimlər keçirilir. 38 00:06:15,760 --> 00:06:22,200 Bu fenomen haqqında bir qədər söhbət etməyimiz üçün gözəl imkan yaranıb. 39 00:06:23,680 --> 00:06:30,480 İnsanların adət üzrə bu sözləri dediklərinə görə yox, 40 00:06:30,760 --> 00:06:38,720 həqiqəti deməliyik ki, biz Həzrət Zəhranın (s.ə) əzəmətli məqamı haqqında, 41 00:06:39,880 --> 00:06:45,560 bu böyük şəxsiyyətin və onunla yanaşı məsum imamların 42 00:06:46,680 --> 00:06:53,440 nurlu həqiqəti barədə danışmağa acizik. 43 00:06:54,640 --> 00:07:04,040 Bizim dilimiz, ifadə qabiliyyətimiz, şüurumuz bu mövzularda söhbət edə bilmək səviyyəsindən aşağıdır. 44 00:07:05,880 --> 00:07:12,200 “Allah sizi nur şəklində yaratdı və öz ərşinə düzdü”. 45 00:07:13,360 --> 00:07:22,840 Məsum imamların (ə.s) nurları haqqında deyilən budur. Biz daha özümüzdən nə söyləyə bilərik? 46 00:07:24,200 --> 00:07:30,200 Lakin bu böyük şəxsiyyətlərin həyatı, davranışı, 47 00:07:30,520 --> 00:07:38,320 onların bir bəşər övladı kimi bizə nümunə olmaları barədə deyiləsi söz çoxdur. 48 00:07:39,240 --> 00:07:47,680 Bu barədə çox danışılıb. Bəzi qardaşlar da bugünkü şeirlərində buna işarə vurdular. 49 00:07:48,320 --> 00:07:53,040 Danışmaq imkanı genişdir. Bu mövzuda bir neçə cümlə deyəcəyəm. 50 00:07:54,840 --> 00:08:00,320 Biz həzrət Zəhranın (s.ə) şəxsiyyətinə ikinci baxış bucağından, 51 00:08:01,000 --> 00:08:07,280 yəni ülgü olmaq baxımından nəzər salmalıyıq. 52 00:08:07,720 --> 00:08:15,720 Uca Allah Quranda iki qadını möminlərə və iki qadını da kafirlərə ülgü olmaq baxımından nümunə gətirmişdir: 53 00:08:16,360 --> 00:08:20,920 “Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi”. 54 00:08:23,200 --> 00:08:28,680 Sonrakı ayədə isə “İmranın qızı Məryəm”i 55 00:08:28,680 --> 00:08:42,160 misal çəkərək, möminlərə - yalnız mömin qadınlara yox, kişi və qadınlara – iki nümunə göstərmişdir. 56 00:08:43,520 --> 00:08:51,040 Bu böyük şəxsiyyətlərə həmin baxış tərzi ilə, yəni nümunə kimi baxmaq və onlardan dərs almaq olar. 57 00:08:51,040 --> 00:08:55,760 Fatimeyi-Zəhra (s.ə) siddiq və siddiqələrin (doğrucul kişi və qadınların) içində 58 00:08:57,120 --> 00:09:08,280 Siddiqeyi-kübradır, yəni bu böyük şəxsiyyət ən böyük siddiqədir. 59 00:09:08,480 --> 00:09:16,720 İndi ki istəyirik ondan dərs alaq, gərək qadınlar da dərs alsınlar, kişilər də. Hamı dərs alsın – alim də, cahil də. 60 00:09:17,120 --> 00:09:21,880 Görək bu böyük şəxsiyyət barəsində məsum imamların kəlamlarında 61 00:09:22,200 --> 00:09:25,960 buyurulan təriflərdə nə deyilir. 62 00:09:26,320 --> 00:09:35,000 İmam Rzanın (ə.s) ziyarətində növbə həzrət Zəhraya çatanda salavat məqsədi ilə (bu ziyarət elə başdan-başa salavatdan ibarətdir) buyurur: 63 00:09:36,280 --> 00:09:40,160 “Allahım, salavatın olsun sənin peyğəmbərinin qızı Fatiməyə”. 64 00:09:41,080 --> 00:09:51,240 Bu, bir xüsusiyyətdir. Bu xüsusiyyət çox mühümdür. Əlbəttə, özünü bənzədəsi misal deyil. Hamı Peyğəmbər qızı ola bilməz. 65 00:09:51,960 --> 00:10:03,120 Peyğəmbərin qızı olmaq formasında o həzrətə bağlılıq məqamın ucalığının göstəricisidir. 66 00:10:04,920 --> 00:10:13,040 “Sənin dostunun həyat yoldaşına”. Bu da ikinci xüsusiyyətdir. Əlbəttə, bu xüsusiyyət də əl çatası deyil 67 00:10:13,720 --> 00:10:17,560 və hamı Allahın dostunun həyat yoldaşı ola bilməz. 68 00:10:18,880 --> 00:10:27,440 Bu cəhət də o böyük şəxsiyyətin məqamının ucalığını, şən və cəlalının ucalığını göstərir. 69 00:10:29,160 --> 00:10:34,160 “Cənnət əhlinin gənclərinin ağası iki qoşa nəvə Həsənlə Hüseynin anasına”. 70 00:10:34,600 --> 00:10:42,000 Bu xüsusiyyətin faydalı cəhəti əvvəlki iki sifətinkindən daha artıqdır – 71 00:10:43,280 --> 00:10:54,120 iki nəvəni tərbiyə etmək kimi faydalı cəhət. O iki nəvə ki, cənnət əhlinin gənclərinin ağalarıdır. Onların anası həmin bu böyük şəxsiyyətdir. 72 00:10:55,160 --> 00:11:01,600 Bu ananın pak qucağı onları tərbiyə etməyə qadirdir. 73 00:11:02,880 --> 00:11:10,960 Bu, bizə ülgü və nümunə kimi təqdim edilə bilən məsələdir. 