1 00:00:04,820 --> 00:00:07,000 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:07,450 --> 00:00:10,310 و الحمد لله ربّ العالمين 3 00:00:12,540 --> 00:00:17,400 و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين 4 00:00:24,570 --> 00:00:35,820 Əziz və dəyərli görüş iştirakçıları, ölkə rəsmiləri, 5 00:00:37,420 --> 00:00:53,220 Vəhdət Konfransında iştirak edən qonaqlar, müsəlman ölkələrinin möhtərəm səfirləri, 6 00:00:55,420 --> 00:01:05,000 hamınızı əzəmətli İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) və onun dahi şəxsiyyətli övladı İmam Sadiqin (ə) mövludu münasibətilə təbrik edirəm. 7 00:01:07,910 --> 00:01:14,400 Həmçinin bütün İran xalqını və ümumilikdə İslam ümmətini, 8 00:01:16,650 --> 00:01:24,970 dünyanın bütün azadlıqsevər insanlarını, əxlaqa, mənəviyyata, 9 00:01:27,620 --> 00:01:35,340 əxlaq və mənəviyyat uğrunda çalışıb-vuruşub əziyyətə qatlaşmağa dəyər verən hər kəsi təbrik edirəm. 10 00:01:38,420 --> 00:01:42,880 Peyğəmbəri-Əkrəmin (s) dünyaya gəlişi, 11 00:01:52,140 --> 00:02:04,050 həmçinin o dahi insanın peyğəmbərlik missiyası üçün seçilməsi həmin dövrdə dünyanın cansız bədəninə üfürülən yeni ruh kimi idi. 12 00:02:08,650 --> 00:02:20,280 O zaman dünya zahirən canlı idi: şahlıqlar, hökumətlər var idi, insanlar işləyir, fəaliyyət göstərirdilər, 13 00:02:22,000 --> 00:02:28,880 amma həmin dünyada insanlıq, mənəviyyat ölmüşdü. 14 00:02:32,820 --> 00:02:45,080 Ortada yalnız zülm, əzab-əziyyət, diskriminasiya və qəddarlıq var idi, mənəviyyat, gözəl insani keyfiyyətlər ölmüşdü. 15 00:02:48,340 --> 00:02:56,540 Rəsuli-Əkrəm (s) özü və onun çağırışı o dövrün dünyasına yeni nəfəs verdi. 16 00:02:58,340 --> 00:03:09,420 Mənim “özü və çağırışı” deməyimin səbəbi budur ki, Peyğəmbər (s) özü də İslamın təcəssümü idi. 17 00:03:11,740 --> 00:03:18,370 Həzrət Peyğəmbərin (s) xanımının belə buyurduğu nəql olunur: 18 00:03:18,540 --> 00:03:21,250 – “O, təcəssüm etmiş Quran idi”. 19 00:03:23,600 --> 00:03:36,140 Peyğəmbər (s) və onun gətirdiyi din o dövrün dünyasına yeni ruh bəxş etmişdi. 20 00:03:37,220 --> 00:03:43,310 “Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin”. (“Ənfal” surəsi, 24-cü ayədən) 21 00:03:45,110 --> 00:03:59,820 Onun dini həmin dövrün adamları, zülm və mənəvi bəlalar içində çalxalanan, ölü dünyası üçün həyat, diriliş demək idi. 22 00:04:03,850 --> 00:04:09,770 Bu gün biz bu mərasimi qeyd edir, tədbir keçiririk. 23 00:04:11,340 --> 00:04:24,450 Doğrudur, bir araya gəlib dildə ehtiram ifadə etmək gözəl, bəyənilən bir işdir, 24 00:04:24,650 --> 00:04:34,420 amma İslamın və Peyğəmbərin (s) ardıcılları olduğumuzu iddia edən bizlərdən gözlənən təkcə bu deyil; 25 00:04:34,650 --> 00:04:44,510 bu, kifayət deyil. Bizim də məqsədimiz bugünün cürbəcür bəla və mərəzlərə düçar olmuş, ölü dünyasına 26 00:04:44,770 --> 00:04:49,110 yeni ruh, yeni nəfəs bəxş etmək olmalıdır. 27 00:04:50,080 --> 00:05:00,140 Bu gün də dünya zülm, qəddarlıq və diskriminasiya ilə çalxalanır. 28 00:05:03,970 --> 00:05:12,220 Mənəviyyatın məhvi bu gün də bəşər övladının ən böyük müsibətidir. 