1 00:00:05,710 --> 00:00:08,020 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:09,570 --> 00:00:12,170 والحمدلله ربّ العالمين 3 00:00:14,970 --> 00:00:20,680 و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 4 00:00:31,850 --> 00:00:35,620 و علي آله الطّيّبين الطّاهرين المعصومين 5 00:00:36,420 --> 00:00:39,970 السّلام علي الحسين و علي عليّ‌بن‌الحسين 6 00:00:41,340 --> 00:00:45,400 و علي اولاد الحسين و علي اصحاب الحسين 7 00:00:48,970 --> 00:00:56,450 İmperializmə qarşı mübarizə günü kimi qeyd olunan bir gündə 8 00:00:59,280 --> 00:01:08,680 əziz gənclərlə, tələbə və şagirdlərlə keçirilən görüşlər 9 00:01:10,020 --> 00:01:14,250 olduqca dəyərlidir. 10 00:01:17,170 --> 00:01:22,310 Bu gün bura təşrif gətirmiş bu kollektiv, 11 00:01:24,220 --> 00:01:29,480 sizlər xalqın sayıq gənclərinin təmsilçilərisiniz; 12 00:01:30,940 --> 00:01:39,880 və nəinki yalnız gənclər, gözüaçıq, məlumatlı, 13 00:01:40,540 --> 00:01:48,620 prosesləri analiz etməyi bacaran insanlar 14 00:01:49,650 --> 00:01:54,970 hamısı bu gün sizin burada öz çıxışlarınızla, şüarlarınızla ifadə etdiyiniz mövqeyə malikdirlər. 15 00:01:59,540 --> 00:02:05,600 Bu günlər Hüseyn ibn Əlinin (ə) adı ilə bağlıdır, 16 00:02:07,880 --> 00:02:14,850 müsəlman ümmətinin tarixən böyük emosionallıqla yaşadığı günlərdir. 17 00:02:15,170 --> 00:02:16,940 Özü də bu günlər yalnız şiələrə aid deyil, 18 00:02:19,220 --> 00:02:29,650 qeyri-şiələr də Hüseyn ibn Əlinin (ə) hərəkatını böyük, 19 00:02:29,800 --> 00:02:41,570 ibrətverici, möhtəşəm, xalqlara örnək olan bir hərəkat kimi qiymətləndirir. 20 00:02:41,880 --> 00:02:45,310 Bilənlər; bilməyənlər, xəbəri olmayanlar ayrı. 21 00:02:48,170 --> 00:02:57,450 Bizim xalqımızın da qürur duyduğu mövzulardan biri Seyidüş-şühədanı (ə) tanımağı, 22 00:02:57,880 --> 00:03:05,570 Kərbəla haqda məlumatlı olmağı, 23 00:03:06,220 --> 00:03:15,540 Aşura hadisəsi zamanı və ya onun fonunda baş vermiş mühüm məsələlərdən xəbərdar olmağıdır. 24 00:03:16,110 --> 00:03:21,770 Bu günlər Zeynəbi-Kübranın (s.ə) günləridir, 25 00:03:23,510 --> 00:03:34,740 Zeynəbi-Kübra (s.ə) isə Aşura hadisəsinin aktuallığını qoruyub saxlamış, 26 00:03:35,250 --> 00:03:46,510 bu olayın o dövrdə hakimiyyətdə olan rejimin siyasi əfsunları fonunda unudulub getməsinə 27 00:03:48,400 --> 00:03:55,940 və ya tarixin qaranlıqlarına qarışmasına imkan verməmiş Bir şəxsdir. 28 00:03:57,570 --> 00:04:04,310 Bu hadisəni Zeynəbi-Kübra (s.ə) yaşatmışdır. Odur ki bu günlər olduqca önəmlidir. 29 00:04:04,970 --> 00:04:08,880 Hazırda yaşadığımız tarixi mərhələ də olduqca əhəmiyyətlidir. 30 00:04:09,400 --> 00:04:15,050 İran xalqı öz qürur və heysiyyətini təsbit etməkdədir, 31 00:04:16,370 --> 00:04:24,280 ideallara doğru irəliləyişinin kompleks planını cızmaq yolunda addımlayır. 32 00:04:24,480 --> 00:04:34,170 Məhz elə buna görə də gənclərin məlumatlı olması, mövcud duruma gözüaçıq yanaşması olduqca önəmlidir 33 00:04:35,600 --> 00:04:43,420 və bu gün bura toplaşmağımız bu mövzularda bir qədər söhbət etmək üçün bir fürsətdir. 34 00:04:44,450 --> 00:04:50,850 Əvvəla onu deyim ki – bu, bizim söhbətlərimizdən çoxunun əsasını təşkil edir 35 00:04:52,000 --> 00:04:58,280 – İslam İnqilabında, xalqımız arasında imperializmə qarşı mübarizə 36 00:04:59,020 --> 00:05:09,340 məntiqli, rasional, elmi əsası olan, müdrikliklə yürüdülən bir hərəkatdır, 37 00:05:11,770 --> 00:05:19,400 bəzilərinin qələmə vermək istədiyi kimi, ağıl və məntiqə əsaslanmayan, 38 00:05:20,710 --> 00:05:27,000 emosiyalara qapılmaqla, şüarçılıqla gedən bir hərəkat deyil. 39 00:05:29,280 --> 00:05:34,620 Əksinə, İran xalqının hərəkatı ağıl və sağlam məntiqə söykənən bir hərəkatdır. 40 00:05:36,800 --> 00:05:46,020 Hələ mən dini, Quran ayələrini, dinin bizə aşıladığı təlimləri hesaba almıram 41 00:05:47,510 --> 00:05:50,850 «اَشِدّآءُ عَلَي الکُفّار» و «رُحَمآءُ بَينَهُم» 42 00:05:51,480 --> 00:05:53,450 قاتِلوا اَئِمَّةَ الکُفر 43 00:05:53,600 --> 00:06:01,540 və bu kimi ayələri hələlik bir kənara qoyuram, çünki bunlara etiqad bəsləməyən, yaxud heç inanmayanlar da var 44 00:06:02,820 --> 00:06:06,280 – İran xalqının görüb-götürdüyünə, təcrübəsinə əsaslanaraq deyirəm. 45 00:06:07,740 --> 00:06:17,000 1332-ci il 28 mordadda ölkəmizdə İran xalqına bir çox təcrübələr qazandıran, 46 00:06:18,420 --> 00:06:27,200 xalqımızın öz mövqe və yanaşmalarında səhvə yol verməsinə 47 00:06:28,680 --> 00:06:32,850 əngəl olan bir hadisə baş verdi. 48 00:06:33,000 --> 00:06:40,680 Bu hadisə nəticəsində İran xalqı böyük bir təcrübə əldə etdi, 49 00:06:40,800 --> 00:06:43,250 bu təcrübəni heç vaxt unutmaq olmaz. 50 00:06:43,570 --> 00:06:50,050 Bəli, 1332-ci ildən indiyə qədər 60 il keçib. 51 00:06:51,050 --> 00:06:57,110 Əvvəla, bu 60 il ərzində bu tip hadisələr təkrarlanıb, 52 00:06:57,510 --> 00:07:04,310 ikincisi, tarixi hadisələrin mahiyyətində bir ibrət dərsi durursa, 53 00:07:05,000 --> 00:07:09,340 zamanın axarı onlara təsir etmir, o hadisələrdən dərs götürmək lazımdır. 