1 00:00:09,970 --> 00:00:12,310 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:12,420 --> 00:00:15,050 و الحمد لله ربّ العالمين 3 00:00:19,140 --> 00:00:22,820 و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين 4 00:00:33,420 --> 00:00:37,510 Əziz qardaşlar, bacılar, çox xoş gəlmisiniz! 5 00:00:39,420 --> 00:00:47,340 Çox önəmli bir işin zəhmətini çəkən insanların 6 00:00:48,280 --> 00:00:53,820 iştirak etdiyi bu səmimi, istiqanlı toplum, 7 00:00:54,400 --> 00:00:57,200 doğrudan da, mübarək bir toplumdur. 8 00:00:57,570 --> 00:01:07,650 Ümidvaram ki, inşallah, Uca Yaradan sizin hamınıza, ayrı-ayrılıqda hər birinizə Öz lütf və mərhəmət nəzəri ilə 9 00:01:07,740 --> 00:01:19,050 diqqət göstərəcək və öhdənizə düşən bu böyük işi yerinə yetirməkdə – 10 00:01:21,020 --> 00:01:29,310 cənab Cənnətinin ürək sözlərində də müəyyən qədər buna toxunuldu – 11 00:01:30,540 --> 00:01:35,910 inşallah, sizə yardımçı olacaq, qolunuza qüvvət verəcək. 12 00:01:38,420 --> 00:01:42,250 İmam Əskərinin (ə) mövludu münasibətilə də sizi təbrik edirəm; 13 00:01:44,280 --> 00:01:52,850 imamımızın, rəhbərimizin, ağamızın və öndərimizin (Ruhlarımız ona fəda olsun!) böyük atası. 14 00:01:55,510 --> 00:02:02,510 Həmçinin sizi bəhmən ayının başlaması münasibətilə də təbrik edirəm; 15 00:02:03,220 --> 00:02:13,110 bəhmən ayı bizə iftixar qazandırmış bir aydır, İran xalqının tarixində nəhəng bir dəyişikliyin baş verdiyi aydır, 16 00:02:15,370 --> 00:02:25,450 böyük olaylar ayıdır; inşallah, bu ayla, bu ayda baş vermiş hadisələrlə qürur duymağı, 17 00:02:25,570 --> 00:02:31,650 iftixar hissi keçirməyi özümüz üçün ləyaqət bilək. 18 00:02:34,650 --> 00:02:39,370 Seçki ilə bağlı bir-iki kəlmə demək istəyirəm. 19 00:02:40,800 --> 00:02:50,910 Cənab Cənnəti də – Allah onu qorusun, varlığını və nailiyyətlərini davamlı etsin – 20 00:02:51,480 --> 00:03:01,540 çox hörmətli və zəhmətkeş bir insan olan Daxili İşlər Nazirimiz cənab Rəhmanifəzli də müəyyən məqamlara toxundular. 21 00:03:01,940 --> 00:03:09,480 Onların qeyd etdiyi məsələlər hamısı çox yaxşı, dəqiq və önəmli idi. 22 00:03:09,820 --> 00:03:12,800 Mən də bir neçə cümlə deyəcəyəm – 23 00:03:14,370 --> 00:03:22,450 bu barədə bundan əvvəl də danışmışıq, ömür vəfa etsə, bundan sonra da hələ vaxt var, deyəcəyik – 24 00:03:22,800 --> 00:03:30,140 sonda əgər vaxtımız olsa, bir neçə cümlə də bu son məsələ – 25 00:03:30,140 --> 00:03:36,200 əldə edilmiş razılaşma, Birgə Kompleks Tədbirlər Planı haqda qeyd edəcəyəm. 26 00:03:39,170 --> 00:03:45,250 Seçki məsələsində bir şeyə diqqət yetirək ki, seçkilər bir rəqabətdir, 27 00:03:45,540 --> 00:03:51,710 ölkə vətəndaşları arasında keçirilən ümummilli bir marafondur. 28 00:03:53,710 --> 00:04:02,220 Bu müsabiqə yaxşı, yüksək səviyyədə və sağlam atmosferdə keçirilsə, 29 00:04:03,420 --> 00:04:11,280 iştirakçı komandalar arasından hansının qalib gəlməyindən asılı olmayaraq, qələbə iftixarı federasiyaya aid olacaq. 30 00:04:12,280 --> 00:04:18,800 Belə olur da; idmanda komandalar yaxşı oynayanda 31 00:04:20,450 --> 00:04:26,420 A, B, yaxud C komandasının qələbə çalmasından asılı olmayaraq, 32 00:04:26,770 --> 00:04:34,820 federasiya onların güclü və sağlam oyunu ilə öyünür. Seçkilər də eynilə belədir; 33 00:04:36,370 --> 00:04:47,110 İran xalqı güclü bir şəkildə, yüksək səviyyədə, əzm və qətiyyətlə meydana girib 34 00:04:48,940 --> 00:04:56,710 seçki qutularını öz səsləri və əzmi ilə doldursa, 35 00:04:59,200 --> 00:05:05,770 bununla öyünən İran olacaq, İslam Respublikası olacaq, dövlətimiz iftixar duyacaq; 36 00:05:06,850 --> 00:05:16,370 kim udub, kim uduzsa da. Əslində, bu məsələdə xalq üçün udub-uduzmaq yoxdur; 37 00:05:16,650 --> 00:05:23,680 istənilən halda qalib çıxan xalqımızdır. Seçki ilə bağlı mühüm məqamlardan biri budur. 38 00:05:27,250 --> 00:05:33,080 Yaxşı, bəs sağlam mühitdə keçən yarış, sağlam rəqabət nədir? 39 00:05:35,050 --> 00:05:41,280 Sağlam rəqabət budur ki, hamı yaxşı oynasın, hamı lazımınca davransın. 40 00:05:41,510 --> 00:05:48,450 Bunun birinci şərti isə, qeyd etdiyimiz kimi, kütləvi surətdə, hamılıqla iştirakdır; hamı seçkilərə gəlməlidir. 41 00:05:50,000 --> 00:05:55,020 Mən bundan əvvəlki söhbətimdə də üzümü əhalimizə tutaraq demişdim ki, 42 00:05:56,110 --> 00:06:02,880 ola bilsin, hətta kimlərinsə İslam Respublikası rejimi ilə problemi var; 43 00:06:03,620 --> 00:06:07,400 ölkənin təhlükəsizliyi ilə də problemləri yoxdur ki, 44 00:06:08,680 --> 00:06:13,110 ölkənin iqtidarı ilə də problemləri yoxdur ki?! 45 00:06:14,800 --> 00:06:23,140 Bu gün ölkənin təhlükəsizliyini qoruyan bu rejimdir, ölkənin inkişafını sürətləndirən bu rejimdir, 46 00:06:24,280 --> 00:06:32,800 xalqa nüfuz qazandıran bu rejimdir. Bunları ki inkar etmək mümkün deyil, bunlar ki xoşlarına gəlir?! 