1 00:00:08,660 --> 00:00:10,600 بسم‌الله‌الرّحمن‌الرّحيم 2 00:00:12,410 --> 00:00:17,470 الحمدلله ربّ‌ العالمين 3 00:00:20,080 --> 00:00:27,660 و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابيالقاسم المصطفي محمّد 4 00:00:35,480 --> 00:00:40,730 و علي اله الاطيبين الاطهرين المنتجبين 5 00:00:42,800 --> 00:00:54,650 الهداة المهديّين المعصومين المکرّمين سيّما بقيةالله في الارضين 6 00:00:57,360 --> 00:01:18,100 اللّهمّ صلّ علي فاطمة بنت نبيک و زوجة وليّک و امّالسبطين الحسن و الحسين سيّدي شباب اهل الجنّة 7 00:01:19,680 --> 00:01:36,100 الطّهرة الطّاهرة المطهّرة التّقيّة النّقيّةالزّکيّة سيّدة نساء اهل الجنّة اجمعين 8 00:01:39,150 --> 00:01:54,420 اللّهمّ صلّ علي وليّک عليّ بن موسي عدد ما في علمکصلاة دائمة بدوام ملکک و سلطانک 9 00:01:56,940 --> 00:02:14,420 اللّهمّ سلّم علي وليّک عليّ بن موسي عدد ما فيعلمک سلاماً دائماً بدوام مجدک و عظمتک و کبريائک 10 00:02:16,520 --> 00:02:35,680 Uca Allaha şükürlər edirəm ki, bir daha, daha bir yeni ildə 11 00:02:36,730 --> 00:02:48,100 Həzrət Əbülhəsən Rzanın (ə) məqbərəsinin kölgəsi altında 12 00:02:49,050 --> 00:03:01,680 siz əziz qardaş və bacılarımla, İmam Rzanı (ə) ziyarətə gəlmiş insanlarla görüşmək fürsətini mənə nəsib etdi. 13 00:03:03,890 --> 00:03:23,260 Müsəlman iranlılar qədim bir ənənə olan Novruzu müdriklikə öz əqidələrinə uyğun, ürəkləri istədikləri bir şəklə salmışlar; 14 00:03:25,890 --> 00:03:38,940 Novruzun zahiri formasını, qəlibini saxlayıb, mahiyyətini, mənasını dəyişmişlər. 15 00:03:41,260 --> 00:03:59,470 Qədim Novruz padşahların Novruzu idi. Zalım hökmdar və ağaların 16 00:04:00,520 --> 00:04:19,990 öz zahiri ehtişamını, dəbdəbəsini xalqın gözünə soxmaları, oturub onlardan hədiyyələr qəbul etmələri üçün fürsət idi. 17 00:04:21,780 --> 00:04:39,890 Hətta Novruzun Əməvi və Abbasi xəlifələrinin saraylarına yol tapdığı Bəni-Ümməyə və Bəni-Abbas zamanında da 18 00:04:41,260 --> 00:04:56,420 qədim fars padşahlarından qalmış bu ənənə yaşayırdı. 19 00:04:58,100 --> 00:05:10,630 İranlı müsəlmanlar isə bu qaydanı,bu ənənəni öz xeyirlərinə dəyişdilər. 20 00:05:11,680 --> 00:05:19,570 Bu dəyişiklik birdəfəyə olmayıb, 21 00:05:20,630 --> 00:05:36,970 amma əsrlər keçəndən sonra – bu gün siz görürsünüz ki, Novruz insanlarla izzət və əzəmətin başlanğıcı, yəni Uca Allahın müqəddəs zatı arasında 22 00:05:37,880 --> 00:05:52,450 mənəvi əlaqə yaranması üçün bir vasitəyə, bəhanəyə çevrilib. 23 00:05:54,110 --> 00:06:03,880 İranlıların Novruzu xalqa aid bir məna və mahiyyətə malikdir. 24 00:06:05,200 --> 00:06:25,420 İnsanlar Novruzla əlaqədar olaraq bir-biri ilə səmimiyyət və sevgi ilə davranır, bir-birini təbrik edir, hədiyyələr verirlər. 25 00:06:26,110 --> 00:06:43,200 Əsrlər sonra – bu gün Novruzun mahiyyətində qədimdə padşahlara aid olan o adət-ənənədən əsər-əlamət qalmayıb. 26 00:06:44,510 --> 00:07:03,200 Novruz günlərində, il təhvil olunduğu zaman bu geniş ölkəmizdə ən sıx, izdihamlı məkanlar 27 00:07:03,600 --> 00:07:12,570 imamların və imamzadələrin (ə) müqəddəs məqbərələri olur. 28 00:07:13,770 --> 00:07:34,800 Dünən – gecə yarısı bu müqəddəs məqbərədə yüz minlərlə mömin saf qəlblə qüdrət və əzəmət mənbəyinə üz tutmuşdu, 29 00:07:35,880 --> 00:07:50,110 öz Rəbbi ilə söhbət edirdi, halları dəyişən Uca Allahdan öz halının yaxşılığa doğru dəyişməsini istəyirdi, 30 00:07:50,970 --> 00:07:53,880 dini ayinlər icra edirdi. 31 00:07:54,280 --> 00:08:05,820 Odur ki, bu gün bizim qeyd etdiyimiz Novruz qədim Novruz deyil, iranlıların Novruzudur; 32 00:08:06,400 --> 00:08:19,020 bu qədim adəti öz uca hədəflərinə çatmaq üçün 33 00:08:19,600 --> 00:08:29,080 sərmayəyə çevirməyi bacarmış müsəlman bir xalqın Novruzudur. 