1 00:00:05,080 --> 00:00:07,650 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:08,370 --> 00:00:11,340 و الحمدلله ربّ العالمين 3 00:00:12,540 --> 00:00:17,400 و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين. 4 00:00:28,080 --> 00:00:31,140 Əzizlərim, 5 00:00:33,000 --> 00:00:38,820 əziz qardaşlar, əziz bacılar, hörmətli ailələr, çox xoş gəlmisiniz! 6 00:00:41,400 --> 00:00:50,940 Sizin simanızda daxilinizdəki iman, əzm və iradədən xəbər verən bir qətiyyət var 7 00:00:54,420 --> 00:00:59,480 bütün bunlar xalqın böyük sərvətidir 8 00:01:01,820 --> 00:01:10,000 – həm bu mömin insanlar, həm də onların yenilməz əzmi, möhkəm iradəsi. 9 00:01:13,420 --> 00:01:18,650 Heç bir ölkə üçün 10 00:01:20,020 --> 00:01:29,680 layiqli və effektiv insan sərmayəsindən daha böyük bir sərvət təsəvvür edilə bilməz. 11 00:01:32,770 --> 00:01:48,400 Yaşadığımız bu günlər də mühüm əhəmiyyət kəsb edir – həm “Mübahilə” kimi möhtəşəm bir hadisənin 12 00:01:48,740 --> 00:01:57,080 və “Həl-Əta” surəsinin nazil olmasının ildönümüdür, həm Məhərrəm ayı yaxınlaşır, 13 00:01:59,940 --> 00:02:11,880 həm də regiondakı vəziyyət, bölgədə gedən proseslərin həssaslığı baxımından 14 00:02:13,600 --> 00:02:18,620 əhəmiyyətli günlərdir; mühüm bir etapdır. 15 00:02:21,800 --> 00:02:31,200 Keşikçi korpusun Dəniz Qüvvələri ilə bağlı qeyd ediləsi mühüm məqam bundan ibarətdir ki, 16 00:02:31,450 --> 00:02:38,480 bu qüvvələrin simasında donanmamızda inqilabın övladları, inqilabi ideyaların daşıyıcısı olan bir şəxsi heyət təmsil olunur. 17 00:02:41,250 --> 00:02:45,740 Bu, çox mühüm və başlıca bir məqamdır. 18 00:02:48,680 --> 00:02:57,310 Təhlükəsizlik bir xalqın bütün sferalarda inkişafının əsas infrastrukturudur. 19 00:02:57,910 --> 00:03:02,970 Təhlükəsizlik olmasa, nə iqtisadiyyat olar, nə mədəniyyət olar, 20 00:03:04,020 --> 00:03:10,450 nə də cəmiyyətin üzvü olan insanların fərdi və ümumi səadəti təmin olunar. 21 00:03:12,710 --> 00:03:21,400 Su sərhədləri olan ölkələr üçün isə bu sərhədlərin təhlükəsizliyi müəyyən cəhətlərdən daha da əhəmiyyətlidir. 22 00:03:21,910 --> 00:03:28,020 Çünki dəniz suları ümumi xarakterli bir beynəlxalq kommunikasiya vasitəsidir. 23 00:03:29,020 --> 00:03:44,880 Dəniz sularında müxtəlif dövlətlərin, müxtəlif xalqların iştirak etməsi müstəsna bir hadisə hesab olunmur, 24 00:03:45,770 --> 00:03:54,940 geniş yayılmış bir məsələdir. Dənizlə qonşuluğu olan, dənizə sahilləri açılan bir ölkə 25 00:03:56,020 --> 00:04:03,740 yaxınlığındakı dənizdə təhlükəsizliyi təmin edə bilməzsə, 26 00:04:04,450 --> 00:04:10,710 əslində bu o deməkdir ki, həmin ölkə öz daxili təhlükəsizliyinin əsas dayaqlarını möhkəmlədə bilməmişdir. 27 00:04:11,280 --> 00:04:14,450 Odur ki dəniz sularının təhlükəsizliyi olduqca əhəmiyyətlidir. 28 00:04:14,880 --> 00:04:25,170 Əlhəmdulillah, Keşikçi Korpusun sıralarında xidmət edən inqilabçı gənclərimiz bu sahədə işləyiblər, 29 00:04:25,510 --> 00:04:29,170 dəyərli və diqqətəlayiq işlər həyata keçiriblər. 30 00:04:30,910 --> 00:04:39,800 İnqilabdan sonrakı həssas dövrü dəyərləndirərəkən bütün bunları nəzərdən qaçırmaq olmaz. 31 00:04:41,940 --> 00:04:50,220 Elə bu ailələrin ölkənin cənub bölgələrində yaşaması da 32 00:04:51,510 --> 00:04:55,480 cihad ruhu ilə görülən böyük işlərdən biridir. 33 00:04:55,770 --> 00:05:01,140 Mən bunu elə sizin çox hörmətli ailə üzvlərinizin qarşısında qeyd etməyi özümə borc bilirəm. 