1 00:00:04,910 --> 00:00:07,280 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:07,420 --> 00:00:09,570 الحمدلله ربّ العالمين 3 00:00:11,770 --> 00:00:15,770 و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين 4 00:00:25,820 --> 00:00:31,020 Əziz gənclər, əvvəla, xoş gəlmisiniz! 5 00:00:33,220 --> 00:00:42,570 Sizlərlə görüşmək mənim kimi insanlara, həqiqətən də, enerji 6 00:00:45,420 --> 00:00:48,250 və ümid verir. 7 00:00:49,910 --> 00:01:03,020 İnsan gənc, istedadlı, qətiyyətli, işləməyə hazır olan simaları görəndə 8 00:01:03,800 --> 00:01:13,680 Allah-taalanın, əlhəmdulillah, qəlblərimizdə yerləşdirdiyi, günü-gündən artan ümid daha da çiçəklənir. 9 00:01:13,940 --> 00:01:20,170 Ümidvaram, Allah-taala sizin hamınızı, bu ölkənin bütün gənclərini 10 00:01:21,250 --> 00:01:26,740 Öz lütf və hidayətinə layiq görər, 11 00:01:27,340 --> 00:01:34,770 ölkəniz və sonrakı mərhələdə isə 12 00:01:35,940 --> 00:01:40,880 bütün bəşəriyyət üçün faydalı ola bilərsiniz, inşallah. 13 00:01:43,370 --> 00:01:52,420 Bəli, mən dönə-dönə təkrarlanan bir mövzuya qısaca toxunacağam, bu barədə çox danışmaq istəmirəm: 14 00:01:52,540 --> 00:01:56,770 bu, ölkəmizin möhtəşəm insan sərmayəsi, kadr potensialıdır. 15 00:01:59,480 --> 00:02:04,680 Bir ölkənin əsl sərvəti onun insan resurslarıdır; 16 00:02:04,940 --> 00:02:09,650 xüsusilə də əgər bu resurslar gənc, təhsilli gənclərdən ibarətdirsə. 17 00:02:11,370 --> 00:02:23,280 Ötən illərdə mən dəfələrlə iranlıların intellektual səviyyə baxımından 18 00:02:24,000 --> 00:02:27,970 dünya üzrə yüksək yerlərdən birini tutduğunu demişəm; 19 00:02:28,280 --> 00:02:39,080 hətta bunu millətçiliyə, şovinizmə yozanlar da olub. 20 00:02:40,080 --> 00:02:46,480 Halbuki bu, millətçilik hisslərindən irəli gəlmir; mənim bu barədə dəqiq statistik rəqəmlərdən xəbərim var 21 00:02:46,620 --> 00:02:56,080 və sevindirici haldır ki, son 2-3 ildə bu barədə dünyaca məşhur olan simalardan da eşitmək olur; 22 00:02:56,420 --> 00:03:00,400 hətta İran xalqına düşmən olan siyasətçilərdən də. Yeri düşəndə müxtəlif məsələlərlə bağlı danışarkən 23 00:03:00,850 --> 00:03:04,910 İran xalqının yüksək intellekt əmsalına malik olduğunu etiraf edirlər. 24 00:03:05,220 --> 00:03:08,250 اَلفَضلُ ما شَهِدَت بِهِ الاَعداء 25 00:03:08,250 --> 00:03:16,140 Ölkəmizdə əhalinin orta intellektual inkişaf əmsalı dünya ölkələrinin əhalisi ilə müqayisədə yüksəkdir; 26 00:03:17,570 --> 00:03:22,940 əlhəmdulillah, cavanlarımız da ki, çoxdur. Bu, çox böyük bir sərvətdir, 27 00:03:23,620 --> 00:03:30,370 olduqca dəyərlidir və ölkə üçün bir şansdır. 28 00:03:31,880 --> 00:03:38,370 Əlbəttə, dünyadakı bütün ölkələr, hakimiyyətdə olan cürbəcür rejimlərin hamısı 29 00:03:38,540 --> 00:03:45,480 gənclərin varlığını özü üçün şans hesab etmir; yox, misal üçün, Pəhləvi rejimi 30 00:03:46,570 --> 00:03:54,510 gənclərin varlığını, dinamikliyini özü üçün şans yox, təhlükə hesab edirdi – 31 00:03:55,400 --> 00:04:02,000 mənim bu fikrimi də dəqiq statistik məlumatlarla tamamilə əsaslandırmaq mümkündür, 32 00:04:02,400 --> 00:04:07,000 intəhası indi buna vaxtımız yoxdur – 33 00:04:07,910 --> 00:04:11,480 onlar gənclərin iştirakını qətiyyən istəmirdilər – 34 00:04:11,850 --> 00:04:17,170 nə elm sahəsində, nə siyasətdə, nə də sosial sferada. 35 00:04:18,450 --> 00:04:24,600 Və bu iştirakı zəiflətmək üçün bir çox işlər görülürdü. 36 00:04:24,970 --> 00:04:30,650 Gəncləri, həqiqətən də, təhlükə hesab edirdilər. Ağıllı, təhsilli hesab etdikləri adamları da 37 00:04:31,620 --> 00:04:40,220 əllərindən gəldiyi qədər xaricə göndərirdilər ki, getsinlər, burda qalmasınlar. 38 00:04:40,850 --> 00:04:46,680 İslam Respublikasında isə belə deyil; İslam Respublikası öz ayaqları üzərində durur, özünə arxalanır, 39 00:04:47,710 --> 00:04:54,480 daxilindən güc alır, öz gücünü daxilində, mənəviyyatında, mövcudluğunda bilir. Buna görə də 40 00:04:54,880 --> 00:05:00,110 İslam Respublikasının ən böyük sərvəti əslində elə onun insan potensialıdır; 41 00:05:01,050 --> 00:05:09,740 yəni o zəkalı, təəssübkeş, məsuliyyətli, təhsilli, gələcəyi olan gənclərdir. 42 00:05:11,800 --> 00:05:15,020 Bəli, bu, qəti surətdə belədir. 43 00:05:16,110 --> 00:05:23,080 Ölkənin o gözəl gəncliyini təmsil edən sizlərlə bugünkü görüşümüzdə 44 00:05:23,080 --> 00:05:30,000 mən sizə bir neçə tövsiyə etmək istəyirəm; bir ata kimi. 45 00:05:32,110 --> 00:05:39,370 Sizlər mənim övladım – bəziləriniz hətta nəvəm – yerindəsiniz 46 00:05:42,200 --> 00:05:49,170 və mənim bir ata kimi bəzi məsələləri sizin diqqətinizə çatdırmağım yerinə düşər. 47 00:05:51,200 --> 00:05:55,910 Sizin işlərinizin idarə edilməsi ilə bağlı bir neçə administrativ tövsiyəm də var, onları da qeyd edəcəyəm. 48 00:05:57,510 --> 00:06:02,570 Məni qorxudan, narahat edən bir məsələ ilə bağlı da 49 00:06:03,740 --> 00:06:14,170 sizə xəbərdarlıq etmək istəyirəm, 50 00:06:16,020 --> 00:06:19,540 bu barədə də, inşallah, əgər vaxtımız qalsa, danışarıq. 