34 00:08:29,420 --> 00:08:36,970 Ümidvaram, Uca Allah əziz İran xalqına hər bir situasiyada, 35 00:08:37,710 --> 00:08:51,080 hər bir məsələdə belə müdrik islami təşəbbüslər etməkdə yardımçı olacaq. 36 00:08:51,370 --> 00:09:07,940 Belə ki, bu il Norvuz bayramı İslam dünyasının böyük xanımı Həzərt Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə bağlı günlərlə üst-üstə düşür 37 00:09:08,680 --> 00:09:24,220 və şübhəsiz ki, təşkil edilən Novruz mərasimləri o uca adın hörmətinə, o uca şəxsiyyətin xatirəsinin ehtiramla anılmasına heç bir vəchlə zidd olmamalıdır; 38 00:09:24,620 --> 00:09:28,910 sözsüz ki, heç olmayacaq da. 39 00:09:30,620 --> 00:09:42,450 Bu gün mən bu möhtəşəm toplantıda iştirak edən siz əziz qardaş və bacılarıma, 40 00:09:44,000 --> 00:09:51,480 eləcə də bütün İran xalqına müəyyən şeyləri deməyi nəzərdə tutumuşam. 41 00:09:53,310 --> 00:09:59,650 Söhbətimi Qurandan olan bir mənaya diqqət çəkməklə başlamaq istəyriəm. 42 00:10:00,000 --> 00:10:12,280 Uca Allah yardım vədi verdiyi şəxslər üçün bir şərt qoymuşdur: 43 00:10:12,910 --> 00:10:16,970 “Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!” 44 00:10:17,770 --> 00:10:34,970 “O kəslər ki, əgər onlara yer üzündə güc-qüdrət versək, namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir”. (“Həcc” surəsi, 41-ci ayə) 45 00:10:35,420 --> 00:10:54,620 Bu şərif ayədə Allah-taala gücü və imkanı olan, zalım hökmdarların 46 00:10:55,710 --> 00:11:10,680 ağalığı altından çıxmağa müvəffəq olmuş möminlər üçün 4 göstərici müəyyən edərək belə vəd edir: 47 00:11:10,910 --> 00:11:14,970 “Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!” 48 00:11:15,480 --> 00:11:26,800 Allah-taala belə bir xalqa yardım etməyə, əlbəttə ki, qadirdir və sözsüz ki, edəcək də. 49 00:11:28,050 --> 00:11:33,080 Həmin 4 şərtdən biri namaz, biri zəkat, 50 00:11:33,480 --> 00:11:39,600 biri “əmr be məruf”, dördüncüsü isə “nəhy əz münkər”dir. 51 00:11:40,510 --> 00:11:52,220 Bu dörd xüsusiyyətdən, dörd meyardan hər birinin bir fərdi, şəxsi aspekti var, 52 00:11:52,680 --> 00:12:03,600 amma bununla yanaşı, bir sosial aspekti, ictimai quruluşa da bir təsiri var. 53 00:12:04,280 --> 00:12:17,250 Hətta mahiyyətində o qədər sirr və simvolika gizlənən, hər bir möminin meracı, 54 00:12:17,600 --> 00:12:20,740 قُربانُ کُلِّ تَقي 55 00:12:21,200 --> 00:12:23,940 – hər bir təqvalı və pəhrizkar insanın Allaha yaxınlaşma vasitəsi, feyz və səadət mənbəyi, 56 00:12:24,450 --> 00:12:35,650 bütün əməllərdən üstün bir əməl olan namaz da sosial aspektə malikdir. 57 00:12:36,570 --> 00:12:52,220 Namazın sosial aspekti bundan ibarətdir ki, onun vasitəsilə ayrı-ayrı müsəlmanlar vahid bir mərkəzlə təmasda olur. 58 00:12:53,080 --> 00:13:05,760 Namaz vaxtı böyük İslam dünyasının hər bir yerində bütün müsəlmanlar eyni anda 59 00:13:06,120 --> 00:13:12,200 qəlblərini vahid bir mərkəzə bağlayırlar. 60 00:13:12,920 --> 00:13:20,880 Bütün qəlblərin vahid bir mərkəzə bu şəkildə bağlanması ictimai bir məsələdir, 61 00:13:21,640 --> 00:13:33,240 ictimai formasiya məsələsidir, islami quruluşun həndəsəsini müəyyən edərək formalaşdırır. 62 00:13:34,040 --> 00:13:52,240 Zəkatın da fərdi bir özəlliyi var, insana sevdiyi şeylərdən keçməyi, onları başqalarına verməyi öyrədir; 63 00:13:52,600 --> 00:14:02,200 bunun özü çox mühüm bir təcrübədir, sınaqdır. Buna baxmayaraq, zəkatın da ictimai nöqteyi-nəzərdən bir yozumu var. 64 00:14:02,800 --> 00:14:19,360 Quranda zəkat sözü ilə bütün infaqlar, yəni Allah yolunda xərcləmələr nəzərdə tutulur. Bura “خُذ مِن اَموالِهِم صَدَقَةً” – “Onların mallarından sədəqə (zəkat) al” (“Tövbə” surəsi, 103-cü ayədən) şərif ayəsində 65 00:14:19,360 --> 00:14:22,160 vacib maliyyə vergisi kimi haqqında danışılan və şəri termin olaraq işlədilən zəkat da daxildir. 