34 00:05:01,570 --> 00:05:10,850 Keşikçi Korpusun Dəniz Qüvvələrinin Bəndər-Abbasda, dəniz sahillərində, 35 00:05:11,650 --> 00:05:18,940 bu çətin bölgələrdə yerləşdirilməsi və ailələrinin də həmin yerlərə gedərək 36 00:05:19,310 --> 00:05:24,450 o çətinliklərə qatlaşması olduqca dəyərlidir. 37 00:05:25,910 --> 00:05:29,710 Bu, üstündən asanlıqla keçiləcək bir məsələ deyil. 38 00:05:32,510 --> 00:05:42,020 Cənub regionunun özü, Buşəhr, Bəndər-Abbas ostanları, 39 00:05:43,400 --> 00:05:48,280 daim dənizdən baş verə biləcək təhlükəli insidentlərlə üz-üzə olan bu bölgələr 40 00:05:48,680 --> 00:05:53,540 inqilab illəri boyunca bir sıra sınaqlardan layiqincə çıxıb. 41 00:05:54,970 --> 00:06:03,200 Düzdür, əvvəlcə sularda inqilabın iştirakı bir o qədər də hiss olunmurdu, 42 00:06:05,540 --> 00:06:14,370 amma sonradan inqilabın övladlarının, inqilabın yetirmələrinin, inqilabi ideyaların daşıyıcısı olan gənclərin 43 00:06:15,370 --> 00:06:23,820 bu bölgələrə ayağı açıldı və vəziyyət dəyişdi. 44 00:06:27,250 --> 00:06:32,940 Münasib zəmin hazır olduqdan sonra bu bölgənin əhalisi, gəncləri, 45 00:06:33,050 --> 00:06:42,620 güclü stimula malik insanlar hamısı düzgün kursa yönəldi. 46 00:06:43,510 --> 00:06:53,310 Bundan sonra, məsələn, Buşəhr bölgəsində şəhid Nadir Mehdəvi kimi böyük, görkəmli bir şəhidimiz oldu. 47 00:06:55,910 --> 00:07:08,220 Şəhidlik, cihad və bu kimi məsələlərə ürəkdən inanan insanların nəzərində bu cür insanlar, 48 00:07:09,000 --> 00:07:16,800 Nadir Mehdəvi və onun silahdaşları kimi parlaq simalar, 49 00:07:17,480 --> 00:07:25,050 o böyük işləri həyata keçirmiş şəxslər düşmənin gözünün odunu alıblar; 50 00:07:27,400 --> 00:07:36,250 İran xalqına nüfuz və başucalığı gətiriblər, İslam dövlətinin və İslam Respublikasının qüdrətini düşmənin üzünə vurublar. 51 00:07:37,400 --> 00:07:40,000 Onların xatirəsini daim yaşatmaq lazımdır. 52 00:07:41,570 --> 00:07:50,740 Yazılı və şifahi tariximizdə onların adını və xatirəsini daim qabartmaq, önə keçirmək lazımdır. 53 00:07:51,020 --> 00:07:57,200 Həmçinin düşmənin məkrli niyyətindən də daim xəbərdar olmaq lazımdır. 54 00:07:59,600 --> 00:08:12,450 Fars Körfəzi məntəqəsində o uğursuz və məşum varlığı, 55 00:08:12,570 --> 00:08:21,220 yəni Səddam Hüseyni himayə və müdafiə edənlərin, o insan haqları iddiasında olanların hamısı 56 00:08:23,110 --> 00:08:29,740 – hansılar ki sonralar özləri əlbir olub Səddamın əleyhinə çıxdılar, 57 00:08:29,910 --> 00:08:35,420 halbuki uzun illər boyu İslam Respublikası əleyhinə Səddama dəstək vermişdilər 58 00:08:35,740 --> 00:08:41,400 – hamısının əlləşib-vuruşduğu buna görə idi ki, Fars Körfəzini İslam Respublikası üçün təhlükəli bir bölgəyə çevirsinlər. 59 00:08:43,250 --> 00:08:47,400 Bu, Fars Körfəzi regionunun təhlükəsizliyinin nə qədər əhəmiyyətli olduğundan xəbər verir. 60 00:08:48,450 --> 00:08:58,050 Görün bu regionun təhlükəsizliyi nə qədər önəmlidir ki, onların bütün düşmənçiliyi sözügedən dəniz bölgəsində 61 00:08:58,200 --> 00:09:06,250 – Fars Körfəzi və Oman dənizində ən çox sahilləri olan İran üçün 62 00:09:07,480 --> 00:09:13,680 bu regionda təhlükəsizliyi pozmağa yönəlmişdi. 63 00:09:14,970 --> 00:09:23,570 İnqilabçı gənclərin, Keşikçi Korpusun, korpusun Dəniz Qüvvələrinin iştirakı, 64 00:09:23,970 --> 00:09:35,400 bu hərbi birləşmənin təşkil edilməsi və işə qoşulması bu bölgədə suların onların özü üçün təhlükəli bir vəziyyətə gəlməsinə səbəb oldu. 65 00:09:37,600 --> 00:09:45,540 Gəmilərinə ziyan dəydi, helikopterlərinə ziyan dəydi, neft tankerlərinə ziyan dəydi. 