1 00:00:08,840 --> 00:00:11,080 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:11,640 --> 00:00:14,640 و صلّي الله علي محمّد و اله الطّاهرين‌ 3 00:00:25,000 --> 00:00:27,640 Əzizlərim, xoş gəlmisiniz! 4 00:00:30,170 --> 00:00:40,090 Pak nəfəsinizlə bu havaya, bu hüseyniyəyə bir rayihə bəxş etmisiniz. 5 00:00:43,480 --> 00:00:51,760 Müəllimlərin nəfəsi, doğrudan da, pakdır 6 00:00:54,480 --> 00:01:03,160 və onların olduğu hər bir yerdə insan, 7 00:01:04,960 --> 00:01:15,600 inşallah ki, ilahi rəhmətin, ilahi bərəkətin olduğuna əmin olur. 8 00:01:18,400 --> 00:01:25,200 Ümidvaram ki, Allah-taala bu böyük işi, bu böyük məsuliyyəti 9 00:01:26,320 --> 00:01:34,480 ən gözəl şəkildə yerinə yetirməkdə həm siz müəllimlərə, həm də təhsil sahəsində çalışan rəsmilərə mənəvi dəstək olacaq. 10 00:01:34,960 --> 00:01:44,160 Rəcəb ayını yaşayırıq; sizin ifa etdiyiniz o gözəl və mənalı surudda da 11 00:01:44,320 --> 00:01:53,800 Allaha təvəssül, diqqət və dua ayı olan rəcəb ayına işarə olunurdu. 12 00:01:56,880 --> 00:02:05,320 Bu şərif ayda möminlər əl açıb Allaha bu şəkildə dua edirlər: 13 00:02:05,760 --> 00:02:17,120 َللهُمَّ فَاهدِني هُدَي المُهتَدينَ وَ ارزُقني اجتِهادَ المُجتَهِدينَ وَ لا تَجعَلني مِنَ الغافِلينَ المُبعَدين 14 00:02:18,800 --> 00:02:23,080 Hər üçü nə qədər əhəmiyyətlidir?! 15 00:02:23,800 --> 00:02:28,000 Sonuncusu isə bağışlanmadır ki, bu da bütün işlərin əsasını təşkil edir: 16 00:02:28,240 --> 00:02:30,000 وَ اغفِر لي يَومَ الدّين 17 00:02:32,000 --> 00:02:44,440 Bu duada Allahdan hidayət olunmuşların hidayətini, səy göstərənlərin səyini istəyirsiniz. 18 00:02:46,200 --> 00:02:54,200 Diqqət edin, əgər bu iki amil bizdə olsa, 19 00:02:55,600 --> 00:03:06,080 bütün problem və çətinliklər həllini tapar; əgər həm hidayət olunmuşların hidayəti nəsibimiz olsa, 20 00:03:07,720 --> 00:03:21,520 həm də bəşər tarixində irəli düşüb iş görmüş, çalışıb-vuruşmuş insanların əzmi, səyləri bizim rəftarımızda, danışığımızda, xasiyyətimizdə özünü göstərsə. 21 00:03:24,120 --> 00:03:30,120 Duada qeyd olunan 3-cü məqamda bizi təhdid edən bir təhlükədən danışılır: 22 00:03:30,280 --> 00:03:36,880 وَ لا تَجعَلني مِنَ الغافِلينَ المُبعَدي 23 00:03:37,480 --> 00:03:48,720 Qəflət, məlumatsızlıq ən böyük təhlükədir. Tutduğun yolu bilməmək, hədəfinin nə olduğunu bilməmək, 24 00:03:49,360 --> 00:03:58,400 güc və imkanlarına bələd olmamaq, əlindəki fürsətlərdən xəbərsiz olmaq, düşmənini tanımamaq, 25 00:03:59,880 --> 00:04:06,640 bu gün çiynimizə düşən vəzifənin nədən ibarət olduğunu bilməmək; qəflət, məlumatsızlıq. 26 00:04:08,480 --> 00:04:12,120 Bizim ən böyük düşmənimiz qəflətdir, məlumatsızlıqdır. 27 00:04:14,680 --> 00:04:27,160 Bizi başqa düşmənlərimizin qarşıısnda çökdürən birinci düşmənimiz qəflətdir. 28 00:04:28,120 --> 00:04:31,760 وَ لا تَجعَلني مِنَ الغافِلينَ المُبعَدي 29 00:04:32,440 --> 00:04:36,800 Bu qəflətin nəticəsi isə uzaqlaşmaqdır – 30 00:04:37,080 --> 00:04:44,400 Allahdan uzaqlaşmaq, hədəfdən uzaqlaşmaq, arzularımıza çatmaqdan uzaqlaşmaq. 31 00:04:45,680 --> 00:04:55,680 Duaların məzmununda tövhid var, Uca Allahın məqamını tanıma var, həyat dərsi var; 32 00:04:56,400 --> 00:05:04,640 gəlin duaları oxuyarkən bunlara diqqət edək və bu ayın ab-havasından bəhrələnək. 33 00:05:06,520 --> 00:05:17,640 Müəllimlər həftəsinin qeyd olunması əziz şəhidimiz, dahi insan mərhum Ayətullah Mütəhhərinin adı və mübarək xatirəsi ilə bağlıdır. 34 00:05:17,920 --> 00:05:30,600 Şəhid Mütəhhərinin üstün cəhətləri çox idi, amma məncə, onun şəxsiyyətinin ən bariz göstəricisi müəllimlik fəaliyyəti idi. 35 00:05:30,880 --> 00:05:41,480 O, bir müəllim idi; teoloji mərkəzdə dərs deyirdi, universitetdə dərs deyirdi, adi həyatda da müəllim idi. 36 00:05:41,760 --> 00:05:56,040 Onun nitqləri də bir dərs idi, insana nə isə öyrədirdi. Çünki ixlasla, ciddi səy və cəhdlə olurdu. 37 00:05:58,640 --> 00:06:03,920 Mən bu böyük insanın elm sahəsindəki gərgin çalışmalarının yaxından şahidi olmuşdum. 38 00:06:05,600 --> 00:06:14,840 Hər mövzu üçün qeydləri var idi. Harada bir şey müşahidə etsə, 39 00:06:14,840 --> 00:06:21,520 tez onu özü üçün qeyd edərək müəyyən bir yerə qoyurdu. 40 00:06:22,120 --> 00:06:30,120 O, mənə müxtəlif mövzularla bağlı qeydlərini topladığı bağlamaları göstərmişdi. 41 00:06:30,120 --> 00:06:37,880 O vaxt mən ondakı hövsələyə, həvəsə, çalışqanlığa, marağa təəccüb edirdim. 42 00:06:38,680 --> 00:06:45,760 Bütün bunların nəticəsi isə odur ki, bu gün o insanın ölümündən 35 il keçir, 43 00:06:46,120 --> 00:06:49,600 amma onun kitabları, söylədiyi nitqlər yaşayır, qalmaqdadır. 