1 00:00:00,200 --> 00:00:02,620 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:04,180 --> 00:00:07,400 الحمد لله ربّ العالمين 3 00:00:09,540 --> 00:00:14,340 و الصّلاة و السّلام علي سيّدنا محمّدٍ و آله الطّاهرين 4 00:00:24,420 --> 00:00:29,880 Əziz qardaşlar, bacılar, hamınıza xoş gəlmisiniz deyirəm; 5 00:00:31,800 --> 00:00:37,220 Bu uzun yolu qət edib gələrək 6 00:00:38,800 --> 00:00:46,250 bu gün hüseyniyəmizi iman 7 00:00:47,740 --> 00:00:53,250 və sizə xas ruh yüksəkliyi, həvəs, stimul atmosferi ilə rayihələndirdiniz. 8 00:00:56,220 --> 00:01:00,710 xüsusilə də dəyərli şəhid ailələrini, 9 00:01:01,600 --> 00:01:09,340 din alimlərini, hörmətli rəsmiləri, əhalini, əziz gəncləri salamlayıram. 10 00:01:09,850 --> 00:01:18,910 Əslində, mənim bu salamım bütün Təbriz və Azərbaycan əhalisinə ünvanlanır. 11 00:01:20,910 --> 00:01:30,140 Hər ilin 29 bəhmən günü bizim üçün – 12 00:01:31,000 --> 00:01:38,540 yəni bu həqir bəndə üçün – çox xoş, arzuolunan bir gündür; 13 00:01:41,020 --> 00:01:49,540 əziz Azərbaycan əhalisindən, Təbriz camaatından həmişə gördüyümüz, 14 00:01:50,110 --> 00:01:59,940 hiss etdiyimiz, bələd olduğumuz hiss və emosiyaları bir daha yaxından duyur, yada salırıq; 15 00:02:00,250 --> 00:02:08,110 yəni o ruh yüksəkliyini, dinamikanı, stimulu, imanı, sayıqlığı. 16 00:02:09,910 --> 00:02:18,480 Xalq kütləsi üçün ən gözəl və təqdirəlayiq keyfiyyətlərdən biri də 17 00:02:18,570 --> 00:02:26,770 sayıqlıq, uzaqgörənlik, sabitqədəmlik, fəaliyyətində təşəbbüskarlıq, 18 00:02:27,820 --> 00:02:36,200 doğru yolun hansı olduğunu bilmək, bu yolda qarşılaşa biləcəyi təhlükələrdən qorxmadan irəli getməkdir. 19 00:02:36,340 --> 00:02:43,450 Hansı ki sizdə – dəyərli Azərbaycan, Təbriz əhalisində bunların hamısı var, 20 00:02:43,620 --> 00:02:49,000 dəfələrlə görmüşük, şahidi olmuşuq; Allaha şükürlər olsun. 21 00:02:50,420 --> 00:03:02,050 Mən bu ruh yüksəkliyini, emosionallığı, 22 00:03:02,170 --> 00:03:09,340 dərin və coşğun imandan xəbər verən bu çıxışları görəndə, doğrudan da, Allaha şükürlər edirəm, 23 00:03:09,740 --> 00:03:14,820 Allah-taalaya minnətdarlıq hissi keçirirəm. Bunlar Allahın yardımının nişanələridir. 24 00:03:15,200 --> 00:03:21,880 Allah-taala Quranda Öz peyğəmbərinə buyurur: 25 00:03:22,200 --> 00:03:25,800 هُوَ الَّذي اَيَّدَکَ بِنَصرِه‌ وَ بِالمُؤمِنين 26 00:03:26,250 --> 00:03:36,020 – Allah-taala səni Öz yardımı, möminlərin əzmi, iradəsi və güclü qolları, 27 00:03:36,020 --> 00:03:44,140 möhkəm addımları ilə dəstəklədi. Möminlərin rolu bax budur. 28 00:03:44,800 --> 00:03:51,220 Allah-taalanın Quranda buyurduğu kimi, siz gənclərin, qəlbi stimul 29 00:03:51,680 --> 00:03:55,940 və ruh yüksəkliyi ilə dolu siz əziz camaatımızın rolu bax belə böyükdür. 30 00:03:58,420 --> 00:04:05,370 29 bəhmən günü unudulmaz bir gündür; 31 00:04:06,940 --> 00:04:12,450 əlbəttə ki, Təbriz və Azərbaycan əhalisinin 32 00:04:13,200 --> 00:04:17,600 adı ilə bağlı olan unudulmaz günlər çoxdur, 33 00:04:18,420 --> 00:04:21,770 təkcə 29 bəhmən günü deyil. 34 00:04:22,310 --> 00:04:28,680 Müasir tariximizdə, yaxın tariximizdə, Məşrutə dövründə, 35 00:04:28,680 --> 00:04:37,340 ondan əvvəl və sonra, şərh ediləcəyi, açıqlanacağı təqdirdə 36 00:04:38,020 --> 00:04:43,940 hər bir xalq üçün qürur və iftixar mənbəyi ola biləcək günlər çoxdur; 37 00:04:45,020 --> 00:04:50,250 onlar hamısı sizin – təbrizlilərin, azərbaycanlıların adı ilə bağlıdır. 38 00:04:52,710 --> 00:05:00,480 Əlbəttə ki, bu sahə az işlənib; o böyük xalq hərəkatları 39 00:05:00,970 --> 00:05:10,970 müxtəlif incəsənət sahələrinin dili ilə, mədəni-təbliğat işləri vasitəsilə açılmalı, danışılmalı, təkrarlanmalıdır. 40 00:05:11,970 --> 00:05:15,620 İnsafla deməliyik ki, bu sahədə bir az çatışmazlıq var, az işlənib. 