66 00:09:47,510 --> 00:09:57,170 Anladılar ki, İslam Respublikası müqəddəratı ilə istədikləri kimi oynaya biləcəkləri bir varlıq deyil. 67 00:09:58,570 --> 00:10:03,110 Bu, İslam Respublikası quruluşunun mənəvi gücüdür. 68 00:10:06,310 --> 00:10:09,310 Quran bizə belə əmr edir: 69 00:10:09,450 --> 00:10:20,770 وَ اَعِدّوا لَهُم مَّا اسْتَطَعتُم مِّن قُوَّةٍ وَ مِن رِّباطِ الخَيلِ تُرهِبونَ بِه‌ عَدُوَّ اللهِ وَ عَدُوَّکُم 70 00:10:23,770 --> 00:10:35,850 – Sizin iştirakınız, halınız-hərəkətiniz elə olmalıdır ki, düşməni qorxuya salsın, çəkindirsin. 71 00:10:36,910 --> 00:10:45,800 Düşmən, təbii ki, təcavüzkardır. Dünyaya hökranlıq etməyə can atanların xarakteri budur: təcavüz etmək, irəli getmək, 72 00:10:46,170 --> 00:10:51,220 öz hakimiyyətini qurmaq, pəncəsini atmaq; bu, onların təbiətindədir. 73 00:10:53,170 --> 00:10:58,250 Əgər sizin səngərləriniz möhkəm olmasa, haradasa bir boşluq olsa, yol tapıb keçəcəklər. 74 00:10:59,600 --> 00:11:04,140 Elə etməlisiniz ki, düşmən yol tapıb nüfuz edə bilməyəcəyini hiss etsin. 75 00:11:05,710 --> 00:11:12,680 Ölkənin cənubunda inqilab cəbhəsinin formalaşdırılması, 76 00:11:13,280 --> 00:11:19,420 Keşikçi Korpusun Dəniz Qüvvələrinin 77 00:11:21,400 --> 00:11:31,280 və sahil ostanlarından olan balalarımızın – bu şücaətli, dünyaya könül bağlamamış gənclərimizin timsalında inqilabi qüvvələrin bu bölgədə iştirakı 78 00:11:33,620 --> 00:11:39,910 Quranın həmin məqsədinin reallaşmasına şərait yaratdı: 79 00:11:39,910 --> 00:11:42,600 تُرهِبونَ بِه‌ عَدُوَّ اللهِ وَ عَدُوَّکُم 80 00:11:42,770 --> 00:11:46,570 Bu, həmişə davam etdirilməlidir. 81 00:11:48,770 --> 00:11:57,200 Dəfələrlə demişik ki, biz heç vaxt müharibəyə ilk olaraq addım atan tərəf olmayacağıq; buna öz səbəb və arqumentlərimiz də var. 82 00:11:58,480 --> 00:12:01,650 Heç bir müharibəni ilk olaraq biz başlamayacağıq, 83 00:12:03,970 --> 00:12:07,820 amma düşməndən də müharibəyə başlamaq cəsarətini almaq lazımdır; 84 00:12:10,970 --> 00:12:16,280 düşməni tanımaq, xarakterinə bələd olmaq lazımdır. 85 00:12:17,770 --> 00:12:25,200 Bu gün imperialistlər bu regionda 86 00:12:25,820 --> 00:12:30,540 təhlükəli hədəflər izləyir. 87 00:12:32,050 --> 00:12:37,570 Bunlar xalqların müqəddəratına təsir edə biləcək hədəflərdir. 88 00:12:37,770 --> 00:12:47,420 İstifadə etdikləri vasitələr də olduqca təhlükəli, qeyri-humanist, vəhşicəsinə vasitələrdir. 89 00:12:49,170 --> 00:12:55,620 Yəni günahsız insanların məhvinə səbəb olacaq metodlardan istifadə etməkdən qətiyyən çəkinmirlər. 90 00:12:55,800 --> 00:13:05,820 Baxın görün ölkəmizin qərb bölgəsində – İraqda, Suriyada, şərq bölgəmizdə 91 00:13:06,620 --> 00:13:12,770 – Əfqanıstanda, Pakistanda nələr edirlər? Qətiyyən çəkinmirlər, 92 00:13:12,880 --> 00:13:19,600 yəni insan həyatının onlar üçün heç bir dəyəri yoxdur. 93 00:13:19,820 --> 00:13:27,880 İnsan haqları, mülki əhalinin hüquqları və bu kimi puç, 94 00:13:28,000 --> 00:13:33,680 formal iddialarının hamısı reallığa ziddir. Buna sübut da elə gördükləriniz, şahidi olduqlarınızdır: 95 00:13:35,220 --> 00:13:42,540 xəstəxanalara raketlə hücum edib bombalayır, onlarla xəstəni qətlə yetirir, 96 00:13:42,540 --> 00:13:50,220 sonra da: “Bağışlayın, səhvən olub!” – deyirlər. Hərdən də heç o “bağışlayın”ı da demirlər. 