1 00:00:04,370 --> 00:00:06,600 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:07,220 --> 00:00:10,020 الحمدلله ربّ العالمين 3 00:00:11,540 --> 00:00:17,400 و الصّلاة و السّلام على سيّدنا و نبيّنا ابى‌القاسم المصطفى محمّد 4 00:00:26,110 --> 00:00:30,400 و على آله الاطيبين الاطهرين المنتجبين 5 00:00:30,800 --> 00:00:34,650 سيّما بقيّةالله فى الارضين 6 00:00:36,850 --> 00:00:41,480 Əziz qumlular, qardaşlar, bacılar, çox xoş gəlmisiniz! 7 00:00:42,050 --> 00:00:55,740 Qum əhalisinin əzmi, təpəri sayəsində Qumun adı tarixə öncüllüyü, avanqardlığı ilə yazılıb. 8 00:00:58,850 --> 00:01:06,620 O gündən bu günə nə qədər vaxt keçsə də, 9 00:01:08,570 --> 00:01:20,540 əziz qumluların göstərdiyi təcrübə, burada baş verən hadisələr bu mənanı yaşatmış və daha da gücləndirmişdir. 10 00:01:21,970 --> 00:01:30,370 Allaha şükürlər olsun ki, Qum inqilabın ocağıdır, inqilabın mərkəzidir, inqilabın baş qaldırdığı 11 00:01:30,510 --> 00:01:38,220 və inşallah ki, davam edərək günü-gündən gücləndiyi bir yerdir. 12 00:01:40,370 --> 00:01:47,880 Çox xoş gəlmisiniz; inşallah, Allah-taala hamınızın əcrini verər. 13 00:01:49,140 --> 00:01:55,000 Gözəl bir surud oxundu; bunu da deyim ki, surudun o geri qayıdış üçün olan müraciət hissəsi 14 00:01:55,420 --> 00:02:02,710 yalnız və yalnız İmam Mehdi Sahibəz-zamanA (Ruhlarımız ona fəda olsun!) xitab olmalıdır; başqa heç kəsə. 15 00:02:04,310 --> 00:02:13,480 Gəlin bütün ixlasımızı, bütün fədakarlığımızı, bütün sevgimizi 16 00:02:14,450 --> 00:02:21,450 və bütün qəlbimizi o böyük İmama təqdim etməyə adət edək. 17 00:02:24,650 --> 00:02:33,680 O müqəddəs şəxsə edilən dua onun da dua edən şəxsə duaçı olmasına səbəb olur. Rəvayətlərimizdə də bu var. 18 00:02:36,820 --> 00:02:50,850 Bu gün siz bura 19 dey münasibətilə yığışmısınız, bu isti və səmimi görüş bu münasibətlədir. 19 00:02:51,450 --> 00:02:59,850 19 dey haqda çox sözlər deyilib; bu illər ərzində mən də danışmışam, başqa danışanlar da olub. 20 00:03:01,050 --> 00:03:09,710 Bəzi sözlər də var ki, hər dəfə təkrarlanır, yeni deyil, 21 00:03:11,540 --> 00:03:19,020 lakin bütün bunlara baxmayaraq, 19 dey hadisəsi köhnələsi bir hadisə deyil. 22 00:03:20,620 --> 00:03:27,880 Bizim daha əvvəl dediyimiz hansısa fikirləri təkrar etməyimiz 23 00:03:28,020 --> 00:03:35,220 bu hadisəyə köhnəlmiş bir hadisə kimi baxılmasına səbəb olmur; 24 00:03:35,970 --> 00:03:40,970 eynilə Aşura kimi. Mən 19 deyi 25 00:03:41,910 --> 00:03:52,770 başqa hadisələrlə müqayisə etmək istəmirəm, amma bənzətmək lazım gələrsə, bu hadisə eynilə Aşuraya bənzəyir. 26 00:03:53,370 --> 00:04:02,740 1200-1300 ildir ki, Aşura haqda danışılır, təkrar olunur, 27 00:04:02,910 --> 00:04:12,570 bütün fikirlər dönə-dönə dilə gətirilir, amma o hadisə köhnəlmir. 28 00:04:14,400 --> 00:04:21,400 Aşura hadisəsi hər gün gördüyümüz, amma bizim üçün 29 00:04:22,740 --> 00:04:29,280 heç bir zaman köhnəlməyən parlaq günəş kimidir: 30 00:04:30,740 --> 00:04:41,680 hər il, hər ay, hər saat bizim cəmiyyətimizin, eləcə də digər müsəlman toplumlarının həyatına işıq saçır, 31 00:04:42,880 --> 00:04:48,650 nur çiləyir, insanlara enerji və güc verir. 19 dey hadisəsi də belədir; 32 00:04:49,450 --> 00:04:53,710 Aşura hadisəsi kimi bir hadisədir. 33 00:04:58,970 --> 00:05:05,050 Səbəbi isə budur ki, 19 deydə çox böyük bir iş həyata keçirilib. 34 00:05:07,420 --> 00:05:15,850 Bu elə bir iş idi ki, hansı xalqda, hansı cəmiyyətdə onun analoquna rast gəlinsə, 35 00:05:17,200 --> 00:05:21,140 nəticələri heyrətamiz olar. 36 00:05:21,800 --> 00:05:26,540 Düzdür, İran xalqı arasında bunun üçün münasib zəmin var idi; 37 00:05:27,050 --> 00:05:32,280 hazır zəmin olmadan heç bir iş istənilən nəticəni verə bilməz. 38 00:05:33,370 --> 00:05:40,820 Mübarizə illərində İmamın etdiyi çıxışlar, inqilabi qüvvələrin apardığı mübarizə, 39 00:05:41,200 --> 00:05:48,570 ölkənin dörd bir yanında inqilabi ideyaların insanlara açıqlanması və yayılması, 40 00:05:50,680 --> 00:05:59,770 bundan əlavə, ruhanilərin, mərcə-təqlidlərin hələ əsrlər öncədən 41 00:05:59,770 --> 00:06:05,220 camaat arasında qazandığı yüksək mövqe – bütün bunlar zəmin idi, 42 00:06:06,000 --> 00:06:16,820 amma bu zəmin üzərində hərəkətə keçmək üçün bir düyməyə basılmasına ehtiyac var idi; o düyməni isə qumlular basdı. 43 00:06:18,510 --> 00:06:30,280 Böyük bir iş gördülər; İmamın və inqilabın müdafiəsinə qalxaraq meydana atıldılar. Meydan da adi bir meydan deyildi; 44 00:06:30,450 --> 00:06:39,940 güllə-baran var idi, dəhşət var idi, boğub susdurmaq var idi. Qorxmadan, tam şücaətlə, 45 00:06:40,680 --> 00:06:53,510 vaxtında dərk edərək – bir daha vurğulamaq istəyirəm: öhdəsinə düşən vəzifəni vaxtında, 46 00:06:53,740 --> 00:07:00,020 gecikmədən dərk edərək – meydana atıldılar. 47 00:07:00,770 --> 00:07:08,340 19 dey şəhidlərinin nahaq axıdılmış qanı, qumluların şücaəti, 48 00:07:09,000 --> 00:07:20,800 vaxtında proseslərə qoşulması, öhdəsinə düşən vəzifəni lazımi anda dərk etməsi öz işini gördü. 49 00:07:21,400 --> 00:07:31,710 Əslində, bu, “başla” düyməsinə basmaq demək idi, bununla xalq ayağa qalxdı, ölkədə mövcud olan o münasib zəmin hərəkətə keçdi. 50 00:07:32,020 --> 00:07:40,740 Odur ki qumlular unudulmaz bir iş həyata keçiriblər. 