41 00:05:16,020 --> 00:05:20,680 Buna baxmayaraq, 29 bəhmən o qədər canlı bir tarixdir ki, 42 00:05:21,250 --> 00:05:26,420 nə qədər az işlənsə də, effekti, parlaqlığı azalmır; 43 00:05:26,680 --> 00:05:30,020 əksinə, deyə bilərik ki, günü-gündən daha da artır. 44 00:05:48,170 --> 00:05:56,770 29 bəhmən günü Təbriz əhalisi 45 00:05:58,140 --> 00:06:09,110 xalqın oyanışında, İran xalqının möhtəşəm hərəkatında müstəsna rol oynamış bir addım atıb. 46 00:06:12,200 --> 00:06:21,310 Allaha şükürlər olsun ki, Azərbaycan əhalisi ondan sonra da öz hərəkatını dayandırmayıb; 47 00:06:22,400 --> 00:06:32,800 uzun illər boyu – 56-cı ildən bu günə qədər 38-39 il ötüb; 48 00:06:34,770 --> 00:06:45,110 bütün bu vaxt ərzində – bu camaat həmişə cihad, mübarizə, müqavimət və fəaliyyətin ön sıralarında olub; 49 00:06:45,400 --> 00:06:52,220 bu, bir dəyərdir; xalqımızın bu şeyə ehtiyacı var; 50 00:06:53,940 --> 00:06:59,600 ölkəmizin gələcəyi bundan asılıdır. 51 00:07:00,850 --> 00:07:05,880 Bu, 22 bəhmənə də aiddir; 52 00:07:06,680 --> 00:07:18,400 22 bəhmən il-ildən, günü-gündən daha canlı, parlaq və qabarıq formada qeyd edilməlidir; ölkəmizin buna ehtiyacı var. 53 00:07:19,480 --> 00:07:28,050 Və mən bu ilin 22 bəhmən günü yazdığı qəhrəmanlıq tarixinə görə 54 00:07:28,770 --> 00:07:34,400 böyük İran xalqına dərin təşəkkür etməyi özümə borc bilirəm. 55 00:07:35,280 --> 00:07:43,050 Yürüşlərdə iştirak edən xalq kütlələrinin təxmini – 56 00:07:43,250 --> 00:07:54,480 təxmini, amma reallığa yaxın – statistiksını aparan mərkəzlərin mənə çatdırdığı məlumata görə, bu il ölkənin bütün şəhərlərində 57 00:07:55,480 --> 00:07:59,850 yürüşlərdə əhalinin sayı ötən ildən xeyli çox olub; 58 00:08:00,620 --> 00:08:07,250 elə sizin Təbrizdə ötən ilkindən bir faiz çox insan iştirak edib; 59 00:08:07,740 --> 00:08:15,200 eynilə bəzi digər şəhərlərdə də; bu məlumatları aparıcı rəsmi mərkəzlər 60 00:08:16,000 --> 00:08:20,000 hazırlayıb bizə ötürüblər. Bu, çox önəmlidir, 61 00:08:20,970 --> 00:08:25,820 çox dəyərlidir; bu onu göstərir ki, 62 00:08:26,220 --> 00:08:31,910 xalqın sarsılmaz əzmində azacıq belə olsun boşluq yaranmayıb. 63 00:08:56,050 --> 00:09:05,540 Özü də elə bir dövrdə ki, dünayaya ağalıq edən super-güclər, 64 00:09:06,050 --> 00:09:12,800 dünyanın İslam dövləti əleyhinə köklənmiş zalım və imperialist dövlətləri 65 00:09:13,220 --> 00:09:16,510 İslam İnqilabını xalqa unutdurmaq – 66 00:09:17,970 --> 00:09:27,310 ya tamamilə unutdurmaq, ya da zəiflətmək, xalqın məkfurəsində arxa plana keçirmək üçün əllərindən gələni edirlər. 67 00:09:27,910 --> 00:09:35,250 Bu gün dünyanın böyük dövlətləri ciddi surətdə buna çalışır, 68 00:09:35,450 --> 00:09:40,140 İran xalqı isə belə bir şəraitdə onların istədiyinin tam əksinə 69 00:09:40,250 --> 00:09:47,650 hərəkət edərək bu mərasimi hər il olduğundan daha böyük coşğu və izdihamla keçirir. 70 00:09:48,970 --> 00:09:57,540 İnqilab bayramın mübarək olsun, əziz xalqımız! Allaha şükürlər olsun ki, mübarək də oldu. 71 00:09:58,200 --> 00:10:03,220 22 bəhmən bayramı ölkənin dörd bir yanında ümumxalq miqyasda qeyd edilən bir bayram idi. 72 00:10:04,910 --> 00:10:10,850 Hələ 22 bəhməndən əvvəl mən demişdim ki , qarşıdan iki bayram gəlir: 73 00:10:11,000 --> 00:10:16,250 biri 22 bəhmən günü qeyd edəcəyimiz inqilab bayramı, o biri isə seçki bayramı; 74 00:10:16,880 --> 00:10:25,940 seçki də ölkəmiz üçün böyük bir bayramdır. Seçki haqda çox danışmışıq. 75 00:10:26,110 --> 00:10:35,850 Təkcə gələn həftə baş tutacaq seçkilər barədə yox, bu müddət ərzində ölkədə 76 00:10:35,970 --> 00:10:44,170 keçirilən bütün seçkilərdə nə lazımsa demişik, yenə də nə lazımsa deyəcəyik, danışacağıq. 77 00:10:44,450 --> 00:10:49,540 Mən həqiqətləri deməkdən heç vaxt yorulmayacağam 78 00:10:49,970 --> 00:10:53,650 və inşallah, nəyi demək lazımdırsa, xalqımıza deyəcəyəm. 79 00:10:56,050 --> 00:11:03,850 İslam İnqilabı İran xalqının təhqir olunduğu bir dövrə son qoydu; 80 00:11:04,170 --> 00:11:11,280 əvvəllər İran xalqı yadellilər, böyük dövlətlər tərəfindən təhqir olunurdu; 81 00:11:11,910 --> 00:11:18,020 elmi cəhətdən təhqir olunurdu, siyasi cəhətdən təhqir olunurdu, sosial cəhətdən təhqir olunurdu. 