51 00:06:21,850 --> 00:06:26,820 Sizə bir ata kimi tövsiyələrimə gəlincə, birincisi budur ki, 52 00:06:26,940 --> 00:06:32,540 öz varlığınızı, yəni bu elm yolunda çalışıb-vuruşmağınızı Allahdan bilin; 53 00:06:33,650 --> 00:06:39,510 bu, Allahın nemətidir, Allahın bəxş etdiyi bir şeydir, sizə Allahın nəsib etdiyi bir nemətdir. 54 00:06:40,250 --> 00:06:46,770 Buna görə Allaha şükür edin, Uca Yaradanla mənəvi əlaqənizi artırın, 55 00:06:48,140 --> 00:06:54,710 Allaha minnətdar olun və bu minnətdarlığı Allah-taala ilə öz aranızda dilə gətirib deyin. 56 00:06:57,310 --> 00:07:05,570 Bu, sizin uğurlarınızı, sizə bəxş edilmiş ilahi neməti daha da artıracaq; 57 00:07:07,620 --> 00:07:13,820 Allahdan bilin. Bir də inqilabdan bilin; 58 00:07:15,970 --> 00:07:22,650 sizin varlığınızla bağlı yanaşmalardan, fikirlərdən biri də budur: 59 00:07:23,620 --> 00:07:30,310 ölkəmizin elmi inkişaf istiqamətində bu genişmiqyaslı hərəkatı İslam İnqilabının bərəkətlərindəndir. 60 00:07:30,740 --> 00:07:33,080 İnqilab olmasaydı, bu şeylər olmazdı. 61 00:07:35,570 --> 00:07:42,020 Bayaq cənab Səttari mənim dilimdən bir xatirə danışdı, 62 00:07:43,820 --> 00:07:51,140 o söhbətin ardı olaraq demək istəyirəm ki, o vaxt bizə bir aydan sonra 63 00:07:51,970 --> 00:07:58,250 hamısının tamamilə sıradan çıxacağını dedikləri təyyarələr bu günə qədər də işləyir. 64 00:07:59,170 --> 00:08:04,650 O vaxtdan otuz neçə il keçir, 65 00:08:06,280 --> 00:08:12,970 Hərbi Hava Qüvvələrində xidmət edən gənclərimiz, mühəndislərimiz əzm nümayiş etdirdilər, meydana atıldılar – 66 00:08:15,340 --> 00:08:21,170 o zaman həmin gənclərdən biri də onun öz atası idi – 67 00:08:22,220 --> 00:08:31,540 möcüzələr yaradan qollarını çırmayıb işə girişdilər, beyinlərini işə saldılar, 68 00:08:31,820 --> 00:08:39,280 nəticədə bizə tezliklə sıradan çıxacaqlarını dedikləri təyyarələr müharibənin sonuna qədər işlədi 69 00:08:39,280 --> 00:08:43,000 və elə bu gün də işləyir; həmin “330”lar, 70 00:08:43,340 --> 00:08:48,020 həmin “F 14”lər, həmin “F 4”lər, “F 5”lər bu gün də var və işləyir. 71 00:08:48,200 --> 00:08:52,540 O əllərin yaratdığı möcüzəni inqilab mümkün etdi. 72 00:08:52,680 --> 00:09:02,620 Mənə o təyyarələrin işinin bitdiyini deyən qardaşlarımız da pis insanlar deyildi – bir neçəsi də şəhid olub – 73 00:09:03,880 --> 00:09:11,220 amma düşüncə tərzləri inqilabi deyildi, inqilabdan əvvəlki dövrə uyğun idi, məsələyə o yanaşma ilə baxırdılar. 74 00:09:13,200 --> 00:09:19,110 O vaxt onlar bu təyyarələrin hansısa hissəsini təmir etmək istədikləri zaman 75 00:09:19,800 --> 00:09:26,220 qapalı detalları – misal üçün, 76 00:09:26,220 --> 00:09:32,310 40-50 ədəd kiçik detaldan ibarət olan böyük bir detalı – açmağa ixtiyarları yox idi. 77 00:09:32,570 --> 00:09:39,110 Təyyarəyə qoyub Amerikaya aparır, orda dəyişib geri qaytarırdılar. 78 00:09:39,450 --> 00:09:46,220 Yəni İranın Hərbi Hava Qüvvələrinin zabitlərinə, mühəndislərinə ixtiyar verilmirdi ki, 79 00:09:47,110 --> 00:09:51,570 həmin detala əl vursunlar, baxsınlar görsünlər nədir, nə etmək lazımdır? 80 00:09:52,140 --> 00:09:57,770 İnqilabdan əvvəlki dönəmin təfəkkür tərzi bu idi. İslam İnqilabı gəldi və yeni bir səhifə açdı; 81 00:09:58,910 --> 00:10:06,600 İran insanının kimliyini tanıdı, ona heysiyyət verdi, cürət verdi, 82 00:10:07,680 --> 00:10:12,650 qürur verdi, onu öz daxili gücünü işə salmağa təşviq etdi. 83 00:10:13,280 --> 00:10:21,620 Nəticəsi də o oldu ki, bu gün biz dünyada olan o qədər ölkə arasında elmi inkişafa görə 15-ci yerdəyik; 84 00:10:22,170 --> 00:10:28,540 bu, çox böyük bir faktdır. Ölkəmiz sənayesinin, 85 00:10:29,250 --> 00:10:35,680 elmi inkişafının 200, 300 illik keçmişi olan 200 ölkə içərisində, 86 00:10:35,800 --> 00:10:40,970 inqilabdan sonra – inqilabdan əvvəl ki, heç; heç bir şey yox idi – 87 00:10:41,250 --> 00:10:48,110 müharibənin çətinliklərinə, sanksiyalara, bu qədər problemlərə baxmayaraq, özünü bu səviyyəyə çatdıra bilib; 88 00:10:48,680 --> 00:10:50,540 bunu bizə inqilab nəsib edib. 89 00:10:51,650 --> 00:10:56,020 Bu gücü, bu imkanı, hər bir işi görmək üçün yaradılmış bu şəraiti inqilaba, 90 00:10:56,280 --> 00:11:01,400 habelə ölkənin təhlükəsizliyini təmin edənlərə borclu bilin. 91 00:11:02,650 --> 00:11:07,820 Özünüz gördünüz, bir neçə gün əvvəl şəhid olmuş general Həmədaninin nəşini 92 00:11:08,570 --> 00:11:11,080 Həmədana gətirəndə bütün şəhər axışıb gəldi, 93 00:11:12,450 --> 00:11:17,820 onu son mənzilə yola saldı; qədrini bilmək bax budur. 94 00:11:18,480 --> 00:11:23,220 Bu insanların heç ad-sanı da olmur; bəziləri məşhurlaşır, tanınır, 95 00:11:23,220 --> 00:11:29,080 çoxu isə heç tanınmır, amma bizim təhlükəsziliyimizi qoruyan onlardır. 96 00:11:30,020 --> 00:11:32,570 Təhlükəsizlik olmasa, universitetlər də olmaz, 97 00:11:33,400 --> 00:11:38,370 elmi tədqiqatlar da olmaz, araşdırmalar da olmaz, görkəmli elm adamları da yetişməz. 