44 00:06:50,480 --> 00:06:55,440 Bu gün o kitablar, o çıxışlar, o dərslər 45 00:06:55,720 --> 00:07:00,680 gənc nəslimizin, tədqiqatçılarımızın işinə yarayır. 46 00:07:02,160 --> 00:07:06,480 Əlbəttə, mən onu demək istəmirəm ki, təkcə bunlar kifayətdir. 47 00:07:06,560 --> 00:07:12,960 Yeni sözlər var, yeni fikirlər var, yeni irad və şübhələr irəli sürülür 48 00:07:12,960 --> 00:07:20,520 və kimlərsə Mütəhhəri əzmi ilə çalışmalıdır. Onun adı isə daim yaşayacaq. 49 00:07:23,080 --> 00:07:32,600 Bu gün mən, əsasən, təhsillə bağlı bir neçə məsələyə toxunmaq istəyirəm. 50 00:07:33,520 --> 00:07:39,320 Digər məsələlər də var ki, ola bilsin, onlara da toxunduq, 51 00:07:39,320 --> 00:07:46,640 amma əsas söhbətimiz təhsil problemləri ətrafında olacaq; mənim üçün mühüm olan bir mövzu ətrafında. 52 00:07:48,840 --> 00:08:01,920 Bu məsələnin mənim üçün bu qədər önəmli olmasının səbəbi isə budur ki, təhsil, yeni nəslin tərbiyəsi, əslində, gələcək dünyanın quruculuğunda başlıca mehvərdir. 53 00:08:03,920 --> 00:08:12,360 20, 25 ildən sonra bizim bir sabahımız olacaq 54 00:08:12,520 --> 00:08:19,080 və bu gün hələ yetişməkdə olan gənc nəsil iş başına gələcək. 55 00:08:19,080 --> 00:08:24,080 Həmin gənc nəsli yetişdirənlər isə müəllimlərdir, təlim-tərbiyə müəssisələridir. 56 00:08:26,160 --> 00:08:29,280 Siz yeni bir nəsil ərsəyə gətirməkdəsiniz. 57 00:08:29,680 --> 00:08:33,680 Onu necə yetişdirəcəksiniz? Bu, çox əhəmiyyətlidir. 58 00:08:33,880 --> 00:08:46,560 Ölkəmizin gələcəyi, dünyamızın gələcəyi təlim-tərbiyə ocaqlarının bugünkü fəaliyyətindən asılıdır. Bu, balaca bir şey deyil. 59 00:08:46,800 --> 00:08:52,800 Bu qədər əhəmiyyətli olan ikinci başqa bir strukturumuz yoxdur. 60 00:08:54,280 --> 00:09:00,320 Düzdür, universitetlərdə də dərs oxuyurlar, teoloji mərkəzlərdə də elm öyrənirlər, 61 00:09:01,080 --> 00:09:08,880 ictimai mühitdə də tərbiyə olunurlar, amma müəllimlərin təsiredici rolu əvəzsizdir. 62 00:09:10,520 --> 00:09:20,640 Müəllimlərin bu günün körpəsi, sabahımızın isə kişi və qadınları olan uşaqlara bu mərhələdə, 63 00:09:20,640 --> 00:09:30,280 yəni uşaqlıq dövründən başlayaraq bu 12 illik müddət bitənə qədər 64 00:09:30,560 --> 00:09:38,680 mənəvi-psixoloji cəhətdən göstərə biləcəyi təsir misilsizdir. 65 00:09:39,000 --> 00:09:44,640 Bu rolu nə ata, nə ana, nə ətraf mühit – heç biri oynaya bilməz. 66 00:09:45,320 --> 00:09:49,320 Müəllim belə bir şəxsiyyətdir, təhsil belə bir strukturdur. 67 00:09:52,000 --> 00:10:03,280 Orta təhsil müəssisələri, müəllimlər cəmiyyətlə, insanların gündəlik yaşamı ilə təmasda olmaq baxımından da ən yüksək paya malikdir. 68 00:10:03,480 --> 00:10:07,960 Sizin 13 milyona yaxın şagirdiniz var, 69 00:10:08,800 --> 00:10:14,600 onların valideynlərini də – hansı ki 26 milyon insan edir – bunun üstünə gəlsək, 70 00:10:15,720 --> 00:10:21,560 39 milyon nəfər olur; 1 milyon nəfər də müəllimlər və təhsil işçiləri. 71 00:10:21,560 --> 00:10:28,840 Təxminən 40 milyon insan bu qurumla bilavasitə əlaqədədir. 72 00:10:29,920 --> 00:10:38,880 Başqa hansı qurum cəmiyyətlə bu qədər effektiv və əhəmiyyətli surətdə təmasdadır? 73 00:10:40,760 --> 00:10:44,520 Təhsil sisteminin üzərində bu qədər durmağımızın səbəbi budur. 74 00:10:46,000 --> 00:10:54,840 Mən təhsil sistemi haqqında bir kəlmə onu demək istəyirəm – 75 00:10:54,840 --> 00:10:57,960 və bunu dəfələrlə demişəm, indi də təkrar edirəm – ki, 76 00:10:57,960 --> 00:11:05,840 belə bir qurum üçün biz nə qədər də pul xərcləsək, bu, xərc deyil, sərmayə qoyuluşudur. 77 00:11:09,000 --> 00:11:14,600 Təhsilin iqtisadiyyatına bu nöqteyi-nəzərdən baxmaq lazımdır. 78 00:11:15,840 --> 00:11:21,000 Təhsil sisteminin iqtisadiyyatı heç bir başqa quruma bənzəmir. 79 00:11:21,240 --> 00:11:27,800 Burada siz nə qədər pul xərcləsəniz də, əslində, sərmayə qoymuş olursunuz. 80 00:11:29,560 --> 00:11:38,280 İstərdim ki, ölkə və hökumət rəsmilərimiz, camaatımız bax bu əsas fikrə, 81 00:11:38,280 --> 00:11:44,440 başlıca məqama diqqət yetirsinlər. 82 00:11:45,640 --> 00:11:49,720 Təhsil sisteminin əhəmiyyəti haqqında bu qədər. 83 00:11:49,720 --> 00:11:55,960 Bu böyük strukturda başlıca mehvər olan, 84 00:11:56,840 --> 00:12:07,680 meydanın bayraqdarı olan və əslində, onu idarə edən, 85 00:12:08,240 --> 00:12:14,080 hər kəsin onun ehtiyacı olan hər bir şeyi hazırlamalı olduğu şəxs kimdir? 86 00:12:16,640 --> 00:12:19,280 Müəllim. Meydanın əsl sahibi müəllimdir. 