54 00:07:09,800 --> 00:07:27,850 Həmin hadisə belə olmuşdu ki, ölkənin milli sərvətinin mənbəyi olan nefti müəyyən insanların – 55 00:07:29,140 --> 00:07:32,770 mərhum Ayətullah Kaşani və başqalarının köməyi ilə ingilislərin çəngindən, 56 00:07:32,850 --> 00:07:37,250 ingilislərin əlindən almağa müvəffəq olmuş Müsəddiq hökuməti tarixi bir səhvə yol vermişdi; 57 00:07:38,680 --> 00:07:45,820 o səhv də Amerikaya arxalanmaqdan ibarət idi. 58 00:07:48,770 --> 00:07:59,940 Dr. Müsəddiq düşünmüşdü ki, ingilislərin düşmənçiliyi qarşısında beynəlxalq arenada bir arxa, dayaq duranı olmalıdır; 59 00:08:00,140 --> 00:08:06,370 və o zaman da özünə dayaq qismində Amerikanı görmüşdü. Amerikalılara inanmışdı, 60 00:08:08,020 --> 00:08:10,220 ümidini onlara bağlamışdı. 61 00:08:12,910 --> 00:08:19,970 Amerikalılar da bu sadəlövhlükdən, müsbət yanaşmadan istifadə edərək 62 00:08:20,620 --> 00:08:23,510 28 mordad qiyamını həyata keçirmişdilər. 63 00:08:24,620 --> 00:08:32,310 Amerikadan bir dövlət məmuru qalxıb bura gəlmişdi (adı, kimliyi də məlumdur, 64 00:08:32,420 --> 00:08:38,880 tarixdə, sənədlərdə dəqiqliyi ilə qeydə alınıb, biz də tanıyırıq, kim olduğunu bilirik; amerikan idi) 65 00:08:38,880 --> 00:08:51,450 gedib İngiltərə, yaxud başqa bir Qərb ölkəsinin, ya ola bilsin, Kanadanın səfirliyində yerləşmişdi, 66 00:08:52,450 --> 00:08:59,710 özü ilə gətirdiyi pulu bölüşdürmüşdü. Özü ilə də müəyyən adamlar gətirmişdi, 67 00:09:00,970 --> 00:09:05,820 daxildə də bəzi xain, satqın ünsürlər var idi. 68 00:09:06,600 --> 00:09:09,480 Onlar 28 mordad qiyamını həyata keçirərək 69 00:09:09,820 --> 00:09:15,000 İran xalqının 2-3 il ərzində – 70 00:09:15,710 --> 00:09:21,850 neft sənayesinin milliləşdirildiyi dövrdə çəkdiyi bütün zəhməti küləyə vermişdi. Müsəddiqi də götürüb aparıb 71 00:09:22,600 --> 00:09:28,480 zindana salmışdılar, İrandan qaçmış Məhəmmədrza Pəhləvini də 72 00:09:28,940 --> 00:09:31,910 geri qaytarıb hakimiyyət kürsüsünə oturtmuşdular. 73 00:09:32,880 --> 00:09:39,880 Və 1332-ci ildən 1357-ci ilə qədər bu xalq 74 00:09:40,170 --> 00:09:48,280 25 il zorla hakimiyyətə gətirilmiş, xaricdən asılı Pəhləvi rejiminin 75 00:09:48,800 --> 00:09:55,400 qamçısı altında cürbəcür məşəqqət, təzyiq və çətinliklərə məruz qaldı; 76 00:09:55,970 --> 00:09:57,650 bunu edən amerikalılar olmuşdu. 77 00:10:02,680 --> 00:10:06,620 Hərbi məsləhətçiləri ordumuzda ağalıq etdi, 78 00:10:07,110 --> 00:10:13,370 iqtisadiyyat üzrə rəsmiləri öz iqtisadi siyasətlərini yürütdülər. 79 00:10:14,540 --> 00:10:20,680 Bunlardan əlavə – hələ bunlar göz önündə baş verən, hiss olunan işlər idi – 80 00:10:20,850 --> 00:10:27,650 görünməyən, hiss olunmayan bir çox işlər də görüblər. Təəssüflər olsun ki, araşdırmaçılarımız 81 00:10:28,570 --> 00:10:35,680 amerikalıların bu 25 ildə 82 00:10:36,000 --> 00:10:39,910 İran xalqının mənəvi sərvətlərinin, 83 00:10:40,650 --> 00:10:47,540 insan potensialının məhv edilməsi istiqamətində gördüyü işləri hələ də təhlil edib üzə çıxarmayıblar; hələ bunu edə bilməyiblər. 84 00:10:48,220 --> 00:10:52,540 Amma bu məsələlərin üstünə düşməyə, onları araşdırmağa dəyər. 85 00:10:54,250 --> 00:11:03,880 Boğucu represiyalar, İran xalqına təzyiqlər, bu ölkənin insan resurslarının puç edilməsi, 86 00:11:04,680 --> 00:11:08,000 təbii resurslarının talan edilməsi, 87 00:11:09,620 --> 00:11:15,510 İran xalqının regionda yaşayan müsəlman xalqları arasında bədnam edilməsi – 88 00:11:17,340 --> 00:11:23,250 bütün bunlar amerikalıların bu müddət ərzində gördüyü işlərdir. Nə qədər insan öldürülüb, 89 00:11:23,340 --> 00:11:28,050 nə qədər insan həbsə atılıb, nə qədər insana işgəncə verilib, 90 00:11:32,220 --> 00:11:39,370 ölkənin içində İran xalqı əleyhinə nə qədər xain siyasətlər yürüdülüb?! 91 00:11:39,570 --> 00:11:50,000 Və bütün bunlar amerikalılar və onların əli ilə hakimiyyətə gətirilmiş rejim üzündən, 92 00:11:50,220 --> 00:11:57,370 o cənabın o vaxt sadəlövhcəsinə amerikalılara etimad etməsi ucbatından baş verib. 93 00:12:00,740 --> 00:12:08,450 Xalqlar müxtəlif proseslər qarşısında iki cür davranır: 94 00:12:09,740 --> 00:12:16,940 bəziləri hadisələri, çətinlikləri, işgəncələri dadır, 95 00:12:17,480 --> 00:12:27,310 amma özlüyündə bununla bağlı düzgün bir təhlil, ümumiləşdirmə apara, nəticə çıxara bilmir ki, 96 00:12:28,200 --> 00:12:33,940 gəldiyi nəticə onu həmin hadisə qarşısında əks-reaksiya verməyə sövq etsin; bəzi xalqlar belədir. 97 00:12:36,680 --> 00:12:42,140 Yaxşı, layiqli lideri olan xalqlar isə belə olmur, 98 00:12:43,420 --> 00:12:50,050 çətinliklərə dözürlər, amma bununla yanaşı, gözüaçıq, məlumatlı olmağa çalışır, 99 00:12:51,170 --> 00:13:03,080 çıxış yolları axtarır, düzgün və məntiqli ideyalarını gücləndirməyə can atırlar. 100 00:13:03,170 --> 00:13:05,340 İran xalqı da bu qəbildən olan bir xalqdır. 101 00:13:06,620 --> 00:13:19,220 Uca Yaradan lütf edərək İmam Xomeyni kimi dahi bir insanın liderliyini böyük bir nemət kimi bu xalqa bəxş etmişdi. 102 00:13:20,820 --> 00:13:28,080 Dahi İmam bu xalqın gözünü açdı, insanlarımızı məlumatlandırdı, özü də əzab-əziyyətlər çəkdi, 103 00:13:29,020 --> 00:13:32,880 həbsdə yatdı, sürgün olundu, amma əl götürmədi. 