98 00:11:40,770 --> 00:11:45,050 Təhlükəsizlik olmayan yerdə, əslində, heç bir şey yoxdur; 99 00:11:47,220 --> 00:11:53,820 o yerdə hətta insanların həyatı da daim, hər an təhlükə altındadır. 100 00:11:54,570 --> 00:12:03,000 Bu imkanları, elm və təhsil üçün yaradılmış bu şəraiti ölkənin təhlükəsizliyini təmin edən o insanlardan da bilin. 101 00:12:03,280 --> 00:12:15,770 Mənim birinci tövsiyəm budur, əziz gənclər, bunu yaşlı atanızın sizə verdiyi bir tapşırıq olaraq məndən qəbul edin və yadınızda saxlayın. 102 00:12:17,850 --> 00:12:30,250 İkinci tapşırığım: cihad ruhiyyəsini “məndən yoxdur” psixologiyasından üstün tutun, önə keçirin. 103 00:12:32,200 --> 00:12:40,220 Müəyyən üstünlüyə malik insanların düçar olduğu bəlalardan biri də 104 00:12:40,800 --> 00:12:43,880 budur: özünü çəkmək, 105 00:12:44,710 --> 00:12:49,970 başqalarından bir baş üstün bilmək. Bu, böyük bir bəladır, 106 00:12:51,250 --> 00:12:59,340 şəxsiyyətlə bağlı bir problemdir, şəxsiyyət pozğunluğudur. Bu xəstəliyin sizdə baş qaldırıb inkişaf etməsinə imkan verməyin. 107 00:13:00,510 --> 00:13:06,480 Yolu isə budur ki, özünüzdə cihad ruhiyyəsini, cihad əzmi ilə iş görmək psixologiyasını gücləndirin. 108 00:13:06,620 --> 00:13:14,050 Cihad ruhiyyəsi bir işi Allah naminə görmək, öz dini vəzifəsi hesab etmək, 109 00:13:14,600 --> 00:13:21,000 haqq iş uğrunda bütün güc və imkanlarını ortaya qoymaq deməkdir. Cihad ruhiyyəsi bax budur. 110 00:13:21,370 --> 00:13:24,880 Bu ruhiyyənin sizdə güclənməsi üçün 111 00:13:25,080 --> 00:13:28,310 cihad ordularında iştirak etməyiniz çox yaxşıdır. 112 00:13:28,450 --> 00:13:35,420 “Vaxt itirəcəyik” – deməyin, yox, vaxtdan ən yaxşı və maksimum istifadə etmək elə budur. 113 00:13:36,820 --> 00:13:40,740 Dərsinizi də oxuyun, tədqiqatınızı da edin, işinizi də görün, 114 00:13:41,770 --> 00:13:50,080 eyni zamanda il boyu insanın vur-tut bir neçə həftəsini məşğul edən cihad ordularında da iştirak edin. 115 00:13:51,400 --> 00:13:54,510 Bu, sizin xalqın içində olmağınıza, 116 00:13:55,650 --> 00:14:06,820 cəmiyyətin əksər hallarda rəsmilərin gözündən uzaq qalan problem və çətinlikləri ilə yaxından tanış olmağınıza səbəb olacaq. 117 00:14:07,770 --> 00:14:15,620 Bəzi rəsmilərin cəmiyyətdəki reallıqlardan xəbəri yoxdur, təkcə öz ətrafını, məhdud bir sferanı görürlər; 118 00:14:16,510 --> 00:14:23,310 uzaq şəhər və kəndlərdə nələr olduğunu, yoxsul ailələrin necə dolandığını bilmirlər, 119 00:14:23,850 --> 00:14:25,570 bunları qətiyyən görmürlər. 120 00:14:26,140 --> 00:14:32,880 İnanın, 20-30 illik böyük iş təcrübəm müddətində mən bunun dəfələrlə şahidi olmuşam, 121 00:14:33,000 --> 00:14:38,250 bəzi adamlarda görmüşəm ki, bu gün siz əzizlərimə deyirəm; 122 00:14:38,480 --> 00:14:45,620 nə var, nə yox – xəbərləri yoxdur. Siz gəncsiniz, qüvvəniz var, hövsələniz var, vaxtınız var, 123 00:14:46,140 --> 00:14:50,880 problemləriniz çox deyil, bu fürsətdən istifadə edin. 124 00:14:51,280 --> 00:14:54,280 Cihad orduları da bir fürsətdir; 125 00:14:54,650 --> 00:15:00,680 özü də onlar hazırda, təəssüflər olsun ki, geniş yayılmış bəzi ekskursiyalardan qat-qat yaxşıdır. 126 00:15:00,970 --> 00:15:05,880 Mənim xəbərdarlığıma baxmayaraq, bəziləri hələ də Avropaya göndərmək üçün ekskursiyalar təşkil edir; 127 00:15:07,140 --> 00:15:12,110 Avropaya tələbə ekskursiyaları! Bu, ən yanlış işlərdən biridir; 128 00:15:12,200 --> 00:15:19,970 cihad orduları bundan qat-qat daha yaxşı, şərəfli və faydalıdır. 129 00:15:20,800 --> 00:15:28,450 Cihad ordularında iştirak etmək, xalqla bilavasitə təmasda olmaq sizdə məsuliyyət hissi yaradacaq – 130 00:15:28,570 --> 00:15:34,370 insan xalqa bilavasitə xidmət edəndə xalqa xidmət etmək onun üçün əziz, dəyərli bir şeyə çevrilir – 131 00:15:36,770 --> 00:15:41,370 bununla siz həm də zəif cəhətlərinizi aşkara çıxaracaqsınız. 132 00:15:41,710 --> 00:15:47,480 Başqa bir tapşırığım da var; ölkəmizdə elm adamlarının qarşısına bir məsələ də çıxır: mühacirət. 133 00:15:47,970 --> 00:15:54,170 Çünki – qeyd olunduğu kimi –dünyanın müxtəlif ökələrində 134 00:15:54,800 --> 00:16:05,680 bizim gənc alimlərimizə tələb heç də az deyil, çoxdur; müxtəlif səbəblərdən. 135 00:16:06,000 --> 00:16:10,110 Həmin səbəblərdən biri budur ki, oralarda gənclər azdır 136 00:16:10,250 --> 00:16:15,940 və ya istedadlı gənclər azdır, yaxud tamahı az olan əcnəbi gənclər azdır; 137 00:16:16,850 --> 00:16:25,600 gənc alimlərimizi cəlb etmək istəyirlər. Xaricə getmək məsələsi insanın qarşısına çıxdığı zaman 138 00:16:25,940 --> 00:16:28,910 maddi rifahla bağlı fikirlər, orada yaşayacağı zəngin həyat barədə xəyallar 139 00:16:29,800 --> 00:16:33,680 onun beynini doldurur. Bunlar bir xəyal, fantaziya da ola bilər, reallıq da; 140 00:16:33,880 --> 00:16:40,820 ola bilsin ki, onu orada, doğrudan da, gözəl həyat və maddi rifah gözləyir. Amma siz belə məqamda bura üstünlük verin. 