1 00:00:06,280 --> 00:00:08,710 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:08,850 --> 00:00:10,800 و الحمد لله ربّ العالمين 3 00:00:10,800 --> 00:00:14,200 و صلّي الله علي سيّدنا محمّد و آله الطّاهرين‌ 4 00:00:24,000 --> 00:00:26,910 Əziz qardaşlar! Xoş gəlmisiniz. 5 00:00:28,280 --> 00:00:37,850 Mən çox şadam ki, hər ilin 19 bəhmən günü 6 00:00:39,220 --> 00:00:46,850 siz əzizlərimlə – İİR Ordusunun Hərbi Hava Qüvvələrinin zabitləri ilə 7 00:00:47,620 --> 00:00:53,400 görüşmək üçün bir vasitə, bir bəhanə olur. 8 00:00:54,200 --> 00:01:04,280 Əlhəmdulillah, hər il Ordunun Hərbi Hava Qüvvələrinin gözəl, rəngarəng bağçasından 9 00:01:04,370 --> 00:01:13,370 bir dəstə gül burda iştirak edir və onlarla bir-iki kəlmə söhbət etmək fürsətimiz olur. 10 00:01:15,770 --> 00:01:24,020 Bu gün çox mühüm bir əlamətdar gündür. Çünki 19 bəhmən günü 11 00:01:25,340 --> 00:01:40,020 o vaxtın ordusunun Hərbi Hava Qüvvələri İmamın yanına gəlib İslam İnqilabına qoşulduqlarını bildirəndə – 12 00:01:40,910 --> 00:01:49,510 o vaxt da onlar bir nümunə idi; xalvardan bir ovuc, bütöv bir bağçadan bir dəstə gül idi – 13 00:01:50,170 --> 00:01:55,200 əslində, ölkədə balans dəyişdi, 14 00:01:56,620 --> 00:02:03,020 ictimaiyyətin düşüncəsinə hakim olan balans tamamilə fərqli bir vəziyyət aldı. 15 00:02:05,000 --> 00:02:18,880 Məlum oldu ki, yüksək rütbəli zabitləri o dövrün şah sarayından asılı olan ordu ilə xalqa qarşı edilən təhdidlər 16 00:02:19,050 --> 00:02:26,680 əslində fantaziyadır, həqiqətəuyğun deyil; hansı ki saray özü də, onun amerikalı havadarları da bunu israrla önə çəkir, 17 00:02:27,250 --> 00:02:36,110 camaatı ordu ilə qorxutmağa çalışırdılar. O zaman mən bütün bu proseslərin canlı şahidi olmuşam, 18 00:02:36,110 --> 00:02:42,310 insanları, onlarda olan stimulu, şövqü yaxından görmüşəm; 19 00:02:44,570 --> 00:02:53,740 bu, bir hadisə idi və heyrətamiz bir hadisə idi. Bu hadisəni əlamətdar bir gün kimi qeyd etmək lazımdır. 20 00:02:55,480 --> 00:03:05,220 Məna yükü ilə dolu bu effektli hadisənin tariximizdən, zehinlərimizdən silinməsinə imkan vermək olmaz. 21 00:03:08,200 --> 00:03:16,370 Tarixdə baş verən mühüm, güclü təsirə malik olmuş hadisələr sırf xatirə olaraq qalmamalıdır; 22 00:03:17,110 --> 00:03:21,250 bunlar əslində bir ibrət dərsidir, qaranlıqda insanlara bələdçilik edən ulduzdur. 23 00:03:22,220 --> 00:03:27,310 Hərbi Hava Qüvvələrinin o dövrdə atdığı o addım, sanki, 24 00:03:27,940 --> 00:03:36,450 hazırda bu kollektivdə xidmət edən və eyni zamanda gələcəkdə də xidmət edəcək bütün hərbçilərə doğru yola bələdçilik edən bir ulduzdur. 25 00:03:37,740 --> 00:03:45,340 Əlhəmdulillah, HHQ o hadisədən sonra da 26 00:03:45,600 --> 00:03:50,020 düzgün və gözəl bir kursla irəlilədiyini göstərdi; bu, doğrudan da, belədir. 27 00:03:50,310 --> 00:03:56,880 Mən ordu ilə, silahlı qüvvələrlə, onların iştirakı ilə baş vermiş müxtəlif proseslərlə 28 00:03:57,370 --> 00:04:02,450 uzun illər boyu yaxından təmasda olmuş bir insan kimi 29 00:04:03,310 --> 00:04:11,220 qətiyyətlə şahidlik edə bilərəm ki, İİR-də Hərbi Hava Qüvvələri 30 00:04:12,110 --> 00:04:16,850 sözün həqiqi mənasında çox parlaq fəaliyyət nümayiş etdirib: 31 00:04:17,820 --> 00:04:24,140 həm hərbi əməliyyatlarda, həm müdafiə sahəsində, həm daxili strukturun formalaşdırılmasında, 32 00:04:24,400 --> 00:04:30,110 həm də hərbi texnika və silahların tədarükündə. 33 00:04:30,310 --> 00:04:37,650 Artıq uzun illərdir ki, bizə kənardan heç bir şey satılmayıb – ən azından, önəmli sayıla biləcək bir şey almamışıq – 34 00:04:38,340 --> 00:04:46,220 buna baxmayaraq, HHQ öz ayaqları üzərində durmağı bacarıb; inşallah, bundan sonra da ayaqda qalacaq 35 00:04:46,800 --> 00:04:49,770 və günü-gündən daha da güclənəcək. 36 00:04:51,510 --> 00:05:02,280 Məsələnin digər bir önəmli cəhəti bundan ibarətdir ki, xalqımız HHQ-nin 1356-cı ilin 19 bəhmən günü 37 00:05:02,420 --> 00:05:10,020 atdığı addıma dərhal cavab vermişdi. 38 00:05:10,850 --> 00:05:19,000 Bunun özü də bir ibrət dərsidir; yəni bəhmən ayının 21 və ya 22-si gecə 39 00:05:19,910 --> 00:05:29,280 HHQ-nin iqamətgahı qvardiya ordusu tərəfindən təhlükəyə məruz qalanda – 40 00:05:30,420 --> 00:05:42,650 hücum etmişdilər; özləri demişkən, “itaətsiz” HHQ-ni tənbeh etmək istəyirdilər – 41 00:05:43,680 --> 00:05:48,400 xalq HHQ-nin köməyinə tələsmişdi. 42 00:05:48,940 --> 00:05:59,570 Baxın, dərhal reaksiya verilir; yəni hər hansı bir hərbi strukturun xalqla birlikdə olmağı, 43 00:06:00,280 --> 00:06:04,880 xalqa xidmət etməyi, xalqa bağlılığı xalq tərəfindən dərhal cavablandırılır, 44 00:06:05,200 --> 00:06:09,340 xalq onun arxasında durur. Bir hərbi qüvvənin 45 00:06:10,140 --> 00:06:16,740 xalqa söykənib-söykənməməyində çox fərq var; fərqi böyükdür. 46 00:06:18,050 --> 00:06:24,110 O zaman HHQ atdığı addımın nəticəsini dərhal gördü. 47 00:06:24,200 --> 00:06:29,310 Heç yadımdan çıxmaz, həmin gün gecə yarı – 21-i, ya 22-si gecəsi idi; 48 00:06:29,370 --> 00:06:38,710 biz gecələri İran küçəsində bir mənzilə gedir və səhərə qədər növbə ilə bir-bir oyaq qalıb gözləyirdik – 49 00:06:39,050 --> 00:06:47,020 mən eşitdim ki, İran küçəsində bir neçə nəfər camaatı Qələbə küçəsinə – 50 00:06:47,480 --> 00:06:54,340 qvardiya diviziyasının hücumuna məruz qalmış HHQ-yə kömək etməyə çağırır; 51 00:06:54,710 --> 00:07:03,770 bunu mən öz gözlərimlə görmüşəm. Yəni orda bir qrup adam HHQ-yə köməyə getmişdi, 52 00:07:04,340 --> 00:07:09,480 HHQ-yə köməyə getmişdi, bir başqaları da şəhərin canına düşüb 53 00:07:09,880 --> 00:07:17,340 insanları çağırır, “Gəlin HHQ-yə kömək edin” – deyirdi; mənim olduğum bölgə 54 00:07:17,400 --> 00:07:22,050 İran küçəsi idi, söz yox ki, başqa yerlərə də getmişdilər. 