51 00:07:41,420 --> 00:07:48,770 Mən tarixi danışmaq istəmirəm. Günümüzün öz problemləri var, 52 00:07:49,250 --> 00:07:55,480 bu gün biz sabahkı gün üçün öhdəmizə hansı vəzifələrin düşdüyünə baxmalıyıq. Lap yaxşı, inqilab qələbə çaldı; 53 00:07:56,450 --> 00:08:04,910 inqilabın qələbəsi o zaman dünyada işlək olan hesablamalara görə qeyri-mümkün idi. 54 00:08:06,080 --> 00:08:18,740 Heç kəs inanmazdı ki, imperialist güclərin bu qədər həssaslıqla yanaşdığı İran kimi bir ölkədə 55 00:08:19,110 --> 00:08:26,370 – bura sionistlərin sanatoriyası, amerikalı müşavirlərin istirahət yeri idi; 56 00:08:27,310 --> 00:08:35,250 yadellilər burda özlərini rahatlıq və sakitlik içində hiss edirdilər; 57 00:08:36,770 --> 00:08:44,370 19 deydən təxminən 10 gün əvvəl Amerika prezidenti Tehranda çıxış edərək 58 00:08:45,080 --> 00:08:52,000 demişdi ki, İran sabitliyin hökm sürdüyü bir adadır; ölkəyə bu gözlə baxırdılar – 59 00:08:53,250 --> 00:09:01,140 belə bir yerdə, belə bir ölkədə, xalqa qarşı davranışında heç nədən çəkinməyən 60 00:09:01,910 --> 00:09:05,620 belə bir boğucu diktaturanın hakimiyyəti, 61 00:09:06,170 --> 00:09:11,200 üstəlik Amerikanın ağır kölgəsinin mövcudluğu şəraitində 62 00:09:11,540 --> 00:09:21,370 din, xalqın dini ideologiyası, imanı əsasında, xalqın əli ilə, 63 00:09:21,850 --> 00:09:26,370 nümunəvi bir ruhaninin, mərcə-təqlidin rəhbərliyi ilə 64 00:09:26,480 --> 00:09:34,400 inqilab qələbə çala bilər; qəbul edilmiş meyarlara görə, bu, qeyri-mümkün idi. 65 00:09:34,680 --> 00:09:43,340 Elə buna görə də dünyanın heç bir kəşfiyyat orqanı bunun baş verəcəyini ehtimal edə bilməmişdi; 66 00:09:44,140 --> 00:09:48,620 çünki standart hesablamalarla heç cür uyğun gəlmirdi. 67 00:09:49,400 --> 00:09:57,050 Belə bir ölkədə belə bir inqiab baş versin, uğur da qazansın – 68 00:09:57,170 --> 00:10:03,200 az sonra inqilabın qələbəsini ölkədə baş vermiş bəzi digər hadisələrlə də müqayisə edəcəyəm – 69 00:10:04,310 --> 00:10:10,420 nəticədə yeni bir hökumət quruluşu yaransın, rejim formalaşsın, İslam Respublikasının bünövrəsi qoyulsun 70 00:10:10,940 --> 00:10:17,850 və bu quruluş olduğu kimi qalsın, günü-gündən daha güclənsin, kök buraxıb qol-budaq atsın – 71 00:10:18,370 --> 00:10:25,800 heç bir maddi meyar, heç bir maddi hesablama bunu qəbul etmirdi; 72 00:10:26,510 --> 00:10:33,080 mümkün bilmirdi, amma oldu. Belə bir şeyin baş verməsi onu göstərir ki, 73 00:10:33,080 --> 00:10:38,400 bu dünyada, bu yaradılış aləmində yalnız maddiyatı əsas götürən 74 00:10:38,880 --> 00:10:44,850 insanların xəbərdar olmadığı, görə bilmədiyi qanunlar hökm sürür: 75 00:10:47,020 --> 00:10:51,370 “Bu, Allahın daha öncə gəlib-getmişlər arasında da hökm sürmüş sünnəsidir (qayda-qanunudur”. (“Əhzab” surəsi, 38-ci ayədən) 76 00:10:53,400 --> 00:10:57,710 Başqa bir yerdə: “Allahın sünnəsi əvvəldən belədir”. (“Fəth” surəsi, 23-cü ayədən) 77 00:10:59,170 --> 00:11:06,140 “İlahi sünnə” dedikdə Allah-taalanın müəyyən etdiyi qayda-qanunlar nəzərdə tutulur. Varlıq aləmində, 78 00:11:07,600 --> 00:11:11,140 başdan-başa bu nəhəng dünyada 79 00:11:12,170 --> 00:11:18,110 müəyyən qayda-qanun var. Təbiət qanunları kimi: cazibə qanunu, 80 00:11:19,140 --> 00:11:29,510 ayın, günəşin, ulduzların hərəkəti ilə bağlı qanunlar, sutka ərzində gecə-gündüzün bir-birini əvəz etməsi kimi; 81 00:11:29,600 --> 00:11:32,050 bütün bunlar qanundur, təbiətin qanunlarıdır. 82 00:11:32,170 --> 00:11:37,400 Eynilə insan cəmiyyətində də müəyyən qayda və qanunlar var. 83 00:11:37,570 --> 00:11:47,710 Materialistlər zəif görən gözləri ilə bu qanunları görüb dərk edə bilməz, amma onlar var. 84 00:11:49,940 --> 00:11:57,620 Biz bu qanunlar üçün öz əllərimizlə zəmin hazırladığımız zaman isə 85 00:11:57,620 --> 00:12:01,570 Allah-taala onların həyata keçməsinə hökm verir. 86 00:12:03,340 --> 00:12:10,110 Alov yanmağa qadirdir, amma onun üçün zəmin hazırlamalı, ocaq qalamalı, 87 00:12:10,600 --> 00:12:15,200 odun üstünə quru maddələr yığmalısan ki, alovlansın. 88 00:12:16,340 --> 00:12:20,820 Siz zəmin hazırlayın, təbiət qanunları öz işini görəcək; 89 00:12:20,880 --> 00:12:26,250 zəmin hazırlamaq lazımdır. İran xalqı bu zəmini hazırlamışdı. 90 00:12:28,740 --> 00:12:36,020 Bu sözləri böyüklərimizdən də eşitmişik, Quranda da dəfələrlə deyilir, imamların (ə), 91 00:12:36,140 --> 00:12:40,200 Allahın rəsulunun (s) da deyimlərində bunlar var. 92 00:12:40,200 --> 00:12:50,800 فَلَمّا رَأَى اللهُ صِدقَنا اَنزَلَ بِعَدُوِّنَا الکَبتَ وَ اَنزَلَ عَلَينا النَّصر 93 00:12:51,540 --> 00:13:00,310 – bunu Əmirəl-möminin “Nəhcül-bəlağə”də buyurur: “Dürüst niyyətlə meydana girin, mübarizə aparın, 94 00:13:00,820 --> 00:13:05,710 Uca Yaradan düşməninizi əzib, sizə qələbəni nəsib edəcək”. 95 00:13:05,710 --> 00:13:12,250 Bu, ümumi bir prinsipdir, qanundur və bu qanun İslam İnqilabında gerçəkləşdi; 96 00:13:12,600 --> 00:13:17,940 xalq sədaqətlə meydana daxil olub mübarizə apardı. 97 00:13:18,740 --> 00:13:23,800 Yaxşı, gəlin elə buradaca özümüz üçün belə bir nəticə çıxaraq ki, 98 00:13:24,480 --> 00:13:29,420 bizim qarşımızda genişmiqyaslı bir düşmən cəbhəsi var: 99 00:13:30,140 --> 00:13:44,820 İsrail rejiminin başında duranlardan tutmuş Amerikanın dövlət adamlarına, 100 00:13:45,420 --> 00:13:55,910 dünya imperializminin digər havadarlarına və əlaltılarına, təkfirçi ünsürlərə, İŞİD-ə qədər 101 00:13:56,370 --> 00:14:04,280 Baxın, nə qədər nəhəng bir cəbhədir! Çox geniş və müxtəlif tərkiblidir. 102 00:14:04,680 --> 00:14:09,000 Bunlar hamısı İslam Respublikası quruluşunun düşmənləridir. Demək, qarşımızda konkret olaraq bir cəbhə var. 103 00:14:09,650 --> 00:14:15,200 Özü də bir çox işlər görə bilərlər: təbliğat hücumları edirlər, 104 00:14:15,540 --> 00:14:19,540 dünya mediası bütünlüklə bunların əlindədir, 105 00:14:19,800 --> 00:14:25,370 İslam Respublikası əleyhinə ürəkləri istəyəni yayırlar. 106 00:14:26,420 --> 00:14:31,020 İqtisadi rıçaqlar əllərindədir, siyasi güclər əllərindədir, 107 00:14:31,540 --> 00:14:35,850 təhlükəsizlik sistemləri əllərindədir, kəşfiyyat xidmətləri onlara aiddir. 108 00:14:36,200 --> 00:14:39,280 Və onlar İslam Respublikası ilə üz-üzə durub. 109 00:14:39,650 --> 00:14:45,050 Bəziləri bu cəbhəyə baxanda qorxur, ona görə ki 110 00:14:46,740 --> 00:14:56,420 açar sözlərdən olan mühüm bir şeyi – “ilahi sünnə” məsələsini yaddan çıxarırlar. 111 00:14:56,970 --> 00:15:04,680 Axı inqilabın özünə qarşı da elə bu cür, hələ bundan da artıq düşmənçiliklər var idi; amma inqilab qələbə çaldı. 112 00:15:06,020 --> 00:15:09,820 Eyni ədavət bu gün də var, 113 00:15:09,970 --> 00:15:16,740 bu gün də siz onun tələblərinə uyğun davransanız, qalib olacaqsınız; oyan-buyanı yoxdur. 