97 00:13:53,420 --> 00:13:59,650 Qəzzada, Yəməndə, Suriyada, İraqda, Bəhreyndə 98 00:13:59,650 --> 00:14:09,650 elə faciələr baş verir ki, insan onları törədənlərin 99 00:14:09,880 --> 00:14:17,370 nə qədər rəhmsiz, daşürəkli olduğuna heyrətlənir. Bunu necə edə bilirlər? 100 00:14:19,510 --> 00:14:26,370 İnsanı qəfəsin içinə salıb, diri-diri od vurub yandırırlar! 101 00:14:28,400 --> 00:14:31,370 İnsan haqları ilə məşğul olan qurumlar da oturub tamaşa edir. 102 00:14:31,820 --> 00:14:35,970 Halbuki bir çalaya itdən-pişikdən düşsə, 103 00:14:36,540 --> 00:14:41,540 onu ordan sağ-salamat çıxarmaq üçün bütün imkanlarını səfərbər edirlər; 104 00:14:41,680 --> 00:14:44,850 demək istəyirlər ki, “biz canlı varlıqların tərəfdarıyıq”. 105 00:14:46,800 --> 00:14:51,310 Dünyanı təhdid edən ən böyük təhlükə bu riyakarlıqdır, yalanlardır, 106 00:14:51,820 --> 00:14:55,450 bu ikiüzlülükdür. Düşmən bu cürdür. 107 00:14:58,020 --> 00:15:02,680 Məqsədi bu regionda öz hədəflərini həyata keçirməkdir. 108 00:15:02,850 --> 00:15:07,800 Əlbəttə ki, İslam Respublikası Allahın yardımı və dəstəyi sayəsində 109 00:15:07,910 --> 00:15:14,310 nəinki yalnız düşmənin öz ölkəsinə nüfuz etməsinin qarşısını alır, 110 00:15:14,740 --> 00:15:21,770 hətta düşmənin planlarının regionda işə düşməsinə də önəmli dərəcədə əngəl olur. 111 00:15:22,620 --> 00:15:25,770 Bu, Allahın nəsib etdiyi bir mənəvi uğurdur, Allahın qüdrəti 112 00:15:25,770 --> 00:15:30,620 və siz gənclərin əzm və iradəsinin bərəkəti sayəsində müyəssər olan bir şeydir. 113 00:15:33,250 --> 00:15:47,140 İslam Respublikasının iqtidarı, iştirakı müdaxilə etməli olduğu məqamda etdiyi müdaxilə sayəsində 114 00:15:47,250 --> 00:15:53,600 onların bir çox planları uğursuzluğa dümar olub, nəticəsiz qalıb. 115 00:15:54,820 --> 00:16:03,170 Elə buna görə də onların ədavəti ən çox İslam dövləti üzərində cəmlənib, 116 00:16:03,600 --> 00:16:09,540 əllərindən gələni edirlər. Bu müzakirələrdən, danışıqlardan dəm vurmaları da yol tapıb ölkəyə nüfuz etmək üçündür. 117 00:16:10,140 --> 00:16:19,050 Ölkədə bir qrup insan var ki, danışıqlar məsələsinə, müzakirə mövzusuna səthi yanaşır, 118 00:16:19,820 --> 00:16:25,250 primitiv düşünür, mövzunun əsas mahiyyətini anlamırlar. 119 00:16:26,510 --> 00:16:32,480 İndi bəziləri var ki, laqeyddirlər – cəmiyyətdə laqeyd, etinasız bir kəsim var; 120 00:16:32,850 --> 00:16:36,200 nə baş verirsə-versin, onlar üçün heç bir əhəmiyyəti yoxdur: 121 00:16:36,510 --> 00:16:42,310 ölkənin mənafeyi əldən getsin, milli mənafe məhv olsun 122 00:16:43,570 --> 00:16:49,450 – onlarla işimiz yoxdur, amma bəziləri var ki, laqeyd də deyillər, intəhası səthi yanaşırlar, 123 00:16:49,820 --> 00:16:53,850 məsələlərin dərinliyinə varmırlar. Danışıqlardan söhbət düşən kimi deyirlər: 124 00:16:54,280 --> 00:16:57,600 “Ağa, siz nə üçün Ameria ilə danışıqların əleyhinəsiniz? 125 00:16:57,600 --> 00:17:03,340 Axı Əmirəl-möminin (ə) də filankəslə danışıqlar aparıb, İmam Hüseyn (ə) də danışıqlara gedib”. 126 00:17:03,420 --> 00:17:07,050 Belə fikirlər həmin insanların primitiv düşündüyündən, 127 00:17:08,310 --> 00:17:12,480 məsələlərin dərinliyinə varmamağından xəbər verir. 128 00:17:13,570 --> 00:17:17,710 Ölkədə gedən prosesləri bu şəkildə təhlil etmək olmaz; 129 00:17:20,420 --> 00:17:30,140 belə primitiv, avam yanaşma ilə ölkənin mənafeyini müəyyən etmək mümkün deyil. 