29 00:05:14,340 --> 00:05:21,170 Mənəviyyat, ali insani keyfiyyətlər maddi güclərin ixtiyarında olan cürbəcür vasitələrlə əzilərək məhv edilir: 30 00:05:21,800 --> 00:05:28,400 ədalət əzilir, əxlaq və insanlıq əzilir, 31 00:05:31,820 --> 00:05:42,970 insanlığın qanı heç bir şeydən qorxub-çəkinməyən hakimlər tərəfindən axıdılır. 32 00:05:45,770 --> 00:05:55,250 Xalqlar dövlətlər tərəfindən soyulub qarət edildiklərinə görə acından ölür. 33 00:05:57,850 --> 00:05:59,940 Bu gün dünyada vəziyyət belədir. 34 00:06:02,310 --> 00:06:10,170 Bu, eynilə İslamın zühurundan öncəki cahiliyyət dünyasına bənzəyir; bu da cahiliyyətdir. 35 00:06:11,910 --> 00:06:26,710 Bu gün İslam dünyasının vəzifəsi təkcə Həzrət Peyğəmbərin (s) doğum və ya besət günlərini bayram etmək deyil; 36 00:06:27,370 --> 00:06:32,310 ümmətin əsas vəzifəsi ilə müqayisədə bu, çox kiçik və əhəmiyyətsiz bir işdir. 37 00:06:34,080 --> 00:06:41,740 Bu gün İslam ümmətinin vəzifəsi eynilə İslamın və Peyğəmbərin (s) özü kimi 38 00:06:43,310 --> 00:06:53,740 bu dünyaya yeni ruh bəxş etmək, yeni bir atmosfer yaratmaq, yeni bir yol açmaqdır. 39 00:06:55,650 --> 00:07:03,850 Səbirsizliklə intizarında olduğum bu təzahürü mən “yeni İslam sivilizasiyası” adlandırıram. 40 00:07:05,450 --> 00:07:13,170 Bizim istək və məramımız bəşəriyyət üçün yeni İslam sivilizasiyasının formalaşdırılması olmalıdır. 41 00:07:15,370 --> 00:07:26,480 Bu, dünyadakı super-güclərin bəşəriyyət üçün cızdığı və həyata keçirdiyi planlardan əsaslı şəkildə fərqlənir. 42 00:07:27,050 --> 00:07:35,600 Bu, müxtəlif ölkələrdə hakimiyyəti ələ keçirmək, xalqların hüquqlarını tapdalamaq, 43 00:07:37,000 --> 00:07:43,800 öz əxlaq və mədəniyyətini zorla başqa xalqlara sırımaq demək deyil. 44 00:07:44,170 --> 00:07:50,570 Bu, xalqların öz ixtiyarı, öz seçimi, öz müəyyənləşdirməsi əsasında 45 00:07:52,020 --> 00:08:01,050 doğru yolu seçməsi üçün Allah-taalanın göndərdiyi bir hədiyyəni onlara təqdim etmək deməkdir. 46 00:08:01,250 --> 00:08:08,200 Bu gün dünyanın böyük dövlətlərinin xalqları çəkdiyi yol 47 00:08:08,310 --> 00:08:16,800 yanlış və azdırıcı bir yoldur. Bu gün bizim vəzifəmiz budur. 48 00:08:18,970 --> 00:08:31,020 Bir vaxtlar avropalılar müsəlmanların elm 49 00:08:31,170 --> 00:08:42,310 və fəlsəfəsindən istifadə edərək özləri üçün bir sivilizasiya qurmağı bacardılar. 50 00:08:42,710 --> 00:08:45,620 Əlbəttə ki, bu, maddiyyata can atan bir sivilizasiya idi. 51 00:08:47,200 --> 00:08:59,220 16-17-ci əsrdən başlayaraq avropalılar yeni bir sivilizasiyanın təməlini qoymağa başladılar 52 00:09:00,420 --> 00:09:10,420 və onların bu sivilizasiyası maddiyyata əsaslandığı üçün çəkinmədən cürbəcür vasitələrdən istifadə etdilər. 53 00:09:10,710 --> 00:09:17,820 Bir yandan işğalçılığa, xalqları öz ağalığı altına keçirib 54 00:09:19,450 --> 00:09:25,680 talan etməyə üz qoydular, 55 00:09:27,570 --> 00:09:35,600 digər tərəfdən isə özlərini daxildən elm, texnologiya və təcrübə ilə gücləndirərək 56 00:09:36,710 --> 00:09:43,110 bu sivilizasiyanı bütün bəşəriyyətə hakim etdilər. 57 00:09:43,110 --> 00:09:50,220 Avropalılar bu işi 4-5 əsr ərzində davam etdirmişlər. 58 00:09:53,170 --> 00:09:57,020 Onların dünyaya təqdim etdiyi bu sivilizasiya 59 00:09:57,880 --> 00:10:09,940 insanların ixtiyarına bir çox gözəl texnoloji nailiyyətlər, sürətli, rahat və komfortlu həyat üçün lazım olan müxtəlif vasitələr verdi, 60 00:10:10,310 --> 00:10:15,570 amma onların xoşbəxtliyini təmin etmədi, ədaləti bərqərar etmədi. 