104 00:13:36,650 --> 00:13:41,310 Tədricən bu gözüaçıqlıq bütün xalqa ötürüldü, ümumiləşdi 105 00:13:42,370 --> 00:13:51,220 və nəhayət 1356-57-ci illərdə İran xalqı arasında ümummilli bir hərəkata çevrildi. 106 00:13:51,620 --> 00:14:02,400 Bu hərəkatın hədəfi, hücum obyekti təkcə şah rejimi yox, həm də Amerika idi. 107 00:14:03,850 --> 00:14:15,400 Xalq anlayır, dərk edirdi ki, daxildə ona 108 00:14:15,400 --> 00:14:19,770 və ölkəyə qarşı törədilən bu cinayətlərin arxasında Amerika durur; bunu anlayırdı. 109 00:14:22,510 --> 00:14:35,250 Dahi liderimiz İmam Xomeyni islami hərəkatın başladığı ilk illərdə – 1342-ci ildə buyurmuşdu: 110 00:14:35,910 --> 00:14:41,880 “Bu gün İranda ən mənfur insan Amerika prezidentidir” . 111 00:14:43,140 --> 00:14:50,510 O, ictimaiyyətə bu ideyanı təlqin edirdi, xalqa başa salırdı ki, 112 00:14:50,770 --> 00:14:56,000 hər şey Amerikanın başının altından çıxır, şər və pisliyin hamısını törədən Amerikadır. 113 00:14:57,940 --> 00:15:01,570 Və bu mübarizə öz müsbət nəticəsini verdi. 114 00:15:02,020 --> 00:15:08,540 O yerdə ki xalq hərəkət edir, mübarizə aparır, 115 00:15:08,620 --> 00:15:15,170 səbir və müqavimət göstərir, qələbə mütləqdir; hər yerdə belədir. 116 00:15:16,910 --> 00:15:23,280 Uğursuzluqla nəticələnən mübarizənin nöqsanlı cəhəti bu olur ki, 117 00:15:23,620 --> 00:15:28,540 ya xalqın sona qədər müqavimət göstərməyə gücü çatmır, 118 00:15:28,940 --> 00:15:33,970 ya da insanları düzgün idarə edəcək lideri olmur. 119 00:15:34,110 --> 00:15:41,480 Özümüz də şahidi olduq, bu son illərdə müəyyən yerlərdə xalqlar hərəkət etdi, 120 00:15:42,570 --> 00:15:47,710 əzm və iradə nümayiş etdirdi, hansısa nəticələr də əldə olundu, 121 00:15:48,770 --> 00:15:57,140 amma onları düzgün idarə edəcək, hədəfi doğru-dürüst müəyyənləşdirəcək, 122 00:15:57,310 --> 00:16:03,480 xalqı doğru yola istiqamətləndirəcək liderləri olmadığına görə sonda məğlubiyyətə düçar oldular; 123 00:16:03,600 --> 00:16:07,450 son illər ərzində bunun özünüz də şahidi olmusunuz; 124 00:16:08,510 --> 00:16:12,020 mən ölkə adı, yer adı çəkmək istəmirəm. 125 00:16:14,450 --> 00:16:19,020 İran xalqı isə doğru yolla getdi, düzgün davrandı. 126 00:16:20,340 --> 00:16:27,850 Güclü, məlumatlı, qətiyyətli, Allaha təvəkkül edən, 127 00:16:28,620 --> 00:16:33,080 Yaradana arxalanan, Uca Yaradanın 128 00:16:33,420 --> 00:16:35,940 – “Allah Onun dininə yardım edənlərə yardım edəcək” 129 00:16:37,250 --> 00:16:41,710 vədinə arxayın olan bir liderin varlığı bu xalqın qələbəyə yetişməsinə, 130 00:16:42,740 --> 00:16:51,940 İranda zorla hakimiyyətdə qalan, xaricdən asılı, 131 00:16:52,820 --> 00:17:01,050 məşum və rüsvayçı 132 00:17:01,140 --> 00:17:09,020 – sağlam məntiqlə baxsaq, monarxiya quruluşu istənilən ölkə üçün utancvericidir – 133 00:17:09,170 --> 00:17:14,880 rüsvayçı Pəhləvi monarxiyasının yıxılmasına səbəb oldu; şahlıq qurtardı, ixtiyar sahibi xalq oldu. 134 00:17:15,540 --> 00:17:22,370 Burada mühüm bir məqam var: İrandakı bu xalq hərəkatının 135 00:17:22,370 --> 00:17:27,710 ciddi surətdə əleyhinə çıxan ilk dövlət və hökumət Amerika oldu. 136 00:17:28,020 --> 00:17:34,510 Əlbəttə, İranda yaranmış vəziyyətdən kifayət qədər narazı və narahat olan başqa dövlətlər də var idi, 137 00:17:35,370 --> 00:17:38,170 amma o qədər də reaksiya vermirdilər. 138 00:17:38,400 --> 00:17:42,020 Bəzi dövlətlər də var idi ki, ola bilsin, İranda baş verənlərə sevinirdilər. 139 00:17:43,420 --> 00:17:49,600 Amma Amerika təkcə ürəyində narazı olmaqla kifayətlənmədi. 140 00:17:49,770 --> 00:17:59,850 Elə inqilabın qələbə çaldığı ilk aylarda Amerika senatı İran İslam Respublikası əleyhinə 141 00:18:00,940 --> 00:18:09,620 kəskin tonlu bir qətnamə qəbul etdi və bununla da əməli surətdə düşmənçiliyə başladı. 142 00:18:10,280 --> 00:18:14,680 Halbuki ABŞ-ın İrandakı səfirliyi hələ açıq idi! 143 00:18:16,620 --> 00:18:22,970 Amerika ilə əlaqələri qorumağın, Amerika ilə dostluq etməyin 144 00:18:22,970 --> 00:18:29,570 Amerika sarıdan gələ biləcək zərərin qarşısını aldığını düşünənlər bu tarixi təcrübəyə baxsınlar; 145 00:18:29,820 --> 00:18:37,140 hələ İranda Amerikanın səfirliyi fəaliyyət göstərirdi, amerikalılar rahat şəkildə ölkəyə gedib-gəlirdilər, 146 00:18:37,970 --> 00:18:44,250 inqilab onların ölkədən çıxarılmasına səbəb olmamışdı. 147 00:18:44,420 --> 00:18:50,420 Başqa ölkələr kimi, onların da burada səfirliyi var idi, burada yaşayan və işləyən diplomatları var idi. 148 00:18:50,540 --> 00:18:57,310 Buna baxmayaraq, elə o vaxt Amerika inqilaba qarşı düşmən münasibətini nümayiş etdirdi. 149 00:18:59,200 --> 00:19:07,370 Bundan əlavə, İran xalqının qəti düşməni olan Məhəmmədrza şahı da 150 00:19:07,740 --> 00:19:13,880 öz ölkələrində qonaq etdilər, aparıb Amerikada saxladılar. 151 00:19:13,940 --> 00:19:18,280 Demək olar ki, əslində, İran xalqının düşməninə sığınacaq verdilər. 152 00:19:19,910 --> 00:19:25,220 Onların bu davranışına əks-reaksiya isə tələbələrdən gəldi. 