1 00:00:05,200 --> 00:00:07,420 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:08,340 --> 00:00:10,620 الحمدلله ربّ العالمين 3 00:00:11,020 --> 00:00:14,280 و صلّي الله علي محمّد و آله الطّاهرين 4 00:00:22,680 --> 00:00:26,140 Əziz bacı və qardaşlar, xoş gəlmisiniz! 5 00:00:27,310 --> 00:00:33,680 Elm adamları, alimlər, universitetlərin ictimaiyyəti ilə keçirilən bu görüşlər 6 00:00:34,820 --> 00:00:41,740 mənim üçün ən xoş, ürəyəyatan görüşlərdəndir. 7 00:00:43,170 --> 00:00:51,540 İki möhtərəm nazirimizin çıxışlarına da diqqətlə qulaq asdım və eşitdiklərimin mənim üçün çox faydası oldu. 8 00:00:52,650 --> 00:01:00,680 Ümidvaram ki, Allah-taala bizə bu cür iclas və görüşlərdən, 9 00:01:00,680 --> 00:01:08,770 çıxışlardan ölkəmiz üçün fayda əldə etməyi nəsib edər; 10 00:01:10,000 --> 00:01:15,370 sırf deyib-eşitmək olmaz, sözdə qalmaz. 11 00:01:18,620 --> 00:01:24,540 Elmin, universitetlərin əhəmiyyəti barədə çox danışmışıq; 12 00:01:24,800 --> 00:01:34,050 mən də danışmışam, başqaları da danışıb. Sevindirici haldır ki, illərdir elmin 13 00:01:34,220 --> 00:01:39,280 və təbii olaraq, universitetlərin əhəmiyyətindən çox danışılır. 14 00:01:40,770 --> 00:01:45,910 Cənab Doktor Haşiminin də bayaq vurğuladığı kimi, 15 00:01:46,510 --> 00:01:55,170 bir vaxtlar biz ölkədə elmin əhəmiyyətinin, elmi işlərlə məşğul olmağın zəruriliyinin 16 00:01:55,970 --> 00:02:03,420 diskursa çevrilməsini arzulayırdıq və hazırda, demək olar ki, vəziyyət elə bu cürdür; buna görə Allaha şükür etməliyik. 17 00:02:05,340 --> 00:02:11,620 Elm bir xalqı qüdrət və tərəqqiyə aparan ən mühüm vasitədir; 18 00:02:14,600 --> 00:02:19,110 bu, birmənalıdır, həqiqətən də, belədir. 19 00:02:21,250 --> 00:02:29,940 Hər bir xalqa qüdrət, nüfuz və tərəqqi qazandıran ən mühüm amil elmdir. 20 00:02:32,740 --> 00:02:43,570 Universitetlər isə ölkənin gələcək rəhbər kadrlarını yetişdirən ən mühüm mərkəzdir. 21 00:02:44,970 --> 00:02:55,800 Bundan da əhəmiyyətli nə ola bilər? Bu gün siz gələcəkdə ölkəni idarə edəcək rəhbər kadrları yetişdirməkdəsiniz. 22 00:02:57,420 --> 00:03:07,000 Əgər yaxşı yetişdirsəniz – inşallah ki, elə bu cürdür – ölkənin gələcəyi də yaxşı idarə olunacaq, 23 00:03:09,510 --> 00:03:15,200 əgər yaxşı yetişdirə bilməsək, səhlənkarlıq etsək, 24 00:03:16,170 --> 00:03:21,340 bu, təbii olaraq, ölkənin gələcəyinə təsir göstərəcək. 25 00:03:22,480 --> 00:03:27,680 Yəni universitetlər bu qədər əhəmiyyətlidir. 26 00:03:31,400 --> 00:03:37,880 Əlbəttə, hazırkı modeli ilə universitetlər Qərbə aid bir təzahürdür – bunu hamımız bilirik – 27 00:03:38,850 --> 00:03:47,940 lakin görkəmli elm adamlarının, dahi şəxsiyyətlərin yetişdirilməsi baxımından universitetlər əsla Qərbə aid bir təsisat deyil. 28 00:03:48,170 --> 00:03:51,620 Bizim ölkədə bunun min illik kökləri vardır. 29 00:03:53,970 --> 00:03:58,680 Düzdür, hazırkı model Qərbdən əxz edilib, 30 00:03:59,280 --> 00:04:07,400 amma bu ölkədə İbn Sinalar, 31 00:04:08,510 --> 00:04:19,420 Farabilər, Məhəmməd Zəkəriyya Razilər, Xarəzmilər yetişdirən mədrəsələr olub. 32 00:04:21,200 --> 00:04:25,080 Bunlar hamısı tanınmış, görkəmli simalardır, 33 00:04:25,220 --> 00:04:38,340 onlardan əlavə, hələ bu ölkənin yetirməsi olan, məşhurluq qazanmamış 34 00:04:38,940 --> 00:04:50,400 minlərlə həkim, mühəndis, ixtiraçı, ədib, filosof və arif var. 35 00:04:53,000 --> 00:04:57,000 Mən Corc Sartondan bir cümlə misal çəkmək istəyirəm – 36 00:04:57,910 --> 00:05:05,280 başqalarından misal çəkəndə özümüzünkülərdən daha inandırıcı görünür, 37 00:05:06,000 --> 00:05:13,370 ona görə deyirəm, yoxsa ki, qərblilərin, avropalıların dediklərindən misal gətirmək məndə adət deyil – 38 00:05:14,510 --> 00:05:20,600 “Elmin tarixi” adlı məşhur kitabın müəllifi olan bu Corc Sarton – o kitab tərcümə də olunub, çap da olunub; əminəm ki, hamınız da görmüsünüz – 39 00:05:21,280 --> 00:05:29,850 deyir: “Bu sivilizasiyada iranlı alim və mütəfəkkirlər ən önəmli rola, paya malikdirlər 40 00:05:32,450 --> 00:05:40,910 və əgər İran ziyalılarının əsərlərini bu məcmudan çıxarsaq, 41 00:05:41,340 --> 00:05:50,710 onu ən yaxşı hissəsindən məhrum etmiş olarıq”. Bu, elmin tarixini tədqiq etmiş bir insanın fikirləridir. 42 00:05:53,050 --> 00:06:01,910 Başqa birindən də bir misal çəkim – yadımda qalanı deyəcəyəm, çoxdan oxuduğuma görə 43 00:06:03,170 --> 00:06:08,050 sözlərini tam dəqiqliklə çatdıra bilməyəcəm – Pyer Russo; 44 00:06:08,940 --> 00:06:13,510 o da elmin tarixini yazıb, həmin əsər də illərdir ki fars dilinə tərcümə olunub, 45 00:06:13,740 --> 00:06:18,880 əldə var. Mən onu illər öncə görmüşəm, deyim ki, qayıdıb ikinci dəfə də baxmaq istəyirdim, 46 00:06:18,940 --> 00:06:23,280 amma doğrusu, fürsət tapmadım; amma adını yazıb götürmüşdüm. 47 00:06:23,280 --> 00:06:29,140 Yadımdadır ki, bu sözü harada dediyini bir kənara qeyd etmişdim; 48 00:06:29,820 --> 00:06:32,000 elə “Elmlər tarixi” kitabındadır. 49 00:06:33,340 --> 00:06:46,650 Russo orta əsrlərdə avropalı – italyan, ya tutalım, fransız bir tacirin 50 00:06:47,310 --> 00:06:52,770 o dövrün elm adamlarından biri ilə məsləhətləşdiyi barədə yazır. 51 00:06:54,910 --> 00:07:00,220 Tacir deyir ki, istəyirəm övladımı qoyam dərs oxusun, savadlı olsun. 52 00:07:01,420 --> 00:07:08,910 Hansı ölkəyə, hansı universitetə qoyum? Həmin adam deyir ki, əgər 53 00:07:10,170 --> 00:07:16,820 4 əsas riyazi əməli öyrənməyi ilə kifayətlənəcəksənə, 54 00:07:17,020 --> 00:07:22,400 fərqi yoxdur, Avropanın hansı məktəbinə istəyirsənsə, qoy getsin. 55 00:07:24,080 --> 00:07:29,710 Əgər bundan artığını istəyirsənsə, Əndəlusa getməlidir. Həmin dövrdə Əndəlus müsəlmanların əlində idi. 56 00:07:31,540 --> 00:07:39,220 İslam elminin tarixi də budur. O birinci dediyim İrana aid idi, bu da İslama aiddir. 57 00:07:40,970 --> 00:07:46,310 Yəni istər İslam mühiti olsun, istərsə də İran mühiti – 58 00:07:47,110 --> 00:07:50,200 bizim belə bir tariximiz, belə bir mirasımız var. 59 00:07:50,850 --> 00:08:00,740 Əlbəttə, onu da deyim ki – millətçiliyə, şovinizmə yozulmasın – 60 00:08:01,340 --> 00:08:10,600 İslam dövlətləri arasında elmin, fəlsəfi fikrin zirvəsi yenə də İrandır. 61 00:08:11,850 --> 00:08:21,450 Başqa heç bir yerdə, misal üçün, filosof Kindi və bu qəbildən olan dahi simalar kimi 62 00:08:21,710 --> 00:08:30,770 görkəmli şəxsiyyətlər yoxdur; İranda isə belə parlaq simalar çox olub. 63 00:08:30,970 --> 00:08:37,510 Yəni İslamda elmin tarixindən danışırıqsa, yenə də onun zirvəsi İrana aiddir. 64 00:08:38,020 --> 00:08:43,050 Bu, bizim tariximizdir, bizim mirasımızdır, bizim keçmişimizdir. 65 00:08:46,020 --> 00:08:56,710 Qacar və Pəhləvi dövrlərinin də tarixi məlumdur, aydındır. 66 00:08:56,710 --> 00:09:06,200 Əlbəttə, mən çox təəssüf edirəm ki, savadlı, kitab oxuyan insanlarımızın 67 00:09:06,540 --> 00:09:11,110 yaxın, müasir tariximiz haqda – 68 00:09:11,940 --> 00:09:15,620 istər Qacar dövrü olsun, istərsə də Pəhləvi – 69 00:09:16,400 --> 00:09:21,940 məlumatı azdır, bilgiləri çox məhduddur, geniş deyil; bir qayda olaraq detalları bilmirlər. 70 00:09:22,280 --> 00:09:30,680 Qacar dövrünün ortalarından bu yana, Pəhləvi dövrünə qədər – 71 00:09:30,680 --> 00:09:38,400 hansı ki bu, artıq son idi – dünyada elmin çiçəkləndiyi bir vaxtda özəl səbəblər ucbatından 72 00:09:38,800 --> 00:09:43,220 bu mənəvi mirasdan düzgün istifadə edilməyib. 73 00:09:44,940 --> 00:09:52,250 Bilirsiniz ki, çağdaş dövr, yəni bu son yüzillik 74 00:09:52,250 --> 00:09:56,850 dünyada elmin inkişaf etdiyi, çiçəkləndiyi dövrdür 75 00:09:57,600 --> 00:10:04,820 və az-çox nailiyyətlər qazanmış, müəyyən inkişaf mərhələsinə çatmış ölkələr həmin uğurları bu son 100, 120 ildə əldə ediblər. 