1 00:00:04,940 --> 00:00:07,110 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:07,220 --> 00:00:09,450 الحمدلله ربّ العالمين 3 00:00:10,570 --> 00:00:16,140 و الصّلاة و السّلام على سيّدنا و نبيّنا ابى‌القاسم المصطفى محمّد 4 00:00:25,480 --> 00:00:29,400 و على آله الطّيبين الطّاهرين المعصومين 5 00:00:30,200 --> 00:00:33,280 سيّما بقيّةالله فى الارضين 6 00:00:35,650 --> 00:00:43,850 Əziz qardaşlar, möhtərəm imam-cümələr, 7 00:00:45,480 --> 00:00:51,370 İslam İnqilabının ölkənin dörd bir yanında mədəni, mənəvi bir missiya ilə 8 00:00:53,480 --> 00:01:01,480 fəaliyyət göstərən məmurları, sizinlə olan bu görüşlər mənim üçün olduqca maraqlı və arzuolunandır. 9 00:01:04,140 --> 00:01:12,820 Kaş sizin hər birinizlə ayrılıqda oturub söhbət etmək imkanımız olaydı! 10 00:01:13,510 --> 00:01:25,940 Əfsuslar olsun ki, həm vaxt məhdudiyyəti, həm də belə effektli işlər üçün kifayət qədər güc və imkanımın olmamağı 11 00:01:26,680 --> 00:01:35,880 mənim sizin hər birinizlə ayrılıqda oturub söhbət etməyə, məsələləri sizdən eşitməyə 12 00:01:35,880 --> 00:01:38,510 müvəffəq olmağıma mane olur. 13 00:01:40,310 --> 00:01:48,510 Çox istərdim ki, hərdən sizin cümə namazlarında söylədiyiniz xütbələri dinləyəm. 14 00:01:48,820 --> 00:01:52,770 Əvvəllər bəzi rayonlara gedəndə 15 00:01:52,940 --> 00:02:04,880 oranın cümə xütbələrini radiodan dinləməyə çox həvəs göstərirdim; 16 00:02:04,880 --> 00:02:12,370 indi daha səfərlərimiz də azaldığı üçün bu mənə daha az müyəssər olur. 17 00:02:12,540 --> 00:02:15,850 Hər halda, bugünkü görüşümüz mənim üçün çox dəyərlidir; 18 00:02:16,770 --> 00:02:21,570 sizlərlə görüşdük, cənab Təqəvinin etdiyi geniş, ətraflı 19 00:02:22,340 --> 00:02:25,770 və faydalı məruzəni eşitdik. 20 00:02:28,740 --> 00:02:33,880 Bu görüşdə mən iki məqama toxunmaq istəyirəm: 21 00:02:36,110 --> 00:02:42,080 bunlardan biri bizi də, sizi də maraqlandıran 22 00:02:44,800 --> 00:02:53,740 və olduqca böyük əhəmiyyət kəsb edən cümə namazları mövzusudur, 23 00:02:55,540 --> 00:03:03,770 ikincisi isə qarşıda gələn seçkilərlə bağlıdır, bu barədə qısaca danışacağam. 24 00:03:06,450 --> 00:03:10,880 Bu iki məsələnin hər biri ilə bağlı bir neçə cümlə deyəcəyəm. 25 00:03:14,080 --> 00:03:23,450 Cümə namazı barədə bunu deyim ki, cümə namazı bir qərargahdır; 26 00:03:23,880 --> 00:03:34,140 iman, təqva, bəsirət, gözüaçıqlıq, əxlaq qərargahı. 27 00:03:36,600 --> 00:03:43,450 “Qərargah” sözü müharibə, döyüş 28 00:03:43,710 --> 00:03:51,420 və bu kimi şeylərlə bağlı bir termindir, amma cümə namazı barədə bu ifadənin işlədilməsi bizi qorxutmamalıdır. 29 00:03:54,110 --> 00:03:58,740 Çünki ortada bir qarşıdurma var, zorla boynumuza qoyublar, 30 00:03:59,480 --> 00:04:03,480 biz müharibə şəraitindəyik, intəhası bu, top-tüfəngli bir müharibə deyil, 31 00:04:05,280 --> 00:04:12,250 insanlarımızın imanını hədəfə alan, mənəvi, ideoloji, siyasi bir müharibədir. 32 00:04:14,740 --> 00:04:22,340 Biz bu müharibəyə zorla təhrik olunmuşuq; eynilə Müqəddəs Müdafiə dövründə 8 il müharibəyə cəlb edildiyimiz kimi. 33 00:04:22,340 --> 00:04:30,200 Bizim öz qonşumuzla savaşmaq kimi bir niyyətimiz yox idi, zorla boynumuza qoydular, üstümüzə hücum etdilər. 34 00:04:31,340 --> 00:04:33,800 Biz heç vaxt ilk olaraq hücum etmirik; 35 00:04:34,400 --> 00:04:42,170 hətta müdafiə olunmaq lazım olmayan yerdə müdafiə tədbirləri də görmürük. 36 00:04:42,770 --> 00:04:53,050 “Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürməkdən ötrü sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram”. (“Maidə” surəsi, 28-ci ayə) 37 00:04:53,280 --> 00:05:00,450 Biz beləyik. Özünü müdafiə etmək lazım olan yerdə isə, niyə, dərhal müdafiəyə qalxırıq. 38 00:05:01,280 --> 00:05:08,600 Allaha şükür, İran xalqı, inqilabi qüvvələr, 39 00:05:09,820 --> 00:05:21,000 dahi və əziz liderimiz mərhum İmam Xomeyni – hansı ki, əlhəmdulillah, adı, xatirəsi, yolu bu gün də yaşayır – 40 00:05:22,220 --> 00:05:28,650 müdafiə sahəsində güclü və bacarıqlı olduqlarını nümayiş etdiriblər. 41 00:05:29,540 --> 00:05:36,940 Biz belə bir qarşıdurma vəziyyətindəyik, belə bir cihad şəraitindəyik. 42 00:05:37,970 --> 00:05:44,540 Xalqımızın imanına, gözüaçıqlığına, 43 00:05:45,600 --> 00:05:51,710 təqvamıza, əxlaqımıza hücumlar edirlər, 44 00:05:52,250 --> 00:05:59,880 aramızda mənəviyyatımıza zərər verəcək cürbəcür təhlükəli viruslar yayırlar. 45 00:06:00,140 --> 00:06:03,740 Belə olan halda bəs biz nə etməliyik? Müdafiə olunmalıyıq. 46 00:06:05,000 --> 00:06:09,400 Bunun üçün isə eynilə müharibə meydanında olduğu kimi, vahid bir mərkəz, qərargah olmalıdır. 47 00:06:09,820 --> 00:06:13,850 Cümə namazı belə qərargahların ən əhəmiyyətli olanlarından biridir; 48 00:06:14,570 --> 00:06:17,800 iman qərargahıdır, təqva qərargahıdır. 49 00:06:19,000 --> 00:06:22,480 Cümə namazına bu gözlə baxmaq lazımdır. 50 00:06:23,910 --> 00:06:32,710 Sizlər də bu qərargahın komandanlarısınız. Müharibə meydanlarında hər bir qərargahın öz komandiri olur. 51 00:06:33,200 --> 00:06:40,480 Cümə namazı qərargahlarının komandirləri də sizsiniz. 52 00:06:43,600 --> 00:06:53,710 Bu qərargahda ən önəmli hədəf həqiqətləri açıqlamaqdır, aydınlıq gətirməkdir. 53 00:06:55,140 --> 00:07:05,540 Allahın göndərdiyi bütün peyğəmbərlərin də ən başlıca məqsədi həqiqətləri açıqlamaq, aydınlatmaq olmuşdur. 54 00:07:06,620 --> 00:07:11,710 Çünki insanları doğru yoldan azdıran bu olur ki, 55 00:07:12,140 --> 00:07:18,570 onlar həqiqətləri bilmirlər; əsasən belə olur. 56 00:07:18,850 --> 00:07:22,880 Düzdür, elələri də var ki, həqiqəti bilir, lakin inkar edirlər, 57 00:07:23,050 --> 00:07:30,170 amma əksəriyyət etibarilə sapmalar həqiqəti bilməməkdən qaynaqlanır. 