1 00:00:09,200 --> 00:00:11,440 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:13,260 --> 00:00:20,200 İlk öncə, əziz qardaş və bacılarımın hamısına, 3 00:00:22,710 --> 00:00:26,930 xalqın ən önəmli, ən əhəmiyyətli ehtiyacını təmin edən, 4 00:00:28,620 --> 00:00:40,400 bu böyük vəzifəni öhdəsinə götürmüş 5 00:00:40,730 --> 00:00:45,420 təhlükəsizlik qüvvələrinin əməkdaşlarına və rəsmilərinə, 6 00:00:46,480 --> 00:00:54,600 hörmətli Daxili İşlər Nazirinə xoşgəldin deyirəm. 7 00:00:54,820 --> 00:00:57,040 Allah hamınıza uğurlar nəsib etsin və kömək olsun, inşallah. 8 00:01:00,680 --> 00:01:05,130 Allah-taala rəcəb ayını bir daha yaşamaq səadətini bizə nəsib etmişdir 9 00:01:06,950 --> 00:01:13,150 və biz hamımız bu ilahi uğura görə bir-birimizi təbrik etməliyik. 10 00:01:14,310 --> 00:01:33,370 Rəcəb ayı ilahi dəyərlərə, Rəbbin müqəddəs zatına yaxınlaşmaq, özünü islah etmək üçün bir fürsətdir. 11 00:01:35,570 --> 00:01:47,080 Hədislərdə fəzilətli günlər kimi tanıtdırılan bu günlər əlimizə düşən fürsətdir, 12 00:01:47,350 --> 00:01:55,710 hər bir fürsət isə nemətdir və ona görə şükür etmək gərəkdir. 13 00:01:57,510 --> 00:02:01,680 Nemətə şükür etmək o deməkdir ki, insan o neməti tanısın, 14 00:02:03,750 --> 00:02:08,860 onun tələbinə uyğun rəftar etsin, ondan bəhrələnsin, 15 00:02:10,130 --> 00:02:17,110 bu nemətin ona Allah tərəfindən verildiyini bilsin və onu Allah yolunda sərf etsin. Rəcəb ayı da bu nemətlərdən biridir. 16 00:02:17,530 --> 00:02:22,350 Sonra şəban ayı gəlir ki, o da başqa bir nemətdir. 17 00:02:22,680 --> 00:02:33,310 Bu iki ay kamil insanların, tövhid və məna əhlinin nəzərində ramazan ayının müqəddiməsidir. 18 00:02:34,970 --> 00:02:42,510 Ramazan ayı isə merac ayıdır, 19 00:02:43,570 --> 00:02:51,730 mənəvi saflaşma, özünütərbiyə ayıdır. Bizim hamımızın buna ehtiyacı var. 20 00:02:51,970 --> 00:02:54,440 Rəcəb ayını dəyərləndirin, 21 00:02:55,350 --> 00:03:04,310 bu ayda aləmlərin Rəbbinin dərgahına bacardıqca çox raz-niyaz edin. 22 --> Allahı yad edin və hər işi Allaha xatir yerinə yetirin. 23 00:03:12,280 --> 00:03:20,060 Çəkdiyiniz bu zəhmətləri Allah yoluna həsr edin. 24 00:03:22,530 --> 00:03:32,710 Sizin işiniz o işlərdəndir ki, ilahi niyyət və qəsdi-qürbəti onda çox asanlıqla təmin etmək olar. 25 00:03:33,130 --> 00:03:36,350 Bütün işləri Allaha xatir yerinə yetirmək olar. 26 00:03:37,750 --> 00:03:43,770 Hətta gündəlik dolanışıq üçün çalışmaq, işləmək də Allaha xatir ola bilər. 27 00:03:43,770 --> 00:03:50,800 Amma bəzi işlərdə ilahi niyyət etmək daha asandır. Onlardan biri də sizin işinizdir. 