1 00:00:08,960 --> 00:00:11,500 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:14,300 --> 00:00:17,130 Həmd olsun Allaha – aləmlərin rəbbinə! 3 00:00:22,300 --> 00:00:27,400 Peyğəmbərimiz və mövlamız Əbülqasim Mustafa Muhəmmədə və onun pak ailəsinə salam və salavat göndəririk. 4 00:00:37,860 --> 00:00:43,230 Əziz qardaş və bacılar, hamınız xoş gəlmisiniz. 5 00:00:45,060 --> 00:00:56,930 Qarilər, hafizlər, Quran biliciləri, Quranla sıx ünsiyyətdə olan insanlar 6 00:01:00,600 --> 00:01:08,600 bu müqəddəs kitabın ayələrini oxuduqda, doğrudan da, 7 00:01:11,000 --> 00:01:18,330 ətrafı Quranın rayihəsi bürüyür. 8 00:01:18,460 --> 00:01:29,930 Mən bu gözəl mərasimi araya-ərsəyə gətirmiş təşkilatçılara, 9 00:01:36,030 --> 00:01:40,960 əməyi olan hər kəsə təşəkkürmü bildirirəm. 10 00:01:41,130 --> 00:01:52,430 Möhtərəm qarilərə, bugünkü proqramda çıxış edən insanlara da təşəkkür edirəm. 11 00:01:53,130 --> 00:01:59,000 Ümidvarıq ki, Allah-taala bizi Quran əhli edəcək. 12 00:02:01,060 --> 00:02:10,430 Quranı oxumaq hələ ilk addımdır, müqəddimədir, əsas hədəf deyil; 13 00:02:10,660 --> 00:02:15,030 əsas hədəf Quran əxlaqına uyğunlaşmaq, 14 00:02:15,630 --> 00:02:27,500 bu əxlaqı özündə əks etdirməkdir. Peyğəmbərin (s) xanımları o həzrətin əxlaqı haqda belə nəql etmişlər: 15 00:02:28,060 --> 00:02:30,730 – “Onun əxlaqı Qurana çevrilmişdi”. 16 00:02:33,200 --> 00:02:46,530 Peyğəmbərin (s) əxlaqı başdan-başa Quranı əks etdirirdi. Başqa sözlə, Peyğəmbər (s) Quranın təcəssümü idi. 17 00:02:50,830 --> 00:03:03,400 Bizim də davranışımız, əxlaqımız, şəxsi əxlaqi keyfiyyətlərimiz Qurana uyğunlaşmalıdır; 18 00:03:04,560 --> 00:03:13,860 belə olmalıdır. Tilavət bunun müqəddiməsidir. 19 00:03:16,760 --> 00:03:24,330 Təkcə bu da deyil; şəxsi əxlaqımızdan əlavə, 20 00:03:26,330 --> 00:03:30,600 cəmiyyətimizi, yaşadığımız mühiti də Qurana uyğunlaşdırmalıyıq. 21 00:03:36,500 --> 00:03:48,730 Cahiliyyətin özünü zorla cəmiyyətimizə, həyatımıza sırımasına imkan verməməliyik; amma təəssüf ki, edib. 22 00:03:49,430 --> 00:04:05,800 Bu gün İslam dünyası cahil dövlətlərin hərtərəfli təzyiqləri içində əzab-əziyyət çəkir. 23 00:04:08,800 --> 00:04:15,160 Bu gün İslam dünyası zəifliyə, yoxsulluğa, 24 00:04:15,930 --> 00:04:23,000 konfliktlərə, vətəndaş müharibələrinə, öz təbii resurslarını 25 00:04:27,060 --> 00:04:38,840 və möhtəşəm daxili potensialını öz əleyhinə istifadə etməyə məhkumdur. 26 00:04:40,080 --> 00:04:43,820 İslam dünyasını buna zorla məcbur ediblər. 27 00:04:48,260 --> 00:04:59,370 Quran bizi bu təzyiq, sıxıntı və məcburiyyətlərdən xilas etmək istəyir; biz də buna yardımçı olmalıyıq. 28 00:05:00,480 --> 00:05:09,910 Quranı öyrənməli, Quranla ünsiyyətdə olmalı, Qurana təslim olmalı, 29 00:05:11,060 --> 00:05:23,600 Quranın hədəflərinə doğru irəliləməkdə əzm və iradə nümayiş etdirməliyik. Bax onda bacararıq. 30 00:05:25,600 --> 00:05:34,350 Bircə addım irəli atsaq, Allah-taala bizə ikiqat artıq güc verəcək. 31 00:05:35,420 --> 00:05:39,910 Bu gün müsəlman xalqları bunu anlamalı, dərk etməlidirlər. 32 00:05:41,110 --> 00:05:48,800 Bir addım atın, nəticəsinə baxın. Biz bunu təcrübədən keçirmişik; 33 00:05:51,600 --> 00:05:57,910 biz İran xalqı bunu sınaqdan çıxarmışıq. 34 00:06:00,040 --> 00:06:08,130 İslamın və Quranın düşmənləri qarşışında təslim olmamışıq, 35 00:06:08,570 --> 00:06:12,130 müqavimət göstərmişik, Allah da bizə güc-qüvvət verib. 