55 00:07:22,170 --> 00:07:27,480 İnsanlar da köməyə tələsir, gedir, yardım edirdilər. Bu da önəmli bir məqamdır; 56 00:07:27,650 --> 00:07:30,880 yəni əgər siz xalqla birlikdəsinizsə, xalq da sizin arxanızda duracaq. 57 00:07:31,050 --> 00:07:38,020 Arxasında xalq duran bir ordunun isə düşmənlə üz-üzə gəlməkdən heç bir qorxu-ürküsü ola bilməz. 58 00:07:38,250 --> 00:07:43,770 Allaha şükürlər olsun ki, bugünkü HHQ ilə o vaxtkı 59 00:07:43,880 --> 00:07:47,370 və inqilabdan öncəki HHQ arasında yerdən göyə qədər fərq var. 60 00:07:49,450 --> 00:07:57,540 Heç deməsinlər ki, inqilabdan öncə HHQ-nin ixtiyarında, nə bilim, 61 00:07:58,080 --> 00:08:04,000 haranın istehsalı olan, yeni təyyarələr var idi, indi isə yoxdur. Düzdür, 62 00:08:04,540 --> 00:08:11,680 o vaxt HHQ üzdən bərq vurub parıldayırdı, amma içi puç idi; 63 00:08:12,250 --> 00:08:17,050 bu gün isə, ola bilsin ki, o vaxtkı qədər gözqamaşdıran parıltısı yoxdur, amma möhkəmdir, 64 00:08:17,200 --> 00:08:25,080 sarsılmazdır, öz daxilindən güc alaraq inkişaf edib. Bu gün siz yalnız özünüzə arxalanırsınız. 65 00:08:25,680 --> 00:08:31,140 Möhtərəm komandanınızın verdiyi hesabatda da eşitdiniz, detalları özünüz düzəldirsiniz, 66 00:08:31,480 --> 00:08:34,340 texnikanı özünüz düzəldirsiniz, bütün maddi-texniki imkanları özünüz istehsal edirsiniz, 67 00:08:34,450 --> 00:08:39,710 özünüz öz məsləhət bildiyiniz kimi hərəkət edirsiniz. O vaxt isə belə deyildi. 68 00:08:40,540 --> 00:08:47,970 Bəli, haqq-hesab eləmədən 69 00:08:48,250 --> 00:08:55,910 pulu alıb sovurur, əvəzində texnikanı HHQ-yə istədikləri qiymətə satırdılar; indi hökumət rəsmiləri 70 00:08:56,310 --> 00:09:02,170 pulun o vaxtkı kimi haqq-hesabsız verilməsinin qarşısını alıblar. 71 00:09:04,340 --> 00:09:08,770 Əlbəttə, inqilabdan sonra da təzə alınmış “F 14”-ləri geri qaytarmaq istəyənlər oldu, 72 00:09:09,110 --> 00:09:19,480 amma Allahın köməyi ilə, imkan vermədik; istəyirdilər geri qaytarsınlar ki, HHQ-də o texnika da olmasın. 73 00:09:20,450 --> 00:09:26,000 Bu gün HHQ güclüdür, təşəbbüskardır, 74 00:09:26,880 --> 00:09:32,570 əlində olan imkanlar o vaxtkı ilə heç müqayisə oluna bilməz; və günü-gündən də daha da güclənməlidir. 75 00:09:33,310 --> 00:09:41,820 Bir xalqı düşmən təhdid edirsə, 76 00:09:41,940 --> 00:09:47,420 hakimiyyətin vəzifəsi ilk növbədə o xalqın təhlükəsizliyini qorumaqdır. 77 00:09:49,020 --> 00:09:56,820 Hakimiyyətin birinci vəzifəsi ölkənin, xalqın təhlükəsizliyini qorumaqdır. 78 00:09:57,450 --> 00:10:04,680 Təhlükəsizlik isə müxtəlif yollarla qorunur; bunlardan biri hərbi yoldur, hərbi cəhətdən güclənməkdir. 79 00:10:06,170 --> 00:10:14,940 Bu gün dayanıqlı təhlükəsizliyi qarant altına ala biləcək istənilən maddi-texniki vasitə 80 00:10:15,200 --> 00:10:23,480 sizin ixtiyarınızda olmalıdır. Bəzilərini özümüz düzəldirik, bəzilərini alırıq, 81 00:10:23,710 --> 00:10:34,740 olanları da qoruyub saxlamalıyıq. HHQ günü-gündən daha da irəli getməlidir; yəni heç bir hədlə kifayətlənib qane olmamalıdır. 82 00:10:35,570 --> 00:10:44,770 Çalışın dövlətlə, möhtəşəm bir selə bənzəyən xalq kütləsi ilə olan bağlılığınızı 83 00:10:45,050 --> 00:10:52,510 bacardıqca möhkəmləndirin; özünüz görürsünüz, xalqımız aradan 37 il keçdiyinə baxmayaraq, dövlətin, 84 00:10:52,800 --> 00:10:56,600 inqilabın arxasında necə durub. 85 00:10:58,280 --> 00:11:03,510 Silahlı qüvvələrin onunla, onun yanında olduğunu, önündə gedərək 86 00:11:04,220 --> 00:11:08,650 onu qoruduğunu görmək xalqı daha da həvəsləndirir, ürəkləndirir. 87 00:11:09,000 --> 00:11:14,510 Silahlı qüvvələr də xalqın onun arxasında olduğunu, onun tərəfini tutduğunu görəndə 88 00:11:14,800 --> 00:11:18,170 işə daha da həvəslənir. Bu bir neçə cümlə HHQ barədə idi. 89 00:11:20,200 --> 00:11:28,400 Qarşıda bizi iki bayram gözləyir: biri 3 gündən sonra qeyd edəcəyimiz 22 bəhmən – 90 00:11:29,740 --> 00:11:38,680 inqilab bayramı, o biri isə seçkilər. Əslində, seçki də bir bayramdır. 91 00:11:40,600 --> 00:11:50,880 Bu iki bayramı əziz tutmalıyıq. Bunlar ikisi də bizim üçün dolğun məna və məzmun kəsb edən bayramlardır. 92 00:11:52,280 --> 00:11:58,250 İnqilab bayramı olan birinci bayrama – 22 bəhmən gününə gəlincə, 93 00:11:58,770 --> 00:12:08,310 ötən 37 il ərzində xalqımız həmişə bu günü əsl bayram kimi qeyd edib. 94 00:12:08,310 --> 00:12:17,080 Bayram deyəndə hər il təkrar olunan əlamətdar bir gün nəzərdə tutulur. [Fars dilində] “eyd” – bayram sözünün kökü də “əud” – adət etmək, vərdiş etmək mənasındadır. 95 00:12:17,540 --> 00:12:23,620 Yəni müəyyən əlamətdar hadisə ilə bağlı bir günü hər il təkrar olaraq qeyd edirik; sevinclə, şadyanalıqla qeyd edirik. 96 00:12:23,770 --> 00:12:30,600 Bu illlər ərzində xalqımız da inqilabın qələbəsi günü kimi müəyyən olunmuş 22 bəhmən gününü hər il ardıcıl olaraq belə şadyanalıqla, 97 00:12:30,740 --> 00:12:38,110 qüdrət və qüvvətlə qeyd edib. Bu həm İranda, həm də bütün dünyada misilsiz olan bir təzahürdür. 