114 00:15:18,600 --> 00:15:23,250 فَلَمّا رَأَى اللهُ صِدقَنا اَنزَلَ بِعَدُوِّنا الکَبت 115 00:15:23,370 --> 00:15:25,110 Bu, müasir dövrümüz üçün də keçərlidir. 116 00:15:26,340 --> 00:15:29,710 Mən də, siz də dürüst niyyətlə işə girişib 117 00:15:29,820 --> 00:15:37,280 lazımi şərtlərə əməl etsək, müqavimət göstərsək, gözüaçıq olsaq, vaxtında hərəkətə keçsək, 118 00:15:38,050 --> 00:15:41,250 düzgün danışsaq, düzgün davransaq, 119 00:15:41,650 --> 00:15:46,940 səmimiyyətlə meydana atılsaq, Əmirəl-möminin də buyurduğu kimi, 120 00:15:47,050 --> 00:15:50,540 اَنزَلَ بِعَدُوِّنا الکَبتَ وَ اَنزَلَ عَلَينا النَّصر 121 00:15:51,650 --> 00:15:58,170 – qələbə bizim olacaq, məğlubiyyət, əzilmək isə düşmənin payına düşəcək. 122 00:15:59,370 --> 00:16:08,620 Deməli, bura qədər inqilab başlıca və aydın bir məqam kimi, 123 00:16:08,880 --> 00:16:13,250 bizim gələcəyimiz üçün də böyük bir ibrət dərsidir. 124 00:16:15,510 --> 00:16:27,200 Amma qeyd etdik ki, bu inqilabı başqa hadisələrlə də müqayisə edəcəyik; 125 00:16:30,250 --> 00:16:36,220 inqilabı elə ölkəmizdə baş vermiş – eynilə də dünyadakı – digər hadisələrlə müqayisə etdikdə 126 00:16:36,370 --> 00:16:38,080 görürük ki, bu, misilsiz bir hadisədir. 127 00:16:38,480 --> 00:16:46,970 Əgər mən mövzunu açıb digər böyük inqilablarla müqayisə aparmaq istəsəm, uzun çəkəcək. 128 00:16:47,200 --> 00:16:52,310 Bu barədə əvvəllər də bir qədər danışmışam, amma gəlin elə ölkəmizin daxilində baş vermiş bəzi hadisələri götürək. 129 00:16:52,450 --> 00:17:01,850 Misal üçün, İslam İnqilabı ilə ölkənin tarixində böyük bir hadisə olan neft sənayesinin milliləşdirilməsi arasında müqayisə aparaq. 130 00:17:02,200 --> 00:17:08,800 Ölkənin tarixində böyük bir hadisə olub. Orda da xalq meydanda idi, həmin proseslərdə də xalq iştirak edirdi, 131 00:17:11,340 --> 00:17:20,080 belə ki onu da “xalq hərəkatı” adlandırırlar, siyasətçilərin dilində “xalq hərəkatı” kimi məşhurdur. 132 00:17:20,450 --> 00:17:24,340 Həmin milli hərəkatın istədiyi nə idi? Minimal bir şey idi; 133 00:17:25,220 --> 00:17:30,800 onlar tam, hərtərəfli iqtisadi və siyasi müstəqillik istəmirdilər. 134 00:17:31,020 --> 00:17:36,880 Neftimiz bütövlüklə ingilislərin ixtiyarında idi, 135 00:17:37,280 --> 00:17:41,400 neft sənayesinin milliləşdirilməsi uğrunda aparılan hərəkatın da istədiyi bu idi ki, 136 00:17:41,400 --> 00:17:45,820 neft ingilislərin əlindən alınsın, öz əlimizdə olsun. 137 00:17:46,080 --> 00:17:52,970 O qədər də çox şey istəmirdilər; əlbəttə, önəmli bir məsələ idi, amma tam müstəqillik deyildi. 138 00:17:53,050 --> 00:18:00,400 O zaman da xalq meydanlara çıxdı, müəyyən hadisələr də baş verdi, 139 00:18:01,420 --> 00:18:09,000 amma hərəkat bütövlükdə 2-3 ildən artıq çəkmədi. İki-üç ildən artıq davam etmədi! 140 00:18:09,680 --> 00:18:14,000 Düşmən onu boğa bildi, varlığını davam etdirmədi. 141 00:18:16,020 --> 00:18:23,200 Həmin hərəkat yatırılandan sonra isə neftin vəziyyəti əvvəlkindən də betər oldu. 142 00:18:24,450 --> 00:18:33,200 Yəni 28 mordad hadisələrindən sonra ölkədə yaratdıqları konsorsiumun vəziyyəti 143 00:18:33,650 --> 00:18:38,340 əvvəlkindən çox pis idi: 144 00:18:38,650 --> 00:18:44,420 əvvəllər ancaq İngiltərənin əlində idisə, indi İngiltərə və Amerikanın əlinə keçmişdi! 145 00:18:44,680 --> 00:18:51,250 Neft qəti və dəyişməz surətdə düşmənlərin ixtiyarında idi; axıra qədər də belə oldu, 146 00:18:51,620 --> 00:18:54,820 bu vəziyyət inqilaba qədər davam etdi. 147 00:18:56,020 --> 00:19:04,540 Amma baxın, İslam İnqilabının qarşıya qoyduğu məsələ təkcə neft məsələsi deyildi, tam müstəqillik məsələsi idi; 148 00:19:04,540 --> 00:19:12,400 siyasi, iqtisadi, mədəni cəhətdən müstəqillik. İnqilab meydanlara bu şüarlarla gəldi. 149 00:19:13,250 --> 00:19:17,600 İslam İnqilabını neft sənayesinin milliləşdirilməsi hərəkatı ilə müqayisə etmək mümkün deyil, amma bunu qeyd etmək lazımdır ki, o hərəkat duruş gətirə bilmədi, 150 00:19:17,770 --> 00:19:31,080 bu hərəkat, bu inqilab isə həm uğur qazandı, həm də qalıcı oldu, yaşadı. 151 00:19:32,280 --> 00:19:39,970 Digər bir hadisə – Məşrutə hərəkatı; İslam İnqilabını Məşrutə hərəkatı ilə müqayisə edək. 152 00:19:39,970 --> 00:19:43,570 Doğrudur, Məşrutə də bu ölkədə mühüm bir hadisə idi, 153 00:19:44,450 --> 00:19:50,570 amma gəlin baxaq, bu hərəkatın, Məşrutə inqilabının qarşıya qoyduğu tələblər nədən ibarət idi? 154 00:19:50,680 --> 00:19:59,910 Monarxiya diktaturasının mütləq hakimiyyətini məhdudlaşdırmaqdan; 155 00:20:00,770 --> 00:20:05,280 padşah qalsın, o lazımlı-lazımsız əmrlərini, fərmanlarını versin, 156 00:20:05,280 --> 00:20:12,820 intəhası şahın ixtiyarında olan mütləq hakimiyyət məhdudlaşsın; 157 00:20:12,940 --> 00:20:18,140 misal üçün, bir parlament təşkil olunsun – məşrutəçilərin istədiyi bu idi. 158 00:20:18,510 --> 00:20:27,420 Camaatın da xeyli hissəsi meydanlara çıxmışdı – cürbəcür təbəqələrdən olan insanlar – öldürülənlər, şəhid olanlar olmuşdu, 159 00:20:27,800 --> 00:20:33,570 amma sonda düşmən həmin hərəkatı cilovlayaraq ələ aldı 160 00:20:33,620 --> 00:20:40,620 və əslində onu məhv etdi. 161 00:20:40,940 --> 00:20:48,710 Məşrutə hərəkatının yatırılmasından sonra diktatura daha da şiddətləndi! 162 00:20:49,510 --> 00:20:57,200 Yəni Konstitusiyanın verilməsi haqda fərman imzalandıqdan 15 il sonra Rza xan hakimiyyətə gəldi. 163 00:20:57,770 --> 00:21:04,740 Həmin Rza xan ki, onun dövründə hökm sürən diktatura əvvəlki şahların heç birinin dövrü ilə müqayisə oluna bilməzdi: 164 00:21:05,740 --> 00:21:13,620 zalım, alçaldıcı, xalqa hərtərəfli düşmən; üstəlik xaricilərə də nökər. 165 00:21:14,480 --> 00:21:19,970 O birilər istibdadçı olsalar da, əcnəbilərə bir bu qədər boyun əymirdilər. 166 00:21:20,370 --> 00:21:26,880 Rza xan isə əcnəbilərin göstərişi ilə gəlmişdi, əcnəbilərin göstərişi ilə də getdi. 