74 00:11:11,160 --> 00:11:20,400 Daha sonra buyurur: “Əl-Tührətit-Tahirətil-Mütəhhərətit-Təqiyyətin-Nəqiyyətir-Rəziyyətiz-Zəkiyyə”. 75 00:11:22,360 --> 00:11:31,720 Bunların hamısı faydalı cəhətlərdir. Paklıq üç sözlə bəyan edilib. Bu üç söz – tühr, tahir və mütəhhər – 76 00:11:32,760 --> 00:11:39,280 məna baxımından fərqlərə malikdir. Əlbətə, bu üç ifadənin hər birində paklığa və pakizəliyə işarə var: 77 00:11:39,960 --> 00:11:48,880 ruhun paklığı, qəlbin paklığı, beyinin paklığı, əxlaqın paklığı, yaşayışın başdan-başa paklığı. 78 00:11:49,920 --> 00:11:58,240 Bəli, bu, faydalı cəhətdir, bu, bizim üçün dərsdir. 79 00:11:58,720 --> 00:12:08,800 Gərək özümüzü paklaşdırmağa çalışaq, gərək özümüzü paklaşdıraq. 80 00:12:10,280 --> 00:12:15,160 Batini paklıq olmadan məqama çatmaq olmaz, 81 00:12:15,920 --> 00:12:23,840 bu böyük şəxsiyyətlərin vilayət həriminə də yetişmək olmaz. Batinin pak olması lazımdır. 82 00:12:25,040 --> 00:12:32,200 Batinin paklığı təqva ilədir, vərə ilədir, diqqət etməklədir. 83 00:12:33,160 --> 00:12:40,080 Daimi diqqət, özünə daimi nəzarət paklıq yaradır. 84 00:12:40,640 --> 00:12:50,560 Əlbəttə, insanın xəta etməsi mümkündür, ola bilər ki, bizi qara ləkələr bürüsün, 85 00:12:51,160 --> 00:12:58,640 amma bu qara ləkələri təmizləməyin yolunu da Allah bizə göstərib və öyrədib: tövbə, istiğfar. 86 00:12:59,440 --> 00:13:06,920 İstiğfar edək. İstiğfar üzr istəməkdir. “Əstəğfirullah”, yəni “ilahi, üzr istəyirəm”. 87 00:13:07,280 --> 00:13:12,200 Həqiqi şəkildə, ürəkdən, qəlbimizin dərinliyindən Allahdan üzr diləyək. 88 00:13:12,520 --> 00:13:18,200 Bu, istiğfardır. Bu, həmin qaranı, həmin ləkəni təmizləyir. 89 00:13:19,840 --> 00:13:26,120 “Ət-Tührətit-Tahirətil-Mütəhhərə”. “Ət-Təqiyyə” – həmin təqvadır. 90 00:13:26,600 --> 00:13:39,960 “Ən-Nəqiyyə” – həmin batini və qəlbi təmizlik, pakizəlikdir. 91 00:13:40,280 --> 00:13:43,480 Bunlar Fatimeyi-Zəhranın (s.ə) xüsusiyyətləridir. 92 00:13:43,640 --> 00:13:52,880 Biz bunları nümunə kimi, ülgü kimi nəzərdə tutmalı və özümüzü ona yaxınlaşdırmalıyıq. 93 00:13:53,200 --> 00:14:00,320 Siz bir məddah kimi Fatimeyi-Zəhranın (s.ə) barəsində söhbət etmək istəyən zaman 94 00:14:00,680 --> 00:14:07,760 gərək bunları öz ifadələrinizə, öz şeirlərinizə, mədhiyyələrinizə yerləşdirəsiniz. 95 00:14:08,880 --> 00:14:17,120 İmamların (ə.s) və Fatimeyi-Zəhranın (s.ə) mənəvi məqamlarından danışılan zaman 96 00:14:17,320 --> 00:14:26,800 dinləyən ürək işıqlanır. Siz bu mənəvi məqamlardan oxuyanda insanın qəlbi işıqlanır, 97 00:14:28,240 --> 00:14:32,560 insan aramlıq halı qazanır, xüzu halı əldə edir. 98 00:14:33,000 --> 00:14:37,960 Bu, çox yaxşıdır. Bunlar öz yerində qorunmalıdır və lazımdır, amma kifayət deyil. 99 00:14:38,880 --> 00:14:44,720 İndi ki hüzur halı əldə olundu, qəlbiniz işıqlandı, gərək dərs alaq. 100 00:14:44,880 --> 00:14:52,160 Dərs də bu faydalı cümlələrdədir. Yəni gərək hər bir minbər məclisinə - 101 00:14:52,400 --> 00:14:59,200 istər Fatimiyyə günlərində, istər aşurada, istərsə də başqa vaxtlarda – 102 00:14:59,680 --> 00:15:12,040 imamlardan (ə.s) alınan dərslər, insan olmaq dərsi, kamil olmaq dərsi, Allaha yaxınlaşmaq dərsi yerləşdirilsin. 103 00:15:12,200 --> 00:15:19,280 Biz dərs almalı, öyrənməliyik. Məhəbbət təklikdə kifayət etməz. 104 00:15:19,800 --> 00:15:26,440 Əlbəttə, məhəbbət təsirlidir, amma kifayət deyil. Vilayət lazımdır. 105 00:15:26,640 --> 00:15:34,360 Vilayət – təvəlla etməkdir, arxasınca getməkdir, onların ətəyindən yapışmaqdır. 106 00:15:35,760 --> 00:15:42,280 İnsan onların getdikləri yolu getməlidir; bu lazımdır. 107 00:15:42,640 --> 00:15:52,520 Fikrimcə, bu, məddahlıq işində, xüsusilə, müqəddəslərin fəzilətləri barəsində danışanlar, 108 00:15:52,840 --> 00:15:58,560 şeir qoşan şairlər tərəfindən diqqət mərkəzində saxlanmalı olan bir nüansdır. 