98 00:12:38,310 --> 00:12:45,420 Yəni inqilab edən ölkələr olub, amma dünyanın heç bir yerində inqilabın ildönümü ölkənin dörd bir yanında xalq kütlələrinin 99 00:12:45,740 --> 00:12:51,280 belə fəal, genişmiqyaslı və möhtəşəm iştirakı şəraitində qeyd olunmayıb. 100 00:12:51,910 --> 00:12:58,080 Mənim bu dediklərim reallıqdır, konkret məlumatlara əsaslanır; 101 00:12:58,540 --> 00:13:02,000 ehtimal və ya təhlil deyil, reallıq belədir. 102 00:13:03,480 --> 00:13:07,770 İnqilab etmiş ölkələrdə inqilabın ildönümünü qeyd edirlər: 103 00:13:08,110 --> 00:13:12,480 bir qrup adam çıxıb tribunada durur, o birilər də gəlib onların önündə parad keçirir, 104 00:13:12,600 --> 00:13:17,110 bu da olur inqilabın ildönümü; camaat da hərə öz işi ilə məşğuldur. 105 00:13:18,370 --> 00:13:28,110 Bizim ölkəmizdə isə inqilabın ildönümü əsasən elə xalq tərəfindən qeyd olunur, əziz tutulur, qorunur. 106 00:13:29,000 --> 00:13:38,400 Məhz xalq soyuq havada, yolların sürüşkən olduğuna baxmayaraq, 107 00:13:38,770 --> 00:13:46,220 yağışda-qarda, hər cür çətin iqlim şəraitində bu meydana gəlir 108 00:13:46,710 --> 00:13:53,080 və özünü göstərir; xalqın iştirakı var. Bu, bitməyəcək bir silsilədir. 109 00:13:54,370 --> 00:14:02,080 Bu il 22 bəhməndə iştirak edən insanların, bəlkə də, yarısı heç 110 00:14:02,200 --> 00:14:08,020 1357-ci ilin 22 bəhmənini görməyib, buna heç yaşları da çatmır; 111 00:14:08,020 --> 00:14:13,170 1357-ci ilin 22 bəhmənindən sonra dünyaya gəliblər, amma yenə də iştirak edirlər. 112 00:14:13,400 --> 00:14:23,000 Əslində bu, inqilabın yenidən həyata keçirilməsi deməkdir. Çünki bizim inqilabımız top-tüfənglə, bu kimi şeylərlə həyata keçirilən bir inqilab deyildi, 113 00:14:23,110 --> 00:14:33,310 insanların küçələrdə öz fiziki varlığı ilə iştirak edərək həyata keçirdikləri bir inqilab idi. 114 00:14:33,400 --> 00:14:41,220 İnsanlar nəinki təkcə istək və arzuları, iradələri, hiss və emosiyaları ilə, həm də cismi, fiziki varlığı ilə meydanlarda idi. Çətin idi də; 115 00:14:42,080 --> 00:14:45,680 qarşılarında silah var idi, ölüm var idi, 116 00:14:46,080 --> 00:14:52,540 cürbəcür təhlükələr var idi; bütün bu təhlükələrə qatlaşıb küçələrə çıxmışdılar. 117 00:14:53,940 --> 00:14:58,800 Bu polad kimi əyilməz iradənin möhkəmliyi 118 00:14:59,310 --> 00:15:07,850 ölkədə heç bir dayağı olmayan, xaricdən asılı, çürük Pəhləvi rejiminin kökünü kəsdi; 119 00:15:08,140 --> 00:15:16,200 yəni xalqın iradəsi, əzmi, sevgisi və mənəvi dayağı ilə yanaşı, küçələrdə, 120 00:15:16,480 --> 00:15:21,450 proseslərdə fiziki varlığı; bunlar xalqın iştirakının nişanəsidir. 121 00:15:22,510 --> 00:15:25,710 Xalqımız ötən 37 il ərzində bu iştirakı qoruyub, 122 00:15:25,970 --> 00:15:28,820 Allahın köməyi ilə, bu il də görəcəksiniz ki, 123 00:15:29,140 --> 00:15:36,970 camaatımız küçə və meydanlarda düşmənin belini qıran, gözqamaşdıran bir şəkildə iştirak edəcək. 124 00:15:59,740 --> 00:16:03,820 Bu xatirənin köhnəlməsinə imkan vermək olmaz; 125 00:16:04,310 --> 00:16:11,650 bu böyük, möhtəşəm hadisənin yaddaşlardan silinməsinə imkan verilməməlidir. 126 00:16:12,540 --> 00:16:18,370 İnqilab bu gün də var, davam edir, biz hələ bu yolun yarısındayıq. 127 00:16:19,450 --> 00:16:25,600 Əzizlərim! Baxın, inqilab birdəfəyə baş verən bir hadisə deyil. 128 00:16:26,000 --> 00:16:32,850 İnqilab bir dəyişiklikdir, dəyişikliklər isə tədricən həyata keçir. 129 00:16:32,940 --> 00:16:39,200 Bəli, əvvəlcə inqilabi hərəkat olmalıdır, inqilabi quruluş təşkil olunmalıdır, 130 00:16:40,370 --> 00:16:45,420 amma bu inqilab öz əsaslarını möhkəmlədib 131 00:16:45,650 --> 00:16:52,200 hədəflərini reallaşdırmayınca hələ davam etməkdədir; bunlar tədricən, zaman ötdükcə baş verir. 132 00:16:53,110 --> 00:16:59,910 O hədəflər unudular, o hadisə yaddan çıxarsa, 133 00:17:00,450 --> 00:17:06,250 üzdə inqilab etmiş ölkələrin əksəriyyətində gördüyümüz vəziyyət olar. 134 00:17:06,620 --> 00:17:09,220 Bəzi inqilablar var ki, elə beşiyindəcə boğulub – 135 00:17:09,680 --> 00:17:14,600 elə bizim öz dövrümüzdə, son bir neçə ildə baş vermiş inqilablar kimi; 136 00:17:15,370 --> 00:17:17,710 onlar, doğrudan da, beşiyindəcə boğuldu – 137 00:17:18,340 --> 00:17:23,200 bəziləri isə dünyaya gələndən sonra gənc ikən məhv edilib. 138 00:17:23,710 --> 00:17:29,910 Səbəb isə az öncə dediyimdir; səbəb elan olunmuş hədəflərdən yayınmaqdır. 139 00:17:30,770 --> 00:17:34,970 O hədəflər qorunmalıdır; sosial ədalət, 140 00:17:35,220 --> 00:17:44,020 islami həyat tərzinin sözün əsl mənasında gerçəkləşməsi (hansı ki dünya və axirətdə başıucalıq məhz islami həyat tərzindədir), 141 00:17:46,250 --> 00:17:49,310 elm, ədalət, əxlaq, 142 00:17:49,620 --> 00:17:55,570 heysiyyət və inkişafın paralel surətdə mövcud olduğu 143 00:17:56,370 --> 00:18:02,170 bir müsəlman toplumunun formalaşdırılması – hədəf bunlardır. 144 00:18:02,400 --> 00:18:07,450 Biz hələ ki bu hədəflərə çatmamışıq, yarıyoldayıq. 145 00:18:09,220 --> 00:18:15,140 İnqilab hadisəsi, onun mahiyyəti 146 00:18:16,110 --> 00:18:21,940 daim bizim qəlblərimizdə və zehnimizdə yaşamalıdır; qalmalıdır. 147 00:18:22,680 --> 00:18:26,970 Yeri gəlmişkən, elə düşmən cəbhəsi də daha çox bu məqama önəm verir. 148 00:18:27,510 --> 00:18:36,340 Xarici xəbərlərdə özünüz görürsünüz, hansısa Amerika rəsmisi deyir ki, 149 00:18:36,340 --> 00:18:43,050 “biz İslam Respublikasının öz hakim rejimini dəyişməsini istəmirik, 150 00:18:43,050 --> 00:18:47,620 davranışını dəyişməsini istəyirik”; belə deyirlər də, eşitmiş olarsınız. 