1 00:00:09,060 --> 00:00:11,170 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:13,170 --> 00:00:19,600 Əziz qardaş və bacılara, hörmətli məclis iştirakçılarının hər birinə, 3 00:00:20,280 --> 00:00:28,110 xüsusilə də, əziz şəhidlərimizin ailələrinə xoşgəldin deyirəm. 4 00:00:30,370 --> 00:00:41,220 Ümidvaram ki, inşaallah, bu illər ərzində İran İslam Respublikası Ordusunun əldə etdiyi 5 00:00:41,570 --> 00:00:43,750 böyük və dəyərli nailiyyətlər 6 00:00:45,060 --> 00:00:57,240 bu mömin, dözümlü və zəhmətkeş toplumun başına iftixar tacı olmuşdur. 7 00:01:01,440 --> 00:01:05,440 Ordu günü münasibətilə də 8 00:01:07,520 --> 00:01:15,360 hörmətli məclis iştirakçılarının hamısını, İran İslam Respublikası Ordusunun hərbi qulluqçularının 9 00:01:16,520 --> 00:01:18,880 və onların möhtərəm ailəl üzvlərini təbrik edirəm. 10 00:01:22,000 --> 00:01:30,800 Bu gün bura yığışdığınıza görə sizə minnətdaram və təşəkkür edirəm. 11 00:01:32,160 --> 00:01:42,600 Həmçinin ifa olunan bu gözəl, həm sözləri, həm də icrası fərqli 12 00:01:42,760 --> 00:01:47,240 və yüksək səviyyədə olan suruda görə də təşəkkür edirəm. 13 00:01:50,440 --> 00:02:07,680 Heç şübhəsiz, əziz liderimiz İmam Xomeyninin ən mühüm addımlarından, ən dəyərli təşəbbüslərindən biri də bu günü Ordu günü elan etməsi olmuşdur. 14 00:02:11,720 --> 00:02:17,920 Əgər həmin günlərdə İran və inqilab düşmənlərinin 15 00:02:19,160 --> 00:02:28,160 ölkənin bütün sahələri üçün cızdığı planlara nəzər salsaq, 16 00:02:28,600 --> 00:02:38,000 başa düşərik ki, Ordu gününün müəyyən edilməsi çox böyük, 17 00:02:38,160 --> 00:02:42,320 faydalı, zəruri və lazımlı bir iş olmuşdur. 18 00:02:43,880 --> 00:02:53,720 Siz cavanlardan bəziləriniz o günləri xatırlamazsınız, bəziləriniz isə o zaman heç dünyaya gəlməmişdiniz; 19 00:02:54,880 --> 00:03:02,680 o zaman hətta ordunun öz daxilində 20 00:03:03,000 --> 00:03:13,520 İran ordusunu məhv etmək üçün çox güclü və təhlükəli planlar mövcud idi, 21 00:03:15,840 --> 00:03:21,040 Bunun üçün çalışır, məntiq və fəlsəfə irəli sürürdülər. 22 00:03:21,760 --> 00:03:35,280 Ordunun daxilində bəzi ünsürlər “ideoloji ordu”, “tövhid ordusu” adı ilə 23 00:03:35,960 --> 00:03:43,920 ordunu məhv etmək, dağıtmaq istəyirdilər; bu kimi planlar və cəhdlər var idi. 24 00:03:46,760 --> 00:03:49,680 İmam bütün bunlara qarşı çıxdı. 25 00:03:51,560 --> 00:04:01,160 O duya bildi ki, ordu qüvvətli və qüdrətli qalmalı, 26 00:04:03,360 --> 00:04:19,360 öz rolunu ifa etməli, tağut dövründə ordunu xalqdan ayıran maneələr aradan qaldırılmalıdır. İmam bu maneələri aradan qaldırdı. 27 00:04:21,440 --> 00:04:29,800 Ordu bir inqilabi toplum olaraq, özü də sözdə deyil, əməldə inqilabi bir toplum olaraq 28 00:04:30,200 --> 00:04:42,960 meydanlarda qaldı, proseslərdə yaxından iştirak etdi və özünəməxsus mühüm rol oynadı. 