1 00:00:14,850 --> 00:00:17,140 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:20,000 --> 00:00:24,880 Çəharmahal və Bəxtiyari ostanı ilə bağlı mənim çox gözəl xatirələrim var. 3 00:00:28,600 --> 00:00:36,420 Prezident olduğum dövrdə – 60-cı illərdə – bir dəfə 4 00:00:38,280 --> 00:00:52,340 əhalini cəbhədə iştiraka cürətləndirmək, bu sahədə təşviqat aparmaq üçün Şəhrikürdə getmişdim. 5 00:00:52,800 --> 00:00:59,650 Bu, bir ostan səfəri idi; o vaxt bir çox ostanlara gedirdik, o cümlədən Şəhrikürdə də getmişdik. 6 00:01:01,680 --> 00:01:06,710 Doğrudur, getdiyimiz hər yerdə insanlar toplaşır, səsimizə səs verirdilər, 7 00:01:06,850 --> 00:01:11,740 amma Şəhrikürd mənim xatirəmdə daha izdihamlı, daha canlı bir kütlə ilə qalıb. 8 00:01:12,310 --> 00:01:16,310 Hava da soyuq idi – oralar elə soyuq olur – 9 00:01:17,770 --> 00:01:25,170 mənim çıxış etdiyim tribunanı iki küçənin şaxələndiyi yerdə qurmuşdular. 10 00:01:25,600 --> 00:01:30,340 Mən baxıb gördüm ki, göz işlədikcə 11 00:01:31,170 --> 00:01:39,620 hər iki küçədə həmin bölgəyə xas paltarlar geymiş, əllərində cürbəcür bayraqlar tutmuş insanlar var. 12 00:01:40,250 --> 00:01:49,910 Bu insanların orada təkcə fiziki cəhətdən yox, ürəkdən, bütün səmimiyyəti ilə iştirak etdiyini duymaq olurdu. 13 00:01:51,650 --> 00:01:58,600 Bu səmimiyət o qədər bariz, insanların stimul və həvəsi o qədər aşkar və aydın idi ki, 14 00:01:59,250 --> 00:02:07,400 həmin kütləyə bircə dəfə nəzər salmaqla o bölgə, oranın insanları haqda bir çox şeyləri anlamaq olurdu. 15 00:02:09,450 --> 00:02:11,480 Həmin günü mən heç vaxt unutmuram, həmişə yaddaşımdadır. 16 00:02:11,620 --> 00:02:18,710 Əlbəttə, ondan əvvəl də, sonra da Şəhrikürdə getdiyim olub, insanlarla, kütlələrlə qarşılaşmışam, 17 00:02:19,020 --> 00:02:25,310 amma həmin səfər çox qəribə bir səfər idi və mənim zehnimdə heyrətamiz bir təsir buraxıb. 18 00:02:25,600 --> 00:02:34,800 Bir dəfə də ondan əvvəl “Qəməri-Bəni-Haşim” briqadası ilə görüşmək üçün Şəhrikürdə getmişdim, 19 00:02:35,080 --> 00:02:42,110 briqadanın mərkəzi qərargahında oldum; o da heç vaxt yadımdan çıxmır. 20 00:02:42,110 --> 00:02:46,600 Mən bir çox yerlərdə korpusun uşaqlarının mərkəzi qərargahında olurdum, 21 00:02:47,250 --> 00:02:51,080 gedib otururduq, söhbətləşirdik, müzakirələr edirdik. 22 00:02:51,800 --> 00:03:01,250 Bu mərkəzlər arasında müəyyən yerlər bəzən hansısa xüsusiyyətləri ilə insanın yaddaşına yazılırdı. 23 00:03:01,250 --> 00:03:06,880 Mənim xatirimdən silinməyən bu cür yerlərdən biri də Şəhrikürddəki “Qəməri-Bəni-Haşim” briqadası olmuşdu. 24 00:03:07,400 --> 00:03:13,400 Ora getdik; ixlaslı, mömin, yoxsul vəziyyətdə 25 00:03:14,340 --> 00:03:25,850 (onların olduğu yerdə maddi imkanlar çox məhdud idi, amma buna baxmayaraq, çox güclü stimula malik idilər). 26 00:03:26,420 --> 00:03:33,850 Getdik, saatlarla – indi dəqiq yadımda deyil, neçə saatsa – birlikdə olduq, birlikdə nahar da etdik 27 00:03:34,250 --> 00:03:41,800 və yadımdadır ki, mən ordan çox böyük razılıq hissi ilə çıxmışdım. 