76 00:10:05,050 --> 00:10:12,020 Biz həmin dövrdə – belə ki elə ölkəmizdəki universitetlərin də səksən neçə yaşı var – 77 00:10:12,850 --> 00:10:22,000 Qərb, Avropa modelli universitetləri ölkəyə gətirərkən o mirasdan istifadə edə bilərdik; 78 00:10:22,220 --> 00:10:29,680 o ruhiyyədən, istedaddan, ölkəmizdə mövcud olan zəmin və potensialdan, şəraitdən istifadə edə, 79 00:10:30,880 --> 00:10:37,600 universiteti milliləşdirə, özümüzünküləşdirə bilərdik. 80 00:10:38,000 --> 00:10:40,370 Bunu edə bilərdik, amma 81 00:10:40,620 --> 00:10:46,540 Qacar və Pəhləvi hökumətləri ilə bağlı müəyyən səbəblər ucbatından etmədik. 82 00:10:49,800 --> 00:11:01,600 Yəni Qərb elmi ölkəyə gətirildiyi zaman o ali mirasdan istifadə edilməyib. 83 00:11:03,140 --> 00:11:11,020 Bu gün ölkəmizdə, universitetlərimizdə, elmi dairələrimizdə 84 00:11:12,020 --> 00:11:21,080 kreativlik, özünəinam, özünəgüvən ruhu var, öz sözü olmaq, öz sözünü demək var, 85 00:11:21,450 --> 00:11:27,540 dünya səviyyəsində istinad edilə biləcək fundamental məqalələr yazılır. 86 00:11:27,540 --> 00:11:31,510 Bu gün ölkəmizdə bu sadaladıqlarımızdan çoxdur, o zaman isə yox idi. 87 00:11:33,400 --> 00:11:40,850 O dövrdə biz öz elmi mirasımızdakı əxlaqi dəyərlərdən, elmi bazadan, 88 00:11:41,820 --> 00:11:54,050 öz elmi dairələrimizin mənəvi-əxlaqi mirasından istifadə edə bilməmişik. 89 00:11:54,140 --> 00:12:00,480 Bu barədə çox şey danışmaq olar, amma mən bu mövzulara girib 90 00:12:01,400 --> 00:12:09,450 keçmişdə elmi dairələrimizdə hansı etik normaların olduğu, 91 00:12:09,570 --> 00:12:15,340 sonradan Qərb üslubu ölkəyə gələndən sonra həmin normaların necə dəyişdiyi haqda danışmaq istəmirəm. 92 00:12:17,540 --> 00:12:24,540 Keçmişdə şagird müəllimin qarşısında dizləri üstə oturardı, 93 00:12:25,020 --> 00:12:33,000 müəllimini təhqir etməzdi. Baxmayaraq ki, tədris prosesində, elmi dairələrdə azadlıq var idi; 94 00:12:33,140 --> 00:12:37,340 indi də teoloji mərkəzlərdə bu cürdür. Bizim dərslərimizdə 95 00:12:38,200 --> 00:12:43,370 iştirak edən bütün tələbələrin irad tutmaq haqqı var və tuturlar da, 96 00:12:43,570 --> 00:12:48,910 hay-küy salırlar, danışırlar; eybi də yoxdur, heç kəs bunu nöqsan tutmur. 97 00:12:49,820 --> 00:12:53,110 Müəllimin də vəzifəsi budur ki, nəzakətlə cavab versin. 98 00:12:54,220 --> 00:13:01,850 Keçmişdə də belə olub, amma eyni zamanda şagird də müəllimi qarşısında itaəkar olub. 99 00:13:02,910 --> 00:13:09,250 Qədimdə bizim akademik dairələrimizdə, elmi məkanlarımızda bu cür etik qaydalar olub. 100 00:13:10,250 --> 00:13:17,110 Müasir dövrdə isə istər orta məktəblərdə, istərsə də universitetlərdə 101 00:13:17,710 --> 00:13:22,280 şagirdi tərəfindən döyülən müəllimlərin, 102 00:13:22,910 --> 00:13:30,510 yaxud tələbəsi tərəfindən bıçaqlanan, hətta bəzən öldürülən universitet müəllimlərinin də sayı az deyil; 103 00:13:31,650 --> 00:13:34,680 yəni elmi əxlaq tamamilə dəyişib. 104 00:13:36,680 --> 00:13:43,220 Müasir universitetlərə nə bizim elmi mirasımız, 105 00:13:44,310 --> 00:13:50,740 nə də köhnə elmi mühitimizin, elm mərkəzlərimizin etik qaydaları ötürülüb. 106 00:13:51,110 --> 00:13:52,650 Universitetlər bu cür fərqli bir şəkildə formalaşıb. 107 00:13:52,820 --> 00:13:58,620 Qərblilərin bizim universtitetlərimizlə bağlı müəyyən planları var. 108 00:13:59,000 --> 00:14:04,600 Mənim bu dediklərim əsaslı məlumatlara, təhlillərə söykənir, 109 00:14:04,710 --> 00:14:11,680 nitq xatirinə deyilən, minbər üçün hazırlanmış sözlər deyil; xeyr, araşdırmalara əsaslanır. 110 00:14:12,000 --> 00:14:17,420 Sosioloji, yaxud xarici siyasətlə bağlı araşdırmalar aparan, ictimai məsələləri 111 00:14:17,420 --> 00:14:20,510 araşdıran mütəxəssislər bunu hərtərəfli tədqiq ediblər. 112 00:14:20,680 --> 00:14:25,600 Qərblilər “üçüncü dünya” adlandırdıqları ölkələr üçün 113 00:14:25,970 --> 00:14:33,370 belə bir plan cızıblar: gələcəkdə həmin ölkələrdə 114 00:14:33,400 --> 00:14:42,050 rəhbər vəzifələr tutmaları üçün özlərinin əxlaqına, həyat tərzinə, üslubuna uyğun insanlar yetişdirmək. 115 00:14:42,940 --> 00:14:48,820 Onların planı bu olub. Bizim universitetlərimiz üçün də belə bir planları olub; 116 00:14:49,710 --> 00:15:01,450 yəni universitetlərimiz ölkəmizdə onların istəklərinin reallaşmasına aparan bir körpü rolu oynamalı idi. 117 00:15:01,740 --> 00:15:05,250 Bəli, onların fikri bu idi, amma baş tutmadı. 118 00:15:06,600 --> 00:15:13,080 Universitetlərimiz faktiki olaraq Qərbin hədəflərinə xidmət etmədi. 119 00:15:13,970 --> 00:15:19,400 Bu, ölkəmiz üçün çox böyük əhəmiyyətə malik, diqqətəlayiq cəhətlərdən biridir. 120 00:15:22,020 --> 00:15:28,970 Onlar istəyirdilər ki, ölkəmizdəki universitetlər Qərb təfəkkürünün, Qərbə xas həyat tərzinin nasosxanasına çevrilsin. 121 00:15:29,710 --> 00:15:34,140 Düzdür, müəyyən yerlərdə buna müəyyən qədər nail ola bilmişdilər də, buna şübhə yoxdur – 122 00:15:35,850 --> 00:15:43,110 rəhbər vəzifələrdə çalışanlar; xüsusilə də universitetlərin yeni-yeni təsis olunmağa başladığı Rza xan zamanında; 123 00:15:43,600 --> 00:15:51,400 onlar təpədən dırnağa Qərbə, Qərb mədəniyyətinə vurğun idilər; yəqin ki, onların haqqında eşitmisiniz – 124 00:15:52,570 --> 00:16:01,420 amma sonda uğur qazana bilmədilər. Çünki iranlı kimliyi öz işini gördü. 125 00:16:02,420 --> 00:16:06,680 Tarixə nəzər salsaq, görərik ki, iranlı kimliyi heyrətamiz dərəcədə qəribə bir şeydir. 126 00:16:07,740 --> 00:16:14,880 İrana hücum etmiş bütün xalqların dili, mədəniyyəti, etik normaları bir müddət sonra 127 00:16:16,310 --> 00:16:23,940 bu və ya digər şəkildə həll olub, əriyib. Bircə İslam istisnadır; 128 00:16:24,170 --> 00:16:34,820 İslam İrana gəlib, amma əriyib itməyib, qalıb, İran insanı İslamı bütün varlığı və səmimiyyəti ilə qəbul edib. 129 00:16:35,220 --> 00:16:45,310 Müsəlman ərəblərin hücumuna məruz qalmış başqa ölkələrə baxanda isə görürük ki, onların ayağı hara dəyibsə, oranın camaatının dili dəyişib: 130 00:16:45,740 --> 00:16:55,940 Misir dilini dəyişib, Fələstin dilini dəyişib, Şam dilini dəyişib; ərəb dilini götürüblər. 131 00:16:56,400 --> 00:17:03,110 İran isə dilini dəyişməyib, farsdilli olaraq qalıb; yəni bu, İrana xas bir qəribəlikdir. 132 00:17:03,110 --> 00:17:05,820 Bu, bizim ölkənin özünəməxsus cəhətidir. 133 00:17:07,540 --> 00:17:12,600 Həmin məsələdə də belə olub; iranlı kimliyi öz işini görüb. 134 00:17:12,880 --> 00:17:21,880 Birincisi, universitetlərdə dinin zahiri atributlarını qoruyan şəxslər olub; 135 00:17:22,400 --> 00:17:27,800 baxmayaraq ki, qarşı tərəf buna kəskin reaksiya verirdi; 136 00:17:28,050 --> 00:17:31,770 yəni Rza xan dinin zahiri atributlarını qətiyyən qəbul etmirdi. 137 00:17:31,850 --> 00:17:34,710 İranda universitetləri ilk dəfə təsis edənlər də 138 00:17:34,970 --> 00:17:37,740 – indi mən burda kimlərinsə adını çəkmək istəmirəm – 139 00:17:39,450 --> 00:17:41,280 eynilə Rza xan kimi idilər 140 00:17:41,280 --> 00:17:46,280 əslində bu fikirləri Rza xanın beyninə yeridən də daha çox elə onlar idi. 141 00:17:47,140 --> 00:17:51,140 Onlar heç cür istəmirdilər ki, universitetlərdə kimsə namaz qılsın, 142 00:17:51,140 --> 00:17:55,510 kimsə Allahın adını çəksin. Lakin bu, baş verdi. 143 00:17:56,370 --> 00:18:01,680 Qeyd olunduğu kimi, islami təşkilatlar yarandı, 144 00:18:02,680 --> 00:18:07,420 bir sıra inanclı müsəlmanlar universitetlərdə professor dərəcəsi aldılar, 145 00:18:07,850 --> 00:18:16,220 dini yaydılar, dinə zidd fikirlər qarsında dayandılar; yəni burdan başladı. 146 00:18:16,420 --> 00:18:22,340 Getdikcə universitetlərdə bu dini əqidə, iman əhval-ruhiyyəsi gücləndi 147 00:18:22,450 --> 00:18:27,170 və proseslərin axarı 41-ci ildə islami hərəkata gətirib çıxardı. 