29 00:04:44,720 --> 00:04:55,400 Bizə qarşı başlanan müharibədən, səkkiz il davam edən Müqəddəs Müdafiədən qabaq da 30 00:04:56,880 --> 00:05:01,680 müəyyən hadisələr baş vermişdi, o illərdə isə bütün həqiqətlər açıq-aşkar göründü. 31 00:05:03,080 --> 00:05:12,120 Müxtəlif meydanlarda ordunun nələr etdiyinin şahidi olduq; dəfələrlə bu və digər görüşlərimizdə 32 00:05:12,120 --> 00:05:17,240 o günlərin xatirələrini yada salmışıq, müharibə meydanlarında baş verən hadisələri yad etmişik. 33 00:05:17,880 --> 00:05:30,080 Mən xüsusilə müharibə yeni başladığı zaman, yəni 1359-cu ildə bu hadisələri yaxından müşahidə edirdim, sonralar isə ölkə prezidenti olduğum dövrdə 34 00:05:30,400 --> 00:05:38,960 döyüş bölgələrində olmadığıma görə verilən raportlardan, təşkil edilən iclaslardan baş verənlər barədə məlumatlar alırdım. 35 00:05:41,360 --> 00:05:48,280 Bu gün əziz tutulmalı, təntənə ilə qeyd edilməlidir. 36 00:05:48,440 --> 00:05:53,080 Bu xatirə qorunub saxlanmalı, iyirmi doqquz fərvərdin gününün mənası düzgün başa düşülməlidir. 37 00:05:54,520 --> 00:06:02,880 İyirmi doqquz fərvərdin günü ordunun İrana, inqilaba və xalqa aid olmasını, 38 00:06:04,440 --> 00:06:12,800 cəmiyyətin və inqilabın hədəflərinə xidmət etməsini ifadə edir. 39 00:06:13,600 --> 00:06:21,440 Bu gənclərin ifa etdikləri surudda da qeyd olunduğu kimi, ordu inqilabın xidmətində dayandı. 40 00:06:23,360 --> 00:06:26,040 İyirmi doqquz fərvərdin gününün mənası budur. 41 00:06:26,440 --> 00:06:35,360 Bu, böyük işlərdən biri idi, səmərələri qalıcı oldu, bundan sonra da daha çox səmərə və nəticələri olacaqdır. 42 00:06:36,360 --> 00:06:46,480 Siz cavanlar bu mühitdə, bu istiqamətdə inkişaf edirsiniz 43 00:06:46,480 --> 00:06:49,440 və inşaallah, öz ölkənizə iftixarlar qazandıracaqsınız. 44 00:06:52,720 --> 00:07:02,520 İran İslam Respublikası Ordusuna xas keyfiyyətlərdən biri də dini və inqilabi müdriklikdir, 45 00:07:03,200 --> 00:07:08,120 dinə bağlılıq, din qarşısında öhdəçilikdir. Bu, çox böyük bir sözdür. 46 00:07:10,680 --> 00:07:15,240 Dini bağlılıq və öhdəçilik o deməkdir ki, 47 00:07:15,800 --> 00:07:26,600 ordu İslam dininin silahlı qüvvələr, hərbi əməliyyatlar üçün qoyduğu qanunlara, müəyyən etdiyi ölçü və meyarlara əməl etsin. 48 00:07:28,920 --> 00:07:42,560 Dünyada olan ordu və qoşunlar hansısa meydanda qələbə çalacaqlarını hiss etdikdə azğıncasına döyüş meydanına daxil olur 49 00:07:44,360 --> 00:07:52,440 və utandırıcı işlər görürlər. Bunun nümunələrini müxtəlif yerlərdə görmüşük. 50 00:07:53,360 --> 00:07:59,600 Bu hələ onların qələbəyə yaxın olduqlarını hiss etdikləri zaman nümayiş etdirdikləri davranışlardır – uşağa-böyüyə rəhm etmirlər. 