36 00:06:16,220 --> 00:06:20,620 Nə qədər çox müqavimət göstərmişiksə, bir o qədər güclənmişik, 37 00:06:23,770 --> 00:06:29,910 bacarıqlarımız artıb, gələcəyə daha da ümidlə baxmışıq. 38 00:06:30,800 --> 00:06:35,280 İslam dünyasının dərdinin əlacı budur. 39 00:06:38,970 --> 00:06:50,840 İslam düşmənlərinin bu ümmət içərisində həmişə və elə bu gün də kəskin şəkildə izlədikləri 40 00:06:50,920 --> 00:07:03,200 əsas planlardan biri konflikt yaratmaqdan ibarətdir; bunun qarşısını almaq lazımdır. 41 00:07:05,530 --> 00:07:13,950 Konfliktə yol açacaq fikirlər səsləndirən hər kəs düşmənin ruporudur – 42 00:07:15,750 --> 00:07:17,660 özü bunun fərqində olsa da, olmasa da. 43 00:07:18,800 --> 00:07:30,910 Ehtiyatlı olaq ki, İslamın və Quranın düşmənlərinin ruporuna çevrilməyək. İnsanları konfliktə, ikitirəliyə çağırmaq lazım deyil. 44 00:07:33,420 --> 00:07:42,480 Düşmən müsəlmanlar arasında sünni-şiə, ərəb və qeyri-ərəb, 45 00:07:42,680 --> 00:07:51,680 ölkələrarası, etnik və milli mənsubiyyət, milli təəssübkeşlik zəminində 46 00:07:53,570 --> 00:08:06,440 konfliktlər qızışdırır. Bütün bunlara qarşı mübarizə aparmaq lazımdır. Əlbəttə ki, 47 00:08:07,000 --> 00:08:11,530 bunları sözdə demək asan, əməli işdə həyata keçirmək isə çətindir. 48 00:08:13,170 --> 00:08:20,310 Amma mümkündür, iş görmək üçün yol açıqdır. 49 00:08:22,420 --> 00:08:28,130 Əsas amil bizim əzm və iradəmizdir; qətiyyətli olub 50 00:08:29,880 --> 00:08:37,220 qərar qəbul etməliyik. Əzmkarlıq və gözüaçıqlıq iki başlıca amildir. 51 00:08:37,710 --> 00:08:42,620 Əvvəla, gözüaçıq olmalı, dost-düşməni tanımalıyıq. 52 00:08:46,220 --> 00:08:59,240 Bu gün müsəlman ölkələri arasında elələri var ki, onların rəsmiləri bu cəhətdən səhvə yol verir, 53 00:09:00,600 --> 00:09:04,420 dostu düşməndən ayırd edə bilmirlər. 54 00:09:06,420 --> 00:09:11,910 Düşməni dost, dostu düşmən zənn edirlər. Bu isə adama zərbə vurur. 55 00:09:12,280 --> 00:09:17,000 Belə bir yanaşma əsasında hərəkət edən ölkə 56 00:09:17,570 --> 00:09:20,860 zərbə alır; gözüaçıq olmaq lazımdır. 57 00:09:21,350 --> 00:09:28,330 De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar açıq-aşkar bir dəlillə insanları Allaha çağırırıq”. 58 00:09:30,620 --> 00:09:42,170 İnsan gözüaçıq olub doğru yolu tanısa, 59 00:09:44,530 --> 00:09:50,060 bundan sonra da əzm və iradə nümayiş etdirsə, tutduğu yolu 60 00:09:50,970 --> 00:09:57,240 daha asanlıqla qət edər. Allaha kömək etmək də elə budur; 61 00:09:58,150 --> 00:10:00,110 “Siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər”. 62 00:10:00,530 --> 00:10:05,350 Bundan da açıq-aydın necə deyilə bilər? 63 00:10:05,950 --> 00:10:10,260 “Siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər”. 64 00:10:12,880 --> 00:10:23,800 Allaha edilən yardım budur: Onun yolunu tanımaq və tapmaq, bu yolla getmək, 65 00:10:25,660 --> 00:10:35,200 düşmənin hiyləgər planlarına, aldadıcı vədlərinə uymamaq, zorakı tələblərinə boyun əyməmək. 66 00:10:36,910 --> 00:10:38,840 Bunu isə bizim üçün Quran təmin edir. 67 00:10:41,310 --> 00:10:48,880 Bizim hər il keçirdiyimiz bu Quran müsabiqəsi, əlhəmdulillah, çox uğurlu olur. 68 00:10:51,110 --> 00:10:59,240 Quran tədricən cəmiyyətimizdə ikinci bir nəfəs qazanıb. 69 00:11:03,020 --> 00:11:07,280 Allaha şükürlər olsun ki, cəmiyyətimizdə Quranla maraqlanan, 70 00:11:10,440 --> 00:11:17,510 özQuranla sıx bağlı olan, ozünü Qurana yaxın, munis bilən insanların sayı günü-gündən artmaqdadır. 