109 00:15:59,840 --> 00:16:07,600 Bəzən adam görür ki, heç bir rəvayətdə və məsumun heç bir cümləsində 110 00:16:08,280 --> 00:16:16,960 mövcud olmayan fəzilətləri xatırladırlar. Əslində bu, heç fəzilət də deyil. 111 00:16:18,120 --> 00:16:28,040 “Sənin üzünü Ayla müqayisə edən səhv edib” ifadəsində əslində sənin qiymətini əskildib. 112 00:16:29,840 --> 00:16:40,560 Aya bənzətmək, Günəşə oxşatmaq bənzədilən həmin şəxsə dəyər gətirən iş deyil. 113 00:16:42,880 --> 00:16:49,520 Hələ bunlar mənəvi məqamları, ilahi məqamları məna əhlinin 114 00:16:49,960 --> 00:16:57,960 gözünü qamaşdıracaq dərəcədə böyük şəxsiyyətlər olsa necə? Bizim elə gözümüz də yoxdur ki, onların məqamını görüb anlamaq istəyək. 115 00:16:59,840 --> 00:17:10,160 Bəzən o qədər çox danışılır ki, heç nə anlaşılmır və dinləyici faydalana bilmir. 116 00:17:10,840 --> 00:17:17,920 Mənim siz əziz qardaşlara ilk sözüm budur ki, bu böyük şəxsiyyətlərin – 117 00:17:17,920 --> 00:17:26,000 istər Həzrət Zəhranın (s.ə), istərsə də hidayət imamlarının (ə.s) – mədhi zamanı 118 00:17:26,880 --> 00:17:35,200 onların həyatındakı faydalı mövzulardan istifadə edilsin. 119 00:17:37,000 --> 00:17:42,440 İkinci nüans xoşbəxtlikdən bu gün məddahlar arasında 120 00:17:42,920 --> 00:17:47,920 xeyli dərəsədə yayılmış olan günün cari məsələlərinə diqqət yetirmək amilidir. 121 00:17:48,200 --> 00:17:59,600 Bu gün də burada edilən çıxışların müxtəlif bölümlərində müqəddəs məkanların müdafiəçiləri, günün aktual məsələləri barədə eşitdiniz. 122 00:17:59,600 --> 00:18:03,840 Bunlar çox əhəmiyyətli məsələlərdir. Bunlar əsas məsələlərdir. 123 00:18:04,720 --> 00:18:10,880 Elə düşünməməliyik ki, bunlar bizm dindarlıq əhatəmizin xaricindədir. 124 00:18:10,880 --> 00:18:21,160 Siz baxın, aləmin məxluqatının ağası, Allahın ondan üstün 125 00:18:21,840 --> 00:18:25,400 heç bir varlıq yaratmadığı, 126 00:18:25,800 --> 00:18:32,800 bizim bu gün mənsub olduğumuzu iddia etdiyimiz dini və İslamı gətirmiş 127 00:18:33,440 --> 00:18:41,640 möhtərəm Peyğəmbər öz ölkəsinin cari məsələləri barəsində - o dövrdə həmin ölkə kiçik bir ölkə idi – 128 00:18:42,080 --> 00:18:46,360 nə qədər çalışıb-vuruşur, nə qədər zəhmət çəkirdi. 129 00:18:48,760 --> 00:18:57,920 Möhtərəm Peyğəmbər yalnız namaz, oruc, Allaha yönəlmək, ibadət və gecə namazının hökmlərini camaata öyrətmək üçün məsciddə oturmurdu. 130 00:18:58,440 --> 00:19:06,040 Xeyir, həmin məsciddə camaatı toplayır, onları cihada, vəhdətə dəvət edir, 131 00:19:06,040 --> 00:19:12,960 düşmən qarşısında agah olmağa çağırırdı. Bu sözlər bu gün mənə və sizə ünvanlanır. 132 00:19:14,120 --> 00:19:18,760 Gündəlik məsələlər göz yumulası məsələlər deyil. 133 00:19:19,840 --> 00:19:29,560 Baxın, dünyada bir sistem mövcuddur: imperializm sistemi, qoluzorluluq sistemi, zülm sistemi. Əlbəttə, ta qədimlərdən həmin sistemlər 134 00:19:30,400 --> 00:19:38,960 mövcud olub, nəhayət, bu gün modernləşib, yeni vasitələrlə silahlanıb. 135 00:19:39,600 --> 00:19:50,960 Üstün qüvvələr millətlərə güc diktə edir. Bu güc diktəsinin həddi-hüdudu yoxdur. Əgər mal-dövlətləri varsa, 136 00:19:51,400 --> 00:19:55,360 əllərindən alırlar. Əgər qabiliyyəti olan insan resursları varsa, onları oğurlayırlar. 137 00:19:55,600 --> 00:20:01,240 Əgər onları hədələyən 138 00:20:01,560 --> 00:20:07,320 və rəqib yaradacaq istedadları varsa, bu istedadı boğurlar. Zor diktəsinin növləri və qisimləri var. 139 00:20:09,200 --> 00:20:18,440 Bu gün dünyada bu zor diktəsi mövcuddur: ümumdünya beynəlxalq sistemi adı qoyulmuş dünya cəmiyyəti. 140 00:20:19,360 --> 00:20:26,240 Əslində isə zor diktəsi sistemi. Dünya cəmiyyətindən məqsəd dünya dövlətləri və millətləri deyil. 141 00:20:26,440 --> 00:20:36,760 Dünya dövlətləri və millətləri özünü dünya cəmiyyəti adlandıran bu bir neçə üstün dünya gücündən narazıdır. 142 00:20:37,000 --> 00:20:48,440 Dünya cəmiyyəti elə o şəxslərdir ki, onların fəaliyyətinin əsasında bütün millətlərə, bütün ölkələrə zor diktəsi durur. 