1 00:00:08,400 --> 00:00:10,400 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:10,750 --> 00:00:17,080 Həmd olsun Allaha – aləmlərin Rəbbinə. Allahın salamı olsun Məhəmmədə və onun pak ailəsinə. 3 00:00:25,920 --> 00:00:29,920 Əziz qardaş və bacılarım, xoş gəlmisiniz. 4 00:00:31,800 --> 00:00:36,360 Hamınızı mübarək şəbaniyyə günləri 5 00:00:38,200 --> 00:00:48,080 və bütövlükdə ibadət, zikr, Allaha diqqət və Yaradanın qarşısında təslimkarlıq ayı olan 6 00:00:48,400 --> 00:00:52,320 bu ay münasibətilə təbrik edirəm. 7 00:00:55,240 --> 00:01:05,440 Şəban, ramazan və rəcəb ayları dəyərli bir fürsətdir; 8 00:01:07,200 --> 00:01:17,920 xüsusilə də biz rəsmilər üçün. 9 00:01:20,600 --> 00:01:38,840 İslam dövlətində müsəlman cəmiyyətinin ruhunu, canını xalqın ibadətkarlığı, imanı və saleh əməlləri təşkil edir. 10 00:01:39,200 --> 00:01:49,040 Bu gözəl qaremizin tilavət etdiyi ayələrdə də deyildiyi kimi , 11 00:01:53,000 --> 00:02:05,140 işin əsli budur. Allahın mələkləri məhz buna görə bəşər övladına: 12 00:02:05,140 --> 00:02:08,290 نَحنُ اَولِيآؤُکم فِي الحَيوةِ الدُّنيا وَ فِي الأخِرَة 13 00:02:10,880 --> 00:02:17,370 – “Biz dünya həyatında da, axirətdə də sizinlə birlikdəyik” – deyirlər . 14 00:02:18,720 --> 00:02:33,400 İnsanların imanlı, ibadətkar, əməlisaleh olması çox mühümdür, 15 00:02:33,600 --> 00:02:41,270 amma bu xitab rəsmilərə ikiqat artıq ünvanlanır. 16 00:02:42,070 --> 00:02:49,520 Kim daha ağır məsuliyyət daşıyırsa, bu xitab da ona daha sərt, daha ağır, daha güclü şəkildə ünvanlanır. 17 00:02:51,370 --> 00:02:58,700 Biz özümüzdə bu mənəvi halı yaratmalıyıq. Yəni deputatlıq, hökumətdə, 18 00:02:59,720 --> 00:03:04,170 silahlı qüvvələrdə, məhkəmə hakimiyyətində hansısa yüksək vəzifə postu tutmaq 19 00:03:05,350 --> 00:03:12,000 – bu elə bir şeydir ki, ilk öncə bizim çiyinlərimizə 20 00:03:12,720 --> 00:03:19,270 Allah-taala ilə daha möhkəm əlaqə və bağlılıq qurmaq, 21 00:03:23,700 --> 00:03:31,620 daha ixlaslı və yaxşı bəndə olmaq vəzifəsini qoyur. Bunu unutmamalıyıq. 22 00:03:32,870 --> 00:03:35,470 Bəli, bizə bir vəzifə həvalə olunduqda 23 00:03:36,450 --> 00:03:42,870 həmin məsuliyyət sferası bizim vəzifəmizin əsas əhatə dairəsini təşkil edir və biz öhdəmizə düşən işlərlə məşğul olmalıyıq. 24 00:03:44,500 --> 00:03:49,150 Lakin bu işlərdən əvvəl, onlara paralel olaraq və onların son nəticəsi kimi, 25 00:03:50,470 --> 00:03:55,420 öhdəmizə düşən dini vəzifəni yerinə yetirmək bizim üçün mühüm olmalı, bunu nəzərdə tutmalı, 26 00:03:56,850 --> 00:04:02,570 bu vəzifəni yerinə yetirmək üçün nələri etməli olduğumuzu düşünməliyik. 27 00:04:03,000 --> 00:04:14,020 İbadətkarlığımız, ixlasımız, əməllərimiz, saleh əməllərimiz yerli-yerində, qaydasınca olmalıdır. 28 00:04:16,120 --> 00:04:21,550 Bu, rəsmilərin çox diqqətli yanaşmalı olduqları bir vəzifədir. 29 00:04:21,720 --> 00:04:29,420 Bu aylar – şəban ayı, ramazan ayı – böyük bir fürsətdir. 30 00:04:29,950 --> 00:04:37,150 Bu aylarda oxunması tövsiyə olunmuş dualar bizim yolumuzu açır. 31 00:04:38,220 --> 00:04:47,450 Bizlər Allah-taala ilə söhbət etmək, Uca Yaradandan nəsə istəmək, nəsə diləmək istəyəndə 32 00:04:47,450 --> 00:04:51,500 bunu düzgün formada necə etmək lazım olduğunu, doğrudan da, bilmirik. 33 00:04:52,350 --> 00:05:05,790 Bu dualar ən bəlağətli dillə bizə Allah-taaladan nə istəmək, Onunla necə danışmaq lazım olduğunu öyrədir. 34 00:05:06,140 --> 00:05:13,020 Götürək elə mübarək şəbaniyyə minacatını; bu duanın əvvəlindən axırına qədər 35 00:05:14,170 --> 00:05:18,600 bütün fraqmentləri mərifət dəryasıdır. 36 00:05:20,410 --> 00:05:27,360 Bundan əlavə, həm də bizə Allah-taala ilə necə danışmaq, Ondan nə istəmək lazım olduğunu öyrədir. 37 00:05:28,110 --> 00:05:48,400 اِلهي هَب لي قَلبًا يدنيهِ مِنک شَوقُهُ وَ لِسانًا يرفَعُ اِلَيک صِدقُهُ وَ نَظَرًا يقَرِّبُهُ مِنک حَقُّه 38 00:05:49,200 --> 00:05:59,340 Baxın, duanın kiçicik bir fraqmentində üç başlıca açar məqam: 39 00:06:01,560 --> 00:06:08,480 mənə elə bir qəlb əta et ki, şövq onu Sənə yaxınlaşdırsın. 