58 00:07:31,200 --> 00:07:35,850 İlahi peyğəmbərlər də həqiqəti bəyan etmək, açıqlamaq, 59 00:07:36,080 --> 00:07:45,110 aşkara çıxarmaq, insanlar üçün dəlil-sübutu sona qədər tamamlamaq missiyası ilə gəlmişlər. Aydınlıq gətirmək, açıqlamaq məsələsi belədir. 60 00:07:47,050 --> 00:07:49,280 – “Alimlər peyğəmbərlərin varisləridir”. 61 00:07:49,510 --> 00:07:56,880 Siz peyğəmbərlərin varislərisiniz; o cümlədən bu məsələdə – həqiqətləri açıqlamaq məsələsində. 62 00:07:58,200 --> 00:08:08,880 Adından da göründüyü kimi, cümə namazı insanların bir araya gəldiyi, toplaşdığı bir yerdir. 63 00:08:09,850 --> 00:08:14,250 Bunun özü də həqiqətlərin açıqlanması üçün böyük bir fürsətdir. 64 00:08:14,620 --> 00:08:20,050 Bəzən insan onun-bunun qapısına getməyə, 65 00:08:21,020 --> 00:08:25,400 yaxud qeyri-müstəqim yollardan istifadə etməyə məcbur qalır. 66 00:08:26,110 --> 00:08:30,650 Müasir dövrdə geniş yayılmış kommunikasiya vasitələri də, düzdür, genişdir – 67 00:08:30,940 --> 00:08:37,570 internet, sosial şəbəkələr və sair əhatəlidir – 68 00:08:37,800 --> 00:08:46,280 amma üz-üzə oturmaq, göz-gözə baxmaq, danışanın 69 00:08:46,800 --> 00:08:52,620 və auditoriyanın nəfəsini, həmin an orada olduğunu hiss etmək başqa bir şeydir. 70 00:08:53,910 --> 00:08:57,510 Kütlə, bir yerə toplaşmaq başqa bir şeydir. 71 00:08:58,600 --> 00:09:07,400 Hansısa sözü, mesajı bir neçə min nəfər internet və ya sms vasitəsilə ala bilər, 72 00:09:08,110 --> 00:09:13,770 amma həmin insanların bir araya gəlib 73 00:09:14,080 --> 00:09:17,740 bir nəfərin söhbətini dinləməsi fərqli bir şeydir. 74 00:09:18,680 --> 00:09:26,770 Üzbəüz oturub bir-birinin gözlərinə baxmaq qeyri-adi bir təsirə malikdir və bu, siz imam-cümələrə müyəssər olan bir şeydir. 75 00:09:27,740 --> 00:09:33,850 Cümə namazı bir araya gəlmək üçün bir fürsətdir, kütlənin yarandığı bir məkandır. 76 00:09:34,540 --> 00:09:44,570 Cümə namazlarında insanlar bir yerə toplaşır, burada onlar bir-biri ilə fikirlərini bölüşə bilərlər, birgə qərar verə bilərlər, 77 00:09:45,170 --> 00:09:49,850 birlikdə hansısa addımı ata bilərlər; bütün bunlar çox əhəmiyyətlidir. 78 00:09:51,170 --> 00:09:54,370 Dinə yad olan insanlar – 79 00:09:54,450 --> 00:10:03,110 istər əcnəbilər, istərsə də elə ölkəmizdə bu imkanlardan yararlanmayan bəzi bədbəxt ünsürlər – 80 00:10:03,280 --> 00:10:11,850 insanları bir araya toplaya, onlarla söhbət edə, fikir mübadiləsi apara bilmədikləri, bunun üçün əllərində heç bir vasitə olmadığı üçün 81 00:10:11,850 --> 00:10:14,450 həsrət çəkir, heyfslənirlər. 82 00:10:14,800 --> 00:10:20,170 Təzəlikcə müxtəlif adlar altında bu tip tədbirlər keçirmək istəyirlər, amma alınmır. 83 00:10:20,370 --> 00:10:28,940 Elə isə cümə namazı hər bir şəhərin mədəniyyətinin döyünən ürəyidir. 84 00:10:30,540 --> 00:10:34,370 Hər bir şəhərin mədəni mərkəzi cümə namazıdır. 85 00:10:35,110 --> 00:10:41,340 Əlbəttə, bunun da müəyyən şərtləri var, qeyd edəcəyəm. 86 00:10:43,050 --> 00:10:47,220 Elə yer var ki, orada istiqamətləndirmə işi aparılır. 87 00:10:47,740 --> 00:10:54,170 Mən altını cızaraq qeyd edirəm ki, bu, sırf siyasi cəhətdən istiqamətləndirmə deyil, 88 00:10:55,280 --> 00:11:01,680 həm siyasi, həm də mədəni cəhətdən istiqamətləndirmədir. 89 00:11:03,770 --> 00:11:11,650 Elə düşünməyək ki, misal üçün, günümüzdə aktual və həm də problemli olan hansısa siyasi məsələ barədə 90 00:11:12,280 --> 00:11:20,400 car çəkib danışdıq, fikirlərimizi ifadəli bir tərzdə açıqladıqsa, iş bitdi. Yox, 91 00:11:21,620 --> 00:11:31,050 mən insanları mədəni cəhətdən istiqamətləndirməyi siyasi cəhətdən istiqamətləndirməkdən daha vacib hesab edirəm. 92 00:11:31,170 --> 00:11:36,680 Siyasi cəhətdən istiqamətləndirmə də çox lazımlı bir şeydir və buna etinasız yanaşmaq olmaz, 93 00:11:37,540 --> 00:11:42,420 amma mədəni istiqamətləndirmə, insanların mədəniyyəti, əxlaqı daha önəmlidir. 94 00:11:46,170 --> 00:11:51,340 Misal üçün, bizim bir neçə il əvvəl 95 00:11:51,680 --> 00:11:58,570 irəli sürdüyümüz həyat tərzi məsələsi önəmli məsələlərdən biridir. 96 00:11:59,310 --> 00:12:05,420 Həyat tərzi çoxşaxəli bir mövzudur; İran xalqı 97 00:12:05,970 --> 00:12:13,020 və İslam dininin düşmənlərinin ən başlıca hədəflərindən biri də müsəlmanların həyat tərzini dəyişib 98 00:12:13,220 --> 00:12:20,820 özlərininkinə bənzətməkdir. Həyatın reallıqları insanın düşüncəsinə təsir göstərir, 99 00:12:22,740 --> 00:12:27,850 gündəlik həyatdakı davranışları insanın qəlbində, ruhunda – 100 00:12:27,850 --> 00:12:32,020 həm öz ruhunda, həm də ünsiyyətdə olduğu insanların ruhunda – təsir buraxır; 101 00:12:32,710 --> 00:12:34,480 onlar bax bunu dəyişmək istəyirlər. 102 00:12:35,000 --> 00:12:41,600 İslam biz müsəlmanlar üçün müəyyən həyat tərzi gətirmişdir. Məsələn, etika, ədəb-ərkan. 103 00:12:42,000 --> 00:12:45,420 Etika önəmli məsələlərdən biridir. 104 00:12:46,080 --> 00:12:54,910 Avropalılar adi ünsiyyətdə ədəb-ərkana o qədər də əhəmiyyət vermirlər. 105 00:12:54,910 --> 00:12:59,650 Biz iranlılar isə qədimdən danışığımızda, 106 00:12:59,800 --> 00:13:08,000 rəftarımızda ədəb-ərkanı gözləməyimizlə, qarşı tərəfə hörmət qoymağımızla tanınmışıq. 