28 00:03:51,800 --> 00:03:56,310 Çünki sizin işiniz cəmiyyətə xidmətdir, insanlara xidmətdir, 29 00:03:56,510 --> 00:03:58,110 İslam ölkəsinə, 30 00:03:58,330 --> 00:04:02,370 İslama xidmətdir, İslama köməkdir. 31 00:04:02,510 --> 00:04:08,150 Bir qədər öncə möhtərəm gəncimiz bir Quran ayəsi oxudu: 32 00:04:08,840 --> 00:04:12,200 “Ey iman gətirənlər, Allahın köməkçilərindən olun!” (“Səf” surəsi, ayə 14) 33 00:04:12,910 --> 00:04:20,150 Allaha yardım edənlərdən, Allahın köməkçilərindən olmaq – 34 00:04:20,330 --> 00:04:22,310 bunun nümunələrindən biri də sizin gördüyünüz işdir. 35 00:04:23,710 --> 00:04:28,110 Sizin işiniz, həqiqətən də, İslama, 36 00:04:29,570 --> 00:04:33,080 dinə, camaata kömək ola bilər. 37 00:04:33,220 --> 00:04:40,750 Odur ki sizin Allaha yaxınlaşmağı niyyət etməyiniz, “İlahi, mənim göstərdiyim bu xidmət, 38 00:04:40,750 --> 00:04:44,710 idarədə və vəzifə başında keçirdiyim saatlar, 39 00:04:46,020 --> 00:04:50,400 işlərin yaxşı getməsi üçün çəkdiyim zəhmətlər, 40 00:04:51,330 --> 00:04:58,970 işdən sonra idarədə beş dəqiqə əlavə qalıb gördüyüm iş 41 00:05:00,060 --> 00:05:07,110 Sənə xatirdir” – deməyiniz işinizi Allaha xatir yerinə yetirməyiniz üçün bir fürsətdir. 42 00:05:08,330 --> 00:05:13,330 Bu ayın bərəkətlərindən istifadə edin; qeyd etdiklərim də bunun bir nümunəsidir. 43 00:05:15,460 --> 00:05:20,310 İlk öncə, təhlükəsizlik qüvvələrinə təşəkkür etməyi özümə borc bilirəm. 44 00:05:21,910 --> 00:05:24,330 Çox yaxşı işlər həyata keçirilir. 45 00:05:24,620 --> 00:05:30,570 Doğrudur, bəzi məqamlarla bağlı bəzi iradlar ola bilər, lakin 46 00:05:32,040 --> 00:05:39,220 bu strukturun ölkə səviyyəsində yerinə yetirdiyi işlər və çəkdiyi zəhmətlər, 47 00:05:39,220 --> 00:05:43,660 həqiqətən də, təqdirəlayiqdir. 48 00:05:43,860 --> 00:05:50,420 Buna misal olaraq, bayram günlərində həyata keçirilən təhlükəsizlik tədbirlərini qeyd etmək olar. 49 00:05:51,460 --> 00:05:55,460 Bayram günlərində camaatın çoxu evlərində, 50 00:05:55,460 --> 00:05:58,750 doğmalarının, övladlarının yanında olur, 51 00:06:00,000 --> 00:06:06,680 sizin gənc əməkdaşlarınız, məmur övladlarınız isə yollarda, şəhərlərdə 52 00:06:07,440 --> 00:06:15,080 başqalarının asayiş və təhlükəsizliyi, rahatlığı üçün çalışırlar; 53 00:06:15,730 --> 00:06:22,570 küçələrdə, yollarda, şəhər daxilində bir, polis idarələrində başqa bir şəkildə xidmətdədirlər. 54 00:06:23,800 --> 00:06:30,710 Bu, olduqca dəyərlidir və onlara təşəkkür etmək bizim borcumuzdur. Mən də öz növbəmdə onlara təşəkkür edirəm. 55 00:06:31,370 --> 00:06:37,530 Təhlükəsizlik qüvvələrinin əhəmiyyəti – belə ki biz bu strukturun əhəmiyyətini 56 00:06:37,660 --> 00:06:42,440 dəfələrlə vurğulamışıq – onların daşıdığı vəzifənin əhəmiyyətindən qaynaqlanır. 