130 00:17:30,310 --> 00:17:40,370 Əvvəla, Əmirəl-möminin (ə) Zübeyrlə, yaxud İmam Hüseyn (ə) İbn Sədlə danışarkən ona öyüd-nəsihət verib, 131 00:17:41,080 --> 00:17:45,880 Bugünkü anlamında danışıqlara getmək alver, müamilə kimi başa düşülür 132 00:17:46,420 --> 00:17:48,510 – yəni bir şey ver, başqa bir şey al. 133 00:17:48,880 --> 00:17:53,680 İmam Əli (ə) Zübeyrlə bu şəkildə alver edib ki, filan şeyi ver, filan şeyi al? 134 00:17:54,080 --> 00:18:01,480 İmam Hüseyn (ə) İbn Sədlə bu şəkildə alver edib ki, filan şeyi ver, filan şeyi al? O Həzrətin belə bir məqsədi olub? 135 00:18:02,620 --> 00:18:08,740 Siz tarixi bu cür anlayırsınız? İmamların həyatını bu şəkildə təhlil edirsiniz? 136 00:18:10,540 --> 00:18:14,910 İmam Hüseyn (ə) gedib həmin adamı çəkindirib, nəsihət verib, deyib Allahdan qorx. 137 00:18:16,200 --> 00:18:24,820 Əmirəl-möminin (ə) Zübeyrə nəsihət verib, Peyğəmbər (s) dövrü ilə bağlı xatirələri onun yadına salıb, “Alahdan qorx!” – deyib. 138 00:18:25,420 --> 00:18:30,280 Yeri gəlmişkən, təsiri də olub, Zübeyr müharibədən çəkinib. 139 00:18:31,570 --> 00:18:35,140 Danışıqlar bu demək deyil. 140 00:18:35,910 --> 00:18:43,020 Bizim Şeytanın böyüyü olan Amerika ilə danışıqlara getməli olduğumuzu əsaslandırmaq üçün 141 00:18:43,170 --> 00:18:48,510 dövrün reallığını dərk etməyən, bir qrup primitiv düşüncəli, avam insan 142 00:18:51,050 --> 00:18:58,250 qəzetlərdə, internet saytlarında məqalələr yazır, 143 00:18:58,540 --> 00:19:08,170 çıxışlar edir, Əmirəl-möminini misal çəkir ki, nəyə görə o Həzrət Zübeyrlə danışıqlara getdi, amma siz Amerika ilə danışığa getmirsiniz? 144 00:19:08,370 --> 00:19:15,600 Yəni məsələni dərk etməkdə bu həddə səhvə yol verirlər. Axı o həzrətlərin etdiyi bugünkü mənasında danışıqlar olmayıb. 145 00:19:17,850 --> 00:19:24,450 İkincisi, biz elə bugünkü mənasında da danışıqlara getməyin əleyhinə deyilik; 146 00:19:24,650 --> 00:19:27,140 hazırda biz bütün dünya ilə danışıqlar aparırıq. 147 00:19:28,620 --> 00:19:34,540 Avropa dövlətləri ilə danışıqlar aparırıq, Latın Amerikası ölkələri ilə danışıqlarımız var. 148 00:19:34,710 --> 00:19:40,250 Bütün bunlar danışıqdır, müzakirədir. Bizim kiminləsə danışıqlara getməkdə problemimiz yoxdur. 149 00:19:40,420 --> 00:19:47,200 “Amerika ilə danışıqlara getməyəcəyik” deyiriksə, bu o demək deyil ki, ümumiyyətlə danışıqlara getməyin özünün əleyhinəyik; yox, 150 00:19:47,420 --> 00:19:50,020 Amerika ilə danışıqlara getməyin əleyhinəyik. 151 00:19:51,480 --> 00:19:59,510 Bunun bir səbəbi, niyəsi var və ağıllı insan həmin səbəbi dərk etməlidir. 152 00:20:01,940 --> 00:20:08,940 Yoxsa elə danışıqlara getdiyimiz başqa ölkələrin də hamısı bizim yolumuzda yaxasını yırtan dostumuz deyillər ki 153 00:20:09,540 --> 00:20:12,650 – bəziləri düşməndir, bəziləri neytraldır, 154 00:20:13,140 --> 00:20:15,770 onlarla danışıqlar aparırıq, heç bir problemimiz də yoxdur 155 00:20:16,820 --> 00:20:22,600 – amma Amerikanın İran İslam Respublikası ilə danışıqlar aparması ölkəyə nüfuz etmək deməkdir. 156 00:20:24,480 --> 00:20:27,910 Amerikalıların danışıqlara verdiyi tərif budur, 157 00:20:28,940 --> 00:20:32,770 müzakirələr aparmaqla öz iradələrini diktə etmək üçün ölkəmizə yol açmaq istəyirlər. 158 00:20:34,850 --> 00:20:41,400 Bu gün dünyanın nəhəng təbliğat maşını Amerikanın əlindədir. 159 00:20:44,280 --> 00:20:53,280 Bu gün bəşəriyyətə, mənəviyyata qatı düşmən olan sionist cərəyanı 160 00:20:54,420 --> 00:21:02,000 Amerika ilə əlbir-dilbirdir, bir-birinə havadarlıq edirlər. 