107 00:13:09,370 --> 00:13:14,080 Onlar bunu dəyişmək istəyirlər və təəssüflər olsun ki, müəyyən məqamlarda buna nail ola biliblər də. 108 00:13:14,220 --> 00:13:20,050 Tutalım, siz birinə müxalifsiniz, 109 00:13:20,600 --> 00:13:23,680 onun haqqında fikir bildirmək istəyirsiniz, bu məqamda iki cür danışa bilərsiniz: 110 00:13:24,170 --> 00:13:29,220 etikanı gözləmədən, hörmətsiz, qaba tərzdə də danışmaq olar, 111 00:13:29,970 --> 00:13:32,170 nəzakətlə, ədəb-ərkanla da. 112 00:13:33,540 --> 00:13:40,650 Baxın, Quranda əksər hallarda fasiqlərdən, kafirlərdən, 113 00:13:40,800 --> 00:13:47,170 şər əməlli qövmlərin ən pislərindən söz düşəndə buyurulur: 114 00:13:47,280 --> 00:13:49,940 “Lakin onların çoxu bilməz”. ( “Ənam” surəsi, 37-ci ayə) 115 00:13:50,600 --> 00:13:56,850 Demir ki, “hamısı”; axı onların arasında bir azlıq da olsa düşünənlər, bilənlər var. 116 00:13:58,170 --> 00:14:03,740 Baxın, Qurani-Kərim onların haqqını gözləyərək “çoxu” deyə buyurur. 117 00:14:05,800 --> 00:14:18,510 Həyat tərzi, müsbət ənənə və vərdişlər baxımından diqqətəlayiq məsələlərdən biri də, 118 00:14:18,650 --> 00:14:27,020 misal üçün, kitab mütaliəsidir. Düzdür, bu gün edilən məruzədə bu mövzuya bir qədər toxunuldu, 119 00:14:27,140 --> 00:14:33,280 ancaq mən yenə də qeyd etmək istəyirəm ki, bizim əhalini, gəncləri kitab mütaliəsinə təşviq etməyimiz olduqca önəmlidir. 120 00:14:33,650 --> 00:14:37,510 Kitab oxumaq çox əhəmiyyətlidir; yaxşı kitabları da insanlara tanıtmaq lazımdır. 121 00:14:37,820 --> 00:14:44,620 Hətta mən belə güman edirəm, düşünürəm ki, cümə namazlarının qılındığı məkanlarda 122 00:14:45,400 --> 00:14:47,510 yaxşı, oxunaqlı, 123 00:14:48,340 --> 00:14:52,820 aktual kitabların sərgisi də təşkil olunmalıdır – 124 00:14:53,110 --> 00:15:01,800 əlbəttə ki, rəhbər işçilər bu məsələnin müxtəlif tərəflərini nəzərdən keçirməlidirlər – 125 00:15:02,170 --> 00:15:08,250 qoy insanlar gəlsin, kitabları görsün, nəşrlərlə tanış olsun, istəsələr oradan, yaxud başqa bir yerdən əldə etsinlər. 126 00:15:09,050 --> 00:15:17,510 İnsanları kitab oxumağa, rəsmiləri yeni kitabların nəşrinə vadar etmək lazımdır, 127 00:15:17,940 --> 00:15:26,020 bunlar lazımlı şeylərdir. Önəmli məsələlərdən biri də budur. 128 00:15:26,020 --> 00:15:33,680 Cümə namazı ilə bağlı digər bir mühüm məsələ ölkənin gənc ictimaiyyətinin bura cəlb edilməsidir. 129 00:15:34,200 --> 00:15:47,310 Hazırda ölkəmizdə gənc əhalinin say nisbəti əvvəlkindən – 60-cı illərin axırları 70-ci illərin əvvəllərindən – bir qədər aşağı olsa da, 130 00:15:47,650 --> 00:15:53,370 Allaha şükürlər olsun ki, cəmiyyətimiz gənc bir cəmiyyətdir, cavanlarımız çoxdur. 131 00:15:53,820 --> 00:15:57,110 Onları cümə namazlarına cəlb etmək lazımdır, 132 00:15:57,510 --> 00:16:01,220 bu isə elə “gənclər, cümə namazlarına gəlin, 133 00:16:01,220 --> 00:16:07,170 cümə namazlarına həvəs göstərin” deməklə mümkün olan bir iş deyil. 134 00:16:07,400 --> 00:16:11,540 Gəncləri qəlblə, dərklə cümə namazlarına çəkib gətirmək lazımdır. 135 00:16:11,680 --> 00:16:20,250 Onları cümə namazlarına cəlb edə biləcək şeylərdən biri güclü, əsaslı sözlər, fikirlər deməkdir. 136 00:16:20,540 --> 00:16:25,800 İstər siyasət, istərsə də mədəniyyət mövzusunda söylənən zəif fikir 137 00:16:26,620 --> 00:16:32,510 orada olan insanları – bir qrup adam var ki, adət ediblər, adət olaraq namaza gəlirlər – 138 00:16:32,710 --> 00:16:44,620 minbərdən söz eşitmək istəyən gəncləri cəlb etməyəcək. Təzə söz demək lazımdır. Şair demiş: 139 00:16:45,540 --> 00:16:49,140 – “Təzə söz de, çünki təzədə həmişə bir şirinlik olur”. 140 00:16:49,510 --> 00:16:57,710 Təzə söz deyəndə mən bidət gətirəcək, “Bidətdir” – deyə iradlara səbəb olacaq fikirləri nəzərdə tutmuram, yox. Təzə söz odur ki, 141 00:16:58,250 --> 00:17:03,740 oturub dərindən fikirləşin, düşünün, araşdırma aparın, 142 00:17:04,170 --> 00:17:09,770 gənclər üçün yeni və cəlbedici fikirlər tapın. Bax onda cavanlar gələcək; 143 00:17:10,020 --> 00:17:17,800 gəlib namazlarda iştirak edəcək. Sizin onları çağırmağınıza ehtiyac olmadan, özləri gələcəklər. 144 00:17:18,280 --> 00:17:28,000 Əziz qardaşlar! Gəncləri cəlb edən şeylərdən biri də səmimiyyət hiss etmələridir. 145 00:17:28,710 --> 00:17:38,020 Gənclər emosional olur, qəlbinin, emosiyalarının yönəltdiyi istiqamətə gedərək bir çox işlər görür. 146 00:17:38,450 --> 00:17:45,220 Səmimiyyət, mehribanlıq, dürüstlük hiss etsələr, gələcəklər. 147 00:17:45,310 --> 00:17:49,480 Yox əgər əksinə – bizdə təkəbbür hiss etsələr, 148 00:17:50,510 --> 00:17:54,310 lovğalıq hiss etsələr, özümüzü göstərmək istədiyimizi sezsələr, gəlməyəcəklər. 149 00:17:55,770 --> 00:18:00,680 Bu şeyləri təmin etmək lazımdır, onda cavanlar gələcək. Gənclər cümə namazlarına gəlirsə, 150 00:18:01,420 --> 00:18:08,200 bu o deməkdir ki, siz əslində ölkənin hərəkətverici qüvvəsini, avanqardlarını mənəvi cəhətdən qidalandırırsınız. 151 00:18:09,110 --> 00:18:14,450 Gənclər ölkənin avanqard qüvvəsidir. Onlar cümə namazlarına gəlirsə, siz onları mənən qidalandırırsınız. 152 00:18:15,450 --> 00:18:23,340 Bu fikrin davamı olaraq demək istəyirəm ki, zənnimcə, imam-cümələrlə bağlı mühüm məsələlərdən biri də 153 00:18:23,540 --> 00:18:29,940 onların insanlarla administrativ tərzdə yox, sadə bir ruhani tələbə tərzində davranmasıdır. 154 00:18:30,080 --> 00:18:37,510 İmam-cümə institutu dini, ruhani bir institutdur, 155 00:18:38,710 --> 00:18:43,250 administrativ təsisat deyil, ona idarəçilik xarakteri vermək lazım deyil. 156 00:18:44,710 --> 00:18:52,400 Cümə namazında amiranə, idarəçi davranış yox, 157 00:18:52,800 --> 00:18:58,310 dindar insana, ruhani xadimə münasib davranış effekt verir. 158 00:18:58,770 --> 00:19:04,420 İnsanlara rəsmiyyətçi tərzdə yox, ruhani-mənəvi tərzdə yanaşmaq lazımdır; 159 00:19:04,540 --> 00:19:12,480 bir ata kimi, qardaş kimi, səmimi münasibət göstərmək lazımdır. Ruhaniyə yaraşan münasibət budur. 160 00:19:15,310 --> 00:19:20,000 Digər bir məsələ isə haqqı nəzərə almaqdır. 