57 00:06:45,280 --> 00:06:55,200 Hər bir insanın əhəmiyyəti onun öz öhdəsinə götürdüyü vəzifə və məsuliyyətlə ölçülür. 58 00:06:57,060 --> 00:07:03,730 Bir insan, bir təşkilat məhz bununla əhəmiyyət kəsb edir. 59 00:07:06,060 --> 00:07:14,080 Sizin öz öhdənizə götürdüyünüz vəzifə ölkədə asayiş və təhlükəsizliyin qorunmasıdır. 60 00:07:14,600 --> 00:07:25,730 Asayiş, təhlükəsizlik, sabitlik son dərəcə mühümdür. Asayiş və təhlükəsizliyin olmadığı yerlərdə insanlar bunun dəyərini daha yaxşı anlayırlar. 61 00:07:28,150 --> 00:07:32,800 Kişi və qadınlar, 62 00:07:33,130 --> 00:07:40,260 uşaq və gənclər evdən çıxanda yenidən evə dönə biləcəklərinə əmin olmadıqda, 63 00:07:40,600 --> 00:07:44,200 küçə və yollarda asayiş hökm sürmədikdə, 64 00:07:47,770 --> 00:07:59,730 vətəndaşları faciəli hadisələr təhdid etdikdə, öz evində oturan insanlar asayiş içində olduqlarını hiss etmədikdə 65 00:08:00,930 --> 00:08:03,750 təhlükəsizliyin nə qədər əhəmiyyətli olduğunu dərk edirlər. 66 00:08:04,570 --> 00:08:12,260 Ölkə səviyyəsində asayiş və təhlükəsizliyi bərqərar etmək və qorumaq sizin işinizdir. 67 00:08:13,220 --> 00:08:22,930 Təhlükəsizlik və asayişin keşiyində duran ən önəmli struktur Polis Qüvvələridir. 68 00:08:22,930 --> 00:08:25,820 Bu təşkilat olduqca mühüm bir vəzifəni yerinə yetirir 69 00:08:25,820 --> 00:08:31,220 və onun əhəmiyyəti də elə yerinə yetirdiyi bu vəzifəyə görədir. 70 00:08:31,660 --> 00:08:41,860 Heç şübhəsiz, təhlükəsizlik reklamla, dildə deməklə olan bir məsələ deyil. 71 00:08:42,820 --> 00:08:51,460 “Biz asayişi təmin etmişik, şəhər daxilində və yollarda təhlükəsizliyi bərqərar etmişik” – deyə yüzlərcə elanlar verilsə, çıxışlar edilsə də, 72 00:08:51,460 --> 00:08:58,710 əgər insanlar gecə vaxtı yollarda təhlükə ilə qarşılaşsalar, 73 00:08:58,710 --> 00:09:03,840 bu sözlərin heç bir mənası olmayacaq. Camaat, əhali özünü 74 00:09:04,060 --> 00:09:07,440 asayiş və təhlükəsizlik içində hiss etməlidir. 75 00:09:08,970 --> 00:09:16,440 Bu isə asayiş və sabitliyin həqiqətən mövcud olmasına bağlıdır. Asayiş, təhlükəsizlik bir gerçəklik olmalıdır. 76 00:09:17,530 --> 00:09:24,440 Əlbəttə ki, yaxşı işlər həyata keçirilmişdir. Hörmətli komandirin öz məruzəsində açıqladığı statistika, 77 00:09:24,550 --> 00:09:31,080 Hörmətli komandirin öz məruzəsində açıqladığı statistika, eləcə də mənim bir çox məruzələrdə rast gəldiyim statistik rəqəmlər təqdirəlayiqdir. Lakin bununla kifayətlənməməliyik. 78 00:09:32,060 --> 00:09:38,460 Ölkədə asayiş və təhlükəsizliyin səviyyəsini bacardıqca yüksəltməyi 79 00:09:39,770 --> 00:09:45,220 qarşıya məqsəd qoymaq, bu istiqamətdə çalışmaq lazımdır. 