51 00:08:01,120 --> 00:08:10,280 Təhlükə hiss etdikdə də başqa işlərə əl atır, müqəddəs İslam dini baxımından günah və cinayət hesab olunan 52 00:08:10,960 --> 00:08:18,440 əməllər törədirlər. Bu işlər hal-hazırda beynəlxalq qanunlar baxımından da cinayət hesab olunur. 53 00:08:19,280 --> 00:08:25,720 Əlbəttə ki, böyük dövlətlər nə beynəlxalq qanunlara, nə də humanizmə, insani dəyərlərə əhəmiyyət verirlər. 54 00:08:30,680 --> 00:08:37,560 Qadağan olunmuş silahlardan istifadə edir, mülki vətəndaşları hədəfə alırlar. 55 00:08:40,200 --> 00:08:50,680 Amerikanın birbaşa və ya dolayısıyla iştirak etdiyi müharibələrdə saysız-hesabsız belə cinayətlərə rast gəlinmişdir. 56 00:08:51,000 --> 00:08:53,240 Dünya dövlətlərinin orduları belədir. 57 00:08:54,000 --> 00:09:05,920 İran İslam Respublikasının Ordusu və İran İslam dövlətinin tabeçiliyində olan silahlı qüvvələr isə İslamın qanunları qarşısında məsuliyyət daşıyır. 58 00:09:06,640 --> 00:09:19,720 Nə qələbə çaldıqda tüğyan edərək həddini aşır, nə də təhlükə zamanı qadağan olunan işlərə əl ataraq qadağan olunan vasitələrdən istifadə edir. 59 00:09:21,560 --> 00:09:34,040 Bizim şəhərlərimiz – istər sərhəd bölgəsində olan şəhərlər, istərsə də Tehran, İsfahan və bir çox başqa şəhərlər – 60 00:09:34,920 --> 00:09:45,320 uzun müddət Səddamın raketlərinin vəhşi hücumlarına məruz qalmışdır. 61 00:09:46,040 --> 00:09:52,520 Səddamın atdığı raketlər elə bu Tehran şəhərinin də müxtəlif məhəllələrinə düşmüşdür. 62 00:09:53,480 --> 00:09:58,600 Avropa ölkələrinin istehsalı olan və Səddama satılan bu raketləri 63 00:09:59,160 --> 00:10:06,600 amerikalılar yönləndirirdi, hədəfləri onlara amerikalılar göstərirdi. 64 00:10:06,600 --> 00:10:12,520 Hərbi obyektlərin yeri kosmosdan çəkilərək düşmənə ötürülürdü. 65 00:10:12,520 --> 00:10:15,080 Bu raketlərlə bizim şəhərlər vurulur, 66 00:10:17,640 --> 00:10:27,680 müdafiəsiz, dinc əhali qətliam edilir, evlər viran qoyulurdu. 67 00:10:29,560 --> 00:10:36,120 Bir müddət sonra biz də müəyyən imkanlar əldə etdik, 68 00:10:37,800 --> 00:10:43,240 onların cavabını verə, şəhərlərini hədəfə ala bilərdik. Bizdə də raketlər var idi və 69 00:10:43,720 --> 00:10:51,160 raketlərimizin uçuş məsafəsində olan şəhərləri, o cümlədən Bağdad şəhərini vura bilərdik. 70 00:10:52,160 --> 00:11:07,560 Lakin İmam bizə göstəriş verdi ki, qeyri-hərbi obyektləri – hərbi hissə və bu kimi obyektlər olmayan əraziləri – 71 00:11:08,000 --> 00:11:17,480 hərbi hissə və bu kimi obyektlər olmayan əraziləri – raketlə vurmaq istəsəniz, hücumdan öncə, mütləq, radio vasitəsilə elan edin ki, biz filan yeri vurmaq istəyirik. Camaat da oradan kənarlaşsın, oranı tərk etsin. 72 00:11:19,320 --> 00:11:27,240 Diqqət yetirin! Belə insani davranışlara dünyada çox az rast gəlinir. 