161 00:19:20,170 --> 00:19:28,540 Bəzən görürsən ki, nisbətən böyük kütlə qarşısında minbərdən çıxış edən ruhanilər 162 00:19:29,000 --> 00:19:36,220 danışarkən həmin auditoriyanın istəyini nəzərə alırlar; 163 00:19:36,940 --> 00:19:41,570 ora toplaşanlar necə istəyirsə, o cür danışırlar; bu, yanlışdır. 164 00:19:41,770 --> 00:19:43,680 Belə hallar inqilabdan əvvəl də var idi. 165 00:19:44,340 --> 00:19:52,970 Güclü natiqlər, məsələn, yeni söz söyləyən, 166 00:19:53,880 --> 00:19:59,170 dini məfkurə mövzusunda çıxış edən insanlar arasında elələri var idi ki, kütləyə nəyin xoş gəldiyinə baxırdılar. 167 00:20:00,000 --> 00:20:05,340 Müəyyən mövzu auditoriyaya xoş gəlirdisə, yanlış belə olsa, o barədə danışırdılar. 168 00:20:05,450 --> 00:20:11,600 Belə etməyin, bu, yanlışdır. Dinləyiciyə xoş gəlməsə belə, 169 00:20:12,020 --> 00:20:16,620 yalnız doğru olanı deyin; 170 00:20:16,800 --> 00:20:23,220 özü də sözü arqumentlərlə əsaslandıraraq, elə yumşaq və ürəyəyatan bir tərzdə demək olar ki, 171 00:20:23,620 --> 00:20:30,680 ürəyincə olmayan, ola bilsin, ona xoş gəlməyəcək bir söz də 172 00:20:30,820 --> 00:20:34,510 eşidənin ürəyinə yatar. 173 00:20:34,880 --> 00:20:39,110 Daha bir mühüm məqam isə imam-cümələrə hörmətlə yanaşılması məsələsidir. 174 00:20:39,310 --> 00:20:44,600 İmam-cümələr həm özləri özlərinə hörmət qoymalıdır, həm əhali onlara hörmətlə yanaşmalıdır, 175 00:20:45,020 --> 00:20:48,850 həm də Tehrandakı mərkəzi idarə onların hörmətini gözləməlidir. 176 00:20:49,170 --> 00:20:55,940 Hörmətlə yanaşmaq deyəndə mən hansısa təşrifat qaydalarını nəzərdə tutmur, kiminsə ayağının altına qırmızı xalça atılsın demirəm. 177 00:20:56,370 --> 00:20:58,850 Hörmət qoymaq deyəndə mən qədrini bilməyi nəzərdə tuturam. 178 00:20:59,220 --> 00:21:07,850 Məsələn, siz özünüz bir imam-cümə olaraq öz qədrinizi biləsiniz, özünüzə hörmətlə yanaşasınız; 179 00:21:08,000 --> 00:21:14,140 o mənada ki, özünüzü insanı günaha, çirkinliklərə bulaşdıran şeylərdən qoruyasınız. 180 00:21:14,540 --> 00:21:20,880 Bütün bunlar diqqət yetirilməli olan, mühüm məsələlərdir. 181 00:21:21,020 --> 00:21:32,480 Hər bir halda, ölkəmizdə imam-cümələrin olması, cümə namazlarının həyata keçirilməsi, həqiqətən də, böyük bir fürsətdir, böyük bir nailiyyətdir. 182 00:21:35,050 --> 00:21:42,000 Bəzi müsəlman ölkələrində belə qəbul olunub ki, 183 00:21:42,280 --> 00:21:46,540 administrativ qurumlar cümə namazlarının xütbələrini yazılı şəkildə imam-cümələrə təqdim edir, 184 00:21:46,680 --> 00:21:51,970 onlar da gedib minbərdən həmin kağızı oxuyur. 185 00:21:52,710 --> 00:21:57,340 Mənim fikirmcə, bu, cümə namazı deyil; bu, cümə namazında xütbə söyləmək deyil. 186 00:21:57,880 --> 00:22:05,200 Bu artıq hansısa idarənin təlimatını oxumaqdır. Dini işlərlə məşğul olan hansısa idarə 187 00:22:05,370 --> 00:22:09,740 nə isə yazıb deyir “al bunu, get oxu”, o da gedib oxuyur. 188 00:22:10,970 --> 00:22:15,820 Cümə namazında xütbə söyləmək bu deyil; cümə xütbəsi 189 00:22:16,020 --> 00:22:23,540 imam-cümənin düşünən beyninin məhsulu olmalı, yanar qəlbindən çağlayaraq 190 00:22:24,080 --> 00:22:33,650 dilinə axmalı, kütlənin ehtiyacına cavab verməli və bəlağətli bir dillə namaza gələn insanlara ötürülməlidir. 191 00:22:34,000 --> 00:22:41,020 Hər dövrün öz boşluğu, öz ehtiyacı olur, həmin ehtiyacı bilmək lazımdır. 192 00:22:43,800 --> 00:22:49,800 Həmin ehtiyacı yox edəcək nə isə, onu bilmək lazımdır; 193 00:22:50,280 --> 00:22:58,050 dinləyicinin düşüncəsinə dərman, zehninə qida olub ideoloji ehtiyaclarını rəf edəcək, 194 00:22:58,050 --> 00:23:05,200 onu doyuracaq şeyin nə olduğunu bilmək və həmin fikirləri gözəl bir ifadə, bəyan tərzi ilə ona çatdırmaq lazımdır. 195 00:23:05,370 --> 00:23:14,280 Məncə, bu, imam-cümələrin işində lazımlı bir məqamdır. 196 00:23:14,510 --> 00:23:21,480 İstənilən halda, biz ölkəmizdə qılınan cümə namazlarının qədrini bilir, buna görə Uca Yaradana, həqiqətən, şükür edirik. 197 00:23:22,340 --> 00:23:28,880 Bir dəfə imam-cümələrlə birlikdə İmam Xomeyninin (r.ə) yanına getmişdik; 198 00:23:29,480 --> 00:23:39,480 cümə namazlarının yenicə təşkil olunduğu ilk illər idi, İmam mənə də Tehranın imam-cüməsi olmaq iftixarını layiq görmüşdü; 199 00:23:40,020 --> 00:23:45,340 imam-cümələrlə birlikdə onun yanına getmişdik. Mən söhbət edirdim, 200 00:23:45,480 --> 00:23:53,310 ürəyimdən bir cümlə gəldi, dedim, Uca Yaradan 201 00:23:54,850 --> 00:23:58,370 bəndələrinə Qədr gecəsini bəxş edib, 202 00:23:58,540 --> 00:24:00,620 məsum imamlardan (ə) da “İnna ənzəlna” surəsinin təfsiri ilə bağlı belə nəql olunur ki, 203 00:24:00,620 --> 00:24:08,280 Bəni-Üməyyənin hakimiyyəti dövründə min ay ötüb, amma insanlar üçün Qədr gecəsi olmayıb – 204 00:24:10,850 --> 00:24:18,370 Bəni-Üməyyə min ay hakimiyyətdə qalıb, həmin müddətdə Qədr gecəsi olmayıb, insanlar Qədr gecəsindən məhrum qalıblar; 205 00:24:19,200 --> 00:24:28,080 rəvayətlərimizdə bu var – eynilə şah diktaturasının hakimiyyəti dövründə də biz cümə namazlarından məhrum olmuşuq. 206 00:24:28,570 --> 00:24:35,820 Bəzi şəhərlərdə köhnə qayda ilə 207 00:24:36,310 --> 00:24:41,650 hakimiyyət nümayəndələri bir nəfəri təyin edirdilər, cümə namazları keçirilirdi. Əlbəttə, Məşhəd kimi bəzi şəhərlərdə 208 00:24:42,340 --> 00:24:48,080 hakimiyyətlə heç bir əlaqəsi olmayan, çox hörmətli, böyük imam-cümələr də var idi – mərhum Hacı Şeyx Qulamhüseyn Təbrizi kimi; 209 00:24:48,080 --> 00:24:54,570 o həm çox böyük alim, həm də həddən artıq təqvalı, zahid bir insan idi. Belə imam-cümələrimiz də var idi, 210 00:24:55,080 --> 00:25:00,970 amma əksər şəhərlərdə imam-cümələr şah diktaturası tərəfindən təyin olunurdu. 211 00:25:00,970 --> 00:25:03,340 İnsanlar da cümə namazlarına getmir, heç bir maraq göstərmirdilər. 