143 00:20:49,040 --> 00:20:58,880 İslam Respublikasında yaşayan bizlər həm İslam Respublikası quruluşundan əvvəl, tağut rejimi zamanında 144 00:20:58,880 --> 00:21:06,000 onun nümunəsini bir şəkildə görürdük, həm də İslam Respublikası quruluşu təşkil edildikdən sonra onun nümunəsini başqa bir şəkildə görürük. 145 00:21:06,400 --> 00:21:12,520 Bu gün dünyada bu formada bir sistem mövcuddur. Bu sistemdən narazı olanlar da çoxdur. 146 00:21:13,320 --> 00:21:20,880 Millətlərin çox hissəsi narazıdır. Amma millətlərin əlindən bir iş gəlmir, millətlərin səsini heç kim eşitmir. 147 00:21:21,440 --> 00:21:26,960 Nə əllərində o cür vasitələr var, nə də ümumiyyətlə onların sözü hesaba alınır. 148 00:21:27,120 --> 00:21:35,080 Tutaq ki, məsələn, on min nəfər bir elektron şəbəkədə 149 00:21:35,520 --> 00:21:41,280 və ya bu kimi yerlərdə toplanıb söz desin 150 00:21:42,000 --> 00:21:44,760 və ya küçədə bir yerə toplaşıb mitinq keçirsin. Nə olsun ki? 151 00:21:45,080 --> 00:21:54,360 Bundan 15-16 il əvvəl Amerikanın İraqa hücumu zamanı Parisin və bəzi başqa Avropa ölkələrinin 152 00:21:54,880 --> 00:22:01,160 bütün küçələrində Amerika ilə müxalifət məqsədi ilə mitinqlər keçirildi. Nə təsiri oldu? 153 00:22:01,880 --> 00:22:05,200 Millətlər özlüyündə bir iş görə bilməzlər. 154 00:22:05,360 --> 00:22:14,040 Əgər dövlətlər öz millətlərinə dayaq olsalar, söz deyə bilərlər və bu söz dünyaya yayılar. 155 00:22:14,360 --> 00:22:20,640 Belə bir dövlət də dünyada yoxdur. Dövlətlər var, amma qorxurlar. Narazıdırlar, ancaq çəkinirlər. 156 00:22:21,520 --> 00:22:26,800 Deyəsən, ilin əvvəlində etdiyim çıxışda söyləmişdim ki, 157 00:22:27,360 --> 00:22:34,600 tağut rejiminin başçıları da çox vaxtı Amerikanın işlərindən narahat idilər. 158 00:22:34,800 --> 00:22:41,680 Onlardan qalan xatirələrə adam baxanda görür ki, bəzi yerlərdə çox narazıdırlar, 159 00:22:42,040 --> 00:22:47,400 gizlində onların dalınca da danışırlar, amma onlara qarşı çıxmağa cürət etmirlər. 160 00:22:47,960 --> 00:22:54,720 Dövlət olaraq, siyasi institut olaraq və cəmiyyəti idarə edən qrum olaraq buna cürət etmirlər. 161 00:22:54,880 --> 00:23:01,160 Bu gün dünyada vəziyyət belədir. Çoxları narazıdır, amma etirazlarını bildirməyə cürət etmirlər. 162 00:23:01,960 --> 00:23:13,360 Bu qarışıq dünyada, bir-birinə qarışmış bu zülm və zor cəngəlliyində 163 00:23:13,800 --> 00:23:18,920 bir sistem yarandı. Onun dayaqları bu gün 164 00:23:19,200 --> 00:23:25,040 dünyada hakim olan sistemin əsaslandığı dayaqlarla - 165 00:23:25,400 --> 00:23:29,320 zülmə, istismara, 166 00:23:29,640 --> 00:23:36,560 militarizmə, fəsada tam ziddir. Bu quruluş İslam Repsublikası quruluşudur. 167 00:24:20,480 --> 00:24:29,720 Bu quruluş İslam, din, saf islami düşüncə əsasında yarandı 168 00:24:29,920 --> 00:24:34,760 və əvvəldən bu quruluşun başında elə bir dəstə dayandı ki, 169 00:24:34,960 --> 00:24:40,960 onlar böyük güclərdən qorxmayan təbiətə malikdirlər. Bunlar ruhanilərdir. 170 00:24:41,640 --> 00:24:49,360 Bunu deyən bugünkü Qərb təhlilçiləri və sosioloqların özüdür. İnqilabın əvvəlindən bunu deyirlər. 171 00:24:49,760 --> 00:24:53,600 Deyirlər ki, bu axundlar bizdən qorxmurlar. 172 00:24:54,320 --> 00:24:58,320 Əlbəttə, bəziləri düşmən qüvvələrə bağlı ola bilərdilər və bu gün də ola bilərlər. 173 00:24:58,600 --> 00:25:05,640 Amma şiə cəmiyyətindəki ruhani quruluşunun təbiəti belədir. 174 00:25:05,800 --> 00:25:13,080 İndi iş belə gətirib ki, onlar bu quruluşun başında durublar. Camaat da onlarla həmkarlıq edir. 175 00:25:13,960 --> 00:25:19,720 Əvvəla, camaat istedadlı camaatdır. İkincisi, onların arasında cavanlar çoxdur. 176 00:25:20,040 --> 00:25:26,440 Bizim cəmiyyətimiz İnqilabın əvvəlindəki 35 milyon nəfərdən indi təqribən 80 milyon nəfərə çatıb. 177 00:25:26,680 --> 00:25:32,400 Yəni cəmiyyət birdən-birə artıb. Xalqın əleyhinə işləsələr də, yenə xalqın 178 00:25:32,920 --> 00:25:38,960 istedadı çoxdur, xalq şücaətlidir, qorxmazdır. 