141 00:16:43,740 --> 00:16:53,020 Özünüzü yad bir cəmiyyətin acgöz, amansız mədəsində həzm etdirmək əvəzinə, 142 00:16:54,280 --> 00:17:04,280 öz ölkənizin, öz cəmiyyətinizin “beynini”, “sinir sistemini”, “dayaq-hərəkət aparatını” qurmaqla, tənzimləməklə məşğul olun. 143 00:17:04,710 --> 00:17:15,110 Bu, şərəfdir, qürurvericidir. Öz ölkəniz üçün işləyin. 144 00:17:18,880 --> 00:17:23,540 Siz öz ölkənizi qurub-abadlaşdıra, zəif cəhətlərini, nöqsan və çatışmazlıqlarını aradan qaldıra bilərsiniz. 145 00:17:24,510 --> 00:17:30,680 Zəif cəhətlərimiz çoxdur. Mən ölkədəki vəziyyəti çox yüksək dəyərləndirir, həmişə tərifləyirəm, 146 00:17:31,110 --> 00:17:36,510 amma yəqin çox az adam olar ki, ölkədə mövcud olan nöqsan və çatışmazlıqlar barədə mənim qədər məlumatlı olsun. 147 00:17:36,710 --> 00:17:41,220 Bilirəm ki, zəif cəhətlərimiz çoxdur, onları aradan qaldırmaq lazımdır; bunu siz etməlisiniz. 148 00:17:41,340 --> 00:17:51,000 Bu ölkənin sağlam konstruksiyasını düzgün layihələndirən insanlar sizlər ola bilərsiniz; 149 00:17:51,000 --> 00:17:53,340 onun müəyyən bir hissəsini irəli apara bilərsiniz. 150 00:17:54,710 --> 00:18:01,910 Yad bir ölkəyə gedəndə, tutalım, pul da qazandınız, maddi rifah da əldə etdiniz – 151 00:18:02,340 --> 00:18:05,820 fərz edək ki, xəyallarınız reallaşdı – 152 00:18:05,820 --> 00:18:14,450 amma siz orda yad toplumların acgöz mədəsində əriyib gedəcəksiniz. 153 00:18:15,480 --> 00:18:23,800 Burda isə effektiv rolunuz, təsiriniz ola bilər. 154 00:18:26,110 --> 00:18:33,110 Sonuncu tövsiyəm – uzun danışmaq istəmirəm – Qərbdən qorxub çəkinməyin də. 155 00:18:33,650 --> 00:18:40,310 Düzdür, bu gün qərblilər elm və texnologiya baxımından bizdən çox irəlidir, 156 00:18:41,020 --> 00:18:43,510 amma bu irəliləyiş sizi qorxutmasın. 157 00:18:44,620 --> 00:18:49,510 Nəyə görə? Ona görə ki siz onlardan yüksəkdəsiniz. 158 00:18:51,170 --> 00:18:56,050 Bu gün sənaye və tenxologiyası inkişaf etmiş, 159 00:18:56,480 --> 00:19:01,080 cürbəcür ixtiralara sahib olan ölkələr bu prosesə 200 ildir ki başlayıblar; 160 00:19:01,510 --> 00:19:06,370 siz isə 35 ildir başlamısınız; sizin inqilabınızın vur-tut 35 yaşı var. 161 00:19:08,880 --> 00:19:13,510 Bu 35 il ərzində siz bu qədər irəli gedə, 162 00:19:14,110 --> 00:19:17,420 bu cür sürətlə inkişaf edə bilmisiniz. 163 00:19:18,080 --> 00:19:24,170 Halbuki onlar müstəqillik qazandıqları ilk 35 ildə sizdən çox geri olublar. Məsələn, Amerika. 164 00:19:24,620 --> 00:19:34,020 Amerika İngiltərənin qamçısının altından çıxıb müstəqillik qazandıqdan 35 il sonra heç nə idi. 165 00:19:34,910 --> 00:19:39,570 Müstəqillikdən 35-40 il sonrakı Amerika ilə 166 00:19:40,000 --> 00:19:48,400 İslam İnqilabının qələbəsindən 35 il sonrakı İran arasında yerdən göyə qədər fərq var; siz onlardan qat-qat irəlisiniz. 167 00:19:49,680 --> 00:19:57,800 Siz maddi sivilizasiyasının bu pilləsinə çatmaq istəsəniz, 168 00:19:57,800 --> 00:20:03,310 onların maddi sivilizasiyasının tarixi dəfələrlə az olacaq; hələ mənəviyyatı kənara qoyuram. 169 00:20:05,080 --> 00:20:13,420 Onlardan qorxub çəkinməyin. Amerikadakı o məşhur Azadlıq heykəli 170 00:20:14,020 --> 00:20:19,310 amerikalıların İngiltərə ordusuna qalib gəlib müstəqillik əldə etməsindən 100 il sonra qoyulub. 171 00:20:19,480 --> 00:20:26,050 O heykəli düzəldən amerikalılar özləri olmayb – səhv etmirəmsə; çoxdan haradasa görmüşdüm – 172 00:20:26,310 --> 00:20:29,910 onu Fransadan gəlmiş bir fransız mühəndis düzəldib. 173 00:20:30,970 --> 00:20:36,310 Yəni müstəqillik əldə etdikdən 100 il sonra amerikalılar 174 00:20:36,620 --> 00:20:42,680 hələ elm, texnologiya və sənayenin inkişafı baxımından o yerə çatmamışdılar ki, o Azadlıq heykəli kimi bir heykəl düzəldə bilsinlər. 175 00:20:42,940 --> 00:20:46,140 Fransadan bir mühəndis gəlib, layihəsini hazırlayıb, düzəldib. 176 00:20:46,850 --> 00:20:49,680 Siz isə çox irəlidəsiniz; qorxmayın. 177 00:20:50,280 --> 00:20:55,740 Sizin imkanlarınız potensial olaraq onlardan qat-qat çoxdur; 178 00:20:56,370 --> 00:20:58,080 irəli gedin, hərəkət edin. 179 00:21:01,050 --> 00:21:08,400 Dövrümüzün gənc nəsli – yəni sizlər 180 00:21:10,340 --> 00:21:17,620 ölkəni elmi inkişafın yüksək pillələrinə qaldırmış bir gənc nəsil olmaq iftixarını 181 00:21:17,910 --> 00:21:24,140 öz adınıza yazdıra bilərsiniz; 182 00:21:24,600 --> 00:21:27,170 bu, çox böyük bir iftixardır. 183 00:21:27,650 --> 00:21:35,280 Bugünkü gənc nəsil tarixin səhifələrində belə bir iftixarı öz adına yaza bilər ki, 184 00:21:35,620 --> 00:21:44,940 kor-koranə başqalarının ardınca getmək əvəzinə, 185 00:21:45,310 --> 00:21:50,680 ölkədə qürurla elmi cəhətdən müstəqilliyin, elmi inkişafın dayaqlarını 186 00:21:51,480 --> 00:21:54,050 möhkəmlətməyi bacarıb, işləyib, çalışıb. 187 00:21:54,400 --> 00:22:01,850 Bu iftixar müasir gənc nəsilə və inqilabın ilk dövrlərinin gəncliyinə aid ola bilər. 