61 00:10:15,770 --> 00:10:21,850 Əksinə, ədalətin təpəsindən döydü, 62 00:10:22,140 --> 00:10:26,340 xalqları əsir və yoxsul etdi, alçaltdı. 63 00:10:26,510 --> 00:10:32,880 Öz içində də paradokslara düçar oldu, əxlaqi cəhətdən çürüdü, 64 00:10:33,080 --> 00:10:38,940 mənəvi cəhətdən puç və heç oldu. 65 00:10:40,000 --> 00:10:45,250 Bu gün qərblilər özləri də bunu etiraf edir. 66 00:10:45,740 --> 00:10:50,820 Tanınmış bir Qərb siyasətçisi mənə demişdi ki, 67 00:10:51,080 --> 00:10:56,820 bizim dünyamız puçdur, boşdur və biz bunu hiss edirik. Düz də deyir; 68 00:10:59,370 --> 00:11:09,480 bu sivilizasiya zahirən parıltılıdır, göz qamaşdırır, amma mahiyyəti baxımından bəşəriyyət üçün təhlükəlidir. 69 00:11:10,910 --> 00:11:15,480 Bu gün artıq Qərb sivilizasiyasında paradokslar özünü büruzə verir – 70 00:11:15,820 --> 00:11:23,850 Amerikada bir cür, Avropada bir cür, dünyanın dörd bir yanında bunların ağalığı altında olan regionlarda da bir başqa cür. 71 00:11:25,940 --> 00:11:30,940 Bu gün bizim növbəmizdir, bu gün İslamın növbəsidir. 72 00:11:32,740 --> 00:11:36,620 “Biz bu günləri (hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ...” (“Ali-İmran” surəsi, 140-cı ayədən) 73 00:11:41,020 --> 00:11:51,450 Bu gün artıq müsəlmanların növbəsidir ki, əzm və təpər nümayiş etdirərək yeni İslam sivilizasiyasının bünövrəsini qoysunlar. 74 00:11:52,340 --> 00:11:58,740 Bir vaxtlar avropalılar müsəlmanların elmi biliklərindən, 75 00:11:59,480 --> 00:12:05,850 təcrübəsindən, fəlsəfəsindən istifadə etdikləri kimi, 76 00:12:06,340 --> 00:12:11,510 biz də bu gün İslam sivilizasiyasını yenidən ayağa qaldırmaq üçün 77 00:12:11,680 --> 00:12:15,480 dünya elmindən, müasir dünyada mövcud olan 78 00:12:15,880 --> 00:12:20,480 texnoloji vasitələrdən istifadə edirik, 79 00:12:20,850 --> 00:12:28,540 intəhası biz bunu İslamın ruhuna, mənəviyyata uyğun şəkildə edirik. 80 00:12:30,880 --> 00:12:39,450 Mən bu sözlərimi əsas etibarilə din alimlərinə, həqiqi ziyalılara ünvanlayıram, 81 00:12:40,680 --> 00:12:46,050 siyasətçilərə artıq o qədər də ümidim yoxdur. 82 00:12:47,400 --> 00:12:56,110 Əvvəllər elə bilirdik ki, İslam dünyasının siyasətçiləri bu istiqamətdə hansısa işlər görüb yardım edə bilər, 83 00:12:56,220 --> 00:12:58,940 amma təəssüflər olsun ki, hazırda bu ümid zəifləyib. 84 00:13:00,740 --> 00:13:07,170 Bu gün bizim ümidimiz İslam dünyasındakı din alimlərinə, 85 00:13:08,020 --> 00:13:15,220 eləcə də Qərbi özünə qiblə bilməyən həqiqi ziyalılaradır; 86 00:13:15,800 --> 00:13:27,000 ümid onlaradır və bu, tamamilə realdır. və bu, tamamilə realdır. Heç də deməsinlər ki, bu, mümkün olan iş deyil. 87 00:13:28,680 --> 00:13:37,400 Bu işin həyata keçməsi mümkündür, realdır. İslam dünyasının əlində bir çox imkanlar var: 88 00:13:38,220 --> 00:13:46,650 yaxşı demoqrafik göstəricilərimiz var, ərazilərimiz var, əlverişli coğrafi mövqeyə malikik, 89 00:13:47,450 --> 00:13:51,800 İslam dünyası olaraq bir çox təbii resurslara sahibik. 