151 00:18:48,450 --> 00:18:51,110 “Davranışın dəyişməyi” deyəndə onlar bax elə bunu nəzərdə tuturlar. 152 00:18:52,340 --> 00:18:58,680 Demək istəyirlər ki, indiyə qədər İslam Respublikası inqilaba uyğun davranıb, inqilabi yanaşma əsasında davranıb, 153 00:18:59,200 --> 00:19:03,050 inqilaba xidmət edib, bunu dəyişmək istəyirik. 154 00:19:03,820 --> 00:19:09,080 Bir neçə ay bundan əvvəl mən öz diplomatlarımızla görüşdə də dedim ki, 155 00:19:09,370 --> 00:19:14,650 İslam Respublikasının adı bunları bir o qədər də qorxutmur; 156 00:19:15,310 --> 00:19:21,600 heç İslam Respublikasının başında əmmaməli bir prezidentin durmağı da. 157 00:19:22,080 --> 00:19:28,540 İslam Respublikası öz mahiyyətini, 158 00:19:29,310 --> 00:19:35,050 islamçılığını, inqilabi ideologiyasını itirsə, bunlar onunla çox yaxşı dil taparlar. 159 00:19:35,880 --> 00:19:41,280 Onların düşmənçiliyi İslam Respublikasının mahiyyəti ilədir; 160 00:19:41,370 --> 00:19:46,450 düşmən cəbhəsi belədir. Bütün səyləri 161 00:19:47,220 --> 00:19:53,710 İslam Respublikasının dini-ilahi hədəflərə, ona qüdrət və heysiyyət qazandıran 162 00:19:54,340 --> 00:20:00,970 hədəflərə doğru irəliləyişini yox etməyə yönəlib; 163 00:20:01,880 --> 00:20:08,740 bu ölkədə öz ağalığını yenidən bərpa etmək niyyətindədir. 164 00:20:09,000 --> 00:20:15,000 Biz uzun illər boyu düşmənin ağalığı altında yaşamışıq; hər dövrdə bir cür; 165 00:20:16,080 --> 00:20:19,250 Qacar dövründə bir cür, Pəhləvi dövründə bir cür. 166 00:20:19,450 --> 00:20:26,800 Qacar dövründə iki düşmənin ağalığı altında idik: İngiltərə və o dövrün Rusiyası. 167 00:20:27,680 --> 00:20:32,310 O vaxt hələ Sovet İttifaqı da yox idi. Biri bir imtiyaz əldə edirdi, 168 00:20:32,420 --> 00:20:38,170 o biri gəlib deyirdi ki, ona imtiyaz vermisiniz, mənə də verin; bu da imtiyaz alırdı. 169 00:20:39,310 --> 00:20:45,310 Ölkədə iki böyük dövlət arasında hansısa imtiyazlar əldə etmək uğrunda yarış gedirdi. 170 00:20:45,600 --> 00:20:53,110 Ölkədə hakimiyyətdə olan o şərəfsizlər də xalqı və onun hədəflərini bunlara qurban etmişdilər. 171 00:20:53,110 --> 00:20:57,710 O vaxt İranın əhalisi heç 15-20 milyondan artıq deyildi; 172 00:20:59,680 --> 00:21:04,650 bu xalqın hər şeyini onlar qurban verdilər. Onların vaxtında bu cür, 173 00:21:05,050 --> 00:21:09,820 Pəhləvi hakimiyyəti dövründə də bir başqa cür; əlbəttə ki, daha betər bir formada; 174 00:21:10,420 --> 00:21:17,940 yəni onların hədəflərinə xidmət etdilər, ölkəni onlar üçün açıb ortaya qoydular. 175 00:21:17,940 --> 00:21:28,000 İran və İslam mədəniyyəti xalqı müqavimətə təşviq edə biləcəyinə görə 176 00:21:28,600 --> 00:21:30,850 bu mədəniyyəti dəyişdilər. 177 00:21:31,480 --> 00:21:39,050 Tənbəki olayında xarici şirkətin ağzından vurmağa müvəffəq olmuş o ruhiyyəni, 178 00:21:40,910 --> 00:21:46,710 məşrutə məsələsində xalqı meydana çəkib gətirə bilmiş o stimulu 179 00:21:47,000 --> 00:21:54,000 Pəhləvi dövründə məhv etməyə çalışdılar; büyün səylərini buna yönəltmişdilər. 180 00:21:54,910 --> 00:22:01,340 Rza xan və Məhəmmədrza da onlara xidmət edirdi, istədiklərini həyata keçirirdilər. 181 00:22:01,940 --> 00:22:08,080 Əlbəttə, özlərinin də bir ideologiyası yox idi, əqidəsiz adamlar idi, amma onlar nə tapşırıq verirdilərsə, yerinə yetirirdilər. 182 00:22:08,680 --> 00:22:12,600 Uzun illər boyu ölkəmizdə vəziyyət bu cür olub. 183 00:22:12,800 --> 00:22:19,080 Bu ölkə öz müsəlman mayası, İran insanının istedadı, 184 00:22:20,570 --> 00:22:25,740 İran toplumunun qonşuluqda və dünyada yaşayan 185 00:22:26,220 --> 00:22:33,080 bir çox toplumlarda rast gəlinməyən spesifik üstünlükləri, 186 00:22:33,680 --> 00:22:39,510 dahi İmam Xomeyni kimi müstəsna və qeyri-adi bir liderin önə çıxması sayəsində 187 00:22:40,280 --> 00:22:46,680 bu qədər təzyiqlərin yükü altından xilas olmağı, 188 00:22:47,850 --> 00:22:53,280 öz sözünü deməyi, öz işini həyata keçirməyi, öz addımını atmağı bacarıb. Bax bunu yox etmək istəyirlər; 189 00:22:53,510 --> 00:22:56,710 bu gün düşmən cəbhəsinin niyyəti budur. 190 00:22:58,340 --> 00:23:06,800 Düzdür, bu gün düşmən hərdən hay-küy salıb İrana qarşı hərbi əməliyyatlardan da danışır 191 00:23:07,000 --> 00:23:15,170 – ola da bilər; biz bunu çox zəif ehtimal hesab etsək də, qeyri-mümkün hesab etmirik – 192 00:23:15,510 --> 00:23:20,570 amma hazırda onun əsas fəaliyyəti yumşaq müharibəyə yönəlib. 193 00:23:21,600 --> 00:23:30,220 Yumşaq müharibənin məqsədi isə bir ölkədən ona qüdrət qazandıran amilləri almaq, ölkəni həmin amillərdən məhrum etməkdir. 194 00:23:31,800 --> 00:23:38,220 İslam Respublikası və İran xalqından onları qüdrətli edən amilləri alıb 195 00:23:38,940 --> 00:23:43,280 xalqımızı zəif, zəlil, itaətkar bir xalqa çevirmək istəyirlər; 196 00:23:43,770 --> 00:23:48,340 məqsədləri budur. 197 00:23:49,400 --> 00:23:55,510 Bir xalqı itaətkar hala gətirəndən sonra isə artıq odlu-alovlu müharibələrə heç ehtiyac da qalmır. 198 00:23:55,820 --> 00:24:02,370 O zaman lap birdən lazım gəlsə də, heç bir narahatlıq keçirmədən müharibəyə başlaya bilərlər; halbuki indi buna cürət etmirlər. 199 00:24:02,850 --> 00:24:08,220 Allah eləməmiş, bir gün İran xalqı zəifləyəndən, 200 00:24:08,510 --> 00:24:13,450 onu qüdrətli edən amilləri əldən verəndən sonra bu iş onlar üçün çox asan olacaq. 