82 00:11:20,740 --> 00:11:30,220 Ölkədə at oynadan dövlətlər, əsas etibarilə də Amerika son illərdə istədiklərini 83 00:11:30,370 --> 00:11:39,080 Pəhləvi rejiminə diktə edir, onlar da deyilənləri eynilə yerinə yetirirdilər; 84 00:11:39,770 --> 00:11:44,850 Amerikadan əvvəl də ölkədə bu rol İngilislərə aid idi. 85 00:11:46,880 --> 00:11:55,170 İslam İnqilabı gəldi, bu dözülməz təhqiri aradan qaldırdı, 86 00:11:55,340 --> 00:12:01,280 ölkəyə və xalqa qürur, heysiyyət qazandırdı, müstəqillik bəxş etdi, 87 00:12:03,110 --> 00:12:09,910 bu xalqın insani dəyərini təsbit etdi. Bir xalq öz kimliyini hiss edəndə isə 88 00:12:10,170 --> 00:12:15,400 onun arasında istedadlar çiçəklənir və çiçəkləndi də; 89 00:12:16,080 --> 00:12:19,710 istedadlar çiçəkləndi, ölkəmiz inkişaf etdi. 90 00:12:21,910 --> 00:12:27,220 Bu gün ölkəmiz dünyanın ən nüfuzlu ölkələri sırasındadır; 91 00:12:27,450 --> 00:12:33,340 İran xalqı nəinki dostlarının, hətta düşmənlərinin də gözündə 92 00:12:34,140 --> 00:12:38,050 dünyanın ən hörmətli xalqlarındandır. 93 00:12:39,540 --> 00:12:42,570 Bu isə düşmənlərimiz üçün dözülməzdir. 94 00:12:43,650 --> 00:12:48,710 Bu, bir vaxtlar ölkəmizi özünə arxa baxça hesab edən Amerika 95 00:12:49,080 --> 00:12:53,880 və nə vaxtsa buranı özünə sanatoriya hesab edən İsrail üçün dözülməzdir; 96 00:12:54,340 --> 00:13:01,940 o vaxt onlar bura istirahətə gəlirdilər. Bu onlar üçün dözülməzdir. 97 00:13:02,970 --> 00:13:09,020 İran xalqının düşmənləri üçün bir xalqın ayağa qalxıb 98 00:13:09,540 --> 00:13:18,600 imperializm əleyhinə mövqeyini açıq-açığına, heç kimi və heç nəyi nəzərə almadan, qətiyyətlə bəyan etməsi, 99 00:13:19,540 --> 00:13:27,220 başqa xalqları da buna ürəkləndirməsi dözülməzdir, 100 00:13:27,510 --> 00:13:34,600 buna görə də əllərindən gələni edirlər. Düşmənin bu səyləri nə vaxta qədər davam edəcək? 101 00:13:35,020 --> 00:13:41,710 O vaxta qədər ki, siz – İran xalqı onları məyus edə biləcək qədər güclənəcəksiniz. 102 00:14:06,450 --> 00:14:16,400 Düşmən sizin belə bir mərhələyə çatmağınıza əngəl olmaq üçün əlindən gələni edir. 103 00:14:17,080 --> 00:14:24,310 Nüvə məsələsi ətrafında qopardıqları bütün mərəkə – özünüz də gördünüz – 104 00:14:25,280 --> 00:14:31,000 insan haqları barədə dedikləri bütün sözlər, etdikləri təhdidlər, indiyə qədər tətbiq etdikləri 105 00:14:32,280 --> 00:14:35,800 və bundan sonra üçün də bizi təhdid etdikləri sanksiyalar 106 00:14:36,170 --> 00:14:44,280 sürətli templə irəlilədiyi yolda İran xalqının hərəkətini 107 00:14:45,000 --> 00:14:48,600 yavaşıtmaq və onu durdurmaq üçündür. 108 00:14:50,820 --> 00:14:58,680 Əlbəttə ki, İran xalqı belə şeylərlə azalmayacaq, zəifləməyəcək bir stimula malikdir. 109 00:14:59,450 --> 00:15:01,710 Qarşıda bizi seçkilər gözləyir; 110 00:15:01,940 --> 00:15:07,620 mən müşahidə etdiyim, hiss etdiyim şeyləri 111 00:15:08,140 --> 00:15:10,850 əziz xalqımla bölüşməyi vacib hesab edirəm. 112 00:15:11,020 --> 00:15:17,970 Bəzi şeyləri rəsmilərin diqqətinə çatdırmalıyam və çatdırıram da, 113 00:15:18,820 --> 00:15:25,850 bəzi şeylərə isə bütövlükdə camaatımız, ictimaiyyətimiz diqqət yetirməlidir 114 00:15:26,000 --> 00:15:29,820 və mən onları xalqımız üçün qeyd etməyi özümə borc bilirəm: 115 00:15:31,000 --> 00:15:41,680 düşmən ictimaiyyətimizin fikrini öz çirkin hədəf və niyyətlərindən yayındırmaq məqsədi güdür. 116 00:15:42,800 --> 00:15:49,050 Müəyyən planlar cızır, müxtəlif yerlərdə onların ayrı-ayrı detallarını işləyib hazırlayır ki, 117 00:15:49,420 --> 00:15:53,910 vaxtı gələndə o detalları bir araya gətirib birləşdirsin 118 00:15:54,820 --> 00:16:00,250 və əsl planlarını reallaşdırsın. Biz buna imkan verməməliyik. 