153 00:19:27,200 --> 00:19:32,540 Gedib Amerika səfirliyini tutdular, məlum oldu ki, ora casus yuvası imiş. 154 00:19:32,620 --> 00:19:38,220 Məlum oldu ki, inqilabdan sonrakı bir neçə ay ərzində ora 155 00:19:38,800 --> 00:19:42,850 İslam İnqilabı əleyhinə sui-qəsd planlarının cızıldığı mərkəz olub. 156 00:19:43,310 --> 00:19:52,370 Bunu o zaman səfirlikdən götürülmüş və sonralar ictimaiyyətə açıqlanmış sənədlər də sübut etdi, göstərdi. 157 00:19:53,400 --> 00:20:02,000 Əziz gənclər, o casus yuvasından çıxmış sənədlərlə tanış olun, onlarda böyük ibrət dərsi var. 158 00:20:04,280 --> 00:20:11,600 Səfirliyi ələ keçirib oranın casus yuvası olduğunu anlamış tələbələr 159 00:20:12,310 --> 00:20:20,000 o sənədləri böyük əziyyətlə bərpa etmişdilər (belə ki onları kağızdoğrayandan keçirib 160 00:20:20,000 --> 00:20:26,000 məhv etməyə çalışmışdılar) tələbələr bu sənədləri toplayıb yapışdırmış, bərpa etmişdilər 161 00:20:27,280 --> 00:20:32,220 və sonradan nəşr olunmuşdu; bu barədə 70-80 cild kitab nəşr olunub. 162 00:20:33,570 --> 00:20:40,570 Bütün bunlar onu göstərir ki, amerikalılar istər inqilabi hərəkatın pik nöqtəsində, 163 00:20:41,770 --> 00:20:50,050 istərsə də bu hərəkat, inqilab qələbə çaldığı, İslam Respublikası təşkil olunduğu zaman 164 00:20:50,620 --> 00:20:56,420 daim İslam dövləti əleyhinə məkrli planlar cızmaqda imişlər. Amerika budur. 165 00:20:56,600 --> 00:20:59,820 Bunlar inqilabdan sonrakı dövrlə bağlı məsələlərdir. 166 00:20:59,820 --> 00:21:05,110 İnqilabdan əvvəl, möhtəşəm xalq hərəkatının getdiyi dövrdə – 167 00:21:06,740 --> 00:21:12,370 17 şəhrivər hadisəsi, xalqın kütləvi qırğını 168 00:21:12,800 --> 00:21:18,820 və sair məsələlər Amerikanın əli ilə hakimiyyətə gətirilmiş rejim vasitəsilə həyata keçirilmişdi; bu, öz yerində – 169 00:21:19,310 --> 00:21:25,710 bəhmən ayının 8-i, yəni İmamın ölkəyə gəlişindən bir neçə gün əvvəl 170 00:21:26,280 --> 00:21:34,250 camaat bu Tehran küçələrində, İnqilab küçəsində toplaşmışdı. 171 00:21:34,880 --> 00:21:44,850 O zaman Amerikanın bir yol tapıb hakim rejimi inqilabın əlindən xilas etmək, qoruyub saxlamaq üçün 172 00:21:45,480 --> 00:21:49,140 İrana göndərdiyi general Hayzer 173 00:21:49,400 --> 00:21:55,680 sonralar öz xatirələrində yazır – bütün bunar tarixi sənədlərdir 174 00:21:56,600 --> 00:22:02,650 – deyir: “Mən general Qarabağiyə əmr verdim ki, 175 00:22:03,200 --> 00:22:07,370 camaatla üz-üzə gələndə tüfənglərin lüləsini aşağı salsınlar”. 176 00:22:08,600 --> 00:22:14,570 Yəni insanları öldürsünlər, boşuna havaya atəş açmasınlar, camaatı qırsınlar; 177 00:22:14,940 --> 00:22:20,540 onlar da deyildiyi kimi etmişdilər, tüfənglərin lüləsini aşağı salmışdılar, 178 00:22:20,540 --> 00:22:27,880 bir qrup gənc və yeniyetmə qətlə yetirilmişdi, amma insanlar geri çəkilməmişdi. 179 00:22:28,080 --> 00:22:34,740 Hayzer deyir: “Qarabaği gəlib mənə dedi ki, 180 00:22:35,480 --> 00:22:43,880 sənin bu planın fayda vermədi, camaat geri çəkilmədi”. Ardınca isə Hayzer yazır ki, 181 00:22:44,080 --> 00:22:51,770 “Bu şahın generallarının nə qədər primitiv düşündüyünü mən onda gördüm” – 182 00:22:52,540 --> 00:22:56,940 yəni gərək atəşi davam etdirəydilər, durmadan öldürəydilər. 183 00:22:59,110 --> 00:23:02,740 Baxın, xarici qüvvələrin əli ilə hakimiyyətə gətirilmiş rejim bu idi. 184 00:23:03,880 --> 00:23:14,370 Amerikan generalı İran ordusunun generalına öz həmvətənlərini öldürməyi əmr edir, 185 00:23:15,250 --> 00:23:22,620 bu da onun göstərişini, tövsiyəsini yerinə yetirir, xeyri olmadığını görəndə də 186 00:23:23,020 --> 00:23:28,450 gəlib deyir, “sənin məsləhətin faydasız oldu”. O da özlüyündə istehza edir ki, “bunlar nə qədər primitiv düşünürlər”. 187 00:23:28,910 --> 00:23:35,710 Pəhləvi rejiminin İrandakı hakimiyyətini qısaca belə təsvir etmək olar. 188 00:23:36,140 --> 00:23:41,370 Amerikalılar bizimlə bu cür başladılar; inqilabla bu cür başladılar. 189 00:23:45,200 --> 00:23:52,650 Sonradan da bütün bu vaxt ərzində əllərindən gəldiyi qədər məkrli planlar cızıb həyata keçirməyə çalışdılar. 190 00:23:53,020 --> 00:23:59,910 İnqilabın əleyhinə nə isə edə biləcək istənilən qrup Amerika tərəfindən dəstək aldı. 191 00:24:01,540 --> 00:24:12,420 Belə olaylardan biri də Həmədandakı şəhid Nujə adına qərargahda baş vermiş və bu adla tanınan qiyam idi. 192 00:24:12,600 --> 00:24:21,970 Bundan əlavə, ölkənin müxtəlif yerlərində etnik mənsubiyyət zəminində inqilab əleyhinə fəaliyyət göstərən şəxslərə edilən yardımları da 193 00:24:21,970 --> 00:24:30,280 buna misal gətirmək olar. Sonradan Səddam Hüseyni İrana qarşı müharibəyə təşviq etmələri, 194 00:24:30,970 --> 00:24:35,170 8 il ərzində ona göstərdikləri kömək də bu qəbildəndir. 8 il! 195 00:24:36,000 --> 00:24:44,850 Amerikalılar müharibənin getdiyi bütün dövr ərzində Səddama kömək etdilər, xüsusilə də müharibənin 2-ci, 3-cü ilindən sonra yardımlarını daha da artırdılar, 196 00:24:44,850 --> 00:24:51,400 onu silah-sursatla təmin etdilər; həm onlar, həm də təəssüflər olsun ki, avropalı müttəfiqləri. 197 00:24:53,450 --> 00:25:00,970 Amerikalılar bizim inqilabımıza belə münasibət göstərdilər. Onların istədiyi inqilabı kökündən məhv etmək idi. 198 00:25:01,220 --> 00:25:07,420 Amma bu, onların yanlış təhlillərindən, prosesləri düzgün dərk etməməyindən irəli gəlirdi. 