73 00:11:28,920 --> 00:11:39,120 Əksər ölkələrin – mənim bildiyim qədər, demək olar ki, bütün ölkələrin – silahlı qüvvələri belə davranmır. 74 00:11:39,120 --> 00:11:42,040 Bu kimi qeyri-insani davranışların nümunələrini bu gün Yəməndə müşahidə edirik. 75 00:11:43,800 --> 00:11:52,320 Bir neçə müddət əvvəl Fələstində, Qəzzada, Livanda və başqa məntəqələrdə də müşahidə etmişdik. 76 00:11:53,080 --> 00:12:03,400 Onlar bu cəhətləri nəzərə almır, İslam qanunlarına bağlı olan silahlı qüvvələr isə onlara riayət edir. 77 00:12:04,960 --> 00:12:15,360 Biz əgər “nüvə silahından istifadə etməyəcəyik” deyiriksə – 78 00:12:15,360 --> 00:12:28,280 necə ki demişik də – bu məhz İslam qanunlarına bağlı olduğumuza görədir. 79 00:12:28,640 --> 00:12:34,360 Bu, İran İslam Respublikasının silahlı qüvvələrinin ən üstün xüsusiyyətlərindən biridir. 80 00:12:36,560 --> 00:12:49,880 Bu gün düşmənlərimiz dövlətimizi onun-bunun işinə müdaxilə etməkdə ittiham edirlər. Bu, həqiqət deyil, 81 00:12:50,000 --> 00:12:53,200 belə bir şey yoxdur. Biz heç bir ölkənin daxili işlərinə müdaxilə etmirik. 82 00:12:54,640 --> 00:13:02,760 Biz hücüma məruz qaldığımız məqamda, əlbəttə ki, özümüzü müdafiə edirik – necə lazımdırsa müdafiə edirik, amma başqalarının işinə müdaxilə etmirik. 83 00:13:03,280 --> 00:13:11,800 Biz müdafiəsiz insanlara, dinc əhaliyə hücum edən, 84 00:13:11,800 --> 00:13:19,400 uşaqları və qadınları qətliam edən, evləri viran qoyan qüvvələrə öz nifrətimizi 85 00:13:19,400 --> 00:13:26,000 mənfi münasibətimizi ifadə edir, onlardan uzaq olduğumuzu elan edirik. 86 00:13:28,560 --> 00:13:34,840 Onlar nə İslamdan heç nə anlamırlar, nə də insanlıq vicdanından nəsiblərini almamışlar. 87 00:13:36,280 --> 00:13:48,800 İslamın göstərişlərinə, ilahi qanunlara bağlılıq – belə ki dinimizdə hər bir vəziyyət üçün, həm müharibə, həm də sülh şəraiti üçün 88 00:13:49,000 --> 00:13:53,080 ilahi qanunlar mövcuddur – bizim silahlı qüvvələrimizin spesifik cəhətidir. 89 00:13:54,720 --> 00:13:58,320 Bu, bizim silahlı qüvvələrimizə xas özəl xüsusiyyətlərdən biridir. 90 00:13:59,760 --> 00:14:08,240 Ordumuzun və silahlı qüvvələrimizin xalq tərəfindən sevilməsinin səbəbi də məhz bu xüsusiyyətdir. 91 00:14:08,240 --> 00:14:12,280 Çünki camaat görür ki, ordu onların özü kimi düşünür, 92 00:14:12,720 --> 00:14:15,520 onlar kimi rəftar edir; 93 00:14:15,920 --> 00:14:19,800 əqidələri eynidir, eyni bir hədəf üçün çalışırlar. 94 00:14:20,280 --> 00:14:26,000 Bütün bunlar xalqla silahlı qüvvələr arasındakı əlaqəni artırır, möhkəmləndirir. Ordumuza xas xüsusiyyətlərdən biri budur. 