90 00:13:52,200 --> 00:13:58,310 İslam dünyasının elə bir yaxşı və istedadlı insan potensialı var ki, 91 00:13:59,650 --> 00:14:06,770 əgər onu müstəqil İslam təlimləri ilə yetişdirsək, 92 00:14:07,680 --> 00:14:16,510 elm, siyasət, texnologiya və bir çox sosial sferalarda 93 00:14:17,970 --> 00:14:29,770 ortaya parlaq yaradıcılıq məhsulu qoya bilər. 94 00:14:31,200 --> 00:14:34,970 İslam Respublikası İslam dünyası üçün bir nümunədir, 95 00:14:35,220 --> 00:14:43,220 sınaq, təcrübə ərazisidir. 96 00:14:44,970 --> 00:14:50,510 İslam dini ölkəmizdə hakimiyyətə gəlməmişdən əvvəl 97 00:14:50,600 --> 00:14:57,420 biz sözün tam mənasında geridə qalmış bir xalq idik, xaricdən asılı idik. 98 00:14:58,910 --> 00:15:03,740 Elmi cəhətdən geri qalmışdıq, siyasi cəhətdən geri qalmışdıq, 99 00:15:03,740 --> 00:15:10,820 sosial cəhətdən geri qalmışdıq, siyasət dünyasından təcrid olunmuşduq. 100 00:15:12,740 --> 00:15:23,970 Bu gün isə artıq düşmənlərimiz də İslam Respublikasının nailiyyətlərini etiraf etməyə məcburdur. 101 00:15:24,200 --> 00:15:32,450 Bu gün İslam İnqilabının qələbəsindən 35 il keçir 102 00:15:32,910 --> 00:15:37,680 və biz elm və texnologiyada, 103 00:15:38,080 --> 00:15:48,910 dünyadakı ən müasir elmi biliklərdə əldə etdiyimiz nailiyyətlər baxımından inkişaf etmiş ölkələrin sırasındayıq. 104 00:15:49,080 --> 00:15:55,170 Tam olaraq reallığı əks etdirdiyi sübuta yetirilmiş statistik məlumatlara əsasən, 105 00:15:55,600 --> 00:15:58,080 biz bir siyahıda 7-ci, 106 00:15:58,080 --> 00:16:01,820 digərində 6-cı, bir başqasında isə 5-ci yeri tuturuq. 107 00:16:04,770 --> 00:16:14,620 İran xalqı İslamın bərəkəti sayəsində öz kimliyini, şəxsiyyətini təsdiq və nümayiş etdirə bilib. Bunu İslam dünyasında genişləndirmək mümkündür; 108 00:16:15,080 --> 00:16:26,220 şərti isə budur ki, super-güclərin ağır və məşum kölgəsi ölkələrin başı üzərində olmaya. Bu,birinci şərtdir. 109 00:16:28,600 --> 00:16:33,510 Əlbəttə ki, bu hansısa zəhmət əziyyət bahasına başa gələn bir işdir,bədəlini, bahasını ödəmədən heç bir böyük işi həyata keçirmək mümkün deyil. 110 00:16:34,740 --> 00:16:40,050 Çox böyük və önəmli simaların iştirak etdiyi bugünkü məclisdə 111 00:16:40,510 --> 00:16:45,420 mən bunu demək istəyirəm ki, 112 00:16:46,080 --> 00:16:50,400 İslam ümməti cihad əzmi ilə, 113 00:16:50,800 --> 00:17:02,970 ciddi surətdə çalışaraq müasir dövrə uyğun bir İslam sivilizasiyasının layihəsini cıza, təməlini qoya, 114 00:17:03,200 --> 00:17:08,200 bu işi müsbət nəticələrə aparıb çatdıra və bəşəriyyətə təqdim edə bilər. 115 00:17:08,370 --> 00:17:13,110 Biz zorla heç kimi İslama dəvət edən deyilik; 116 00:17:13,910 --> 00:17:22,140 zorla heç bir ölkəni İslam dünyasının hakimiyyətinə tabe edən deyilik. 117 00:17:22,310 --> 00:17:28,940 Biz avropalılar kimi, Amerika kimi etməyəcəyik. 118 00:17:30,650 --> 00:17:42,400 Avropalılar Atlantik okeanının kənarındakı bir adadan çıxıb Hind okeanına qədər gedərək 119 00:17:42,570 --> 00:17:50,940 Hindistan kimi böyük bir ölkəni, eləcə də ətrafındakı bir neçə ölkəni zorla işğal ediblər, 120 00:17:51,400 --> 00:18:00,170 talayıblar, özləri varlanıblar, onları isə quru yurdda qoyublar; bu cür qabağa gediblər. 121 00:18:02,250 --> 00:18:10,080 Elə bu gün də dünyada eyni əməlləri başqa metodlarla, üsullarla davam etdirirlər. 