119 00:16:01,080 --> 00:16:04,450 Bunu kim etməlidir? Xalq. 120 00:16:06,080 --> 00:16:09,400 Ölkə sizindir, ölkə xalqındır, 121 00:16:09,710 --> 00:16:14,970 ölkənin yiyəsi əziz xalqımızdır; o, imkan verməməlidir; 122 00:16:15,200 --> 00:16:21,280 intəhası mənim kimi həqir bəndələrin vəzifəsi də əziz xalqımıza xəbərdarlıq etməkdir. 123 00:16:21,400 --> 00:16:29,370 Mən düşmənlərin ölkəmizdə baş tutacaq seçkilərlə bağlı iş apardığını görürəm; 124 00:16:29,600 --> 00:16:35,820 istəyirlər ki, seçki onların istədiyi formada keçsin. 125 00:16:36,340 --> 00:16:41,510 Əlbəttə ki, qəlblərinin dərinliyində çox istərdilər ki, ölkəmizdə heç seçki olmasın. 126 00:16:42,450 --> 00:16:47,510 Bir vaxtlar – bir neçə il bundan əvvəl də 127 00:16:48,200 --> 00:16:52,400 çalışdılar elə etsinlər ki, seçki baş tutmasın; 128 00:16:52,710 --> 00:16:58,600 Allah-taala imkan vermədi; ondan bəri ümidlərini üzüblər, bilirlər ki, 129 00:16:59,250 --> 00:17:05,340 ölkədə seçkini durdurmaq səyləri heç bir nəticə verməyəcək, 130 00:17:05,600 --> 00:17:11,250 ona görə də bir yol tapıb seçkiyə təsir göstərməyə, 131 00:17:13,220 --> 00:17:20,340 hər hansı bir yolla seçkini korlamağa çalışırlar. Xalqımız sayıq olmalı 132 00:17:20,480 --> 00:17:23,770 və onların istədiyinin tam tərsini etməldir. 133 00:17:24,620 --> 00:17:31,370 Bu gün onların ciddi surətdə nail olmağa çalışdığı işlərdən biri də 134 00:17:31,770 --> 00:17:35,220 Keşikçi Şuranın işini pozmaqdır. 135 00:17:36,250 --> 00:17:41,970 Əziz qardaş və bacılar, baxın, Keşikçi Şuranın işinin pozulması çox əhəmiyyətlidir. 136 00:17:42,170 --> 00:17:48,650 Amerikalılar inqilabın əvvəlindən bu yana ölkədə, 137 00:17:48,880 --> 00:17:55,420 İslam Respublikasında bir neçə məqamın kəskin şəkildə əleyhinə olublar ki, onlardan da biri Keşikçi Şuradır. 138 00:17:57,940 --> 00:18:04,620 Keşikçi Şura məsələsini ortadan yığışdırmaq üçün çox çalışdılar, çapaladılar, ölkə daxilindəki bəzi məlumatsız, 139 00:18:05,620 --> 00:18:13,170 diqqətsiz insanlardan da sui-istifadə etdilər, amma əlbəttə ki, bacarmadılar 140 00:18:13,680 --> 00:18:23,280 və bu gün də bacarmırlar; indi də Keşikçi Şuranın çıxardığı qərarların üzərinə şübhə kölgəsi salmaq istəyirlər. Bunu etməyin mənası nədir? 141 00:18:24,000 --> 00:18:27,310 Əziz gənclərimiz buna ciddi diqqət yetirsinlər; 142 00:18:28,340 --> 00:18:33,140 Keşikçi Şuranın qərarları sual altına salınır, 143 00:18:33,880 --> 00:18:37,940 onların qeyri-qanuni olduğu iddia edilirsə, bu nə deməkdir? 144 00:18:38,050 --> 00:18:43,570 Bu o deməkdir ki, qarşıda gələn seçkilər də qanunsuzdur; 145 00:18:45,910 --> 00:18:51,310 bəs seçki qanunsuzdursa, qanuna ziddirsə, bu nə deməkdir? 146 00:18:51,310 --> 00:18:59,770 Bu o deməkdir ki, həmin seçki nəticəsində formalaşan parlament də qanunsuzdur. 147 00:19:04,110 --> 00:19:09,080 Parlamentin qanunsuz olması isə o deməkdir ki, 4 il ərzində 148 00:19:09,620 --> 00:19:14,450 o parlamentdən gəlib keçən bütün qanunlar etibarsız sayılacaq; 149 00:19:14,940 --> 00:19:22,170 yəni bu, 4 il müddətində ölkəyə parlament və qanun boşluğu yaşatmaq deməkdir. 150 00:19:23,370 --> 00:19:30,680 Keşikçi Şuranın işini pozmağın mənası budur və düşmən də elə bunu istəyir. 151 00:19:32,340 --> 00:19:37,200 Əlbəttə ki, ölkə daxilində düşmənin səsinə səs verənlərin çoxu 152 00:19:37,650 --> 00:19:43,540 nə etdiyinin fərqinə varmır. Mən heç kəsi xəyanətdə ittiham etmirəm; 153 00:19:44,710 --> 00:19:50,850 fərqinə varmırlar, anlamırlar, amma məsələnin mahiyyəti budur. 154 00:19:52,740 --> 00:20:00,000 Keşikçi Şuraya qarşı yönələn təxribatlar, Keşikçi Şuranın işinə şübhə kölgəsi salmaq, 155 00:20:01,140 --> 00:20:05,770 şura tərəfindən qəbul edilmiş qərarların qanuna zidd olduğunu söyləmək 156 00:20:06,400 --> 00:20:12,650 əslində Keşikçi Şuranın işini pozmaq deyil, seçkini pozmaqdır, parlamenti pozmaqdır, 157 00:20:13,140 --> 00:20:19,540 parlamentdə həyata keçiriləcək 4 illik qanunvericilik fəaliyyətini pozmaqdır; bunu istəyirlər. 