167 00:21:27,480 --> 00:21:34,770 Arada istədi bir əl-ayaq ata, başına bir qapaz vurdular, qurtardı, çıxdı getdi. 168 00:21:35,600 --> 00:21:45,110 Deməli, minimum bir şey istədiyinə baxmayaraq, Məşrutə hərəkatı da öz işini davam etdirə bilmədi, yaşamadı, məhv olub aradan getdi. 169 00:21:45,600 --> 00:21:54,570 Bəs İslam İnqilabı? İslam İnqilabı “şahların hakimiyyəti məhdudlaşsın” demədi; 170 00:21:54,570 --> 00:21:59,370 İslam İnqilabı dedi ki, ümumiyyətlə monarxiya nədir? Monarxiyanın nə mənası var? 171 00:21:59,740 --> 00:22:04,400 Xalq yaşayır, bu torpaq, bu diyar onundur, 172 00:22:05,680 --> 00:22:13,570 nəyə görə kimsə bir nəfər gəlib camaata ağalıq etməli, insanlar onun əmrləri əsasında yaşamalıdır? 173 00:22:13,570 --> 00:22:19,250 İnqilab ümumiyyətlə şahlıq quruluşunun özünü, mütləq monarxiya rejiminin hakimiyyətini ortadan qaldırdı. 174 00:22:20,370 --> 00:22:27,600 Amma bu inqilab həm də yaşadı; baxın, bunun da öz səbəbləri var, 175 00:22:28,170 --> 00:22:37,540 onları təhlil etmək lazımdır. Nəyə görə neft sənayesinin milliləşdirilməsi uğrunda hərəkatda da xalq iştirak etdiyinə – 176 00:22:37,540 --> 00:22:42,420 əlbəttə ki, İslam İnqilabı qədər olmasa da, həmin hərəkata da çoxlu sayda insan qatılmışdı 177 00:22:42,650 --> 00:22:47,250 – minimum tələblər irəli sürüldüyünə baxmayaraq, o yaşaya bilmədi, 178 00:22:49,450 --> 00:22:55,110 İslam İnqilabı isə maksimum müstəqillik tələb etdiyinə baxmayaraq, qaldı, yaşadı? 179 00:22:56,600 --> 00:23:02,770 Nəyə görə monarxiya hakimiyyətinin müəyyən qədər məhdudlaşdırılması kimi minimal bir tələblə çıxış edən 180 00:23:02,970 --> 00:23:08,080 Məşrutə hərəkatının qalıb varlığını davam etdirməyə gücü çatmadı, 181 00:23:09,250 --> 00:23:15,540 amma ölkədə monarxiya quruluşunun kökünün tamamilə kəsilməsi kimi 182 00:23:15,740 --> 00:23:24,220 maksimal bir tələblə çıxış edən İslam İnqilabı uğur qazandı və qalıcı oldu? 183 00:23:24,800 --> 00:23:31,510 Bütün bunları bilmək üçün prosesləri təhlil etmək lazımdır. Mən bilirəm, 184 00:23:32,970 --> 00:23:41,850 siz gənclər də gedin təhlil edin; qoy gənclər oturub düşünsün, hadisələri analiz etsin, burda nəyin həlledici rol oynadığına baxsınlar. 185 00:23:42,850 --> 00:23:53,050 Hansı amil təsir göstərib ki, o hərəkatlar davam edərək 186 00:23:53,170 --> 00:23:59,510 son hədəfinə çata bilməyib, İslam İnqilabı isə qüdrətlə duruş gətirməyə 187 00:23:59,650 --> 00:24:07,050 müvəffəq olub? Buna səbəb nə olub? Qoy gənclərimiz oturub bütün bunları təhlil etsin. 188 00:24:07,370 --> 00:24:12,280 Əgər biz bu hadisələri düzgün təhlil edə bilsək, 189 00:24:13,220 --> 00:24:22,280 o zaman bəzilərinin camaatın ürəyinə səpdiyi qorxu və ümidsizlik toxumları 190 00:24:22,280 --> 00:24:26,850 tamamilə çürüyüb məhv olacaq. 191 00:24:28,600 --> 00:24:34,170 Düzgün dərk edə bilsək, bu ölkənin gələcək yolu tamamilə aydın olacaq. 192 00:24:57,770 --> 00:25:06,370 Bir ictimai hadisə üçün qalıcı olmaq, varlığını davam etdirmək olduqca önəmli bir amildir. 193 00:25:07,220 --> 00:25:12,650 Bəli, dünyada bəzən çox böyük hadisələr baş verir, amma 194 00:25:13,450 --> 00:25:18,680 düşmən onların cilovunu əlinə alır, məhv edib tarixdən silir. 195 00:25:19,450 --> 00:25:23,570 Bir inqilabın yaşayıb davam etməsi çox mühümdür. 196 00:25:23,710 --> 00:25:31,680 Əlbəttə ki, bunlar geniş söhbətlərin mövzusudur və gənclər bu sahədə bir qədər araşdırma aparmalıdır. 197 00:25:32,020 --> 00:25:38,570 Götürək elə Böyük Fransa İnqilabı adı ilə tanınan məşhur Fransa inqilabını; 198 00:25:39,020 --> 00:25:47,280 bəli, bu, doğrudan da, bir inqilab olub; xalqın fəal iştirakı ilə gedən, hərtərəfli və mükəmməl bir inqilab. 199 00:25:47,280 --> 00:25:53,510 Yaşanan bir çox acı olaylardan sonra nəhayət bu inqilab qələbə çalıb, 200 00:25:53,740 --> 00:25:59,910 amma heç 15 il də yaşamayıb. 201 00:26:00,420 --> 00:26:07,220 Bu, imperatorluğun əleyhinə edilən bir inqilab idi, amma onun başladığı dövrdən heç 15 il keçməmiş 202 00:26:07,420 --> 00:26:13,170 Napaleonun imperatorluğu başlayıb; tam və mütləq bir monarxiya. 203 00:26:13,850 --> 00:26:18,820 Sonradan isə bu inqilab tamamilə unudulub! 204 00:26:19,650 --> 00:26:25,020 İnqilabla taxtdan endirilmiş, hakimiyyətdən getmiş şəxslər geri dönərək 205 00:26:25,220 --> 00:26:28,450 taxta çıxıb və uzun illər hökmranlıq edib. 206 00:26:28,620 --> 00:26:32,910 Sonralar camaat yenidən bir hay-küy salıb, qiyam edib, nəticəsi yenə eyni olub. 207 00:26:33,050 --> 00:26:46,650 Fransada təxminən 100 il bu keşməkeşlər davam edib, 208 00:26:46,650 --> 00:26:53,910 ən nəhayət 90, 100 ildən sonra Böyük Fransa İnqilabının arzuladığı 209 00:26:54,140 --> 00:27:00,940 respublika qurulub. Fransa İnqilabını yaşada bilməyiblər. 210 00:27:01,880 --> 00:27:05,710 Sosialist İnqilabı da bir başqa cür; o da eynilə. 211 00:27:06,600 --> 00:27:11,420 Bir inqilabın qalıcı ola bilməsi, özünü qoruya bilməsi, 212 00:27:12,280 --> 00:27:17,850 düşmənləri ilə pəncələşib onlara qalib gələ bilməsi 213 00:27:18,050 --> 00:27:25,800 çox mühüm bir məsələdir; bizim inqilabımız bunu edə bilmiş yeganə inqilabdır 214 00:27:26,170 --> 00:27:28,510 və bundan sonra da belə olmalıdır. 215 00:27:28,540 --> 00:27:35,600 Sizə deyim ki, hazırda imperializm dünyasının 216 00:27:35,820 --> 00:27:40,000 bütün siyasi beyin mərkəzləri – istər Amerikada, 217 00:27:40,570 --> 00:27:46,740 istərsə də bəzi digər imperialist dövlətlərində – bütün diqqətini 218 00:27:47,080 --> 00:27:54,280 bu irigövdəli ağacı kökündən qoparmaq, aşırmaq üçün nə etmək lazım olduğunu düşünməyə yönəldib 219 00:27:54,770 --> 00:28:00,570 – bir vaxtlar hələ körpə fidan olanda da bunu etmək istəmişdilər, amma bacarmamışdılar 220 00:28:01,310 --> 00:28:07,400 – bütün güc və əzmlərini bu məqsəd üzərində cəmləşdiriblər. 221 00:28:07,600 --> 00:28:11,110 Bizim aldığımız xəbərlər, onların təhlilləri haqda məlumatları 222 00:28:11,200 --> 00:28:15,340 bizə çatdıran insanlardan əldə etdiyimiz məlumatlar bunu göstərir ki, 223 00:28:15,710 --> 00:28:20,710 onlar daim bu inqilabı məhv edib aradan götürməyin yolları üzərində düşünür. 