199 00:25:07,800 --> 00:25:14,650 Onlar elə bilmişdilər ki, bu da hansısa Afrika, yaxud Asiya ölkəsində baş verib 200 00:25:15,850 --> 00:25:20,540 “inqilab” adı qoyulan qiyamlardan biridir və ona asanlıqla son verib yox edə bilərlər. 201 00:25:20,540 --> 00:25:26,020 Daha bilmirdilər ki, burda proseslər, əvvəla, xalqa söykənir – bu inqilab xalqın inqilabıdır – 202 00:25:26,280 --> 00:25:32,970 ikincisi isə dini inanca əsaslanır; bax bunları anlamırdılar. 203 00:25:34,110 --> 00:25:42,800 Elə ona görə də amerikalıların bu 37-38 il ərzində inqilab əleyhinə həyata keçirdiyi bütün planlar uğursuzluqla nəticələnib; 204 00:25:42,800 --> 00:25:45,340 inşallah, bundan sonra da uğursuzluqla nəticələnəcək. 205 00:26:09,340 --> 00:26:14,540 Bunları deməkdə məqsədim odur ki, biz İran xalqı olaraq, 206 00:26:15,170 --> 00:26:18,910 öz ölkəsini sevən bir xalq olaraq, 207 00:26:20,710 --> 00:26:25,310 öz uğurlu gələcəyinin mənzərəsini özü üçün cızmış 208 00:26:25,600 --> 00:26:32,510 və o gələcəyə çatmaq istəyən bir xalq olaraq Amerikanı tanıyaq; məqsəd budur. 209 00:26:35,400 --> 00:26:41,370 Amerikanın bu son illərdə həyata keçirdiyi işlərdən biri də 210 00:26:41,740 --> 00:26:48,800 kimlərisə onu xoşagələn simada təqdim etməyə vadar etməkdir. 211 00:26:49,110 --> 00:26:56,620 Həmin insanlar ictimaiyyətdə belə bir fikir formalaşdırmalıdırlar ki, Amerika nə vaxtsa ölkəmizə düşmən olubsa da, 212 00:26:56,880 --> 00:27:01,480 bu gün düşmən deyil; məqsədləri budur. 213 00:27:03,510 --> 00:27:10,650 Məqsəd budur ki, düşmənin siması İran xaqına gizli qalsın, 214 00:27:11,420 --> 00:27:18,800 nəticədə xalqımız onun düşmənçiliyindən bixəbər olsun və düşmən rahatca öz əməllərinə davam edib 215 00:27:18,800 --> 00:27:24,970 xəncəri kürəyimizdən saplaya bilsin; hədəf budur. 216 00:27:27,310 --> 00:27:33,110 Bəziləri, əlbəttə ki, bunu qərəzli surətdə, bəziləri isə sadəlövhlükdən edirlər. 217 00:27:34,910 --> 00:27:43,020 Reallıq isə budur ki, Amerikanın İslam Respublikası əleyhinə izlədiyi hədəflər əsla dəyişməyib; 218 00:27:43,970 --> 00:27:51,740 qətiyyən dəyişməyib. Bu gün də İslam Respublikasını məhv etmək üçün əllərinə fürsət düşsə, 219 00:27:51,740 --> 00:27:57,970 bir an belə olsun dayanıb fikirləşməzlər. İntəhası, bacarmırlar 220 00:27:58,250 --> 00:28:04,650 və siz gənclərin əzmi, qazandığı nailiyyətlər, 221 00:28:05,170 --> 00:28:10,540 İran xalqının gözüaçıqlığının günü-gündən daha da dərinləşməsi və güclənməsi sayəsində, 222 00:28:10,770 --> 00:28:13,600 inşallah, gələcəkdə də bunu edə bilməyəcəklər. 223 00:28:33,680 --> 00:28:38,080 Onların bütün planları buna hədəflənib. 224 00:28:38,850 --> 00:28:46,050 Əlbəttə siyasət aləmində, müzakirələrdə başqa cür danışırlar. 225 00:28:46,570 --> 00:28:53,940 Lazım gələndə danışıq tonunu da yumşaldırlar. Məsələnin mahiyyəti budur. 226 00:28:54,910 --> 00:28:59,140 Məsələnin mahiyyəti budur. Iran xalqı bunu unutmamalıdır. 227 00:29:01,080 --> 00:29:10,000 Hətta danışıqlarda – “ Biz müharibənin əleyhinəyik.” – deyə göz yaşı töküb ağlayırlarda. 228 00:29:10,250 --> 00:29:19,000 Hələ bir ağlayırlar da! Elə o nüvə danışıqlarında da gördük, Amerika diplomatı: 229 00:29:19,850 --> 00:29:25,910 “Mən cavanlıqdan müharibənin əleyhinə olmuşam” – deyib göz yaşı tökdü. 230 00:29:26,280 --> 00:29:34,140 Bəziləri sadəlövhcəsinə inanıb deyə bilərlər ki, nə yaxşı, bunlar, doğrudan da, düzəliblər, heç də pis adam deyillər. 231 00:29:34,970 --> 00:29:37,450 Gözümüz aydın, tülkü həccə gedir! 232 00:29:39,600 --> 00:29:44,450 Amma elə həmin insan, müharibə adı gələndə 233 00:29:45,280 --> 00:29:52,540 kövrəlib kameralar qarşısında göz yaşı tökəcək qədər nifrət edən o diplomat 234 00:29:52,850 --> 00:29:59,650 həmin adamlardandır ki, Qəzzada yüzlərlə uşaq tikə-tikə ediləndə, 235 00:30:02,420 --> 00:30:07,680 sionistlər qəddarcasına 236 00:30:07,850 --> 00:30:14,570 qadınlı-kişili, uşaqlı-böyüklü, qocalı-cavanlı heç kəsə rəhm etməyəndə 237 00:30:14,820 --> 00:30:17,540 heç qaşını da düyünləmir. 238 00:30:20,080 --> 00:30:23,480 Əgər siz müharibəyə bu qədər nifrət edirsinizsə, 239 00:30:25,110 --> 00:30:39,340 insanları, körpələri belə kütləvi şəkildə qıran bu murdar, cəllad, qəssab ünsürə 240 00:30:39,450 --> 00:30:45,970 bir söz deyin, bir qaşınızı düyünləyib etiraz bildirin. Cüzi belə olsun etiraz ifadə etmirlər, əksinə, təşviq edirlər! 241 00:30:46,220 --> 00:30:51,450 O vaxt onlar Qəzzaya o hücumları edəndə 242 00:30:52,510 --> 00:31:03,080 və elə bu gün də İordan çayının qərb sahillərində və Qəzzada başqa bir formada camaatı qətlə yetirməkdə davam etdiklərinə baxmayaraq, 243 00:31:03,080 --> 00:31:12,970 amerikalılar – yüksək çinli rəsmiləri – dəfələrlə buna münasibət bildirərək bəyanat veriblər ki, İsrailin özünü müdafiə etmək haqqı var. 244 00:31:13,880 --> 00:31:18,820 Yəni Fələstin xalqının özünü müdafiə etmək haqqı yoxdur; 245 00:31:19,540 --> 00:31:25,480 tarlalarını məhv etsinlər, gənclərini öldürsünlər, evlərini od vurub yandırsınlar, 246 00:31:25,480 --> 00:31:36,570 bir neçə aylıq körpəni, onun ata-anasını odda yandırsınlar, 247 00:31:38,880 --> 00:31:42,850 Fələstin xalqının isə cavab verməyə heç bir haqqı olmasın. 