201 00:24:15,050 --> 00:24:26,600 İnqilabın şüurlarda yenidən dirçəldilməsi, əməldə, sözdə, davranışlarda, verilən qərarlarda, 202 00:24:26,800 --> 00:24:34,420 qəbul edilən qanunlarda inqilabi məfkurənin, inqilabi tendensiyanın göz bəbəyi kimi qorunması – 203 00:24:35,020 --> 00:24:41,310 bax bunlar o dəhşətli vəziyyətin yaranmasının qarşısını ala, 204 00:24:41,510 --> 00:24:47,910 xalqı öz möhkəm və dəyişməz kursu ilə irəli apara bilər. 205 00:24:48,540 --> 00:24:53,540 İnqilab bayramı barədə bu qədər. İnşallah, 206 00:24:54,020 --> 00:25:02,310 Allahın köməyi ilə, 22 bəhmən günü xalqımız küçələrdə, müxtəlif arenalarda 207 00:25:02,680 --> 00:25:09,970 düşməni məyus edəcək bir şəkildə iştirak edəcək. İndi isə seçki bayramı barədə; seçki də bir bayramdır. 208 00:25:11,450 --> 00:25:15,940 Mən bundan qabaq seçki barədə bir qədər danışmışam, 209 00:25:16,770 --> 00:25:23,420 bu mövzuda deyiləsi sözlər də çoxdur. İslam Respublikası üçün seçkilər 210 00:25:24,110 --> 00:25:27,540 sanki canlı bir orqanizmə köçürülən təzə qan kimidir; 211 00:25:28,110 --> 00:25:33,370 xalqın gücünü, qüvvəsini təzələyir. 212 00:25:34,710 --> 00:25:40,450 Hakimiyyətdə zaman-zaman müəyyən qruplar iş başına gəlir, müəyyən işlər görür; 213 00:25:41,370 --> 00:25:46,740 görüləsi işlərdən bir hissəsini həyata keçirə bilir, bir hissəsini həyata keçirməyə müvəffəq olmur, bəziləri işləyə bilir, bəziləri işləyə bilmir. 214 00:25:48,170 --> 00:25:54,420 Xalqa belə bir hüquq verilib ki, müəyyən olunmuş mərhələdən sonra – 215 00:25:54,970 --> 00:26:01,800 parlament, prezident və sair üçün 4 il, Xubrian Məclisi üçün bundan bir qədər artıq vaxt keçdikdən sonra – 216 00:26:03,020 --> 00:26:12,420 gəlib hansı vəzifənin kimə həvalə olunacağı, kimin gedəcəyi barədə qərar versin. Seçkinin mənası budur; 217 00:26:13,200 --> 00:26:22,510 ölkəyə, xalqa, əhaliyə yeni ruh, yeni nəfəs bəxş etmək, damarlarına təzə qan axıtmaqdır; seçki budur. 218 00:26:23,420 --> 00:26:28,170 Elə buna görə də mən seçkilərdə hamının iştirak etməsi üzərində bu qədər israrla dururam. 219 00:26:28,310 --> 00:26:35,710 Seçkilərə kütləvi surətdə hamı qatılanda ölkə nüfuz qazanır, 220 00:26:35,850 --> 00:26:43,620 İslam Respublikası nüfuz əldə edir, ölkə sığortalanır, 221 00:26:44,880 --> 00:26:55,370 İslam Respublikası sığortalanır. Seçkilər o ali ideallara yenidən beyət etmək, ehtiram və sadiqlik ifadə etmək deməkdir; 222 00:26:56,000 --> 00:27:05,600 seçkinin mənası budur. Odur ki bu böyük hadisədə iştirak etmək hər bir kəsin vacib vəzifəsidir. 223 00:27:28,820 --> 00:27:37,770 İnqilabın əvvəlindən bu günə qədər başda Amerika olmaqla düşmən cəbhəsinin daimi hədəflərindən biri də 224 00:27:38,910 --> 00:27:53,450 xalqla dövlət arasında təhlükəli bir qütbləşmə yaratmaq olmuşdur; 225 00:27:53,680 --> 00:28:00,080 hansı ki bu, İslam Respublikasının əsaslarına – yəni xalqla dövlət arasında 226 00:28:00,420 --> 00:28:07,880 sıx bağlılıq prinsipinə tamamilə ziddir. 227 00:28:08,450 --> 00:28:14,820 Onlar həmişə xalqla dövlət arasında belə bir uçurum yaratmaq istəyiblər; əlbəttə ki, buna müvəffəq ola bilməyiblər. 228 00:28:15,020 --> 00:28:22,620 Bu işdə düşmənin ümidini qıran amillərdən biri də seçkilərdir; 229 00:28:22,940 --> 00:28:27,970 yəni seçkilər xalqla dövlət arasındakı sıx bağlılığı nümayiş etdirir 230 00:28:28,250 --> 00:28:33,000 və düşmənin böyük maraq göstərdiyi o qütbləşməni tamamilə yox edir. 231 00:28:34,650 --> 00:28:41,420 Buna əsasən, seçkilər اِن تَنصُرُوا الله ayəsinin real nümunəsidir. 232 00:28:42,020 --> 00:28:45,220 Quran deyir: اِن تَنصُرُوا اللهَ يَنصُرکُم 233 00:28:45,850 --> 00:28:50,770 “Siz Allaha kömək etsəniz, Allah-taala da sizə kömək edəcək”. 234 00:28:51,370 --> 00:28:54,220 Allah-taalaya kömək etmək nədir? Necə olur? 235 00:28:54,650 --> 00:29:02,170 Allah-taalaya kömək etmək Onun şəri qanunlarda əksini tapan iradəsinin yer üzündə reallaşmasına çalışmaqdır. 236 00:29:02,400 --> 00:29:05,200 İslam Respublikası bu köməyin ən böyük nümunəsidir. 237 00:29:06,280 --> 00:29:12,540 İslam Respublikasına bu və ya digər şəkildə kömək edən hər kəs 238 00:29:13,020 --> 00:29:20,250 Allaha kömək etmişdir. O zaman onun bu hərəkətinin cavabı nə olur? يَنصُرکُم – Allah-taala da sizə kömək edir. 239 00:29:21,020 --> 00:29:27,510 Məgər belə olmayıbmı? Allah-taala bu köməyin cavabını inqilabın elə ilk günlərindən verməyibmi? Sınaqlar olmayıbmı? 240 00:29:29,340 --> 00:29:34,370 İnqilabın əvvəlindən bu günə qədər bizimlə kimlər qarşı-qarşıya gəlib? 241 00:29:34,600 --> 00:29:43,570 Qoy hər kəs bu mövzuya, doğrudan da, bir diqqətlə yanaşsın; əlbəttə ki, mütəfəkkirlər, mütəxəssislər bunu edir. 242 00:29:43,740 --> 00:29:55,940 İnqilabın əvvəlindən dünyanın bir nömrəli maddi gücləri İslam Respublikası ilə kəllə-kəlləyə gəlib, amma heç bir şey edə bilməyib. 243 00:29:57,000 --> 00:30:05,540 Bu, inqilablar üçün səciyyəvi bir haldır ki, hansı ölkədə inqilab baş versə, orada bir müddət qarışıqlıq, nizamsızlıq yaşanır. 244 00:30:05,650 --> 00:30:13,620 Bunlar ölkədə qarışıqlıq yaşanan o ilk günlərdə ölkəni bölməyə çalışdılar; çevriliş etməyə cəhd göstərdilər, amma olmadı. 245 00:30:13,820 --> 00:30:19,940 Bu ölkəni məcburən müharibəyə təhrik etdilər və 8 il müharibə aparmağa vadar etdilər. 246 00:30:20,510 --> 00:30:23,110 Elə ilk günlərdən sanksiyalar tətbiq etdilər; 247 00:30:24,280 --> 00:30:32,220 bu gün gördüyünüz sanksiyalar əvvəlkilərin davamıdır və əlbəttə ki, günü-gündən daha da şiddətləndiriblər. 