40 00:06:10,960 --> 00:06:13,440 Bu şövqü isə qəlbdə yaratmaq lazımdır. 41 00:06:15,360 --> 00:06:20,000 Bizim maddiyyata qərq olmağımız, günahlara batmağımız, 42 00:06:21,920 --> 00:06:30,640 cürbəcür tamahlara qapılmağımız, hərisliyimiz bu şövqü qəlbdə öldürüb məhv edir. 43 00:06:33,680 --> 00:06:38,840 Quranla ünsiyyətdə olmağımız, etdiyimiz dualar, nafilə namazları qılmağımız, 44 00:06:40,920 --> 00:06:49,480 vacib namazları düzgün yerinə yetirməyimiz isə qəlbdə bu şövqü yaradır və alovlandırır. 45 00:06:51,960 --> 00:06:58,480 Və o zaman bu şövq qəlbi Allaha yaxınlaşdırır. 46 00:07:01,800 --> 00:07:04,720 وَ لِسانًا يرفَعُ اِلَيک صِدقُه 47 00:07:07,520 --> 00:07:19,840 – yalanı sevməyən, həmişə düzünü danışan dil, həqiqəti ifadə edən söz – belə doğru söz Allaha doğru ucalır. 48 00:07:21,400 --> 00:07:27,320 لَيهِ يصعَدُ الکلِمُ الطَّيبُ وَ العَمَلُ الصّلِحُ يرفَعُه 49 00:07:30,640 --> 00:07:35,880 Doğru söz, həqiqəti ifadə edən danışıq, səmimi söz, 50 00:07:37,000 --> 00:07:46,560 maddiyatın, eqoizmin, tamahkarlığın və bu kimi şeylərin zərrə qədər də qarışmadığı söz 51 00:07:46,760 --> 00:07:51,200 – belə söz Allah-taalanın dərgahına ucalır. 52 00:07:53,200 --> 00:07:57,400 وَ نَظَرًا يقَرِّبُهُ مِنک حَقُّه 53 00:07:57,400 --> 00:08:06,480 – həqiqətə əsaslanan, həqiqəti görən, hər bir məsələdə həqiqəti axtaran baxış. 54 00:08:08,160 --> 00:08:18,720 Tərəfkeş, tamahkar, öz mənfəətini güdən, qərəzli baxış yox. 55 00:08:19,560 --> 00:08:30,000 Hər şeydə haqqı meyar götürək, haqqın tərəfdarı olaq, haqqın arxasınca olaq, bu gözlə baxaq. 56 00:08:32,400 --> 00:08:33,800 O zaman qəlb Allaha yaxınlaşır. 57 00:08:34,040 --> 00:08:41,600 Baxın, Allah-taala ilə danışmağın yolunu bizə öyrədir; bizə Allahdan nə istəməli olduğumuz deyir. 58 00:08:42,320 --> 00:08:44,040 Öhdəmizə düşən vəzifə ağırdır. 59 00:08:46,200 --> 00:08:55,000 Əgər bu vəzifələri yerinə yetirmək istəyiriksə, Allah-taala ilə aramızdakı rabitəni möhkəmləndirməyə ehtiyacımız var. 60 00:08:55,640 --> 00:09:03,040 Bu əlaqəni qorumaq və günü-gündən gücləndirmək lazımdır. 61 00:09:03,920 --> 00:09:16,520 Daimi zikr bundan ötrüdür. Namazın hər gün və gündə bir neçə öynə əmr olunması 62 00:09:16,840 --> 00:09:19,560 ona görədir ki, biz qəflətə düçar olmayaq. 63 00:09:21,000 --> 00:09:26,720 Allahın ən böyük nemətlərindən biri də elə namazın bizə vacib edilməsidir. 64 00:09:28,320 --> 00:09:36,840 Namazı bizə vacib etməsəydilər, biz qəflət içində qərq olardıq. 65 00:09:37,640 --> 00:09:42,000 Səhər yuxudan oyandın, Allahı yad et, 66 00:09:42,440 --> 00:09:47,560 günorta vaxtı iş-gücün, gündəlik qayğıların arasında Allahı yada sal, 67 00:09:48,080 --> 00:09:54,120 gecə – çalışıb-vuruşub işlədiyin gün bitdikdə Allahı xatırla. 68 00:09:54,760 --> 00:10:03,560 Şair demişkən: Hər gecə üzünü xatırlayıb yuxuya gedir, Hər səhər sənin arzunla oyanıram. 69 00:10:04,160 --> 00:10:10,800 Bu, bizim üçün nəzərdə tutulmuş bir plandır, təlimatdır. 70 00:10:10,920 --> 00:10:18,760 Yerinə yetiririk? Əgər yerinə yetirsək, o zaman arxayın ola bilərik ki: 71 00:10:18,760 --> 00:10:21,560 اَخرِجني مِنَ الدُّنيا سالِما 72 00:10:21,880 --> 00:10:27,080 – dualarımızda var – xatircəm ola bilərik ki, buradan sağ-salamat çıxacağıq. 73 00:10:27,600 --> 00:10:29,880 “Səhifeyi-Səccadiyyə” duasında var: 74 00:10:29,880 --> 00:10:43,440 اللّهمَّ ... اَمِتنا مُهتَدينَ غَيرَ ضالّينَ طائِعينَ غَيرَ مُستَکرِهينَ تائِبينَ غَيرَ عاصينَ وَ لا مُصِرّين 75 00:10:46,200 --> 00:10:52,800 – Bizi elə vəziyyətdə öldür ki, dünyadan hidayət olunmuş halda köçək. 76 00:10:55,520 --> 00:11:03,680 Elə bir vəziyyətdə öldür ki, o biri dünyaya ürəkdən istəyərək, rəğbətlə üz tutaq. 77 00:11:05,280 --> 00:11:08,560 Kafirlərdə, fasiqlərdə belə olmur. 78 00:11:09,840 --> 00:11:14,800 Mələklər gəlib başlarının üstündə durur və zorla əmr edirlər: – “Çıxarın canlarınızı!” 