148 00:18:28,340 --> 00:18:37,050 O zaman universitetlər cəmiyyətdə iman, dini ideologiya atmosferinin yaranması baxımından çox böyük addımlar atdı; 149 00:18:37,310 --> 00:18:39,480 baxmayaraq ki, o dövrdə kommunistlər də var idi. 150 00:18:40,620 --> 00:18:45,940 Həmin dövrdə universitetlərdə kommunistlər, marksistlər çox fəal idi. 151 00:18:46,450 --> 00:18:54,050 Məşhədlə sıx əlaqədə olduğum üçün mən bunların yaxından şahidi olurdum, digər yerlərdə də – 152 00:18:54,050 --> 00:18:59,450 Tehrana və bəzi başqa yerlərə səfərlərimiz olurdu, tələbələrlə münasibətdə olurduq – 153 00:19:00,050 --> 00:19:05,970 marksist ideolgiyanın olduğunu görürdüm. 154 00:19:06,400 --> 00:19:14,110 Qəribə burasıdır ki, universitetlərdə marksistlər 155 00:19:14,110 --> 00:19:24,620 getdikcə artan islami məfkurəyə qarşı mübarizədə hakim rejimlə həmkarlıq edirdilər! 156 00:19:26,570 --> 00:19:29,940 Kitabları çap olunur, azad şəkildə satılırdı. 157 00:19:31,800 --> 00:19:38,400 Halbuki müsəlman inqilabçılar, müsəlman gənclər 158 00:19:38,710 --> 00:19:42,250 ehtiyac duyduqları kitabları çox çətinliklə əldə edirdilər – istər əlbəttə ki, az da olsa, 159 00:19:42,250 --> 00:19:45,310 özlərinin istehsal etdiyi kitabları, istərsə də oxumaq istədiklərini – 160 00:19:46,540 --> 00:19:56,080 həmin kitablara qarşı kəskin mübarizə aparılırdı. 161 00:19:57,600 --> 00:20:04,910 İslami hərəkatın getdiyi dövrdə Pəhləvi rejimi 162 00:20:05,140 --> 00:20:13,400 faktiki olaraq bütün diqqətini bu hərəkat əleyhinə mübarizəyə yönəltmişdi. 163 00:20:13,910 --> 00:20:18,250 Solçular, marksistlər və bu qəbildən olanlarla isə dözümlü, yumşaq davranırdılar; 164 00:20:18,400 --> 00:20:23,800 onlar da bu münasibəti cavabsız qoymurdu. Çoxu gedib Fərəh Pəhləvinin kabinetinə üzv olmuşdu! 165 00:20:23,940 --> 00:20:30,970 Bir çoxları gedib “Səda və sima”ya, televiziya və radioya üzv olmuşdu, 166 00:20:31,600 --> 00:20:39,000 onlarla həmkarlıq edirdi. 30-cu illərin qatı solçuları 40-cı illərdə hakim rejimin tərəfdaşlarına çevrilmişdi! 167 00:20:39,220 --> 00:20:47,080 Lakin buna baxmayaraq, universitetlərin islami məfkurəyə yaxınlaşma prosesi günü-gündən daha da dayanıqlı oldu, gücləndi, dərinləşdi. 168 00:20:47,170 --> 00:20:48,340 İnqilab dövrünə gəlib çatdıq. 169 00:20:48,480 --> 00:20:58,710 Bu hərəkat, əlbəttə ki, konkret ideoloji əsaslara, məfkurəyə malik bir dini müqavimət hərəkatı idi. 170 00:20:59,940 --> 00:21:07,020 O zaman universitetlərdə tələbələr arasında yayılan ideya və fikirlərə misal olaraq, mərhum Mütəhhərinin fikirlərini qeyd etmək olar. 171 00:21:09,140 --> 00:21:16,110 1358-ci ildə qələbə çalan İslam İnqilabı dünyanı lərzəyə gətirdi; 172 00:21:17,110 --> 00:21:19,480 bu, mübaliğəsiz olaraq məhz belədir. 173 00:21:19,710 --> 00:21:25,910 Yəni doğrudan da, İslam dininin bir inqilabla qələbə çalması 174 00:21:26,850 --> 00:21:32,340 və İslama əsaslanan bir hökumət rejiminin qurulması ümumiyyətlə dünyanı – 175 00:21:34,140 --> 00:21:41,110 qərbi, şərqi lərzəyə gətirmişdi. Aydındır ki, bu, universitetlərə də öz təsirini göstərməli idi və göstərdi də. 176 00:21:42,140 --> 00:21:50,020 Universitet ictimaiyyəti içərisində bir çox insanlar – istər müəllimlər, istərsə də tələbələr – 177 00:21:50,080 --> 00:21:55,940 inqilabın ən sadiq və fədakar silahdaşlarından oldu. 178 00:21:56,220 --> 00:22:01,200 Bu da ölkəmizdəki universitetlərin tarixi keçmişinin bir hissəsidir, 179 00:22:01,340 --> 00:22:12,940 həmin etapı heç vaxt yaddan çıxarmamalıyıq. Bu, bizim keçmişimizdir. 180 00:22:14,310 --> 00:22:18,970 Həmin günlərdən artıq 38 il keçir, bu vaxt ərzində biz çoxlu eniş-yoxuşlarla üzləşmişik, 181 00:22:20,370 --> 00:22:24,570 çox işlər görülüb, universitetlərimizin irəlilədiyi də olub, gerilədiyi də. 182 00:22:25,310 --> 00:22:31,450 Müəyyən etapda universitetlərə müxtəlif cərəyanlar hakim kəsilib, 183 00:22:33,200 --> 00:22:36,000 universitetlərin yolu enişli-yoxuşlu olub. 184 00:22:36,800 --> 00:22:43,680 Amma bu təbiidir; yəni dərindən fikirləşəndə, 185 00:22:44,310 --> 00:22:52,710 İslam dininin hakimiyyəti bərqərar olunsa belə, islamçıların öz arasında 186 00:22:52,710 --> 00:22:57,080 müxtəlif siyasi kurs və tendensiyaların yaranması və bunun nəticəsində 187 00:22:58,170 --> 00:23:04,310 universitetlərdə müəyyən təlatümlərin yaşanması heç də gözlənilməyən bir şey deyil. 188 00:23:04,680 --> 00:23:12,400 Əlbəttə, bu dövrdə universitetlərdə müxalif fikirlilərin, hətta marksistlərin də fəallaşdığı vaxtlar olub. 189 00:23:13,420 --> 00:23:21,200 Mən çox kitab oxuduğumdan – əlimə düşən kitabları oturub oxuyuram – 190 00:23:21,770 --> 00:23:28,770 bəzi kitablarda belə faktlara rast gəlmişəm ki, 191 00:23:29,200 --> 00:23:35,540 universitetlərin daxilində marksizm ideyalarını yenidən dirçəltmək istəyənlər olub. 192 00:23:35,540 --> 00:23:38,680 Özü də nə vaxt? Sovetlərin süqutundan sonra; 193 00:23:39,650 --> 00:23:44,280 dünyada marksistlərin, marksist hökumətlərin süqutundan sonra! 194 00:23:44,680 --> 00:23:50,540 Baş tutmayıb, universitetlər bunu qəbul etməyib. 195 00:23:52,540 --> 00:24:02,480 Hər halda, bu 37 ildə universitetlərimiz müxtəlif mərhələlərdən, müxtəlif dövrlərdən keçib 196 00:24:03,570 --> 00:24:06,710 və bu gün gördüyümüz vəziyyətdədir. 197 00:24:07,850 --> 00:24:14,200 Bəs biz nə etməliyik ki, universitetlərimizin bu tarixi keçmişini, 198 00:24:15,770 --> 00:24:21,680 malik olduğu tarixi zəmini, mirası, 199 00:24:23,020 --> 00:24:31,800 gözəl təcrübəni, inqilab dövründə sınaqlardan, 200 00:24:33,480 --> 00:24:40,020 üzləşdiyi problemlərdən üzüağ çıxmasını paralel surətdə nəzərdən keçirərək 201 00:24:40,170 --> 00:24:53,570 bütün bunlardan yeni İslam sivilizasiyasını yaratmaq üçün bəhrələnə bilək? Çünki artıq hədəf budur; 202 00:24:54,680 --> 00:24:59,600 hədəfimiz cəmiyyəti İslamda nəzərdə tutulan 203 00:25:00,200 --> 00:25:09,480 ideal topluma çevirəcək bir islami hakimiyyət qurmaqdır. 204 00:25:09,770 --> 00:25:15,940 Biz artıq bunun arxasıncayıq; biz istəyirik ki, ölkəmiz – hələ ki, ilk növbədə öz ölkəmiz; 205 00:25:16,080 --> 00:25:20,710 hələlik başqa ölkələrdən, qlobal və beynəlxalq məsələlərdən danışmırıq – 206 00:25:22,080 --> 00:25:34,420 İslamda ideal hesab olunan meyarlara çatsın. 207 00:25:34,800 --> 00:25:43,000 Bu meyarlar hər bir düşünən insan üçün təqdirəlayiqdir, arzuolunandır; 208 00:25:43,110 --> 00:25:46,310 yəni oturub düşünən, araşdıran hər kəs 209 00:25:47,650 --> 00:25:52,170 İslam dinində ideal olan o ictimai modeldən həzz alar: 210 00:25:52,680 --> 00:25:58,910 burada həm elm, həm tərəqqi, həm nüfuz, həm qüdrət, 211 00:25:59,540 --> 00:26:11,850 həm dünyadakı təlatümlərə qarşı müqavimət gücü, həm də sərvət var; belə bir mənzərədir. 212 00:26:11,850 --> 00:26:16,340 Biz bunu yeni İslam sivilizasiyası adlandırırıq və ölkəmizin bu məqama yetişməsini istəyirik. 213 00:26:16,600 --> 00:26:20,740 Bəs universitetlər bu prosesdə nə kimi rol oynaya bilər, hansı işləri görməlidir? 214 00:26:24,540 --> 00:26:32,800 Birincisi, universitetlərin bu işdə özünəməxsus rol oynaması vacibdir. İkincisi, sual verdik ki, nə etmək lazımdır? 215 00:26:33,250 --> 00:26:37,820 Həmin ideal mövqeyə çata bilmək üçün biz nə etməliyik? 216 00:26:38,080 --> 00:26:45,600 Əlbəttə ki, bu məsələ mənim bugünkü söhbətimin mövzusundan kənardır. Çünki bu mövzunu bir iclasla, bir çıxışla əhatə etmək mümkün deyil; 217 00:26:46,400 --> 00:26:50,170 geniş araşdırma tələb edir. 218 00:26:52,170 --> 00:26:58,310 Mən ancaq bunu qeyd etmək istəyirəm ki, universitetlərimiz bunun üzərində düşünsün, 219 00:26:59,340 --> 00:27:08,370 ölkənin ali təhsil sisteminin rəsmiləri, universitet rektorları olaraq siz bu məsələ üzərində düşünün, 220 00:27:09,910 --> 00:27:14,310 bu əsaslar üzərində universitetlərin qarşısına vəzifələr qoyun, 221 00:27:14,650 --> 00:27:21,140 fəaliyyət proqramlarını bu əsasda qurun ki, az öncə qeyd etdiyim tarixi keçmişə, 222 00:27:21,140 --> 00:27:24,370 dərin tarixi köklərə malik, 223 00:27:25,020 --> 00:27:28,510 inqilab dövründə üzləşdiyi böyük sınaqlardan 224 00:27:28,600 --> 00:27:37,800 yüksək səviyyədə çıxmış universitetlərimiz yeni İslam sivilizasiyasının, 225 00:27:37,910 --> 00:27:44,740 elə bir toplumun, elə bir İranın formalaşdırılmasında hansı rolu oynaya bilər? Bunun üzərində düşünməlisiniz; 226 00:27:44,740 --> 00:27:48,480 yəni bütün işləri bu məcrada aparmalısınız. 