47 00:06:34,370 --> 00:06:40,940 Elə isə İrana və İran insanına nüfuz və başucalığı qazandırmaq, 48 00:06:42,310 --> 00:06:46,340 milli təhlükəsizliyin davamlılığını təmin etmək, 49 00:06:47,770 --> 00:06:54,200 Allaha şükürlər olsun ki, İslam İnqilabının əvvəllərindən başlayıb bu günə qədər davam edən inkişafımızı 50 00:06:54,420 --> 00:07:00,480 qarant altına almaq üçün bu meydana qoşulsunlar; məhz bunların naminə seçkiyə qatılmaq lazımdır. Hamı seçkidə iştirak etməlidir. 51 00:07:02,710 --> 00:07:11,940 Əlbəttə, məhz Allahın razılığı naminə, şəri vəzifəsini yerinə yetirmək üçün seçkiyə qatılan insanlar 52 00:07:12,110 --> 00:07:19,910 savab qazanmaqdan əlavə, başqa bir böyük nailiyyət də əldə edirlər ki, 53 00:07:20,080 --> 00:07:32,140 bu da Allahın razılığıdır, Yaradanın rizasıdır. Birinci şərt budur: 54 00:07:32,140 --> 00:07:38,620 hamı seçkiyə qatılsın və bunu yüksək, optimist ruhiyyə ilə etsin. Mən sizə deyim ki, elə belə də olur. 55 00:07:40,600 --> 00:07:46,450 Xalqımızı ki biz o cür görmüşük, o gözüaçıqlıq və sayıqlığı ki bu xalq nümayiş etdirib, 56 00:07:47,200 --> 00:07:55,770 Allahın köməyi ilə, Allahın izni ilə, Allahın mənəvi dəstəyi ilə, inşallah, əziz xalqımız seçkidə yüksək səviyyədə iştirak edəcək. 57 00:07:57,910 --> 00:08:05,970 Bir qrup adam belə plan qurub ki, seçkiyə gəlməməklə, 58 00:08:06,140 --> 00:08:13,200 seçkini baykot etməklə və ya zəiflətməklə – bu barədə də az sonra danışacağam – 59 00:08:14,020 --> 00:08:20,420 İslam Respublikasını pis vəziyyətdə qoysunlar; belə bir tələ qurublar. 60 00:08:21,420 --> 00:08:28,620 Lakin xalqımız belə yaramaz planlar, tələlər qarşısında 61 00:08:29,370 --> 00:08:33,600 bu işin öhdəsindən layiqincə gələ bildiyini göstərib, bu gün də göstərəcək. 62 00:08:58,600 --> 00:09:07,400 Bu, mənim qeyd etmək istədiyim birinci məsələ; hansı ki bütün dövrlərdə seçki ilə bağlı ən vacib xatırlatmam bu olub, indi də budur: 63 00:09:07,600 --> 00:09:11,340 xalqın hamılıqla və yüksək ruhlu iştirakı. 64 00:09:12,080 --> 00:09:22,140 Seçkinin, bu rəqabətin sağlamlığını təmin edən, qarant altına alan ikinci məsələ 65 00:09:22,570 --> 00:09:31,940 budur ki, insanlar seçkidə sayıq və məlumatlı surətdə, düşünüb götür-qoy edərək iştirak etməli və ən layiqli namizədlərə səs verməlidirlər. 66 00:09:32,650 --> 00:09:41,250 Elə insanları seçməlidirlər ki, onlar gedib o vəzifə kreslosunda oturanda – hansı qurumda olursa-olsun; 67 00:09:42,110 --> 00:09:49,220 istər Xubriqan Məclisi, 68 00:09:49,650 --> 00:09:57,800 istər parlament, istərsə də ölkə prezidentliyi – 69 00:09:58,200 --> 00:10:05,220 ölkəni problem və bəlalardan qoruya bilsinlər, 70 00:10:07,450 --> 00:10:17,000 özlərini bütünlüklə xalqın mənafeyinə xidmətə həsr etsinlər, ölkəni düşmənə satmasınlar, 71 00:10:18,620 --> 00:10:25,420 ona-buna üzgördülük edib ölkənin mənafeyini ayaq altına atmasınlar; 72 00:10:25,510 --> 00:10:29,250 belə insanları seçmək lazımdır. Bax bu, yaxşı bir seçki olar. 73 00:10:31,250 --> 00:10:36,400 Bəli, mən demişəm, bir daha deyirəm ki, 74 00:10:37,080 --> 00:10:42,970 hətta hakim rejimi qəbul etməyən şəxslər belə, gəlib seçkidə iştirak etməli, səs verməlidirlər, 75 00:10:43,220 --> 00:10:48,800 amma bu o demək deyil ki, onlar da rejimi qəbul etməyən birini parlamentə göndərmək istəsinlər. 76 00:10:50,140 --> 00:10:58,250 Dünyanın heç bir yerində belə şey yoxdur ki, hakim rejimi qəbul etməyən insanların seçkiyə qatılmasına müsbət yanaşılsın, onlar da desin ki, 77 00:10:58,310 --> 00:11:04,880 “lap yaxşı, onda qoyun mən də özüm kimi rejimi qəbul etməyən birinə səs verim”; bunun mənası yoxdur. 78 00:11:05,080 --> 00:11:10,250 Dünyanın heç bir yerində bilavasitə hakim rejimin özünü qəbul etməyən insanlar üçün 79 00:11:10,820 --> 00:11:16,600 mühüm qərarların qəbul olunduğu hökumət strukturlarına yaşıl işıq yandırmırlar. 80 00:11:17,480 --> 00:11:22,710 Hətta elə yerlər var ki, cüzi bir ittihamla insanları seçkidən kənarlaşdırırlar. 81 00:11:22,970 --> 00:11:29,820 Elə bu gün özünü azadlıq və sairənin simvolu kimi təqdim edən Amerikanın özündə 82 00:11:29,820 --> 00:11:34,620 bəzi sadəlövh insanlar da buna inanıb bu fikri yayır 83 00:11:35,220 --> 00:11:42,740 dünyada solçu cərəyanın mövcud olduğu dövrdə – əlbəttə ki, indi bu, artıq aktual deyil 84 00:11:43,680 --> 00:11:52,020 – səsləndirdiyi fikirlərdə, misal üçün, sosializm iqtisadiyyatı ideyalarına azacıq meyil hiss olunduğuna görə 85 00:11:52,450 --> 00:11:59,050 insanları ittiham edərək qətiyyətlə rədd edir, kənarlaşdırırdılar. 