79 00:11:17,360 --> 00:11:24,560 Möminlər isə belə deyil. Möminlər o tərəfdən arxayın olur, ürəkdən istəyərək, rəğbətlə gedirlər. 80 00:11:26,560 --> 00:11:32,600 Bu dünyada məhv olub gedəsi maddi şeylərə göz yumurlar, 81 00:11:33,080 --> 00:11:39,000 amma birdən-birə gözlərini açıb heyrətamiz nemətlər görür və dünyanı unudurlar. 82 00:11:40,640 --> 00:11:43,200 Elə bil ki, gözəl bir səfərə çıxırsınız, 83 00:11:45,200 --> 00:11:55,000 yola düşən anda, məsələn, övladınız və ya qardaşınız sizdən uzaqlaşır, narahat olursunuz. 84 00:11:55,000 --> 00:12:01,570 Amma səfərə gedəndən sonra, o misilsiz mənzərələr, həyatın gözəlliyi, rəngarənglik və sair o narahatlığı sizə tamamilə unutdurur. 85 00:12:04,100 --> 00:12:14,120 O biri dünyada da insan Allahın razılığı ilə, Cənnəti ilə, mükafatı ilə üzləşəndə 86 00:12:14,750 --> 00:12:16,920 نُزُلاً مِن غَفورٍ رَحيم 87 00:12:17,150 --> 00:12:28,000 – bir qədər əvvəl oxunan ayələrdə deyildiyi kimi: 88 00:12:28,040 --> 00:12:32,240 –– bu dünyada olan hər şeyi, sevdiyi, onlardan ötrü özünü öldürdüyü müvəqqəti şeyləri unudur. 89 00:12:34,350 --> 00:12:39,930 İnsan həyatdan bu cür getməlidir. Bu, bizim vəzifəmizdir. 90 00:12:39,930 --> 00:12:45,680 Əlbəttə ki, bu sözlər ilk növbədə bu həqir bəndənin özünə ünvanlanır. Mənim yüküm sizdən ağırdır, 91 00:12:46,030 --> 00:12:51,310 çətinliklərim sizdən çoxdur, amma biz hamımız diqqətli olmalıyıq. 92 00:12:51,370 --> 00:12:56,060 Sizin diqqətinizə çatdırmağı nəzərdə tutduğum birinci məsələ bu idi. 93 00:12:56,410 --> 00:13:04,720 Bəli, sizin üçün bir fürsət olan vəzifə məsuliyyəti müddətinizin 3 ili artıq geridə qalıb. 94 00:13:06,920 --> 00:13:13,370 Bu, mənimlə sizin kollektivinizin son görüşüdür 95 00:13:15,950 --> 00:13:18,320 – dördüncü və son. 96 00:13:18,440 --> 00:13:27,630 Yəni bundan sonra xalqa xidmət etmək üçün sizin əlinizdə bir ildən çox vaxt, bundan artıq fürsət yoxdur. 97 00:13:28,840 --> 00:13:32,680 Ötən 3 il fürsət idi; bu 3 illik fürsət bitdi, 98 00:13:34,060 --> 00:13:39,690 indi hesabat vaxtı başlayır. 99 00:13:40,810 --> 00:13:47,070 İnsana bir iş həvalə olunanda, onu görüb başa çıxandan sonra 100 00:13:47,070 --> 00:13:51,600 hesabat verməlidir ki, nə edib, nə etməyib. Ağır məsuliyyətlər belədir. 101 00:13:53,420 --> 00:14:01,280 Cavabdehlik etmək lazım gəlir; xalq qarşısında yox, onu insan bir təhər aşıra, yaxasını qurtara bilir; 102 00:14:01,610 --> 00:14:11,980 xeyr, uca aləmlərdəki sorğu-sual, o kəslərin apardığı sorğu-sual ki, 103 00:14:12,410 --> 00:14:17,790 –nə göylərdə, nə də yerdə zərrə qədər bir şey onlardan gizli qalmaz. 104 00:14:19,440 --> 00:14:25,360 O kəsin apardığı sorğu-sual ki, nəinki təkcə əməllərimizə, qəlblərimizə də hakimdir, 105 00:14:25,630 --> 00:14:33,660 qəlbimizdəkini də bilir. Bu başlayır; cavabdehlik etməyə hazır olmaq lazımdır; 106 00:14:33,820 --> 00:14:43,500 özümüzü hesabata hazırlamalıyıq; çalışıb səy göstərməliyik. 107 00:14:43,660 --> 00:14:46,490 Düzdür, Allah-taala mərhəmətli və bağışlayandır – «غَفورٌ رَحيم» 108 00:14:47,610 --> 00:14:58,320 – amma bu rəhmət və bağışlama tənbəl, etinasız, laqeyd insanlardan çox uzaqdır. 109 00:14:59,240 --> 00:15:02,080 O insanlar üçündür ki, zəhmət çəkir, çalışıb-vuruşur. 110 00:15:03,630 --> 00:15:13,310 Şair demişkən: Çöl-biyabanda gəzmək boş-boşuna oturmaqdan yaxşıdır, Əlimə bir şey keçməsə də, əlimdən gəldiyi qədər çalışmış olaram. 111 00:15:16,200 --> 00:15:21,580 Bu bir ili qənimət bilin. İrəlidə bu fürsətin hələ bir ili durur. 112 00:15:23,580 --> 00:15:31,840 Bilmirsiniz, bilmirik ki, bu fürsət bir də sizə və mənə nəsib olacaq, ya yox. 113 00:15:33,600 --> 00:15:35,640 Qalan bu bir illik fürsəti 114 00:15:35,770 --> 00:15:39,920 – bizim gümanımıza görə, hələ fürsətimiz var, əcəl isə Allahın əlindədir 115 00:15:41,840 --> 00:15:45,960 – bu vaxtı qənimət bilək, çalışaq, işləyək, zəhmət çəkək. 