66 00:14:22,840 --> 00:14:29,360 Allah yolunda edilən bütün infaqlar zəkatdır. 67 00:14:29,920 --> 00:14:39,400 Zəkatın ictimai aspekti, ictimai quruluşun formalaşmasına təsir etmək baxımından izahı isə bundan ibarətdir ki, 68 00:14:39,800 --> 00:14:49,480 İslam cəmiyyətində, islami mühitdə yaşayan və dünya malına malik olan insan 69 00:14:49,720 --> 00:15:01,520 cəmiyyət qarşısında məsuliyyət hiss edir, özünü borclu bilir, cəmiyyətdən ummur, kiməsə əl tutmağı özünün vəzifəsi hesab edir; 70 00:15:02,240 --> 00:15:18,960 həm yoxsul, zəif insanlar qarşısında məsuliyyət hiss edir, həm də Allah yolunda. Odur ki, bu nöqteyi-nəzərdən zəkat ictimai quruluşun formalaşmasına təsir göstərən bir hökm və göstəricidir. 71 00:15:20,000 --> 00:15:32,080 “Əmr be məruf və nəhy əz münkər”ə gəlikdə isə bu hökm İslamdakı bütün ictimai fəaliyyətlərin, bir növ, əsasını təşkil edir; 72 00:15:32,120 --> 00:15:35,720 “بِها تُقامُ الفَرائِض” – bütün vacib hökm və əməllər onunla, onun sayəsində yerinə yetirilmiş olur. 73 00:15:36,160 --> 00:15:45,880 “Əmr be məruf” – yəni cəmiyyəti yaxşılıqlara, 74 00:15:46,120 --> 00:15:59,640 hər cür gözəl, bəyənilən əməllərə sövq etmək dünyanın istənilən yerində hər bir möminin vəzifəsidir. 75 00:15:59,960 --> 00:16:10,080 “Nəhy əz münkər” isə hər kəsi pisliklərdən, rəzilliklərdən, çirkinliklərdən uzaqlaşdırmaqdır. 76 00:16:10,480 --> 00:16:25,640 Bu 4 göstəricinin hər biri İslam dövlətinin, islami quruluşun strukturunu özünəməxsus tərzdə ifadə edir. 77 00:16:26,840 --> 00:16:35,520 Haşiyəyə çıxıb bir şey deyim ki, “əmr be məruf və nəhy əz münkər” mühüm bir məsələdir 78 00:16:36,000 --> 00:16:45,160 və onu heç də vacib əhəmiyyət kəsb etməyən məsələlərlə məhdudlaşdırmaq olmaz. 79 00:16:46,400 --> 00:16:54,000 Bəziləri elə güman edirlər ki, “əmr be məruf və nəhy əz münkər” 80 00:16:54,320 --> 00:17:06,080 yalnız dinin təfərrüatına əməl etməyən bir kişi və ya qadına xatırlatma etməkdən ibarətdir. 81 00:17:06,640 --> 00:17:16,800 “Əmr be məruf və nəhy əz münkər”in ən əhəmiyyətli forması 82 00:17:17,280 --> 00:17:30,960 ən böyük yaxşılıqlara sövq etmək və ən böyük pisliklərdən çəkindirməkdir. 83 00:17:31,800 --> 00:17:44,040 Ən böyük yaxşılıqlar, ilk növbədə, İslam dövlətinin formalaşdırılması və qorunmasından ibarətdir; 84 00:17:44,240 --> 00:17:46,200 “əmr be məruf” budur. 85 00:17:47,040 --> 00:17:57,240 İslam dövlətini formalaşdırmaqdan və qorumaqdan uca xeyir, yaxşılıq yoxdur. 86 00:17:57,640 --> 00:18:03,360 Bu yolda çalışan hər kəs cəmiyyəti yaxşılığa çağırmış olur. 87 00:18:03,800 --> 00:18:12,560 Ən böyük xeyir və yaxşılıq İran xalqının qürur və heysiyyətini qorumaqdır. 88 00:18:12,920 --> 00:18:24,160 Xeyir və yaxşlıqlar bunlardır: mədəniyyəti yüksəltmək, sağlam əxlaqi atmosfer yaratmaq, ailə atmosferini sağlamlaşdırmaq, 89 00:18:24,760 --> 00:18:39,440 yeni nəslin sayını artırmaq, ölkəni inkişaf etdirməyə hazır olan bir gənc nəsil yetişdirmək, iqtisadiyyat və istehsalı rövnəqləndirmək, 90 00:18:39,880 --> 00:18:54,360 İslam əxlaqını kütləviləşdirmək, elm və texnologiyanı inkişaf etdirmək, hüquqi və iqtisadi ədaləti bərqərar etmək, 91 00:18:54,760 --> 00:19:07,640 İran xalqının və daha böyük miqyasda İslam ümmətinin iqtidarı uğrunda çalışıb-vuruşmaq, 92 00:19:08,160 --> 00:19:18,000 müsəlman birliyi uğrunda çalışıb səy göstərmək. Ən mühüm xeyir və yaxşılıqlar bunlardır 93 00:19:18,400 --> 00:19:25,320 və onların uğrunda çalışmaq, insanları onlara sövq etmək hər kəsin vəzifəsidir. 