122 00:18:10,280 --> 00:18:17,200 Başqalarının pulu, sərmayəsi, sərvəti, başqalarının əməyinin məhsulu ilə 123 00:18:18,480 --> 00:18:25,880 öz inkişafını, tərəqqisini təmin edir, zahirdə özlərini bəzəyirlər. 124 00:18:25,880 --> 00:18:30,310 Əlbəttə ki, içəridən dağılırlar; batinləri çürüyüb gedir. 125 00:18:30,940 --> 00:18:35,910 Qeyd etdiyim kimi, getdikcə daha çox puç olurlar 126 00:18:38,650 --> 00:18:47,480 Siz müsəlmanların əldə edəcəyiniz bir nailiyyət düşmənlərinizi heç də sevindirmir. 127 00:18:50,310 --> 00:19:02,340 Sizə müsibət gətirəcək bir şeysə onları sevindirir, məmnun edir. 128 00:19:05,020 --> 00:19:17,510 “Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, bir zərər toxunanda isə ona sevinirlər”. (“Ali-İmran” surəsi, 120-ci ayədən) 129 00:19:17,970 --> 00:19:26,000 Belədirlər, bunu Quran deyir. Biz gözümüzü onlara dikməməliyik, 130 00:19:26,650 --> 00:19:32,340 onların əlinə baxmamalıyıq, özümüzü onların təbəssümündən və ya üz turşutmasından asılı bilməməliyik. 131 00:19:32,770 --> 00:19:36,510 Öz yolumuzu tapıb hərəkət etməli, irəli getməliyik. 132 00:19:36,910 --> 00:19:41,420 Bu, bizim və İslam dünyasındakı hər kəsin vəzifəsidir. 133 00:19:45,200 --> 00:19:51,280 Düşmənin istifadə etdiyi üsullardan biri də bizim aramızda konflikt yaratmaqdır. 134 00:19:52,740 --> 00:20:00,940 Mən bu məsələni israrla vurğulayır, altını cızıram. Qardaşlar, bacılar, 135 00:20:03,170 --> 00:20:10,510 İslam dünyasında mənim bu sözümü eşidən bütün müsəlmanlar! 136 00:20:10,800 --> 00:20:20,200 Amerikalıların dilinə “sünni-şiə” söhbəti düşən gün biz narahat olmağa başladıq; 137 00:20:20,420 --> 00:20:28,680 başı çıxan adamlar hamısı narahat olmağa başladı. Sünni-şiə məsələsinin Amerikaya nə dəxli var? 138 00:20:31,080 --> 00:20:38,600 Yəhudi əsilli filan sionist Amerika siyasətçisinin – 139 00:20:39,510 --> 00:20:46,310 hansından ki İslama və müsəlmanlara qarşı şərdən, pislikdən başqa heç bir şey baş verə bilməz – 140 00:20:46,710 --> 00:20:52,880 nə işinə qalıb ki, gəlib sünni ilə şiə arasında arbitrlik eləsin, 141 00:20:54,080 --> 00:20:57,770 sünni haqqında bir, şiə haqqında başqa bir şey desin? 142 00:21:00,310 --> 00:21:13,800 Amerikalıların dilinə “sünni-şiə” söhbəti düşən vaxtdan 143 00:21:14,140 --> 00:21:17,910 burda vəziyyəti başa düşən, diqqətli insanlar narahatlıq keçirməyə başladılar. 144 00:21:18,220 --> 00:21:25,910 Başa düşdülər ki, nə isə təzə bir iş baş verməkdədir. 145 00:21:26,910 --> 00:21:32,940 Sünni və şiələr arasında qəsdən salınan davaların tarixi keçmişi var; ingilislər bu işdə mahirdir. 146 00:21:33,110 --> 00:21:42,620 Keçmişdə ingilislərin əli ilə – istər burda, istər keçmiş Osmanlı dövlətində, 147 00:21:43,050 --> 00:21:53,400 istərsə də ərəb dövlətlərində – sünni və şiələr arasında dava-dalaş, konflikt, kin-küdurət yaradılması, 148 00:21:53,600 --> 00:21:59,250 bu ikisinin bir-birinin canına salınması barədə əlimizdə bir çox faktlar, məlumatlar var. 149 00:22:00,420 --> 00:22:08,110 Bu gün amerikalıların bu sahədə həyata keçirdiyi planlar isə daha təhlükəlidir. 150 00:22:10,740 --> 00:22:18,450 Onların İslam dünyası içərisində bu və ya digər firqənin tərəfini tutması 151 00:22:19,200 --> 00:22:25,450 bizi sevindirməlidirmi? 