86 00:12:01,450 --> 00:12:07,850 O insanlar kommunist deyildi, kommunizmə inanmırdı, sosialist ideologiyanın da daşıyıcı deyildi, 87 00:12:08,250 --> 00:12:15,220 buna baxmayaraq, iqtisadi məsələlərlə bağlı fikirlərində sosializmə sarı cüzi bir xətt özünü göstərdiyi üçün uzaqlaşdırılırdılar; 88 00:12:15,940 --> 00:12:20,910 elə bir yerdə ki, orada azadlıqdan, demokratiyadan və daha nələrdən danışılır, 89 00:12:21,800 --> 00:12:27,340 bizə etiraz edirlər ki, “sizdə niyə Keşikçi Şura kimi bir qurum var?” Utanmazlar! 90 00:12:30,850 --> 00:12:38,340 Odur ki bizim parlamentdə yalnız hakim rejimi, ölkənin mənafeyini, 91 00:12:38,450 --> 00:12:45,940 ölkənin əsas prinsip və dəyərlərini dəstəkləyən, təmin etməyə, 92 00:12:45,940 --> 00:12:50,820 daha da gücləndirməyə çalışan insanların təmsil olunmasını istəməyimiz bütövlükdə xalqın haqqıdır. 93 00:12:51,770 --> 00:12:58,710 Seçkiyə, seçkinin sağlam şəraitdə baş tutmasına bu da öz təsirini göstərir. 94 00:12:59,820 --> 00:13:03,510 Daha bir mühüm məqam var: qanuna hamı tabe olmalıdır. 95 00:13:03,650 --> 00:13:10,370 Çıxış edən möhtərəm cənablar: həm cənab Cənnəti (Allah onu qorusun!), 96 00:13:10,510 --> 00:13:17,600 həm cənab Rəhmanifəzli qanunun aliliyi məsələsini vurğuladılar, bu, mənim çox xoşuma gəldi. Mən bunu daim tövsiyə edirəm, 97 00:13:18,910 --> 00:13:24,850 seçki orqanlarının rəsmilərinin diqqətinə daim bunu çatdırır, 98 00:13:25,310 --> 00:13:32,370 vurğulayıram ki, ayağınızı cızıqdan kənara qoymayın. Həmin cızıq isə qanundur; 99 00:13:32,880 --> 00:13:35,680 qanun. Qanunun tələblərinə riayət etmək lazımdır. 100 00:13:35,910 --> 00:13:42,420 Hüquqi qurumlara qarşı hörmətsizliyə yol verilməməlidir; buna diqqət yetirin. 101 00:13:44,110 --> 00:13:55,620 Müəyyən vəzifə daşıyan bir hüquqi quruma əsassız böhtanlar atılmamalı, yaxud təhqirlərə yol verilməməlidir. 102 00:13:55,850 --> 00:13:59,220 Hüquqi qurum hüquqi funksiya daşıyır; o demək deyil ki, səhvə yol verə bilməz; 103 00:13:59,480 --> 00:14:08,170 hər kəs kimi, nöqsan və səhvlərlə dolu olan bu həqir bəndənin özü kimi, hər bir hüquqi qurum da səhvə yol verə bilər, 104 00:14:08,970 --> 00:14:16,650 amma bu o demək deyil ki, biz həmin qurumu təhqir edə, 105 00:14:16,970 --> 00:14:23,170 ictimaiyyət arasında, apardığımız təbliğatda, çıxışlarımızda aşağılaya bilərik. Yox, 106 00:14:23,770 --> 00:14:27,600 buna yol verilsə, hərc-mərclik baş alıb gedəcək. 107 00:14:27,940 --> 00:14:34,020 Sənin siyasi düşüncən bir cürdür, filan hüquqi strukturu təhqir edəsən, 108 00:14:34,200 --> 00:14:38,820 başqasının siyasi əqidəsi bir başqadır, sənin bağlı olduğun 109 00:14:39,140 --> 00:14:44,600 hüquqi qurumu təhqir edə; bu yaxşıdır? Belə şeylərə başlamaq lazım deyil. 110 00:14:46,710 --> 00:14:53,340 İctimaiyyət arasında “Məlum deyil nə olacaq”, “Nə bilirik nə olacaq” kimi fikirlərlə narahatlıq, çaşqınlıq yaratmaq da lazım deyil. 111 00:14:54,600 --> 00:14:58,540 Bu, çox yanlış bir hərəkətdir. Mən bu barədə əvvəllər də xəbərdarlıq etmişəm; 112 00:14:59,280 --> 00:15:04,020 qoyun camaat həvəslə, zövqlə, sevinclə seçkiyə getsin; 113 00:15:04,110 --> 00:15:08,480 necə ki elə reallıq da belədir, camaat bu əhval-ruhiyyədədir. 114 00:15:10,250 --> 00:15:16,820 İctimaiyyətdə təşviş yaratmaq çox səhv bir hərəkətdir; xalqı seçkiyə qarşı pessimist ruha kökləməsinlər. 115 00:15:18,110 --> 00:15:23,020 Namizədlər də bir-birini təhqir etməməlidir; 116 00:15:23,370 --> 00:15:29,880 tutalım, biri namizəddir, özünü hər cəhətdən çox layiqli namizəd hesab edir 117 00:15:30,140 --> 00:15:34,570 lap yaxşı, nə qədər istəyir, özünü tərifləsin, 118 00:15:35,970 --> 00:15:40,400 amma rəqiblərini təhqir etməsin, rəqiblərinə böhtan atmasın, 119 00:15:40,540 --> 00:15:47,820 onların qeybətini etməsin. “Böhtan” kiminsə haqqında reallığa zidd olan şeyləri dilə gətirib danışmaqdır, 120 00:15:48,080 --> 00:15:54,710 qeybət isə kimdəsə, həqiqətən də, olan eyibləri açıb-tökməkdir; qeybət etmək də lazım deyil. 121 00:15:57,710 --> 00:16:05,850 Demək, bu da seçkinin sağlam şəraitdə baş tutması üçün bir meyardır, vəzifədir. 