248 00:31:44,280 --> 00:31:50,940 Bu gün də sionist rejimini təşviq etməkdədirlər, kömək edirlər, dəstəkləyirlər. 249 00:31:52,940 --> 00:31:57,310 Aylardır ki, Yəmən xalqının 250 00:31:57,710 --> 00:32:04,050 xəstəxanaları, evləri bombardman altında viran qalır, həyat əhəmiyyətli infrastrukturları məhv olur, 251 00:32:04,050 --> 00:32:10,880 insanlar qırıcı təyyarələr vasitəsilə soyqırıma məruz qalır, 252 00:32:12,400 --> 00:32:20,480 amerikalılar isə bir kəlmə belə olsun danışmır, cüzi formada belə olsun etirazını bildirmir, hətta əksinə, dəstəkləyir, təşviq edir! Budur Amerika! 253 00:32:23,080 --> 00:32:37,020 Və bütün bunlardan sonra kameralar önündə tökülən gözyaşını səmimi bir hərəkət kimi qələmə vermək olarmı? Buna kim inanar? 254 00:32:40,770 --> 00:32:43,620 İran xalqı öz yolunu tapıb. 255 00:32:45,110 --> 00:32:55,510 Özünüz görürsünüz, İran xalqının onunla heç bir işi olmayan, onun əleyhinə çıxış etməyən 256 00:32:55,650 --> 00:32:59,200 xalqlar və dövlətlərlə heç bir işi yoxdur. 257 00:33:00,370 --> 00:33:11,800 Elə dövlətlər var ki – mən xalqlardan danışmıram – İslam Respublikasına qarşı saf niyyətli deyillər, 258 00:33:12,770 --> 00:33:19,820 bunu bilirik, anlayırıq, tamamilə göz qabağındadır, amma bizə qarşı heç bir etirazları, iddiaları yoxdur, bizim də onlarla heç bir işimiz yoxdur. 259 00:33:20,450 --> 00:33:24,650 Əlaqələrimiz var, ticarətimiz var, oturub müzakirələr aparırıq. 260 00:33:26,850 --> 00:33:30,970 Dövlətimizə və xalqımıza qarşı çıxış edən, 261 00:33:31,170 --> 00:33:40,000 İran xalqını məhv etmək üçün istənilən bəhanədən istifadə etməyə çalışan 262 00:33:40,710 --> 00:33:44,540 İslam Respublikasını, 263 00:33:45,570 --> 00:33:52,420 islami ideyaları məhv etmək üçün çalışan bir dövlətə qarşı isə İran xalqı etinasız qala bilməz. 264 00:33:53,280 --> 00:34:00,420 Xalqımızın buna nə sağlam məntiq, nə şəriət, nə vicdan, nə insan haqları baxımından 265 00:34:01,880 --> 00:34:08,970 haqqı yoxdur ki, belə bir düşmənlə dizbədiz oturub ona dost gözü ilə baxa, 266 00:34:08,970 --> 00:34:15,540 ona dostluq əlini uzada. Belə bir şey qeyri-mümkündür! Amerikalılar bu cürdür. 267 00:34:17,370 --> 00:34:23,620 Var qüvvələri ilə, əllərindən gələn bütün yollarla 268 00:34:23,770 --> 00:34:30,080 İslam Respublikasını tutduğu yoldan çəkindirmək istəyirlər. 269 00:34:30,480 --> 00:34:36,940 Müxtəlif metodlardan istifadə edirlər; təbliğat aparırlar. Bu günün özündə də tam gücü ilə fəaliyyətdədirlər. 270 00:34:37,480 --> 00:34:43,940 Qeyd etdim ki, inqilabın əvvəllərində onlar xalqın nəyə görə 271 00:34:44,480 --> 00:34:53,540 meydanlarda bu şəkildə fədakarlıq etdiyini anlamırdılar və bu, onların yol verdiyi birinci səhv idi. 272 00:34:53,680 --> 00:34:59,910 İndi tədricən anlayıblar, dərk edirlər ki, bu, xalqın inancından, 273 00:35:00,820 --> 00:35:11,310 gənclərin inancından, etiqadından, dinin və Quranın onlara öyrətdiyi dərslərdən qaynaqlanır. 274 00:35:12,050 --> 00:35:15,000 Elə buna görə də bu şeyləri hədəfə alıblar. 275 00:35:15,250 --> 00:35:28,370 Bu gün müxtəlif formada, cürbəcür yeni, o zaman mövcud olmayan vasitələrdən istifadə etməklə 276 00:35:28,600 --> 00:35:34,170 insanların inanclarına, etiqadına hücumlar edirlər; gənclər buna diqqət yetirməlidir. 277 00:35:34,450 --> 00:35:43,820 Gənclər ilk növbədə İran xalqının mübarizə tarixini daha çox mütaliə etməli və bilməlidir; 278 00:35:44,310 --> 00:35:54,250 tribunalardan çıxışlar edən, geniş auditoriya ilə ünsiyyətdə olan insanlar bugünkü gənclərimizə danışsınlar, başa salsınlar ki, 279 00:35:54,250 --> 00:35:59,280 mübarizə dövründə İran xalqının başına nələr gəlib, 280 00:35:59,970 --> 00:36:05,820 xalqın mübarizə apardığı kimlər olub, SAVAK-ı kim yaradıb, 281 00:36:06,910 --> 00:36:11,420 işgəncə metodlarını savakçılara kim öyrədib, 282 00:36:14,050 --> 00:36:25,800 ictimai fəallıq göstərən mömin insanlara onları nəzarət altında saxlamaqla, təqib etməklə kim işgəncələr verib. 283 00:36:26,080 --> 00:36:29,710 Gənclərimiz bütün bunları öyrənməlidir, bilməlidir. 284 00:36:31,650 --> 00:36:37,420 Xoşbəxtlikdən, İran xalqı oyanıb, əlhəmdulillah, xalqımız ayıq-sayıqdır, 285 00:36:38,910 --> 00:36:42,110 universitetlərimizin ictimaiyyəti, tələbələrimiz sayıqdır. 286 00:36:42,680 --> 00:36:48,880 Bəli, o vaxtkı vəziyyəti geri qaytarmaq üçün çox çalışdılar, amma bacarmadılar və bacarmayacaqlar da. 287 00:36:50,250 --> 00:36:55,110 Tələbələrimiz sayıqdır; eynilə yeniyetmə şagirdlərimiz də. 288 00:36:58,280 --> 00:37:08,570 Müvəqqəti olaraq baş qatan bu işlər, zahirdə özünü fərqli göstərmək meyilləri İran xalqının etiqadının, ideologiyasının mahiyyətini dəyişə bilməz. 289 00:37:09,940 --> 00:37:14,000 İran xalqı nə etdiyini, yol alıb hara getdiyini bilir. 290 00:37:15,450 --> 00:37:24,250 Vaxt var idi ki, bizim universitetlərimiz Qərbə uzanan körpüyə bənzəyirdi – 291 00:37:24,570 --> 00:37:31,880 universitetə gir, sonra da Qərbin ətəyində it-bat ol. 292 00:37:32,820 --> 00:37:42,110 Ölkə üçün faydalı ola biləcək istedadlı insanlardan bəziləri oralara cəlb edilib onlar üçün işləyirdi, 293 00:37:42,570 --> 00:37:48,850 bəziləri isə burda onlara işləyir, başları maddi rifaha qarışırdı. 