95 00:14:26,520 --> 00:14:33,560 Silahlı qüvvələrimizin diqqət yetirməsi lazım olan digər bir xüsusiyyət isə – 96 00:14:33,800 --> 00:14:43,800 və mən sevinc hissi ilə deyirəm ki, onlar buna diqqət yetiriblər, bu, açıq-aydın göz qabağındadır – aşağıdakı Quran ayəsinə əməl etməkdir: 97 00:14:43,860 --> 00:14:51,950 وَ أَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَ مِنْ رِبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللهِ وَ عَدُوَّكُمْ وَ ءَاخَرِينَ مِنْ دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ اللهُ يَعْلَمُهُمْ... 98 00:14:53,150 --> 00:14:59,600 Bu ayənin mənası odur ki, çalışın düşmən sizi qəfil haqlamasın; 99 00:15:01,600 --> 00:15:08,280 yəni əgər düşmən sizə qəfil hücum edərsə, 100 00:15:09,040 --> 00:15:19,420 təchizatın azlığı, hazırsızlıq ucbatından böyük xəsarət almayasınız. 101 00:15:19,420 --> 00:15:25,060 Sizə – silahlı qüvvələrə zərbə dəyməsi millətə və İslama zərbə dəyməsi deməkdir. 102 00:15:27,640 --> 00:15:36,330 Odur ki, qeyd etdiyim kimi, silahlı qüvvələrimizin bu günədək bu sahədə qazandığı nailiyyətlər hamıya nümunədir. 103 00:15:36,480 --> 00:15:44,060 Yəni ölkə miqyasında müxtəlif sahələrdə əldə edilmiş uğurlar arasında hərbi sahədə, hərbi texnika istehsalında 104 00:15:45,310 --> 00:15:51,220 qazanılmış nailiyyətlər ən irəli sıralarda durur; 105 00:15:51,910 --> 00:16:03,710 baxmayaraq ki, ölkəmiz elmi nailiyyətlər və texnologiya sahəsində də dünya səviyyəsində yüksək yer tutur və bu, sevindirici bir haldır. 106 00:16:03,820 --> 00:16:13,400 Bu illər ərzində, belə bir mərhələdə – bu qədər təzyiqlər altında, sanksiyalar, resursların çatışmazlığı şəraitində 107 00:16:13,930 --> 00:16:20,530 ölkəmizin hərbi təchizatını və potensialını 108 00:16:22,110 --> 00:16:29,930 bu qədər genişləndirməyimiz olduqca böyük bir işdir. 109 00:16:30,550 --> 00:16:41,200 Xoşbəxtlikdən, silahlı qüvvələrimiz müxtəlif sahələrdə ya müstəqil şəkildə, 110 00:16:42,510 --> 00:16:50,330 ya da müəyyən proqramlar işləyib hazırlamaq, elm və texnologiya mərkəzlərindən dəstək almaqla 111 00:16:50,330 --> 00:16:53,280 böyük işlər görməyə nail olmuşlar. Bu proses davam etməlidir. 112 00:16:54,840 --> 00:17:01,600 Mən təkidlə vurğulayıram ki, olkənin hərbi texnika istehsalı 113 00:17:02,460 --> 00:17:11,150 və döyüş hazırlıqları sahəsindəki inkişafı davam etdirilməlidir. Düşmənlərimiz bunu istəmirlər. 114 00:17:13,240 --> 00:17:22,370 Bu gün İran İslam Respublikasına təbliğat sferasında təzyiq vasitələrindən biri də məhz bu məsələdir: 115 00:17:22,570 --> 00:17:29,310 raketlər, distasion kəşfiyyat təyyarələri, hərbi texnikalar, 116 00:17:29,400 --> 00:17:39,770 gənclərimizin ölkənin daxilində, kimsədən kömək almadan əldə etdikləri nailiyyətlərdir. 117 00:17:39,770 --> 00:17:41,970 Düşmənlər bunların olmasını istəmir, bu inkişafı dayandırmaq istəyirlər. 118 00:17:44,350 --> 00:17:53,930 Lakin Quran ayəsinə əsasən, sağlam məntiq bizə bu inkişafı davam etdirmək lazım olduğunu deyir. 