179 00:25:39,480 --> 00:25:46,520 Bir ölkənin camaatı bu cür düşünürsə, 180 00:25:46,800 --> 00:25:56,160 hökumət başçıları da heç bir dünya gücündən qorxmazlar. Bu, imperializm üçün başlıca qorxudur, 181 00:25:57,000 --> 00:26:03,840 çox böyük təhlükədir. Buna görə də onun əleyhinə cəbhə təşkil edilir; 182 00:26:03,840 --> 00:26:11,560 necə ki, indi İslam Respublikasının əleyhinə cəbhə təşkil edilib. Hətta nəinki indi, İnqilabın əvvəlindən cəbhə qurulmuş, 183 00:26:12,680 --> 00:26:19,880 düşmən cəbhəsi yaranmışdı. O zamanlar Sovet İttifaqı ilə Amerika iki rəqib tərəf idi. 184 00:26:20,200 --> 00:26:23,840 Əgər onlar tutaq ki, yüz məsələdə bir-biri ilə fikir ayrılığına malik idilərsə, 185 00:26:24,160 --> 00:26:31,800 İslam Respublikası məsələsində və İslam Respublikası ilə düşmənçilik məsələsində həmfikir və həmkar idilər. 186 00:26:33,000 --> 00:26:39,720 Yəni belə bir quruluşla düşmənçilik etmək imperializmin təbiətindədir. 187 00:26:39,720 --> 00:26:46,800 O zaman bir cəbhə təşkil etdilər və bu cəbhə indi də mövcuddur, növbənöv üslublardan istifadə edir. 188 00:26:47,000 --> 00:26:52,640 Təsəvvür edin ki, iyirmi il bundan əvvəl internet yox idi, amma indi var. 189 00:26:54,120 --> 00:26:57,880 Texnika günbəgün inkişaf edir. 190 00:26:58,600 --> 00:27:07,480 İslam Respublikasının əleyhinə ən qabaqcıl texnikalardan, ən geniş və sürətli vasitələrdən istifadə edirlər. 191 00:27:07,640 --> 00:27:13,120 İslam Respublikası da hər cür vasitədən istifadə etməyə özünü hazırlamalıdır. 192 00:27:14,400 --> 00:27:17,040 Düşmən diplomatik vasitələrdən yararlanır. 193 00:27:17,400 --> 00:27:25,640 Diplomatiya, siyasi danışıqlar, siyasi müzakirələr, siyasi mübadilələr bu vasitələrdəndir. 194 00:27:26,080 --> 00:27:35,040 Onlar bu vasitələrdən istifadə edirlər. Mən də siyasi danışıqların əleyhinə deyiləm; əlbəttə, hamısının yox, 195 00:27:36,280 --> 00:27:45,720 burada istisnalar var. Mən ümumdünya problemləri müstəvisində siyasi danışıqların tərəfdarıyam. 196 00:27:45,840 --> 00:27:52,480 Prezident olduğum dövrdən bu mövzuda fikir bildirirəm və yenə həmin mövqeyi izləyirəm. 197 00:27:52,480 --> 00:27:59,640 Vəziyyəti elə təqdim etməsinlər ki, guya biz danışıq aparmağın və ya buna oxşar vasitələrin əleyhinəyik. Xeyir, 198 00:27:59,960 --> 00:28:07,240 biz onlardan daha artıq dərəcədə tərəfdarıq, həm də bir çox məsələlərdə bu işlərə onlardan daha artıq bələdik. 199 00:28:08,080 --> 00:28:17,080 Bunu da bilirik ki, necə hərəkət etmək lazımdır. Düşmən siyasi danışıqlardan da istifadə edir. Bunu diqqət mərkəzində saxlamalıyıq. 200 00:28:17,080 --> 00:28:22,800 Düşmən danışıqlardan istifadə edir, iqtisadi mübadilələrdən istifadə edir, 201 00:28:23,040 --> 00:28:32,840 embarqodan istifadə edir, müharibə və döyüş hədəsindən istifadə edir. 202 00:28:33,680 --> 00:28:38,400 Bütün bunların qarşısında müdafiə gücünə sahib olmaq lazımdır. 203 00:28:40,240 --> 00:28:48,640 İndi bəziləri gəlib desələr ki, “sabahkı dünya müzakirə dünyasıdır, raket dünyası deyil”, 204 00:28:49,520 --> 00:29:00,040 əgər bu söz bilməməzlik üzündən deyilsə, eybi yox, bilməməzlikdən olub. 205 00:29:00,200 --> 00:29:06,080 Amma əgər bilərəkdən deyilsə, xəyanətdir. Belə bir şey mümkündürmü? 206 00:29:28,520 --> 00:29:37,520 Əgər İslam Respublikası quruluşu elm ardınca getsə, texnologiya ardınca getsə, 207 00:29:37,720 --> 00:29:46,440 siyasi müzakirə ardınca getsə, ticarət və iqtisadiyyatla bağlı növbənöv tədbirlərin ardınca getsə - əlbəttə, bunların hamısı lazımdır - 208 00:29:46,600 --> 00:29:54,000 amma müdafiə qüdrətinə malik olmasa, özünü qorumaq bacarığına sahib olmasa, 209 00:29:54,960 --> 00:30:03,200 hər yoldan ötən, hər xırda dövlət onu hədələyəcək ki, 210 00:30:04,560 --> 00:30:09,800 əgər filan işi etməsən, raket atacağıq. 211 00:30:10,040 --> 00:30:15,760 Əgər sizin müdafiə imkanınız olmasa, geri çəkilməyə məcbur olacaqsınız. 212 00:30:17,320 --> 00:30:23,960 Gördüyünüz bağırtı ilə danışan, hərbə-zorba gələn, 213 00:30:24,760 --> 00:30:29,160 səhv edən, pis sözlər danışan və zorla diktə edən 214 00:30:29,160 --> 00:30:33,600 dünya güclərinin hamısı daha çox malik olduqları silahlara arxalanır. 