94 00:19:25,920 --> 00:19:38,000 Bunların əks qütbündə isə pisliklər, çirkinliklər durur. Əxlaqi tənəzzül pislikdir, İslam düşmənlərinin dəyirmanına su tökmək pislikdir, 95 00:19:38,360 --> 00:19:52,360 İslam dövlətini zəiflətmək pislikdir,İslam mədəniyyətini zəiflətmək pislikdir, cəmiyyətin iqtisadiyyatını, elm və texnologiyanı zəiflətmək pislikdir; 96 00:19:52,920 --> 00:20:04,280 bu pisliklərdən çəkinmək lazımdır.Yaxşılıqlara əmr edən ilk şəxs isə Allah-taalanın müqəddəs zatının özüdür. O buyurur: 97 00:20:04,600 --> 00:20:17,640 “Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurur, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir”. (“Nəhl” surəsi, 90-cı ayədən) 98 00:20:18,240 --> 00:20:27,400 Allah-taala yaxşılıqlara əmr edərək pisliklərdən çəkindirir. Yaxşlılıqlar da müəyyən olunub, pisliklər də məlumdur. 99 00:20:28,280 --> 00:20:49,040 Əzəmətli İslam Peyğəmbərinin (s) müqəddəs vücudu yaxşılıqlara əmr edib pisliklərdən çəkindirənlərin ən üstünüdür; 100 00:20:49,440 --> 00:20:50,720 Quranda onun haqqında buyurulur: 101 00:20:50,960 --> 00:20:55,280 “(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər...” (“Əraf” surəsi, 157-ci ayədən) 102 00:20:55,640 --> 00:21:05,720 Məsum imamlar (ə) da “əmr be məruf və nəhy əz münkər” etmiş ən böyük şəxsiyyətlərdir; ziyarətnamələrdə oxuyursunuz: 103 00:21:05,920 --> 00:21:14,000 “Şəhadət verirəm ki, sən namazı bərpa etdin, zəkat verdin, yaxşılıqlara əmr edib, pisliklərdən çəkindirdin”. 104 00:21:14,440 --> 00:21:23,600 İslam dünyasının istənilən yerində yaşayan mömin kişi və qadınlar yaxş ılığa əmr edib, pisliklərdən çəkindirənlərdəndir; 105 00:21:23,960 --> 00:21:36,480 Quranda buyurulur:“Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verərlər”. (“Tövbə” surəsi, 71-ci ayədən) 106 00:21:37,040 --> 00:21:49,360 Bunlar ictimai quruluşun formalaşdırılmasında başlıca rola malik olan 4 başlıca elementdir və onlardan hər biri də şaxələrə bölünür. 107 00:21:50,080 --> 00:21:59,800 İslam dövlətində, yəni İslam cəmiyyətindəki birlik, camaat arasında ictimai əlaqələr və emosional bağlar 108 00:22:00,280 --> 00:22:12,360 məhz bu 4 şeyə: namazın qılınması, zəkatın verilməsi, “əmr be məruf” və “nəhy əz münkər”ə əsaslanır. 109 00:22:13,320 --> 00:22:22,840 Elə bu məqamda – bugünkü söhbətimin əvvəlində mən bu mövzudan dünən gecəyarı 110 00:22:23,080 --> 00:22:33,240 əziz xalqımıza etdiyim müraciətdə yeni il üçün elan etdiyim şüarla bağlı nəticə çıxarmaq istəyirəm. 111 00:22:34,320 --> 00:22:39,320 Bizim cəmiyyətimizdə, bu geniş və əziz ölkəmizdə 112 00:22:40,680 --> 00:22:49,000 ölkəmizdə İslam dini ictimai mənşəyindən, sosial statusundan asılı olmayaraq, 113 00:22:49,480 --> 00:22:59,480 hamımızdan birgə olmağımızı, həmrəy olmağımızı, bir-birinə yardım etməyimizi istəyir. 114 00:23:00,600 --> 00:23:10,080 İslam dövlətində hakimiyyətə gələn administrasiyalar xalq tərəfindən dəstəklənməlidir; 115 00:23:11,080 --> 00:23:27,720 hətta hökumətdə təmsil olunan bu və ya digər şəxsə səs verməmiş insanlar tərəfindən də dəstək və himayə görməlidir. 116 00:23:28,200 --> 00:23:39,960 Bizim islami dövlətimizdə milli, sosial birlik və həmrəyliyin mahiyyətini bu gerçəklik təşkil etməlidir. 117 00:23:40,720 --> 00:23:57,640 İş başında olan hakimiyyətlə hamı bir nəfər kimi əlbir-dilbir olmalı, ona yardım etməlidir; 118 00:23:58,120 --> 00:24:14,280 xüsusilə də ölkənin mühüm məsələlərlə, önəmli problem və qarşıdurmalarla üz-üzə olduğu anlarda (bu barədə daha sonra deyəcəklərim var). 119 00:24:14,720 --> 00:24:28,920 Bu gün xalqın bütün nümayəndələrinin vəzifəsidir ki, ölkə və hökumət rəsmilərini dəstəkləsinlər, onlara yardım etsinlər. 120 00:24:48,960 --> 00:24:57,400 Bu təkcə hazırkı hökumətə yox, bütün hökumətlərə aiddir. 121 00:24:58,320 --> 00:25:05,000 Bundan sonra hakimiyyətə gələcək administrasiyalara da aiddir. 