116 00:15:47,180 --> 00:15:54,350 O meyarlarla, o qaydalarla, Allahın haqlarına riayət etmək, 117 00:15:55,370 --> 00:16:04,280 doğrucul dil, həqiqəti axtaran baxış, şövqlü qəlb meyarları ilə, bu qaydalarla hərəkət edək. 118 00:16:06,800 --> 00:16:12,220 Əlhəmdulillah, bu 3 il ərzində yaxşı işlər həyata keçirilib. 119 00:16:12,720 --> 00:16:18,160 Möhtərəm parlament sədri bugünkü hesabatında 120 00:16:18,160 --> 00:16:22,700 bu haqda məlumat verdi, 121 00:16:22,750 --> 00:16:26,380 bundan əvvəl də mən yazılı hesabatları görmüşdüm. 122 00:16:26,810 --> 00:16:33,630 Bir çox yaxşı işlər həyata keçirilib ki, əgər inşallah, doğru, saleh niyyətlə, 123 00:16:34,330 --> 00:16:39,710 Allaha yaxınlaşmaq niyyəti ilə yerinə yetirilibsə, heç şübhəsiz, Allah dərgahında qəbul olunub. 124 00:16:40,120 --> 00:16:45,610 Ümidvaram ki, inşallah, gördüyünüz işlər, verdiyiniz qərarlar, 125 00:16:45,720 --> 00:16:54,750 xalqın, ölkənin, İslamın və müsəlmanların xeyrinə qəbul etdiyiniz qanun layihələri 126 00:16:56,640 --> 00:17:05,150 qalıcı olacaq, icra olunacaq və cəmiyyətin həyatına öz təsirini göstərəcək; 127 00:17:05,400 --> 00:17:10,810 inşallah, insanlar sizin gördüyünüz işlərin təsirini hiss edəcəklər. 128 00:17:11,520 --> 00:17:13,710 Mən buna ümid edirəm. 129 00:17:14,600 --> 00:17:18,240 Sizə demək istədiklərim əsasən bunlar idi. 130 00:17:18,750 --> 00:17:26,000 Yəni sizə nəsihət verməklə mən, əslində, özümə nəsihət etmiş oldum ki, 131 00:17:26,600 --> 00:17:32,080 bəlkə, inşallah, bu sözlər bizim də qəlbimizə təsir göstərsin 132 00:17:32,080 --> 00:17:37,520 və görməli olduğumuz işləri layiqincə yerinə yetirək. Bir neçə tövsiyə də vermək istəyirəm. 133 00:17:37,720 --> 00:17:43,870 Bu tövsiyələrimdən biri son ildə yoldaşlarımızın 134 00:17:44,170 --> 00:17:47,850 yoldaşlarımızın – xanımların və cənabların davranış tərzi ilə bağlıdır. 135 00:17:48,190 --> 00:17:54,540 Diqqətli olun ki, son ildə irəlidə gözlənən seçki faktoru 136 00:17:56,160 --> 00:18:04,600 sizin builki davranış tərzinizə təsir göstərməsin. Bu, çox əhəmiyyətlidir. 137 00:18:06,880 --> 00:18:13,120 Son ildə qarşıda gözlənilən seçki amili gördüyünüz işlərə, danışdığınız sözlərə, nəyisə təsdiqləməyinizə, 138 00:18:13,840 --> 00:18:24,160 nəyinsə əleyhinə çıxmağınıza, söylədiyiniz nitqlərə təsir göstərməməlidir. 139 00:18:26,320 --> 00:18:29,680 Gəlin fərz edək ki, heç belə bir seçki yoxdur 140 00:18:29,920 --> 00:18:41,840 və bu son ildə meyarımız yenə də haqq olsun. Bu, birincisi. 141 00:18:44,560 --> 00:18:48,720 İkinci tövsiyəm 6-cı inkişaf proqramı ilə bağlıdır. 142 00:18:49,200 --> 00:18:55,640 6-cı inkişaf proqramının siyasətləri artıq son mərhələdədir, 143 00:18:55,640 --> 00:19:13,120 inşallah, tezliklə müxtəlif qurumlara açıqlanacaq. Bu proqrama diqqət və önəm vermək lazımdır. 144 00:19:14,600 --> 00:19:26,920 Adətən vəzifə məsuliyyətinin sonuncu ilində müəyyən etaplarda insanlar hövsələsizlik bəlasına düçar olurlar; 145 00:19:28,680 --> 00:19:32,440 özü də bu, təkcə sizə aid deyil. Hökumət də belədir; 146 00:19:33,600 --> 00:19:38,240 işin axırında onlara da bir hövsələsizlik üz verir. 147 00:19:39,320 --> 00:19:47,040 Diqqətli olun ki, bu bəla 6-cı inkişaf proqramını haqlamasın. 6-cı inkişaf proqramı mühüm bir sənəddir. 148 00:19:49,240 --> 00:19:55,640 Bu sənəddə siz ölkənin gələcək 5 ili üçün qanunları tənzimləyirsiniz. 149 00:19:56,360 --> 00:19:59,840 Həmin dövrdə siz, bəlkə də, parlamentdə təmsil olunacaq, bəlkə də, olunmayacaqsınız, 150 00:20:00,880 --> 00:20:13,400 amma sizin qəbul etdiyiniz qanunlar qalacaq. Hökumət həmin qanunlara tabe olmalıdır, xalq onların təsirini hiss edəcək. 151 00:20:13,680 --> 00:20:19,760 Bu qanunu – 6-cı inkişaf proqramı haqda qanunu məhz bu yanaşma əsasında tənzimləyin; bütün sferalarda: 152 00:20:20,360 --> 00:20:24,800 iqtisadiyyatda, mədəniyyətdə, əhaliyə xidmətdə, 153 00:20:24,800 --> 00:20:28,760 səhiyyədə, müdafiə və təhlükəsizlikdə və sairdə. 154 00:20:29,190 --> 00:20:36,300 6-cı inkişaf proqramı haqda qanunu müzakirə edərkən hövsələsizliyə yol verməyin. 