215 00:30:34,240 --> 00:30:37,880 Biz onların qarşısına əliboş çıxaqmı? 216 00:30:39,440 --> 00:30:44,400 Öz raket texnologiyalarını nümayiş etdirən ordu 217 00:30:44,840 --> 00:30:52,400 yalnız iranlıların iftixar və qürur mənbəyi deyil. 218 00:30:52,560 --> 00:31:03,600 Ordunun raketləri bu qədər diqqət və gözəlliklə sınaqdan keçiriləndə 219 00:31:04,040 --> 00:31:12,040 yan-dövrəmizdə olan və ürəyi Amerikanın, sionist rejimin əlindən qan ağlayan bir çox azadlıqsevər millətlər də sevinir. 220 00:31:12,640 --> 00:31:16,360 Biz onları dağıdaq və deyək ki, 221 00:31:16,600 --> 00:31:21,320 bu gün artıq raket vaxtı keçib? Xeyr, raket zamanı keçməyib! 222 00:31:22,320 --> 00:31:30,200 Düşmən daim özünü zəmanəyə uyğunlaşdırmaqla, hazırlaşmaqla məşğuldur. 223 00:31:31,440 --> 00:31:36,560 Biz sadəlövhcəsinə arxaya çəkilib “yox” deyəkmi? 224 00:31:36,560 --> 00:31:45,480 Necə ki, İnqilabın ilk vaxtlarında bizim F-14-lərimizi satmaq, geri qaytarmaq istəyəndə mən icazə vermədim. 225 00:31:46,480 --> 00:31:53,920 Xəbər tutdum ki, o zamanın müvəqqəti dövlət başçılarından biri 226 00:31:54,160 --> 00:31:59,400 deyib: “Tağut rejiminin aldığı bu F-14-lər bizim dərdimizə yaramaz. 227 00:31:59,720 --> 00:32:03,920 Bəs bu F-14-ləri neyləyək? Geri qaytaraq”. 228 00:32:04,440 --> 00:32:09,080 O zaman biz öz mövqeyimizdə durduq, səs-küy saldıq, danışıqlara getdik, 229 00:32:09,080 --> 00:32:13,040 əks tərəflə üz-üzə gəldik. Bu işi görməyə cürət etmədilər. İstəyirdilər ki, geri qaytarsınlar. 230 00:32:13,440 --> 00:32:19,800 Bir müddət ötdü, İran-İraq müharibəsi meydana çıxdı, 231 00:32:20,080 --> 00:32:26,520 bizə hücum etdilər. O zaman məlum oldu ki, əlimizdə olan həmin vasitələrə, 232 00:32:26,880 --> 00:32:33,680 həmin F-14-lərə, F-4-lərə və sairəyə nə qədər ehtiyaclıyıq. Bu gün də bəziləri həmin havanı oxuyurlar ki, 233 00:32:34,360 --> 00:32:41,760 “raket nədir, raketlərlə neyləyəcəyik? Zəmanə raket zəmanəsi deyil”. Bəs nə zəmanəsidir? 234 00:32:42,320 --> 00:32:50,600 Bu gün hər şeyin zəmanəsidir. Müzakirənin də zamanıdır. Gərək danışıqlarda da güclü olasan, 235 00:32:51,080 --> 00:32:55,040 elə danışıq aparasan ki, sonra bizi aldatmasınlar. 236 00:32:56,600 --> 00:33:02,040 Biz danışıqlar aparaq, bunu kağızlara köçürək, yazaq, imzalayaq, 237 00:33:02,560 --> 00:33:10,960 sonra onlar üzdə elə bir iş görsünlər ki, axırda embarqo aradan qaldırılmasın, ticarət öz yoluna düşməsin! 238 00:33:11,600 --> 00:33:18,200 Görünür ki, burada bir problem var. Biz qoymamalıyıq ki, bu problemlər yaransın. 239 00:33:18,760 --> 00:33:28,160 Gərək o sahələrdə də özümüzü gücləndirək. Ölkədaxili iqtisadiyyatda da həmçinin. Biz “əməli tədbirlər” dedik. 240 00:33:29,120 --> 00:33:37,280 Danışmaq yetər. “İki yüz dəfə danışmaq yarım hərəkətin tayı olmaz”. 241 00:33:37,800 --> 00:33:44,560 Çox təkrar edəndə və ardıcıl “müqavimət iqtisadiyyatı” deyəndə söz kəsərdən düşür. 242 00:33:45,080 --> 00:33:53,000 Yəni bir şey çox təkrar olanda yorğunluq yaradır. Əməl edək. Məqsədim budur ki, ölkənin ehtiyacı vardır. 243 00:33:53,000 --> 00:33:57,080 Bunlar məsələnin yalnız bir tərəfidir. 244 00:33:57,960 --> 00:34:04,080 Xalqın inamını sarsıtmaq üçün düşmənin gördüyü işlər və etdiyi səylər də məsələnin başqa tərəfidir. 245 00:34:04,680 --> 00:34:12,360 O zaman burada siz rol oynayırsınız, çox mühüm bir rol. 246 00:34:13,360 --> 00:34:18,480 Sizin hərəmi qoruyanları müdafiə etməyiniz də çox dəyərli işdir. 247 00:34:18,840 --> 00:34:25,680 Oxunan şeirlər, danışılan sözlər – bunlar çox qiymətlidir, bunda şübhə yoxdur. 248 00:34:26,120 --> 00:34:35,720 Necə ki, müqəddəs müdafiə dövründə deyilən şeirlər, oxunan nəğmələr xeyli təsirə malik idi. 249 00:34:36,360 --> 00:34:44,640 Şübhəsiz, bu gün də o cür təsirə malikdir. Bununla yanaşı, daha bir məsələ də var ki, onun əhəmiyyəti əgər çox deyilsə, az da deyil. 