80 00:09:46,620 --> 00:09:53,310 Məsələn, küçələrdə baş verən xuliqanlıq hallarının faizini filan qədər azaltmağı qarşıya məqsəd qoymaq kifayət etmir. 81 00:09:53,310 --> 00:10:00,060 Məqsədiniz bu olmalıdır ki, küçələrdə heç bir xoşagəlməz hadisə baş verməsin. 82 00:10:01,350 --> 00:10:10,770 Şəhər daxilində oğruluq halları və asayişi pozan bu kimi hadisələr baş verməsin. 83 00:10:11,220 --> 00:10:16,460 Bu məqsədlər üçün çalışmalısınız. Əgər səylərinizi bu istiqamətə yönəltsəniz, təbii ki, işlər dayanmadan irəliləyəcək, 84 00:10:16,460 --> 00:10:19,400 yəni görülən işlərin sürət tempi aşağı düşməyəcək. 85 00:10:20,770 --> 00:10:28,770 Başqa bir mühüm məsələ bundan ibarətdir ki, ictimai və fərdi təhlükəsizlik dedikdə 86 00:10:29,400 --> 00:10:38,130 təkcə, məsələn, evdən çıxıb işə və ya məktəbə gedərkən, yolda kiminsə sizin üstünüzə 87 00:10:38,440 --> 00:10:40,820 bıçaq çəkməməyi nəzərdə tutulmur. 88 00:10:40,880 --> 00:10:47,620 Bəli, insanların fikizi təcavüzə məruz qalmamaları da təhlükəsizliyin bir qoludur, 89 00:10:47,970 --> 00:10:58,730 buna söz yoxdur. Amma üzdə görünməyən, lakin insanlar üçün 90 00:10:58,910 --> 00:11:02,680 dəfələrlə artıq təhlükə yaradan digər məsələlər vardır. 91 00:11:02,840 --> 00:11:07,710 Məsələn, narkotik maddələrin yayılmasının yaratdığı təhlükə. 92 00:11:07,950 --> 00:11:15,970 Əgər bizim istirahət məkanlarımızda, küçələrimizdə, məktəblərimizdə 93 00:11:16,200 --> 00:11:21,080 və başqa məkanlarda gənclərin, xüsusilə gənclərin 94 00:11:22,020 --> 00:11:29,680 narkotik maddələrin istifadəsinə sövq edilməməsi sarıdan arxayınlıq olmazsa, bu, çox təhlükəli bir haldır. 95 00:11:31,240 --> 00:11:38,970 Gənclərimizin əxlaqsızlığa sövq edilməyəcəyi sarıdan 96 00:11:40,400 --> 00:11:43,930 arxayınlığımız olmazsa, bu, çox təhlükəlidir. 97 00:11:44,860 --> 00:11:50,400 siz də bilirsiniz, bizim də xəbərimiz var ki, 98 00:11:50,660 --> 00:11:58,840 hansısa kənar qüvvələr tərəfindən həvəsləndirilən müəyyən şəxslər 99 00:11:58,840 --> 00:12:04,930 böyük pullar xərcləyərək bizim gənclərimizi müxtəlif məkanlarda təşkil edilən 100 00:12:05,170 --> 00:12:09,440 gecə yığıncaqlarında əxlaqsızlığa sövq etməyə çalışırlar. 101 00:12:10,510 --> 00:12:16,910 Özü də bu, məsələn, bir gəncin şəriətə zidd bir hərəkət etməsindən tam fərqli bir məsələdir. 102 00:12:16,910 --> 00:12:27,570 Gənclərin əxlaqsızlığa sövq edilməsi təhlükəsizliyi hədəfə alan çirkin bir əməldir. Siz buna mane olmalı, bu kimi halların qarşısını almalısınız. 