155 00:20:36,770 --> 00:20:49,410 Digər bir tövsiyəm əməkdaşlıq məsələsidir; hakimiyyətin digər qolları, xüsusilə də hökumət kabineti ilə əməkdaşlıq. 156 00:20:49,650 --> 00:20:55,500 Hökumətin üzərinə meydanın ortasında idarəçilik etmək, belə desəm, miyandarlıq etmək məsuliyyəti düşür. 157 00:20:56,520 --> 00:21:01,700 Qədim idman növləri haqda məlumatı olanlar mənim nəyi nəzərdə tutduğumu yaxşı anlayacaqlar. 158 00:21:01,950 --> 00:21:09,980 Düzdür, başqaları da idmanla məşğul olur, amma qədim idmanı bilənlərin miyandarlıq, miyandarlar haqda təsəvvürü daha dərindir. 159 00:21:12,090 --> 00:21:20,700 Hökumət öz işini yaxşı, güclü, uğurlu şəkildə həyata keçirsə, 160 00:21:21,260 --> 00:21:26,450 digər strukturların fəaliyyəti də istər-istəməz yaxşı olacaq. 161 00:21:27,100 --> 00:21:34,330 Hökumət belə bir mövqeyə malikdir. Ona görə də hökumətlə əməkdaşlıq, məncə, lazımlı bir şeydir 162 00:21:34,850 --> 00:21:42,500 – hakimiyyətin bütün qolları ilə, ölkənin çoxsaylı və müxtəlif strukturları ilə, özəlliklə də icraedici hakimiyyətlə, dövlətlə əməkdaşlıq. 163 00:21:43,000 --> 00:21:47,120 Bu əməkdaşlıq mənim ilin əvvəlində bütün xalqımıza, 164 00:21:47,220 --> 00:21:53,020 eləcə də siz rəsmilərə əhəmiyyətini çatdırmaq istədiyim söz və könül birliyinin həqiqi təzahürüdür. 165 00:21:55,370 --> 00:22:00,300 Əlbəttə ki, mən eyni şeyi hökumətə də tapşırıram; bu tapşırıq təkcə sizə aid deyil. 166 00:22:01,220 --> 00:22:07,020 Eyni məsləhəti mən möhtərəm ölkə prezidentinə də, nazirlərə də verirəm, 167 00:22:08,070 --> 00:22:11,170 amma siz də əməkdaşlığa hökmən önəm verin. 168 00:22:11,300 --> 00:22:14,800 Əgər belə bir əməkdaşlığın olmasını istəyiriksə, 169 00:22:15,150 --> 00:22:20,270 bunun üçün bir neçə məqama diqqət yetirməliyik ki, onları qeyd edəcəyəm: 170 00:22:22,070 --> 00:22:25,820 birincisi, bu əməkdaşlıq bir-birinə qarşı xoş niyyət üzərində qurulmalıdır. 171 00:22:26,500 --> 00:22:31,470 Əgər bir-birimizə qarşı bəd niyyətdə olsaq, əməkdaşlıq edə bilməyəcəyik. 172 00:22:32,550 --> 00:22:38,700 Öz aralarında əməkdaşlıq etmək qərarına gəlmiş iki nəfərdən biri 173 00:22:39,920 --> 00:22:47,020 əvvəldən qarşı tərəfin ona arxadan zərbə vurmaq istədiyini beyninə yeridərsə, bu əməkdaşlıq baş tutmayacaq. 174 00:22:50,200 --> 00:22:55,070 Bəd niyyət əsasında əməkdaşlıq etmək mümkün deyil; arada xoş niyyət olmalıdır. 175 00:22:57,600 --> 00:23:00,720 Qarşılıqlı əməkdaşlıq xoş niyyətlə müşayiət olunmalıdır. 176 00:23:00,820 --> 00:23:11,050 Tərəf müqabilinə qarşı xoş niyyət, xoş güman olmazsa, əməkdaşlıq mümkün deyil. 177 00:23:11,050 --> 00:23:17,120 Əlbəttə ki, xoşniyyətli olmaq sadəlövhlük demək deyil, asanlıqla aldanmaq demək deyil. 178 00:23:18,720 --> 00:23:24,550 Diqqətli olmalıyıq. İnsan həmişə, hər yerdə, istənilən situasiyada fikrini toplamalı, diqqətli olmalıdır. 179 00:23:27,420 --> 00:23:33,170 Mən heç kəsə sadəlövhlük etməyi tövsiyə etmirəm, yox, 180 00:23:33,550 --> 00:23:36,220 amma əvvəldən bəd niyyətə, pis fikirlərə köklənmək lazım deyil. 181 00:23:37,620 --> 00:23:46,300 Əvvəldən qarşı tərəfi fikrində hansısa xoşagəlməz bir iş tutmaqda 182 00:23:46,970 --> 00:23:51,870 – bizim əleyhimizə kiminləsə sazişə getmək, xəyanət etmək 183 00:23:51,870 --> 00:23:55,600 və ya şəxsi sui-istifadə məqsədi güdməkdə ittiham etməyimiz doğru deyil. 184 00:23:55,950 --> 00:24:01,250 Belə bir yanaşma ilə əməkdaşlıq imkansız olacaq. 185 00:24:01,800 --> 00:24:07,850 Əməkdaşlıq edərkən tərəflərin bir-birinə yanaşması da müvafiq olmalıdır. Əməkdaşlıqla bağlı birinci önəmli məqam budur. 186 00:24:11,550 --> 00:24:18,520 Növbəti məqam odur ki, əməkdaşlıq asılılıq formasında olmamalıdır. 187 00:24:20,170 --> 00:24:23,220 Baxın, bu ikisi arasında incə bir sərhəd var. 188 00:24:23,900 --> 00:24:27,200 Bilirsiniz, mən parlamentdə də təmsil olunmuşam, 189 00:24:27,900 --> 00:24:32,570 deputatlıq da etmişəm və sizin təcrübəniz məndə də var. 190 00:24:35,750 --> 00:24:39,470 Eyni zamanda hökumətdə də təmsil olunmuşam, bu təcrübəyə də malikəm. 