212 00:25:03,970 --> 00:25:07,970 Diktatura hökumətinin keçirdiyi cümə namazı 213 00:25:07,970 --> 00:25:11,200 insanlar üçün maraqlı, cəlbedici olmadığına görə onlar da getmirdilər. 214 00:25:11,710 --> 00:25:16,000 Mən orda demişdim ki, biz uzun illər boyu cümə namazlarından məhrum olmuşduq, 215 00:25:16,000 --> 00:25:20,910 siz isə bizə, İran xalqına bunu bəxş etdiniz. Doğrudan da, böyük bir nemətdir. 216 00:25:21,340 --> 00:25:24,650 İmam-cümələr barədə bu qədər. 217 00:25:25,220 --> 00:25:32,000 Seçki məsələsinə gəlincə. Düzdür, seçkilərə hələ var – 218 00:25:32,770 --> 00:25:38,880 hələ 40-50 gün qalıb – 219 00:25:39,000 --> 00:25:42,970 bu barədə camaatımıza nələrsə demək üçün bizim də hələ vaxtımız var. 220 00:25:43,450 --> 00:25:51,220 Mən özüm seçkidən 2 il, 1 il əvvəl ölkədə seçki atmosferi yaratmağın əleyhinəyəm; 221 00:25:51,220 --> 00:25:54,680 mən əleyhinəyəm, 222 00:25:54,680 --> 00:25:58,220 amma çoxları bunu edir; bu, yanlışdır. 223 00:25:58,800 --> 00:26:03,970 Seçki ab-havası yarananda, bunun tələbinə uyğun olaraq, 224 00:26:04,080 --> 00:26:08,200 rəqabət, konflikt – dildə də olsa – 225 00:26:08,880 --> 00:26:18,850 bir-birinin ünvanına cürbəcür və çox zaman yaraşmayan, çirkin sözlər demək başlayır. 226 00:26:19,080 --> 00:26:26,850 Seçki ab-havası insanı cəmiyyətdəki həqiqətlərdən və cəmiyyətin əsl problemlərindən yayındırır. 227 00:26:28,450 --> 00:26:31,310 Bu, yaxşı bir iş deyil 228 00:26:31,310 --> 00:26:36,650 və mən vaxtından qabaq seçki haqda danışmağı heç vaxt uyğun görməmişəm. 229 00:26:36,650 --> 00:26:42,740 Amma hazırda, demək olar ki, artıq seçki etapına girmişik və müəyyən məsələlərə toxunmaq yerinə düşər. 230 00:26:43,050 --> 00:26:49,310 Əvvəla, seçkilər özü çox əhəmiyyətlidir; bu, böyük bir nemətdir. 231 00:26:49,420 --> 00:26:52,050 Cümə namazı haqda olduğu kimi, 232 00:26:52,570 --> 00:26:57,770 seçki haqda da bunu deyirəm ki, seçkilər, doğrudan da, böyük bir nemətdir. 233 00:26:59,370 --> 00:27:05,340 Bu da dahi liderimiz İmam Xomeyninin (r.ə) müdrik və uzaqgörən yanaşmasının bərəkətlərindəndir. 234 00:27:05,680 --> 00:27:10,250 O dövrdə elə insanlar var idi ki, İslam hökuməti olan yerdə 235 00:27:10,370 --> 00:27:17,170 seçkiyə ehtiyac olmadığını düşünürdülər. İmam isə dedi ki, yox, seçki olmalıdır, öz təsirini göstərməlidir, 236 00:27:17,280 --> 00:27:24,310 xalq qərar verməli, seçim etməli, xalqın istədiyi olmalıdır. 237 00:27:24,510 --> 00:27:32,020 Bu siyasətin nəticəsi isə o oldu ki, xalq inqilabın arxasında durdu, meydanlarda qalaraq proseslərdə iştirak etdi 238 00:27:32,170 --> 00:27:37,250 və Allaha şükürlər olsun ki, bu gün də meydanlardadır. Çünki seçim edən, 239 00:27:37,340 --> 00:27:41,400 qərar verən xalq özüdür. Seçkilər böyük bir nemətdir. 240 00:27:41,970 --> 00:27:45,140 Allaha şükürlər olsun ki, İslam Respublikasında seçkilər var. 241 00:27:45,510 --> 00:27:50,680 Ölkəmizdə bu qədər seçki baş tutub, amma yenə də düşmənlərimiz dövlətimizi 242 00:27:50,680 --> 00:27:58,050 diktatura adlandırmaqdan çəkinmirlər. Regionun diktatorları elə öz dostlarıdır, 243 00:27:58,510 --> 00:28:07,170 xalqları talamaqda, yağmalamaqda şərikdirlər, birgə payları var – həmin dövlətləri özünüz də görürsünüz, 244 00:28:07,740 --> 00:28:11,650 tanıyırsınız, bilirsiniz – bununla belə, onlara bir şey demirlər, 245 00:28:11,910 --> 00:28:13,940 İslam Respublikasını ittiham edirlər. 246 00:28:14,050 --> 00:28:20,340 Əgər ölkəmizdə seçkilər olmasaydı, bu artıq ittiham yox, reallıq olardı; 247 00:28:20,600 --> 00:28:27,310 yəni xalqın bu hüququ, doğrudan da, əlindən alınmış olsaydı, düşmən bu dediyində haqlı olardı. 248 00:28:27,400 --> 00:28:33,050 Amma Allaha şükürlər olsun ki, xalqa bu hüquq verilib, seçkilər var, əlhəmdulillah, azaddır da. 249 00:28:35,880 --> 00:28:44,680 Seçkinin mövcudluğu həm ölkə daxilində əhaliyə bir qürur, heysiyyət hissi, müstəqillik ab-havası yaşadır, 250 00:28:45,020 --> 00:28:48,220 insanlar hər şeyin sahibi olduqlarını hiss edirlər – və əslində də elə belədir; 251 00:28:48,600 --> 00:28:53,970 ölkənin yiyəsi xalqdır, özləri qərar verir, özləri addım atırlar; 252 00:28:54,110 --> 00:28:59,250 həm icraedici hakimiyyətdə, həm parlamentdə, həm dolayısı ilə Rəhbərliyin timsalında 253 00:28:59,740 --> 00:29:03,370 və digər seçkili orqanlarda – 254 00:29:04,280 --> 00:29:07,770 həm də xaricdə ölkəmizə nüfuz və etibar qazandırır; 255 00:29:08,020 --> 00:29:14,370 dünya arenasında seçkilər, həqiqətən də, nüfuz və etibar mənbəyidir. 256 00:29:14,450 --> 00:29:20,940 Odur ki seçkilər özü-özlüyündə olduqca əhəmiyyətli bir iş, böyük bir nemətdir. 257 00:29:21,940 --> 00:29:29,710 Seçkini pozmaq lazım deyil. Bəzi insanların xoşu gəlir, elə bil, vərdiş ediblər ki, 258 00:29:30,140 --> 00:29:41,480 seçki yaxınlaşan kimi hay-küy salıb seçkilərin şəffaf olmayacağını deyirlər; adət ediblər. 259 00:29:41,770 --> 00:29:46,000 Bu çox pis bir adətdir, mərəzdir. 260 00:29:46,650 --> 00:29:49,480 Belə söhbətlərə nə ehtiyac var? Seçkilər sağlam atmosferdə keçir. 261 00:29:50,020 --> 00:29:55,140 İstənilən seçkidə haradasa müəyyən nöqsanlar ola bilər, 262 00:29:55,250 --> 00:29:57,650 bu, mümkündür, belə şeylər həmişə olur. 263 00:29:57,800 --> 00:30:05,080 Bizim öz işlərimizdə – şəxsi və ya ümumi işlərimizdə, gördüyümüz hansısa xüsusi işdə də nöqsanlar ola bilər, 264 00:30:05,080 --> 00:30:11,220 amma seçkinin nəticələrini dəyişə biləcək həddə nöqsan və qanun pozuntuları birmənalı şəkildə yoxdur. 265 00:30:11,710 --> 00:30:15,400 Təşkilatlanmış surətdə pozuntu əsla yoxdur. 266 00:30:16,170 --> 00:30:24,200 Seçkiyə cavabdeh olan hökumət və ya qeyri-hökumət rəsmilərinin qanuna riayət etməməsi kimi bir hal qətiyyən ola bilməz. 