294 00:37:49,310 --> 00:37:57,570 Bu gün isə universitetlərimiz belə deyil, bu gün ölkəmizdə universitetlər uca amallara aparan nərdivana bənzəyir. 295 00:37:59,050 --> 00:38:07,570 Müəyyən şəxslər bu nərdivanı aradan götürüb təzədən Qərbə uzanan həmin körpünü salmağa, 296 00:38:08,250 --> 00:38:11,000 universitetlərimizi əvvəlki vəziyyətinə qaytarmağa çalışır. 297 00:38:12,080 --> 00:38:16,820 Ona görə də gənclərimiz sayıq olmalıdır və Allaha həmd olsun ki, elə sayıqdırlar da. 298 00:38:18,740 --> 00:38:26,170 İslam Respublikası İslam dinindən bərk-bərk yapışması, xalqa söykənməsi, 299 00:38:27,110 --> 00:38:32,820 xalqımızda, əlhəmdulillah ki, var olan gözüaçıqlıq və məlumatlılıq sayəsində, 300 00:38:33,370 --> 00:38:40,140 nəinki təkcə indiyə qədər möhkəm duraraq müqavimət göstərib, hətta irəli də gedib, inkişaf edib. 301 00:38:41,340 --> 00:38:47,140 Biz inkişaf etmişik. Elə nüvə danışıqlarına da 302 00:38:47,880 --> 00:38:57,310 iddialı super-dövlətləri əlbir olub gəlib İran xalqının qarşısında oturmağa, 303 00:38:57,540 --> 00:39:01,940 “bəlkə, bu xalqı sındıra bilərlər” ümidi ilə 304 00:39:05,220 --> 00:39:11,620 İran xalqının əleyhinə o məkrli planları həyata keçirməyə vadar edən 305 00:39:11,910 --> 00:39:16,480 məhz İran xalqının tərəqqisi, qazandığı nailiyyətlər idi. Bu, İran xalqının qüdrətidir. 306 00:39:40,280 --> 00:39:50,020 Əziz gənclər, sizə bir şeyi də deyim: bizim xarici qüvvələrin düşmənçiliyi üzərində durmağımız, bu mövzunu dönə-dönə vurğulamağımız o demək deyil ki, 307 00:39:50,280 --> 00:39:53,050 özümüzün daxildəki zəif cəhətləri diqqətdən yayınır. 308 00:39:55,020 --> 00:40:00,200 Bizim öz içimizdə də zəif cəhətlərimiz var 309 00:40:01,400 --> 00:40:08,220 və düşmən bir çox hallarda onlardan istifadə edir. Həmin zəif cəhətləri aradan qaldırmalıyıq. 310 00:40:09,820 --> 00:40:15,370 Zəruri siyasətlərin işlənib hazırlanmasında zəiflik var, siyasətlərin icrasında zəiflik var, 311 00:40:17,310 --> 00:40:29,740 çalışıb səy göstərməkdə zəifliyimiz var, bəzən işimizdə tənbəlliyə, süstlüyə yol veririk. 312 00:40:31,110 --> 00:40:38,340 Ölkənin prioritetlərini müəyyən etməkdə nöqsanlarımız var; bəzən xırda bir məsələ üzərində 313 00:40:38,800 --> 00:40:45,570 ölkəmizin öz içindən müxtəlif partiyalar bir-biri ilə qarşıdurmaya girir. 314 00:40:45,820 --> 00:40:49,450 Halbuki baxırsan, elə bir məsələdir ki, heç vacib əhəmiyyət də kəsb etmir, lüzum da yoxdur. 315 00:40:50,970 --> 00:40:53,540 Düşməni diqqətdən qaçırırıq. Bunlar bizim qüsurlarımızdır. 316 00:40:54,540 --> 00:41:02,400 Bu qüsurları aradan qaldırmaq lazımdır. Amma düşmənin 317 00:41:03,220 --> 00:41:07,850 – sayıq, pullar xərcləyən, 318 00:41:08,880 --> 00:41:15,650 imkan düşsə heç bir cinayəti törətməkdən çəkinməyəcək bir düşmənin varlığı 319 00:41:16,420 --> 00:41:19,400 elə bir şeydir ki, bunu diqqətdən qaçırmaq olmaz. 320 00:41:20,220 --> 00:41:27,570 Bəziləri daxildəki xırda problemləri əldə bayraq edib xarici düşməni yaddan çıxarırlar, 321 00:41:27,620 --> 00:41:36,450 Amerikanı yaddan çıxarırlar. İmamın (r.ə) dönə-dönə: 322 00:41:36,450 --> 00:41:42,400 “Səsiniz çıxdığı qədər Amerikaya bağırın” 323 00:41:43,740 --> 00:41:49,710 – deməsi də bu mənadadır ki, “bir-birinizə az bağırın”. Demirəm tənqid etməyək, 324 00:41:49,820 --> 00:41:54,680 yox; nəticə etibarilə azad cəmiyyətdə yaşayırıq, insanlar azad şəkildə düşünür, 325 00:41:54,880 --> 00:41:59,140 hər kəsin tənqid etmək hüququ var, həm də tənqid inkişafa yol açır, 326 00:41:59,820 --> 00:42:06,510 amma əsas düşməni ikinci dərəcəli düşmənlərlə, eləcə də 327 00:42:06,710 --> 00:42:13,820 aramızda fikir ayrılığı olan, lakin düşmən olmadığımız dostlarla səhv salmamalıyıq; 328 00:42:14,910 --> 00:42:17,600 əsas düşmən başqa yerdədir. 329 00:42:19,140 --> 00:42:24,280 Əsas düşmən o düşməndir ki, var gücü ilə 330 00:42:24,450 --> 00:42:31,140 İran xalqının qazandığı möhtəşəm nailiyyəti onun əlindən almağa çalışır. 331 00:42:32,000 --> 00:42:38,820 Bu nailiyyət xalqın ictimasi-siyasi proseslərdə iştirakından, xalqın hakimiyyətindən, 332 00:42:40,400 --> 00:42:46,940 islami ideyaların, Quran təlimlərinin əhali arasında geniş yayılaraq özünə yer tapmasından ibarətdir. 333 00:42:47,370 --> 00:42:55,110 Bizi inkişafa çatdıran o böyük nailiyyət budur. İndiyə qədər də bir çox uğurlar əldə etmişik, 334 00:42:55,450 --> 00:42:59,000 bundan sonra da məhz bu nailiyyət bizi ideallarımıza çatdıracaq. 335 00:43:00,600 --> 00:43:02,940 Bunu xalqın əlindən almaq istəyirlər, 336 00:43:03,770 --> 00:43:09,220 zalım, xalqın iradəsinə zidd olaraq hakimiyyətə gətirilmiş, 337 00:43:10,540 --> 00:43:16,800 Qərbə meyilli, Qərbin dediyi ilə oturub-duran, 338 00:43:18,220 --> 00:43:22,370 Qərbdən çəkinən bir hökumət qurmaq istəyirlər, məqsədləri budur. 339 00:43:22,570 --> 00:43:27,600 Bunu yaddan çıxarmamalı, bu düşməni daim diqqətdə saxlamalıyıq. 