122 00:25:05,160 --> 00:25:15,480 Ona görə ki, bütün hökumətləri narahat edən əsl və başlıca məsələ xalqın problemlərini həll etməkdir; 123 00:25:16,160 --> 00:25:23,160 doğrudur, onların hamısı eyni səviyyədə olmaya, fərqli imkan və bacarıqlara 124 00:25:23,800 --> 00:25:29,440 və ya siyasi təmayülə malik ola bilərlər, 125 00:25:29,880 --> 00:25:45,640 amma hamısının məqsədi hakimiyyətdə olduqları dövrdə imkanları daxilində ölkənin, xalqın problemlərini həll edə bilməkdir. 126 00:25:46,240 --> 00:25:57,560 Konstitusiya çərçivəsində hakimiyyətə gəlmiş hər bir administrasiya legitimdir, qanunidir. 127 00:25:58,400 --> 00:26:11,120 Əsas o deyil ki, bu və ya digər prezidentə seçicilərin neçə faizi səs verib; 128 00:26:11,840 --> 00:26:19,520 səslərin azlığı və ya çoxluğunun həmin şəxsin nə dərəcədə sevilməsi ilə əlaqəsi var, 129 00:26:20,280 --> 00:26:24,680 legitimliyi ilə əlaqəsi yoxdur. 130 00:26:25,280 --> 00:26:38,640 Bir şəxs istənilən səs çoxluğu faizi ilə, Konstitusiya çərçivəsində, xalqın əksəriyyətinin səsini toplayaraq seçilirsə, + 131 00:26:39,480 --> 00:26:49,760 bu artıq legitimlikdir, qanunilikdir, həmin dövlət legitimdir və xalq onu qanuni bilərək 132 00:26:50,760 --> 00:26:59,960 bacardığı qədər ona kömək etməlidir. Əlbəttə ki, qarşılıqlı hüquqlar var. 133 00:27:00,560 --> 00:27:07,920 Əlbəttə ki, hər bir hökuməti tənqid edənlər olur; hazırkı hökuməti də tənqid edənlər var, 134 00:27:08,640 --> 00:27:17,880 bundan əvvəlki hökumətlərin də hər birini tənqid edənlər olub. Bunun heç bir problemi yoxdur. 135 00:27:18,360 --> 00:27:24,280 Elə insanlar var ki, bu və ya digər davranışı, 136 00:27:24,720 --> 00:27:29,520 fikri, siyasəti qəbul etmir və tənqid edirlər. 137 00:27:30,000 --> 00:27:39,880 Bunun heç bir eybi yoxdur, amma tənqidlər məntiq çərçivəsində olmalıdır. 138 00:27:40,320 --> 00:27:46,760 Mənim özümün də müxtəlif hökumətlərə tənqidi yanaşdığım vaxtlar olub, 139 00:27:47,240 --> 00:27:49,920 həmişə də fikirlərimi qeyd etmişəm, 140 00:27:50,240 --> 00:28:00,600 nöqsanlı hesab etdiyim, tənqidə lüzum gördüyüm heç bir halda fikrimi deməkdən çəkinməmişəm. 141 00:28:01,240 --> 00:28:11,320 İntəhası bu tənqidi fikirlərimi münasib şəraitdə, münasib situasiyada və münasib şəkildə bildirmişəm. 142 00:28:11,800 --> 00:28:15,440 Mesaj ünvanlamışam və ya şəxsən, üz-üzə demişəm, yaxud israrla fikrimi bildirmişəm. 143 00:28:16,280 --> 00:28:19,520 Xəbərdarlıq etməyin, tənqidi fikirlərini qeyd etməyin heç bir eybi yoxdur, 144 00:28:19,920 --> 00:28:33,520 amma bu, elə formada olmalıdır ki, rəsmilərə, iş başında olan şəxslərə qarşı ictimai etimadı yox etməsin. 145 00:28:34,440 --> 00:28:41,880 Xəbərdarlığı elə formada etmək lazımdır ki, camaatda etimadsızlıq yaranmasın, 146 00:28:42,760 --> 00:28:50,120 təhqir və aqressiv davranışlara yol verilməsin. 147 00:28:50,800 --> 00:29:06,400 Hökumətlə xalq arasındakı əlaqəyə hamı müsəlman qardaşlığı prizmasından yanaşmalı, bu şəkildə davranmalıdır. 148 00:29:06,920 --> 00:29:10,600 Əlbəttə ki, burada iki tərəf var. 149 00:29:11,160 --> 00:29:26,600 Mən həm xalqa tövsiyə edirəm ki, hökumətlə mehribanlıqla, birlik və həmrəylik ruhu ilə danışmaq lazımdır, 150 00:29:27,040 --> 00:29:32,920 həm də hakimiyyətin hər 3 qolunda təmsil olunan rəsmilərə vurğulayıram ki, 151 00:29:33,320 --> 00:29:39,880 onları tənqid edən şəxslərə qarşı münasib şəkildə davransınlar, 152 00:29:40,400 --> 00:29:46,920 təhqirə yol verməsinlər. 153 00:29:47,440 --> 00:29:55,800 Rəsmilərin müxalifləri təhqir etməsi müdriklik və tədbirliliyə ziddir. 154 00:30:18,110 --> 00:30:23,680 Mən əziz xalqımızı etinasızlığa, 155 00:30:24,350 --> 00:30:27,600 proseslərə nəzarət etməməyə çağırmıram. 156 00:30:28,350 --> 00:30:34,080 Əksinə, onları ölkənin əsas problemləri ilə yaxından maraqlanmağa dəvət edirəm. 