158 00:20:22,200 --> 00:20:26,250 Görün necə məharətlə plan qurublar. 159 00:20:27,400 --> 00:20:32,110 Mən bunu ictimaiyyətə çatdırmalıyam; ictimaiyyət bunu bilməldir. 160 00:20:34,220 --> 00:20:38,220 Keşikçi Şuranın əleyhinə danışan insanlar 161 00:20:39,540 --> 00:20:45,600 nə etdiklərini özləri də anlamırlar, fərqində deyillər, amma gördükləri işin mahiyyəti bundan ibarətdir. 162 00:20:48,880 --> 00:20:57,770 Düşmən bütün səylərini İslam Respublikasını dinə əsaslanan xalq hakimiyyətindən – 163 00:20:58,110 --> 00:21:03,910 – bu misilsiz, yeni, 164 00:21:05,220 --> 00:21:14,340 müsəlman xalqları üçün cəlbedici olan təzahürdən məhrum etməyə yönəldib; bunun üçün çalışır. 165 00:21:16,050 --> 00:21:21,820 Əgər bacarsaydılar, seçkiləri dayandırardılar, amma bunu bacarmadılar və bacarmayacaqlar da; 166 00:21:22,400 --> 00:21:33,310 əllərindən gəlsəydi, Keşikçi Şuranı ortadan götürər və ya onun nəzarət funksiyasını ləğv edərdilər, amma bunu da edə bilmədilər. 167 00:21:34,140 --> 00:21:40,310 Bütün bunlara müvəffəq olmadıqlarına görə indi bu yollara əl atırlar, bu yollardan istifadə etməyə cəhd göstərirlər; buna görə də diqqətli olmalıyıq. 168 00:21:40,540 --> 00:21:49,970 Parlament çox əhəmiyyətlidir; İslami Şura Məclisi olduqca əhəmiyyətli bir mövqeyə malikdir. 169 00:21:50,420 --> 00:21:57,050 Nəyə görə? Çünki hökumətin hərəkət etməsi üçün relslər salan parlamentdir. 170 00:21:57,310 --> 00:22:01,400 Təsəvvür edin ki, hökumət 171 00:22:02,620 --> 00:22:11,510 relslər üzərində hərəkət edən qatardır; o relsləri parlament öz qanunları ilə salır. 172 00:22:13,340 --> 00:22:19,140 Əlbəttə ki, qanunların ərsəyə gəlməsində parlament və hökumət birgə çalışır: 173 00:22:19,420 --> 00:22:27,820 hökumət qanun layihəsini təqdim edir, parlament də onu götür-qoy edir, lazımi düzəlişlər edir və təsdiqləyir. 174 00:22:27,820 --> 00:22:34,170 Relslər atılır və hökumət də onların üzərində hərəkət etməlidir. 175 00:22:37,450 --> 00:22:47,250 Parlament xalqın rifahı, sosial ədalət, iqtisadi problemlərin həlli, 176 00:22:47,450 --> 00:22:56,450 elmi inkişaf, texnoloji tərəqqi, milli qürur və istiqlaliyyət üçün çalışarsa, 177 00:22:56,940 --> 00:23:03,310 onun saldığı relslər də bu hədəflərə aparacaq; 178 00:23:04,820 --> 00:23:11,710 yox əgər parlament Qərbdən, Amerikadan qorxub-çəkinər, 179 00:23:14,080 --> 00:23:19,280 dəbdəbəli həyat marağının güclü təsiri altında olarsa, 180 00:23:20,540 --> 00:23:26,170 onun atdığı relslər də bu istiqamətə yönələcək; ölkəni bədbəxt edəcək. 181 00:23:27,850 --> 00:23:33,800 Parlamentin əhəmiyyəti bunlardan ibarətdir; bunlar xırda məsələlərdirmi? 182 00:23:35,850 --> 00:23:42,940 İmam Xomeyninin (r.ə) buyurduğu kimi, parlamentin əhəmiyyəti onun bütün işlərin başında durmasındadır. 183 00:23:43,050 --> 00:23:48,450 “İşlərin başında durmaq” deyəndə bu o demək deyil ki, 184 00:23:48,770 --> 00:23:52,970 parlament və ya deputatlar işlərin icrasının bütün mərhələlərində önəmli rol oynayır; yox, 185 00:23:53,600 --> 00:23:58,250 işlərin icrası mərhələsində parlamentin qətiyyən heç bir rolu yoxdur. 186 00:23:58,420 --> 00:24:04,020 İşlərin icrasını həyata keçirən böyük bir struktur – hökumət var, 187 00:24:04,970 --> 00:24:11,880 buna baxmayaraq, parlament hərəkət kursunu müəyyən edir, gediləcək yolu müəyyənləşdirir. 188 00:24:12,400 --> 00:24:20,000 Hökumət bu yolla qanuna müvafiq surətdə getməlidir; 189 00:24:20,000 --> 00:24:25,370 bu relslərin üzərində irəliləməlidir. Yaxşı, bəs o relsləri kim salacaq? 190 00:24:25,850 --> 00:24:32,140 Bu iş kimə həvalə olunacaq? O relslər hansı istiqamətdə atılacaq? 191 00:24:34,510 --> 00:24:40,800 Parlamentin və deputatların əhəmiyyəti bu məqamda aydın olur. 192 00:24:43,340 --> 00:24:50,510 Əlbəttə ki, düşmən də elə buna görə hər işə əl atır. Parlament barədə bu qədər. 