267 00:30:24,400 --> 00:30:27,020 İnqilabın əvvəlindən bu günə qədər də bu, elə belə olub; 268 00:30:27,910 --> 00:30:34,000 rəsmilər, bu arada iş başında olmuş bütün hökumətlər seçkinin təşkilinə məsuliyyətlə yanaşıblar. 269 00:30:34,200 --> 00:30:39,140 Bu müddət ərzində gəlib-getmiş hökumətlər arasında 270 00:30:39,400 --> 00:30:44,570 siyasi təmayül baxımından bir-birindən 180 dərəcə fərqlənənlər olub, amma seçkilərə qarşı 271 00:30:44,680 --> 00:30:47,220 hamısı dürüst münasibət göstəriblər. 272 00:30:47,480 --> 00:30:52,370 Seçkidə saxtalaşdırma, xəyanət olduğunu heç kəs iddia etməməlidir. 273 00:30:52,620 --> 00:30:57,000 Bir vaxtlar – deyəsən, bunu daha əvvəl də söyləmişəm – 274 00:30:57,310 --> 00:31:02,220 müəyyən dövrdə Tehranda baş tutmuş seçki ilə bağlı xeyli qalmaqal, söz-söhbət oldu, 275 00:31:02,740 --> 00:31:10,880 həmin seçkinin nəticələrinin ləğv edilməsinə çox təkid edildi, bu barədə çox danışıldı. Mən isə söylədim ki, araşdırma aparılmalıdır; 276 00:31:11,820 --> 00:31:18,200 Tehranda 2-3 milyon insan gəlib seçkiyə qatılıb, səs verib, onların hamısının səsini bütövlüklə ləğv edək? 277 00:31:18,200 --> 00:31:21,050 Bu nə deməkdir? Araşdırma aparmaq, nəyin necə olduğuna baxmaq lazımdır. 278 00:31:21,450 --> 00:31:25,220 Araşdırdıq, məlum oldu ki, heç elə deyilmiş. Ətraflı şəkildə araşdırdıq; 279 00:31:25,770 --> 00:31:33,370 o vaxt mən Keşikçi Şuraya açıq şəkildə yazıb bildirdim ki, seçkiyə toxunulmamalıdır. 280 00:31:33,540 --> 00:31:42,450 Yəni seçki xalqın haqqı, xalqın malıdır və biz onu, nə bilim, “elədir”, “belədir” 281 00:31:42,800 --> 00:31:47,710 deyə ittiham edə bilmərik. Xeyr, seçki sağlamdır, şəffafdır, 282 00:31:47,820 --> 00:31:52,770 həmişə şəffaf olub, indi də, Allahın köməyi ilə, elə belə olacaq. 283 00:31:53,170 --> 00:32:03,480 Müəyyən edilmiş qanunlar, normalar, seçkinin sağlam keçməsini təmin etmək, nöqsanlara nəzarət etmək vəzifələrini həyata keçirən insanların varlığı 284 00:32:03,620 --> 00:32:09,080 seçkidə hansısa pozuntu hallarının olmasına imkan verməyəcək. Bu, birincisi. 285 00:32:09,880 --> 00:32:16,220 Dedik ki, seçki “həqqün-nas”dır – qul haqqıdır. Bu qul haqqı çox mühüm bir məsələdir. 286 00:32:16,400 --> 00:32:22,000 Bəli, dillərdə bu söz çox gəzir, daim təkrar edirlər ki, “filankəs deyib seçki qul haqqıdır, 287 00:32:22,170 --> 00:32:28,280 seçkinin qul haqqı olduğunu bilməliyik” və sair. Amma bu məsələnin dərinliyinə varmaq lazımdır. 288 00:32:28,710 --> 00:32:34,200 Qul haqqı təkcə o demək deyil ki, seçki məntəqəsində oturan adam 289 00:32:34,340 --> 00:32:42,970 buna riyaət etməlidir, tutalım, bülletenləri səhv oxumamalı və ya artırıb-azaltmamalıdır; 290 00:32:43,140 --> 00:32:47,340 düzdür, bu da qul haqqının göstəricilərindən biridir, 291 00:32:48,800 --> 00:32:51,540 amma başqa bir məsələ də var ki, o da namizədliyini irəli sürən insanların haqqıdır. 292 00:32:51,850 --> 00:32:57,480 Qul haqqını qorumağın digər bir məqamı gəlib bu meydana qoşulan, 293 00:32:57,620 --> 00:33:04,510 namizədliyini irəli sürən şəxslərin haqqıdır: 294 00:33:04,740 --> 00:33:13,820 əgər yaxşı, layiqli insanlardırsa, rədd etməməli, şərait yaratmalıyıq. 295 00:33:14,800 --> 00:33:20,420 Eynilə əksinə: yaxşı, layiqli bir insan deyilsə, ona yol açmamalıyıq. 296 00:33:21,740 --> 00:33:28,000 Əgər müəyyən qurumda – istər bu, Xubriqan Məclisi olsun, istər İslami Şura Məclisi, 297 00:33:28,600 --> 00:33:34,050 istərsə də digər bir seçkili orqan – 298 00:33:34,170 --> 00:33:38,080 qanunla orada təmsil olunmağa layiq olmayan biri oturur və onun o yerə gedib çıxmasına 299 00:33:38,080 --> 00:33:42,000 biz öz səhlənkarlığımızla, diqqətsizliyimizlə, çatışmazlıqlara göz yummağımızla, 300 00:33:42,510 --> 00:33:46,170 qanuni meyarlara riayət etməməyimizlə şərait yaratmış oluruqsa, bu da qul haqqını tapdalamaq, 301 00:33:46,250 --> 00:33:50,050 insanların haqqını pozmaq deməkdir; bu da “həqqün-nas”a ziddir. 302 00:34:14,200 --> 00:34:19,850 Seçkinin qul haqqı olmağının digər bir aspekti əmanəti qorumaqdır. 303 00:34:20,910 --> 00:34:27,680 Səsvermə bülletenlərinə əli çatan, səsləri sayan, 304 00:34:27,820 --> 00:34:33,850 qeydiyyata alan, bu barədə hesabat verən, yekun nəticəni hesablayan, 305 00:34:34,310 --> 00:34:40,050 xülasə, seçki məntəqələrinin idarəçiliyi əlində olan şəxslər bu əmanəti mükəmməl surətdə qorumalıdırlar; 306 00:34:40,280 --> 00:34:50,020 yəni bu məsələdə azacıq nöqsana yol vermək əmanətə xəyanət etmək deməkdir. 307 00:34:50,570 --> 00:34:59,050 Qul haqqı olaraq seçkilərin digər bir aspekti seçkinin qanuni nəticələrini qəbul etməkdir. 308 00:34:59,340 --> 00:35:05,620 Yəni müəyyən nəticə əldə edildikdən və rəsmi qurumlar bunu təsdiq etdikdən sonra 309 00:35:05,880 --> 00:35:10,850 həmin nəticələri qəbul etmək qul haqqına riayət etmək deməkdir; 1388-ci ildə yol verilmiş hərəkətlərdən fərqli olaraq. 310 00:35:11,220 --> 00:35:17,650 1388-ci ildə seçkini inkar edib ortaya çox çirkin bir söhbət atdılar ki, 311 00:35:18,340 --> 00:35:22,510 guya saxtalaşdırma olub və nəticələr ləğv edilməlidir. 312 00:35:22,510 --> 00:35:26,220 Yaxşı, gəlin baxaq o seçkidə nə qədər adam iştirak etmişdi? 40 milyon nəfər! 