103 00:12:27,680 --> 00:12:40,600 Gənclərimiz küçələrdə fiziki təcavüzə məruz qalmasalar da, 104 00:12:40,970 --> 00:12:47,510 mənfi təsir nəticəsində məktəblərdən, 105 00:12:47,510 --> 00:12:53,660 universitetlərdən, parklardan, ticarət mərkəzlərindən, küçədəki dostları arasından 106 00:12:53,730 --> 00:13:02,080 gecə yığıncaqlarına, əxlaqsızlığa sürüklənirlərsə, 107 00:13:02,220 --> 00:13:07,950 bu, təhlükəsizliyə zərbədir. 108 00:13:07,950 --> 00:13:14,860 Bunlar asayiş və təhlükəsizliklə bağlı mühüm məsələlərdir. 109 00:13:14,860 --> 00:13:22,480 Yəni əgər bu məsələlər nəzərə alınmazsa, əslində, təhlükəsizlikdən danışmaq mənasızdır. 110 00:13:24,020 --> 00:13:32,510 Bir sözlə, narkotik maddələr, cəmiyyətin əxlaqsızlığa, namussuzluğa sövq etdirilməsi və s. bu kimi işlərlə mübarizə təhlükəsizlik baxımından mühüm məsələlərdir. 111 00:13:32,840 --> 00:13:42,350 Digər bir məsələ isə budur ki, eşitdiyimə görə, var-dövlətdən, lovğalıqdan başı gicəllənən bəzi gənclər 112 00:13:43,510 --> 00:13:51,860 bahalı avtomobillərlə şəhərin yollarında sürət həddini gözləmədən 113 00:13:51,860 --> 00:13:59,530 at oynadır, yollarda asayiş və təhlükəsizliyi pozurlar. Bu da təhlükəsizliyə, bir növ, təhdidir. 114 00:14:00,930 --> 00:14:08,880 Asayiş və təhlükəsizliyin istənilən formada pozulması hallarına qarşı lazımi fəaliyyət planları hazırlanmalı, ölçü götürülməlidir. 115 00:14:09,330 --> 00:14:13,000 Bunlar təhlükəsizliyin müxtəlif cəhətləridir. 116 00:14:13,310 --> 00:14:16,310 Başqa bir mühüm məsələ 117 00:14:16,480 --> 00:14:21,620 polisin iqtidarı məsələsidir; mən bunu dəfələrlə təkrar etmişəm. 118 00:14:22,040 --> 00:14:29,400 Ölkədə təhlükəsizliyi təmin etmək vəzifəsini daşıyan bu qurum 119 00:14:29,840 --> 00:14:33,880 İslam Respublikası hökumətinin simasıdır. 120 00:14:35,400 --> 00:14:41,440 Yəni İslam Respublikası hökumətinin vəzifələrindən biri də ölkədə asayiş və təhlükəsizliyi təmin etməkdir. 121 00:14:41,440 --> 00:14:46,150 Əxlaqi, ictimai və digər sferalarda təhlükəsizliyi təmin etmək bizim üzərimizə düşən vəzifələrdən biridir; 122 00:14:46,480 --> 00:14:51,240 İslam Respublikasının vəzifələrindəndir. Biz buna biganə qala bilmərik. 123 00:14:51,440 --> 00:15:04,460 Bu təhlükəsizliyin təzahürü, onu cəmiyyətdə qoruyan və təmin edən əsas qüvvə isə polisdir. 124 00:15:05,040 --> 00:15:07,060 Məhz buna görə də bu təşkilat güc və iqtidara malik olmalıdır. 125 00:15:08,020 --> 00:15:14,620 Siz qüdrətli, qətiyyətli olmağı bacarmalısınız. 126 00:15:15,370 --> 00:15:20,480 Lakin burada incə bir məqama diqqət yetirmək lazımdır və o da bundan ibarətdir ki, iqtidar zülm ilə səhv salınmamalıdır. 127 00:15:22,260 --> 00:15:31,770 İqtidarı sərhəd tanımamaq, azğıncasına hərəkət etməklə qarışdırmaq olmaz. . 128 00:15:32,370 --> 00:15:39,280 Bəzi ölkələrdə – məsələn, Amerikada – polis çox qüdrətlidir. 