224 00:28:20,770 --> 00:28:26,080 Bu inqilab isə Allahın köməyi, siz xalqın əzmi sayəsində 225 00:28:26,480 --> 00:28:30,420 elə başını aşağı salıb öz işini görür, irəli gedir; 226 00:28:31,450 --> 00:28:35,940 günü-gündən daha da güclənir, inkişaf edir. 227 00:28:37,620 --> 00:28:42,280 Onların bütün səyləri bir yol tapıb İslam İnqilabının bu qalıcılığını yox etməyə yönəlib. 228 00:28:42,420 --> 00:28:47,340 Odur ki biz var gücümüzlə bu qalıcılıq xüsusiyyətini daha da artırmağa köklənməliyik. 229 00:28:49,800 --> 00:28:54,600 Elə inqilabın əvvəlindən bəri daim onu yox etmək haqda düşünüblər: 230 00:28:54,910 --> 00:28:57,420 zorla təhrik olunduğumuz müharibə də, 231 00:28:57,710 --> 00:29:01,910 ölkənin müxtəlif yerlərində baş qaldıran etnik konfliktlər də, 232 00:29:02,250 --> 00:29:04,540 iqtisadi blokada da, 233 00:29:04,680 --> 00:29:11,710 bu son illərdə tətbiq etdikləri ağır sanksiyalar da, 234 00:29:13,220 --> 00:29:19,910 ölkəmizin şərqində və qərbində təşkil olunan təkfirçi qruplar da – 235 00:29:20,450 --> 00:29:25,420 hamısı ona görə idi ki, inqilabı aradan götürsünlər, 236 00:29:25,680 --> 00:29:29,620 onlara bu qədər təəccüblü, 237 00:29:30,570 --> 00:29:36,250 ağır və dözülməz gələn bu qalıcılığı yox etsinlər; bütün səyləri buna yönəlib. 238 00:29:36,940 --> 00:29:42,110 Özü də hər gün təzə bir plan fikirləşirlər; 1388-ci ildə baş vermiş işlər də 239 00:29:42,310 --> 00:29:46,570 təzə təşəbbüslərdən idi, Amerikanın planı idi. 240 00:29:47,510 --> 00:29:52,250 Əlbəttə, bu plan ancaq bizə aid deyildi, bir neçə başqa yerdə də təcrübədən keçirmişdilər. 241 00:29:53,170 --> 00:30:00,420 O təcrübəni bir neçə başqa ölkədə sınaqdan çıxarandan sonra gəlmişdilər ki, bizim ölkəyə də tətbiq etsinlər, 242 00:30:00,600 --> 00:30:08,970 amma paylarını aldılar. Həmin plan bundan ibarətdir: 243 00:30:09,420 --> 00:30:16,310 tutalım, seçkilərin olduğu və hakimiyyət başında, misal üçün, 244 00:30:16,710 --> 00:30:20,940 Amerikaya xoş gəlməyən, 245 00:30:21,220 --> 00:30:26,420 Amerikanın mənafeyini onların ürəyi istəyən kimi təmin etməyən bir dövlətin durduği bir ölkədə 246 00:30:26,420 --> 00:30:31,370 seçki keçirilib, həmin dövlət səs çoxluğu qazanıb; 247 00:30:32,250 --> 00:30:40,710 bunlar gəlib seçki bəhanəsi ilə, səs çoxluğu qazanmamış o azlığı küçələrə, meydanlara çıxarır. 248 00:30:41,450 --> 00:30:51,570 Bu azlığın gözə girməsi, yaxşıca nəzərə çarpması üçün bir rəng də seçirlər: 249 00:30:52,620 --> 00:31:00,570 bənövşəyi, qırmızı, yaşıl və sair – bizə çatan yaşıl idi, 250 00:31:03,110 --> 00:31:10,250 ondan qabaq başqa yerlərdə qırmızı, narıncı və sair rəngləri tətbiq etmişdilər – 251 00:31:10,940 --> 00:31:16,880 məqsəd isə səs çoxluğu toplamamış azlığı bu hiylə ilə küçələrə çəkib çıxarmaqdır. 252 00:31:17,570 --> 00:31:22,540 Xalqın nümayəndələridir, vətəndaşlardır da; 253 00:31:23,050 --> 00:31:30,000 – doğrudan da, elə xalqdır, intəhası dəstəklədikləri namizəd səs çoxluğu toplamamış vətəndaşlardır; 254 00:31:30,110 --> 00:31:36,370 xalqın nümayəndəsi olduqlarına heç kimin şübhəsi yoxdur – 255 00:31:36,910 --> 00:31:41,050 bunlar da ardı-arası kəsilmədən kömək etsinlər, lazım gəlsə pul versinlər, siyasi dəstək versinlər, 256 00:31:41,110 --> 00:31:46,800 yeri gəlsə hətta əllərinə silah versinlər, təki seçkinin nəticələri pozulsun, ləğv olunsun. 257 00:31:46,800 --> 00:31:50,850 Bunu bir neçə ölkədə reallaşdırmışdılar, uğurlu da olmuşdu. 258 00:31:52,050 --> 00:31:59,480 Gəldilər ki, burda da tətbiq etsinlər, bacarmadılar; burda da eyni məsələ idi. 259 00:31:59,480 --> 00:32:06,140 Əlbəttə, bu hadisələr baş verdiyi zaman dostlarımız mənə dönə-dönə tövsiyə etdilər ki, 260 00:32:06,400 --> 00:32:12,510 rəngli inqilab adı çəkməyim; mən də məsləhətə önəm verən biri olduğuma görə – 261 00:32:12,880 --> 00:32:17,680 məsləhət verənlər də düşünən, ağıllı insnalardır da – rəngli inqilab söhbətini etmədim, 262 00:32:17,850 --> 00:32:26,340 amma bu, rəngli inqilab idi; əslində bu, rəngli çevriliş idi, uğursuz bir rəngli çevriliş. 263 00:32:27,250 --> 00:32:34,200 Bax bu, çox əhəmiyyətlidir; başqa ölkələrdə – dörd-beş ölkədə – 264 00:32:34,620 --> 00:32:40,020 amerikalıların pulu, əllərində olan imkanlar sayəsində reallaşmış və uğurlu olmuş bu təzahür 265 00:32:40,140 --> 00:32:45,420 İslam Respublikasında uğur qazanmadı; baxmayaraq ki, dəstək verənlər də olmuşdu. 266 00:32:46,510 --> 00:32:53,740 O hadisələrdən bir az əvvəl ABŞ prezidenti mənə məktub yazmışdı – 267 00:32:53,940 --> 00:33:04,850 ikinci məktubunu – məktub başdan-ayağa mənimlə və İslam Respublikası ilə həmfikir olduğunu ifadə edən bəyanatlarla dolu idi. 268 00:33:04,850 --> 00:33:09,140 Mən də həmin məktubu cavablandırmağı düşünürdüm, cavabsız qoymaq istəmirdim. 269 00:33:10,340 --> 00:33:16,340 Amma sonradan həmin hadisələr baş verdiyi zaman o, dərhal 270 00:33:16,740 --> 00:33:23,910 dövlətə, inqilaba, İslam Respublikasının adındakı İslam sözünə qarşı çıxaraq 271 00:33:24,880 --> 00:33:35,020 Tehran küçələrinə tökülmüş insanların xeyrinə mövqe tutdu və bunlar etirazçıların gördüyü bütün işləri dəstəklədilər; 272 00:33:36,020 --> 00:33:38,910 əlbəttə, bundan artığını da etmək istəyirdilər, amma bacarmadılar. 273 00:33:39,110 --> 00:33:43,740 Hələ indi də hazırkı Amerika prezidentinin bəzi müxalifləri 274 00:33:43,740 --> 00:33:52,370 onu 1388-ci ildə baş vermiş hadisələr zamanı İslam Respublikası əleyhinə çıxış edən iğtişaşçıları lazımınca dəstəkləmədiyinə görə günahlandırırlar; 275 00:33:52,880 --> 00:33:59,170 amma niyə, dəstəkləmişdi, intəhası İran xalqı vaxtında hərəkətə keçdi, 276 00:33:59,340 --> 00:34:06,110 zamanında proseslərə müdaxilə etdi, düzgün olan işi gördü. 