248 00:30:33,050 --> 00:30:36,220 Yaxşı, bütün bunlara hansı ölkə dözə bilərdi? 249 00:30:37,000 --> 00:30:43,420 Bu qədər təhdid qarşısında hansı ölkə müqavimət göstərə bilərdi? 250 00:30:43,940 --> 00:30:50,020 İslam Respublikası və İran İslam dövləti isə duruş gətirdi, müqavimət göstərdi, 251 00:30:50,280 --> 00:30:54,080 özünü nəinki təkcə qorudu, həm də gücləndirdi. 252 00:30:54,310 --> 00:31:00,540 Bu gün İslam Respublikasının güc-qüdrəti ilk günlərdəki ilə müqayisə oluna bilməz; 253 00:31:01,370 --> 00:31:06,820 regional, müəyyən məsələlərdə isə qlobal əhəmiyyətli bir gücdür; 254 00:31:07,770 --> 00:31:13,570 sizin ölkəniz müəyyən məsələlərdə qlobal miqyasda əhəmiyyət daşıyır, dünyanın böyük dövlətləri sırasındadır. 255 00:31:14,480 --> 00:31:18,480 Bəzi qlobal məsələlərdə rəyi, mövqeyi 256 00:31:19,000 --> 00:31:25,770 dünyanın birinci dərəcəli dövlətlərindən daha effektlidir; bu gün vəziyət bu cürdür, 257 00:31:26,910 --> 00:31:31,080 İran belə bir gücə çevrilib. Yəni Allahın köməyi gəlib; 258 00:31:31,450 --> 00:31:38,340 sizin Allaha etdiyiniz kömək ardınca Allahın köməyini gətirib, Allah-taala sizə Öz yardımını edib. 259 00:31:39,310 --> 00:31:45,110 Allah-taala kömək etməsəydi, bunlar olmazdı. Allaha edilən bu köməyi davam etdirmək lazımdır. 260 00:31:46,420 --> 00:31:50,480 Əhalinin seçkidə iştirakı da bu köməyin nümunələrindən biridir. 261 00:31:50,570 --> 00:31:57,250 Əlbəttə ki, mənim seçki barədə danışası sözüm çoxdur. 262 00:31:57,650 --> 00:32:04,600 Bu günlərdə ictimaiyyətdə təşviş yaradan, insanların qəlbinə şübhə toxumu səpən 263 00:32:04,680 --> 00:32:11,570 bəzi fikirlər də səsləndirilir, bəzi söz-söhbətlər gəzir; bunlar yanlış, 264 00:32:11,740 --> 00:32:18,570 layiq olmayan, məsələlərə Allahı nəzərə almadan, sırf siyasi nöqteyi-nəzərdən 265 00:32:18,740 --> 00:32:23,110 yanaşmaqdan irəli gələn söz-söhbətlərdir; bu günlərdə bəzən belə şeyləri eşidirik. 266 00:32:23,110 --> 00:32:28,910 Amma mən hazırda o mövzulara girmək, həmin söz-söhbətlərə münasibət bildirmək istəmirəm. Mənim demək istədiyim budur: 267 00:32:29,110 --> 00:32:38,540 xalqımız bilməlidir ki, onun nüfuzu, başucalığı, iftixarı, düşmən cəbhəsi qarşısında müqaviməti 268 00:32:39,080 --> 00:32:46,710 öhdəsinə düşən inqilabi vəzifəni layiqincə yerinə yetirməyindən asılıdır, həmin vəzifələr içərisində ən əhəmiyyətli olanlarından biri isə seçkilərdir. 269 00:32:47,340 --> 00:32:48,710 Üzümü xalqımıza tutub demək istədiyim budur. 270 00:32:49,310 --> 00:32:52,940 Seçki ilə bağlı rəsmilərimizə də bir müraciətim var. 271 00:32:53,280 --> 00:32:59,170 Bəli, rəsmilər, dövlət rəsmilərimiz, doğrudan da, çox zəhmət çəkirlər, çalışırlar. 272 00:32:59,540 --> 00:33:05,620 Həm seçkinin keçirilməsi üçün, həm də digər məsələlər üzərində işləyir, zəhmət çəkirlər. 273 00:33:05,940 --> 00:33:13,650 Demək istədiyim budur ki, qəzet-təbliğat xarakterli məsələlər rəsmiləri 274 00:33:14,000 --> 00:33:24,620 əsas, davamlı, ardı gələn məsələlərdən yayındırmasın. Seçki çox əhəmiyyətli bir məsələdir; 275 00:33:25,220 --> 00:33:30,050 qeyd etdiyim və qeyd edəcəyim kimi, son dərəcə əhəmiyyətlidir, 276 00:33:30,220 --> 00:33:37,310 amma seçki yalnız müəyyən mərhələyə aid olan, müvəqqəti bir məsələdir, bu mərhələ sona çatır, 277 00:33:38,450 --> 00:33:48,880 ortada qalan isə ölkənin əsas məsələləri olur. Həmin məsələlərdən biri də ölkə iqtisadiyyatıdır; 278 00:33:50,280 --> 00:33:55,970 düşmənin iqtisadiyyat vasitəsilə 279 00:33:56,570 --> 00:34:00,570 ölkəyə təzyiq göstərə bilməməsi, 280 00:34:01,310 --> 00:34:10,000 öz iradə və istəklərini diktə edə bilməməsi üçün kompleks tədbirlər yolu ilə ölkəyə iqtisadiyyat sferasında müqavimət qabiliyyəti qazandırmaqdır. 281 00:34:11,600 --> 00:34:18,710 Əgər biz neftdən asılı olmasaq, öz daxili istehsalımızı gücləndirsək, 282 00:34:19,250 --> 00:34:26,280 neftin qiyməti yüz dollardan iyirmi neçə dollara düşəndə əl-ayağımız əsməz. 283 00:34:28,140 --> 00:34:34,650 Əgər biz daxili istehsalı rövnəqləndirə bilsək, durğunluğu aradan qaldırsaq, 284 00:34:34,910 --> 00:34:43,420 düşmən hansısa məhsulun idxalını məhdudlaşdıranda, ona qadağa qoyanda qaşqabağımızı töküb kefimizi pozmarıq. 285 00:34:44,050 --> 00:34:47,850 Daxili iqtisadiyyatı gücləndirmək lazımdır. 286 00:34:48,570 --> 00:34:54,940 Ölkəmiz böyük bir ölkədir; biz 4 mövsümü yaşayan, böyük bir ölkəyik, 287 00:34:56,400 --> 00:35:02,570 ölkəmizin zəngin potensialı var və ən önəmli potensialımız da insan kapitalımızdır; 288 00:35:03,400 --> 00:35:09,370 istedadlı, effektli, gənc, stimullu insan kapitalı. 289 00:35:11,820 --> 00:35:17,910 Dünya ölkələri arasında ali təhsilli insanların sayına görə ən yüksək göstəricilərdən biri bizə aiddir; 290 00:35:18,770 --> 00:35:23,620 mütəxəssislərin sayına görə ən yüksək yerlərdən biri bizimdir; 291 00:35:24,370 --> 00:35:30,600 bir çox elm sahələrində dünyanın öndə gedən 5-6 ölkəsi sırasındayıq. 292 00:35:31,140 --> 00:35:34,340 Bu insan potensialı balaca bir şey deyil, 293 00:35:34,800 --> 00:35:41,370 bir ölkənin inkişafı üçün ən yüksək resursdur. Deməli, bu geniş ərazili məmləkət, 294 00:35:42,220 --> 00:35:48,110 bu fəsil dəyişikliyi, ölkənin ayrı-ayrı bölgələrindəki bu iqlim müxtəlifliyi, 295 00:35:49,340 --> 00:35:53,110 ölkədə mövcud olan bu böyük resurslar – 296 00:35:53,570 --> 00:36:00,140 bütün bunlar bizə öz iqtisadiyyatımızı dayanıqlı vəziyyətə gətirmək qabiliyyəti qazandıran imkanlardır. 