161 00:21:03,340 --> 00:21:09,680 Onlarla danışıqlara getmək həm iqtisadi, 162 00:21:09,800 --> 00:21:19,200 həm mədəni, həm siyasi, həm də təhlükəsizlik sferalarında öıkəyə nüfuz edə bilmələri üçün yolu açmaq deməkdir. 163 00:21:21,650 --> 00:21:26,740 Elə nüvə enerjisi ilə bağlı danışıqlar əsnasında da 164 00:21:26,970 --> 00:21:32,020 tapdıqları hər fürsətdə, əllərinə meydan keçən kimi öz mənafeyini yeritməyə çalışır, 165 00:21:32,110 --> 00:21:36,400 əlbəttə, Allaha şükürlər olsun ki, İran tərəfdən çıxış edən diplomatlar diqqətli idi, 166 00:21:36,710 --> 00:21:42,370 amma yenə də onlar müəyyən məqamlarda buna fürsət tapırdılar. 167 00:21:42,850 --> 00:21:49,220 öz mənafeyini yeritməyə çalışır, milli mənafeyə zərər verəcək bir hərəkət edirdilər; 168 00:21:50,510 --> 00:21:52,740 Qadağan olunan, yolverilməz olan danışıqlar bax budur. 169 00:21:54,370 --> 00:22:01,200 Amerika ilə danışıqlar saysız-hesabsız zərərləri olduğuna 170 00:22:01,600 --> 00:22:05,000 və qətiyyən heç bir xeyri olmadığına görə qadağandır. 171 00:22:06,540 --> 00:22:13,450 Bu, əlində nə belə imkanları, nə də belə bir niyyəti olmayan filan dövlətlə danışıqlara getməkdən fərqlənir. 172 00:22:13,850 --> 00:22:17,050 Bu ikisi fərqli şeylərdir; bunu dərk etmirlər. 173 00:22:17,800 --> 00:22:26,880 Ölkənin hazırkı problemi, təəssüflər olsun ki, 174 00:22:27,200 --> 00:22:36,540 bəzən etinasız, bəzən isə primitiv düşüncəli insanların varlığıdır; əlbəttə ki, onlar azlığı təşkil edir, sayları azdır. 175 00:22:37,480 --> 00:22:46,880 Ölkə əhalisinin möhtəşəm bir kütləsini təmsil edən, inqilabi ideyaların daşıyıcısı olan, gözüaçıq, məlumatlı toplum qarşısında bir şey deyillər, amma həddən artıq fəaldırlar: 176 00:22:48,280 --> 00:22:52,620 yazırlar, danışırlar, təkrar edilər; dönə-dönə təkrar edirlər! 177 00:22:53,940 --> 00:22:56,050 Düşmən də bunlara kömək edir. 178 00:22:57,280 --> 00:23:04,170 Bu gün İslam Respublikasının düşmənlərinin fəaliyyətində əsas istiqamətlərdən biri 179 00:23:04,420 --> 00:23:11,200 - əlbəttə ki, bizim bütün bunlardan xəbərimiz var, nə etdiklərinə diqqət yetiririk, 180 00:23:11,310 --> 00:23:19,540 rəsmilərimizin hesablamalarını dəyişdirmək, 181 00:23:19,850 --> 00:23:22,170 camaatın düşüncəsini istədikləri kimi idarə etmək, gənclərimizin beyninə bu şeyləri yerləşdirməkdir. 182 00:23:22,370 --> 00:23:34,420 .......................................... 183 00:23:35,050 --> 00:23:38,310 Əsas hədəf də gənclərdir. 184 00:23:38,880 --> 00:23:44,880 Belə bir vəziyyətdə ölkəmizin gəncliyi son dərəcə sayıq olmalıdır. Əlhəmdulillah, sayıqdır da. 185 00:23:44,880 --> 00:23:51,940 Həm universitetlərimiz sayıqdır, həm Silahlı qüvvələrimiz sayıqdır, həm hərbi qurumlarımız 186 00:23:51,940 --> 00:23:57,170 – həm Ordu, həm Keşikçi Korpus, həm Bəsic, həm də Polis Qüvvələri – əlhəmdulillah, iş başındadır. 187 00:23:57,740 --> 00:24:00,680 Mənim bu sarıdan heç bir nigarançılığım yoxdur. 188 00:24:02,080 --> 00:24:08,740 Sizə – inqilabın övladlarına, 189 00:24:09,770 --> 00:24:18,650 əlhəmdulillah, ölkənin mühüm məsələlərindən biri olan dəniz sularının təhlükəsizliyinə cavabdeh olan, bu shaədə fəaliyyət göstərən 190 00:24:19,310 --> 00:24:26,250 inqilabçı gənclərə də müraciətimin canı budur ki, gördüyünüz işin bu gün nə qədər böyük əhəmiyyət kəsb etdiyini bilin, anlayın. 191 00:24:28,200 --> 00:24:36,940 Mübahilə zamanı iman və küfr hər ikisi bütövlüklə qarşı-qarşıya durduğu kimi, 192 00:24:36,940 --> 00:24:42,280 bu gün də İslam Respublikasındakı iman küfr qarşısında bütövlüklə durub. 