188 00:22:02,000 --> 00:22:09,110 Əziz qardaşlar, bacılar, mənim əziz balalarım, 189 00:22:09,200 --> 00:22:13,570 əziz gənclər, mənim sizə tövsiyələrim bunlardır. 190 00:22:14,000 --> 00:22:19,650 İdarəetmə işləri ilə də bağlı bir neçə tövsiyə vermək istəyirəm; 191 00:22:21,340 --> 00:22:30,280 bu tövsiyələrim həm Görkəmli Xadimlər Fondunda, eləcə də prezidentin elmi işlər üzə müavinliyində çalışan rəsmilərə, həm də sizə aiddir. 192 00:22:30,620 --> 00:22:33,940 Birincisi, Görkəmli Xadimlər Fonduna ciddi yanaşmaq lazımdır; 193 00:22:35,570 --> 00:22:44,400 GXF strateji əhəmiyyət daşıyan bir milli fonddur, 194 00:22:45,220 --> 00:22:47,310 ona tamamilə ciddi yanaşmaq lazımdır. 195 00:22:48,820 --> 00:22:57,000 Eşitmişəm ki, GXF-nin bəzi işləri universitetlərə tapşırılır; bu, məsləhət deyil. 196 00:22:57,140 --> 00:23:02,820 Əgər universitetlər GXF-nin işini görə bilsəydi, biz heç ümumiyyətlə bu fondu təsis etməzdik. 197 00:23:04,170 --> 00:23:07,110 Bizim bəzi universitetlərimizin fəaliyyəti, həqiqətən də, parlaqdır, 198 00:23:07,620 --> 00:23:12,650 onlarda gələcəyin görkəmli elm adamları toplaşıb, amma onlar GXF-nin işini həyata keçirə bilməz. 199 00:23:12,650 --> 00:23:18,650 Universitetin işi bir şeydir, GXF-ninki başqa bir şey. 200 00:23:20,650 --> 00:23:31,570 GXF-yə ciddi yanaşın; bu, bir milli fonddur, strateji fonddur; 201 00:23:34,170 --> 00:23:38,420 istər fondun öz rəsmiləri, istər ölkə rəsmiləri, 202 00:23:39,280 --> 00:23:43,800 istər Dövlət Proqramları və Büdcə Təşkilatı, istər aidiyyəti olan möhtərəm nazirlər, 203 00:23:44,420 --> 00:23:54,940 elmi şuralar və sair, istərsə də siz gənclər. GXF əhəmiyyətli bir fonddur. 204 00:23:55,450 --> 00:24:02,370 İkinci bir tövsiyəm də var; GXF-nin həyata keçirdiyi proqramlar elə olmalıdır ki, 205 00:24:02,650 --> 00:24:06,680 gənc elm və incəsənət xadimləri faydalı olduqlarını hiss etsinlər. 206 00:24:08,250 --> 00:24:09,970 Siz gənclərə də gəlib çatacağam; 207 00:24:10,050 --> 00:24:15,620 sizin özünüzün də bunda rolunuz var, özünüz də buna təsir göstərə bilərsiniz. 208 00:24:17,280 --> 00:24:21,220 Gənc insanın işləməsi üçün ona meydan vermək lazımdır; 209 00:24:21,880 --> 00:24:26,020 faydalı olduğunu hiss etməlidir, onda cəmiyət üçün faydalılıq hissi olmalıdır. 210 00:24:26,620 --> 00:24:30,250 Bu, onu tutduğu yolu davam etdirməyə təşviq edəcək; 211 00:24:30,600 --> 00:24:38,940 eynilə öz ölkəsində, vətənində qalıb öz ölkəsi üçün işləməyə də həvəsləndirəcək. 212 00:24:39,540 --> 00:24:42,800 İşləmək üçün meydan yaradın. Necə? 213 00:24:42,800 --> 00:24:46,710 Burada önəmli məqamlardan biri təhsil prosesini başa vurmaq məsələsidir. 214 00:24:46,970 --> 00:24:53,510 Gənclər təhsilini başa vura bilməlidir; 215 00:24:55,820 --> 00:25:05,970 ali təhsilin yüksək pillələrində təhsili asanlaşdırmaq lazımdır, qoy elmi dərəcələrini daha da yüksəltsinlər. 216 00:25:06,250 --> 00:25:12,540 Ola bilsin, bu sahədə çətinlik yaradan hansısa qayda-qanunlar var, onlar gənclərə name olmamalıdır. 217 00:25:12,800 --> 00:25:16,310 Digər bir mühüm məsələ elmi əsaslı şirkətlərin yaradılmasıdır; 218 00:25:16,480 --> 00:25:19,970 bu barədə bir qədər sonra da danışacağam. 219 00:25:20,080 --> 00:25:22,800 Elmi əsaslı şirkətlər çox yaxşı bir şeydir. 220 00:25:23,200 --> 00:25:28,420 Əlbəttə, mən bilirəm ki, bu gün ölkəmizdə minlərlə elmi əsaslı şirkət var, 221 00:25:28,600 --> 00:25:33,600 amma bu rəqəm on dəfə artıq ola bilər; 222 00:25:33,740 --> 00:25:39,280 on dəfə. Gənclərin, intellektual məhsulu olan insanların 223 00:25:39,420 --> 00:25:43,140 elmi əsaslı şirkətlərdə iştirakı xeyirlidir. 224 00:25:44,220 --> 00:25:53,820 Universitetlərdə görkəmli müəllim və professorların aparıcı rolu ilə elmi özəklərin yaradılması – bu da mühüm işlərdən biridir. 225 00:25:53,970 --> 00:25:57,540 GXF universitetlərlə əməkdaşlıq edərək bu işi həyata keçirə bilər. 226 00:25:58,770 --> 00:26:02,850 Qoy müxtəlif universitetlərdə elmi özəklər təşkil olunsun; 227 00:26:03,200 --> 00:26:08,910 görkəmli müəllim və professorlardan biri, yaxud bir neçəsi də onların başında dursun. Əlbəttə ki, həmin müəllimlər 228 00:26:09,820 --> 00:26:17,020 İranı sevməli, ölkəyə can yandırmalı, dini və inqilabi məsuliyyətini dərk etməlidir. 229 00:26:19,000 --> 00:26:24,280 Elə professorlar tanıyırıq ki – əlbəttə, mən uzaqdan tanıyıram – 230 00:26:25,370 --> 00:26:32,620 İranı sevmirlər; İranın quruculuğu, gələcəyi onlar üçün önəmli deyil. 231 00:26:33,650 --> 00:26:42,800 Belə professorlardan xeyir yoxdur, onlara ümid bağlamaq olmaz. 232 00:26:43,370 --> 00:26:47,970 Ölkəsini sevməyən, ölkəsinin birliyini istəməyən, 233 00:26:48,110 --> 00:26:56,450 dərsdə ölkədə etnik ixtilaflara yol açacaq, tələbəni o istiqamətə sövq edəcək sözlər danışan müəllim – 234 00:26:57,480 --> 00:27:03,910 hətta əgər dərsin mövzusu ilə əlaqəli olsa belə – 235 00:27:05,140 --> 00:27:10,650 arzulanan müəllimlərdən deyil. 