227 00:27:49,110 --> 00:27:53,540 Mən yalnız müəyyən məqamları qeyd edirəm. Əlbəttə, çıxış edən rəsmilərimizin, 228 00:27:54,880 --> 00:27:58,400 xüsusilə də cənab doktor Fərhadinin verdiyi hesabatdan 229 00:27:59,800 --> 00:28:06,680 belə nəticəyə gəlmək olar ki, 230 00:28:07,310 --> 00:28:11,620 bizim istəklərimiz, arzularımız universitetlərdə reallaşıb. 231 00:28:11,910 --> 00:28:17,970 Yaxşı, çox yaxşıdır. Bütün bunlar ciddi səylər göstərildiyindən xəbər verir, intəhası ortada olan nəticələrə baxmaq lazımdır. 232 00:28:19,340 --> 00:28:26,650 Bu hesabat məsələlərində mən tədricən təcrübə toplamışam və bu qənaətə gəlmişəm ki, 233 00:28:28,650 --> 00:28:44,680 reallıqda məlumatlar sırf mənə və ya digər yüksək vəzifəli şəxslərə verilən hesabatlarda olduğu kimi deyil. 234 00:28:45,020 --> 00:28:49,680 Müəyyən kənar məsələlər var ki, hərdən hesabatların məzmununu dəyişir. 235 00:28:51,050 --> 00:28:57,020 Əgər biz əsl reallıqları bilmək istəyiriksə, gedib bilavasitə ortada olan işə baxmalıyıq. 236 00:28:57,880 --> 00:29:04,480 Yəni məsələn, cənab doktor Fərhadi elmi işlər, 237 00:29:04,740 --> 00:29:12,620 araşdırmalar, texnoparklar, dini-mənəvi dəyərlər və sairlə bağlı hesabat verdi. 238 00:29:13,620 --> 00:29:16,170 Amma gedib işlərin gedişi ilə yerində tanış olmaq, 239 00:29:16,340 --> 00:29:24,080 bu arzuların, hesabatlarda əksini tapan məlumatların nə qədər hissəsinin doğrudan da reallaşdığına baxmaq lazımdır. Mühüm olan budur. 240 00:29:27,280 --> 00:29:34,910 Hərdən elə hesabatlarla üzləşirik ki, bu istəklərin bəzisinin reallaşdığı insanda şübhə doğurur. 241 00:29:35,800 --> 00:29:42,280 Bu mühüm məqama fikir vermək lazımdır. Mən daha çox bu məqam üzərində durmaq istəyirəm. 242 00:29:43,400 --> 00:29:47,540 Cənab Fərhadinin, yaxud doktor Haşiminin dedikləri 243 00:29:47,910 --> 00:29:51,540 lazımlı, reallaşmalı olan şeylərdir, 244 00:29:53,310 --> 00:29:57,940 lakin sırf “etmək istəyirik”, “göstəriş vermişik”, yaxud 245 00:29:58,600 --> 00:30:02,080 “filan işlərin görüldyü haqda hesabat verilib” deyilməsi kifayət etmir. 246 00:30:03,740 --> 00:30:08,680 Bu cür hesabatlara sevinib otursaq, bir də göz açıb görəcəyik ki, 247 00:30:08,880 --> 00:30:15,740 arzuladıqlarımız reallıqdan çox-çox uzaqlaşıb. Bunu vurğulamaq istərdim. 248 00:30:15,850 --> 00:30:19,110 Mən söhbətimi iki istiqamətdə davam etdirmək istəyirəm: 249 00:30:19,510 --> 00:30:28,620 bunlardan biri elmlə, elmi inkişaf, həyata keçirilən elmi işlərlə, digəri isə mənəvi-əxlaqi dəyərlər, 250 00:30:28,740 --> 00:30:35,850 başqa sözlə insan sərmayəsinin, kadr potensialının yetişdiriməsi ilə bağlıdır. Bildiyimiz kimi, kadr potensialı çox mühümdür. 251 00:30:37,340 --> 00:30:42,620 Hazırkı görüşdə iştirak edən dostlarımızdan – bu sahənin mütəxəssisi olan insanlardan biri 252 00:30:43,050 --> 00:30:51,280 dünən mənə deyirdi ki, biz hazırlıqlı kadr potensialı baxımındna dünyanın ilk 4-5 ölkəsi sırasındayıq. 253 00:30:53,400 --> 00:30:58,820 Yəni əhalisi 2, bəzən də 3 dəfə bizdən çox olan ölkələrdə 254 00:30:59,280 --> 00:31:05,280 bizdə olduğu qədər təhsilli kadrlar, oxumuş insanlar yoxdur; 255 00:31:05,740 --> 00:31:11,310 o dedi ki, bizdə belə kadrların sayı 30 milyona çatır (ola bilsin ki, ədədlərdə yuxarı-aşağı bir qədər fərq olsun). 256 00:31:12,310 --> 00:31:16,420 Bu, önəmli bir faktdır; çox əhəmiyyətlidir. 257 00:31:17,110 --> 00:31:24,280 Biz bu kadr potensialını necə istiqamətləndirmək fikrindəyik? İstiqamətləndirmə mühüm şərtdir. 258 00:31:25,910 --> 00:31:34,110 Elm inkişaf etdiyinə baxmayaraq, səhv istiqamətlənərsə, bugünkü alimlər, 259 00:31:35,050 --> 00:31:44,680 elmi tədqiqatçılar, elmi inkişaf dünyasında dünən və bu gün gördüklərimiz olacaq. 260 00:31:44,820 --> 00:31:52,080 Baxın, müstəmləkəçilik Asiya, Afrika 261 00:31:52,200 --> 00:32:01,850 və Latın Amerikası ölkələrinin üzərinə çökmüş böyük bir bəla idi; eybəcər bir şey idi. 262 00:32:03,850 --> 00:32:09,050 Onu nə meydana gətirmişdi? Elm. 263 00:32:13,200 --> 00:32:22,570 Avropa ölkələri hansısa ölkələrdən bir-iki gün tez, 264 00:32:23,000 --> 00:32:29,510 misal üçün, avtomat silah əldə etməyə nail olmuşdular deyə, 265 00:32:30,250 --> 00:32:37,420 bunun sayəsində də İngiltərə kimi – məsələn, uzaq bir adada yerləşən bir dövlət – 266 00:32:37,850 --> 00:32:42,910 Hindistan kimi böyük bir ölkədə ağalığı ələ keçirməyə müvəffəq olmuşdu. 267 00:32:43,250 --> 00:32:51,140 Gedin “Dünya tarixi” kitabına bir baxın – Nehrunun kitabdır – görün Hindistanın başına nələr gəlib; 268 00:32:51,540 --> 00:32:55,970 əlbəttə, təkcə o kitab deyil, bu mövzuda bir çox kitablar var. 269 00:32:58,000 --> 00:33:09,650 Götürək elə bu gün Myanma adlanan Birmanı; ora sərvət, var-dövlət mərkəzidir. 270 00:33:10,820 --> 00:33:18,250 Əlində bir tüfəngi və güllə darağı olan bir ingilis 271 00:33:19,050 --> 00:33:25,770 onlarla adamı əsir götürüb qul kimi işlədirdi, nəfəs çəkməyə də cürət etmirdilər. 272 00:33:27,680 --> 00:33:35,600 Orda böyük kauçuk ağacları, cürbəcür qiymətli ağac növləri olub, 273 00:33:36,650 --> 00:33:40,880 bütün bunları talayıb aparıblar; tarixi mənbələrdə var. 274 00:33:40,880 --> 00:33:50,680 Dediyim kimi, təəssüflər olsun ki, kitab oxuyan insanlarımız müasir tarixə çox az diqqət yetirirlər. 275 00:33:51,250 --> 00:33:57,000 Oxuyun görün müstəmləkəçilik ucbatından Hindistanda nələr törədilib, Birmada nələr baş verib, 276 00:33:57,620 --> 00:34:05,600 Afrika, Latın Amerikası regionlarında nələr baş verib, 277 00:34:06,450 --> 00:34:13,650 Əlcəzair, Tunis və sairdə həmin o üzdə yaxşı, 278 00:34:14,200 --> 00:34:21,140 intizamlı, ədəbli görünən Fransanın müstəmləkə ağalığı nələr edib. 279 00:34:21,340 --> 00:34:25,020 Yaxşı bəs bu müstəmləkənin özünü araya-ərsəyə gətirən nə olmuşdu? Elm. 280 00:34:25,910 --> 00:34:28,480 Elmə düzgün istiqamət verilməyəndə dönüb olur müstəmləkəçilik. 281 00:34:30,450 --> 00:34:36,820 Elmin vasitəsilə milyonlarla insanın atasını yandırıblar. 282 00:34:37,910 --> 00:34:45,600 Düzgün istiqamət verilməmiş, əxlaqi-mənəvi məntiqi olmayan elmin axırı budur. 283 00:34:49,280 --> 00:34:54,800 Biz öz elmi sistemimizi idarə etməliyik; 284 00:34:55,020 --> 00:34:59,080 özümüzü idarə etməli, istiqamətləndirməli, diqqətli olmalıyıq ki, 285 00:34:59,220 --> 00:35:05,280 elmimiz o səmtə yönəlməsin. Elm səhv yola düşəndə olur atom bombası. 286 00:35:05,620 --> 00:35:12,800 Hazırda bu yer kürəsini on dəfələrlə yerlə-yeksan – “kunfəyəkun” edə bilərlər. 287 00:35:13,800 --> 00:35:18,970 Yəni Amerika, Rusiya və bəzi digər ölkələrin ixtiyarında olan atom bombaları ilə 288 00:35:18,970 --> 00:35:25,310 Quranda qiyamətdə baş verəcəyi nəql olunan hadisələri 289 00:35:25,880 --> 00:35:29,250 törətmək, reallaşdırmaq olar. 290 00:35:30,110 --> 00:35:37,600 Bu isə bəşəriyyət, sivilizasiya, insanlıq, maddi və mənəvi dünyamız üçün böyük bir təhlükədir. 291 00:35:38,170 --> 00:35:42,170 Bütün bunları törətmək üçün şərait yaradan isə elmdir, elm bəzən bu cür olur. 292 00:35:44,050 --> 00:35:49,740 Odur ki biz öz elmi inkişaf sistemimizə diqqət və ehtiyatla yanaşmalı 293 00:35:50,310 --> 00:35:54,940 və elm üçün yeni bir yol, cığır açmalıyıq. O yol nədən ibarətdir? 294 00:35:55,280 --> 00:36:01,250 O yol elmi inkişafla yanaşı gedən mənəvi-əxlaqi quruculuqdan ibarətdir. 