122 00:16:06,020 --> 00:16:12,220 Namizədlər seçicilərlə görüşəndə imkan dairəsi, gücü, 123 00:16:12,370 --> 00:16:20,140 səlahiyyəti çərçivəsində olan şeylərdən danışsınlar; xalq da baxsın, xoşu gəlsə, o adama səs versin, 124 00:16:20,140 --> 00:16:23,080 xoşu gəlməsə, verməsin; bax bu, sağlam seçki olar. 125 00:16:23,220 --> 00:16:29,110 Namizədlər insanlara qeyri-real vədlər verməməlidir; bəzi namizədlər 126 00:16:29,450 --> 00:16:33,710 seçicilərə elə vədlər verir ki, həmin işin əllərindən gəlməyəcəyini özləri də bilirlər. 127 00:16:34,020 --> 00:16:37,680 O vədi yerinə yetirə bilməyəcəksənsə, xalqa niyə söz verirsən? 128 00:16:37,850 --> 00:16:42,800 Reallaşmayacağını yaxşı bildiyin bir şeylə camaatı niyə ümidləndirirsən? 129 00:16:43,220 --> 00:16:46,000 Bəzən də qeyri-qanuni vədlər verirlər! 130 00:16:46,170 --> 00:16:50,540 “Filan işi görəcəyik!” – deyirlər, halbuki bunun qanuna zidd olduğunu bilirlər; 131 00:16:50,540 --> 00:16:53,650 ya Konstitusiyaya ziddir, ya adi qanunvericiliyə. 132 00:16:54,480 --> 00:16:59,910 Bu kimi vədlər də verməsinlər; qanunsuz şüarlar səsləndirməsinlər. 133 00:17:00,310 --> 00:17:08,450 Camaatla dürüst davranmaq lazımdır; bizim insanlarımız hamısı 134 00:17:08,680 --> 00:17:12,820 dürüstlüyü hiss edir, anlayır. 135 00:17:14,020 --> 00:17:20,820 Biz dürüst davranmırıqsa, kimlərsə bir hovurluq, bir anlıq 136 00:17:21,110 --> 00:17:27,170 çaşa bilər, amma sonra həqiqət aydınlaşacaq. 137 00:17:28,250 --> 00:17:33,280 Camaatla dürüst davranmaq, onlara düzünü demək lazımdır. 138 00:17:35,170 --> 00:17:43,000 Sağlam seçkinin mütləq etik qaydalarından biri də budur. 139 00:17:43,800 --> 00:17:51,710 Bəzilərində belə bir adət də yaranıb ki, elə durmadan: “Radikallar, radikallar”, – deyə təkrarlayırlar; 140 00:17:52,200 --> 00:17:59,140 radikallıq və passivlik – ifrat və təfrit – hər ikisi pisdir, bunu hər kəs bilir, 141 00:17:59,710 --> 00:18:03,650 amma radikallıq nədir, passivlik nədir, 142 00:18:04,140 --> 00:18:08,600 bu ikisi arasında orta xətt hansıdır – bunlar o qədər də aydın, 143 00:18:08,800 --> 00:18:13,570 dəqiq müəyyən olunmuş məsələlər deyil, burada izaha, ehtiyac var. 144 00:18:14,880 --> 00:18:20,020 Bunu ona görə deyirəm ki, bizə bir çox xəbərlər gəlib çatır; 145 00:18:20,450 --> 00:18:25,570 qəzetlərə, mətbuatda gedən cürbəcür yazılara da baxanda görürsən ki, 146 00:18:25,770 --> 00:18:31,510 bəziləri “radikallar” deyəndə mömin, islamçı cərəyanı nəzərdə tuturlar. Xeyr, 147 00:18:32,650 --> 00:18:39,770 mömin, inqilabi cərəyanı, Allah yolunda çalışıb-vuruşmağa hazır olan gəncləri radikallıqda ittiham etməyin. 148 00:18:40,000 --> 00:18:46,600 Onlar hər an bütün varlığı ilə, saf niyyətlə meydanlara atılmağa hazır olan insanlardır; 149 00:18:46,710 --> 00:18:53,850 sərhədlərimizi, milli heysiyyətimizi müdafiə etmək, 150 00:18:54,280 --> 00:18:59,370 canından, qanından keçmək lazım gəldiyi yerdə də meydana atılan məhz onlar olur. 151 00:19:22,450 --> 00:19:28,940 Hansısa xoşagəlməz, qəbuledilməz olaya görə – 152 00:19:29,110 --> 00:19:36,400 Ərəbistan səfirliyinə edilən hücum kimi; əlbəttə, bu, çox pis bir hərəkət idi, 153 00:19:37,220 --> 00:19:45,910 yanlış idi, kim tərəfindən həyata keçirildiyinə baxmayaraq, səhv bir iş idi – Bu gənclər 154 00:19:46,600 --> 00:19:55,880 həm inqilabi ideyaların daşıyıcısıdırlar – belə ki mən onlarla həm yaxından, həm də uzaqdan kifayət qədər ünsiyyətdə oluram – 155 00:19:56,280 --> 00:20:03,650 – həm də əksər hallarda dərk, düşüncə səviyyələri, təhlil qabiliyyətləri yaşca onlardan böyük olan bəzi insanlardan daha üstündür, 156 00:20:03,910 --> 00:20:08,820 daha yaxşı anlayır, daha yaxşı təhlil edir, məsələlərin mahiyyətini daha yaxşı müəyyənləşdirirlər, 157 00:20:09,400 --> 00:20:14,250 inqilabın, İslamın aşiqidirlər. 158 00:20:14,940 --> 00:20:22,420 Mömin insanları, inqilabi ideyaların daşıyıcısı olan gəncləri haradasa hansısa pis, xoşagəlməz olay baş verib deyə sıxışdırmaq, zəiflətmək olmaz. 159 00:20:22,770 --> 00:20:29,600 Bəli, Ərəbistan səfirliyinə edilən hücum pis, yanlış bir hərəkət idi – bu ki heç – bir neçə il öncə İngiltərə səfirliyinə edilən hücum da 160 00:20:30,310 --> 00:20:36,200 mənim acığıma gəlmişdi. Bu kimi əməllər əsla qəbuledilməzdir, 161 00:20:36,370 --> 00:20:42,220 Bu kimi əməllər əsla qəbuledilməzdir, olduqca pis hallardır, ölkənin, İslamın, hər kəsin ziyanınadır, 162 00:20:42,940 --> 00:20:49,340 amma bütün bunları bizim inqilabçı gənclərimizə təzyiq göstərmək üçün əldə bəhanə etmək lazım deyil. 163 00:20:51,110 --> 00:20:54,880 Bu da mühüm məsələlərdən biridir. 164 00:20:55,110 --> 00:21:02,340 Odur ki, cənab Cənnətinin də tamamilə doğru olaraq qeyd etdiyi kimi, seçkilər böyük bir nemət və şansdır; 165 00:21:03,310 --> 00:21:06,880 bu böyük nemətə görə şükür etmək lazımdır. 