129 00:15:40,480 --> 00:15:46,260 Videogörüntülərdə ictimai məkanlarda, yollarda qanun-qaydanın qorunmasına cavabdeh olan, 130 00:15:46,260 --> 00:15:53,000 amma günahsız bir insanı vurub öldürən hündürboy, enlikürək polisləri görürük. 131 00:15:54,400 --> 00:15:59,130 Bu polislər kimisə, məsələn, onların üstünə silah çəkmək istəməsi adı ilə 132 00:15:59,510 --> 00:16:03,170 on beş-on altı güllə ilə vurub öldürür, atasını yandırırlar. 133 00:16:03,820 --> 00:16:07,460 Bu iqtidar bəyənilən bir iqtidar deyil. Bu, zülm ilə yanaşı olan iqtidardır. 134 00:16:08,770 --> 00:16:16,020 Bu iqtidar təhlükəsizliyi təmin etmir, əksinə, onu təhdid edir. 135 00:16:16,310 --> 00:16:22,970 Bunun özü qeyri-sabitliyə, asayiş pozuntusuna yol açan bir amildir. Sonra da bu polislərin işi məhkəməyə verilir, məhkəmə də onlara bəraət qazandırır. 136 00:16:22,970 --> 00:16:36,550 Təəssüflər olsun ki, mənəvi dəyərlərə etina etməyən bugünkü dünyada belə hadisələrə çox rast gəlinir. Təəssüflər olsun ki, mənəvi dəyərlərə etina etməyən bugünkü dünyada belə hadisələrə çox rast gəlinir. 137 00:16:36,640 --> 00:16:42,750 Maraqlısı isə budur ki, prezidenti qaradərili bir insan olan Amerikada 138 00:16:43,240 --> 00:16:48,110 qaradərililərə qarşı belə rəftar edilir. 139 00:16:48,840 --> 00:16:57,950 Kiminsə, hansısa prezidentin quldarlığı ləğv etməsi münasibətilə təqvimdəki günlərdən birini bayram edirlər 140 00:16:57,950 --> 00:17:03,040 – hələ bunun özü də əsaslı şəkildə sual altındadır; 141 00:17:03,570 --> 00:17:07,330 yəni onlar ki deyirlər Amerika prezidenti Abraham Linkoln quldarlığı aradan qaldırıb, 142 00:17:07,330 --> 00:17:12,150 bəzi tarixçilərin dəqiq araşdırmalarına görə, həqiqət heç də belə deyil. 143 00:17:12,150 --> 00:17:16,970 Orada əsas məsələ quldarlığın ləğvi olmayıb. Əsas məsələ Amerikanın şimalı ilə cənubu, 144 00:17:17,460 --> 00:17:23,130 şimal və cənub arasında ardı-arası kəsilmədən sürən uzunillik, köklü müharibələr, 145 00:17:23,130 --> 00:17:30,510 bir tərəfdən fermerlik və əkinçilik, digər tərəfdən isə inkişaf edən sənaye arasındakı qarşıdurma olub. Dava bu dava olub; 146 00:17:31,530 --> 00:17:35,840 ortada həqiqi humanizm, insanlığa hörmət məsələsi olmayıb 147 00:17:35,840 --> 00:17:43,930 – eyni halda qaradərililər zülmə, haqsızlığa, 148 00:17:43,930 --> 00:17:47,600 təhqirlərə məruz qalır, hətta canları da təhlükədədir. 149 00:17:48,080 --> 00:17:55,530 Polisin belə iqtidarı İslamın və bizim istədiyimiz iqtidar deyil. 150 00:17:56,080 --> 00:18:03,570 Biz polisimizin 151 00:18:03,800 --> 00:18:09,480 Hollivud filmlərindəki polislərə bənzəməsini istəmirik. Biz istəyirik ki, bu təşkilat 152 00:18:09,480 --> 00:18:13,480 üzərinə düşən vəzifəni sözün həqiqi mənasında yerinə yetirsin. 