87 00:12:19,680 --> 00:12:28,640 Cürbəcür qurumlar, cürbəcür təşkilatlar, müxtəlif sənədlər, dərsliklər 88 00:12:28,640 --> 00:12:36,520 və sair və sair – bunların hamısı meydanın o əsl sahibinin işinə dəstək olmaq üçündür. 89 00:12:36,720 --> 00:12:45,720 Yaxşı müəllim odur ki – qeyd etdiyim kimi – şagirdlərinə əvəzsiz təsir göstərsin. 90 00:12:46,960 --> 00:12:56,160 Yaxşı müəllimlərimiz olsa, hətta keçmişdəki məktəbxana sistemi kimi bir sistemlə də 91 00:12:57,560 --> 00:13:04,160 dahi şəxsiyyətlər yetişdirmək olar; necə ki belə şəxsiyyətlərin yetişdirildiyini görürük də. 92 00:13:06,120 --> 00:13:13,600 Yaxşı müəllim hətta əlverişsiz bir təhsil sistemi ilə, 93 00:13:13,600 --> 00:13:19,000 uyğun olmayan bir şəraitdə də böyük insanlar, 94 00:13:20,480 --> 00:13:30,720 böyük şəxsiyyətlər, simalar yetişdirib ərsəyə gətirə bilər. Demək ki, əsas müəllimdir. 95 00:13:31,440 --> 00:13:37,040 Yaxşı, bəs müəllimin işi nədən ibarətdir? Mən burada qeydlər etmişəm; 96 00:13:37,760 --> 00:13:45,280 müəllim aşağıdakı xüsusiyyətlərə malik bir yeni nəsil yetişdirməlidir: bilikli olsun, imanlı olsun, 97 00:13:46,360 --> 00:13:54,440 özünəinamlı olsun, optimist olsun, yüksək əhval-ruhiyyədə olsun, 98 00:13:55,320 --> 00:14:07,320 fiziki və mənəvi cəhətdən sağlam olsun, gözüaçıq olsun, iradəli olsun, 99 00:14:08,360 --> 00:14:18,360 xərci az, faydası çox olsun. Müəllim belə bir nəsil yetişdirmək istəyir. 100 00:14:18,880 --> 00:14:24,080 Bunlar balaca şeylər deyil. 101 00:14:24,080 --> 00:14:30,960 İndi bu, bir sözdür, deyirik, amma dərinliyinə varsaq, bu nə deməkdir? 102 00:14:32,920 --> 00:14:36,880 “Onları pis əməllərdən təmizləyən, onlara Kitab və hikməti öyrədən bir peyğəmbər göndərdi.” 103 00:14:36,880 --> 00:14:42,680 Peyğəmbərlərin missiyası budur; Peyğəmbərlərin işi bəşəriyyəti xilas etmək, 104 00:14:44,240 --> 00:14:53,000 daha ali və yüksək bir insan cəmiyyəti yaratmaqdır. Peyğəmbərlərin işi bundan ibarətdir. 105 00:14:53,000 --> 00:14:58,640 Deyirik ki, “müəllimlik peşəsi peyğəmbərlərlik kimidir”, 106 00:14:58,920 --> 00:15:04,000 Bu sözün mənasının dərinliyi, mahiyyəti budur. Müəllim budur. 107 00:15:04,000 --> 00:15:06,280 Əlbəttə ki, bunun özünəməxsus tələbləri, vacib olan şərtləri var. 108 00:15:06,560 --> 00:15:11,650 Həmin tələblərdən biri qeyd etdiyim iqtisadiyyat məsələsidir. 109 00:15:11,650 --> 00:15:18,100 Təhsilin iqtisadiyyatı, müəllimlərin məişət rifahı mühüm şərtlərdən biridir. 110 00:15:19,970 --> 00:15:23,170 Dövlət strukturlarının əlindəki imkanların məhdud olduğunu bilirik; 111 00:15:26,220 --> 00:15:30,670 mövcud problem və çatışmazlıqlara biganə yanaşmırıq, 112 00:15:32,700 --> 00:15:42,320 amma dövlət rəsmiləri bu sferaya xüsusi diqqət ayırmağa əzm göstərməlidirlər. 113 00:16:06,100 --> 00:16:11,950 Qeyd etdiyim kimi, bu, bir sərmayə qoyuluşudur, gələcəkdə verimliliyi olacaq, 114 00:16:12,920 --> 00:16:20,850 əlavə dəyər istehsal ediləcək. Bu, sırf pul xərcləmək deyil. 115 00:16:22,650 --> 00:16:32,900 Dövlətin idarə olunmasında, dövlət səviyyəsində qəbul edilən qərarlarda bu, bizim üçün birinci dərəcəli məsələ olmalıdır. 116 00:16:33,000 --> 00:16:37,200 Belə etməsək, düşmən bundan sui-istifadə edəcək; özünüz görürsünüz ki edir də. 117 00:16:38,520 --> 00:16:47,320 Düşmən öz mediası ilə, radioları ilə, əlaltıları vasitəsilə, 118 00:16:48,100 --> 00:16:56,350 dövlətə və İslama qarşı qəlbiqara olan insanların əli ilə – 119 00:16:56,970 --> 00:17:00,870 bu kimi üsul və vasitələrlə vəziyyətdən sui-istifadə edəcək. 120 00:17:01,900 --> 00:17:09,670 Əlbəttə ki, müəllimlərimiz həm sayıq, həm nəcib, həm də imanlıdırlar. Mən buna, həqiqətən də, inanıram. 121 00:17:10,050 --> 00:17:16,300 Bütün bu illər boyu bunu sınaqdan çıxarmışıq, bu gün də ölkə miqyasında müşahidə edirik. 122 00:17:17,600 --> 00:17:23,320 Bizim müəllimlərimiz düşmənin planlarından məlumatsız deyil. 123 00:17:24,120 --> 00:17:28,120 Müəyyən adamlar sosial problemlər adı altında şüarlar irəli sürür, 124 00:17:28,250 --> 00:17:35,370 arxasından da fitnəkar siyasi şüarlar yeridirlər. 125 00:17:35,370 --> 00:17:41,350 Onların sağlam stimulla çıxış etmədiyini, 126 00:17:41,500 --> 00:17:44,970 müəllimlərə ürəkləri yandığına görə hərəkətə keçmədiklərini, başqa hədəflər izlədiklərini hamı anlayır. 127 00:17:45,470 --> 00:17:51,200 Hansısa xarici media orqanı bu məsələ üzərində fəaliyyətə keçsə də 128 00:17:51,200 --> 00:17:58,550 – görürsünüz ki, elə indi də bunu edirlər, bir müddət əvvəl lap çox edirdilər 129 00:18:00,400 --> 00:18:05,200 – bu, canıyananlıqdan deyil. Bu, dövlətə problem yaratmaq üçündür, 130 00:18:05,320 --> 00:18:08,150 dövlətə başağrısı yaratmaq üçündür. 