297 00:36:00,310 --> 00:36:06,080 Siz öz iqtisadiyyatınıza daxildən müqavimət gücü versəniz, başqaları 298 00:36:06,280 --> 00:36:14,050 sizə sanksiyalar tətbiq etmək əvəzinə, gəlib sizə minnətçi olacaqlar; 299 00:36:14,740 --> 00:36:21,850 sizin iqtisadi sanksiyalardan, iqtisadi qadağalardan heç kefinizi də pozmadığınızı, 300 00:36:22,850 --> 00:36:29,400 geri çəkilmədiyinizi, məğlubiyyəti qəbul etməyə məcbur olmadığınızı görəndə 301 00:36:30,140 --> 00:36:35,650 daha qələt edib sizə sanksiya qoymayacaqlar. Başa düşəcəklər ki, bunun heç bir faydası yoxdur. 302 00:36:36,620 --> 00:36:45,170 Əsas məsələ budur. Elə buna görə də mən dönə-dönə “müqavimət iqtisadiyyatı” deyib dururam. 303 00:36:45,570 --> 00:36:53,310 Mən hələ 10-12 il bundan öncədən yüksək səslə deyirəm ki, 304 00:36:54,190 --> 00:36:58,880 əgər biz ölkə iqtisadiyyatına daxildən müqavimət gücü qazandırsaq, 305 00:36:59,480 --> 00:37:04,300 düşməndən qaynaqlanan çətinliklərin böyük bir hissəsi aradan qalxacaq, 306 00:37:05,850 --> 00:37:14,000 işsizlərimiz üçün, gənclərimiz üçün, işsizlikdən və durğunluqdan irəli gələn 307 00:37:14,110 --> 00:37:21,050 bir çox sosial problemlərin aradan qaldırılması üçün konkret həll yolları tapılacaq. 308 00:37:21,690 --> 00:37:26,220 Mənim möhtərəm ölkə rəsmilərimizə tövsiyəm bundan ibarətdir ki, 309 00:37:26,800 --> 00:37:32,490 seçki ilə bağlı mətbuatda yer alan qalmaqallar onların başını qatmasın, onları məşğul etməsin; 310 00:37:34,110 --> 00:37:42,320 iqtisadiyyat haqda düşünsünlər. Resursları lazım olan səmtə – 311 00:37:42,320 --> 00:37:46,240 yəni istehsala istiqamətləndirsinlər; istər sənaye istehsalı olsun, istərsə də kənd təsərrüfatı. 312 00:37:48,140 --> 00:37:52,640 Bu böyüklükdə, bu möhtəşəmlikdə, bu qədər növbənöv, çeşidbəçeşid məhsulları olan bir ölkədə 313 00:37:52,910 --> 00:38:01,210 insan xaricdən idxal olunmuş meyvələri görəndə – indi mən qəzetlərdə görürəm, 314 00:38:01,760 --> 00:38:09,580 siz isə küçə-bazarda – xəcalət çəkir! 315 00:38:10,540 --> 00:38:17,480 Öz potağalımız, almamız ağacda qalır, biz gedib xaricdən meyvə gətirək?! 316 00:38:18,910 --> 00:38:21,930 Bunları düşünmək, bunların üzərində işləmək lazımdır. 317 00:38:22,320 --> 00:38:31,020 Ölkəni daha artıq asılılığa, idxala yox, daxili istehsala yönəltsinlər. 318 00:38:32,430 --> 00:38:38,250 Yoxsa ortaya seçki kimi bir məsələ çıxan kimi hamının diqqəti dağıla, 319 00:38:38,620 --> 00:38:42,330 hamı başını ona qata, belə olmaz. Seçki ötəri bir məsələdir; 320 00:38:42,860 --> 00:38:47,480 onun haqqında kim düşünməlidirsə düşünür, kim nə etməlidirsə edir. 321 00:38:47,900 --> 00:38:52,120 Ölkə rəsmiləri beyinlərini bu şeylərlə məşğul etməsinlər. 322 00:38:52,440 --> 00:38:58,000 Mən bunu əziz xalqımıza da, 323 00:38:58,360 --> 00:39:04,640 möhtərəm rəsmilərimizə də deyirəm: biz bütün siyasətlərimizdə, bütün davranışlarımızda 324 00:39:04,910 --> 00:39:11,160 qarşımızda geniş bir düşmən cəbhəsinin olduğunu nəzərə almalıyıq; 325 00:39:12,030 --> 00:39:14,860 bütün diqqətimizi buna yönəltməliyik. 326 00:39:15,390 --> 00:39:21,440 Xalq düşmənin varlığını nəzərdən qaçıran heç bir şəxsi, heç bir strukturu təqdir etməz, 327 00:39:21,440 --> 00:39:27,930 “Bunların hamı ilə arası yaxşıdır” –deyə alqışlamaz. 328 00:39:28,240 --> 00:39:32,600 Düşmən üzünə gülümsəyir, sən də gülümsəyirsən, 329 00:39:33,160 --> 00:39:36,300 olsun, amma diqqətli ol, bax gör o gülüşün arxasında nə var! 330 00:39:38,410 --> 00:39:43,470 Düşmənçilikləri unutmaq, düşməni yaddan çıxarmaq olmaz. 331 00:39:43,560 --> 00:39:47,070 Bizim qarşımızda bir düşmən cəbhəsi var. 332 00:39:47,150 --> 00:39:54,170 Bu gün biz təhlükəsizlik məsələmizdə, iqtisadiyyat məsələmizdə, məişətimizdə, mədəniyyətimizdə, 333 00:39:54,860 --> 00:40:02,190 gənclərin məsələsində, sosial problemlərdə bu düşmənin rolunun nədən ibarət olduğuna baxmalı, 334 00:40:02,810 --> 00:40:10,030 bütün sferalarda buna əsasən siyasət yürütməli, qanunvericiliyimizi bu əsaslar üzərində qurmalı, 335 00:40:10,860 --> 00:40:15,470 hər bir davranışımızda və danışığımızda bunu əsas götürməliyik. 336 00:40:16,570 --> 00:40:23,340 Düşməndən bixəbər olmaq başucalığı gətirən bir şey deyil; bilməliyik ki, düşmən var. 337 00:40:24,040 --> 00:40:28,120 Bəziləri etiraz edir ki, “niyə durmadan “düşmən, düşmən” deyirsiniz?”; 338 00:40:28,560 --> 00:40:31,040 yaxşı, axı deməsək, düşmənimiz olduğu yadımızdan çıxar, 339 00:40:31,130 --> 00:40:34,700 onda da düşmən gəlib biz dünyadan bixəbər ikən istədiyini edər. 340 00:40:35,310 --> 00:40:41,320 Həm düşməni tanımaq lazımdır, həm onun düşmənçiliklərinə bələd olmaq lazımdır, 341 00:40:42,350 --> 00:40:46,400 həm də Sədi demişkən – Sədinin təxminən bu mövzuda bir beyti var: 342 00:40:46,570 --> 00:40:53,280 düşmənin əlindən heç nə gəlməyəndə özünü dost kimi göstərər, 343 00:40:55,040 --> 00:41:01,530 düşmən özünü dost kimi göstərəndə isə heç bir düşmənin edə bilməyəcəyi işləri görər – 344 00:41:01,630 --> 00:41:04,860 yəni düşmənin dost cildinə girib vura biləcəyi zərbələrdən ehtiyatlı olmaq lazımdır. 345 00:41:05,280 --> 00:41:12,110 Biz hamımız bu şeylərə diqqət yetirməliyik. 346 00:41:12,140 --> 00:41:20,120 Düzdür, əlhəmdulillah, ölkə rəsmilərimiz çox yaxşı işləyir, insafla demək lazımdır ki, çalışır, əllərindən gələni edirlər, 347 00:41:20,640 --> 00:41:28,880 intəhası daha da diqqətli və ehtiyatlı olmaq lazımdır. Çünki bu, yaramaz, 348 00:41:29,070 --> 00:41:31,530 üzlü və həyasız bir düşməndir. 