277 00:34:06,250 --> 00:34:09,250 Demək istədiyim odur ki, bu qalıcılıq mühüm bir məsələdir; 278 00:34:09,450 --> 00:34:16,170 bu xüsusiyyəti konkret bir hədəf kimi nəzərdə tutmaq, 279 00:34:17,650 --> 00:34:22,850 onu necə təmin etməli olduğumuz haqda düşünmək lazımdır. 280 00:34:23,420 --> 00:34:28,170 Baxın görün İslam İnqilabını qalıcı, həmişəyaşar edən amillər hansıdır. 281 00:34:28,770 --> 00:34:34,600 O amilləri biz hamımız – ayrı-ayrılıqda hər birimiz təmin etməliyik. 282 00:34:35,540 --> 00:34:42,620 Əlbəttə, mən onu da dedim ki, bu təhlilləri etmək siz gənclərin öhdəsinə düşür. 283 00:34:44,340 --> 00:34:52,250 Nüvə danışıqlarından sonrakı dövrü amerikalılar özləri “İrana qarşı sərt münasibət dövrü” adlandırıblar, 284 00:34:52,480 --> 00:34:57,480 “Sərt davranmalıyıq” – deyirlər; 285 00:34:57,800 --> 00:35:03,370 olsun, indiyə qədər olduğundan da sərt davranmayacaqlar ki! 286 00:35:04,370 --> 00:35:15,170 İran gəncləri, İran xalqı,ölkəmizin rəsmiləri sayıq və məlumatlı surətdə, optimist ruh 287 00:35:15,800 --> 00:35:23,910 və ehtişamla, Allaha təvəkkül edərək, çoxsaylı güclü cəhətlərinə arxalanaraq 288 00:35:24,480 --> 00:35:29,620 düşmənin qarşısında durmalıdır; bu, çox əhəmiyyətlidir. 289 00:35:30,370 --> 00:35:37,340 Hər anın öz vəzifəsi var, o vəzifənin nə olduğunu bilmək və yerinə yetirmək lazımdır. 290 00:35:38,910 --> 00:35:43,970 Yaxşı, bu mövzuda söhbətimiz bir qədər uzandı. 291 00:35:44,450 --> 00:35:49,170 Keçək seçki məsələsinə; mühüm işlərdən biri də seçkidir. 292 00:35:49,940 --> 00:35:58,080 Seçkilər, əslində, İran xalqına yeni bir nəfəs vermək deməkdir; 293 00:35:58,710 --> 00:36:03,050 seçki ilə İran xalqı yeni nəfəs almış olur. Bu, seçkilər üçün təbii, xarakterik olan bir xüsusiyyətdir. 294 00:36:06,140 --> 00:36:14,050 Xalqımızın nümayəndələrinin bir-bir gəlib seçkiyə qatılmağı, səsvermədə iştirak etməyi, 295 00:36:14,200 --> 00:36:17,880 “Məncə, filan vəzifəni filankəs tutmalıdır” – deməyi – 296 00:36:17,880 --> 00:36:24,310 istər bu, ölkə prezidentliyi olsun, istər parlament, istərsə də Xubriqan Məclisi; 297 00:36:24,710 --> 00:36:32,080 bunların hər biri ayrı-ayrılıqda böyük əhəmiyyətə malikdir – 298 00:36:33,140 --> 00:36:37,480 xalqın hər bir nümayəndəsinin özündə bu məsuliyyəti hiss etməyi 299 00:36:37,480 --> 00:36:44,680 özü-özlüyündə İslam İnqilabını qoruyan və yaşadan amillərdən biridir. 300 00:36:45,370 --> 00:36:50,710 Xalqın ictimai-siyasi proseslərdə iştirakı düşmənin arzusunu ürəyində qoyan amillərdən biridir. 301 00:36:52,340 --> 00:36:57,280 Elə buna görə də biz əhalinin hamılıqla seçkidə iştirak etməli olduğunu 302 00:36:57,710 --> 00:37:00,970 dönə-dönə vurğulayır, buna israr edirik, 303 00:37:00,970 --> 00:37:07,480 mən bundan əvvəl dəfələrlə – artıq yadımda da deyil neçə dəfə – vurğulamışam ki, 304 00:37:07,970 --> 00:37:13,800 hətta hakim rejimi qəbul etməyən insanlar da ölkəni, 305 00:37:14,600 --> 00:37:18,480 ölkənin nüfuz və etibarını qorumaq üçün gəlib seçkidə iştirak etsinlər. 306 00:37:20,110 --> 00:37:23,600 Ola bilsin, kimsə məni qəbul etmir, eybi yoxdur, 307 00:37:23,940 --> 00:37:32,970 seçki Rəhbərlik Məqamının deyil ki, İran İslam dövlətinindir, İslam Respublikası quruluşunundur. 308 00:37:33,650 --> 00:37:37,000 Hər kəs gəlib seçkidə iştirak etməlidir; 309 00:37:38,770 --> 00:37:46,450 bu ona səbəb olacaq ki, İslam Respublikası quruluşu güclənsin, möhkəmliyi və qalıcılığı təmin olunsun, 310 00:37:46,770 --> 00:37:55,050 ölkə tam təhlükəsizlik içində olsun – əlhəmdulillah, bu gün vəziyyət elə bu cürdür – 311 00:37:55,600 --> 00:38:03,970 bu, ona səbəb olacaq ki, İran xalqı başqa xalqların gözündə nüfuz qazansın, etibarı yüksəlsin, 312 00:38:04,600 --> 00:38:12,880 xalqımız düşmənlərin gözündə ehtişam qazansın; seçkilər budur. 313 00:38:13,800 --> 00:38:24,740 Odur ki seçkidə əsas məsələ seçicilərin seçki məntəqələrinə gəlib səs verməsidir. 314 00:38:25,370 --> 00:38:35,650 Seçkidə hamı iştirak etməlidir; seçicilərin seçkidə iştirakı İran İslam Respublikasının, İslamın, 315 00:38:36,770 --> 00:38:42,510 İran xalqının, ölkənin nüfuzu deməkdir. Bu, birinci məsələ. 316 00:38:42,740 --> 00:38:45,800 İkinci məsələ isə düzgün seçim etməkdir. 317 00:38:46,930 --> 00:38:52,130 Siyasi düşüncələr, siyasi meyillər müxtəlif ola bilər, bunun eybi yoxdur, 318 00:38:52,270 --> 00:38:57,500 amma hamı çalışmalıdır ki, düzgün seçim etsin. Biz əlimizdən gələni edək, 319 00:38:57,650 --> 00:39:01,900 ola bilsin bu səyimiz nəticəsini versin, seçimimiz düzgün olsun, 320 00:39:01,990 --> 00:39:07,300 ola da bilsin ki, səyimiz nəticə verməsin, düzgüm seçim etməyək, eybi yoxdur. 321 00:39:08,220 --> 00:39:12,160 Allah-taala qəbul edəcək, çünki öhdəmizə düşən işi görmüş, 322 00:39:12,300 --> 00:39:15,270 bacardığımızı etmiş, əlimizdən gələni əsirgəməmişik. 323 00:39:16,820 --> 00:39:22,420 Misal üçün, hazırda qarşımızda iki seçki var: parlamentə və Xubriqan Məclisinə. 324 00:39:23,650 --> 00:39:27,100 Parlament çox əhəmiyyətlidir: 325 00:39:27,360 --> 00:39:34,250 həm qanunvericilik baxımından, həm hökumətlərin fəaliyyəti üçün rels atmaq baxımından – 326 00:39:34,670 --> 00:39:41,530 bu qatarın irəli gedib hədəflərinə çatması üçün relsləri parlament atır – 327 00:39:42,930 --> 00:39:47,160 həm də beynəlxalq məsələlər baxımından. 328 00:39:47,390 --> 00:39:51,930 Gördüyünüz kimi, Allaha şükürlər olsun ki, hazırkı parlamentimiz 329 00:39:52,020 --> 00:39:57,560 beynəlxalq proseslərə münasibətdə çox yaxşı mövqe tutur, bu, ölkə üçün çox dəyərlidir. 330 00:39:58,850 --> 00:40:05,760 Bu hara, beynəlxalq düşmənlərin, 331 00:40:06,250 --> 00:40:13,190 vahid düşmən cəbhəsinin qarşısında onların sözünü təkrar edən bir parlament hara? 332 00:40:15,020 --> 00:40:16,730 Bu ikisi çox fərqli şeylərdir; 333 00:40:18,250 --> 00:40:23,450 biri var istər nüvə məsələsində, istərsə də digər cürbəcür məsələlərdə 334 00:40:23,930 --> 00:40:32,420 düşmənin dediyini təkrar edən bir parlamentimiz olsun, biri də var müstəqil, 335 00:40:32,820 --> 00:40:38,990 azad, cəsarətli, xalqın irəli sürdüyü şüarları irəli sürən, 336 00:40:38,990 --> 00:40:45,050 xalqın istədiyi kimi mövqe tutan bir milli məclisimiz; bu, çox əhəmiyyətlidir. 