313 00:35:27,140 --> 00:35:32,250 Bir seçkidə 40 milyon nəfər iştirak etmiş 314 00:35:33,510 --> 00:35:39,080 və müxtəlif namizədlərə səs vermişdi; 315 00:35:39,650 --> 00:35:44,880 bu cənablar isə saxtalaşdırmadan danışır. Əlbəttə ki, mən onlarla dil tapmaq üçün çox çalışdım – 316 00:35:44,880 --> 00:35:48,220 bir çox tədbirlər görüldü, bu barədə uzun-uzadı danışmaq olar – 317 00:35:48,820 --> 00:35:54,710 dil tapmağa cəhd göstərdik, danışdıq, dedik gəlin, etirazınızı bildirin, nə qədər seçki məntəqəsində istəyirsinizsə, 318 00:35:54,800 --> 00:36:00,200 səslərə yenidən baxılsın. Əhəmiyyət vermədilər, qulaq asmadılar; 319 00:36:00,370 --> 00:36:05,770 çünki bu kimi haqq sözlərlə razılaşmaq niyyətində deyildilər. Haqq sözə tabe olmadılar, 320 00:36:06,110 --> 00:36:08,080 nəticədə də ölkəyə çoxlu ziyan vurdular. 321 00:36:08,570 --> 00:36:15,510 Mən hələ də bilmirəm ki, 1388-ci ildə ölkəmizə dəyən ziyan 322 00:36:15,710 --> 00:36:19,910 nə vaxt kompensasiya ediləcək. Həqiqətən, bilmirəm. Hələ də kompensasiya edilməyib. 323 00:36:20,310 --> 00:36:23,910 Seçkinin nəticələrini hər kəs qəbul etməlidir; qul haqqı baxımından bu da önəmli məsələlərdən biridir. 324 00:36:24,140 --> 00:36:30,280 Namizədlərin siyahısı irəli sürülərkən də qul haqqına riayət edilməlidir. 325 00:36:30,480 --> 00:36:35,770 Həmin siyahıları irəli sürən, təqdim edən insanlar, 326 00:36:36,540 --> 00:36:40,540 doğrudan da, qul haqqını gözləməlidir. 327 00:36:41,250 --> 00:36:46,710 Tanışlıq, siyasi cinah tərəfdaşlığı və bu kimi şeylərə yol verməməli, 328 00:36:46,710 --> 00:36:51,310 kimin doğrudan da layiqli olduğuna baxmalıdırlar. 329 00:36:51,910 --> 00:36:56,280 Yalnız layiqli namizədləri seçib camaata təqdim etməlidirlər. 330 00:36:56,510 --> 00:37:01,740 Qul haqqının bir hissəsi, bir aspekti də budur. 331 00:37:02,250 --> 00:37:06,770 Seçkidə qul haqlarını gözləməyin daha bir məqamı isə budur ki, 332 00:37:07,170 --> 00:37:12,340 insanlar həqiqətən etimada layiq olan bloklara etimad göstərməlidirlər. 333 00:37:12,970 --> 00:37:16,880 Elələri var ki, onlara inanmaq olmaz: 334 00:37:18,020 --> 00:37:21,420 “... yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi...” (“Ənam” surəsi, 71-ci ayədən) 335 00:37:22,850 --> 00:37:33,400 Seçkidə irəli durub namizədlərinin siyahısını təqdim edənlər bunu heç də həmişə səmimiyyət, dürüstlük, İslam İnqilabına bağlılq – 336 00:37:33,970 --> 00:37:35,820 əsas inqilabdır – 337 00:37:36,310 --> 00:37:41,310 inqilaba sadiqlik hisslərindən çıxış edərək etmirlər. 338 00:37:41,420 --> 00:37:49,420 Yox, başqa, bəzən çirkin məqsədlərlə də namizədlər irəli sürülə bilər. 339 00:37:49,540 --> 00:37:59,050 İnsanlarımız buna diqqət yetirməli, baxmalıdırlar ki, bu və ya digər namizədlərin siyahısı haradan irəli sürülür, 340 00:37:59,200 --> 00:38:02,000 onları kim irəli sürür. 341 00:38:02,480 --> 00:38:09,770 Yalnız inama, etimada layiq olanları seçməlidirlər. 342 00:38:09,910 --> 00:38:16,310 Bu da mühüm məqamlardandır. Odur ki qeyd etdiyimiz qul haqları məsələsinin bu kimi aspektləri var – 343 00:38:16,310 --> 00:38:19,310 başqa aspektləri də var, amma indi onlar haqda ətraflı danışmaq istəmirəm – 344 00:38:19,540 --> 00:38:21,850 və bu mənada seçkilər, doğrudan da, qul haqqıdır. 345 00:38:22,110 --> 00:38:27,650 Seçki ilə bağlı digər bir mühüm məsələ əhalinin maksimum iştirakı məsələsidir. 346 00:38:27,800 --> 00:38:35,600 İnşallah, Allah ömür versə, seçkiyə qədər mən bu barədə yenə də danışacağam. 347 00:38:35,850 --> 00:38:41,570 Seçkilərdə nə qədər çox insan iştirak etsə, dövlətimiz bir o qədər möhkəmlənər, 348 00:38:41,770 --> 00:38:44,420 ölkəmizin nüfuzu bir o qədər artar. 349 00:38:45,080 --> 00:38:50,280 Seçkilərdə nə qədər çox insan iştirak etsə, dövlətimizin nüfuzu bir o qədər artar. 350 00:38:51,080 --> 00:38:56,540 Çünki bu dövlət xalqa aiddir; bu bir reallıqdır ki, 351 00:38:57,110 --> 00:39:01,820 ölkəmizdə hakimiyyət xalqın emosiyalarına, hisslərinə, seçiminə və istəyinə əsaslanır. 352 00:39:02,480 --> 00:39:09,910 Mən əhalinin seçkidə maksimum iştirakı haqda əvvəllər də bu fikirdə olmuşam, 353 00:39:09,910 --> 00:39:16,770 həmişə bu məsələni vurğulamışam, bu dəfə də bunun üzərində israr edirəm və inşallah, irəlidə hələ bu barədə daha çox danışacağam. 354 00:39:17,370 --> 00:39:22,620 Diqqət yetirilməli olan daha bir mühüm məsələ isə düşmənin yol tapıb ölkəyə nüfuz etməsi məsələsidir. 355 00:39:23,400 --> 00:39:31,570 Nüvə razılaşmasının əldə olunduğu mərhələdə və ondan sonra bu barədə danışmışıq; 356 00:39:32,370 --> 00:39:36,650 bu, çox qəribə və əhəmiyyətli bir məsələdir. 357 00:39:39,480 --> 00:39:46,510 Müxtəlif proseslər haqda məlumatlı olan şəxslər 358 00:39:46,680 --> 00:39:53,880 yaxşı bilir ki, düşmənlər yol tapıb İran xalqının iradə, düşüncə 359 00:39:53,970 --> 00:40:06,170 və qətiyyətinin möhkəm hasarını keçmək məqsədilə ölkə üçün nə tələlər qurublar və ya qurmaq istəyirlər; 360 00:40:07,020 --> 00:40:14,170 cürbəcür metodlar, məkrli planlar, siyasətlər işlədir, tədbir tökürlər. Hazırda da bu proses gedir. 361 00:40:14,170 --> 00:40:19,420 Xalqımız seçki məsələsində son dərəcə diqqətli olmalıdır. 362 00:40:20,020 --> 00:40:27,480 İslami Şura Məclisinə, Xubriqan Məclisinə, 363 00:40:27,480 --> 00:40:35,820 yaxud hakimiyyətin digər bir aparıcı strukturuna, fərz edək, düşmən bir ünsür yol tapıb keçərsə, 364 00:40:36,570 --> 00:40:42,080 termit kimi onu içindən gəmirib əsaslarını zəiflədəcək, çökdürəcək; 365 00:40:42,510 --> 00:40:48,820 məsələ belədir. Düşmənin nüfuz etməsi çox əhəmiyyətlidir; inşallah, bu barədə danışacağam. 366 00:40:48,820 --> 00:40:54,510 Əlbəttə ki, bu sahədə maarifləndirmə işi aparmaq lazımdır: 367 00:40:55,110 --> 00:41:03,340 kimisə günahlandırmadan, ittiham etmədən, konkret nümunə göstərmədən 368 00:41:04,200 --> 00:41:11,650 xalqı maarifləndirmək lazımlı bir şeydir. Baxın, Qurani-Kərim müxaliflərə, 369 00:41:12,400 --> 00:41:18,970 o dövrün yəhudilərinə xitabən, onlara irad tutaraq belə deyir: 370 00:41:18,970 --> 00:41:24,650 “Nə üçün bilə-bilə haqqa yalan donu geydirir və doğrunu gizlədirsiniz?” (“Ali-İmran” surəsi, 71-ci ayə) 371 00:41:26,800 --> 00:41:37,680 Quranın onlara tutduğu ən böyük iradlardan biri budur ki, “siz haqla batili qarışdırır, səhv salırsınız”. 