349 00:41:31,820 --> 00:41:37,360 Bu gün Amerika dünya ictimaiyyətinin ən elementar suallarını belə cavablandırmır. 350 00:41:37,450 --> 00:41:41,870 Dünya ictimaiyyəti Amerikaya sual verir ki, 351 00:41:42,110 --> 00:41:49,790 sizin bir ölkənin artıq 10-11 aydır Yəməni bombaladığından, şəhərləri məhv etdiyindən xəbəriniz var? 352 00:41:49,900 --> 00:41:56,560 Bu barədə məlumatınız var, ya yox? Əgər məlumatınız varsa, nəyə görə onu müdafiə edirsiniz? 353 00:41:57,610 --> 00:42:08,190 Əgər məlumatınız varsa, nəyə görə etiraz etmirsiniz? Əgər bilir və bunu cinayət hesab edirsinizsə, 354 00:42:08,270 --> 00:42:12,670 nəyə görə yanacaq daşıyan təyyarələriniz onlara kömək edir? 355 00:42:13,180 --> 00:42:17,130 Nə üçün kömək edirsiniz? Nə üçün dəstəkləyirsiniz? 356 00:42:17,690 --> 00:42:21,070 Siz ki insan haqlarından dəm vurursunuz, buyurun, cavab verin. 357 00:42:22,620 --> 00:42:28,330 Minlərlə dinc əhalinin, minlərlə uşaq və qadının, evlərdə, 358 00:42:28,330 --> 00:42:37,560 xəstəxanalarda, məktəblərdə, tamamilə müdafiəsiz vəziyyətdə qətlə yetirilməyi terror deyilmi? 359 00:42:39,420 --> 00:42:48,380 Bu, dövlət terrorunun ən həyasız və qəddar bir forması deyilmi? Bunu nə üçün himayə edirsiniz? 360 00:42:48,920 --> 00:42:50,440 Amerikalılar bu suallara cavab vermirlər; 361 00:42:50,440 --> 00:42:57,740 saf-saf dünya ictimaiyyətinin gözünün içinə baxıb insan haqlarının tərəfdarı olduqlarını iddia edirlər. 362 00:42:59,780 --> 00:43:05,000 Hələ bu Yəməndir; son bir ilin məsələsidir; 363 00:43:05,340 --> 00:43:13,440 o tərəfdən 60-65 ildir ki davam edən Fələstin məsələsi var. 364 00:43:14,080 --> 00:43:19,100 Görürsünüz ki, Fələstin xalqına nələr edirlər, evlərini necə xaraba qoyurlar, 365 00:43:19,300 --> 00:43:26,480 əkin yerlərini məhv edirlər, yaşayış məskənləri salıb 366 00:43:27,400 --> 00:43:34,880 silah gücünə yəhudiləri orda necə məskunlaşdırır, silahla da saxlayırlar. 367 00:43:35,000 --> 00:43:38,360 Bunları görürsünüz, bəs nə üçün onları müdafiə edirsiniz? Nə üçün pul verirsiniz? 368 00:43:38,580 --> 00:43:48,780 Nəyə görə Amerikadakı, öz təbirinizcə desəm, yəhudi lobbisi qarşısında həmişə çəkinir, 369 00:43:49,760 --> 00:43:55,960 yaltaqlıq edirsiniz? Nə üçün? Bunlar dünya ictimaiyyətinin ən sadə suallarıdır. 370 00:43:56,240 --> 00:43:59,300 Bunlardan bir kəlməsinə də cavab vermirlər. 371 00:44:01,200 --> 00:44:06,900 Sonra da dostluq iddiası edirlər, insan haqlarının tərəfdarı olduqlarını deyirlər, 372 00:44:06,900 --> 00:44:12,900 demokratiya iddiası edirlər. Regionumuzda Amerikanın müttəfiqi olan ölkələrdə 373 00:44:12,900 --> 00:44:20,360 seçkinin heç adını da çəkmək olmur, seçki adlı bir şeydən heç xəbərləri də yoxdur, 374 00:44:20,480 --> 00:44:29,800 ümumiyyətlə seçkinin nə olduğunu anlamırlar, demokratiyanın tərəfdarı olan Amerika isə onlarla qardaşlıq müqaviləsi bağlayıb; 375 00:44:30,240 --> 00:44:32,120 özü də necə! Əlbəttə ki, onları hər cür müdafiə də edir. 376 00:44:32,460 --> 00:44:37,120 Bizim düşmənimiz belə bir düşməndir; Amerika belə bir varlıqdır. 377 00:44:37,780 --> 00:44:42,420 Əlbəttə, mən dəfələrlə qeyd etmişəm ki, bunları deyərkən biz Amerikada hakimiyyətdə olan administrasiyanı, 378 00:44:42,580 --> 00:44:46,720 Amerika hökumətini nəzərdə tuturuq, Amerika xalqı ilə heç bir işimiz yoxdur. 379 00:44:47,720 --> 00:44:50,200 Amerika hökuməti belə bir hökumətdir. 380 00:44:50,640 --> 00:44:57,000 Ən xoşagəlməz işləri həyasızcasına görür, sonra da dünya ictimaiyyətinin üzünə gülür, 381 00:44:58,140 --> 00:45:04,280 heç o suallarına da cavab vermir! Yaxşı, əgər doğrudan da veriləcək bir cavabları varsa, qoy dünya ictimaiyyətinə cavab versinlər. 382 00:45:05,200 --> 00:45:09,400 Qarşısında belə bir düşməni olan ölkə həmişə diqqətli olmalıdır; 383 00:45:10,060 --> 00:45:12,040 İran xalqı diqqətini toplamalıdır. 384 00:45:12,880 --> 00:45:18,600 Allahın köməyi ilə, xalqımız həmişə diqqətlidir və diqqətli olub. 385 00:45:19,220 --> 00:45:24,820 Elə xalqın bu möhtəşəm hərəkatı da indiyə qədər 386 00:45:24,980 --> 00:45:31,500 bu hiyləgər, qədar və yaramaz düşmənin məkrli planlarını puça çıxara bilib 387 00:45:31,680 --> 00:45:35,600 və Allahın köməyi ilə, bundan sonra da bu düşməni xar edəcək. 388 00:45:57,820 --> 00:46:04,340 Əzizlərim! Daşıdığınız vəzifə məsuliyyətinin qədrini bilin, gəncliyinizin qədrini bilin. 389 00:46:05,200 --> 00:46:12,240 Siz gəncsiniz, həvəslisiniz, vəzifəniz də var, işləyə bilərsiniz; 390 00:46:12,660 --> 00:46:17,520 belə bir atmosferdə, belə bir mühitdə işləmək ibadətdir. 391 00:46:17,960 --> 00:46:24,860 Allah naminə, saf niyyətlə, ölkəmizi, 392 00:46:25,160 --> 00:46:31,460 ordumuzu və Hərbi Hava Qüvvələrimizi bu hədəflərə doğru irəli aparmaq üçün işləyin. 393 00:46:31,680 --> 00:46:38,500 Nə qədər çox işləsəniz, Allah-taala da ömrünüzə və zəhmətinizə bir o qədər çox bərəkət verəcək. 394 00:46:38,720 --> 00:46:44,160 Ümidvaram ki, inşallah, İmam Xomeyninin (r.ə) pak ruhu, şəhidlərimizin, 395 00:46:44,500 --> 00:46:48,920 xüsusilə də İİR Ordusu HHQ-nin sıralarından şəhid olmuş hərbçilərin 396 00:46:49,180 --> 00:46:52,200 pak ruhları sizin və bizim hamımızdan razı qalacaq. 397 00:46:52,560 --> 00:46:54,800 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.