236 00:27:13,420 --> 00:27:20,200 Tələbədə dinə qarşı təəssübkeşlik hiss edəndə 237 00:27:20,340 --> 00:27:24,170 onunla konflik aparan müəllim yaxşı müəllim deyil. 238 00:27:25,620 --> 00:27:33,110 Dini və inqilabi məsuliyyətini anlayan, ölkəsini sevən, ona can yandıran, inqilabını sevən, 239 00:27:34,110 --> 00:27:39,820 elmi cəhətdən də yüksək səviyyədə olan müəllimlərin 240 00:27:41,250 --> 00:27:48,200 aparıcı rolu ilə bu cür elmi özəklər təşkil olunsa, bu, çox faydalı olar; 241 00:27:48,200 --> 00:27:54,450 tələbələri hərəkətə keçirər, onlar faydalı olduqlarını irəli getdiklərini hiss edərlər. 242 00:27:55,570 --> 00:28:03,680 Elmi təşkilatlar; nəticə etibarilə gənc alimlərə özünü göstərmək üçün şans vermək lazımdır, 243 00:28:03,880 --> 00:28:11,510 onlar diqqətdə olduqlarını, 244 00:28:11,620 --> 00:28:17,680 onlara dəyər verildiyini, varlığının hesaba alındığını hiss etməlidirlər; bunu praktiki olaraq, əməldə hiss etməlidirlər. 245 00:28:20,400 --> 00:28:28,740 Daha sonra isə əsas etibarilə GXF və onunla yanaşı digər qurumlar müşahidə aparmalı, 246 00:28:28,910 --> 00:28:36,340 işin nəticəsinə baxmalıdırlar. İşin nəticəsində nöqsanlar varsa, iradlar varsa, 247 00:28:36,570 --> 00:28:39,450 aydındır ki, iş prosesində hansısa yanlış addım atılıb; 248 00:28:40,020 --> 00:28:45,910 nöqsanları üzə çıxarmaq və aradan qaldırmaq lazımdır. Mənim mühüm tövsiyələrimdən biri də budur. 249 00:28:46,170 --> 00:28:50,600 Bu sahədə vermək istədiyim digər bir tapşırıq müqavimət iqtisadiyyatı ilə bağlıdır. 250 00:28:50,820 --> 00:28:58,000 Özünüz bilirsiniz, müqavimət iqtisadiyyatının proqramı, Allaha şükürlər olsun ki, işlənib hazırlanıb, 251 00:28:58,250 --> 00:29:07,080 siyasətləri elan olunub, siyasi, iqtisadi və sair ekspertlər tərəfindən də müsbət qarşılanıb, alqışlanıb. 252 00:29:07,600 --> 00:29:11,050 “Müqavimət iqtisadiyyatı” ifadəsi də çox tez-tez təkrarlanır. 253 00:29:11,540 --> 00:29:17,110 İndi ölkədə müqavimət iqtisadiyyatı nə dərəcədə irəliləyişlər əldə edib, hazırda söhbətimizin mövzusu bu deyil – 254 00:29:18,050 --> 00:29:24,540 əlbəttə ki, mən bu ideyanın, bu mühüm prinsipin 255 00:29:25,310 --> 00:29:30,740 ölkədə irəliləyiş səviyyəsindən o qədər də razı deyiləm, amma hər halda, müəyyən hərəkət var – 256 00:29:31,020 --> 00:29:37,880 [amma] müqavimət iqtisadiyyatının əsas dayaqlarından biri elmi əsaslı iqtisadiyyatdır. 257 00:29:38,940 --> 00:29:45,250 Müqavimət iqtisadiyyatında əsas məsələ elmi əsaslı iqtisadiyyatdır. 258 00:29:45,540 --> 00:29:50,800 Çünki müqavimət iqtisadiyyatı daxildən güc alır. Bu iqtisadiyyatın 259 00:29:50,940 --> 00:29:56,710 daxildə möhkəm dayaqları olmalı və onlar onu qlobal və beynəlxalq təkanlar, 260 00:29:56,910 --> 00:30:04,080 iqtisadi böhranlar qarşısında sarsılmaqdan qorumalıdır. Müqavimət iqtisadiyyatı, dayanıqlı iqtisadiyyat budur. 261 00:30:05,280 --> 00:30:11,770 Bu iqtisadiyyatın ən başlıca dayaqlarından biri elmi əsaslı iqtisadiyyatdır. 262 00:30:11,770 --> 00:30:16,880 Elmə, elmi nailiyyətlərə söykənən bir iqtisadiyyatın olması çox önəmlidir. 263 00:30:17,280 --> 00:30:25,140 Mənim fikrimcə, əslində müqavimət iqtisadiyyatının əsas sütunu olan 264 00:30:25,370 --> 00:30:30,280 elmi əsaslı iqtisadiyyatda gənc elm adamları özünəməxsus rol oynaya bilər. 265 00:30:30,540 --> 00:30:39,910 Necə? ? Bax bunun üçün fəaliyyət proqramları lazımdır, layihələr lazımdır. 266 00:30:40,510 --> 00:30:45,850 Gənclərimiz müqavimət iqtisadiyyatında necə rol oyana bilər? 267 00:30:46,110 --> 00:30:51,820 Mən bu sualın cavabını sizdən istəyirəm, oturun, layihələr hazırlayın, 268 00:30:53,420 --> 00:30:56,970 başqalarının bunu etməsini gözləməyin. 269 00:30:59,740 --> 00:31:06,800 Siz, gənc alimlər bir yerdə toplaşdığınız zaman bir dəfə də bu mövzu ətrafında danışın: 270 00:31:07,140 --> 00:31:19,820 gənc elm adamları müqavimət iqtisadiyyatında, elmi əsaslı iqtisadiyyatda hansı rolu oynaya bilər? 271 00:31:21,080 --> 00:31:28,280 Qruplar yaradılsın, qruplar bölünsün, işləsinlər, düşünsünlər, araşdırmalar aparsınlar, 272 00:31:28,910 --> 00:31:34,020 o görüşlərdə əlidolu iştirak etsinlər, onlar üçün yol açılsın, GXF də gənc elm adamlarının 273 00:31:34,510 --> 00:31:40,650 özlərinin irəli sürdüyü o layihələrə dəstək versin. 274 00:31:40,880 --> 00:31:43,710 Məncə, belə olsa, bir dəyişiklik əmələ gələr; 275 00:31:44,170 --> 00:31:48,020 həm ideya və işlərdə, 276 00:31:48,110 --> 00:31:51,450 həm də göz önündə olan reallıqlarda; 277 00:31:52,050 --> 00:31:55,770 heç şübhəsiz, iqtisadiyyatda da dəyişiklik yaranar. 278 00:31:55,970 --> 00:31:59,200 Digər bir mühüm məqam da – bu axırıncıdır – 279 00:31:59,370 --> 00:32:03,970 istedadlı yeniyetmə və gənclərin hələ orta məktəbdən üzə çıxarılması və yetişdirilməsidir. 280 00:32:04,110 --> 00:32:08,340 “Şəhab” layihəsindən danışıldı , yaxşı bir layihədir. 281 00:32:08,680 --> 00:32:17,370 Amma eşitmişəm ki, “Şəhab” layihəsinə diqqətsiz, etinasız yanaşılır; buna imkan verməyin, nəzarətdə saxlayın. 