157 00:30:34,620 --> 00:30:46,400 Lakin israrla deyirəm ki, istər xalqın rəsmilərə, 158 00:30:47,280 --> 00:30:50,400 istərsə də rəsmilərin onları tənqid edənlərə qarşı reaksiyası destruktiv olmamalıdır; təhqir, aşağılama olmamalıdır. 159 00:30:51,020 --> 00:30:55,600 Kimlərsə hansısa məsələyə narahatlıqla yanaşa bilər; 160 00:30:56,080 --> 00:31:00,930 narahatlıq keçirmək günah deyil; nədənsə narahat olmaq cinayət deyil. 161 00:31:01,820 --> 00:31:08,530 Kimlərsə ölkənin mühüm və həssas bir məsələsi ilə bağlı, 162 00:31:09,020 --> 00:31:14,350 doğrudan da, narahatlıq keçirə bilər; bunda heç bir problem yoxdur. 163 00:31:14,800 --> 00:31:23,950 Lakin bu, insanları ittiham etməyə, görülən işləri, çəkilən zəhmətləri görməməzliyə vurmağa haqq vermir. 164 00:31:24,440 --> 00:31:37,110 Digər tərəfdən hökumət və hökumətin tərəfdarları da narahatlığını ifadə edən insanlara qarşı təhqirə yol verməməlidirlər. 165 00:31:37,510 --> 00:31:43,600 Mən əziz xalqımıza açıq-açığına demək istəyirəm – bundan öncə də dəfələrlə demişəm – ki, 166 00:31:44,080 --> 00:31:50,310 vəzifədə olduğum dövrdə hakimiyyətdə olmuş bütün administrasiyaları dəstəkləmişəm, 167 00:31:50,880 --> 00:31:53,460 hazırkı hökuməti də dəstəkləyirəm. 168 00:31:53,770 --> 00:32:01,510 Lazım olan məqamda fikrimi deyirəm, xəbərdarlığımı edirəm. Əlbəttə ki, heç kimə imzalanmış ağ kağız da vermirəm. 169 00:32:23,910 --> 00:32:31,280 Fəaliyyətlərinə, gördükləri işlərə baxıram və bunun əsasında mühakimə yürüdürəm. 170 00:32:32,080 --> 00:32:38,220 Allahın köməyi ilə bundan sonra da görülən işlərə əsasən hərəkət edəcəyəm. 171 00:32:38,440 --> 00:32:46,000 İlin şüarı – “Dövlət və xalq – birlik və həmrəylik” şüarı ilə bağlı qeyd etmək, şərh vermək istədiyim birinci məsələ bu idi. 172 00:32:46,660 --> 00:32:55,640 Xalq və rəsmilər yumruq kimi bir olmalı, həmrəy olmalı, əməkdaşlıq etməli, 173 00:32:55,950 --> 00:33:00,400 çiyin-çiyinə problemlərin həlli üçün çalışmalıdırlar. 174 00:33:00,660 --> 00:33:08,800 Dedik ki, bu, o zaman daha da böyük əhəmiyyət kəsb edir ki, insanın əlində böyük imkanlar olur, 175 00:33:09,370 --> 00:33:16,350 eyni zamanda böyük çətinlik və qarşıdurmalarla üz-üzə qalır. Bu gün həmin günlərdəndir: 176 00:33:17,020 --> 00:33:20,840 bu gün həm əlimizdə böyük fürsətlər var, 177 00:33:21,370 --> 00:33:28,440 həm də qarşıda bizi gözləyən çətinliklər, qarşıdurmalar. Həmin çətinlikləri qəbul edərək, 178 00:33:29,020 --> 00:33:35,420 əlimizdəki fürsətlərdən istifadə edib, Allahın köməyi ilə, onlara qalib gəlməliyik. 179 00:33:55,910 --> 00:33:58,350 Bəli, bu gün bizim əlimizdə böyük imkanlar var. 180 00:33:58,710 --> 00:34:07,910 Ən böyük imkanlarımızdan biri, əlhəmdulillah ki, ölkəmizdə sayı-hesabı bilinməz dərəcədə çox olan,təşəbbüskar və effektiv insan potensialıdır. 181 00:34:08,570 --> 00:34:20,710 Ölkəmizdə əsas etibarilə gənclərdən ibarət olan, yüksək əhval-ruhiyyəli və təşəbbüskar insan potensialı vardır. 182 00:34:21,420 --> 00:34:33,370 Əlimizdəki digər böyük fürsət isə xalqımızın, gənclərimizin dövlətimizlə, dövlətimizin və mərhum liderimiz İmam Xomeyninin (r.ə) amalları ilə həmrəyliyidir. 183 00:34:33,770 --> 00:34:40,310 Əziz qardaş və bacılar, sizin diqqətinizi bir fakta yönəltmək istəyirəm: 184 00:34:40,970 --> 00:34:48,310 bu Qüds və ya 22 bəhmən yürüşlərində iştirak edənlərin əksəriyyəti gənclərdir; 185 00:34:48,750 --> 00:34:52,220 özü də bu, o gənclərdir ki, 186 00:34:52,530 --> 00:35:04,530 televiziya, radio və internet vasitəsilə gecə-gündüz təxribat bombardmanına məruz qalırlar. 187 00:35:06,480 --> 00:35:15,640 Dünyada – kiberdünyada bir savaş gedir. Audio və vizual mediada 188 00:35:17,060 --> 00:35:28,040 hər biri minlərlə orqanın nüfuzuna sahib olan yüzlərlə media orqanı gənclərimizin təfəkkürünü bombalamaqdadır. 