153 00:18:13,480 --> 00:18:22,350 Yəni qüdrətli və qətiyyətli, eyni zamanda ədalətli və mərhəmətli olsun. 154 00:18:22,400 --> 00:18:28,710 Bəzi məqamlarda mərhəmət göstərmək lazımdır. Bu, İslamın simasıdır. 155 00:18:28,710 --> 00:18:35,150 Allah-taala bir tərəfdən rəhman və rəhimdir, 156 00:18:36,060 --> 00:18:44,370 digər tərəfdən isə ağrılı əzab verəndir. Bu iki cəhət yanaşı olmalıdır. 157 00:18:45,460 --> 00:18:53,800 Bu iki cəhət cəmiyyətin bütün təbəqələrinin həyatında, o cümlədən, 158 00:18:54,110 --> 00:18:59,800 polislərin davranışında öz əksini tapmalıdır. 159 00:18:59,800 --> 00:19:05,240 Zənnimcə, mühüm məsələlərdən biri də qanunun aliliyidir. Qanunun aliliyi 160 00:19:05,820 --> 00:19:12,750 iki sahədə gözlənilməlidir: biri cəmiyyətlə münasibətdə, 161 00:19:13,060 --> 00:19:20,820 yəni cəmiyyətdə qanunlar pozulduqda siz bunun qarşısını almalısınız, 162 00:19:21,400 --> 00:19:25,570 digəri isə qurumun daxilində, 163 00:19:25,950 --> 00:19:33,970 yəni hər bir polis əməkdaşı sözün həqiqi mənasında qanuna tabe olmalı, 164 00:19:33,970 --> 00:19:43,910 qanunçuluğa riayət etməlidir. Qurumun daxilində qanuna hər yerdən daha çox riayət olunmalıdır. 165 00:19:43,910 --> 00:19:48,220 Polis əməkdaşlarının sağlam kadrlar olması mühüm bir məsələdir. Sağlam kadrlar! 166 00:19:48,330 --> 00:19:55,770 Mən bu illər ərzində əvvəlki komandirlərə daim tövsiyə etmişəm, 167 00:19:56,080 --> 00:20:02,950 indi də Polis Qüvvələrinin möhtərəm komandirinə və digər məsul işçilərinə təkidlə tövsiyə edirəm ki, 168 00:20:03,440 --> 00:20:06,750 əməkdaşlarının sağlam kadrlar olması məsələsini əhəmiyyətsiz saymasınlar. 169 00:20:07,840 --> 00:20:12,710 Siz digər güc strukturlarından fərqlənirsiniz. 170 00:20:13,800 --> 00:20:17,440 Siz cəmiyyət arasındasınız, camaat sizinlə təmasdadır. 171 00:20:18,400 --> 00:20:28,020 Allah eləməmiş, yol verdiyiniz hər bir qanun pozuntusunu, iradlı cəhəti, yanlış rəftarı 172 00:20:28,800 --> 00:20:36,550 ya bəyənilməyən əməli camaat daha çox görür. 173 00:20:38,060 --> 00:20:49,570 Demək olar, ölkə miqyasında çox az struktur var ki, sizin qədər camaatla iç-içə, yan-yana olsun. 174 00:20:50,660 --> 00:20:58,350 Elə ona görə də, Allah eləməmiş, yol verilən hər bir səhv, 175 00:20:58,950 --> 00:21:03,970 vəzifədən sui-istifadə halı, tutulan irad,yaranan problem dərhal insanlar arasında yayılır. 176 00:21:04,310 --> 00:21:10,930 O zaman təkcə xidmət etdiyiniz qurumun nüfuzu aradan getmir. 177 00:21:11,370 --> 00:21:17,000 Qeyd etdiyim kimi, bu struktur dini hökumətin, İslam Respublikası quruluşunun 178 00:21:17,110 --> 00:21:22,200 xalqın içindəki nümayəndəsidir. O cür hallar hamının nüfuzuna zərbədir. 