131 00:18:10,100 --> 00:18:13,620 İslama, ölkəmizin suverenliyinə, 132 00:18:13,620 --> 00:18:17,770 İslam Respublikası quruluşna qarşı kin və bədxahlıqdan qaynaqlanır. 133 00:18:18,600 --> 00:18:22,050 Ona görə də bunların əlinə bəhanə vermək lazım deyil. 134 00:18:22,600 --> 00:18:30,350 Hökumət strukturları, maliyyə və iqtisadiyyat məsələlərinə cavabdeh olan rəsmilər bu məqama diqqət yetirsinlər, 135 00:18:30,420 --> 00:18:36,370 bunu özlərinin başlıca fəaliyyət proqramlarına salsınlar. Bu, mühüm bir məsələdir. 136 00:18:40,100 --> 00:18:45,600 Əlbəttə, qeyd etdiyim kimi, müəllimlər diqqətli olmalıdırlar və elə diqqətlidirlər də. 137 00:18:45,600 --> 00:18:49,770 Sevindirici haldır ki, bizim müəllimlərimiz ehtiyatlıdırlar. 138 00:18:51,320 --> 00:19:01,370 Bəzilərinin əllərindən gəldiyi formada dövlətə, inqilaba əziyyət vermələri, 139 00:19:01,370 --> 00:19:08,370 sancıb zəhərlərini buraxmaları, dövlətlə yola getməmələri 140 00:19:09,170 --> 00:19:14,170 müəllimləri sevdiklərinə görə yox, dövlətə qarşı bəslədikləri kin-küdurət üzündəndir. 141 00:19:14,170 --> 00:19:18,520 Başqa hər nə şüar tapsalar, ondan bu şəkildə istifadə edəcəklər. 142 00:19:19,420 --> 00:19:24,250 Digər bir mühüm məsələ Ziyalılar Universiteti məsələsidir ki, 143 00:19:26,050 --> 00:19:33,470 mən bundan əvvəl də həm möhtərəm nazirlə olan özəl söhbətlərimizdə, 144 00:19:34,220 --> 00:19:40,820 həm də müəllimlər qarşısında etdiyim kütləvi çıxışlarda buna toxunmuşam. 145 00:19:40,920 --> 00:19:51,350 Ziyalılar Universiteti çox önəmlidir. Müəllimlərin işə götürülməsi, tədris və təlim-tərbiyə ilə əlaqəli bütün proseslər 146 00:19:52,320 --> 00:20:05,150 sağlam olmalı, İslam və inqilab meyarları əsasında ölçülməlidir. 147 00:20:07,520 --> 00:20:13,120 Bunu həyata keçirə bilsək, sizin istədiyiniz nəticəni ala bilərik. 148 00:20:14,000 --> 00:20:20,120 Həm Allahın razılığı qazanılmış olar, həm də ölkənin gələcəyi üçün – az öncə qeyd etdiyim kimi 149 00:20:20,800 --> 00:20:30,570 – möhtəşəm və ümidverici bir gənc nəsil yetişdirilər. Bunlara riayət olunmasa, yox, 150 00:20:31,950 --> 00:20:38,600 bütün bunların heç biri olmaz. Ziyalılar Universitetində həm dərs vəsaitləri və keçilən dərslərin məzmunu, 151 00:20:38,800 --> 00:20:41,950 həm dərs deyən müəllimlər, elmi heyətin tərkibi çox əhəmiyyətlidir. 152 00:20:44,550 --> 00:20:53,100 Biz camaatın uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmaq, cəmiyyətə böyük şəxsiyyətlər təqdim etmək üçün 153 00:20:54,050 --> 00:21:01,700 kimlər, necə insanlar yetişdirmək istəyirik? Bu, çox əhəmiyyətlidir. 154 00:21:05,370 --> 00:21:09,300 Odur ki Ziyalılar Universitetinə cəlb olunan insanların layiqli şəxslər olması, orada dərs deyən müəllimlərin şəxsiyyəti, 155 00:21:09,300 --> 00:21:15,820 dərs vəsaitləri məsələsi, keçilən dərslərin məzmun və mahiyyəti çox önəmlidir. 156 00:21:16,170 --> 00:21:22,370 Daha bir önəmli məsələ təhsil sistemində əsaslı dəyişikliklər məsələsidir. 157 00:21:22,370 --> 00:21:29,400 Sevindirici haldır ki, bu gün möhtərəm nazir bu məsələyə toxundu, həyata keçirilmiş işləri qısaca qeyd etdi. 158 00:21:30,170 --> 00:21:34,920 Mən bundan əvvəl də onun məruzəsini görmüşdüm. 159 00:21:36,950 --> 00:21:42,020 Bu məsələdə əsas əhəmiyyətli olan odur ki, 160 00:21:42,120 --> 00:21:52,770 təhsil sistemimizin əsaslı bir dəyişikliyə ehtiyac duyduğunu bir fakt kimi hər kəs qəbul edib. 161 00:21:54,100 --> 00:22:03,000 Ölkənin köhnə təhsil sisteminin heç bir başqa nöqsanı olmasaydı belə, 162 00:22:03,470 --> 00:22:09,820 zaman keçdikcə onda heç bir yeniliyin həyata keçirilməməyinin özü onun bu gün üçün 163 00:22:09,820 --> 00:22:15,570 məqbul sayılmaması və əsaslı dəyişikliyə ehtiyac olduğunu qəbul etmək üçün kifayətdir. 164 00:22:15,750 --> 00:22:23,300 Nə yaxşı ki, “Təhsil sistemində əsaslı dəyişikliklər haqqında dövlət sənədi” 2-3 il bundan əvvəl işlənib-hazırlanaraq 165 00:22:24,000 --> 00:22:26,220 ictimaiyyətə təqdim olundu 166 00:22:26,500 --> 00:22:37,920 və aparıcı mütəxəssislər, təhsil ekspertləri onu yüksək səviyyəli, dəyərli bir sənəd kimi qiymətləndirdilər. 167 00:22:38,100 --> 00:22:44,100 Bu işin biliciləri, bu sahənin mütəxəssisləri bu sənədi dəstəkləyirlər. 