28 00:03:42,800 --> 00:03:48,910 Çıxış edənlərin qeyd etdiyi məsələlər – ostanın elmi, siyasi, hərbi keçmişi və bu kimi mövzular da 29 00:03:48,910 --> 00:03:53,820 tamamilə doğrudur və hamısı dəyərdir. 30 00:03:53,940 --> 00:04:06,310 Cənab Nekunamın Çəharmahal və Bəxtiyari əhalisinin Bəxtiyardan narazılıq bildirmək üçün 31 00:04:06,680 --> 00:04:16,480 Tehrana gəlməsi ilə bağlı qeyd etdiyi məqam da çox önəmlidir . Şiraz, Məşhəd, Təbriz camaatı da gəlib Bəxtiyardan narazılıq bildirə bilərdi, 32 00:04:16,800 --> 00:04:25,020 amma Bəxtiyari camaatının gəlib bəxtiyarilərdən olan və İslam İnqilabına, İmam Xomeyniyə (r.ə) qarşı çıxan 33 00:04:25,570 --> 00:04:31,650 bir siyasi liderdən narazılıq bildirməsi bundan çox fərqlənirdi. Bu, mühüm bir məqam idi. 34 00:04:32,510 --> 00:04:41,080 Cənab Nekunam bunu da qeyd etdi ki, insanlar həmin günün əlamətdar bir gün kimi təqvimə salınmasını istəyir; haqlı istəkdir, doğrudan da, yeri var. 35 00:04:42,910 --> 00:04:51,110 Çünki qəbilələr arasında qohumluq münasibətləri, tayfa bağlılıqları xırda bir məsələ deyil, çox böyük önəm daşıyır. 36 00:04:52,820 --> 00:04:58,510 Bunlar o insanlardır ki, məşrutə məsələsində qalxıb Şəhrikürddən 37 00:04:58,800 --> 00:05:06,740 – o zaman Dehikürd adlanırdı – İsfahana gəldilər, İsfahanı tutdular, Tehrana gəlib orada böyük işlər gördülər. 38 00:05:07,450 --> 00:05:10,820 Onar bütün bunları daha çox aralarındakı yerlilik, qohumluq bağlarından güc alaraq həyata keçirirdilər. 39 00:05:11,370 --> 00:05:19,540 Yəni qəbilə, tayfa münasibətlərinin bu insanlara önəmli təsiri var idi, onları hərəkətə keçməyə, qalxıb o yerlərə getməyə sövq edirdi. 40 00:05:21,000 --> 00:05:27,110 Lakin söhbət dindən, inqilabdan, 41 00:05:27,310 --> 00:05:31,600 İmam Xomeynidən (r.ə) gedəndə o bağlar, o münasibətlər tamamilə arxa plana keçir, 42 00:05:31,820 --> 00:05:35,480 təsirini itirərək bütünlüklə yox olur. Bu, çox mühüm bir şeydir. 43 00:05:37,080 --> 00:05:44,400 Odur ki sizin şəhidlərin xatirəsinə təşkil etdiyiniz bu anım tədbirləri çox yerində və vaxtında görülən bir işdir. 44 00:05:45,050 --> 00:05:55,200 Bir məqama diqqət yetirin: biz elan olunmamış bir mədəni, 45 00:05:55,540 --> 00:06:04,220 siyasi və ideoloji hücumla qarşı-qarşıyayıq. 46 00:06:06,200 --> 00:06:13,310 Yəni indi mən burda danışıram, siz, əlbəttə ki, mənim dediklərimi qəbul edirsiniz, 47 00:06:13,970 --> 00:06:19,480 amma baş verənlərdən xəbəriniz yoxdur. Mənim nə baş verdiyindən xəbərim var; 48 00:06:20,000 --> 00:06:26,710 görürəm nələr olur. Düşmənin siyasi 49 00:06:27,450 --> 00:06:35,570 və mədəni ordusu bizim dini və siyasi ideologiyamızı zəiflətmək, 50 00:06:35,910 --> 00:06:42,770 ölkə daxilində narazılığı artırmaq, gəncləri, 51 00:06:43,340 --> 00:06:50,740 xüsusilə də müxtəlif sahələrdə fəal olan, təsirə malik olan gəncləri 52 00:06:51,740 --> 00:07:05,820 öz məqsədləri naminə özlərinə tərəf çəkmək üçün mümkün olan, əli çatan bütün vasitələrlə bizə hücumlar edir; işləyirlər. 