295 00:36:01,910 --> 00:36:05,910 Elə buna görə də mən paralel olaraq bir qədər elmi inkişaf 296 00:36:06,340 --> 00:36:13,020 və bir qədər də əxlaqi məsələlər, insan sərmayəsinin mənəvi-əxlaqi quruculuğu istiqamətində danışmaq istəyirəm. 297 00:36:16,680 --> 00:36:22,220 Elmi inkişafla bağlı məsələlərə gəlincə, mən burda bir neçə məqamı qeyd etmişəm; 298 00:36:22,220 --> 00:36:28,310 əlbəttə ki, bu barədə əvvəllər də danışmışam, bu məqamları dəfələrlə qeyd etmişəm, 299 00:36:28,450 --> 00:36:32,340 səhv etmirəmsə, çıxış edən cənablar da toxundular, amma mən yenə də onların altını cızmaq istərdim. 300 00:36:32,880 --> 00:36:37,850 Çünki bunların qeyd edilməsinə və reallaşmasına ehtiyac olduğunu hiss edirəm. 301 00:36:38,340 --> 00:36:47,420 Bunlardan biri xeyirli elm məsələsidir. 302 00:36:47,940 --> 00:36:53,020 Biz elmin elə sahələrinin dalınca getməliyik ki, 303 00:36:53,370 --> 00:37:00,570 ölkəmiz üçün xeyirli, lazımlı olsun; özü də təkcə bu günü üçün yox, bəlkə 10 il, 20 il sonrası üçün. 304 00:37:01,650 --> 00:37:05,480 Ola bilsin, 20 il sonra bizim elə bir ehtiyacımız olacaq ki, 305 00:37:06,020 --> 00:37:10,050 həmin sahədə elmi araşdırmalara bu gündən başlamaq lazımdır. 306 00:37:10,710 --> 00:37:15,050 Bu gün tədqiqatlara başlamasaq, bu gün özümüzü hazırlamasaq, 307 00:37:15,400 --> 00:37:18,570 lazım olanda əliboş qalacağıq. 308 00:37:19,000 --> 00:37:25,140 Bu günün və gələcəyin ehtiyacları bu şəkildə dəyərləndirilməlidir. 309 00:37:26,020 --> 00:37:33,820 Universitetə qəbul olunarkən, hər hansı bir elm sahəsini öyrənərkən, mənimsəyərkən 310 00:37:34,340 --> 00:37:37,800 onun nə qədər xeyirli olduğunu, ölkənin o elmə olan ehtiyacını nəzərə almalıyıq. 311 00:37:38,340 --> 00:37:46,650 Mənə məlumat verirlər ki, o haqqında danışılan elmi məqalələrin əksəriyyəti – 312 00:37:47,480 --> 00:37:56,280 sayları da kifayət qədər çoxdur – ölkənin heç bir işinə yaramır. 313 00:37:56,620 --> 00:38:02,740 Yəni məqalə müəllifləri hansısa araşdırma işi aparıb, amma bunun ölkəyə heç bir xeyri yoxdur; 314 00:38:03,570 --> 00:38:06,080 ya heç kəsə xeyri yoxdur, 315 00:38:06,370 --> 00:38:13,340 ya da ancaq o məqaləni bu və ya digər şəkildə sifariş vermiş hansısa xarici şirkətə xeyri var. 316 00:38:14,020 --> 00:38:17,970 Ola bilsin, heç məqalə müəllifinin özü də yazdığı məqalənin sifarişçisinin kim olduğunu bilmir! 317 00:38:18,740 --> 00:38:22,200 O şirkətin xeyrinədir. Bunun heç bir faydası yoxdur. 318 00:38:23,710 --> 00:38:31,140 Hətta doktorluq işləri – mənə çatan məlumatlara görə; mən israrla demək istəmirəm ki, 319 00:38:31,800 --> 00:38:39,620 məhz elə bu cürdür – mənə məlumat veriblər ki, ən nikbin yanaşma ilə, 320 00:38:39,850 --> 00:38:46,510 doktorluq işlərinin cəmi 10 faizi ölkədəki problemlərin həlli üçün yararlıdır. 321 00:38:47,370 --> 00:38:52,850 Axı doktorluq işləri dəyərli bir ehtiyatdır, xəzinədir; 322 00:38:53,340 --> 00:38:58,340 tələbələrin yazdığı buraxılış işləri, doğrudan da, ölkə üçün zəngin bir xəzinə, ehtiyat olmalıdır. 323 00:39:00,080 --> 00:39:06,740 Bu işlər hansı mövzuda olmalıdır ki, ölkə üçün faydalı olsun? Birinci məsələ budur. 324 00:39:07,880 --> 00:39:12,140 Faydalı elm məsələsi rəvayətlərimizdə də vurğulanıb. 325 00:39:14,050 --> 00:39:21,510 Müəllimlər özləri də ramazan ayında keçirdiyimiz görüşlərdə – 326 00:39:21,970 --> 00:39:27,850 bir qayda olaraq, hər il universitet müəllimlərimizlə görüşümüz olur, 327 00:39:27,850 --> 00:39:30,050 gəlirlər, çıxışlar edirlər – 328 00:39:30,340 --> 00:39:33,850 bəzi tədqiqat işlərinin 329 00:39:34,370 --> 00:39:40,310 ölkəyə heç bir xeyri olmadığı barədə xəbərdarlıq edirdilər; yadımdadır, bir neçəsi bu məsələyə toxunmuşdu. 330 00:39:40,420 --> 00:39:42,020 Mən də bunu dəfələrlə demişəm. 331 00:39:42,680 --> 00:39:49,940 Demək, birinci məsələ budur ki, elm həm ölkənin bugünkü, 332 00:39:51,280 --> 00:39:58,820 həm də gələcək ehtiyaclarını təmin etməlidir. Həmin o gələcək ehtiyaclar barədə ehtimallar irəli sürün, hesablama aparın, görün sabah ölkəyə nə lazım ola bilər. 333 00:40:00,450 --> 00:40:05,420 Bir neçə il – 3, 4, 5 il bundan əvvəl 334 00:40:05,510 --> 00:40:08,570 nüvə enerjisi barədə söz düşəndə bəziləri deyirdilər: 335 00:40:08,970 --> 00:40:12,280 “Bizim ki bu qədər neftimiz var, nəyimizə lazımdır?” Təsadüfə baxın ki, bunu amerikalılar da demişdilər! 336 00:40:12,620 --> 00:40:18,450 Amerikalılar da deyirdilər ki, “İranın bu qədər nefti var, nüvə enerjisini nə edir?” 337 00:40:19,910 --> 00:40:26,650 Mən dedim ki, yaxşı, bu gün biz nüvə enerjisi sahəsində əlimizi ağdan-qaraya vurmayaq, 338 00:40:26,880 --> 00:40:34,280 bəs sabah neftimiz qurtaranda gedib nüvə enerjisini ondan-bundan dilənəcəyik? 339 00:40:34,680 --> 00:40:42,220 Elədir də! Onlarda olsa, bizdə olmasa, o şeyə ehtiyacımız olsa, atamızı yandırarlar. 340 00:40:42,710 --> 00:40:45,450 Gördünüz o 20 faizə görə nələr etdilər? 341 00:40:48,020 --> 00:40:54,740 Bizə Tehran reaktoru üçün – radio-dərman preparatları istehsal edən 342 00:40:55,880 --> 00:41:02,540 o kiçik reaktor üçün – 20 faiz zənginləşdirilmiş uran lazım idi – 343 00:41:02,740 --> 00:41:06,620 qurtarırdı, demişdilər ki, bir neçə aya bitəcək – 344 00:41:08,420 --> 00:41:13,570 qərblilər elə özlərini çəkdilər, bir cildə düşdülər, elə şərtlər qoydular ki! 345 00:41:14,450 --> 00:41:19,480 Doğrudan da, alçaldıcı idi. 346 00:41:20,080 --> 00:41:25,510 Məncə, 89-90-cı illər idi. 347 00:41:26,620 --> 00:41:28,940 Əlbəttə ki, axırı bizim xeyrimizə qurtardı; 348 00:41:29,140 --> 00:41:37,080 yəni gənclərimiz onların 20 faiz zənginləşdirilmiş uranı bizə pulla satmaq üçün – satacaqdılar, pulunu alacaqdılar – 349 00:41:37,850 --> 00:41:41,740 o cür naz etdiklərini, bizə o cür əziyyət verdiklərini görəndə 350 00:41:42,020 --> 00:41:44,710 bunu özləri istehsal etmək fikrinə düşdülər. 351 00:41:44,910 --> 00:41:52,000 Getdilər zəhmət çəkdilər, özlərini öldürdülər, 20 faiz zənginləşdirilmiş uranı özləri istehsal etdilər. 352 00:41:55,000 --> 00:41:57,200 Əsas əziyyəti də 20 faizə qədərdir; 353 00:41:57,420 --> 00:42:05,910 yəni uranın zənginləşdirilməsində xam uranın 20 faizə qədər zənginləşdirilməsinə qədər çətin, üzüyoxuşa gedən bir yoldur. 354 00:42:06,050 --> 00:42:09,650 20 faizdən 99 faizə qədər isə, elə bil ki, dümdüz yolla gedirsən. 355 00:42:10,080 --> 00:42:12,600 Yəni 20 faizə çatandan sonra 356 00:42:13,820 --> 00:42:18,020 50, 80, 90 faizə çatmaq asandır. 357 00:42:18,220 --> 00:42:22,400 Onlar da elə buna görə əl-ayağa düşdülər. Gözləri götürmürdü; 358 00:42:22,620 --> 00:42:26,940 istəyirdilər özləri bizə pulla satsınlar ki, biz istehsal etmək fikrinə düşməyək. 359 00:42:27,970 --> 00:42:33,770 O vaxt mən demişdim ki, əgər bizdə olan bu neft onlarda olsaydı, 360 00:42:33,850 --> 00:42:38,000 bizim neftə ehtiyacımız olsaydı, nefti bizə butulka-butulka satardılar. 361 00:42:39,200 --> 00:42:44,740 Bizsə barellərlə, tonlarla satırıq; tonu filan qədərə, tonu filan qiymətə. 362 00:42:45,250 --> 00:42:47,450 Əgər bizə lazım olan bir şey olsaydı, 363 00:42:47,450 --> 00:42:54,110 onlar bu qara nefti də bizə butulka-butulka satardılar; elədir. 364 00:42:54,800 --> 00:43:01,310 Bəs yaxşı, bir gün bizim neftimiz olmayanda, yaxud neftin satışında bir problem yarananda nüvə enerjisinə ehtiyacımız olsa – 365 00:43:02,510 --> 00:43:06,480 tutalım, məsələn, neftin qiyməti o qədər ucuzlaşıb ki, 366 00:43:07,080 --> 00:43:15,910 heç hasilat xərcinə, hasilat üçün çəkilən zəhmətə dəymir; elə hazırda da belə bir vəziyyət yaranıb; özünüz görürsünüz ki, necə asanlıqla ucuzlaşır – 367 00:43:16,170 --> 00:43:19,280 onda nə etməliyik? Neftdən gözümüzü çəkməliyik. 368 00:43:20,000 --> 00:43:25,450 Belə bir gündə nüvə enerjisinə ehtiyacımız olacaq. Haradan gətirməliyik? Kim bizə verməlidir? 