193 00:24:43,170 --> 00:24:52,370 Peyğəmbəri-Əkrəmin (s) və ailəsinin mənəviyyatı, saflığı, mənəvi gücü 194 00:24:53,080 --> 00:24:56,310 düşməni meydandan kənarlaşdırmağa müvəffəq olduğu kimi, 195 00:24:56,540 --> 00:25:00,880 Allahın yardımı və mənəvi dəstəyi sayəsində, İran xalqı da 196 00:25:00,970 --> 00:25:04,620 öz gücü və mənəviyyatı ilə düşmənini meydandan uzaqlaşdıracaq. 197 00:25:28,020 --> 00:25:33,400 Keşikçi Korpusun sularda rolu mühümdür, 198 00:25:35,200 --> 00:25:41,970 cənub bölgəsində – Buşəhr ostanında və digər sahil ostanlarında yaşayan gənclərin 199 00:25:42,370 --> 00:25:47,540 həyata keçirdiyi işlər mühüm rola malikdir. 200 00:25:47,970 --> 00:25:54,370 Cənub bölgələrinin gəncləri, doğrudan da, sınaqdan çıxıblar, üzüağ çıxıblar 201 00:25:57,570 --> 00:26:02,820 və öz ölkəsinin, 202 00:26:02,940 --> 00:26:07,480 inqilabının, dövlətçiliyinin heysiyyətini sözün əsl mənasında qorumağı bacardıqlarını nümayiş etdiriblər. 203 00:26:08,820 --> 00:26:18,370 Həmin bölgələrdə məskunlaşıb yaşamağı qəbul etmiş əziz 204 00:26:18,880 --> 00:26:24,450 və dəyərli hərbçi ailələrinin rolu olduqca əhəmiyyətlidir. 205 00:26:25,970 --> 00:26:33,880 Əgər ailələr evin kişisi ilə həmrəy olub ona dəstək olmasa, işlər irəli getməz. 206 00:26:34,020 --> 00:26:40,080 Sevindirici haldır ki, bu gün ölkəmizin qadınları, ölkəmizin xanımları 207 00:26:41,800 --> 00:26:52,110 çox işıqlı, səmimi stimullara malikdirlər, gözüaçıqdırlar. 208 00:26:54,110 --> 00:26:57,280 Elə müharibə dövründə də həmişə belə olub. 209 00:26:58,800 --> 00:27:05,020 Vaxtaşırı mənə şəhid ailələri ilə oturub həmsöhbət olmaq nəsib olur. 210 00:27:05,310 --> 00:27:16,710 Demək olar ki, yüksək-əhval ruhiyyə, stimul baxımından əksər hallarda şəhid anaları şəhid atalarını üstələməsələr də, heç onlardan geri də qalmırlar 211 00:27:17,570 --> 00:27:23,480 və çox vaxt atalardan da gözüaçıq, güclü stimula malikdirlər. 212 00:27:24,080 --> 00:27:32,050 Bunlar bizim cəmiyyətimizin qadınlarıdır; bu, ölkəmiz üçün böyük bir dəyər hesab olunur. 213 00:27:33,310 --> 00:27:39,420 Demək istədiyim budur ki, hazırlığınızı artırın; 214 00:27:39,710 --> 00:27:44,800 həm elmi hazırlığınızı, yəni elm, elmi tədqiqatlar sahəsində, 215 00:27:44,800 --> 00:27:49,600 həm də texniki hazırlığınızı, yəni hərbi texnika baxımından. 216 00:27:52,570 --> 00:27:57,250 Cənab generalın da qeyd etdiyi kimi, 217 00:27:57,650 --> 00:28:04,510 düşmənlər Keşikçi Korpusun ortaya çıxardığı hərbi texnika qarşısında 218 00:28:04,600 --> 00:28:08,970 öz hərbi strategiyalarını dəyişmək barədə düşünməyə başlayıblar. 219 00:28:10,110 --> 00:28:23,680 Yəni Keşikçi Korpusun dəniz sularında təşəbbüskar iştirakı onları çarəsiz qoyaraq 220 00:28:24,140 --> 00:28:26,710 ös strategiyalarını dəyişməyə məcbur edib. 221 00:28:29,480 --> 00:28:33,340 Odur ki sizin təşəbbüsləriniz, sizin hərbi texnika sahəsində tətbiq etdiyiniz yeniliklər, gətirdiyiniz innovasiyalar 222 00:28:34,400 --> 00:28:48,280 düşmənin elmi nailiyyətlərinin, yeni hərbi texnikalarının və hərbi iştirakının səviyyəsinə uyğun olaraq yüksəldilməlidir. Və bu mümkündür də. 223 00:28:48,740 --> 00:28:53,770 İnsan beyninin yarada biləcəyi innovasiyalar bitib-tükənməzdir. 