372 00:41:37,940 --> 00:41:44,880 «لبس» – “səhv” mənasındadır, «تَلبِسونَ» – səhv salırsınız, haqla batili qarışdırırsınız deməkdir. 373 00:41:45,050 --> 00:41:53,680 – haqqı gizlədirsiniz. Həqiqəti açıqlamaq, bəyan etmək lazımdır və bu da bizim vəzifəmizdir. 374 00:41:54,820 --> 00:42:01,450 Əziz qardaşlar! Bu gün olduqca həssas bir dövrdür, son dərəcə həssas bir mərhələni yaşayırıq. 375 00:42:03,250 --> 00:42:15,310 İslam İnqilabına qarşı genişmiqyaslı bir cəbhə, ardıcıl iş aparan bir aparat fəaliyyətdədir. 376 00:42:15,910 --> 00:42:21,370 Pul xərcləyir, silah tədarük edir, çirkin planlar qururlar; 377 00:42:21,740 --> 00:42:27,170 öz sözləri ilə desək, beyin mərkəzləri var, daim işləyir. 378 00:42:28,420 --> 00:42:33,000 Səbəb isə odur ki, təhlükə hiss edirlər. Haqlıdırlar da, 379 00:42:33,250 --> 00:42:35,000 doğrudan da, təhlükə hiss etməlidirlər, 380 00:42:35,170 --> 00:42:43,050 çünki islami məfkurə İran İslam Respublikasının hüdudlarını aşıb, 381 00:42:43,940 --> 00:42:49,140 yayılıb. Özü yayılıb. Mən dəfələrlə buna misal çəkmişəm, demişəm ki, bu, xoş bir rayihəyə, 382 00:42:49,370 --> 00:42:55,600 ürəkaçan səhər mehinə, qızılgül ətrinə bənzəyir. Qızılgülün ətrini bağda tutub saxlaya bilməzsən ki! 383 00:42:56,110 --> 00:42:59,110 Gəlir, ətrafa yayılır. 384 00:42:59,620 --> 00:43:04,310 İnqilabi ideyalar, 385 00:43:04,740 --> 00:43:14,220 əsl İslam məfkurəsi, təkcə danışan, 386 00:43:14,370 --> 00:43:21,770 müqəddəs bir şey kimi üzdə hörməti olan, 387 00:43:21,880 --> 00:43:29,940 lakin təlimlərinə qətiyyən əməl edilməyən İslam yox, hakimiyyətdə olan, cəmiyyətin quruculuğuna, cəmiyyətin nizamına təsir göstərə bilən İslam da belədir. 388 00:43:30,400 --> 00:43:36,480 Bu gün bu məfkurə İslam dünyasında yayılıb 389 00:43:37,400 --> 00:43:44,310 və yerlərdə güclü, sınaqdan çıxmış insanlar yetişdirib. 390 00:43:44,570 --> 00:43:49,310 Buna görə də onlar təhlükə hiss edirlər. Özləri də bu nəhəng 391 00:43:50,280 --> 00:43:55,110 və genişmiqyaslı islami hərəkatın ocağının İran İslam Respublikası olduğunu, 392 00:43:55,340 --> 00:44:01,000 buranı siyasi-ideoloji cəhətdən bombardman etmək lazım olduğunu düşünür və bunu həyata keçirirlər. 393 00:44:01,450 --> 00:44:05,540 Cürbəcür işlər görürlər: pul xərcləyirlər, planlar qururlar, 394 00:44:05,740 --> 00:44:13,370 müxtəlif səviyyədə diplomatik görüşlər keçirirlər ki, “İslam Respublikası ilə, müsəlman İranı ilə nə edək?” 395 00:44:13,970 --> 00:44:19,080 İmkanları çatan hər işi də görürlər – xəbərimiz var; 396 00:44:19,740 --> 00:44:24,310 yəni bu dediklərim təhlil deyil, dəqiq informasiyadır – 397 00:44:24,770 --> 00:44:34,850 daxili provokasiyalara əl atır, etnik qrupları təhrik edir, pullar xərcləyir, əxlaqsızlığı yaymağa çalışırlar. 398 00:44:34,940 --> 00:44:40,740 Yol tapıb ölkəyə nüfuz edə bilmək üçün cürbəcür işlərə əl atırlar. 399 00:44:40,910 --> 00:44:47,220 Buna diqqət yetirmək lazımdır, bu olduqca əhəmiyyətlidir. 400 00:44:47,420 --> 00:44:52,480 Amerikalılar ölkəmizdə baş tutacaq seçkilərə tamah gözünü dikib; 401 00:44:52,740 --> 00:44:58,650 onlar İranda dəyişikliklərin olmasını istəyir. Bunu biz də istəyirik. 402 00:44:58,910 --> 00:45:04,910 Mən dəfələrlə demişəm ki, cəmiyyət durğun vəziyyətdə qala bilməz, 403 00:45:04,910 --> 00:45:07,940 irəli getməli, dəyişməli, dəyişikliklərə nail olmalıyıq. 404 00:45:07,940 --> 00:45:12,600 İntəhası bizim arzuladığımız dəyişikliklər mükəmməl formada islamlaşmaya aparan dəyişikliklərdir. 405 00:45:12,740 --> 00:45:18,540 Bu gün bizim adımız müsəlman dövləti olsa da, tam islamlaşmağımıza hələ çox var. 406 00:45:18,680 --> 00:45:23,140 Peyğəmbəri-Əkrəmin (s) İslam cəmiyyəti üçün müəyyən etdiyi, 407 00:45:23,480 --> 00:45:28,820 nəzərdə tutduğu hədəflərə günü-gündən daha da yaxınlaşmaq üçün 408 00:45:35,910 --> 00:45:40,310 daim, ardıcıl şəkildə irəli getməliyik; çalışıb-vuruşmalıyıq. 409 00:45:40,310 --> 00:45:44,850 Dəyişikliklərin vacib olduğuna biz də inanırıq, amma onların arzuladığı dəyişikliklər bizimkilərə ziddir. 410 00:45:45,310 --> 00:45:51,600 Onların İran üçün istədiyi dəyişikliklər budur ki, biz qarşıya qoyduğumuz hədəflərdən durmadan uzaqlaşaq; 411 00:45:52,110 --> 00:45:56,510 nə qədər yaxınlaşmışıqsa, bir o qədər uzaqlaşaq, daim geri gedək 412 00:45:56,680 --> 00:45:58,420 və onların istədiyi səmtə yönələk. 413 00:45:58,570 --> 00:46:03,250 Ölkəmizin daxilində gedən bütün proseslərə tamah gözünü dikiblər; 414 00:46:03,250 --> 00:46:10,140 burda iki nəfər üzdə olan, tanınmış adamın bir-biri ilə fikir ayrılığı olanda o saat tamahlanırlar; 415 00:46:10,420 --> 00:46:15,220 o cümlədən seçkilərə də; seçkilərə də tamah gözünü dikiblər. 416 00:46:15,710 --> 00:46:20,600 İran xalqı düşmənə rəğmən, 417 00:46:21,510 --> 00:46:26,940 istər qarşıda gələn seçkilərdə, istərsə də digər əhəmiyyətli ictimai proseslərdə 418 00:46:27,050 --> 00:46:32,140 düşmənin istədiyinin tam əksinə hərəkət edərək onun ağızından vurmalıdır. 419 00:46:55,940 --> 00:47:01,370 Yaxşı, hələlik bu qədər bəsdir; inşallah, ömür vəfa etsə, 420 00:47:01,880 --> 00:47:07,220 fürsət olsa, güc və imkanımız çatsa, hələ seçki barədə 421 00:47:07,710 --> 00:47:11,220 əziz xalqımıza deyiləsi sözlərim var, bu barədə yenə də danışacağam. 422 00:47:11,650 --> 00:47:15,710 Ümidvarıq, Allah-taala bizi namazqılanlardan sayar. 423 00:47:16,910 --> 00:47:19,970 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.