369 00:43:25,940 --> 00:43:33,170 10 il, 5 il, 15 il sonra belə bir vəziyyət yarana bilər. Bu barədə indidən fikirləşmək lazımdır. 370 00:43:36,110 --> 00:43:42,050 Bu cür şeylərə daim diqqət yetirilməlidir, yəni bu günün və gələcəyin ehtiyacları dəyərləndirilməlidir; 371 00:43:42,650 --> 00:43:49,570 onda olar faydalı elm; bu ehtiyacların aradan qaldırılması üçün faydalı ola biləcək elm. 372 00:43:50,910 --> 00:43:53,680 Mənim qeyd etməyi lazım bildiyim məqamlardan biri bu idi. 373 00:43:53,910 --> 00:43:56,170 Digər bir məqam inkişaf tempi məsələsidir. 374 00:43:56,740 --> 00:44:03,600 Qeyd olundu ki, aparıcı elmi mərkəzlər bu gün elmi inkişafına görə İranın dünya üzrə 19-cu, 17-ci yerdə olduğunu deyirlər. 375 00:44:03,820 --> 00:44:12,310 Bu, doğrudur, biz elm sahəsində irəli getməkdəyik. 376 00:44:12,420 --> 00:44:18,200 Bundan çox da qürur duyuruq, biri bu faktı inkar edəndə kefimiz pozulur. 377 00:44:18,620 --> 00:44:23,770 Bu yerdə haşiyəyə çıxıb bir şey deyim: 378 00:44:24,600 --> 00:44:28,340 təəssüf ki, bəzi universitet müəllimləri özləri gedib tələbələr qarşısında 379 00:44:28,650 --> 00:44:33,540 belə fikirlər söylərirlər ki, guya haqqında danışılan elmi nailiyyətlər yalandır! 380 00:44:33,940 --> 00:44:35,770 Yalan olan nədir? 381 00:44:37,620 --> 00:44:47,940 İsrailin elmi tədqiqatlar mərkəzi İranın elmi inkişafından narahatlıq ifadə edir, 382 00:44:48,140 --> 00:44:50,910 bu xəbər bütün dünyaya da yayılıb; daha bunu ki biz demirik, 383 00:44:51,570 --> 00:44:58,200 sizin inandığınız İsrail rejmi deyir, heç olmasa onun sözünə inanın. 384 00:44:59,600 --> 00:45:04,600 Gedib auditoriyalarda deyirlər ki, “yox, bu deyilən elmi nailiyyətlər həqiqətə uyğun deyil”. Xeyr, 385 00:45:04,680 --> 00:45:09,970 elmi inkişaf, nailiyyətlər, heç şübhəsiz, var, sürət tempi də yaxşıdır, 386 00:45:09,970 --> 00:45:16,340 intəhası bugünkü elmi inkişaf səviyyəmizə baxmayaraq, biz yenə də geriyik! 387 00:45:17,220 --> 00:45:23,570 Özümüz bunu daim yadda saxlamalıyıq; biz çox geriyik! 388 00:45:24,310 --> 00:45:31,080 Bizi illərlə qəsdən geri saxlayıblar. 389 00:45:32,710 --> 00:45:43,800 Bax bu gün Amerikada olan yeni texnologiyaların istehsalına 130-140 ildir ki start verilib; 390 00:45:45,080 --> 00:45:55,600 1860-cı ildən başlayaraq 64-65-ci illərə qədər davam etmiş vətəndaş müharibələri başa çatandan sonra. 391 00:45:55,600 --> 00:46:00,340 O vaxta qədər amerikalılar hər şeyi Avropadan gətiriblər, 392 00:46:01,770 --> 00:46:08,140 o zamandan etibarən isə öz ayaqları üstündə durmağa, yeni texnologiyaların istehsalına başlayıblar. 393 00:46:08,280 --> 00:46:14,940 Deməli, 150 il bizdən irəlidirlər; 130-140 il bizdən qabaqdadırlar! 394 00:46:16,200 --> 00:46:24,250 Elm də belədir ki, bir addım irəli atanda, ikinci addımın daha da sürətlənir. 395 00:46:24,510 --> 00:46:34,800 Mən dəfələrlə misal çəkmişəm, demişəm: elə bilin ki, iki nəfər birlikdə yol gedirsiniz, o biri təsadüfən bir velosiped tapır; 396 00:46:35,540 --> 00:46:39,540 təbii ki, irəli keçib sizi müəyyən qədər geridə qoyacaq. 397 00:46:40,420 --> 00:46:49,680 Daha sonra o, həmin velosipedlə gedib bir maşına, siz isə gəlib velosipedə çatırsınız. 398 00:46:50,650 --> 00:46:54,170 Siz velosipedə çatanda o artıq maşına minmiş olur, 399 00:46:54,170 --> 00:46:56,820 maşınınsa sürəti velosipeddən ikiqat artıqdır. 400 00:46:57,650 --> 00:47:02,280 Bu minvalla o, hər dəfə sizdən qabağa düşür, sürətini günbəgün ardıcıl olaraq artırır 401 00:47:02,480 --> 00:47:06,680 və aranızdakı məsafə də günü-gündən çoxalır. Bizim də aramızda bu məsafə var. 402 00:47:06,680 --> 00:47:11,450 Biz elmi inkişafın sürət tempinə həddən artıq əhəmiyyət verməliyik. 403 00:47:12,680 --> 00:47:17,910 Dünya ictimaiyyətinin diqqətini bizə cəlb edən də elə bu olmuşdu; 404 00:47:18,540 --> 00:47:24,170 demişdilər ki, İslam Respublikasının elmdə sürəti – yəni elmi inkişaf tempi – 405 00:47:24,170 --> 00:47:30,940 dünya üzrə orta göstəricidən 13 dəfə çoxdur. 13 dəfə! Həqiqətən də, belə idi; 406 00:47:31,510 --> 00:47:36,480 düzdür, indi nə qədər olduğunu bilmirəm, 3-4 il əvvəl belə idi. 407 00:47:37,710 --> 00:47:43,740 Bunu deyən beynəlxalq mərkəzlər idi, biz deyildik. 408 00:47:45,140 --> 00:47:47,400 Bu sürət tempini qoruyub saxlamalıyıq. 409 00:47:47,570 --> 00:47:53,940 Əgər ölkəmizdə elmin inkşafı yavaşısa, bu sürət azalsa, məlum deyil nə olar; 410 00:47:54,340 --> 00:47:59,170 geri qalarıq. Odur ki elmi inkişafın sürət tempi də çox əhəmiyyətli bir məsələdir. 411 00:47:59,880 --> 00:48:05,880 Digər bir mühüm məsələ elmi tədqiqatlardır; elmi tədqiqatlar, elmi araşdırmalar çox əhəmiyyətlidir. 412 00:48:05,880 --> 00:48:12,170 Əlbəttə ki, bizim elmi tədqiqat mərkəzlərimiz var, yaxşı da işləyirlər, amma universitetlər özləri elmi araşdırmalara önəm verməlidir. 413 00:48:13,910 --> 00:48:24,480 Öz nəzdində elmi tədqiqat institutları, araşdırma mərkəzləri yaratmalı, özləri elmi tədqiqatların mehvəri olmalıdır. 414 00:48:24,480 --> 00:48:29,080 Eybi yoxdur, qoy kənarda da tədqiqat institutları, araşdırma mərkəzləri olsun, 415 00:48:29,620 --> 00:48:35,080 amma universitetlər özləri də elmi araşdırmalara əsas mehvər kimi ciddi önəm versin. 416 00:48:35,600 --> 00:48:40,140 Mühüm məqamlardan biri də budur. Kompleks elmi plan da önəmli mövzulardan biridir. 417 00:48:40,370 --> 00:48:44,650 Düzdür, bir çox eniş-yoxuşlardan sonra kompleks elmi plan təsdiq olunub, 418 00:48:45,110 --> 00:48:48,740 ictimaiyyətə açıqlanıb və icrasına start verilib, 419 00:48:48,740 --> 00:48:56,110 amma biz bu sənədi ən əsas detalları ilə həyata keçirməliyik. 420 00:48:56,940 --> 00:49:02,340 Bu elə bir şeydir ki, işlərin gedişini yerində, praktikada izləməsən, 421 00:49:02,540 --> 00:49:06,340 kompleks elmi planın nə dərəcədə icra olunduğunu bilə bilməzsən. 422 00:49:07,600 --> 00:49:10,170 Hansı ixtisas sahələri prioritet təşkil edir? 423 00:49:11,220 --> 00:49:17,480 Prioritet olan ixtisas sahələrində nə qədər tələbə lazımdır? 424 00:49:17,650 --> 00:49:19,820 və prioritet olmayan ixtisas sahələrində nə qədər tələbə lazımdır? 425 00:49:19,940 --> 00:49:22,770 Kompleks elmi plan bütün bunları bizim üçün müəyyənləşdirməlidir. 426 00:49:24,770 --> 00:49:36,340 Ölkənin ayrı-ayrı regionlarında hansı ixtisaslara ehtiyac olduğu müəyyən edilməlidir. 427 00:49:36,510 --> 00:49:41,650 Təbii ki, bunun üçün Elmlər Nazirliyi ölkədə ərazi üzrə planlama aparmalıdır. 428 00:49:42,200 --> 00:49:47,400 Elmlər Nazirliyinin qarşısında ölkənin regionlar üzrə planı olmalıdır ki, 429 00:49:47,940 --> 00:49:53,540 harada hansı universitetin nəyə ehtiyacı olduğunu bilsin. 430 00:49:54,000 --> 00:49:57,170 Burada məruzə ilə çıxış edən dostlarımız, möhtərəm nazirlərimiz 431 00:49:57,450 --> 00:50:03,820 ayrı-ayrı bölgələr üzrə təyinatla universitetlərin qarşısına müəyyən vəzifələr qoyulmasından danışdılar. Bu, çox yaxşı bir fikirdir. 432 00:50:04,620 --> 00:50:09,250 Mən təkid edirəm ki, bunu, mütləq, həyata keçirəsiniz; intəhası bu işin reallaşdırılması üçün ön hazırlıqlara ehtiyac var. 433 00:50:09,800 --> 00:50:13,570 Amma bu və ya digər universitetə hansısa uzaq və ya yaxın rayona, 434 00:50:13,770 --> 00:50:17,680 yaxud hansısa ostan mərkəzinə necə təyinat vermək olar? 435 00:50:18,140 --> 00:50:23,620 Bu kimi məsələlərin detallarını bizə kompleks elmi plan açıqlamalıdır. 436 00:50:24,420 --> 00:50:33,880 Bir məsələyə də toxunaq: ali təhsilin keyfiyyəti. 437 00:50:34,740 --> 00:50:42,420 Bizim kəmiyyət baxımından nailiyyətlərimiz çox olub, amma keyfiyyət baxımından nöqsanlar var. 438 00:50:44,340 --> 00:50:47,970 Konkret keyfiyyət meyarı müəyyən edilməlidir. 439 00:50:48,820 --> 00:50:55,480 Əlbəttə ki, dünya üzrə keyfiyyət meyarları var, amma onlar bizim ehtiyaclarımızla yüzdə-yüz üst-üstə düşmür. 