191 00:24:40,970 --> 00:24:49,220 Əməkdaşlıq deyiriksə, o demək deyil ki, parlamentarilərlə nazirlər arasında bir növ asılılıq olsun; 192 00:24:50,450 --> 00:24:56,920 məsələn, desinlər: “Burax, buraxım”. Belə olmamalıdır. 193 00:24:57,270 --> 00:25:08,850 Hər iki tərəf – həm nazirlər, həm də deputatlar qanunla öhdələrinə düşən vəzifələri, 194 00:25:09,820 --> 00:25:13,020 ölkə üçün xeyirli olan şeyləri nəzərdə tutmalı, bu əməkdaşlığa “Allah-taala bizi görür” prizmasından yanaşmalıdırlar. 195 00:25:13,920 --> 00:25:22,820 Əməkdaşlıq məhz bunun əsasında qurulmalıdır. Bu da digər bir məqam. Odur ki əməkdaşlığı asılılıqla səhv salmaq lazım deyil. 196 00:25:25,550 --> 00:25:29,700 Əməkdaşlıqla bağlı növbəti mühüm məqam budur ki, 197 00:25:30,650 --> 00:25:37,600 parlamentdə, xüsusilə də ayrı-ayrı komissiyalarda nazirlərə qarşı təhqirlərə yol verilməməlidir. 198 00:25:37,870 --> 00:25:44,550 Möhtərəm nazirlərdən bəziləri mənə şikayət edirlər ki, 199 00:25:44,550 --> 00:25:51,720 komissiyalarda iştirak edəndə təhqiramiz bir rəftarla qarşılaşırlar. 200 00:25:54,320 --> 00:25:57,450 Əlbəttə, mən bu fikirdəyəm ki, hamı bir-biri ilə qardaşdır; 201 00:25:57,670 --> 00:26:03,900 yəni hökmranlıq edib: 202 00:26:04,520 --> 00:26:11,320 “Biz hökumətin üzvüyük, biz beləyik, hamı bizim qarşımızda baş əyməlidir” – demək olmaz. 203 00:26:11,720 --> 00:26:18,750 Bu, sözsüz belədir, amma qarşılıqlı olaraq “saqqalın mənim əlimdədir”, 204 00:26:20,070 --> 00:26:23,620 “atanı yandıraram” və bu kimi təhqiramiz, alçaldıcı yanaşmalar da sərgilənməməlidir. 205 00:26:24,620 --> 00:26:30,420 Bu da düzgün bir yanaşma deyil. Bir-birinə hörmətlə, 206 00:26:31,850 --> 00:26:37,420 etik qaydalar çərçivəsində yanaşmaq lazımdır. Bütün etaplarda etikanı gözləmək lazımdır. 207 00:26:40,300 --> 00:26:46,470 Bu da bir tövsiyə. Deməli, 3-cü tövsiyə əməkdaşlıq məsələsi idi. 208 00:26:48,270 --> 00:26:52,550 Dördüncü tövsiyəm mühüm bir məsələ olan müqavimət iqtisadiyyatı məsələsidir. 209 00:26:55,720 --> 00:27:01,720 Sevindirici haldır ki, bu məsələdə ölkədə söz birliyi var, 210 00:27:02,200 --> 00:27:09,750 amma bizim problemimiz könül birliyi ilə bağlıdır. Adam qorxur ki, söz birliyi olar, könül birliyi olmaz. 211 00:27:12,020 --> 00:27:19,770 Şair demişkən: O qədər hindli və türk var ki, ürəkləri bir vurur, 212 00:27:22,150 --> 00:27:31,350 O qədər türklər də var ki, bir-birinə yad kimidir. 213 00:27:32,500 --> 00:27:37,670 Demək ki, könül birliyinin dili ayrıdır. Könül birliyi dil birliyindən yaxşıdır. 214 00:27:38,000 --> 00:27:43,170 Bəli, müqavimət iqtisadiyyatı məsələsində bu söz birliyi var, amma könül birliyi də olmalıdır; 215 00:27:43,300 --> 00:27:50,000 yəni müqavimət iqtisadiyyatına hər kəs ürəkdən inanmalıdır. 216 00:27:50,650 --> 00:27:58,150 Biz inanmalıyıq ki, ölkədəki problemlərin həllinin açarı müqavimət iqtisadiyyatındadır. 217 00:27:59,300 --> 00:28:05,670 Bu iqtisadiyyatın onurğa sütunu isə daxili istehsalın gücləndirilməsidir. Bu baxımdan sizin həyata keçirdiyiniz iş 218 00:28:05,770 --> 00:28:10,470 – istehsalatla bağlı maneələrin aradan qaldırılması haqda qanun 219 00:28:11,700 --> 00:28:16,170 –mənə verilən məlumatlara, eşitdiyimə görə, çox yaxşı bir işdir, ekspertlər tərəfindən işlənib ortaya qoyulmuş bir layihədir. 220 00:28:17,870 --> 00:28:21,720 Bu işləri həyata keçirmək lazımdır; buna hər kəs inanmalıdır. 221 00:28:21,850 --> 00:28:32,070 Mən qəti surətdə inanıram ki, əgər biz daxildə istehsalı gücləndirə bilsək, 222 00:28:32,370 --> 00:28:38,220 ölkədəki imkan və potensialdan sözün həqiqi mənasında istifadə edə bilsək, 223 00:28:38,920 --> 00:28:44,170 xarici problemlərin həlli asan olacaq; nüvə probleminin həlli asan olacaq. 224 00:28:45,200 --> 00:28:49,770 Nüvə məsələsi də bir düyünə dönüb. 225 00:28:51,300 --> 00:29:00,200 Bu məsələnin həlli yolları var, amma bu həll yolları bizim daxildən güclənməyimizdən asılıdır. 