168 00:22:44,100 --> 00:22:55,100 Təhsil sahəsi üzrə ekspertlər uzun zaman ərzində, saatlarla çəkilən gərgin əmək nəticəsində, 169 00:22:55,220 --> 00:23:00,100 hamının yardımı sayəsində hazırlanaraq ərsəyə gəlmiş bu sənədi 170 00:23:01,350 --> 00:23:09,420 müsbət qarşılayır, çox fundamental və əhəmiyyətli bir dövlət sənədi olduğunu deyirlər. 171 00:23:09,850 --> 00:23:12,520 Odur ki bu sənəd icra olunmalıdır. 172 00:23:14,200 --> 00:23:20,200 Əlbəttə ki, belə şeylərin qısa zaman ərzində nəticə verməsini gözləmək düzgün deyil. 173 00:23:21,070 --> 00:23:26,500 Bunlar elə şeylər deyil ki, nəticəsi 1, 2, 5 il ərzində görünsün. 174 00:23:26,500 --> 00:23:33,670 Bunlar elə şeylərdir ki, səbir və hövsələ, iş – ardıcıl iş tələb edir. 175 00:23:35,870 --> 00:23:40,070 Bu sənədin tamlığının qorunması da mühüm bir məqamdır. 176 00:23:40,070 --> 00:23:45,400 Qeyd etdilər ki, bu sənədin maddələrindən bir qismi icra olunub. Çox yaxşı, 177 00:23:46,470 --> 00:23:53,120 amma onun bütün maddələri icra olunmalıdır. Bu, bütöv bir məcmudur. 178 00:23:54,750 --> 00:23:58,850 Onun bəzi maddələrini, məsələn 40, ya buna yaxın maddəsini həyata keçirib, 179 00:23:58,850 --> 00:24:02,370 qalanlarını diqqətdən kənarda qoymaqla heç bir nəticə əldə etməyəcəyik. 180 00:24:03,020 --> 00:24:06,050 Bu məcmunun tamlığı qorunmalıdır. 181 00:24:06,050 --> 00:24:10,520 Onun bütün maddələrinə əməl olunarsa, 182 00:24:10,750 --> 00:24:18,270 işlər irəli gedər, sürət tempi olar və bu sənəd düzgün icra olunar. 183 00:24:20,420 --> 00:24:27,400 Təhsil sahəsində çalışanların bu sənədlə yaxından tanış olması da çox böyük əhəmiyyət kəsb edir; 184 00:24:27,400 --> 00:24:30,420 təhsil işçiləri bu sənədin qarşıya hansı tələblər qoyduğunu bilməlidirlər. 185 00:24:32,170 --> 00:24:39,620 Orta məktəbin bu və ya digər pilləsində dərs deyən müəllim 186 00:24:39,950 --> 00:24:44,520 bu əsaslı dəyişikliyin şəxsən ondan nələri istədiyini bilməlidir. 187 00:24:45,720 --> 00:24:51,420 Məktəblərdə çalışan rəhbər işçilər 188 00:24:51,420 --> 00:24:58,170 bu sənədə əsasən qarşısında hansı vəzifələri daşıdıqlarını bilməlidirlər. 189 00:24:58,450 --> 00:25:01,800 Bu sənədin tələbləri konkret şəkildə müəyyən olunmalıdır. 190 00:25:03,170 --> 00:25:08,900 Onun tələblərini təhsil sisteminin geniş müstəvisində 191 00:25:09,300 --> 00:25:17,450 dərk və müzakirə etmək üçün müvafiq proqramlar hazırlanmalıdır. 192 00:25:19,200 --> 00:25:26,220 Milli media və təbliğat orqanları da bu işdə köməyə gəlməlidirlər. 193 00:25:27,220 --> 00:25:35,520 Hətta bəzən belə bir təklif irəli sürülür ki, “Səda və sima” Dövlət Teleradiosu bu mövzunu açıqlamaq, 194 00:25:35,720 --> 00:25:39,200 ictimaiyyətə başa salmaq üçün ayrıca bir kanal ayırsın. 195 00:25:39,600 --> 00:25:44,100 Bunun üçün, əlbəttə ki, təhsil rəsmiləri teleradionun rəsmiləri ilə 196 00:25:44,120 --> 00:25:46,700 oturub danışmalı, onların razılığını almalıdırlar. 197 00:25:48,400 --> 00:25:52,550 “Təhsil sistemində əsaslı dəyişikliklər haqqında dövlət sənədi”nin həyata keçirilməsi baxımından mühüm olan digər bir məqam 198 00:25:52,550 --> 00:25:55,750 – möhtərəm nazirin də bu gün qeyd etdiyi kimi 199 00:25:55,850 --> 00:25:58,300 – 6-cı inkişaf proqramının imkan və potensialıdır. 200 00:25:59,650 --> 00:26:07,970 Hazırda 6-cı inkişaf proqramının siyasətləri işlənib hazırlanır, 201 00:26:08,050 --> 00:26:13,850 ardınca proqramın özü də işlənəcək, qəbul olunacaq və icrasına başlanacaq. 202 00:26:13,850 --> 00:26:19,270 Bu proqramda 203 00:26:19,270 --> 00:26:28,850 təhsil və təhsildə əsaslı dəyişikliklər məsələsi hökmən nəzərə alınmalıdır ki, 204 00:26:28,920 --> 00:26:34,500 biz 1404-cü ildə təhsil sahəsində əlimizdə nələrin olacağını bilək. 205 00:26:36,070 --> 00:26:41,020 Rəsmilərin diqqətinə çatdırmaq istədiyim daha bir mühüm məsələ var; 206 00:26:41,750 --> 00:26:50,500 diqqətli olun ki, təhsil sahəsində əsaslı dəyişikliklərin yerini səthi, 207 00:26:51,200 --> 00:26:58,350 gündəlik işlər səviyyəsində olan dəyişikliklər tutmasın. Bu kimi işlərlə qane olub sevinməyək ki, dəyişiklik edirik. 208 00:26:59,270 --> 00:27:01,070 Səthi dəyişikliklər əhəmiyyətli deyil. 209 00:27:01,170 --> 00:27:12,620 Əsas olan “Təhsildə dəyişikliklər haqda sənəd”in maddələridir ki, onların icrası ilə bu bina yenidən qurulacaq. Mühüm olan budur. 210 00:27:14,150 --> 00:27:23,300 Sevindirici haldır ki, lazımi şərait də hazırlanıb, var. Bu gün mən ölkə miqyasında 211 00:27:23,300 --> 00:27:30,550 təhsil sahəsinə nəzər salanda görürəm ki, təlim-tərbiyə prosesinin keyfiyyətini yüksəltmək, 212 00:27:30,650 --> 00:27:34,870 bu mühüm və həssas strukturda 213 00:27:35,100 --> 00:27:43,370 fundamental dəyişikliklər həyata keçirmək üçün siz təhsil işçilərinin və təhsil rəsmilərinin daha münasib şəraiti var. 214 00:27:43,370 --> 00:27:46,890 Vaxt var idi ki, ölkəmizdə 18 milyon orta məktəb şagirdi var idi, 215 00:27:47,370 --> 00:27:52,400 indi bu rəqəm 13 milyondan aşağıdır. Bu, bir fürsətdir. 