440 00:50:56,050 --> 00:50:57,800 Bəzi meyarları yaxşıdır, 441 00:50:58,450 --> 00:51:04,250 bəziləri isə bizim ehtiyaclarımıza, yaxud ölkəmizdəki reallıqlara uyğun deyil. 442 00:51:04,250 --> 00:51:11,740 Elmlər Nazirliyinin rəsmiləri özləri oturub ali təhilsin keyfiyyətinin yüksəldilməsi üçün meyarlar müəyyən etməlidirlər. 443 00:51:12,310 --> 00:51:17,540 Növbəti bir məsələ – mən bütün bu məqamlara qısaca da olsa toxunmağa məcburam – 444 00:51:17,540 --> 00:51:20,510 ali təhsilini başa vuran məzunların məşğulluğu. 445 00:51:21,080 --> 00:51:28,680 Məzunları işlə təmin etməyin yollarından biri universitetlərlə sənaye müəssisələri arasında əlaqə qurulmasıdır. 446 00:51:29,480 --> 00:51:35,080 Universitetlərlə sənaye müəssisələri sıx əlaqədə olmalıdır. Bu həm sənaye, həm də universitetlər üçün yaxşıdır. 447 00:51:35,420 --> 00:51:40,000 Universitetlərin özündə də həm rəhbərlik, həm də tələbələr üçün yaxşıdır. 448 00:51:41,570 --> 00:51:44,050 Ölkəmizdə bu hələ reallaşdırılmayıb. 449 00:51:44,050 --> 00:51:48,970 Görülən işlər haqda mənim məlumatım var, cənab Dr. Fərhadi də bəzilərini dedi. 450 00:51:49,200 --> 00:51:56,370 Misal üçün, müdafiə sahəsində – mən bu sahə ilə birbaşa əlaqədə olduğuma görə xəbərim var – 451 00:51:56,570 --> 00:52:01,450 müdafiə məsələləri ilə bağlı müxtəlif universitetlərlə çox yaxşı əməkdaşlıq mövcuddur, 452 00:52:01,450 --> 00:52:07,620 müqavilələr imzalayıblar, yaxşı işlər həyata keçirirlər, amma bunlar kifayət deyil. 453 00:52:08,570 --> 00:52:14,140 Mən görməmişəm, eşitmişəm ki, inkişaf etmiş ölkələrdə 454 00:52:14,400 --> 00:52:22,220 tələbələrin diplom müdafiəsində sənaye müəssisələrinin sahibləri gəlib iştirak edir, müdafiəni dinləyir. 455 00:52:22,420 --> 00:52:27,600 Elə müdafiə etdiyi gün tələbə ilə müqavilə imzalayırlar; 456 00:52:28,170 --> 00:52:36,770 yəni əmək fəaliyyətinə başlamağa hazır olan universitet məzunlarını bu cür qapıb aparırlar. 457 00:52:37,280 --> 00:52:40,140 Bizdə də sənaye sektoru buna diqqət yetirməlidir. 458 00:52:40,220 --> 00:52:45,450 Bunun üçün isə işləmək lazımdır; nazirlərimiz bu istiqamətdə iş görməlidir. 459 00:52:45,600 --> 00:52:51,000 Oturub düşünsünlər, sənaye və istehsalatın, dövlət və özəl sektorların rəsmiləri ilə 460 00:52:51,570 --> 00:52:58,050 elə bir iş ortaya çıxarsınlar ki, ölkənin universitetləri ilə sənaye müəssisələri arasında, doğrudan da, sözün həqiqi mənasında, 461 00:52:59,080 --> 00:53:03,450 kompleks surətdə bir əməkdaşlıq olsun. Təkcə sənaye də deyil; 462 00:53:03,680 --> 00:53:10,450 dövlət və özəl sektorun cürbəcür menecment sahələri universitetlərin elmi araşdırmalarına ehtiyac duyur. 463 00:53:10,650 --> 00:53:16,480 Bu iş hər yerdə görülməlidir. Bu da əhəmiyyətli məsələlərdən biridir. 464 00:53:16,620 --> 00:53:21,370 Digər bir mühüm məsələ müqavimət iqtisadiyyatının reallaşdırılmasında rol oynamaqdır. 465 00:53:22,110 --> 00:53:27,080 Müqavimət iqtisadiyyatı isə elmi biliklərə əsaslanan iqtisadiyyat üzərində qurulmalıdır. 466 00:53:27,450 --> 00:53:34,050 Əlbəttə, bu barədə də mən də çox danışmışam, dostlarımız da müəyyən məsələləri vurğulayıblar, 467 00:53:34,200 --> 00:53:40,940 başqaları da fikir söyləyib, lakin reallıqda görülməli olan işlər hələ görülməyib, 468 00:53:41,340 --> 00:53:46,510 mən bunu sizə əminliklə deyə bilərəm; 469 00:53:46,620 --> 00:53:52,420 dövlət rəsmilərinin müqavimət iqtisadiyyatının icrası proqramları ilə bağlı hesabatlarını elə təzəlikcə almışam, cəmi bir neçə gündür! 470 00:53:53,250 --> 00:53:59,710 Yəni müqavimət iqtisadiyyatı sahəsində faktiki olaraq həyata keçirilməli olan işlərdən hələ uzağıq. 471 00:54:00,200 --> 00:54:03,770 Siz də universitetlərdə bu işdə özünüzəməxsus rol oynamağa çalışın; 472 00:54:04,000 --> 00:54:10,650 yəni sözün həqiqi mənasında, öhdənizə düşən vəzifə payını özünüz üçün müəyyənləşdirin və onu sözün həqiqi mənasında yerinə yetirməyə çalışın. 473 00:54:10,910 --> 00:54:14,940 Bu dediklərim elmlə bağlı məsələlər idi. Əlbəttə, cürbəcür başqa məsələlər də var, 474 00:54:14,940 --> 00:54:21,400 bu şeyləri mən də dəfələrlə qeyd etmişəm, siz özünüz də bilirsiniz, amma yenə də təkrar etməyimiz yaxşıdır. 475 00:54:21,970 --> 00:54:25,020 İkinci bir məsələ isə universitetlərdə aparılan mədəni işlərdir. 476 00:54:25,280 --> 00:54:35,400 Bəziləri universitetlərdə aparılmalı olan mədəni işləri cürbəcür konsertlər, ekskursiyalar təşkil etməklə səhv salıblar; 477 00:54:36,420 --> 00:54:40,170 elə bilirlər, mədəni iş budur. Deyirlər, tələbələr yüksək əhval-ruhiyyədə olmalıdır! 478 00:54:44,680 --> 00:54:53,480 Yüksək əhval-ruhiyyə hər bir mühit üçün yaxşı bir şeydir, amma baxır necə? Nəyin bahasına? 479 00:54:55,480 --> 00:55:03,540 O oğlanlı-qızlı qarışıq ekskursiyalardan biz çox yararlanmışıq, ya qərblilər? 480 00:55:05,250 --> 00:55:12,400 Vaxt var idi, bizə deyirdilər ki, Avropada – o vaxt Avropanı önə çəkirdilər – 481 00:55:12,740 --> 00:55:16,940 hicab yoxdur, qadın kişi qarışıqdır, 482 00:55:17,570 --> 00:55:22,000 ona görə də orada, təbii ki, insanlar öz cinsi hisslərini, istəklərini kontrol edə bilirlər. 483 00:55:22,200 --> 00:55:24,420 Yaxşı, indi baxın görün belədirmi? 484 00:55:26,910 --> 00:55:30,370 Cinsi istəklər kontrol olunur, yoxsa təhrik olunur? 485 00:55:31,110 --> 00:55:38,450 Bu gün Amerika və Avropada cinsi zəmində o qədər cinayətlər baş verir; 486 00:55:40,080 --> 00:55:47,850 daha əks cinslə də kifayətlənmirlər! Hələ bundan da betər olacaq. 487 00:55:48,940 --> 00:55:54,510 İslam dini insanı tanıdığına görə hicabı əmr edib, 488 00:55:55,680 --> 00:55:59,170 naməhrəm kişilərlə qadınların bir-birinə qarışmasını qadağan edib. 489 00:56:00,250 --> 00:56:05,510 İslam bizi tanıyır; insan Allah-taalaya aiddir, O, bizim yaradanımızdır. 490 00:56:07,140 --> 00:56:14,140 Qızlı-oğlanlı qarışıq ekskursiyalar nədir? Dağlara ekskursiya, birlikdə düşərgədə qalmaq; hətta bəzən ölkədən xaricdə! 491 00:56:15,020 --> 00:56:21,110 Yox, mədəni işlərin mahiyyəti bambaşqadır, mədəni işlər tam başqa bir şeydir. 492 00:56:22,000 --> 00:56:25,910 Universitetlərdə mədəniyyət məsələlərinə cavabdeh olan rəsmilər nə etdiklərinə diqqət yetirsinlər. 493 00:56:26,910 --> 00:56:36,110 Universitetlərdə aparılan mədəni işlər elə olmalıdır ki, mömin, gözəl əxlaqlı, 494 00:56:37,820 --> 00:56:43,710 inqilabi ideyaların daşıyıcısı olan insanlar yetişdirilsin. Mədəni işlər bu tələbləri təmin etməlidir. 495 00:56:45,050 --> 00:56:52,250 Mədəni işlər tam olaraq odur ki, gənclərimizin inqilabçı kimi yetişməsinə səbəb olsun. 496 00:56:52,510 --> 00:56:57,820 Bu ölkədə bir inqilab olub, o inqilaba sadiq qalmaq lazımdır; 497 00:56:57,970 --> 00:57:06,250 biz bu inqilabın əsas ideyalarını öz həyat prinsiplərimizə çevirməliyik ki, irəli gedə bilək. 498 00:57:07,420 --> 00:57:16,110 Universitetlərdə aparılan mədəni işlər gənclərimizi ideallara sadiq, ölkəsini sevən – öz ölkələrini həqiqətən də sevsinlər – dövlətini sevən, 499 00:57:18,020 --> 00:57:22,400 dini və siyasi cəhətdən uzaqgörən ruhda yetişdirməlidir. 500 00:57:23,480 --> 00:57:31,540 Gənclərimizin dini və siyasi yanaşması dərin olmalıdır ki, 501 00:57:32,510 --> 00:57:36,000 hər xırda şübhəyə görə büdrəməsinlər, 502 00:57:37,170 --> 00:57:40,400 yaxud siyasi məsələlərdə çaşmasınlar. 503 00:57:41,480 --> 00:57:49,740 1388-ci ildə baş vermiş olaylar zamanı çoxlarının ayağı büdrədi; 504 00:57:49,970 --> 00:57:55,510 pis adamlar deyildilər, amma gözüaçıq olmadıqlarına görə büdrədilər. 505 00:57:56,570 --> 00:58:03,800 Bax, görürsünüz ki, biri deyir: “Seçki bəhanədir, hökumət formaldır”, nə edəcəksiniz? 