337 00:40:46,500 --> 00:40:51,760 Odur ki İslami Şura Məclisi həm ölkənin daxili məsələləri, 338 00:40:51,760 --> 00:40:56,990 həm də beynəlxalq nüfuz və etibarı baxımından çox böyük əhəmiyyətə malikdir 339 00:40:57,330 --> 00:41:04,820 və deputatların ayrı-ayrılıqda hər birinin bu işdə rolu var. 340 00:41:05,130 --> 00:41:10,360 Səs vermək istəyirsiniz, baxırsınız ki, filan şəhərdən bir nümayəndə var, 341 00:41:10,360 --> 00:41:17,190 filan şəhərdən – tutalım, filan ostandan – on nümayəndə var; 342 00:41:18,650 --> 00:41:24,850 onların hər birinin parlamentdə öz rolu, fəaliyyəti var, 343 00:41:26,650 --> 00:41:32,650 insan əminliklə bir fikrə gəlib seçim etməlidir. Mənim fikrimcə, 344 00:41:33,450 --> 00:41:37,560 namizədləri bircə-bircə tanımaya bilərik – 345 00:41:37,670 --> 00:41:43,070 mən özüm də səs verməyim üçün o siyahıları gətirəndə 346 00:41:43,190 --> 00:41:46,020 ordakı insanlardan bəzilərini tanımıram, 347 00:41:47,020 --> 00:41:52,590 amma onların namizədliyini irəli sürmüş insanlara etibar edirəm; 348 00:41:52,790 --> 00:41:57,590 baxıram görüm o siyahını irəli sürənlər kimdir. 349 00:41:57,760 --> 00:42:03,420 Əgər dindar, mömin, inqilabı dəstəkləyən adamlardırsa, 350 00:42:03,420 --> 00:42:06,650 sözlərinə etimad edib, təqdim etdikləri siyahıya səs verirəm. 351 00:42:07,850 --> 00:42:13,620 Əgər görsəm ki, yox, o siyahını irəli sürənlər inqilaba, 352 00:42:13,760 --> 00:42:19,530 dinə, ölkənin müstəqilliyinə bir o qədər də önəm verməyən, 353 00:42:19,530 --> 00:42:26,620 Amerika və başqalarının ağzına baxan insanlardır, dediklərinə etimad etmirəm. 354 00:42:27,820 --> 00:42:34,390 Məncə, bu, çox yaxşı yoldur: parlament və ya Xubriqan Məclisinə 355 00:42:34,730 --> 00:42:41,500 namizədlərin siyahısını bizə təqdim edənlərin kim olduğuna baxaq, 356 00:42:42,390 --> 00:42:51,900 dindarlığına, din-imana bağlılığına doğrudan da inandığımız insanlara etimad edək; 357 00:42:51,900 --> 00:42:56,020 bilək ki, doğrudan da, dindardırlar, inqilaba sadiqdirlər, düzgün kursda, 358 00:42:56,220 --> 00:43:00,390 İmam Xomeyninin yolundadırlar, İmamı, doğrudan da, qəbul edirlər; yolu budur ki, bunları bilək. 359 00:43:01,020 --> 00:43:07,420 Əgər insanlarımız bu cür davranıb bu şəkildə araşdırma aparsalar, öhdələrinə düşən işi yerinə yetirmiş olarlar, 360 00:43:07,590 --> 00:43:14,300 Allah-taala da savablarını verər; lap əgər müəyyən məqamda səhvə yol vermiş olsalar belə. 361 00:43:14,560 --> 00:43:19,620 Misal üçün, mən filankəsin yaxşı adam olduğunu düşünüb ona səs vermişəm, 362 00:43:19,620 --> 00:43:24,220 birdən layiqli olmasa belə, mən əlimdən gələni etmişəm 363 00:43:24,530 --> 00:43:27,960 və Allah-taala əcrimi verəcək. 364 00:43:29,300 --> 00:43:32,220 Xubriqan Məclisi də çox əhəmiyyətlidir. 365 00:43:32,450 --> 00:43:41,270 Belə baxanda – kənardan nəzər salsaq – 366 00:43:41,530 --> 00:43:43,670 Xubriqan Məclisinin üzvləri ildə iki dəfə gəlib bir yerə yığşırlar, 367 00:43:43,670 --> 00:43:48,100 oturub siyasi və ya qeyri-siyasi söhbətlər aparırlar, sonra da dağılışıb çıxıb gedirlər; 368 00:43:48,960 --> 00:43:51,820 amma Xubriqan Məclisinə bu gözlə baxmaq lazım deyil. 369 00:43:52,130 --> 00:43:56,160 Xubriqan Məclisi Rəhbəri seçir; zarafat deyil. 370 00:43:57,390 --> 00:44:04,190 Hazırkı Rəhbər bu postdan kənarlaşanda, yaxud dünyadan gedəndə 371 00:44:04,930 --> 00:44:10,390 yeni Rəhbəri bunlar seçməlidir. Kimi seçəcəklər? 372 00:44:10,560 --> 00:44:16,190 Elə bir insanı seçəcəklərmi ki, düşmənin hücumları qarşısında möhkəm dura bilsin, 373 00:44:16,470 --> 00:44:21,450 Allaha təvəkkül etsin, şücaət nümayiş etdirsin, İmam Xomeyninin yolunu davam etdirsin? 374 00:44:21,790 --> 00:44:27,070 Beləsini seçəcəklər, yoxsa tamam başqa cür bir insanı? 375 00:44:27,820 --> 00:44:33,990 Bax bu, olduqca əhəmiyyətli bir məsələdir. Sizin Xubriqan Məclisinə seçmək istədiyiniz şəxs 376 00:44:34,300 --> 00:44:42,330 əslində gələcəkdə inqilabın hərəkət kursuna təsir edən biri olacaq; 377 00:44:43,620 --> 00:44:50,790 bu, çox əhəmiyyətlidir, xırda bir məsələ deyil. Ona görə də araşdırma aparmaq, əmin olmaq lazımdır. 378 00:44:52,360 --> 00:44:59,330 Odur ki seçkilərin özü, seçkidə iştirak mühüm, 379 00:44:59,560 --> 00:45:05,870 prinsipial bir məsələdir, eyni zamanda ən layiqli namizədin seçilməsi də 380 00:45:06,760 --> 00:45:10,760 diqqət yetirilməli olan önəmli bir məqamdır. 381 00:45:10,960 --> 00:45:14,730 İnqilaba sadiqliyin, inqilabı həqiqətən dəstəkləməyin meyarları da çox önəmlidir; 382 00:45:15,160 --> 00:45:24,300 yəni bu meyarların nədən ibarət olduğunu bilmək, inqilaba sadiqliyin göstəricilərini düzgün nəzərdən keçirmək, 383 00:45:24,420 --> 00:45:30,330 müəyyənləşdirmək, bizdən daha yaxşı bilən insanlardan bu barədə soruşmaq lazımdır. 384 00:45:31,760 --> 00:45:38,070 Bütün bunlar təmin olunsa, inqilab, heç şübhəsiz, həmişə davam edəcək, qalıcı olacaq. 385 00:45:39,850 --> 00:45:44,960 Bu vəziəflərə əməl etməyin iki tərəfi var: 386 00:45:45,160 --> 00:45:49,450 biri – qeyd etdiyim kimi – inqilabın qalıcılığıdır. 387 00:45:50,730 --> 00:45:57,330 Məlumdur ki, bizim həm itirdiklərimiz – sıralarımızı tərk edənlər, həm də qazandıqlarımız – sıralarımıza yeni-yeni qoşulanlar olur; mən bunu dəfələrlə demişəm. 388 00:45:57,960 --> 00:46:03,790 Elə insanlar olur ki, bir vaxtlar inqilabı dəstəklədiklərinə baxmayaraq, sonradan hansısa xoşagəlməz olay ucbatından 389 00:46:04,050 --> 00:46:07,250 haqq-nahaq inqilabdan üz döndərirlər. 390 00:46:07,420 --> 00:46:11,760 Elələri var ki, gözləmədikləri bir iş baş verir – 391 00:46:11,760 --> 00:46:17,360 tutalım, haqlı olduqları halda, haradasa onlara qarşı zülmə yol verilir – 392 00:46:17,590 --> 00:46:23,360 və bu, onların inqilabdan üz çevirmələrinə səbəb olur. Bax bu nahaq işdir. 