226 00:29:01,000 --> 00:29:05,470 Biz daxildən özümüzü gücləndirsək, o iş asan olacaq. 227 00:29:07,470 --> 00:29:11,170 Özü də nüvə məsələsindən başqa qarşıda bizi hələ silsilə problemlər gözləyir. 228 00:29:12,350 --> 00:29:18,450 Bizim Qərblə, Amerika ilə, sionizmlə, 229 00:29:19,170 --> 00:29:24,420 dünya iqtisadiyyatının akulaları ilə problemimiz təkcə nüvə məsələsi ilə bitmir; 230 00:29:24,420 --> 00:29:30,020 bu, bizim yeganə problemimiz deyil. Dalınca hələ cürbəcür problemlələr – insan haqları və sair və sair gələcək. 231 00:29:31,520 --> 00:29:37,250 Bütün bu problemlərin həlli asan olacaq. Demirəm ki, hamısı öz-özünə həllini tapacaq, 232 00:29:37,300 --> 00:29:42,750 yox, çalışıb-vuruşmaq lazımdır, amma əgər biz 233 00:29:43,170 --> 00:29:49,870 daxildəki bu məsələni həll edə bilsək, o məsələlərin həlli asan olacaq. 234 00:29:50,850 --> 00:29:57,100 6-cı inkişaf proqramında bu müqavimət iqtisadiyyatı məsələsini hərtərəfli surətdə nəzərə alın; 235 00:29:58,520 --> 00:30:03,270 1395-ci ilin büdcəsi ilə bağlı qanunun müzakirələri zamanı da buna hərtərəfli diqqət yetirin. 236 00:30:04,370 --> 00:30:08,670 Siyasətlər elan olunub, dövlət strukturları da bir çox işlər həyata keçirib. 237 00:30:09,470 --> 00:30:18,120 Müəyyən işlər görülüb, amma baxın görün bu cədvəlin harasında boşluqlar var. 238 00:30:19,120 --> 00:30:26,950 Misal üçün fərz edək ki, filan xəstəliyin müalicəsi üçün filan dərman müəyyən olunub, 239 00:30:27,100 --> 00:30:32,820 həmin dərmanın da tərkibində 5 cür maddə var. Əgər bu maddələrdən biri çatmırsa, 240 00:30:32,820 --> 00:30:40,020 qalan dördü olsa da, bu, həmin dərman olmur. Dərmanın tərkibində bu maddələrin hamısı olmalıdır ki, 241 00:30:42,050 --> 00:30:44,900 insan müsbət nəticəni, şəfa tapacağını gözləsin. 242 00:30:45,150 --> 00:30:49,620 Baxın görün bu cədvəlin 243 00:30:50,470 --> 00:30:58,950 – avropasayağı adamlar demişkən, bu pazlın – hansı hissəsi boşdur, doldurmaq lazımdır, onu tapın. 244 00:31:00,200 --> 00:31:10,020 6-cı inkişaf proqramı haqda qanunda, 1395-ci ilin büdcəsində bunu tam olaraq nəzərə alın. 245 00:31:10,400 --> 00:31:16,650 Əlbəttə, mən özüm bilirəm, hökumət kabinetindəki qardaşlarımız da deyirlər ki, 246 00:31:17,320 --> 00:31:22,170 siz daim “filan, filan işlər həyata keçirilməlidir” deyirsiniz, amma resurslarımız çatışmır. 247 00:31:22,620 --> 00:31:26,420 Doğrudur, mən də bilirəm ki, resurs çatışmazlığı var, 248 00:31:27,800 --> 00:31:33,620 resurs çatışmazlığına sanksiyaların da təsiri olub – buna heç bir şübhə yoxdur 249 00:31:33,800 --> 00:31:37,470 – amma resurslar çatışmırsa, insan nə etməlidir? 250 00:31:38,820 --> 00:31:45,300 İkiəlli başına vurmalıdır? Şivən qoparmalıdır? Yox, çarə tapmalıdır. 251 00:31:45,300 --> 00:31:50,500 Çarə yolu var. Bu yollardan biri qənaətdir, qənaət edin. 252 00:31:51,400 --> 00:31:58,000 Daxili resursların bölgüsündə və təyinatında prioritetlərə riayət edin. Çarə yolu bunlardır. 253 00:31:59,320 --> 00:32:08,620 Biz çıxmaza dirənməmişik. Resursların çatışmazlığı bizim üçün problemdir, amma çözülməz düyün deyil. 254 00:32:09,150 --> 00:32:12,900 Bir problemdir, çətinlikdir, onu aradan qaldırmaq, yoluna qoymaq lazımdır. Bunun yolu da var. 255 00:32:13,720 --> 00:32:20,270 Biz bəzən pulu xərcləməli olmadığımız yerlərə xərcləyirik. 256 00:32:20,620 --> 00:32:25,820 Hazırda elə qurumlar var ki – mən özüm onlarla yaxından tanışam 257 00:32:26,600 --> 00:32:33,970 – büdcələrində bircə manat da artım olmadan 258 00:32:34,070 --> 00:32:38,600 xidmətlərini bir neçə dəfə artıra biliblər. 259 00:32:41,570 --> 00:32:48,000 Düzgün idarəetmə sayəsində, düzgün yanaşma sayəsində, artıq xərcləri azaltmaqla; 260 00:32:49,000 --> 00:32:54,750 əlbəttə ki, bu, hökumətə də, parlamentə də, Silahlı Qüvvələrə də aiddir. 