166 00:21:07,620 --> 00:21:12,740 Şükrü isə bundan ibarətdir ki, biz hamımız hansı mövqedə olmağımızdan asılı olmayaraq 167 00:21:13,200 --> 00:21:21,540 seçkini layiqincə, sağlam şəkildə keçirməyə çalışaq, davranışlarımızla, səsləndirdiyimiz fikirlərlə, 168 00:21:21,910 --> 00:21:27,770 düşünülməmiş söhbətlərlə – kənar-bucaqda bəzən belə şeylər eşitmək olur – 169 00:21:28,220 --> 00:21:37,400 bu böyük əməlin, bu böyük hərəkatın, bu böyük iftixarın korlanmasına imkan verməyək; 170 00:21:37,710 --> 00:21:41,050 diqqətimiz bunda olsun; çox böyük bir hadisədir. 171 00:21:41,600 --> 00:21:48,970 Sizlər də bu böyük işin təşkilinə cavabdeh olan, onu həyata keçirən rəhbər işçilərsiniz; bəli, zəhməti çoxdur, 172 00:21:49,710 --> 00:21:56,340 problemləri çoxdur, gözləntilər çoxdur, bəzən 173 00:21:56,910 --> 00:22:00,600 hansı vəzifəni tutmağınızdan asılı olmayaraq əsassız ittihamlara da tuş gəlirsiniz; 174 00:22:00,800 --> 00:22:04,540 istər seçkinin həyata keçirildiyi orqanlar olsun, istər nəzarət strukturları, 175 00:22:04,650 --> 00:22:10,800 istər DİN, istərsə də Keşikçi Şurada. 176 00:22:10,970 --> 00:22:17,080 Bütün bunlar var, amma bilin ki, Allah dərgahında əcriniz həddən artıq çoxdur, çünki bu iş çox böyük bir işdir. 177 00:22:17,250 --> 00:22:23,020 Böyük bir işlə məşğul olduğunuza görə də – əgər inşallah, niyyətiniz Allaha bağlıdırsa, 178 00:22:23,110 --> 00:22:29,110 dini, inqilabi vəzifənizi yerinə yetirmək niyyəti ilə bunu edirsinizsə – Allah-taalanın dərgahında əcriniz böyükdür. 179 00:22:29,250 --> 00:22:36,220 Odur ki bu işin ağırlığından, bu yolun çətinliyindən qorxmayın 180 00:22:36,340 --> 00:22:40,200 və öhdənizə düşən işi ən yüksək səviyyədə yerinə yetirin. Bu, seçki barədə. 181 00:22:42,740 --> 00:22:49,450 Birgə Kompleks Tədbirlər Planına gəlincə; bu da bir hadisə idi; böyük və önəmli də bir hadisə idi. 182 00:22:50,650 --> 00:22:58,850 İnsafən, çox zəhmət çəkdilər. Düzdür, bütün istədiklərimizə nail olunmadı, 183 00:22:59,850 --> 00:23:05,650 amma İslam Respublikasının şərtlərindən nə qədəri təmin olunubsa da, insafla demək lazımdır ki, 184 00:23:06,910 --> 00:23:13,600 bunda əziz qardaşlarımız – möhtərəm Xarici İşlər Naziri, danışıqlarda təmsil olunan komanda 185 00:23:13,740 --> 00:23:19,510 və şəxsən ölkə başçısı çox zəhmət çəkiblər. Mən görürdüm: 186 00:23:20,680 --> 00:23:27,740 daim gərgin işləyirdilər, düşünürdülər, prosesləri izləyirdilər, 187 00:23:27,970 --> 00:23:34,280 uzun-uzadı iclaslar keçirirdilər, narahatlıq, yuxusuzluq və sair içində idilər. İnşallah, Allah-taala onların hamısının əcrini verər, 188 00:23:34,850 --> 00:23:41,000 gördükləri iş Uca Yaradan tərəfindən təqdir olunar, qiymətləndirilər; bu, öz yerində. 189 00:23:41,110 --> 00:23:50,850 Lakin bir qrup adam məsələni belə qələmə verməyə çalışır ki, guya bu gün üçün qazanılmış nailiyyətlər, 190 00:23:51,400 --> 00:23:56,970 məsələn, sanksiyaların ortadan qaldırılması Amerikanın jestidir, lütfkarlığının nəticəsidir; halbuki belə deyil. 191 00:23:58,170 --> 00:24:05,800 Bir qrur adam fürsətdən istifadə edib, mənfur imperializmi gözəl, xoşagələn simada təqdim etməyə çalışır; 192 00:24:06,480 --> 00:24:11,570 bu çox təhlükəlidir. Nə jest? 193 00:24:12,800 --> 00:24:16,710 Tutalım siz zəhmət çəkib, pul yığıb bir ev almısınız; 194 00:24:17,200 --> 00:24:24,250 məhəllənin qoçusu gəlib evinizin açarlarını zorla sizdən alır, misal üçün, evinizin yarısını ələ keçirir 195 00:24:24,910 --> 00:24:29,340 və sizə təzyiq göstərir. Daha sonra siz çalışıb, zəhmət çəkib, 196 00:24:30,170 --> 00:24:36,770 ağlınızı işlədib, güc sərf edib, əliniz çatan hər vasitədən istifadə etməklə, bir az təbliğat aparmaqla 197 00:24:37,420 --> 00:24:44,220 buna nail olursunuz ki, həmin qoçu evinizin 2 otağını özündə saxlasa da, qalanını sizə qaytarır. 198 00:24:44,940 --> 00:24:55,880 İndi onun qəsb etdiyi evin bir hissəsini boşaltmağı jestdir, minnətdir? Amerikalıların etdiyi buna oxşayır. 199 00:24:56,620 --> 00:25:06,020 Biz nüvə enerjisi sahəsində öz güc və imkanlarımız, alimlərimizin zəkası, 200 00:25:06,510 --> 00:25:11,680 dövlətimizin başına keçmiş müxtəlif hökumətlərin dəstəyi hesabına inkişaf etmişik, 201 00:25:11,800 --> 00:25:16,310 bu yolda 6 şəhid vermişik və bu gün olduğumuz mövqeyə gəlib çatmışıq; zarafatdır? 