282 00:32:18,970 --> 00:32:28,910 İstedadlı uşaqların ibtidai və orta təhsil müddətində üzə çıxarılması olduqca əhəmiyyətlidir, 283 00:32:30,820 --> 00:32:37,820 bu, bizə gələcəyin alimlərini, dahilərini tanıda bilər. 284 00:32:38,020 --> 00:32:41,020 Düzdür, dahi insanlar hər bir cəmiyyətdə az olur, 285 00:32:42,110 --> 00:32:49,510 amma bir çox dahilər vaxtında cəmiyyət tərəfindən tanınmadıqlarına görə ümumiyyətlə kölgədə qalırlar, heç bir təsirləri olmur; 286 00:32:49,710 --> 00:32:54,480 cəmiyyətin arasında əriyib itir, məhv olurlar. Çünki zamanında onları tapıb üzə çıxaran olmur. 287 00:32:55,740 --> 00:33:01,370 Hərdən görürsən, hansısa kənddə savadsız bir insan 288 00:33:01,710 --> 00:33:05,620 elə bir söz danışır, elə bir iş görür ki, onun dahiliyindən xəbər verir. 289 00:33:05,880 --> 00:33:10,770 Əgər o, vaxtında üzə çıxarılsaydı, tanınsaydı, istedadından 290 00:33:11,200 --> 00:33:18,740 istifadə olunsaydı, hesaba alınsaydı, görkəmli bir şəxsiyyət olardı; amma təəssüf ki, tanınmayıb. 291 00:33:19,000 --> 00:33:22,200 Gəlin ölkəmizin bu şəkildə ziyan çəkməsinə imkan verməyək. 292 00:33:22,340 --> 00:33:30,050 Orta təhsil müddətində buna diqqət yetirilməsi çox mühümdür; o layihəni ciddi surətdə həyata keçirin. 293 00:33:30,400 --> 00:33:35,880 Qoy möhtərəm nazirimiz, doğrudan da, gedib yerində yoxlasın ki, “Şəhab” layihəsi nə vəziyətdədir, 294 00:33:36,510 --> 00:33:38,620 öz işlərini görürlər, ya yox. 295 00:33:38,800 --> 00:33:42,250 Zənnimcə, bəzi təhlükələr barədə xəbərdarlıq etməyim də yerinə düşər; 296 00:33:42,370 --> 00:33:50,850 həmin təhlükələrdən biri bundan ibarətdir ki, ölkədə insanların əlini işdən soyudan müəyyən ünsürlər var; 297 00:33:51,970 --> 00:33:58,400 İnsanların əlini işdən necə soyudurlar? Mövcud reallıqları inkar edirlər. 298 00:33:59,540 --> 00:34:07,000 Bax dünya üzrə ölkələrin elmi inkişaf göstəricilərini təqdim edən 299 00:34:07,250 --> 00:34:09,970 konkret elmi mərkəzlər var ki, onları hamı tanıyır. 300 00:34:10,740 --> 00:34:16,140 O mərkəzlər İslam Respublikasının xeyrinə hansısa rəsmi məlumatlar təqdim edir, 301 00:34:16,250 --> 00:34:20,080 bu cənablar isə ölkənin içində, yaxud qəzet və jurnallarda, 302 00:34:20,220 --> 00:34:26,280 rəsmi və qeyri-rəsmi tribunalardan bu nailiyyətləri inkar edir, 303 00:34:27,850 --> 00:34:31,710 bunları fantaziya hesab edir! Bəzən belə şeylər eşidirik. 304 00:34:33,310 --> 00:34:38,220 Amma bu nailiyyətlər fantaziya deyil, reallıqdır. Kök hüceyrələri reallıqdır, 305 00:34:38,450 --> 00:34:44,940 ən son nano-texnologiyalar reallıqdır, nüvə sahəsindəki irəliləyişlər reallıqdır; bunu bütün dünya bilir; 306 00:34:45,280 --> 00:34:50,820 bunlarsa inkar edir. Əgər nə vaxtsa – 15-16 il bundan əvvəl 307 00:34:51,140 --> 00:34:56,940 kimsə bu şeyləri inkar etsəydi, yenə eybi yox idi, hələ işlər təzə başlayırdı, nə olacağı bilinmirdi, 308 00:34:57,200 --> 00:35:02,540 amma bu gün bütün dünya – yəni bilməli olan mərkəzlər – 309 00:35:02,910 --> 00:35:08,820 bilir ki, İran elmi və texnoloji inkişaf yolunda 310 00:35:09,570 --> 00:35:13,940 iri addımlarla və sürətlə irəliləyir. 311 00:35:14,510 --> 00:35:19,710 Bütün dünya bunu bildiyi halda, kimlərsə durub bizim gənclərimizin əlini işdən soyuda, 312 00:35:20,080 --> 00:35:23,680 onları ölkənin bu gününə və gələcəyinə qarşı pessimist əhval-ruhiyyəyə kökləyə, 313 00:35:23,910 --> 00:35:30,250 “Əşi nə xeyri var? Kimin üçün? Nə üçün?” – deyə insanları həvəsdən sala – bu, xəyanətdir. 314 00:35:30,600 --> 00:35:34,970 Bunu kim etsə, xəyanətdir. Hansısa rəhbər işçi etsə, xəyanətdir; 315 00:35:35,170 --> 00:35:37,310 müəllim etsə, xəyanətdir, 316 00:35:37,540 --> 00:35:40,970 qəzet və ya jurnalda məqalə ilə çıxış edən yazar yazsa, xəyanətdir. 317 00:35:40,970 --> 00:35:45,140 Ölkəyə xəyanətdir, xalqın heysiyyətinə xəyanətdir. 318 00:35:45,540 --> 00:35:51,250 Digər bir təhlükə: gələcəyin alimlərinin xarici ünsürlərə tanıtdırılması; 319 00:35:51,400 --> 00:35:56,020 bu da var; mənim bu haqda da məlumatım var, xəbəri gəlib mənə çatıb. 320 00:35:56,280 --> 00:35:59,680 Axtarıb-araşdırırlar, istedadlı gəncləri, gələcəyin alimlərini tapıb üzə çıxarırlar; 321 00:35:59,910 --> 00:36:03,940 ölkə daxilində dəstək verib yetişdirmək üçün yox, 322 00:36:04,050 --> 00:36:09,220 xarici ünsürlər üçün, onlara tanıtdırmaq üçün. Gələcəyin alimlərinin ölkədən mühacirət etməsi, 323 00:36:09,340 --> 00:36:21,450 geniş yayılmış ifadə ilə desək, “beyin axını” üçün vasitəçi olurlar. Bu da xəyanətdir; xəyanətdir. 324 00:36:21,620 --> 00:36:28,570 Bunu həmin tələbələrə can yandırmaq kimi bir görüntü yaradaraq da edə bilərlər, amma bu, canıyananlıq deyil. 325 00:36:28,850 --> 00:36:33,740 “Bura nədir? Burda sənə baxan kimdir? 