1 00:00:03,620 --> 00:00:06,000 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:06,370 --> 00:00:12,340 والحمدلله رب‌العالمين والصلاة والسلام علي سيّدالخلق اجمعين 3 00:00:12,570 --> 00:00:17,250 محمّد و آله الطاهرين و صحبه المنتجبين 4 00:00:17,400 --> 00:00:21,220 و علي التابعين لهم باحسان الي يوم الدين 5 00:00:23,020 --> 00:00:25,280 Tövhid məqamı, möminlərin təvaf yeri, 6 00:00:26,020 --> 00:00:31,820 mələklərin eniş məkanı olan Kəbeyi-şərifə salam olsun! 7 00:00:32,480 --> 00:00:38,280 Məscidül-hərama, Ərəfata, Məşər və Minaya salam olsun! 8 00:00:38,940 --> 00:00:44,200 Allahdan qorxan itaətkar qəlblərə, Rəbbini zikr edən dillərə, 9 00:00:44,450 --> 00:00:51,220 bəsirətlə açılmış gözlərə, ibrətə yol tapmış düşüncələrə salam olsun! 10 00:00:51,970 --> 00:00:56,570 Və Allahın çağırışına “Ləbbeyk!” demək kimi 11 00:00:56,770 --> 00:01:01,400 mənəvi bir uğura nail olaraq bu bərəkətli süfrənin başında oturan 12 00:01:01,510 --> 00:01:04,770 siz bəxtəvər hacılara salam olsun! 13 00:01:08,850 --> 00:01:15,910 Sizin ilk vəzifəniz bütün dünya müsəlmanlarının tarix boyu daim dilə gətirərək dediyi bu “Ləbbeyk!” haqda dərindən düşünməkdir. 14 00:01:16,680 --> 00:01:23,050 انّ‌الحمد والنعمة لَکَ و المُلک، لا شَريک لَکَ لبيک 15 00:01:24,400 --> 00:01:28,770 – “Bütün sitayiş və təriflər Ona layiqdir, 16 00:01:29,050 --> 00:01:31,400 bütün nemətlər Ondandır, 17 00:01:31,970 --> 00:01:36,510 hakimiyyət və qüdrət bütünlüklə Ona məxsusdur”. 18 00:01:37,080 --> 00:01:40,510 Bu dərin məna dolu, 19 00:01:40,710 --> 00:01:46,600 vacib dini ayinin ilk addımında hacılara aşılanan yanaşma bu olur, 20 00:01:46,740 --> 00:01:51,850 ziyarətin davamı da buna uyğun olaraq formalaşır, 21 00:01:52,140 --> 00:01:58,080 daha sonra isə bu, qalıcı bir təlim, unudulmaz bir dərs kimi 22 00:01:58,370 --> 00:02:06,370 insanın qarşısına qoyulur və ondan qalan həyatını bu proqram əsasında tənzimləməsi istənilir. 23 00:02:07,850 --> 00:02:11,680 Bu böyük dərsi öyrənərək ona əməl etmək 24 00:02:11,800 --> 00:02:15,250 müsəlmanların həyatına təravət, canlılıq 25 00:02:15,450 --> 00:02:21,170 və dinamiklik bəxş edə, onları – hazırda və bütün dövrlərdə – 26 00:02:21,510 --> 00:02:25,680 düçar olduqları problemlərdən qurtara biləcək 27 00:02:25,820 --> 00:02:30,650 bərəkətli bir çeşmədir. 28 00:02:31,220 --> 00:02:33,910 İbrahimin dünyaya saldığı bu səs, yaratdığı həyəcanla 29 00:02:34,170 --> 00:02:39,140 – əlbəttə ki, əgər qəlbin dərinliklərindən gələr və insanın həyat proqramına çevrilərsə 30 00:02:39,400 --> 00:02:47,170 – nəfs, təkəbbür və şəhvətin, özünü artıq hesab etmək və özünü artıq hesab edənin ağalığına təslim olmağın, 31 00:02:47,370 --> 00:02:52,740 dünya imperializminin, tənbəllik və məsuliyyətsizliyin bütü, 32 00:02:52,910 --> 00:02:56,740 eləcə də insanın dəyərli varlığını xar edən bütün bütlər qırılıb məhv olacaq, 33 00:02:56,940 --> 00:03:04,740 asılılıq, çətinlik və ağrı-acının yerini azadlıq, nüfuz və salamatlıq tutacaq. 34 00:03:06,340 --> 00:03:11,800 Bütün ölkə və xalqlardan həcc ziyarətinə gəlmiş qardaş və bacılar 35 00:03:11,800 --> 00:03:16,280 bu hikmətamiz ilahi kəlam haqda düşünsünlər, 36 00:03:16,510 --> 00:03:20,600 İslam dünyasında, özəlliklə də 37 00:03:20,880 --> 00:03:24,570 Qərbi Asiya və Şimali Afrikadakı problemlərə dərindən nəzər salaraq 38 00:03:24,770 --> 00:03:30,480 şəxsi imkanlarını, eləcə də yaşadıqları mühitin potensialını nəzərə almaqla 39 00:03:30,650 --> 00:03:35,820 öhdələrinə hansı vəzifələrin düşdüyünü müəyyən edib həmin istiqamətdə çalışsınlar. 