202 00:25:18,370 --> 00:25:25,800 Elə etmişik ki, bir vaxtlar bu ölkədə hətta bir sentrifuqanın fəaliyyət göstərməsinə belə razı olmayan düşmən 203 00:25:26,170 --> 00:25:29,620 indi mövcud reallıqlara görə 204 00:25:30,020 --> 00:25:34,020 ölkəmizdə bir neçə min sentrifuqanın işləməyini həzm etməyə məcbur olub. 205 00:25:34,880 --> 00:25:42,880 Bu, onlar tərəfindən jest deyil; bu, İran xalqının, İran alimlərinin zəhmətinin nəticəsidir. 206 00:25:44,450 --> 00:25:50,280 Onlar xalqı əsəbiləşdirib küçələrə çıxarmaq məqsədilə sanksiyalar tətbiq etmişdilər. 207 00:25:50,540 --> 00:25:52,800 Mən bunu bir neçə il əvvəl söylədim, 208 00:25:53,620 --> 00:25:59,140 bəzi adamlar dedilər ki, təhlildir; düzdür, o zaman, bəlkə də, təhlil idi, amma bu gün dəqiq informasiyadır. 209 00:26:00,280 --> 00:26:11,880 Özləri də deyiblər; onlardan bir neçə nəfər müxtəlif çıxışlarında söyləyib ki, məqsədimiz 210 00:26:12,000 --> 00:26:17,450 camaatı özündən çıxarmaq, İslam Respublikası rejimi, İslam dövləti əleyhinə kökləməkdir. 211 00:26:17,850 --> 00:26:22,200 Camaatı küçələrə çəkib çıxarmaq istəyirdilər; amma xalqımız möhkəm durdu 212 00:26:22,680 --> 00:26:32,880 və onun bu müqaviməti, bu mübarizliyi həyata keçirilən siyasi-diplomatik işlərin, baş tutan danışıqların və sairin dayağı oldu. 213 00:26:35,000 --> 00:26:40,340 Düşmən məcbur oldu; hansı həddə geri çəkildisə, 214 00:26:40,880 --> 00:26:44,850 bu, xalqın öz gücünü, iqtidarını nümayiş etdirməsinin nəticəsi idi. 215 00:26:45,020 --> 00:26:49,820 İslam Respublikası nəyə qadir olduğunu, qürur və heysiyyətini göstərdi. 216 00:26:52,000 --> 00:27:01,770 Əlbəttə, şəxsən mən düşünürəm ki, biz bundan yaxşısını da edə bilərdik, 217 00:27:01,970 --> 00:27:10,800 intəhası əlimizdə olan imkanlar, vaxtımız, gücümüz bu qədərinə şərait yaratdı. 218 00:27:11,310 --> 00:27:17,800 Amma elə bu gün üçün əldə edilmiş nailiyyətlər də az deyil, 219 00:27:17,970 --> 00:27:24,510 mühüm, diqqətəlayiq bir iş həyata keçirilib və bu, xalqın dəstəyi, milli iqtidar, 220 00:27:26,020 --> 00:27:35,420 İslam Respublikasının xalqla, camaatla yaxından, sıx bağlılığı sayəsində mümkün olub. 221 00:27:37,620 --> 00:27:46,540 Onu da deyim ki, nüvə məsələsində imperializmin – 222 00:27:47,080 --> 00:27:52,250 əsasən də Amerikanın; o böyük büt Amerikadır, 223 00:27:53,420 --> 00:27:57,310 məsələyə qoşulan digər Avropa dövlətləri isə 224 00:27:57,480 --> 00:28:01,850 ətrafındakı kiçik bütlərdir – 225 00:28:03,370 --> 00:28:09,140 bizimlə davası təkcə nüvəyə görə deyildi; yoxsa 226 00:28:09,680 --> 00:28:16,850 and içərəm ki, onlar İslam Respublikasının nüvə silahı əldə etmək niyyətində olmadığını çox gözəl bilirlər; 227 00:28:17,620 --> 00:28:23,970 bu o qədər dəqiqdir ki, çəkinmədən and da içmək olar. Məsələ başqa idi. 228 00:28:24,140 --> 00:28:30,250 Bu, İran xalqına təzyiq göstərmək, 229 00:28:31,800 --> 00:28:37,800 İran xalqının onu hədəflərinə aparan inqilabi hərəkatını durdurmaq, 230 00:28:40,340 --> 00:28:51,710 İslam Respublikasının regionda və dünyada günü-gündən genişlənməkdə olan nüfuz dairəsini məhdudlaşdırmaq üçün nəzərdə tutulan kompleks planın kiçik bir hissəsi idi; 231 00:28:52,220 --> 00:28:59,880 bu, bir reallıqdır. Biz bunu konkret məqsəd kimi şüurlu şəkildə izləmirik, təbii olaraq belə alınır; 232 00:29:00,000 --> 00:29:08,850 yeni fikirdir, maraqlıdır, cəlbedicidir, pak qəlblərə, dürüst niyyətlərə xoş gəlir, 233 00:29:08,970 --> 00:29:15,400 elə buna görə də İslam Respublikasının nüfuzu, etibarı getdikcə artır; onlar da bunu görür, dərk edir. 234 00:29:17,370 --> 00:29:19,820 Onların məqsədi bu prosesi dayandırmaqdır; 235 00:29:19,940 --> 00:29:30,650 xalqlara qəbul etdirmək istəyirlər ki, İslam Respublikası da dinə əsaslanan 236 00:29:31,510 --> 00:29:37,940 bir hökumət rejimi qurub onu idarə edə, yaşada bilmədi. Bunu göstərmək istəyirlər, hədəfləri budur. 237 00:29:39,220 --> 00:29:45,600 Bunu hamı anlamalıdır – xalqımız da, rəsmilərimiz də anlamalıdır. 238 00:29:45,820 --> 00:29:53,370 Amerika zor və yalan təbliğat gücünə öz işini aparmaq istəyir; 239 00:29:53,480 --> 00:29:58,140 onun bu davranışlarına müqavimət göstərmək lazımdır. 240 00:30:19,000 --> 00:30:29,800 Elə indi də bütün rəsmilər – həm hökumət rəsmiləri, həm də mənim tövsiyə etdiyim Nəzarət Şurasında təmsil olunan şəxslər – 241 00:30:30,000 --> 00:30:39,420 qarşı tərəfin hiylələrindən ehtiyatlı olsunlar; çünki qarşı tərəf hiyləgərdir, saxtakardır. 242 00:30:41,200 --> 00:30:48,110 Onun təbəssümünə, taxdığı maskaya inanmaq olmaz. 243 00:30:48,420 --> 00:30:55,800 Sizə deyim ki, Reyqan, Buş dövrünün Amerikası ilə 244 00:30:55,800 --> 00:31:00,820 bugünkü Amerika arasında heç bir fərq yoxdur, qətiyyən fərqlənmir. 