119 00:17:54,480 --> 00:17:59,950 Qarşı tərəf həyasızcasına bizi hərbi hücumla hədələyir. 120 00:18:01,950 --> 00:18:09,680 Heç nədən utanıb-çəkinmədən daim bizi hərbi hücumla təhdid edilər. Bir müddət idi ki, susurdular, 121 00:18:09,680 --> 00:18:18,930 bir neçə gün əvvəl yenə də biri ağzını açaraq ortada olan seçim variantları, hərbi hücum variantı barədə fikirlər səsləndirib. 122 00:18:19,710 --> 00:18:25,130 Belə sözlər danışır, böyük qələtlər edirlər, 123 00:18:25,880 --> 00:18:30,420 sonra da deyirlər ki, İran İslam Respublikası müdafiə qüdrətini artırmamalıdır. 124 00:18:31,110 --> 00:18:33,800 Sizcə, onların bu dediyi səfeh bir söz deyilmi? 125 00:18:58,420 --> 00:19:06,710 Hətta bizi belə açıq-aşkar hədələməsəydilər belə, 126 00:19:06,770 --> 00:19:11,460 “وَ أَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَ مِنْ رِبَاطِ الْخَيْلِ” ayəsinə əsasən, 127 00:19:13,660 --> 00:19:19,640 biz bu barədə düşünməli idik. Bizi hədələməsələr belə, biz işimizi bərk tutmalı, 128 00:19:19,640 --> 00:19:24,860 hazırlığımızı artırmalıyıq. Amma elə hədələyirlər də. 129 00:19:26,080 --> 00:19:31,950 Bir yandan hərbi hücum barədə təhdidlər səsləndirirlər, digər tərəfdən siz raket istehsal etməməlisiniz, 130 00:19:31,950 --> 00:19:34,730 onu etməməlisiniz, bunu etməməlisiniz. 131 00:19:35,130 --> 00:19:46,570 Təbliğatlarında və ya beynəlxalq arenada qəbul etdikləri qərarlarda durmadan əsassız, səfeh göstərişlər verirlər. 132 00:19:46,600 --> 00:19:54,330 Xeyr, belə deyil. İran İslam Respublikası, əvvəla, sübut edib və nümayiş etdirib ki, 133 00:19:55,660 --> 00:20:04,880 var gücü ilə, qüdrətli bir şəkildə 134 00:20:07,150 --> 00:20:17,130 özünü müdafiə etməyə qadirdir, bütün xalqı bir yumruq kimi birləşib 135 00:20:17,310 --> 00:20:32,480 məntiqsiz təcavüzkarın qarşısında dayanır. 136 00:20:33,820 --> 00:20:40,640 Müdafiə məqamında bizim xalqımız birləşir və heç nə bu vəhdətə təsir edə bilmir. Bu, birinci məsələ. 137 00:20:43,310 --> 00:20:51,730 İkincisi isə İran İslam Respublikası özünü hazır vəziyyətdə saxlayır, hazırlığını qoruyur. Bu da ikinci məsələ. 138 00:20:52,770 --> 00:21:00,370 İran İslam Respulikasının bütün dövlət strukturları – Müdafiə Nazirliyindən tutmuş Ordu və Keşikçi Korpusun müxtəlif qurumlarına qədər – 139 00:21:00,950 --> 00:21:07,170 bunu bir tapşırıq kimi qəbul etsinlər və hazırlıqlarını günü-gündən artırsınlar: 140 00:21:07,750 --> 00:21:12,260 həm hərbi texnikanın istehsalı sahəsində, həm təşkilatçılıq, 141 00:21:14,950 --> 00:21:25,530 idarəçilk sahəsində, həm də orduya ən böyük təsiri olan məsələdə, yəni ruhiyyə baxımından hazırlıq məsələsində. 142 00:21:26,860 --> 00:21:37,240 Sevindirici haldır ki, bizim ölkəmizdə, bizim silahlı qüvvələrimizdə, gənclərimizdə, qəhrəman döyüşçülərimizdə bu cəhətdən heç bir çatışmazlıq yoxdur. 