261 00:32:56,050 --> 00:33:01,270 Silahlı Qüvvələrdən başqa strukturlarda da ayrı-ayrı hallarda bunun şahidi olmuşuq, 262 00:33:02,000 --> 00:33:08,170 amma Silahlı Qüvvələrin bir hissəsində də müəyyən yerlərdə büdcələrində artım olmadan imkanlarının, gördükləri işlərin artdığını görmüşük. 263 00:33:09,300 --> 00:33:10,770 Yəni bunu etmək mümkündür. 264 00:33:12,820 --> 00:33:22,870 Odur ki resurs çatışmazlığı da bizim üçün bəhanə olmamalıdır ki, “İşləmək olmur” – deyək. 265 00:33:23,620 --> 00:33:28,020 Xeyr, xərclər düzgün tənzimlənsə, hər şeyi həll etmək olar. 266 00:33:28,370 --> 00:33:33,750 Bu şeyləri də həll etmək mümkündür. Əlbəttə, yenə də təkrar edirəm ki, maliyyə sahəsindəki bu ciddi tənzimləmə təkcə hökumətə aid deyil. 267 00:33:33,750 --> 00:33:40,370 Parlament də digər strukturlar da bu cürdür. Maliyyə məsələlərində hamı ciddi intizam gözləməlidir. 268 00:33:42,420 --> 00:33:51,520 Qeyd edəcəyim digər məqam İslami Şura Məclisində ortaya qoyulan prinsipial mövqelərlə bağlıdır. 269 00:33:51,900 --> 00:33:55,900 Allaha həmd olsun ki, parlament çox yaxşı prinsipial mövqelər nümayiş etdirir. 270 00:33:56,700 --> 00:34:00,820 Möhtərəm parlament sədri də bu məsələyə toxundu; bu, belədir. 271 00:34:00,820 --> 00:34:09,570 Mən özüm də eşidir, görür, müşahidə edirəm ki, söhbət əsas, prinsipial məsələlərdən, 272 00:34:10,220 --> 00:34:17,200 dövlətin, İslam İnqilabının əsas dayaqlarını təşkil edən şeylərdən gedəndə 273 00:34:18,120 --> 00:34:25,900 parlament çox yaxşı, məqbul, müsbət və bəzən tamamilə mütərəqqi mövqe sərgiləyir. 274 00:34:26,120 --> 00:34:28,650 Bu olmalıdır, bütün parlamentlərdə belə olmalıdır. 275 00:34:29,320 --> 00:34:37,700 İslami Şura Məclisi prinsipial mövqeləri özündə yüksək səviyyədə təcəssüm etdirməlidir. 276 00:34:37,700 --> 00:34:46,520 Meyar isə İmamın fikirləri, İmamın vəsiyyətnaməsi, elə İmamın o iyirmi neçə cildlik bəyanatlarıdır. 277 00:34:46,900 --> 00:34:56,870 Baxaq görək İmamın bəyanatlarında inqilab üçün, İslam Respublikası quruluşu üçün 278 00:34:57,200 --> 00:35:04,320 hansı davranışlar, hansı tendensiyalar müəyyən olunub. 279 00:35:05,150 --> 00:35:10,270 Bu mövqelər üzərində durmaq lazımdır. Parlament özündə bunları əks etdirməlidir. 280 00:35:12,670 --> 00:35:28,050 Əgər belə olsa, bizi imperializmin ağalığına qərq edəcək uçurumun təhlükəsindən qurtularıq. 281 00:35:30,200 --> 00:35:37,420 Belə bir qorxulu uçuruma yuvarlanmarıq. 282 00:35:38,020 --> 00:35:43,000 Yox əgər belə olmasa, bu sahədə təhlükələr çoxdur. 283 00:35:44,150 --> 00:35:49,600 Sonuncu məqam isə budur ki, nüvə məsələsi ilə bağlı 284 00:35:50,100 --> 00:35:57,170 dövlətimizin mövqeyi ictimaiyyətə açıq-aşkar elan etdiyimiz, dediyimiz şeylərdir. 285 00:35:57,270 --> 00:36:04,500 Əlbəttə, bəzi şeylər var ki, onları açıq-açığına demək olmur, yalnız qapalı iclaslarda deyilir 286 00:36:04,720 --> 00:36:07,670 – belə şeylər var; hər sözü aşkarda demək olmur; 287 00:36:08,400 --> 00:36:10,470 َيسَ کلُّ ما يعلَم يقال 288 00:36:10,720 --> 00:36:13,620 – lakin açıq surətdə deyilənlər, 289 00:36:13,620 --> 00:36:18,070 heç şübhəsiz, eynilə rəsmilərə də deyilmiş, tapşırılmış şeylərdir. 290 00:36:19,450 --> 00:36:27,000 Həm dildə deyilib, həm də yazılı surətdə təqdim olunub. Dövlətin prinsipial mövqeyi onlardan ibarətdir. 291 00:36:27,900 --> 00:36:33,670 Və biz inanırıq ki, danışıqlarda iştirak edən qardaşlarımız ürəkdən çalışır, doğrudan da, tər tökürlər, 292 00:36:34,620 --> 00:36:41,220 bu işin üstündə çalışırlar. Onlar, inşallah, Allaha ümidlə, Uca Yaradana təvəkkül edərək 293 00:36:41,550 --> 00:36:43,470 həmin prinsiplər üzərində möhkəm durmalı, 294 00:36:45,070 --> 00:36:52,150 ölkənin və dövlətin mənafeyinə uyğun olan, xeyirli olan şeyləri, inşallah, təmin etməlidirlər. 295 00:36:52,320 --> 00:36:57,550 Ümidvaram ki, Allah-taala bu gözəl fürsətdən 296 00:36:58,050 --> 00:37:04,850 Onun razılığını qazanmaq istiqamətində istifadə etməyiniz üçün sizə mənəvi dəstək olacaq, inşallah. 297 00:37:05,100 --> 00:37:07,670 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.