152 00:22:25,450 --> 00:22:35,140 Bizim tərəfimizi tutanda biz bundan məmnun qalmalıyıqmı? Xeyr, əksinə, bu bizi kədərləndirməlidir; o barədə düşünməliyik ki, bizdə hansı zəif cəhəti görüblər, 153 00:22:36,020 --> 00:22:43,340 hansı zəif cəhətimizdən istifadə etmək istəyirlər, nə məqsədlə bizimlə tərəfdaşlıq ifadə edirlər. 154 00:22:43,420 --> 00:22:49,420 Bunlar birbaşa İslamın özünün əleyhinədirlər; 155 00:22:50,140 --> 00:23:00,600 reallıq budur ki, Amerikada 11 sentyabr hadisəsi baş verdiyi, 156 00:23:02,250 --> 00:23:09,970 Nyu-Yorkda o qüllələr partladıldığı zaman ABŞ-ın o vaxtkı prezidenti: 157 00:23:11,800 --> 00:23:21,800 “Bu, səlib müharibəsidir” – demişdi; və o, haqlı idi; pis bir adam idi, amma o sözü doğru idi: 158 00:23:23,340 --> 00:23:33,480 dava İslamla imperializm arasında gedir. Əlbəttə, o, “xristianlıq və səlib müharibəsi” demişdi, 159 00:23:34,940 --> 00:23:41,000 amma burasını yalan deyirdi; xristianlar İslam dünyasında tam təhlükəsizlik şəraitində yaşayırdılar, 160 00:23:41,170 --> 00:23:47,020 elə bu gün də bizim ölkəmizdə də, bəzi başqa ölkələrdə də vəziyyət eynidir. 161 00:23:48,970 --> 00:23:58,050 O, imperializmlə, dünyaya ağalıq edən qüvvələrlə İslam dini arasında müharibəni nəzərdə tuturdu; bax bu, doğru idi; bu söz tam doğru idi. 162 00:23:58,910 --> 00:24:06,200 Bu gün Amerikada hakimiyyətdə olan cənabların 163 00:24:06,970 --> 00:24:13,200 “biz İslama qarşı çıxmırıq”, “İslamın filan məzhəbinin əleyhinəyik”, 164 00:24:13,340 --> 00:24:21,570 “filan məzhəbə qarşıyıq” kimi sözləri yalandır, yalan deyirlər, riyakarlıq, ikiüzlülük edirlər. 165 00:24:22,050 --> 00:24:31,970 Bunlar da birbaşa İslamın əleyhinədirlər; yolu da müsəlmanlar arasına dava, konflikt salmaqda tapıblar. 166 00:24:32,450 --> 00:24:40,800 Vaxt var idi bu konfliktlər “paniranizm”, “pantürkizm”, “panərəbizm” 167 00:24:41,050 --> 00:24:46,770 ideyaları şəklində ortaya atılırdı, bir o qədər effektiv də olmurdu; 168 00:24:47,420 --> 00:24:54,680 bu gün isə məzhəb adı altında konflikt yaradıb gəncləri bir-birinin canına salmaq istəyirlər. 169 00:24:55,740 --> 00:25:03,220 Sonda da nəticə bu olur ki, Amerikadan asılı qüvvələrin pulu, 170 00:25:03,940 --> 00:25:13,910 Amerikanın siyasi dəstəyi, Amerikanın müttəfiqlərinin tərəfdaşlığı ilə İŞİD 171 00:25:15,570 --> 00:25:24,400 və bu kimi terrorçu qruplar yaranaraq genişlənmək imkanı əldə edir 172 00:25:24,400 --> 00:25:30,080 və İslam dünyasında bu gün şahidi olduğumuz faciələri törədir; nəticə bu olur. 173 00:25:31,570 --> 00:25:38,280 Bunlar: “Biz şiəliyin əleyhinəyik, sünniliyi dəstəkləyirik” – deyərkən yalan deyirlər. Xeyr, belə deyil. 174 00:25:39,340 --> 00:25:46,680 Fələstinlilər şiədir, ya sünni? Fələstinlilərə niyə bu qədər mənfi yanaşırlar? 175 00:25:46,880 --> 00:25:54,820 Nəyə görə fələstin xalqına qarşı törədilən cinayətləri mütləq surətdə qınamırlar? 176 00:25:54,940 --> 00:25:57,370 Qəzza nə qədər əzilib? 177 00:25:59,370 --> 00:26:05,140 İordan çayının qərb sahillərindəki torpaqlar nə qədər təzyiqlərə məruz qalıb 178 00:26:05,140 --> 00:26:12,250 və elə bu gün də qalmaqdadır? Onlar ki şiə deyil, sünnidir. 179 00:26:14,600 --> 00:26:18,800 Amerikalılar üçün məsələ sünni-şiə məsələsi deyil. 