326 00:36:33,740 --> 00:36:39,680 Burda sənə fikir verən kimdir? Çıx get ora, yaşa, irəli get, inkişaf elə” – kimi söhbətlərlə ali təhsil alan istedadlı tələbəni 327 00:36:39,680 --> 00:36:47,450 ölkəni tərk etməyə təşviq etmək xəyanətdir, ölkəyə, ölkənin mənafeyinə və gələcəyinə arxa çevirməkdir, 328 00:36:47,450 --> 00:36:50,280 gələcəyin alimi olan gənc bir insanı buna vadar etməkdir. 329 00:36:50,620 --> 00:36:55,340 Möhtərəm nazirlərimizin diqqət yetirməli olduğu digər bir xəbərdarlığım 330 00:36:55,650 --> 00:36:59,420 universitetlərdə dindar, inqilabın tərəfdarı olan insanlara mənfi yanaşılması ilə bağlıdır. 331 00:36:59,740 --> 00:37:03,140 İnqilaba sadiq, inqilabi məsuliyyətini dərk edən, 332 00:37:03,250 --> 00:37:11,940 dinə, dinin zahiri atributlarına bağlı olan insanlar var, 333 00:37:12,170 --> 00:37:15,940 tələbələrin öz arasında müxtəlif siyasi meyillər var, bunun eybi də yoxdur, 334 00:37:16,800 --> 00:37:22,050 aralarında hansısa çəkişmələr də ola bilər, önəmli deyil, universitet mühitidir. 335 00:37:22,850 --> 00:37:31,650 rəsmilərdən bəzilərinin: müəllimlərin, rəhbər işçilərin belə insanlara, belə gənclərə, 336 00:37:31,650 --> 00:37:37,080 dini-inqilabi ideyalara bağlı olan, məsuliyyətini dərk edən belə oğlan və qızlara mənfi yanaşmağı, onlara əngəl olmağı məqbul deyil; 337 00:37:38,770 --> 00:37:50,680 Mömin insanlara dəstək olmaq, onları daha da həvəsləndirmək lazımdır. 338 00:37:52,020 --> 00:38:01,400 Mən söhbətimi yekunlaşdıraraq demək istəyirəm ki, gələcəyə əsaslı olaraq optimist yanaşmaq lazımdır. 339 00:38:03,400 --> 00:38:09,600 Bu, yalnız şüar deyil, tərif deyil, reallıq budur. 340 00:38:09,820 --> 00:38:16,800 Allahın köməyi, Yaradanın lütfü sayəsində ölkəmizin gələcəyi yaxşı olacaq. 341 00:38:17,250 --> 00:38:24,880 Bu ölkənin çoxmilyonlu gənc ictimaiyyəti arasında gələcəyin görkəmli simaları çoxdur. 342 00:38:25,110 --> 00:38:30,850 Düzdür, onların böyük bir qismi universitetlərdə təmsil olunur, amma digər sferalarda da, 343 00:38:31,970 --> 00:38:36,310 akademik təhsil almadıqlarına baxmayaraq, parlaq, sözün həqiqi mənasında görkəmli simalar var, 344 00:38:36,770 --> 00:38:44,200 onlar cəmiyyətdə effektiv rol oynaya bilər. Və bu insanlar öz işini görəcək; 345 00:38:44,340 --> 00:38:50,420 çünki məsuliyyət hiss edirlər. Allaha şükürlər olsun ki, inqilabi ideyalar, inqilabi şüarlar cəmiyyətdə aktualdır, 346 00:38:51,510 --> 00:38:57,000 düşmən onları arxa plana keçirə bilməyib. 347 00:38:57,570 --> 00:39:02,970 Belədir ki, kimlərsə ürəyində bu şüarlarla razı olmasa belə, 348 00:39:02,970 --> 00:39:07,970 ctimai rəyə görə, insanlarda mənfi fikir yaranmasın deyə, 349 00:39:08,110 --> 00:39:12,220 adam arasında onları dəstəkləməyə məcburdurlar. Şüarlar, əlhəmdulillah, aktualdır, 350 00:39:12,420 --> 00:39:19,280 inqilabi hərəkat hələ də gedir, canlıdır və bu, tarixdə müstəsna olan bir haldır. 351 00:39:19,940 --> 00:39:27,340 Dünyada elə bir inqilab yoxdur ki, bu qədər müxalifləri, 352 00:39:27,540 --> 00:39:34,540 bu qədər düşmənləri olduğuna baxmayaraq, otuz beş, qırx il ərzində öz ilkin, 353 00:39:34,880 --> 00:39:38,020 düzgün kursunu davam etdirə bilsin; yoxdur. 354 00:39:38,510 --> 00:39:46,250 Hətta dünyada məşhur olan böyük inqilablar – hələ o inqilab adı qoyulan 355 00:39:46,450 --> 00:39:52,140 kiçik dəyişikliklərlə, çevrilişlərlə işim yoxdur; onları ümumiyyətlə hesaba almıram – 356 00:39:52,570 --> 00:40:00,620 dünyada baş vermiş həqiqi inqilablar öz yolunu davam etdirə bilməyib; 357 00:40:00,940 --> 00:40:05,110 hədəflər dəyişib. Düşmənlərimizi əsəbiləşdirən də elə budur; 358 00:40:06,310 --> 00:40:12,970 elə buna görə də bu gün dəfələrlə eşidirik ki – əgər xarici xəbərlərlə maraqlanırsınızsa – 359 00:40:13,370 --> 00:40:21,310 deyirlər: “Nə qədər ki İran inqilabı yaşatmağa çalışır, 360 00:40:21,540 --> 00:40:23,650 İranla işimiz çətindir”. Düz də deyirlər. 361 00:40:23,800 --> 00:40:28,970 Hələ mən bunu da əlavə edirəm: nə qədər ki bu inqilabi təfəkkür, inqilabi hərəkat var, 362 00:40:28,970 --> 00:40:34,570 Allahın köməyi ilə, İranın inkişafı, günü-gündən yüksələn nüfuzu, 363 00:40:35,420 --> 00:40:39,050 regionda və regiondan kənarda qazandığı ehtişam, 364 00:40:39,340 --> 00:40:43,450 mənəvi-psixoloji nüfuz, inşallah, günü-gündən daha da artacaq. 365 00:41:05,280 --> 00:41:10,250 Çox sağ olun, deyəsən, bu təkbir həm də məclisi yekunlaşdırmaq vaxtı çatdığını elan etmək üçün oldu! 366 00:41:11,940 --> 00:41:14,170 İnşallah, Uca Yaradan sizi qorusun; 367 00:41:14,170 --> 00:41:22,220 inşallah, hamınızın varlığı inqilabın gələcəyi üçün bərəkətli olsun. 368 00:41:22,800 --> 00:41:27,510 Bu ölkə sizindir, inşallah, 30, 40, 50 il sonra 369 00:41:27,880 --> 00:41:35,740 onun işlərini idarə edəndə, sizi doğru yola istiqamətləndirə, addımlarınızı möhkəmlədə, 370 00:41:36,080 --> 00:41:43,110 Allah qoysa, daha yaxşı gələcəyə yetişməyə müvəffəq edə bilmiş 371 00:41:43,250 --> 00:41:46,620 bu günləri qürurla xatırlayasınız, inşallah. 372 00:41:46,800 --> 00:41:48,620 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.