506 00:58:04,480 --> 00:58:14,340 Bu hökumətin legitimliyinə inanan, bu dövlət, onun müdafiəsi üçün canından belə keçməyə hazır olan siz 507 00:58:14,650 --> 00:58:21,910 bir qrup şəxsin bu kimi şüarlar səsləndirdiyini görəndə nə etməlisiniz? Bu, gözüaçıq olmamaqdan irəli gəlir, 508 00:58:22,570 --> 00:58:28,110 lazım olan anda öhdəsinə düşən vəzifəni dərk etməməkdən irəli gəlir. 509 00:58:30,620 --> 00:58:39,420 Özünəinamlı, stimullu, ümid və optimizm dolu insanlar yetişdirmək lazımdır. 510 00:58:40,620 --> 00:58:46,110 Yaxşı deyiblər ki, ruhdan düşmək insan üçün ən böyük zərərdir. 511 00:58:47,020 --> 00:58:50,310 Gənclərimiz ruhdan düşməməli, ölkənin gələcəyinə optimist baxmalıdır. 512 00:58:50,480 --> 00:58:55,680 Elə ümid etməyin yeri də var, məyus olmağın yeri yoxdur. Bu qədər imkan və potensialımız var! 513 00:58:56,140 --> 00:59:03,480 O gün mən hökumət nümayəndələri ilə görüşdə də dedim – 1-2 ay bundan əvvəl – yoldaşlar da hamısı təsdiqlədilər; 514 00:59:03,710 --> 00:59:09,600 dedim, o ki deyirlər, tutalım, filan Avropa ölkəsinin inkişafı 515 00:59:11,280 --> 00:59:17,450 1.5 və ya 1 faizdir – yeri gəlsə, bu heç heyrətamiz bir göstərici də deyil – 516 00:59:17,740 --> 00:59:22,000 biz isə 8, 9 faizlik inkişaf gözləyirik, 517 00:59:22,310 --> 00:59:28,600 bu ona görədir ki, onlar bütün imkan və resurslarından artıq istifadə ediblər, istifadəsiz qalan resursları yoxdur, 518 00:59:29,170 --> 00:59:34,170 bizim resurslarımız isə istifadəsiz yatıb qalıb; biz 10 faizlik inkişafa da nail ola bilərik. 519 00:59:34,420 --> 00:59:38,680 Bu resurslar doldurulmalıdır; bu resurslardan istifadə olunmalıdır. 520 00:59:39,170 --> 00:59:45,020 Yaxşı, bu qədər imkan və potensialı olan bir ölkədə optimist olmağın, gələcəyə ümidlə baxmağın yeri yoxdurmu? 521 00:59:45,850 --> 00:59:50,570 Ölkənin reallıqlarını düzgün dərk edən insanlar yetişdirmək lazımdır; ölkənin hazırda nə durumda olduğunu bilən insanlar. 522 00:59:50,910 --> 00:59:55,970 Bütün dünya – dostlarımız bir cür, düşmənlərimiz bir cür – deyir ki, 523 00:59:57,000 --> 01:00:01,140 İslam Respublikası güclü ölkədir, 524 01:00:01,570 --> 01:00:07,770 bu cənablar isə ölkənin daxilində gedib orda-burda çıxış edirlər, deyirlər ki, “biz heç kimik, biz heç nəyik, 525 01:00:08,080 --> 01:00:16,170 biz təcrid ounmuşuq!” Yetərsizlik kompleksi yaşayırlar; yaxşı, çatışmazlığı xalqda niyə görürlər, özlərində görsünlər də! 526 01:00:16,170 --> 01:00:19,710 İslam Respublikası quruluşunu və ölkəni niyə yetərsiz görürlər? 527 01:00:20,200 --> 01:00:26,220 Bu yetərsizlik kompleksi, özünü həqir, alçaq görmək çox təhlükəli bir şeydir. 528 01:00:28,280 --> 01:00:32,170 Bütün dünya sənin ölkənin dəyərli, güclü bir ölkə olduğunu deyə, 529 01:00:33,020 --> 01:00:37,110 gileylənə, narahatlıq keçirə ki, İran nüfuz qazanıb, hər yeri tutub, 530 01:00:37,510 --> 01:00:41,600 sən ölkənin içində hansısa qəzetdə, etdiyin çıxışda, 531 01:00:41,600 --> 01:00:48,850 yaxud hansısa universitetdə tələbələrin qarşısında deyəsən ki, yox, biz heç kimik, biz heç nəyik?! 532 01:00:51,310 --> 01:00:53,540 Müstəqilliyi uca tutan insanlar yetişdirmək lazımdır; 533 01:00:54,510 --> 01:00:59,620 ideoloji müstəqilliyi, siyasi müstəqilliyi, mədəni müstəqilliyi, iqtisadi müstəqilliyi. 534 01:00:59,850 --> 01:01:10,420 Mədəni-təbliğat işləri vasitəsilə tərbiyə edilən gənc ölkənin müstəqilliyini uca tutmalıdır; 535 01:01:11,970 --> 01:01:17,880 inqilabın və dövlətin əsaslarını, İslam mədəniyyətini uca tutmalı, yüksək əhval-ruhiyyədə və optimist olmalıdır. 536 01:01:18,140 --> 01:01:26,310 Mədəni iş budur. Amma bu, asan bir iş deyil, çox çətindir. Bunun üçün konkret fəaliyyət proqramları hazırlamaq lazımdır. 537 01:01:27,910 --> 01:01:33,970 Bəzi universitetlərdən mənə gəlib çatan xəbərlər isə vəziyyətin heç də belə olmadığını göstərir. 538 01:01:34,400 --> 01:01:41,910 Elə edin ki, meydan inqilabi ideyaların daşıyıcısı olan, stimullu, optimist, 539 01:01:42,140 --> 01:01:49,800 özünəinamlı, dindar gənclərin əlinə keçsin. 540 01:01:50,220 --> 01:01:52,400 Sizin öhdənizə düşən ən böyük vəzifələrdən biri budur: 541 01:01:52,400 --> 01:01:58,400 elə edin ki, birinci sözü o mömin, inqilabı 542 01:01:58,620 --> 01:02:04,480 və İslamı uca tutan tələbə kollektivləri desin, 543 01:02:04,600 --> 01:02:08,420 meydan daha çox onların əlində olsun; sizin vacib vəzifələrinizdən biri də budur. 544 01:02:08,650 --> 01:02:13,970 Bir sözlə, əziz universitet müəllimləri, qardaşlar, bacılar, diqqətli olun! 545 01:02:14,310 --> 01:02:23,820 Mən universitetlərlə yaxından maraqlanıram; lap çoxdan həm universitetlərin əhəmiyyətinə inanıram, həm də onların problemləri ilə maraqlanıram. 546 01:02:24,050 --> 01:02:29,620 Bilin ki, bu gün universitetlər və tələbələr ən böyük məkrli planların hədəfidir; 547 01:02:33,250 --> 01:02:39,480 onlar qorxur ki, bizim inqilabi ruhiyyəli, 548 01:02:39,480 --> 01:02:43,740 fəal mövqe ilə meydana atılan, 549 01:02:43,940 --> 01:02:50,880 düşmənlərin çəkdiyi qırmızı xətləri pozub irəli gedən, ölkəsini irəli aparan, 550 01:02:51,080 --> 01:03:00,140 elmin bayrağını ucaldan, cəmiyyətdə inqilabi şüarları qabardan müəllim və tələbələr yetişdirən universitetlərimiz olar. 551 01:03:01,250 --> 01:03:05,650 Bunun baş verməməsi üçün durmadan plan cızırlar, pullar xərcləyirlər. 552 01:03:06,020 --> 01:03:12,650 Düşmənlər gələcək üçün işğalçılıq planları qururlar. O köhnə müstəmləkəçilik metodları indi daha işə yaramır; 553 01:03:13,140 --> 01:03:21,020 “yeni müstəmləkəçilik” adlandırdıqları variant da artıq yavaş-yavaş köhnəlib. 554 01:03:21,570 --> 01:03:25,680 Bu gün onlara bu lazımdır ki, ayrı-ayrı ölkələrdə 555 01:03:25,970 --> 01:03:32,220 fəal, zəkalı, savadlı insanların təfəkkürünü 556 01:03:32,740 --> 01:03:37,140 onların hədəflərini reallaşdıracaq bir şəkildə dəyişsinlər; bunun arxasıncadırlar. Buna sərmayə qoyur, 557 01:03:37,680 --> 01:03:45,850 pullar xərcləyirlər. Bu narahatedici məqama diqqət yetirmək lazımdır. 558 01:03:46,020 --> 01:03:51,570 Dini-inqilabi dəyərlərə önəm verən çox gözəl universitet müəllimlərimiz var; 559 01:03:51,850 --> 01:04:00,220 sevindirici haldır ki, bizdə mömin, inqilabi ideyaların daşıyıcısı olan, inqilabi məsuliyyətini dərk edən minlərlə professor var. 560 01:04:01,080 --> 01:04:04,910 Əvvəllər də var idi, Müqəddəs Müdafiə dövründə də varımız idi, 561 01:04:04,910 --> 01:04:11,400 bu gün isə, əlhəmdulillah, mömin və inqilabçı professorlarımız o vaxtkından qat-qat artıqdır. 562 01:04:11,400 --> 01:04:14,020 Onların qədrini bilmək lazımdır. 563 01:04:14,510 --> 01:04:20,940 Ümidvaram ki, Allah-taala bizə bu işləri həyata keçirmək üçün mənəvi dəstək olacaq. 564 01:04:23,200 --> 01:04:28,310 Artıq vaxtımız bitir; bu gün mən də çox danışdım, 565 01:04:28,540 --> 01:04:35,600 siz də məni çox yaxşı dinlədiniz. Auditoriya canla-başla qulaq asanda – 566 01:04:36,080 --> 01:04:44,450 hiss etdim ki, əlhəmdulillah, siz hamınız məni canla-başla dinlədiniz – adam danışmaq istəyir. 567 01:04:44,450 --> 01:04:49,420 Mən burda özüm üçün çox qeydlər götürmüşdüm, hamısını demədim, intəhası daha vaxtımız yoxdur. 568 01:04:49,680 --> 01:04:54,650 Allah-taaladan arzum budur ki, sizin hamınıza uğurlar nəsib etsin, 569 01:04:54,880 --> 01:04:57,310 sizə öz mənəvi dəstəyini nazil etsin. 570 01:04:57,680 --> 01:05:00,220 İnşallah, bu gün daşıdığınız vəzifə məsuliyyəti – 571 01:05:00,220 --> 01:05:04,940 istər hansısa universitetin rektoru olaraq, istər müəllim kimi, 572 01:05:04,940 --> 01:05:11,540 istər nazirliklərin ayrı-ayrı komitələrində, istər Ali Mədəni İnqilab Şurasında, istər parlamentdə, 573 01:05:12,050 --> 01:05:17,170 istər nümayəndəliklərdə – hər birinizin çiyinlərinə düşən çoxsaylı və müxtəlif məsuliyyətlərin yükü 574 01:05:17,370 --> 01:05:21,370 Allah dərgahında sizə başucalığı gətirər. 575 01:05:21,680 --> 01:05:23,940 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.