250 00:34:45,000 --> 00:34:48,200 Bu, gənclərin inamını möhkəmlətmək məsələsidir. 251 00:34:49,240 --> 00:34:55,520 Düşmən inamı sarsıtmaq istəyir – İslama inamı, 252 00:34:56,160 --> 00:35:00,440 İslam quruluşunun faydalı olmasına inamı, 253 00:35:02,560 --> 00:35:10,200 İslam quruluşunun davam etmə imkanına olan inamı. 254 00:35:10,520 --> 00:35:15,840 Düşmən aşkar həqiqətlərin əleyhinə də iş görür, təbliğat aparır. 255 00:35:16,160 --> 00:35:24,880 Bəzən aydın olan bir məsələnin əleyhinə qalxır və fırıldaqla, yalanla, 256 00:35:25,360 --> 00:35:28,520 gözbağlıcalıqla öz dediyini sübuta yetirmək istəyir. 257 00:35:28,720 --> 00:35:37,080 İslam quruluşu yarandığı gündən bu günə kimi daim ağır hücumlara tuş gəlib – 258 00:35:37,480 --> 00:35:44,760 ağır hərbi, ideoloji hücumlar, embarqo və s. 259 00:35:44,960 --> 00:35:53,360 Eyni zamanda, İslam quruluşu bu 37 ildə inkişaf etdi, bur gün olmadı ki, inkişafdan qalsın. 260 00:35:54,360 --> 00:36:01,280 Hər cəhətdən inkişaf etdi, hər baxımdan güc qazandı, əzəmət qazandı. 261 00:36:01,680 --> 00:36:09,240 Bu gün düşmən baxıb görür ki, İnqilabın əvvəlində yaranmış o zəif və nazik fidan 262 00:36:09,240 --> 00:36:13,600 bu gün qollu-budaqlı bir ağaca çevrilib. 263 00:36:13,600 --> 00:36:18,440 “O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər”. 264 00:36:19,480 --> 00:36:27,720 Bunu gözləri ilə görürlər. Bu qədər yaşamaq, 265 00:36:27,960 --> 00:36:36,560 inkişaf etmək və güclənmək bacarığına sahib olan bir quruluş 266 00:36:36,960 --> 00:36:41,160 bundan sonra da bu cür güclü olacaq, günbəgün qüvvətlənəcək. 267 00:36:41,520 --> 00:36:47,920 Gələcək perspektivlər üçün nəzərdə tutduğumuz bu kimi məsələlər xəyal deyil, reallıqdır. 268 00:36:48,320 --> 00:36:55,280 Mən üç-dörd il bundan əvvəl tələbə gənclərə və elm insanlarına demişdim: 269 00:36:55,520 --> 00:36:58,920 “Siz gərək elə edəsiniz ki, əlli ildən sonra 270 00:36:59,200 --> 00:37:07,880 kim zəmanənin elmi nailiyyətlərini bilmək istəsə, fars dilini öyrənməyə məcbur olsun”. 271 00:37:10,120 --> 00:37:14,120 Bu, ola bilər, bu, mümkündür. Necə ki, bu on-on beş il ərzində 272 00:37:14,800 --> 00:37:19,240 dediyimiz elmi hərəkət və elmi inkişaf baş verdi. 273 00:37:19,720 --> 00:37:24,720 Gənclər çalışsalar, səy və iradə sahibi olanlar çalışsalar, 274 00:37:25,600 --> 00:37:30,400 bütün çətin işlər asan olar. Biz irəliləyə bilərik. 275 00:37:30,400 --> 00:37:38,040 Eyni zamanda düşmən gənclərimizin inamına təsir göstərməyə çalışır: “Bunun nə faydası var, alınmayacaq, xeyri yoxdur”. 276 00:37:39,120 --> 00:37:48,480 Bunlar düşmənim psixoloji müharibə apardığı meydanlardır və siz məddah olaraq bu meydanlarda təsir göstərə bilərsiniz, 277 00:37:49,320 --> 00:37:53,000 gənci ideoloji bünövrə baxımından qüvvətləndirə bilərsiniz. 278 00:37:53,480 --> 00:37:57,640 Mən hərdən bəzi məddah məclislərinə etiraz edirəm. 279 00:37:57,880 --> 00:38:04,080 Tutaq ki, mühərrəm ongünlüyündə adam görür ki - 280 00:38:04,080 --> 00:38:08,280 bəzən mənə şəkillər gətirib göstərirlər, indi bu vasitələr çoxalıb, 281 00:38:08,720 --> 00:38:12,000 Əlbəttə, məndə bunlar yoxdur, amma hərdən bu şəkilləri 282 00:38:12,760 --> 00:38:21,000 və sairəni gətirib mənə göstərirlər - məsələn, bir məclisdə hamı tullanıb-düşür. 283 00:38:21,400 --> 00:38:26,160 Yaxşı, bunun nə xeyri var? Bunun hansı təsiri var? Bunun harası əzadarlıqdır? 284 00:38:26,560 --> 00:38:32,000 Mənim etirazım gənclərin emosionallığından narahat olduğuma görə deyil. Gənc emosionaldır, 285 00:38:33,120 --> 00:38:38,480 gənc enerji mənbəyidir, həmişə istəyir ki, enerjisini xərcləsin. 286 00:38:38,880 --> 00:38:44,160 Mən ona görə deyirəm ki, yer üzünün bu böyük vəzifələri kənarda qalmasın. 287 00:38:44,720 --> 00:38:52,040 Beş min ya on min gənc bir yerə toplaşıb 288 00:38:52,920 --> 00:39:03,440 ürəklərini sizin ixtiyarınıza verəndə, siz uca, ustalıqla hazırlanmış, dərin mənalı bir çıxışla 289 00:39:03,640 --> 00:39:10,760 onları öz işlərinin arxasınca əzmlə gedən faydalı insanlara çevirə bilərsiniz. 