71 00:11:19,950 --> 00:11:28,130 Görürsünüz, bu gün biz Quranın əzbərlənməsi, tilavəti üzərində çox dururuq; Görürsünüz, bu gün biz Quranın əzbərlənməsi, tilavəti üzərində çox dururuq; 72 --> qoy kimlərsə: “Bunlar əsas deyil”, – deyə irad bildirməsinlər. Biz də bilirik ki, bunlar əsas məsələ deyil, amma bunlar vasitədir. 73 00:11:38,000 --> 00:11:41,060 Bunlar olmadan Qurana yaxınlaşmaq mümkün deyil. 74 00:11:43,730 --> 00:11:53,110 Quran təlimləri ilə tanış olmayan, Qurandakı mənalar haqda dərindən düşünməyən, 75 00:11:53,600 --> 00:12:03,910 Quranla ünsiyyətdə olmayan bir insan Quranın qoyduğu yolla getmək istəyən bir cəmiyyətdə insanlara necə bələdçilik edə bilər? 76 00:12:04,620 --> 00:12:08,040 Bizim ziyalılarımız, gənclərimiz 77 00:12:10,130 --> 00:12:16,620 Quranla tanış olmalı, Quranla ünsiyyəti artırmalıdırlar. 78 00:12:18,220 --> 00:12:23,150 İnsanın düşüncəsi Qurandakı təlimlərlə, Quranın təbliğ etdiyi mənalarla 79 00:12:23,150 --> 00:12:27,060 dolduqdan sonra, “kuzə içindəkindən sızdıracaq”. 80 00:12:29,060 --> 00:12:40,040 Düşüncə Quran bilgiləri ilə zənginləşdikdən sonra bu öz təsirini dildə, əməllərdə, qərarlarda – 81 00:12:41,110 --> 00:12:47,020 mühüm və irimiqyaslı qərarlarda, davranışlarda da göstərəcək. 82 00:12:48,840 --> 00:12:51,640 Bizim izlədiyimiz hədəf bu olmalıdır. 83 00:12:52,930 --> 00:13:05,150 Ölkə rəsmiləri Quranın təbliği ilə bağlı məsələlərə əvvəlki kimi yenə də ciddi yanaşmalı, bunu xırda bir məsələ hesab etməməlidirlər. 84 00:13:06,310 --> 00:13:16,660 Quranın öyrənilməsi, tilavəti yolunu tutmuş, Quranla ünsiyyətdə olmağı sevən siz əziz gənclər də 85 00:13:16,750 --> 00:13:27,730 bu yola ciddi surətdə davam etməlisiniz. Quran bizim gələcəyimizə işıq tutur; 86 00:13:30,800 --> 00:13:40,350 Quran bizə doğru yolu, orta yolu göstərir, bizi səadətə qovuşdurur. 87 00:13:41,820 --> 00:13:49,510 Bəli, dedik ki, bu gün İslam dünyasının bir sıra zəif cəhətləri və çatışmazlıqları var, 88 00:13:49,510 --> 00:13:56,800 amma sevindirici haldır ki, müsəlman toplumları içərisində Quranın və İslamın hədəflərinə doğru irəliləyiş başlayıb. 89 00:13:58,310 --> 00:14:08,710 Region ölkələrində özünü göstərən bu islami oyanış yox olub aradan gedəcək bir şey deyil. 90 00:14:09,200 --> 00:14:18,350 Bu oyanış olacaq, qalacaq və inşallah, öz təsirini göstərəcək. 91 00:14:22,080 --> 00:14:24,310 İslami oyanış bir gerçəklikdir; 92 00:14:24,840 --> 00:14:31,680 inşallah, bu gerçəklik özünü günü-gündən daha da artıq büruzə verəcək. 93 00:14:32,350 --> 00:14:40,040 Əlbəttə ki, din alimlərinin, ziyalıların, yazarların, tələbələrin, 94 00:14:40,040 --> 00:14:50,130 elm adamlarının, o cümlədən camaatın diqqət mərkəzində olan siz qarilərin öhdəsinə daha böyük vəzifələr düşür. 95 00:14:50,130 --> 00:14:58,400 Siz insanlarda Quranın sizi müjdələdiyi o yola qarşı 96 00:14:58,400 --> 00:15:02,480 ümid, nikbin ruh yaratmalısınız. 97 00:15:04,130 --> 00:15:11,510 İnşallah, Allah-taala sizə uğurlar nəsib edər və tutduğunuz yolda sizi dəstəkləyər. 98 00:15:11,510 --> 00:15:19,170 İnşallah, müsəlman ölkələri, müsəlman xalqları Qurandan bəhrələnər. 99 00:15:19,170 --> 00:15:29,660 İnşallah, müsəlman dövlətləri, müsəlman ölkələrinə başçılıq edən hakimlər Qurana təkcə sözdə yox, 100 00:15:29,660 --> 00:15:40,020 əməldə də bir az daha artıq yaxınlaşar və inşallah, İslam dünyası Quran sayəsində xoşbəxt bir gələcək yaşayar. 101 00:15:41,060 --> 00:15:43,770 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.