180 00:26:19,910 --> 00:26:30,050 Onlar İslam dini, İslam hökmləri, bu dinin qoyduğu qayda-qanun əsasında yaşamaq istəyən 181 00:26:30,370 --> 00:26:37,800 və bunun uğrunda mübarizə aparan, bu yolda irəliləyən hər bir müsəlmanı özlərinə düşmən hesab edir. 182 00:26:38,250 --> 00:26:43,370 ABŞ siyasətçilərindən birindən müsahibə alıblar; 183 00:26:43,940 --> 00:26:49,420 müxbir soruşur ki, “Amerikanın düşməni kimdir?”, 184 00:26:49,770 --> 00:26:53,250 o da cavab verir ki, “Amerikanın düşməni terror deyil, 185 00:26:54,110 --> 00:27:05,820 Amerikanın düşməni müsəlmanlar da deyil, Amerikanın düşməni islamçılardır”; islamçılar. 186 00:27:07,800 --> 00:27:15,370 Yəni o vaxta qədər ki, bir müsəlman başını aşağı salıb yolunu gedib-gəlir, 187 00:27:16,850 --> 00:27:22,220 İslama qarşı heç bir stimul nümayiş etdirmir, ona qarşı düşmənçilik hiss etmirlər. 188 00:27:22,400 --> 00:27:33,510 Ortaya islamçılıq, İslama, İslamın hakimiyyətinə qarşı məsuliyyət və bağlılıq söhbəti gələndə, 189 00:27:33,620 --> 00:27:39,880 müsəlman sivilizasiyasının qurulması məsələsi irəli çəkiləndə isə düşmənçilik başlayır; 190 00:27:41,080 --> 00:27:44,680 düzünü deyib, onun düşməni islamçılardır. 191 00:27:46,140 --> 00:27:53,600 Elə buna görə də İslam dünyasında islami oyanış baş verəndə, özünüz görürsünüz, necə təşvişə düşür, 192 00:27:54,020 --> 00:27:58,880 hərəkətə keçir, bu oyanışı boğmaq, yox etmək üçün necə çalışırlar; 193 00:28:00,020 --> 00:28:03,680 bəzi yerlərdə buna müəyyən qədər müvəffəq də olurlar. Əlbəttə, sizə bunu da deyim ki, 194 00:28:04,000 --> 00:28:06,620 islami oyanış məhv edilməsi mümkün olan bir şey deyil. 195 00:28:06,850 --> 00:28:14,220 İnşallah, Allahın yardımı və dəstəyi, Allahın mərhəməti sayəsində islami oyanış öz hədəflərinə çatacaq. 196 00:28:36,620 --> 00:28:42,310 Onların məqsədi müsəlmanlar arasında qardaş qırğını salmaqdır 197 00:28:44,080 --> 00:28:47,170 və təəssüflər olsun ki, buna müəyyən qədər nail ola biliblər də. 198 00:28:47,710 --> 00:28:52,170 Müsəlman ölkələrini bir-birinin ardınca viran qoyurlar – 199 00:28:52,450 --> 00:28:57,800 Suriyanı viran qoyublar, Yəməni dağıdıblar, Liviyanı dağıdıblar – 200 00:28:59,940 --> 00:29:09,250 bu ölkələrin infrastrukturunu məhv edirlər. Nəyə görə? Nəyə görə biz bu məkrli plana tabe olmalıyıq? 201 00:29:11,370 --> 00:29:20,170 Nəyə görə onların əsl məqsədi bizə qaranlıq qalmalıdır, bundan bixəbər olmalıyıq? Gözüaçıq olmaq lazımdır; 202 00:29:22,310 --> 00:29:31,820 bu yolda uğur qazanmaq istəyiriksə, gözüaçıq olmalıyıq. Əmirəl-möminin (ə) buyurur: 203 00:29:31,820 --> 00:29:38,020 لا وَ لا يَحمِلُ هذَا العَلَمَ اِلاّ اَهلُ البَصَرِ وَ الصَّبر 204 00:29:38,310 --> 00:29:42,710 Gözüaçıq olmaq lazımdır, bu yolda səbirli olmaq lazımdır. 205 00:29:45,680 --> 00:29:51,400 “Əgər səbir edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz”. (“Ali-İmran” surəsi, 120-ci ayədən) 206 00:29:52,200 --> 00:30:00,910 Səbir və gözüaçıqlıqla davransaq, möhkəm olsaq, onların planları heç bir effekt verməyəcək. 207 00:30:01,170 --> 00:30:07,620 Yox əgər biz də onların dediyini təkrar edib, onlar kimi hərəkət etsək, onda nəticəsi mənfi olacaq. 