290 00:39:10,960 --> 00:39:22,240 Eləcə də, onları arzusuz, düşüncəsiz, ümidsiz, mənəvi baxımdan yoxsul insanlara çevirə bilərsiniz. 291 00:39:22,800 --> 00:39:30,960 Bu işi də görmək olar. Siz bu imkandan istifadə edin və həmin birinci maddəni seçin. Mənim sözüm budur. 292 00:39:31,920 --> 00:39:40,280 Məddahlıq – dünya varlıqlarının ən üstünlərinin tərifidir. 293 00:39:41,000 --> 00:39:46,480 Onun mövzusu - dünya varlıqlarının ən üstünləri olan 294 00:39:46,880 --> 00:39:52,960 Əhli-beytin (ə.s) tərifidir. Ona görə də məddahlığın hörməti ucadır. 295 00:39:53,920 --> 00:40:04,120 Məddahlığın real mənası bundan ibarətdir. Amma siz baxın, görün, məsələn, Dibil Xüzai kimi şair 296 00:40:04,840 --> 00:40:08,640 “Mədarisi-ayat” qəsidəsində nə deyir? 297 00:40:08,920 --> 00:40:17,040 “Mədarisi-ayat” həmin qəsidədir ki, Həzrət İmam Rza (ə.s) bu qəsidəyə görə müəllifi ruhlandırmış 298 00:40:17,400 --> 00:40:24,240 və ona öz libasını bağışlamış, mükafat vermişdi. Bu, elə bir qəsidədir ki, əslində Abbasilər sülaləsinin taxt-tacını, 299 00:40:24,440 --> 00:40:31,080 Abbasilərin varlıq səbəbini sual altına alır və onları məhkum edir. Yəni sırf siyasidir. 300 00:40:31,440 --> 00:40:38,480 Belə deyil ki, sırf rövzəxanlıq və sırf mərsiyəxanlıq olmalıdır. Xeyir, mərsiyəxanlıq da lazımdır. 301 00:40:39,040 --> 00:40:47,160 Amma məhz mərsiyəxanlıqla yanaşı qərar tutan məsələ imamların (ə.s) diqqətini qazanıb. 302 00:40:48,440 --> 00:40:57,200 Dibilin qəsidəsi, Kümeytin qəsidəsi, 303 00:40:58,000 --> 00:41:06,120 o zamanın şairlərinin söylədikləri digər qəsidələr. Başqaları da bunları oxuyur və ifa edirdilər, necə ki, indi siz gözəl səslə oxuyursunuz. 304 00:41:06,480 --> 00:41:12,280 İstər şairin özü, istərsə də başqası gəlib qəsidəni camaat üçün oxuyurdu. 305 00:41:12,760 --> 00:41:19,840 Kütləvi təbliğat vasitələri bundan ibarət idi. Bu gün siz də bundan istifadə edə bilərsiniz, 306 00:41:20,320 --> 00:41:26,040 kütləvi təbliğat vasitələrindən yararlana 307 00:41:26,560 --> 00:41:32,440 və camaatı hidayət edə bilərsiniz. Mənim fikrimcə, bu, çox mühüm işdir. 308 00:41:33,240 --> 00:41:41,480 Məlum sözdür ki, deyirlər: “Hər elmin şərəfi o elmin mövzusuna bağlıdır”. 309 00:41:42,720 --> 00:41:48,720 Mövzusu daha şərəfli olan elmin özü də şərəflidir. 310 00:41:49,320 --> 00:41:56,320 Əgər bu fikri elmdən peşələrə inikas etdirsək, 311 00:41:56,800 --> 00:42:07,600 sizin peşənizin mövzusu, işiniz, səyləriniz Əhli-beyti (ə.s) mədh etmək, 312 00:42:07,800 --> 00:42:15,920 dinləyicilərin bəsirətini artırmaq və onları ayıltmaqdır. Bu, hər şeydən üstündür, çox dəyərlidir. Bu dəyərdən istifadə edin. 313 00:42:16,920 --> 00:42:21,440 Allaha həmd olsun ki, məddah toplumu da çoxdur. 314 00:42:22,000 --> 00:42:28,440 Bu gün bura təşrif gətirmiş toplum diqqətəlayiq toplumdur. Amma bütün ölkədəki 315 00:42:28,840 --> 00:42:32,560 məddah ifaçıların sayı bundan daha artıqdır. 316 00:42:33,280 --> 00:42:40,000 Allaha həmd olsun ki, bu say hər yerdə çoxdur. Elə adamlar var ki, bu işi sevirlər 317 00:42:41,760 --> 00:42:48,960 və bu işlə məşğuldurlar. Hər halda, bu, çox mühüm bir missiyadır. 318 00:42:49,200 --> 00:42:57,120 Bu missiyaya əhəmiyyət verməlisiniz. Əlbəttə, burada şairlər də mühüm rol ifa edirlər, 319 00:42:57,520 --> 00:43:04,680 şeir yazan şairlər mühüm rol oynayırlar. 320 00:43:05,280 --> 00:43:09,880 Gözəl şəkildə ifa edilməyən şeirin təsiri azdır. 321 00:43:09,880 --> 00:43:16,400 Siz gözəl şəkildə, yüksək səviyyədə ifa etsəniz, o zaman dinləyicidə təsir buraxar. 322 00:43:16,800 --> 00:43:23,520 Ümid edirəm, Uca Allah sizə yardım edəcək, bizə də yardım göstərəcək ki, 323 00:43:23,920 --> 00:43:30,920 əvvəlcə öz vəzifəmizi təyin edə bilək, sonra inşallah, onu həyata keçirək. 324 00:43:31,080 --> 00:43:32,840 Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.