179 00:21:22,600 --> 00:21:26,710 Elə bu səbəbdən də əməkdaşlarınızın sağlam kadrlar olmasına böyük əhəmiyyət verin. 180 00:21:26,710 --> 00:21:33,820 Bu məsələyə polis idarələrində, küçələrdə – hər yerdə, mütləq, diqqət yetirilməlidir. 181 00:21:33,950 --> 00:21:42,910 Polis Qüvvələrində təmsil olunan insanların, polis nəfərlərinin sağlam, düzgün fəaliyyətinin təmin olunmasına polis idarələrində, küçələrdə – hər yerdə, mütləq, diqqət yetirilməlidir. 182 00:21:43,480 --> 00:21:52,080 Polis Qüvvələri İslam hökumətini camaatın gözündə, doğrudan da, ucalda bilər. 183 00:21:53,170 --> 00:22:00,550 Yəni fərz edək, beş-on başqa qurum öz vəzifələrini layiqincə yerinə yetirməsə də, 184 00:22:00,550 --> 00:22:05,440 sizin qurumunuz düzgün işləsə, 185 00:22:05,550 --> 00:22:11,680 güclü, qətiyyətli və lazımi cəhətlərə malik olsa, 186 00:22:11,680 --> 00:22:18,240 İslam hökumətini camaatın nəzərində ucalda bilər. 187 00:22:18,660 --> 00:22:22,510 Allah eləməmiş, bunun əksi də ola bilər. 188 00:22:22,510 --> 00:22:30,040 Odur ki qurum daxilində qanunu uca tutan, sağlam fərdlərin təmsil olunmasının ümdə bir məsələ olduğu nəzərə alınmalıdır 189 00:22:30,260 --> 00:22:37,750 və bu, təbii ki, kənarda, polisin fəaliyyətində də öz əksini tapacaq. 190 00:22:37,750 --> 00:22:42,620 Hörmətli komandirin verdiyi raportda qeyd edildi ki, 191 00:22:42,710 --> 00:22:49,600 mənəvi-əxlaqi, dini-ideoloji məsələlərə diqqət yetirilir, 192 00:22:50,000 --> 00:22:53,200 işlər görülür. Bu, çox yaxşıdır. 193 00:22:53,200 --> 00:23:06,060 Müasir dünyada günü-gündən inkişaf edib yenilənən texnika və texnologiyalardan istifadə etmək də 194 00:23:06,130 --> 00:23:11,040 olduqca vacibdir və təşkilatın işlərinin inkişaf amilidir. 195 00:23:11,370 --> 00:23:17,480 Mütəal Allaha təvəkkül edin, işləri Allaha xatir və düzgün şəkildə yerinə yetirin. 196 00:23:18,280 --> 00:23:23,080 İnşallah, Allah-taala da həm sizin işinizə bərəkət verəcək, 197 00:23:23,660 --> 00:23:28,680 həm də sizi İslam hökuməti üçün bərəkət səbəbi edəcəkdir. 198 00:23:29,150 --> 00:23:32,660 Sizin üçün dua edirəm. Allah sizin hamınıza uğurlar nəsib etsin, inşallah. 199 00:23:32,970 --> 00:23:36,570 Allah sizə kömək olsun ki, lazımi işləri həyata keçirə biləsiniz. 200 00:23:36,770 --> 00:23:44,280 Müxtəlif sahələrdə bir çox elə işlər var ki, müştərək səylər nəticəsində ərsəyə gəlməlidir, rəsmilər də həmkarlıq etməlidirlər. 201 00:23:44,350 --> 00:23:47,480 Arzu edirəm ki, inşallah, həmkarlıq sayəsində böyük işlər görə biləsiniz. 202 00:23:48,000 --> 00:23:50,660 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.