143 00:21:38,770 --> 00:21:46,170 Ruhiyyə baxımından, xoşbəxtlikdən, heç bir əskikliyimiz yoxdur. 144 00:21:46,800 --> 00:21:55,200 İnqilabın hədəfi, iyirmi doqquz fərvərdin gününün hədəfi, 145 00:21:55,510 --> 00:22:02,530 ordunun yaradılmasının məqsədi – əziz İmamın həyata keçirmək istədiyi bütün məsələlər gerçəkləşmişdir. 146 00:22:03,480 --> 00:22:08,130 Ruhiyyə yüksək, hazırlıq mükəmməldir! 147 00:22:10,710 --> 00:22:20,330 İndinin özündə belə, orduda xidmət edən, inqilabı və İmamı görməmiş, müharibənin şahidi olmamış, 148 00:22:20,750 --> 00:22:24,170 bu barədə heç bir şey xatırlamayan gənclər 149 00:22:24,170 --> 00:22:28,000 fədakarlığa hazır olduqlarını müxtəlif yollarla mənə çatdırırlar. 150 00:22:28,350 --> 00:22:35,200 İran İslam Respublikasının Hərbi Hava Qüvvələrinin pilotları bir, 151 00:22:37,000 --> 00:22:43,820 Dəniz Donanması və ya Quru Qoşunlarında xidmət edən hərbçilər isə başqa bir üsulla mənə mesajlar ünvanlayaraq hazır olduqlarını bildirirlər. 152 00:22:44,130 --> 00:22:54,770 Hansı orduda və silahlı qüvvələrdə belə yüksək ruhiyyə olarsa, 153 00:22:55,400 --> 00:23:00,130 onlar düşmənlə üz-üzə dayandıqda, sınaq meydanlarında, mütləq, irəliyə gedəcəklər. 154 00:23:00,620 --> 00:23:02,370 Siz belə bir əhval-ruhiyyə ilə irəli getməlisiniz. 155 00:23:02,370 --> 00:23:09,640 Deməli, ideologiyasını qorumaq, düzgün istiqamət götürmək, lazımi hazırlıqlara yiyələnmək, 156 00:23:09,930 --> 00:23:19,150 yüksək ruhiyyəyə sahib olmaq, hərbi təchizat və hazırlığın günü-gündən artırılması 157 00:23:19,150 --> 00:23:23,930 silahlı qüvvələrin həyata keçirməli olduğu əsas işlərdir. 158 00:23:23,930 --> 00:23:27,550 İran İslam Respublikası heç bir ölkə üçün təhlükə mənbəyi deyil. 159 00:23:28,060 --> 00:23:34,280 Biz heç öz qonşularımız üçün heç bir zaman təhlükə mənbəyi olmamışıq, o ki qala uzaq regionlar üçün. 160 00:23:34,640 --> 00:23:39,200 Yaxın keçmişimiz buna açıq-aydın sübutdur. 161 00:23:41,550 --> 00:23:47,510 Hətta qonşularımız bizə qarşı qonşuluğa layiq olmayan şəkildə rəftar etdikdə belə, 162 00:23:48,240 --> 00:23:54,400 biz alicənablıq göstərib onlara cavab verməmişik. 163 00:23:56,350 --> 00:24:00,440 İran İslam Respublikası heç bir ölkəyə təcavüz etmir və etməyəcəkdir. 164 00:24:01,530 --> 00:24:10,150 Uydurma nüvə silahı məsələsini də amerikalılar, ardınca isə avropalılar 165 00:24:11,350 --> 00:24:19,220 və onlara xoş gəlməyə çalışan bəzi riyakar dövlətlər ona görə əldə bayraq ediblər ki, İran İslam Respublikasını dünya üçün bir təhlükə kimi qələmə versinlər. 166 00:24:19,260 --> 00:24:21,910 Onların dedikləri kimi deyil, əksinə, Amerikanın özü təhlükə mənbəyidir. 