216 00:27:52,620 --> 00:28:02,700 Vaxt var idi ki, biz məktəblərin sayı baxımından ciddi sıxıntı yaşayırdıq, 217 00:28:03,370 --> 00:28:09,390 ölkədə 2, 3 növbəli məktəblər az deyildi; 218 00:28:09,470 --> 00:28:12,880 bu gün isə, xoşbəxtlikdən, vəziyyət dəyişib. 219 00:28:13,310 --> 00:28:23,680 Ölkənin əksər yerlərində yaxşı vəziyyətdə olan məktəblər var. Bu işə maraq göstərən, 220 00:28:23,680 --> 00:28:25,850 qatılan xeyriyyəçi insanlar da var və bu tendensiya qorunmalıdır. 221 00:28:25,850 --> 00:28:31,000 Odur ki bu gün bu dəyişikliyi həyata keçirə bilməyimiz üçün şərait hazırdır. 222 00:28:31,000 --> 00:28:35,630 Ən azından, sevindirici haldır ki, ölkədə sabitlik var, təhlükəsizlik hökm sürür, 223 00:28:36,110 --> 00:28:40,780 dövlət rəsmiləri həvəs və maraqla işə can atır. 224 00:28:40,970 --> 00:28:47,180 Bu gün təhsilimizi keyfiyyət baxımından, mahiyyət baxımından, əsaslı yenidənqurma baxımından, 225 00:28:47,210 --> 00:28:51,770 inşallah ki, önəmli bir nöqtəyə gətirə biləcəyimiz bir gündür. 226 00:28:52,110 --> 00:28:59,600 Və qeyd etdiyim kimi, bu dəyişikliyin mehvəri müəllimlərdir. 227 00:28:59,600 --> 00:29:03,740 Meydanın ortasında ən ağır yükü çiyinlərinə alan siz əziz müəllimlərimizsiniz. 228 00:29:04,380 --> 00:29:13,740 Mən bu məqamda fürsətdən istifadə edərək ölkəmizin müxtəlif bölgələrində çalışan müəllimləri salamlayıram, 229 00:29:13,740 --> 00:29:19,930 ümidvaram ki, Allah-taala bütün müəllimlərimizi Öz himayəsinin kölgəsi altına alacaq. 230 00:29:19,930 --> 00:29:29,100 Mən təhsil mövzusundan kənara çıxaraq bu gün ölkə üçün əsas əhəmiyyətli məsələlər sırasına daxil olan bir məsələyə də toxunmaq istəyirəm. 231 00:29:29,960 --> 00:29:35,900 Bu, düşmənlərin İslam Respublikasına münasibət formasıdır. 232 00:29:36,160 --> 00:29:50,090 Geridə qoyduğumuz 35 il ərzində bu möhtəşəm xalq hərəkatının heybəti 233 00:29:50,090 --> 00:29:52,650 İslam Respublikasının düşmənlərinə həmişə göz dağı olub. 234 00:29:54,190 --> 00:30:00,190 Bizi qaralamaq üçüb əllərindən gələni ediblər, 235 00:30:01,130 --> 00:30:08,010 amma İran xalqının və İslam Respublikasının heybəti bunları həmişə çəkindirib. 236 00:30:09,070 --> 00:30:14,120 Biz bu möhtəşəmliyi, bu nüfuzu həmişə qoruyub saxlamalıyıq; bu heybət olduğu kimi qorunmalıdır. 237 00:30:14,400 --> 00:30:17,230 Özü də bu, bir uydurma deyil, reallıqdır. 238 00:30:18,960 --> 00:30:24,460 Biz böyük bir ölkəyik, dünyanın bir çox yerlərindən 239 00:30:25,440 --> 00:30:35,020 daha qədim və zəngin tarixi-mədəni keçmişi olan, yetmiş neçə milyonluq, 240 00:30:36,880 --> 00:30:45,710 şücaətli, əzmkar, öz kimliyini, milli qürur və heysiyyətini qoruyan bir xalqıq. 241 00:30:47,390 --> 00:30:51,420 Müqəddəs Müdafiə illərində bunun nümunəsini hər kəs gördü. 242 00:30:51,630 --> 00:30:59,200 Bu 8 ildə İran xalqını diz çökdürmək üçün Şərqdən və Qərbdən dünyanın bütün böyük dövlətləri, 243 00:30:59,200 --> 00:31:06,800 onlardan asılı olanlar, irticaçılar – hamı əl-ələ verdi, amma buna müvəffəq ola bilmədilər. 244 00:31:09,240 --> 00:31:16,030 Belə bir xalq dünya ictimaiyyətinin gözündə nüfuz və ehtişam qazanmalı deyildimi? 245 00:31:16,200 --> 00:31:18,000 Bu əzəməti qoruyub saxlamaq lazımdır. 246 00:31:20,110 --> 00:31:27,950 Bunu bir çox ölkələrin rəsmiləri, vəziyyətdən xəbəri olanlar özləri bizə deyiblər, 247 00:31:27,950 --> 00:31:31,870 bəziləri birbaşa özümüzə deməyə ürək eləməyiblər, 248 00:31:32,650 --> 00:31:36,510 öz aralarında danışıblar, xəbəri gəlib bizə çatıb. 249 00:31:37,310 --> 00:31:40,330 Onların bizə qarşı tətbiq etdiyi bu sanksiyalar, 250 00:31:40,330 --> 00:31:44,320 İslam Respublikasına göstərdikləri təzyiqlər 251 00:31:44,320 --> 00:31:48,880 başqa hansı ölkəyə olsaydı, onu çökdürərdi, dağıdardı, 252 00:31:50,330 --> 00:31:53,680 amma biz elə bir dövlətik ki, bütün bunlar bizi heç sarsıtmadı da. 253 00:32:18,200 --> 00:32:22,860 Bu, balaca bir şey deyil, çox böyük bir hadisədir. 254 00:32:23,280 --> 00:32:29,560 Əlbəttə ki, dünyada aparılan təbliğat insanların qarşısında 255 00:32:30,080 --> 00:32:37,040 daim bir toz-duman qatı, bir örtük, pərdə yaradaraq çoxlarının reallıqları görməsinə imkan vermir. 