245 00:31:01,970 --> 00:31:08,400 Bir vaxtlar – Reyqan dövründə Amerika 246 00:31:10,250 --> 00:31:16,050 Fars Körfəzi yaxınlığındakı bölgələrimizi kin və qəzəbi üzündən lazım bilib bombaladığı kimi, 247 00:31:16,370 --> 00:31:20,080 əgər bu gün də əllərindən gəlsə, eyni işi görərlər. Amerika əsla dəyişməyib; 248 00:31:20,200 --> 00:31:27,800 onun İslam dini və İslam Respublikasına qarşı siyasəti dəyişməz olaraq qalıb. 249 00:31:28,340 --> 00:31:34,250 Əlbəttə, işlətdikləri metodlar fərqlidir: biri bir metoddan istifadə edir, o biri başqa bir metod işlədir, 250 00:31:34,370 --> 00:31:38,740 amma hədəfləri birdir, eynidir; buna hamı diqqət yetirməlidir. 251 00:31:38,940 --> 00:31:43,600 Çünki hiyləgərdirlər, hiylə işlədirlər; onların hiyləsindən ehtiyatlı olmaq lazımdır. 252 00:31:44,340 --> 00:31:49,310 Diqqətli olmaq lazımdır ki, onların atdığı addımlar 253 00:31:49,910 --> 00:31:55,570 sözün əsl mənasında götürdükləri öhdəliklərlə uyğun olsun. 254 00:31:56,820 --> 00:32:01,340 Qarşı tərəfin saxtakarlığına, hiyləgərliyinə etinasız yanaşmaq olmaz. 255 00:32:01,570 --> 00:32:06,910 Ondan hansısa hiylə hiss edən kimi, 256 00:32:07,310 --> 00:32:12,480 qarşılığında adekvat cavab vermək lazımdır; 257 00:32:12,570 --> 00:32:21,680 yəni əgər qarşı tərəf götürdüyü hansısa öhdəliyi pozdusa, bu tərəf də öhdəliyini pozmalı, reaksiya verməlidir. 258 00:32:22,970 --> 00:32:34,170 Keşikçi Korpusda xidmət edən dəyərli gənclərimizin dənizdə gördüyü iş, 259 00:32:35,340 --> 00:32:41,250 düşmənin təcavüzü qarşısında öz qürur və heysiyyətini, qüdrətini nümayiş etdirmələri çox doğru bir addım idi; 260 00:32:41,400 --> 00:32:46,540 indiyə qədər fürsət tapıb onlara təşəkkür edə bilməmişdim; mən onlara, doğrudan da, minnətdaram. 261 00:32:47,140 --> 00:32:54,570 Düşmən bizim su sərhədlərimizi pozub, onlar da gedib düşmən hərbçilərini mühasirəyə alıblar. 262 00:32:55,170 --> 00:33:03,340 Mən istərdim ki, siyasətçilərimiz də bütün beynəlxalq sferalarda bu şəkildə davransınlar: 263 00:33:03,570 --> 00:33:08,910 düşmənin təcavüzündən ehtiyatlı olsunlar, müəyyən olunmuş hüdudları, 264 00:33:08,910 --> 00:33:13,800 qırmızı xətləri harada keçdiklərinə baxsınlar və bunun qarşısını qüdrətlə alsınlar. 265 00:33:14,650 --> 00:33:20,170 Mənim dəfələrlə vurğuladığım daha bir məsələ var: sanksiyaların götürülməyi ilə 266 00:33:21,910 --> 00:33:32,480 ölkənin iqtisadi problemləri həllini tapacaqmı? Bununla xalqın məişət problemləri həll olunacaq, süfrəsinə bolluq gələcəkmi? 267 00:33:32,910 --> 00:33:37,220 Xeyr, yaxşı idarəetmə lazımdır, fəaliyyət proqramları lazımdır. 268 00:33:38,650 --> 00:33:46,110 Mən hazırkı hökumətin vaxtında da, əvvəlki hökumətin dövründə də – hansı ki məhz o zaman sanksiyaların bir qismi başladı, 269 00:33:46,910 --> 00:33:55,800 müəyyən qisminin də zamanla tətbiq olunacağı məlum oldu – 270 00:33:56,110 --> 00:34:04,140 demişəm ki, ölkənin iqtisadi problemlərinin 271 00:34:04,220 --> 00:34:11,280 20, 30, 40 faizi sanksiyalarla bağlı ola bilər, qalanı bizim idarəetmə bacarığımızdan asılıdır. 272 00:34:11,970 --> 00:34:18,480 Biz işləri düzgün təşkil etməli, lazımi addımları atmalıyıq. Düzgün idarəetmənin yolu isə müqavimət iqtisadiyyatıdır. 273 00:34:19,910 --> 00:34:25,280 Müqavimət iqtisadiyyatını hamı alqışladı, dəstəklədi, 274 00:34:26,710 --> 00:34:33,080 icrası üçün proqramlar hazırladılar – sevindirici haldır ki, dövlət strukturlarının, hökumətdə təmsil olunan dostlarımızın 275 00:34:34,000 --> 00:34:38,310 müqavimət iqtisadiyyatının reallaşdırılması üçün əldə proqramları var – bu proqramları ciddi surətdə həyata keçirmək, 276 00:34:38,510 --> 00:34:42,080 ölkə iqtisadiyyatına müqavimət qabiliyyəti qazandırmaq lazımdır; 277 00:34:42,370 --> 00:34:47,910 yoxsa ki biz elə gözümüzü yadların əlinə diksək, 278 00:34:48,650 --> 00:34:55,000 nə qərar qəbul edəcəklərini gözləsək, heç yerə gedib çıxa bilmərik. Bu gün neftimizin qiymətini, təxminən, 1/5-ə endiriblər. 279 00:34:55,850 --> 00:35:04,910 İqtisadiyyatımızın əsas gəlir mənbəyi olan neftin qiymətini, təəssüflər olsun ki, real qiymətinin təxminən 1/5-nə salıblar. 280 00:35:06,110 --> 00:35:11,310 Hələ o 100, 110, 120 dollar da neftin real dəyəri deyildi; 281 00:35:11,400 --> 00:35:16,170 neftin real dəyəri bundan da artıqdır – bunu da mən əvvəllər demişəm – 282 00:35:16,620 --> 00:35:22,850 amma o qiyməti də təqribən 1/4-inə, 1/5-inə endiriblər. 283 00:35:23,110 --> 00:35:26,650 Gözünü düşmənin əlinə diksən, böhranlar çox olacaq. 