167 00:24:22,550 --> 00:24:30,310 Bu gün dünyada ən böyük təhlükə Amerika dövlətidir, 168 00:24:30,400 --> 00:24:41,770 belə ki heç bir maneə tanımadan, vicdana, dinə-imana əhəmiyyət vermədən 169 00:24:41,770 --> 00:24:47,200 istədiyi yerə səbəbsiz olaraq soxulur. Dünyada qeyri-sabitliyi Amerika yaradır; 170 00:24:48,910 --> 00:24:50,820 dünyanın təhlükəsizliyini pozan Amerikadır. 171 00:24:52,280 --> 00:24:58,800 Regionumuzda sabitliyi Amerikanın zəncirli iti olan İsrail pozur. 172 00:25:23,150 --> 00:25:28,710 Dünyanı təhlükəli bir vəziyyətə gətirən bunlardır. İran İslam Respublikası nə dünyada, nə də regionda təhlükəsizliyə heç bir xələl gətirmir. 173 00:25:28,820 --> 00:25:33,800 Hətta qonşuları üçün də təhlükə törətmir. 174 00:25:34,530 --> 00:25:45,200 Çox hallarda qonşuların pis davranışına alicənablıqla dözür. Təhlükəsizliyi, sabitliyi 175 00:25:46,460 --> 00:25:52,840 həddini aşmış dövlətlər pozur, onlar ölkələrə müdaxilə edir, hər yeri işğal edirlər. 176 00:25:52,840 --> 00:26:01,460 Bu gün Yəməndə ürəkyaxıcı hadisələrin şahidiyik. Amerika zalımları himayə edir, 177 00:26:01,750 --> 00:26:06,110 qərblilər zalımları himayə edirlər. Təhlükəsizliyə zərbə vuran, 178 00:26:06,680 --> 00:26:08,730 ölkələrdə sabitliyi pozan, 179 00:26:08,770 --> 00:26:15,620 insanların sakit yaşamı üçün təhlükə yaradan onlardır. Sabitliyi pozmaq onlara aiddir. 180 00:26:15,820 --> 00:26:23,800 İran İslam Respublikası həm özü, həm də başqaları üçün təhlükəsizliyi ən böyük ilahi nemət bilir 181 00:26:24,400 --> 00:26:28,280 və öz təhlükəsizliyinin keşiyində durur. 182 00:26:28,840 --> 00:26:34,620 Silahlı qüvvələrin rəsmiləri bunu həmişə qulaqlarında sırğa etməlidirlər: 183 00:26:35,640 --> 00:26:44,840 ölkənin təhlükəsizliyinin, sərhədlərin toxunulmazlığının, 184 00:26:45,060 --> 00:26:50,060 əhalinin ümumi asayişinin qorunması vəzifəsi onların çiyinlərinə düşür. 185 00:26:50,440 --> 00:26:55,860 Allah-taalaya dualar edirik ki, silahlı qüvvələrimizin uğurlarını günü-gündən artırsın, 186 00:26:55,860 --> 00:26:58,840 siz gəncləri öhdənizə düşən rolu 187 00:26:59,530 --> 00:27:01,750 ifa etməyə müvəffəq etsin, inşaallah. 188 00:27:02,040 --> 00:27:07,880 Sizin rolunuz təkcə müharibə aparmaq, döyüşmək deyil. Yeni-yeni imkanlar yaratmaq, 189 00:27:08,620 --> 00:27:13,600 inkişafa nail olmaq, özünü islah etmək, təmsil olunduğunuz qurumlarda islahatlar aparmaq və bu kimi 190 00:27:14,040 --> 00:27:17,750 başqa böyük işlərdir. Söz yox ki, əgər günlərin bir günü müharibə başlayarsa, 191 00:27:17,750 --> 00:27:25,770 döyüşdə iştirak etmək də sizin üçün bir sınaq, hazırlığınızı nümayiş etdirməyiniz üçün bir meydan olacaq. 192 00:27:25,770 --> 00:27:29,660 Ümidvaram ki, inşallah, Uca Yaradan bütün sahələrdə uğur qazanmağınız üçün sizə mənəvi dəstək olacaq. 193 00:27:30,020 --> 00:27:32,130 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.