193 00:24:50,820 --> 00:25:01,370 Xubriqan Məclisi isə əsas, prinispial, infrastruktur əhəmiyyəti baxımından parlamentdən də önəmlidir. 194 00:25:02,420 --> 00:25:06,370 Bu qurumun ölkənin cari məsələləri ilə işi yoxdur, 195 00:25:07,310 --> 00:25:10,140 amma Ali Rəhbəri təyin edir. 196 00:25:11,250 --> 00:25:19,650 Kimin Ali Rəhbər olacağı, ölkənin başlıca siyasətlərini və önəmli qərarlarını kimin müəyyən edəcəyi 197 00:25:20,200 --> 00:25:24,250 Xubriqan Məclisində kimlərin təmsil olunmasından asılıdır. 198 00:25:26,370 --> 00:25:33,880 Xubriqan Məclisi lazım gəldiyi zaman Ali Rəhbəri müəyyən edən bir qurumdur; 199 00:25:34,480 --> 00:25:41,420 onun üzvləri İslam İnqilabına ürəkdən bağlı, xalqını sevən, 200 00:25:43,850 --> 00:25:53,370 düşmənin məkrli planlarından xəbərdar olan, düşmən qarşısında mətin və mübariz insanlar olarsa, 201 00:25:54,020 --> 00:25:58,680 bir cür, yox əgər Allah eləməmiş, bu keyfiyyətlərə malik olmayan insanlar olarsa, bir başqa cür davranacaqlar. 202 00:26:00,570 --> 00:26:04,250 Elə buna görə də hazırda düşmən Xubriqan Məclisi ilə də bağlı həssaslıq göstərir. 203 00:26:04,570 --> 00:26:11,450 İngiltərə radiosu Tehran camaatına 204 00:26:11,680 --> 00:26:17,770 təlimat verir ki, filankəsə səs verin, filankəsə səs verməyin! Bu nə deməkdir? 205 00:26:18,140 --> 00:26:24,220 İngilislər İrana müdaxilə etmək üçün darıxıb. 206 00:26:24,310 --> 00:26:31,940 Vaxt var idi, ölkənin padşahı mühüm bir qərar qəbul etmək istəyəndə 207 00:26:32,400 --> 00:26:38,170 İngiltərə səfirini çağırıb ondan soruşurdu ki, “bunu edim, etməyim?” 208 00:26:39,650 --> 00:26:43,400 Bir vaxtlar ingilislər ölkənin işlərinə bu dərəcədə müdaxilə edirdilər. 209 00:26:43,740 --> 00:26:47,080 Sonra da Amerika, bir müddət isə hər ikisi; 210 00:26:49,280 --> 00:26:52,370 bu gün həmin əllər kəsilib; 211 00:26:53,280 --> 00:26:57,140 bu gün inqilabın, xalqın sayıqlığının bərəkəti sayəsində 212 00:26:57,250 --> 00:27:01,400 bu müdaxilələrin qarşısı alınıb. 213 00:27:02,220 --> 00:27:07,820 İndi yenə darıxıblar, radio ilə camaata təlimat verirlər ki, 214 00:27:07,940 --> 00:27:10,710 filankəsə səs verin, filankəsə verməyin. 215 00:27:24,570 --> 00:27:30,770 Elə buna görə mən deyirəm ki, camaatımız seçkidə gözüaçıq, 216 00:27:30,970 --> 00:27:35,480 məlumatlı olsun, bilərək hərəkət etsin; 217 00:27:35,600 --> 00:27:38,020 düşmənin nə istədiyini bilsin; 218 00:27:38,140 --> 00:27:42,340 aydındır ki, düşmənin nə istədiyini biləndə siz onun istədiyinin əksini edəcəksiniz. 219 00:27:42,510 --> 00:27:48,510 Bu seçkilərin əhəmiyyəti ondadır ki, 220 00:27:49,050 --> 00:27:54,850 bir neçə gün əvvəl – 22 bəhməndə baş tutan yürüş kimi, 221 00:27:55,310 --> 00:27:58,620 bu seçki də İran xalqının oyanışının, 222 00:27:58,820 --> 00:28:06,340 İslam İnqilabı və İslam Respublikasının arxasında durduğunun, 223 00:28:07,340 --> 00:28:11,000 ölkənin suverenliyini, öz milli qürurunu 224 00:28:11,540 --> 00:28:15,420 müdafiə etdiyinin təcəssümüdür. 225 00:28:16,110 --> 00:28:21,570 Elə buna görə də mən bütün İran xalqına səslənib deyirəm ki, seçkiyə qatılın, 226 00:28:21,650 --> 00:28:28,710 iştirak edin, fikrinizi bildirin. Seçki önəmli bir məsələdir. 227 00:28:30,020 --> 00:28:34,020 Düşmənlərimiz heç nədən utanan, çəkinən deyil; 228 00:28:35,310 --> 00:28:47,140 başlarında da Qərb dövlətlərinə, xüsusilə də Amerikaya ağalıq edən, 229 00:28:47,200 --> 00:28:59,770 təhlükəli, insanlıqdan uzaq sionist şəbəkəsi durur. 230 00:29:00,710 --> 00:29:05,680 İsrail rejimi yox sionist şəbəkəsi; 231 00:29:06,310 --> 00:29:12,250 İsrail rejiminin özü bütöv Amerika imperializminin kiçik bir hissəsidir. 232 00:29:12,420 --> 00:29:19,510 Təəssüflər olsun ki, bu gün dünyanın bir nömrəli biznesmenlərindən, 233 00:29:20,050 --> 00:29:24,220 kapitalistlərindən ibarət, dünyanın təbliğatı, bankları əlində olan bu şəbəkə 234 00:29:26,110 --> 00:29:30,650 bir çox ölkələrə ağalıq edir; 235 00:29:31,200 --> 00:29:35,710 Amerikaya ağalıq edirlər, Amerikanın siyasətinə ağalıq edirlər, 236 00:29:36,220 --> 00:29:40,110 Avropa dövlətlərinin çoxuna ağalıq edirlər; 237 00:29:41,620 --> 00:29:44,820 onların qarşısında sayıq olmaq lazımdır. 