256 00:32:37,040 --> 00:32:45,200 Amma buna baxmayaraq, dünya əhalisinin böyük bir qismi, xalqların əksəriyyəti, özəlliklə də bizə yaxın olanlar 257 00:32:46,010 --> 00:32:52,760 gerçəklikləri görürlər. Dünyanın bütün siyasi rəsmiləri də reallqıları görürlər, 258 00:32:52,800 --> 00:33:04,650 dildə başqa cür danışdıqlarına baxmayın. Qərbin, Avropa və Amerikanın dövlət başçıları, siyasətçiləri, müxtəlif qurumlarının sözçüləri 259 00:33:04,650 --> 00:33:09,950 və zaman-zaman yersiz sözlər danışan başqa şəxslər 260 00:33:09,950 --> 00:33:19,210 hamısı ürəklərində İran xalqının bu ehtişamını, heybətini, iqtidarını, 261 00:33:20,240 --> 00:33:28,090 ləyaqətini təsdiqləyir və görürlər, intəhası dildə başqa şey deyirlər. 262 00:33:28,090 --> 00:33:37,450 Mən nüvə danışıqları və bu mövzu ilə əlaqəli məsələlər haqda dəfələrlə danışmışam. 263 00:33:37,920 --> 00:33:43,000 Çox danışmışıq və lazım olan nə varsa demişik, amma bir məsələyə hər kəs 264 00:33:43,500 --> 00:33:52,200 – həm xarici siyasət rəsmilərimiz, həm digər müxtəlif qurumların rəsmiləri, həm cəmiyyətin üzdə olan simaları diqqət yetirməlidir: 265 00:33:52,720 --> 00:33:58,940 əgər bir millət yadelillər qarşısında öz kimliyini, əzəmətini olduğu kimi qoruyub saxlaya bilmirsə, 266 00:33:58,940 --> 00:34:06,170 sözsüz ki, qapazaltı olacaq; başqa yolu yoxdur. 267 00:34:08,540 --> 00:34:12,830 Öz mənliyinin, şəxsiyyətinin qiymətini bilmək lazımdır. 268 00:34:13,420 --> 00:34:21,770 Düşmən təhdid edir; bu bir neçə gün ərzində Amerika rəsmilərindən iki nəfəri hərbi hücum təhdidləri səsləndiriblər; 269 00:34:23,660 --> 00:34:33,560 olsun, bizim o qədər də həssas, mühüm vəzifə postları tutmayan adamlarla işimiz yoxdur. 270 00:34:34,220 --> 00:34:39,070 Ancaq başa düşmürəm, təhdid hədəfi altında müzakirələr aparmağın nə mənası var? 271 00:34:41,070 --> 00:34:46,120 Onların dediyi budur ki, gəlin müzakirə edək, amma təhdid altında – qılıncla başımızın üstündə dururmuş kimi. 272 00:34:46,620 --> 00:34:56,250 İran xalqı belə deyil; İran xalqı təhdid kölgəsi altında danışıqlar aparmağa dözməyəcək. 273 00:34:57,470 --> 00:35:00,460 Nəyə görə təhdid edirlər? Nəyə görə bacardıqlarından artıq qələtlər edirlər? 274 00:35:01,630 --> 00:35:07,880 Deyirlər ki, “əgər elə olmasa, belə olmasa, ola bilsin, biz İrana hərbi müdaxilə etdik”. Əvvəla, qələt edərsiniz, 275 00:35:42,060 --> 00:35:46,280 ikincisi, mən hələ Amerikanın keçmiş prezidentinin zamanında – o vaxt da təhdidlər edirdilər – demişdim ki, 276 00:35:46,280 --> 00:35:58,440 özbaşınalıq dövrü artıq geridə qalıb. Siz daha istədiyinizi edib, çəkilib bir kənarda dura bilməyəcəksiniz. Xeyr, 277 00:35:59,230 --> 00:36:03,960 biz sizin yaxanızdan yapışıb təqib edəcəyik. 278 00:36:04,600 --> 00:36:13,440 İran xalqı ona təcavüz etmək istəyən birini rahat buraxmayacaq; 279 00:36:13,550 --> 00:36:20,250 biz bu işin axırına çıxacağıq. Bunu hamı diqqətə alsın; biz tərəfdən danışıqlarda təmsil olunan rəsmilər də diqqətli olsunlar, 280 00:36:20,910 --> 00:36:29,600 deyilən qırmızı xətləri, başlıca sərhədləri daim diqqətdə saxlasınlar. 281 00:36:30,170 --> 00:36:39,000 Əlbəttə ki, onlar, mütləq, buna diqqət yetirirlər, həmin qırmızı xətlər daim onların nəzarətindədir və inşallah, bu xətlərdən keçməyəcəklər; 282 00:36:39,120 --> 00:36:46,000 amma bu da qəbuledilən deyil ki, qarşı tərəf oturub elə daim bizi təhdid etsin. Nə təhdid? 283 00:36:47,070 --> 00:36:54,620 Sizin özünüzün bu müzakirələrə bizdən heç də az ehtiyacınız yoxdur. Bəli, biz sanksiyaların qaldırılmasını istəyirik, 284 00:36:55,240 --> 00:37:04,880 amma sanksiyalar ortadan qaldırılmasa belə, biz başqa yolla özümüzü idarə edə bilərik; 285 00:37:04,880 --> 00:37:11,950 bu artıq sübut olunub. Bir vaxtlar bu məsələni mən irəli sürmüşdüm, 286 00:37:12,080 --> 00:37:16,680 bu gün görürük ki, iqtisadçı ekspertlər, müxtəlif rəsmilər, 287 00:37:17,100 --> 00:37:21,930 ölkənin iqtisadi problemlərinə bələd olan şəxslər hamısı daim bunu təkrarlayırlar, 288 00:37:22,510 --> 00:37:28,410 deyirlər ki, ölkənin iqtisadi problemlərinin həlli bu sanksiyaların 289 00:37:28,410 --> 00:37:35,360 ləğv olunub-olunmamağından asılı deyil. Xeyr, iqtisadi problemləri biz yalnız öz iradəmizlə, 290 00:37:35,360 --> 00:37:43,480 ciddi niyyətimizlə, öz əlimizlə, gördüyümüz tədbirlərlə aradan qaldırmalıyıq; istər sanksiyalar olsun, istərsə də olmasın. 291 00:37:43,480 --> 00:37:47,850 Əlbəttə ki, sanksiyalar olmasa, bu daha asan olar. Sanksiyalar qaldığı halda isə bir qədər çətindir, amma mümkündür. 