189 00:35:28,840 --> 00:35:34,220 Bəziləri gənclərimizi dindən döndərməyə, 190 00:35:34,530 --> 00:35:41,150 bəziləri onları İslam dövlətinə qarşı kökləməyə, 191 00:35:41,680 --> 00:35:46,660 bəziləri ölkə daxilində ixtilaf və qarşıdurma yaratmağa, 192 00:35:47,060 --> 00:35:53,460 bəziləri isə vecsizliyə, 193 00:35:53,910 --> 00:35:59,730 bekarçılığa sövq etməyə çalışırlar. 194 00:36:00,040 --> 00:36:05,860 Televiziya, radio və internet vasitəsilə 195 00:36:06,220 --> 00:36:14,570 gənclərimizin başı üzərində bu bombardman daim həyata keçirilir. 196 00:36:14,710 --> 00:36:25,420 Buna baxmayaraq, görürsünüz ki, 22 bəhmən günü ölkənin dörd yanında 10 milyonlarla gənc küçələrə çıxır, 197 00:36:25,980 --> 00:36:28,500 şüarlar səsləndirir, emosiyalarını ifadə edir, 198 00:36:28,500 --> 00:36:35,160 İmam Xomeyniyə (r.ə), İslama, İslam dövlətinə mənəvi bağlılığını nümayiş etdirir. 199 00:36:35,160 --> 00:36:38,900 Bu, balaca bir şey deyil, çox böyük bir fürsətdir. 200 00:36:48,100 --> 00:36:55,200 Daha bir fürsət isə 201 00:36:55,200 --> 00:37:01,800 sanksiyalar şəraitində əldə edilmiş elmi nailiyyətlərdir. 202 00:37:02,300 --> 00:37:12,150 Biri var böyük dövlətlər, beynəlxalq mərkəzlərin pulu, sərmayəsi bir xalqın köməyinə gələ, 203 00:37:12,650 --> 00:37:17,950 biri də var bir xalqın üzünə bütün qapılar bağlana, 204 00:37:18,150 --> 00:37:26,900 buna baxmayaraq, həmin xalq müxtəlif sferalarda böyük işlər həyata keçirməyə müvəffəq ola. 205 00:37:27,150 --> 00:37:32,600 Bu gün siz belə böyük işlərin şahidi olursunuz; bunları görməzliyə vurmaq olmaz. 206 00:37:33,000 --> 00:37:40,900 Bir neçə gün əvvəl ölkə prezidenti Cənubi Pars yatağının 12-ci fazasının açılışında iştirak etdi. 207 00:37:41,250 --> 00:37:46,100 Bu, çox böyük və mürəkkəb bir sənaye layihəsidir 208 00:37:46,500 --> 00:37:58,800 və ölkənin iqtisadiyyatını, ümumi daxili məhsulun həcmini hiss olunacaq dərəcədə artıra bilər. 209 00:37:59,300 --> 00:38:02,550 Belə böyük işlərimiz, layihələrimiz çoxdur. 210 00:38:02,950 --> 00:38:11,450 Özünüz gördünüz, Silahlı Qüvvələrin təlimlərində elə texnikalardan istifadə olundu ki, 211 00:38:11,950 --> 00:38:17,950 düşmən onları görəndə təəccüblənmişdi. 212 00:38:18,200 --> 00:38:23,900 Biz bunu gümanla, fərziyyə ilə demirik; təəccübləndiklərini özləri dilə gətirib deyirlər. 213 00:38:24,650 --> 00:38:27,150 Bütün bunlar sanksiyalar tətbiq olunduğu bir dövrdə baş tutub. 214 00:38:27,500 --> 00:38:31,500 Bu, balaca bir şey deyil, çox böyük bir şansdır. 215 00:38:32,000 --> 00:38:36,350 Gənclərimiz, təşəbbüskar kadrlarımız bütün bunları 216 00:38:36,800 --> 00:38:48,700 ardıcıl olaraq sanksiyaların tətbiq olunduğu illərdə, yəni düşmənin zənnincə iflicedici olacaq bu sanksiyaların 217 00:38:49,050 --> 00:38:54,800 ölkəmizin başı üzərini qara bulud kimi aldığı 89, 90, 91 və 92-ci illərdə həyata keçiriblər. 218 00:38:55,050 --> 00:39:02,500 Bu, ölkəmiz üçün çox böyük bir fürsətdir; demək ki, bu sanksiyalar da bir fürsətdir. 219 00:39:03,200 --> 00:39:14,100 Az sonra mən bu sanksiyaların özlərinin də müəyyən mənada İran xalqı üçün bir fürsət olduğu barədə qısaca danışacağam. 220 00:39:14,500 --> 00:39:23,700 Qeyd edəcəyəm ki, doğrudur, sanksiyalar müəyyən çətinliklər törədib, amma fürsətə çevrilə bilər. 221 00:39:23,950 --> 00:39:31,350 Əlbəttə, bəzi digər problemlərimiz var ki, bu gün onlara da bir qədər toxunacağam. 222 00:39:31,800 --> 00:39:42,600 Bu gün ölkəmizin ən böyük və faktiki problemlərindən biri milli iqtisadiyyat məsələsidir; 223 00:39:43,500 --> 00:39:52,900 iqtisadiyyatdır.Xalqımız, haqlı olaraq, rövnəqlənən bir iqtisadiyyatı olmasını, 224 00:39:53,500 --> 00:40:04,100 ictimai rifahın mövcud olmasını, yoxsul təbəqənin qeyri-məqbul həyat səviyyəsindən yaxa qurtarmasını, 225 00:40:04,750 --> 00:40:12,400 problemlərin öz həllini tapmasını istəyir.Xalqımızın gözləntiləri bunlardır və haqlı gözləntilərdir. 