238 00:29:46,650 --> 00:29:53,400 Amerikalılar onların düşündüyü, onların istədiyi kimi hərəkət edirlər. 239 00:29:55,050 --> 00:30:01,250 O nüvə məsələsindən, nüvə danışıqlarından sonra – 240 00:30:02,050 --> 00:30:09,510 yaxşı, müəyyən məqamlar deyildi, danışıldı və bu uzun proses həyata keçdi – 241 00:30:09,620 --> 00:30:16,600 iki gün bundan əvvəl yenə də 242 00:30:19,140 --> 00:30:24,050 bir Amerika rəsmisi deyir: “Biz elə edəcəyik ki, dünyanın böyük sərmayədarları, 243 00:30:24,110 --> 00:30:29,620 investorları gedib İrana sərmayə qoymağa ürək etməsinlər”. 244 00:30:30,800 --> 00:30:34,140 Düşmənçiliyi görürsünüz?! Bax Amerika budur. 245 00:30:34,570 --> 00:30:41,910 Bu danışıqların baş tutmasına çalışan insanların bir məqsədi də – insafən, çox da çalışdılar, zəhmət çəkdilər; 246 00:30:42,170 --> 00:30:47,510 danışıqları həyata keçirmiş rəsmilər, doğrudan da, zəhmət çəkdilər, 247 00:30:47,710 --> 00:30:52,200 tər tökdülər, həqiqətən buna vaxt sərf etdilər 248 00:30:52,850 --> 00:31:00,710 – xarici investisiya ilə ölkədə iqtisadi problemlərin həllinə nail olmaq idi. 249 00:31:01,510 --> 00:31:05,050 bu gün isə Amerika bunun qarşısını alır. 250 00:31:06,000 --> 00:31:13,340 İndiyə qədər bir neçə dəfə demişdilər; dünən, srağagün, 3 gün bundan əvvəl daha biri yenə də 251 00:31:13,370 --> 00:31:19,710 deyib ki, “elə edəcəyik, investorlar İrana sərmayə qoymağa ürək eləməsin”. 252 00:31:33,220 --> 00:31:39,600 Elə buna görə mən dönə-dönə deyirəm ki, Amerikaya inanmaq olmaz; 253 00:31:42,340 --> 00:31:45,570 buna görə deyirəm ki, bunlar etimada layiq deyil. 254 00:31:45,850 --> 00:31:54,800 Amerika siyasətçiləri etiraz edir ki, nəyə görə İranda keçirilən yürüşlərdə, toplantılarda 255 00:31:55,020 --> 00:31:58,710 kütlə “Amerikaya ölüm!” şüarları səsləndirir? 256 00:31:59,740 --> 00:32:04,800 Yaxşı, siz özünüz belə edirsinizsə, daha İran xalqının nə deməyini istəyirsiniz? 257 00:32:07,600 --> 00:32:13,280 Keçmişiniz odur, dünəniniz odur, bugünkü davranışlarınız da göz qabağındadır. 258 00:32:15,140 --> 00:32:19,310 Sizin düşmənçiliyiniz heç gizli, üstüörtülü də deyil. 259 00:32:19,510 --> 00:32:24,710 Düzdür, özəl görüşlərdə gülümsəyir, əl uzadıb görüşür, 260 00:32:25,110 --> 00:32:30,140 yağlı sözlər deyir, xoş danışırlar; 261 00:32:30,140 --> 00:32:33,540 amma bu, özəl diplomatik görüşlərə xas olan bir şeydir; 262 00:32:33,620 --> 00:32:40,220 heç bir əhəmiyyəti yoxdur, dəyəri yoxdur, reallığa heç bir təsir göstərmir. 263 00:32:41,970 --> 00:32:47,480 Reallıq budur ki, müqavilə bağlayıblar, danışıqlar aparıblar, 264 00:32:48,170 --> 00:32:54,850 2 il çək-çevir edib çənə döyüblər, məsələ tamamlanandan sonra indi deyirlər ki, “biz imkan verməyəcəyik”; 265 00:32:55,620 --> 00:32:59,450 xarici investorların qorxub geri çəkilməsi, 266 00:32:59,970 --> 00:33:05,450 yaxına gəlməməsi üçün yeni sanksiyalar qoymaq istədikləri ilə təhdid edirlər. 267 00:33:06,170 --> 00:33:09,970 Hələ bir bunu açıq-açığına deyirlər də! Amerika budur; 268 00:33:11,370 --> 00:33:15,880 belə bir düşmənin qarşısında gözünü yumub 269 00:33:17,420 --> 00:33:20,370 hər şeyi yaxşılığa yozmaq olmaz. 270 00:33:23,110 --> 00:33:31,850 Onlar əhdinə vəfasızdır, etimada layiq deyil. 271 00:33:33,970 --> 00:33:39,540 Əziz İran xalqı! Sizin qarşınızdakı düşmən belə bir ünsürdür; 272 00:33:41,310 --> 00:33:45,020 ayıq-sayıq olmaq lazımdır. 273 00:33:47,250 --> 00:33:51,650 Bizə yersiz başağrısı lazım deyil; 274 00:33:52,050 --> 00:33:56,820 bəziləri heç də deməsinlər ki, “siz elə həmişə Amerikanı düşmənçiliyə təhrik edir, məcbur edirsiniz”. 275 00:33:56,820 --> 00:34:02,200 Yox, Amerikanı təhrik etməyə lüzum yoxdur, Amerika elə düşməndir. 