208 00:30:08,140 --> 00:30:12,310 Bəhreyndə müsəlmanlara nəyə görə bu cür təzyiqlər göstərirlər? 209 00:30:14,080 --> 00:30:21,710 Nigeriyada əməlisaleh, mömin bir şeyxi 210 00:30:23,340 --> 00:30:33,080 nəyə görə o cür faciəli şəkildə öldürür, yaxın ətrafından 1000-ə yaxın insanı da qətlə yetirir, 211 00:30:33,080 --> 00:30:39,200 2 il içində o adamın 6 övladını şəhid edirlər? 212 00:30:40,420 --> 00:30:45,620 İslam dünyası bütün bu faciələr qarşısında nəyə görə susur? 213 00:30:48,510 --> 00:30:58,650 Müsəlman aləmi 1 ilə yaxındır ki, Yəmənin gecə-gündüz bombardman edilməsinə nəyə görə dözür? 214 00:31:00,910 --> 00:31:09,050 1 ilə yaxındır – 10 aydan bir qədər artıqdır ki – Yəmən əhalisinin ev-eşiyi, xəstəxanaları, 215 00:31:09,170 --> 00:31:19,600 məktəbləri, küçələri, kişili-qadınlı günahsız insanlar aviazərbələr altındadır, nəyə görə? 216 00:31:19,970 --> 00:31:27,710 Bu, İslam dünyasının xeyrinədirmi? Suriya bir cür, İraq bir cür. 217 00:31:30,600 --> 00:31:33,340 Onların hədəfləri təhlükəli hədəflərdir, 218 00:31:33,770 --> 00:31:44,000 onların hədəfləri, özləri demişkən, xüsusi beyin mərkəzlərində planlaşdırılır. Biz sayıq olmalıyıq. 219 00:31:44,400 --> 00:31:51,080 Qeyd etdiyim kimi, bütün ümidlər İslam alimlərinə 220 00:31:51,310 --> 00:31:57,400 və İslam dünyasının həqiqi ziyalılarına bağlıdır, bütün vəzifə və məsuliyyət onların öhdəsinə düşür. 221 00:31:57,850 --> 00:32:04,200 Onlar öz ölkələrində əhali ilə də, siyasətçilərlə də söhbətlər aparmalıdırlar – 222 00:32:05,110 --> 00:32:09,850 İslam dünyasındakı bəzi siyasətçilərin vicdanı oyaqdır, 223 00:32:10,050 --> 00:32:17,450 mən bunu yaxından görüb hiss etmişəm – onlar mühüm rol oynaya bilər. 224 00:32:18,080 --> 00:32:27,940 Bu məclisdə mənim sizə demək istədiyim əsas fikir budur: gəlin biz Həzrət Peyğəmbərin (s) mövludunu yada salıb qeyd etməkdən belə bir formada bəhrələnək ki, 225 00:32:28,110 --> 00:32:35,080 İslam dininin yer üzünə gəldiyi ilk gündən həyata keçirdiyi işi – yəni o dövrün ölü, cansız dünyasına yeni həyat bəxş etmək işini 226 00:32:35,310 --> 00:32:41,620 qarşımıza məqsəd qoyaq, bütün əzmimizi bu hədəfə kökləyək. 227 00:32:42,370 --> 00:32:50,850 Bunun üçünsə ağıl, müdriklik, dərindən düşünmək, tədbirli və gözüaçıq olmaq, düşməni tanımaq lazımdır. 228 00:32:51,200 --> 00:32:57,740 Düşməni tanıyaq, hiyləgər planlarına bələd olaq, düşmənə aldanmayaq. 229 00:32:59,450 --> 00:33:02,600 Belə olarsa, Allah-taala da bizə kömək etməli, 230 00:33:03,000 --> 00:33:08,020 bizi Öz doğru yoluna – “sirati-müstəqim”inə istiqamətləndirməli, addımlarımızı möhkəmlətməlidir. 231 00:33:09,680 --> 00:33:14,250 Ərəb şairi doğru deyib: 232 00:33:14,340 --> 00:33:26,820 لدَّهرُ يَقظان وَ الأَحداثُ لم يَنَم‌ فَما رُقادُکُم يا أَفضَلَ الأُمَم 233 00:33:27,770 --> 00:33:41,170 Güc, sərvət və zorakılıq dünyası ixtiyarında olan bütün imkanlarla sizi hədəfə alıbsa, 234 00:33:41,480 --> 00:33:46,020 bir anlıq belə olsun mürgüləməyə, yuxuya keçməyə haqqınız yoxdur. 235 00:33:46,480 --> 00:33:53,000 Pərvərdigara! Bizə bu “sirati-müstəqim”də İslamın 236 00:33:53,820 --> 00:33:58,250 və dünyanın bəyəndiyi kimi irəliləməyi nəsib et. 237 00:33:59,620 --> 00:34:02,140 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.