393 00:46:24,160 --> 00:46:32,300 Şəxsi, ailə məsələləri və yaxud digər problemlər ucbatından 394 00:46:32,730 --> 00:46:36,760 inqilabdan üz çevirənlər də olur. Bu, bizim itkilərimizdir; inqilabın sıralarından ayrılanlardır. 395 00:46:36,930 --> 00:46:41,960 Bütün inqilablarda, bütün ictimai hərəkatlarda bu cür itkilər, yarpaq tökümü olur, 396 00:46:42,500 --> 00:46:45,930 amma bununla yanaşı, yeni cücərtilər, sıralarına yeni qoşulanlar da olur. 397 00:46:46,450 --> 00:46:52,620 Mənim bu barədə məlumatım heç də az deyil, bir çox yerlərdən xəbərim var. 398 00:46:53,420 --> 00:46:59,420 Baxanda görürəm ki, cücərtilər itkilərdən daha çoxdur. Bu qədər mömin gənc, 399 00:47:00,500 --> 00:47:07,470 bu qədər ali təhsilli mömin, prosesləri analiz etməyi bacaran möminlər, 400 00:47:08,130 --> 00:47:16,190 elm və texnologiya sferasında effektiv fəaliyyət göstərən bu qədər insan, hamısı da mömin – 401 00:47:16,790 --> 00:47:18,930 bütün bunlar inqilabın cücərtiləri, qazancıdır. 402 00:47:20,070 --> 00:47:27,620 Vaxt var idi ölkəmizdə universitetlərdə dərs deyə biləcək insanların sayı 403 00:47:27,790 --> 00:47:32,390 5 mindən artıq deyildi və bu, ölkə üçün problemə çevrilmişdi. İnqilabın əvvəllərində vəziyyətimiz belə idi; 404 00:47:32,500 --> 00:47:41,360 savadlı adamların bir qrupu çıxıb getmişdi, bir qrup bizə sarı gəlmirdi, bir qrupunun da ali məktəblərdə dərs deməyə səlahiyyəti çatmırdı. 405 00:47:42,160 --> 00:47:50,670 Bu gün isə universitetlərimizdə on minlərlə professor və müəllim çalışır; mömin, 406 00:47:51,590 --> 00:48:00,100 inqilaba, həqiqətən də, sadiq olan, bütün varlığı ilə inanan professorlar. 407 00:48:00,990 --> 00:48:06,300 Bu, xırda, əhəmiyyətsiz bir şey deyil, onları inqilab yetişdirib. 408 00:48:06,500 --> 00:48:15,670 Bu qədər mömin yazarımız, incəsənət xadimlərimiz, alimlərimiz, texnoloji mütəxəssislərimiz, maarifçilərimiz, natiqlərimiz var; 409 00:48:16,500 --> 00:48:22,270 cürbəcür sferalarda, daxili və xarici məsələlərdə. Bunlar inqilabın cücərtiləridir, 410 00:48:22,820 --> 00:48:28,270 təzə-tər, hazır cücərtiləri; bu, olduqca dəyərli bir faktdır. 411 00:48:29,190 --> 00:48:34,670 Odur ki əgər biz inqilabla bağlı öhdəmizə düşən vəzifələri yerinə yetirsək, 412 00:48:35,130 --> 00:48:42,270 bu, elə inqilabın cücərtilərinin qalıcılığı, varlığını davam etdirməsi, daha da çoxalması deməkdir. 413 00:48:42,530 --> 00:48:47,590 İkincisi insanın qəlbinə çökən rahatlıq, arxayınlıqdır. 414 00:48:48,390 --> 00:48:52,900 Qurani-Kərimdə Allah-taala Peyəmbərə (s) beyət barədə buyurur: 415 00:48:52,900 --> 00:49:02,420 “And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu, onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (Öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, mənəvi qüvvə) göndərdi”. (“Fəth” surəsi, 18-ci ayədən) 416 00:49:04,360 --> 00:49:13,870 Peyğəmbərə beyət edənlərin səmimi-qəlbdən etdiyi beyət – 417 00:49:14,670 --> 00:49:19,020 Allah-taala onların qəlbində nələrin olduğunu bilirdi – 418 00:49:19,020 --> 00:49:24,360 Yaradanın onların qəlbinə rahatlıq və arxayınlıq nazil etməsinə səbəb olmuşdur. 419 00:49:26,300 --> 00:49:32,220 Qəlblərə arxayınlıq, rahatlıq nazil olanda narahatlıqlar yox olub gedir, nigaranlıqlara son qoyulur, 420 00:49:32,530 --> 00:49:35,470 ümidsizlik aradan qalxır. 421 00:49:36,020 --> 00:49:42,250 Bu gün düşmənlərimizin ən çox önəm verdiyi işlərdən biri xalqımıza ümidsizlik aşılamaq, insanlarımızı pessimist ruhda kökləməkdir. 422 00:49:43,420 --> 00:49:51,020 Müxtəlif sferalarda gəncləri, yaşlıları, keçmiş inqilabçıları ümidsizliyə sövq etməyə çalışırlar. 423 00:49:51,590 --> 00:49:55,930 Allah-taalanın bəxş etdiyi bu rahatlıq və arxayınlıq isə insana ümid bəxş edir. 424 00:49:57,160 --> 00:49:59,160 Peyğəmbərə beyət etmək buna yol açır. 425 00:49:59,160 --> 00:50:03,390 Bu gün siz də inqilaba beyət edəndə, 426 00:50:03,500 --> 00:50:07,900 əvvəlki beyətinizi bir daha təsdiqləyəndə, yeniləyəndə Peyğəmbərə beyət etmiş olursunuz. 427 00:50:09,160 --> 00:50:12,990 Bu gün İmam Xomeyniyə beyət edən şəxs Peyğəmbərə beyət etmişdir. 428 00:50:22,300 --> 00:50:31,900 Siz İmamın inqilabi kursunu qoruyub yaşadanda, onu köhnəlməyə, 429 00:50:32,270 --> 00:50:38,330 aktuallığını itirməyə qoymayanda, əslində, Peyğəmbərə beyət etmiş olursunuz. 430 00:50:38,500 --> 00:50:41,530 Peyğəmbərə beyət edəndə isə: 431 00:50:41,670 --> 00:50:46,790 “Allah Öz Peyəmbərinə və möminlərə arxayınlıq nazil etdi ...” (“Tövbə” surəsi, 26-cı ayədən) – bu, başqa bir ayədədir, 432 00:50:47,270 --> 00:50:50,220 həmin ayədə isə belədir: فَاَنزَلَ السَّکينةَ عَلَيهِم 433 00:50:51,130 --> 00:50:56,270 – “Allah-taala qəlbinizə rahatlıq və arxayınlıq bəxş edəcək”. Qəlbiniz rahat, 434 00:50:56,470 --> 00:51:01,220 xatircəm olanda isə düşmənlə üzləşərkən 435 00:51:01,620 --> 00:51:06,670 çaşıb qalmayacaqsınız, ümidsizliyə qapılmayacaqsınız, tərəddüd keçirməyəcəksiniz; 436 00:51:07,070 --> 00:51:12,070 bu gün bu mənəvi rahatlıq, arxayınlıq sayəsində 437 00:51:12,160 --> 00:51:17,670 İran xalqının Amerikaya və onun məkrli planlarına qalib gələcəyinə əmin olmaq olar. 438 00:51:41,220 --> 00:51:44,990 İnşallah, Uca Yaradan sizin hamınıza uğurlar nəsib etsin; 439 00:51:45,300 --> 00:51:49,270 bu yolda hamımızı sabitqədəm etsin; 440 00:51:49,390 --> 00:51:57,560 bizi inqilabın qalıcılığı uğrunda çalışıb-vuruşan, 441 00:51:57,670 --> 00:52:01,670 bu yolda canını belə əsirgəməyən əsgərlərdən etsin. 442 00:52:01,900 --> 00:52:08,530 Pərvərdigara! Məhəmməd (s) və Ali-Məhəmməd (ə) xatirinə, öz lütf və rəhmətini bu xalqa nazil et. 443 00:52:10,020 --> 00:52:12,850 İmam Xomeyninin (r.ə) pak ruhunu bizdən yana şad et; 444 00:52:13,650 --> 00:52:18,300 İmam Mehdi Sahibəz-zamanın qəlbini (Ruhlarımız ona fəda olsun!) biz sarıdan sevindir. 445 00:52:19,670 --> 00:52:22,190 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.