284 00:35:26,650 --> 00:35:32,650 Bunlar qaçılmaz böhranlardır, qarşısını almaq üçün heç nə etmək mümkün deyil. 285 00:35:32,740 --> 00:35:42,420 Biz ölkəmizin iqtisadiyyatını elə bir vəziyyətə gətirməliyik ki, bu böhranlar, bu təkanlar qarşısında duruş gətirə bilsin, onların təsirindən sarsılmasın. 286 00:35:43,770 --> 00:35:52,370 Hazırda ölkəmizə cürbəcür nümayəndə heyətləri gedib-gəlir, rəsmilərimiz sayıq olmalıdır; 287 00:35:53,740 --> 00:36:02,080 belə olmasın ki, gələn xarici şirkətlərlə ticarət, sənaye 288 00:36:02,220 --> 00:36:11,940 və iqtisadiyyat sferalarında imzalanan müqavilələr daxili sənayeyə, 289 00:36:12,200 --> 00:36:15,420 daxildə gedən işlərə, ölkənin kənd təsərrüfatına ziyan vursun. 290 00:36:15,940 --> 00:36:24,570 Əlbəttə, mən bunu xüsusi iclaslarda hökumət rəsmilərinə də demişəm, xəbərdarlıq etmişəm ki, diqqətli olsunlar. 291 00:36:24,650 --> 00:36:30,650 Yəni ölkə öz ayaqları üzərində durmalıdır. Biz əhalisinin sayı çox olan – 292 00:36:30,650 --> 00:36:35,280 80 milyonuq; balaca rəqəm deyil – 293 00:36:36,600 --> 00:36:41,620 güclü bir xalqıq, ölkəmizdə on milyonlarla ali təhsilli gənc var. 294 00:36:41,850 --> 00:36:50,600 Bütün sferalarda bilikli və bacarıqlı insanlarımız var; 295 00:36:51,200 --> 00:36:59,620 bundan başqa, yeraltı resurslarımız, heyrətamiz iqlim müxtəlifliyimiz – 296 00:37:00,020 --> 00:37:03,140 bütün bunlar əlverişli imkandır, şansdır. 297 00:37:04,420 --> 00:37:09,680 Biz öz ayaqlarımız üzərində durmalı, başqalarına arxalanmamalıyıq. 298 00:37:10,450 --> 00:37:21,370 Düşmən düşməndir, qurduğu planlar xalqların ziyanınadır; regionumuzdakı vəziyyəti görürsünüz. 299 00:37:21,510 --> 00:37:26,600 Xatırlayarsınız, bir neçə il əvvəl amerikalılar “yeni bir Orta Şərq” haqda danışırdılar. 300 00:37:27,820 --> 00:37:36,020 O zaman biz bu ad altında nə etmək istədiklərini doğru-dürüst anlaya bilməmişdik. 301 00:37:36,220 --> 00:37:43,340 İndi başa düşürük ki, həmin o “yeni Orta Şərq” nə imiş: müharibə, terror, 302 00:37:43,850 --> 00:37:49,370 fanatizm, irtica ilə dolu, başı daxili müharibələrə qarışmış bir Orta Şərqi nəzərdə tuturmuşlar; 303 00:37:49,540 --> 00:37:54,220 Suriyada müharibədir, İraqda müharibədir, Liviyada müharibədir, 304 00:37:55,080 --> 00:38:01,680 bütün bu ölkələrdə terror geniş yayılıb, Türkiyə və başqa ölkələri də terror cənginə alıb. 305 00:38:02,620 --> 00:38:07,400 “Yeni Orta Şərq” budur; onlar buna nail olmaq niyyətində idilər. 306 00:38:08,620 --> 00:38:16,370 Düzdür, boyunlarına almırlar, amma insanın gözü var, ağlı var, hər şeyi görür, dərk edir. 307 00:38:16,740 --> 00:38:24,880 Sünni-şiə konfliktləri yaratdılar, ölkələrin daxilində cürbəcür ünsürləri silahlandırıb dövlətlərin və xalqların canına saldılar – 308 00:38:26,000 --> 00:38:31,820 onların “yeni Orta Şərqi” budur. Amerikanı hamı tanısın. 309 00:38:34,400 --> 00:38:43,800 Allaha şükürlər olsun ki, ölkəmiz əhalisinin dindarlığı, gözüaçıqlığı, İslam İnqilabına bağlılığının bərəkəti sayəsində 310 00:38:44,650 --> 00:38:54,710 xalqın qatı düşmənlərinin ciddi hücumlarından müəyyən qədər toxunulmazlığını qoruya bilib. 311 00:38:54,800 --> 00:39:01,510 Düzdür, ziyan vurublar, müəyyən işlər görüblər, amma əsaslı zərbə endirə bilməyiblər 312 00:39:01,710 --> 00:39:05,340 və Allahın köməyi ilə, bundan sonra da endirə bilməyəcəklər. 313 00:39:05,820 --> 00:39:14,770 Və Allahın köməyi ilə, İran xalqı imperializmin bütün siyasətlərinə qalib gəlib 314 00:39:14,770 --> 00:39:18,910 öz arzularına çatdığı günü, inşallah, görəcək. 315 00:39:20,400 --> 00:39:31,450 İnşallah, xalqımız İslam İnqilabının qarşıya qoyduğu bütün hədəf və amalların gerçəkləşməsinin şirinliyini dadacaq. 316 00:39:31,570 --> 00:39:36,770 Bunun üçün hamımız çalışmalıyıq, ixlasla çalışmalıyıq, 317 00:39:36,970 --> 00:39:40,800 əl-ələ verməliyik, bir-birinə qarşı mehriban olmalıyıq. 318 00:39:41,570 --> 00:39:45,080 Çiyin-çiyinə durmalıyıq, dil tapıb yola getməliyik, birlikdə işləməliyik, 319 00:39:45,370 --> 00:39:49,250 hədəflərimizi, uca amallarımızı yaddan çıxarmamalıyıq, 320 00:39:49,420 --> 00:39:52,970 bütün meydanlarda səmimiyyətlə addımlamalıyıq. 321 00:39:53,170 --> 00:39:57,710 Allah-taala İran xalqı ilədir və inşallah, qələbə İran xalqının olacaq. 322 00:39:57,880 --> 00:40:01,050 Uca Yaradan hamınıza dəstək olsun, uğurlar nəsib etsin, inşallah. 323 00:40:01,170 --> 00:40:06,620 Allah-taala əziz şəhidlərimizi və dahi öndərimizi Qiyamət günü məhşər meydanına Peyğəmbərlə birgə gətirsin, inşallah. 324 00:40:06,740 --> 00:40:08,970 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.