224 00:28:55,280 --> 00:29:03,020 Misal üçün, nə vaxtsa Keşikçi Korpus itisürətli hücum katerləri əldə etmək fikrinə düşdüyü kimi, 225 00:29:03,620 --> 00:29:11,510 bundan da yaxşı, bundan da səviyyəli, budnan da güclü yeni texnikalar barədə düşünə və onları ərsəyə gətirə bilər. 226 00:29:11,970 --> 00:29:18,220 Daim bu barədə düşünün, üstünlüyü əldə saxlamağa çalışın. 227 00:29:18,540 --> 00:29:22,620 Meyarınız da تُرهِبونَ بِه‌ عَدُوَّ الله – düşməni qorxutmaq olsun. 228 00:29:23,110 --> 00:29:26,710 Düşmənlər qorxmasa, hücuma keçəcək. 229 00:29:27,480 --> 00:29:36,220 Qorxusu olmasa, üstünüzə hücum etməyə cürətlənəcək. Bu da mənim ikinci tövsiyəm. 230 00:29:36,220 --> 00:29:43,020 Üçüncü tövsiyəm əməkdaşlıqdır. Allaha şükürlər olsun ki, bu gün Ordunun Dəniz Qüvvələri 231 00:29:43,450 --> 00:29:50,710 inqilabdan əvvəlki ilə yerdən göyə qədər fərqlənir, tam dəyişib. 232 00:29:52,820 --> 00:29:58,280 Mən o vaxtkı Dəniz Qüvvələrinə də ən xırda detalları ilə bələd idim, 233 00:29:58,820 --> 00:30:04,710 indikində də vəziyyətin necə olduğunu bilirəm; mömin, işləməyə hazır olan uşaqlardır. 234 00:30:06,050 --> 00:30:09,250 Çiyin-çiyinə verin, həmrəy olun, 235 00:30:11,400 --> 00:30:16,940 bir-birinizə kömək edin, bir-birinin təcrübəsindən istifadə edin. 236 00:30:18,600 --> 00:30:24,710 Bu səmərəli əməkdaşlıq işinizə kömək edəcək, milli sərvəti artıracaq. 237 00:30:25,940 --> 00:30:30,880 Mənim sizə demək istədiklərim bunlardır. Bilin ki, Uca Yaradan arxanızdadır. 238 00:30:31,020 --> 00:30:32,370 – “Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, 239 00:30:32,600 --> 00:30:34,970 O da sizə kömək göstərər”. Buna əsla şübhəniz olmasın. 240 00:30:36,110 --> 00:30:42,970 Bizim çalışıb-vuruşduğumuz onun üçün olmalıdır ki, Allaha, Onun dininə yardımı təmin edək; Allaha kömək edək. 241 00:30:43,280 --> 00:30:48,200 Əgər bizim niyyətimiz, əməlimiz, işimiz 242 00:30:48,880 --> 00:30:57,080 bu “تَنصُرُوا اللهَ” – Allaha yardım prinsipi ilə uyğunlaşsa, ardınca, mütləq, “يَنصُرکم” gələcək, Allah da bizə Öz yardımını edəcək. Allahın verdiyi vədlər danılmazdır. 243 00:30:59,420 --> 00:31:03,000 Bu işinizi, bu fəaliyyətlərinizi, 244 00:31:03,000 --> 00:31:07,620 bu ciddiyyətinizi davam etdirin; sizindir. 245 00:31:07,620 --> 00:31:16,910 İslamın və müsəlmanların düşmənləri Qərbi Asiya regionunda da, 246 00:31:17,910 --> 00:31:24,280 digər regionlarda da məğlub olacaq. Həm hərbi və təhlükəsizlik sahəsində, 247 00:31:24,510 --> 00:31:30,820 həm də Allahın köməyi ilə, iqtisadiyyat və mədəniyyət sferasında məğlubiyyətlə üzləşəcəklər; bir şərtlə ki biz işləyək. 248 00:31:31,000 --> 00:31:38,540 Əgər biz hər an işə keçməyə hazır olsaq, sözün əsl mənasında 249 00:31:38,540 --> 00:31:45,650 və doğru-düzgün iştirak etsək, işləsək, heç şübhəsiz, düşmən məğlub olacaq. Buna qətiyyən şübhə ola bilməz. 250 00:31:48,370 --> 00:31:51,880 Uca Yaradandan sizin hamınıza uğur və mənəvi dəstək diləyirəm, 251 00:31:52,020 --> 00:31:59,820 Allah-taalaya dualar edirəm ki, siz əziz gənclərimizi günü-gündən daha da xoşbəxt etsin, 252 00:32:00,250 --> 00:32:03,850 İran xalqının inkişaf və yüksəlişini artırsın. 253 00:32:05,110 --> 00:32:10,650 Dahi İmam Xomeyninin (r.ə) pak ruhuna, İslam İnqilabının əziz şəhidlərinin ruhuna, 254 00:32:10,770 --> 00:32:19,000 Keşikçi Korpusun və korpusun Dəniz Qüvvələrinin sıralarından şəhid olmuş bütün döyüşçülərin ruhlarına, inşallah, dərgahında ali dərəcələr nəsib etsin. 255 00:32:19,570 --> 00:32:22,200 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.