40 00:03:37,710 --> 00:03:42,000 Bu gün bir yandan Amerikanın regionda izlədiyi, 41 00:03:42,000 --> 00:03:46,340 müharibələrə, qan tökülməsinə, evlərin viran, 42 00:03:46,450 --> 00:03:50,770 /insanların sərgərdan qalmasına, həmçinin yoxsulluğa, geriliyə, konfliktlərə səbəb olan şər dolu siyasətlər, 43 00:03:50,850 --> 00:03:54,970 bir yandan Fələstində qəsbkar davranışlarını 44 00:03:55,110 --> 00:04:02,370 həyasızlıq və xəbisliyin son həddinə çatdırmış İsrail rejiminin cinayətləri, 45 00:04:03,000 --> 00:04:07,510 Məscidül-əqsaya qarşı dəfələrlə hörmətsizlik edilməsi 46 00:04:07,680 --> 00:04:13,050 və digər tərəfdən isə məzlum fələstinlilərin canı və malının ayaqlar altında tapdanması 47 00:04:13,280 --> 00:04:16,710 siz müsəlmanların hamınızın bir nömrəli problemidir. 48 00:04:16,940 --> 00:04:24,170 Siz bu problem haqda düşünməli və onun qarşısında boynunuza hansı dini məsuliyyətin düşdüyünü bilməlisiniz. 49 00:04:24,310 --> 00:04:31,510 Din alimlərinin, tanınmış siyasət və mədəniyyət xadimlərinin öhdəsinə də kifayət qədər ağır məsuliyyət düşür, 50 00:04:31,680 --> 00:04:35,620 lakin təəssüflər olsun ki, əksər hallarda onlar buna əhəmiyyət vermirlər. 51 00:04:36,450 --> 00:04:41,170 Din alimləri məzhəblərarası konfliktləri körükləmək, 52 00:04:41,400 --> 00:04:45,680 siyasətçilər düşmən qarşısında çəkinib onun təsiri altına düşmək, 53 00:04:45,940 --> 00:04:50,510 mədəniyyət xadimləri isə ikinci dərəcəli məsələlərə baş qatmaq əvəzinə, 54 00:04:50,650 --> 00:04:54,220 İslam dünyasının böyük dərdinin nə olduğunu anlasınlar 55 00:04:54,220 --> 00:05:00,340 və ilahi ədalət qarşısında məsuliyyət daşıdıqları missiyanı 56 00:05:00,480 --> 00:05:04,540 qəbul edib layiqincə yerinə yetirsinlər. 57 00:05:05,340 --> 00:05:08,110 Regionda 58 00:05:08,280 --> 00:05:11,710 – İraq, Şam, Yəmən və Bəhreyndə 59 00:05:12,000 --> 00:05:17,710 – İordan çayının qərb sahillərində, Qəzzada, eləcə də Asiya və Afrikanın bəzi digər ölkələrində baş verən 60 00:05:17,910 --> 00:05:20,910 və İslam ümmətinin böyük dərdləri olan acınacaqlı hadisələrdə 61 00:05:21,200 --> 00:05:25,770 məkrli planlar cızan dünya imperializminin əli olduğunu görmək 62 00:05:25,940 --> 00:05:28,650 və buna bir əlac fikirləşmək lazımdır. 63 00:05:29,280 --> 00:05:33,450 Xalqlar bunu öz dövlətlərindən istəməli, 64 00:05:33,650 --> 00:05:38,680 dövlətlər isə öhdələrinə düşən ağır məsuliyyətə sədaqətli olmalıdırlar. 65 00:05:39,540 --> 00:05:43,620 Həcc ziyarəti və onun əmələ gətirdiyi möhtəşəm toplanış 66 00:05:43,800 --> 00:05:48,480 bu tarixi missiyanın üzə çıxması və qarşılıqlı surətdə həyata keçirilməsi üçün ən yaxşı yerdir. 67 00:05:49,680 --> 00:05:54,170 “Müşriklərə etiraz” mərasimi isə bu çoxcəhətli vacib dini ayinin 68 00:05:54,420 --> 00:05:57,370 ən tutarlı siyasi tədbirlərindən biridir. 69 00:05:57,650 --> 00:06:03,710 Onu dünyanın müxtəlif yerlərindən gəlmiş hacıların hamılıqla iştirakı ilə dəyərləndirmək lazımdır. 70 00:06:07,080 --> 00:06:14,110 Bu il Məscidül-həramda baş vermiş və bir qrup zəvvarın xəsarət alması ilə nəticələnmiş faciəli hadisə hacılara və onların təmsil etdiyi xalqlara üzüntü gətirdi. 71 00:06:14,740 --> 00:06:21,020 Düzdür, bu hadisə zamanı namaz, təvaf və ibadət halında 72 00:06:21,220 --> 00:06:25,850 Haqqın görüşünə tələsərək dünyadan köçmüş insanlar böyük bir səadətə nail olmuş, 73 00:06:26,020 --> 00:06:32,050 ilahi rəhmətlə əhatə olunan təhlükəsiz bir hərəmdə rahatlığa qovuşmuşlar, inşallah 74 00:06:32,200 --> 00:06:36,200 – bu isə onların yaxınları üçün böyük bir təsəllidir 75 00:06:36,510 --> 00:06:45,220 – lakin bu, Allahın evini ziyarətə gələn müsafirlərin təhlükəsizliyinə cavabdeh olan şəxslərin məsuliyyətini heç də azaltmır. 76 00:06:45,710 --> 00:06:51,710 Biz qətiyyətlə bu vəzifə və öhdəçiliyin layiqincə yerinə yetirilməsini istəyirik. 77 00:06:52,310 --> 00:06:55,420 Allahın əməlisaleh bəndələrinə Onun salamı olsun. 78 00:06:55,680 --> 00:06:57,450 Seyid Əli Xamenei 79 00:06:57,710 --> 00:07:01,510 4 zilhiccə 1436 80 00:07:01,880 --> 00:07:07,220 27 şəhrivər 1394