276 00:34:02,310 --> 00:34:06,510 Amerika bir vaxtlar İrana yiyəlik edib, 277 00:34:07,050 --> 00:34:10,250 inqilab gəlib və bu ölkəni onun əlindən alıb; 278 00:34:11,970 --> 00:34:18,400 indi də heç cür geri durmaq istəmir, təzədən ölkədə ağalıqlarını bərpa etməyə çalışırlar. Amerika budur. 279 00:34:34,370 --> 00:34:41,140 Ölkənin əlacı isə xalqın sayıqlığında, 280 00:34:42,250 --> 00:34:45,910 əhalinin dini inancından qaynaqlanan stimulun qorunub saxlanmasında, 281 00:34:46,200 --> 00:34:56,850 mömin və stimullu gənclərin işə cəlb edilməsində və ölkənin daxildən gücləndirilməsindədir; yeganə yol budur. 282 00:34:57,540 --> 00:35:01,140 İran xalqı daxildən güclənməlidir; 283 00:35:01,970 --> 00:35:06,020 iqtisadiyyatı güclü olmalı, elmi güclü olmalı, 284 00:35:07,200 --> 00:35:10,420 administrativ orqanları güclü olmalı 285 00:35:11,480 --> 00:35:18,140 və bütün bunlardan daha önəmlisi, imanı günü-gündən daha da güclənməlidir. Çıxış yolu budur; 286 00:35:19,450 --> 00:35:23,650 İran xalqı da bu günə qədər məhz bu yolla gedib. 287 00:35:24,020 --> 00:35:31,570 Müəyyən düşmənlər bu inqilabı hələ nazik gövdəli bir fidan olduğu zaman 288 00:35:31,880 --> 00:35:36,400 kökündən qoparıb atmaq, məhv etmək istəyirdilər, amma bacarmadılar, 289 00:35:36,620 --> 00:35:41,510 bu gün o nazik çubuğa bənzəyən fidan irigövdəli bir ağaca çevrilib: 290 00:35:43,620 --> 00:35:47,850 “... kökü yerdə olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. 291 00:35:48,450 --> 00:35:52,420 O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər”. (“İbrahim” surəsi, 24-25-ci ayələr) 292 00:35:53,400 --> 00:36:00,800 Bu gün inqilab budur. Bu gün düşmən qələt edib onu yıxmaq fikrinə düşər. 293 00:36:24,340 --> 00:36:30,310 Xalqımız öz birliyini qorusun, bölünməzliyini qorusun, 294 00:36:31,080 --> 00:36:38,710 İslam İnqilabını, onun əsas prinsiplərini, ideallarını müdafiə etməkdə həmrəyliyini qorusun; 295 00:36:39,770 --> 00:36:47,050 bu ölkənin müqəddəratına biganə olmayan möhtərəm rəsmilər 296 00:36:47,600 --> 00:36:54,450 xalq üçün Allah naminə, Allahın razılığını qazanmaq xatirinə işləsinlər; 297 00:36:54,680 --> 00:36:59,710 daxili güc və potensiala inanıb arxalansınlar. 298 00:37:01,370 --> 00:37:09,420 Əlbəttə, biz demişik ki, müqavimət iqtisadiyyatı daxildən güc alıb inkişaf edir və xarici əlaqələrə açıqdır. 299 00:37:09,420 --> 00:37:17,080 Mən heç vaxt deməmişəm ki, ölkənin ətrafına hasar çəkək, 300 00:37:18,200 --> 00:37:21,110 amma bu daxildən güc alıb inkişaf etmək məsələsini də unutmayın. 301 00:37:23,000 --> 00:37:31,880 Milli iqtisadiyyatımız daxildən coşub daşmasa, heç bir yerə gedib çıxa bilməyəcək. 302 00:37:32,680 --> 00:37:41,310 Doğrudur, iqtisadiyyat sahəsində dünya ölkələri ilə əməkdaşlıq çox yaxşıdır, amma bu, ağıllı bir əməkdaşlıq olmalı, 303 00:37:42,110 --> 00:37:48,200 iqtisadiyyatın daxildən inkişafını təmin etməlidir. 304 00:37:49,680 --> 00:37:54,570 Yolu isə budur ki, xalqımız, rəsmilərimiz möhkəm durub 305 00:37:54,570 --> 00:37:57,680 sayıq, məlumatlı şəkildə hərəkət etsin. 306 00:37:57,880 --> 00:38:02,000 Əziz gənclər! Allahın lütfü və dəstəyi sayəsində 307 00:38:02,600 --> 00:38:07,110 siz o günü görəcəksiniz ki, Amerika, 308 00:38:07,480 --> 00:38:11,970 Amerikanın bütün müttəfiqləri 309 00:38:12,280 --> 00:38:16,000 İran İslam Respublikasının qarşısında heç bir qələt edə bilməyəcək. 310 00:38:40,020 --> 00:38:45,800 Ya Rəbbi! Bu əziz xalqa Öz rəhmət və lütfünü nazil et. 311 00:38:47,050 --> 00:38:53,310 Pərvərdigara! Bu ölkədəki stimulu, imanı və böyük mənəvi şövqü 312 00:38:53,510 --> 00:38:57,020 günü-gündən daha da artır. 313 00:38:58,600 --> 00:39:01,820 Əziz qardaş və bacılar, sizə təşəkkürümü bildirirəm. 314 00:39:02,050 --> 00:39:08,000 Bütün Azərbaycan və Təbriz əhalisinə də salamlarımı çatdırıram; 315 00:39:08,250 --> 00:39:09,570 məndən də salam yetirin.