292 00:37:48,920 --> 00:37:52,360 Bizim danışıqlara münasibətimiz, tutduğumuz mövqe bundan ibarətdir. 293 00:37:52,360 --> 00:37:57,760 Amerikanın hazırkı administrasiyasının isə bu müzakirələrə, doğrudan da, ehtiyacı var. 294 00:37:57,960 --> 00:38:05,050 Onların öz fəaliyyət tarixçələrinə yaza biləcəkləri əsas parlaq məqam 295 00:38:05,050 --> 00:38:10,250 bu olar bilər ki, “Biz İran İslam Respublikasını danışıqlar masasına oturdub, 296 00:38:10,520 --> 00:38:14,030 filan məsələni ona qəbul etdirə bilmişik” – desinlər. Onların buna ehtiyacı var. 297 00:38:15,310 --> 00:38:19,770 Qarşı tərəfin bu danışıqlara ehtiyacı bizdən çox olmasa da – halbuki bu, mütləq surətdə elə belədir 298 00:38:19,980 --> 00:38:26,480 – ən azından, heç bizdən az da deyil. Bəs onda nəyə görə bizi təhdid edirlər? 299 00:38:28,520 --> 00:38:34,090 Mən təhdid atmosferində gedən danışıqlara razı deyiləm. 300 00:38:35,560 --> 00:38:40,360 Gedib danışsınlar, müzakirə etsinlər, qoy lap hansısa razılığa da gəlsinlər, eybi yoxdur 301 00:38:40,520 --> 00:38:45,120 – əlbəttə ki, dediyim qırmızı xətlərə riayət etmək şərti ilə 302 00:38:47,280 --> 00:38:51,840 – amma heç bir vəchlə hegemonluğu qəbul etməsinlər, zorakılığa boyun əyməsinlər, 303 00:38:51,950 --> 00:38:56,510 təhqiri, təhdidi qəbul etməsinlər. 304 00:39:00,510 --> 00:39:03,360 Bu gün onlar dünyada da nüfuzlarını itiriblər. 305 00:39:03,420 --> 00:39:12,920 Baxın, Səudiyyə hökumətinin Yəmənlə bağlı yol verdiyi hərəkətləri 306 00:39:12,920 --> 00:39:19,180 heç bir məntiqlə, heç bir ifadə üsulu ilə izah etmək mümkün deyil. 307 00:39:20,650 --> 00:39:28,800 Sən başqa bir ölkəyə təyyarə göndər ki, nəyə görə filankəsin hakimiyyətini qəbul edirsiniz, 308 00:39:28,800 --> 00:39:33,610 filankəsinkini isə qəbul etmirsiniz?! Və bu bəhanə ilə də əhalini qır, infrastrukturu məhv et, 309 00:39:34,560 --> 00:39:43,710 cinayətlər törət, qadın və uşaqları öldür, hər yerə od vur?! Bunu heç cür izah etmək mümkün deyil. 310 00:39:44,540 --> 00:39:51,340 Amerikalılar isə heç bir əsaslandırması, izahı olmayan bu hərəkətlərə, bu böyük cinayətlərə havadarlıq edirlər. 311 00:39:52,880 --> 00:40:03,130 Bundan da böyük həyasızlıq olar? Bu gün region xalqlarının gözündə Amerikanın heç bir çəkisi, nüfuzu yoxdur; 312 00:40:03,130 --> 00:40:09,950 bu vəziyyəti hamı görür. Yəməndə törədilən olaylara havadarlıq etdiklərini açıq-aşkar deyirlər də; xəcalət də çəkmirlər. 313 00:40:10,720 --> 00:40:16,520 Sonra da bizə deyirlər ki, “nəyə görə kömək edirsiniz?” Biz tibbi ləvazimatla yardım etmək, 314 00:40:17,360 --> 00:40:22,440 xəstələrə dava-dərman göndərmək istəyirdik; biz ki silah göndərmək istəmirdik! 315 00:40:22,940 --> 00:40:29,240 Onların bizim silahımıza ehtiyacı yoxdur. Yəmənin bütün hərbi obyektləri 316 00:40:29,240 --> 00:40:38,320 və Yəmən ordusu bu ölkənin mübariz və inqilabçı xalqının, “Ənsarullah” hərəkatının üzvlərinin ixtiyarındadır. Onların bizim silah göndərməyimizə ehtiyacı yoxdur. 317 00:40:38,840 --> 00:40:40,800 Biz onlara dava-dərman göndərmək istəyirdik. 318 00:40:40,990 --> 00:40:45,900 Siz gəlib bir xalqı blokadaya almısınız, insanlara tibbi ləvazimatların, ərzağın, 319 00:40:46,160 --> 00:40:52,120 enerjinin çatdırılmasına imkan vermirsiniz, sonra da deyirsiniz ki, heç kəs bunlara kömək etməsin! 320 00:40:52,840 --> 00:40:57,900 Siz hətta Qızıl Ayparanın da onlara xidmət göstərməsinə icazə vermədiniz. 321 00:40:58,520 --> 00:41:03,000 O tərəfdən də özləri Səudiyyə hökumətinə hərbi məlumatlar ötürür, 322 00:41:03,000 --> 00:41:09,040 silah verir, hər cür imkan yaradır, siyasi cəhətdən təhrik edirlər. Bunlarda abır yoxdur. 323 00:41:09,840 --> 00:41:17,550 İran xalqının seçdiyi yol möhkəm, sarsılmaz və gözəl aqibətli bir yoldur. 324 00:41:17,980 --> 00:41:24,380 Allahın köməyi ilə, düşmənlərə göz dağı olaraq, 325 00:41:24,840 --> 00:41:27,040 İran xalqı bu yolun sonuna çatıb uğur qazanacaq. 326 00:41:27,340 --> 00:41:34,120 Düşmənlər də bu xalqa qarşı izlədikləri məşum hədəflərə nail ola bilmədiklərini görəcəklər. 327 00:41:34,380 --> 00:41:39,230 Canından keçmiş əziz şəhidlərimizə Allah rəhmət etsin. 328 00:41:39,230 --> 00:41:42,760 Bu yolu bizim üzümüzə açmış dahi İmam Xomeyniyə (r.ə) Allah rəhmət etsin. 329 00:41:43,290 --> 00:41:47,900 Meydanda həmişə bu cür hazır olan siz mömin və canıyanan qardaş və bacılarımdan da 330 00:41:47,900 --> 00:41:51,000 Allah-taala Öz mərhəmətini əsirgəməsin. 331 00:41:51,470 --> 00:41:55,020 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.