53 00:07:07,850 --> 00:07:12,570 Düzdür, onların bu səylərinin qarşılığında müəyyən işlər görülür. Dindar uşaqlar, 54 00:07:13,050 --> 00:07:18,740 mömin insanlar, məsuliyyətini dərk edən rəsmilər çox yaxşı işlər həyata keçirir, 55 00:07:18,740 --> 00:07:22,970 amma ölkədə bundan da artıq işlər görülməlidir. 56 00:07:23,110 --> 00:07:27,570 Mühüm və vacib məqamlardan biri də 57 00:07:27,880 --> 00:07:31,000 cihad, şəhidlik, şəhidlər, 58 00:07:31,420 --> 00:07:39,910 şəhid ailələri, Allaha xatir səbir, Allahı nəzərə almaq kimi dəyərli məfhumların aktuallığını qoruyub saxlamaqdır. 59 00:07:40,420 --> 00:07:47,650 Əlbəttə, zahirdə hansısa işlər görməklə bu məqsədlərdən bəzilərinə nail olmaq mümkündür; 60 00:07:47,880 --> 00:07:55,140 mən şəhidlərin xatirəsinə plakatların yazılması, heykəllərin, büstlərin qoyulması, küçələrə şəhidlərin adının verilməsi və sair bu kimi işlərin əleyhinə deyiləm 61 00:07:55,140 --> 00:08:00,600 – bunlar hamısı yaxşıdır, lazımlıdır, yaxşıdan da yaxşıdır, lakin bunlar əsla kifayət deyil. 62 00:08:01,170 --> 00:08:06,200 Bunlar əslində görülməli olan işlərin çox kiçik bir hissəsidir. 63 00:08:06,680 --> 00:08:13,250 Hər bir işi dərindən görməyə çalışın; çalışın düşüncələrə təsir göstərəsiniz, 64 00:08:13,650 --> 00:08:18,450 öz düzgün fikirlərinizlə qarşınızdakı insanı düşündürən sualları cavablandırasınız, onu zehni cəhətdən qane edəsiniz. 65 00:08:19,020 --> 00:08:28,310 Bunun üçün düşünmək, beynini işə salmaq lazımdır. Fikir adamları, dərindən düşünməyə qadir olan, 66 00:08:28,770 --> 00:08:39,140 məsələləri dərk edən insanlar sənət adamları ilə, təqdimat etməyi, təbliğat aparmağı bacaran insanlarla 67 00:08:39,510 --> 00:08:45,480 – nəqqaşlar, şairlər, film-meykerlər, yazıçılar və sairlə birlikdə 68 00:08:45,710 --> 00:08:51,970 əl-ələ verib ortaya elə bir məhsul çıxarmalı, elə bir iş ərsəyə gətirməlidirlər ki, 69 00:08:52,110 --> 00:08:59,400 auditoriyanın düşüncəsinə təsir göstərsin. Yəni hazırda icra olunan məkrli planı 70 00:08:59,540 --> 00:09:04,310 – layihəsi hazırlanan yox, icra olunan; layihəsi çox əvvəl hazırlanıb 71 00:09:04,600 --> 00:09:08,570 və indi ölkəmizdə həyata keçirilir – onu neytrallaşdırsın. 72 00:09:09,250 --> 00:09:14,480 Bu həm hökumət qurumlarında çalışan insanların, həm mömin əhalinin, 73 00:09:14,910 --> 00:09:20,910 həm yüksək ranqlı rəsmilərin, həm də sıravi rəhbər işçilərin öhdəsinə düşən bir işdir. Vəzifə məsuliyyəti daşıyan, özündə məsuliyyət hiss edən hər kəs bu sahədə fəaliyyət göstərməlidir. 74 00:09:21,370 --> 00:09:29,770 İşin bir qolu da elə sizin gördüyünüz işdir; yəni şəhidlik anlayışının, şəhidliyin, şəhidin dəyərinin uca tutulması, aktuallığının qorunub saxlanmasıdır. 75 00:09:30,050 --> 00:09:33,540 Bu istiqamətdə işləyin, inşallah, Allah-taala da sizə yardımçı olacaq. 76 00:09:34,310 --> 00:09:36,400 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.