340 00:43:28,220 --> 00:43:33,080 Mənim gənclərə tövsiyəm budur ki, əvvəla, 341 00:43:33,250 --> 00:43:38,000 tələbə və şagirdlərimiz yaxşı oxusunlar, təhsilə önəm versinlər. 342 00:43:38,800 --> 00:43:42,170 Elm güc-qüdrət əldə etmək üçün lazım olan vasitələrdən biridir. 343 00:43:42,370 --> 00:43:47,800 Milli iqtidarın vacib elementlərindən biri də elmdir. 344 00:43:50,880 --> 00:43:52,970 Elmin dalınca getsinlər, 345 00:43:53,420 --> 00:44:00,450 ictimai hədəfləri şəxsi istəklərdən yüksək tutsunlar. 346 00:44:01,800 --> 00:44:10,800 Hazırkı vəziyyətə, yaxın keçmişdə baş vermiş hadisələrə qarşı daha da gözüaçıq olsunlar, 347 00:44:12,200 --> 00:44:19,740 dünyanın hazırkı arenasını müşahidə etməyi bacarsınlar. 348 00:44:19,880 --> 00:44:24,200 Bu gün dünya arenasında vəziyyət bu cürdür: 349 00:44:24,650 --> 00:44:33,910 bir tərəfdə əlində hər cür maddi imkanı olan, 350 00:44:34,770 --> 00:44:41,000 zəhmi, heybəti ilə hamını qorxudub 351 00:44:41,110 --> 00:44:46,080 qarşısında əzən imperialist dövlətlər durur; bunlar bir tərəfdə qütbləşib. 352 00:44:47,310 --> 00:44:53,540 qarşısında əzən imperialist dövlətlər durur; bunlar bir tərəfdə qütbləşib. 353 00:44:53,680 --> 00:45:02,000 Bunlar arasında elə bir ölkə də var ki, qətiyyətlə, uca səslə bu vəziyyətə etirazını bildirir 354 00:45:02,000 --> 00:45:08,080 – bu, İslam Respublikasıdır. Bu gün İslam Respublikası 355 00:45:08,710 --> 00:45:17,850 çəkinmədən, uca səslə, düşmənin təhdidlərindən qorxmadan, düşməndən ehtiyatlanmadan 356 00:45:18,050 --> 00:45:24,680 zülmə, imperializmə, istismara, hegemonluğa qarşı fəryad qoparır 357 00:45:25,080 --> 00:45:30,400 və xalqlar bunu eşidir, bu onlara öz təsirini göstərir. 358 00:45:30,570 --> 00:45:35,970 Sizə deyim, İran xalqının hərəkatı xalqlara təsir edir, 359 00:45:36,850 --> 00:45:41,340 dünyada bunun şahidiyik. Bu, özəliklə də, İslam dünyasında müşahidə olunur. 360 00:45:42,880 --> 00:45:51,970 İran xalqına, İslam İnqilabının liderlərinə, şəxsən dahi İmam Xomeyniyə (r.ə) 361 00:45:52,280 --> 00:45:57,540 başqa heç kəsə olmayan qədər hörmətlə yanaşır, uca tuturlar. 362 00:45:57,650 --> 00:46:03,770 Bu ona görədir ki, xalqımızın uca, qətiyyətli səsi onlara çatır; bu uca səsi əldən verməyin. 363 00:46:28,450 --> 00:46:34,910 Onu da bilin ki, sizin bu şüarınızın, İran xalqının bu “Amerikaya ölüm!” hayqırtısının 364 00:46:36,220 --> 00:46:44,880 güclü və məntiqli bir əsası var; 365 00:46:45,620 --> 00:46:47,710 rasional əsası var. 366 00:46:47,910 --> 00:46:52,740 Bu da aydındır ki, “Amerikaya ölüm!” deyərkən biz amerikan xalqına ölüm arzulamırıq; 367 00:46:52,850 --> 00:46:57,540 amerikan xalqı da digər xalqlar kimidir. Yəni Amerikanın siyasətlərinin, 368 00:46:58,050 --> 00:47:04,050 Amerika imperializminin məhvini arzu edirik. “Amerikaya ölüm!” şüarının mənası budur və bu şüarın məntiqi əsası var. 369 00:47:05,310 --> 00:47:13,220 Bunu bizim konstitusiyamız deyir, dərin, prinsipial və məntiqi düşüncəmiz deyir. 370 00:47:15,340 --> 00:47:21,400 Bu ideyanı hansı xalqa izah edib açıqlasan, onu bəyənər, alqışlayar və qəbul edər. 371 00:47:23,800 --> 00:47:29,050 Allaha şükürlər olsun ki, İslam Respublikası öz yolunu tutub və irəli getməkdədir. 372 00:47:29,710 --> 00:47:38,340 Mən qətiyyən şübhə etmirəm ki, siz əziz gənclər 373 00:47:38,970 --> 00:47:45,820 İslam Respublikasının ölkəmizdə rəhbər tutduğu uca amalların çoxunun 374 00:47:46,170 --> 00:47:50,140 reallaşdığı günlərin şahidi olacaqsınız. 375 00:47:51,710 --> 00:47:54,340 Heç bir şübhəm yoxdur ki, gələcək məhz bu cür olacaq, 376 00:47:55,200 --> 00:47:58,820 inşallah, siz ölkənizdə böyük quruculuq işləri həyata keçirməyə müvəffəq olacaq, 377 00:47:59,400 --> 00:48:03,620 başqa xalqlara ilham verməyi bacaracaq, 378 00:48:04,220 --> 00:48:16,110 xalqlara dəhşət yaşadan bu monstrları, Allahın köməyi ilə, 379 00:48:16,480 --> 00:48:24,680 yenəcək, inşallah, xalqları bunların qorxu və dəhşətinin kölgəsi altında yaşamaqdan xilas edəcəksiniz. 380 00:48:24,680 --> 00:48:31,880 Allahın köməyi ilə, siz gənclər bunu mütləq görəcəksiniz, bir şərtlə ki, tutduğunuz yola davam edəsiniz, 381 00:48:31,880 --> 00:48:42,820 bir şərtlə ki, iman və optimizlə iş görəsiniz və gözüaçıq olasınız, gözüaçıqlığınızı əldən verməyəsiniz, 382 00:48:43,280 --> 00:48:46,650 ölkədə gedən müxtəlif proseslərə yanaşmada 383 00:48:47,480 --> 00:48:51,850 əsas meyar və prinsipləri rəhbər tutasınız – 384 00:48:52,250 --> 00:48:59,280 bir çox məsələlər var, sonrakı görüşlərimizdə onlara da toxunarıq – 385 00:48:59,600 --> 00:49:03,710 inşallah, bu, doğru yolu tutub irəli getməkdə sizə yardımçı olacaq. 386 00:49:03,940 --> 00:49:10,620 Allaha dualar edirik ki, əziz şəhidlərimizi Məhşər meydanına Peyğəmbərlə birgə gətirsin; 387 00:49:11,140 --> 00:49:15,080 dahi liderimiz İmam Xomeynini övliyaları ilə birgə məhşur etsin. 388 00:49:16,200 --> 00:49:21,140 Əziz gənclərimizi, inşallah, günü-gündən uca amallarına daha da yaxınlaşdırsın, 389 00:49:21,570 --> 00:49:27,050 onlara bu yolda daha böyük uğur və qələbələr nəsib etsin. 390 00:49:28,020 --> 00:49:31,050 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.