226 00:40:13,050 --> 00:40:21,750 Ölkəmizin iqtisadiyyatının ciddi bir hərəkata, böyük bir işin reallaşmasına ehtiyacı var; 227 00:40:21,750 --> 00:40:25,400 bu məsələnin bəzi aspektlərini indi qeyd edəcəyəm. 228 00:40:25,400 --> 00:40:29,880 Əlbəttə ki, mən artıq bir neçə ildir iqtisadiyyatdan danışıram. 229 00:40:30,400 --> 00:40:35,530 Hələ bir neçə il öncəki iclasımızda mən öncədən proqnozlaşdırmışdım ki, 230 00:40:36,060 --> 00:40:41,420 düşmən əsas diqqəti bizim iqtisadiyyatımıza yönəldəcək, 231 00:40:41,970 --> 00:40:47,620 rəsmilər bu barədə düşünməli, hazırlaşmalıdırlar. 232 00:40:48,040 --> 00:41:01,080 Ölkə iqtisadiyyatına zərbə vurmağa hazırlaşan düşmənlə, onun düşmənçilik siyasətləri ilə qarşılaşmağa hazır olmalıdırlar. 233 00:41:01,710 --> 00:41:05,970 Az sonra iqtisadiyyat haqda müəyyən məqamları qeyd edəcəyəm. 234 00:41:06,530 --> 00:41:14,060 Hazırda “İnkişaf və ədalət” onilliyi yarını ötüb. 235 00:41:14,280 --> 00:41:21,480 Biz yaşadığımız onilliyi “İnkişaf və ədalət” onilliyi adlandırmış, belə təqdim etmişdik 236 00:41:22,350 --> 00:41:31,530 və bu gün o, yarısını geridə qoyub. Həmçinin perspektivlərimiz üçün də 20 il müəyyən etmişdik, 237 00:41:31,660 --> 00:41:38,200 müəyyən siyasətlər işləyib hazırlamışdıq ki, onun da yarısı – 10 ili geridə qalıb və qarşımızda hələ 10 il var. 238 00:41:38,820 --> 00:41:46,640 Bunlar mühüm məsələlərdir. Bu reallıqları nəzərə aldıqda iqtisadi problemlərin həssaslığı daha da artır. 239 00:41:48,080 --> 00:41:57,820 Düşmənlərimiz ölkəmizə iqtisadi təzyiqlər göstərməkdə siyasi məqsəd güddüklərini açıq-aşkar deyirlər. 240 00:41:58,840 --> 00:42:05,080 Onların məqsədi İran xalqını İslam dövləti ilə üz-üzə qoymaqdır . 241 00:42:20,340 --> 00:42:28,820 (Yerdən insanlar “Amerikaya ölüm!” şüarını səsləndirir) Diqqət edin, xahiş edirəm. Əlbəttə, doğrudur, Amerikaya ölüm olsun! 242 00:42:29,420 --> 00:42:36,910 Çünki bu təzyiqlərin əsas icraçısı Amerikadır; onlar bütün səylərini əziz xalqımızın iqtisadiyyatına yönəltməkdə israrlıdırlar. 243 00:42:37,450 --> 00:42:43,770 Məqsədləri nədir? Məqsədləri xalqı rejimə qarşı qoymaqdır. 244 00:42:44,280 --> 00:42:49,770 Açıq-aşkar deyirlər, ölkənin iqtisadiyyatına ona görə təzyiq göstərmək istəyirik ki, əhalinin vəziyyəti ağırlaşsın, 245 00:42:50,280 --> 00:43:01,650 camaat hakimiyyətə, İslam dövlətinə qarşı etirazlara qalxmağa məcbur olsun. Bunu gizlətmədən, açıq-aşkar deyirlər. 246 00:43:02,110 --> 00:43:07,340 Əlbəttə, bəzən yalandan İran xalqının tərəfində olduqlarını da iddia edirlər – 247 00:43:07,880 --> 00:43:11,770 onların bu yalanlarına inanmaq olmaz, düşmənə inanmaq lazım da deyil – 248 00:43:12,220 --> 00:43:15,140 amma əslində, siyasi bir hədəf izləyirlər. 249 00:43:15,620 --> 00:43:19,450 Bu gün ölkəmizdə mövcud olan asayiş və təhlükəsizliyi 250 00:43:19,970 --> 00:43:26,480 xalqın əli ilə aradan qaldırmaq istəyirlər; hansı ki bu təhlükəsizlik bizim yerləşdiyimiz Qərbi Asiya regionunda misilsizdir; 251 00:43:27,020 --> 00:43:35,970 Allaha həmd olsun ki, bu gün nə şərqimizdə, nə qərbimizdə, nə şimalımızda, nə də cənubumuzda 252 00:43:36,400 --> 00:43:44,450 heç bir ölkədə bizim ölkəmizdə, xalqımız arasında hökm sürən asayiş və təhlükəsizlik hökm sürmür. 253 00:43:45,000 --> 00:43:53,820 Xalqı bu asayiş və təhlükəsizliyi pozmağa, ölkədə etiraz hərəkatına başlamağa vadar etmək istəyirlər. 254 00:43:54,370 --> 00:44:02,370 Camaatımızı buna təhrik edirlər, işləyirlər, planlar qururlar. 255 00:44:03,020 --> 00:44:08,080 Onlar tam ciddiyyət və qətiyyətlə bu məqsəd üçün çalışırlar. 256 00:44:08,480 --> 00:44:11,910 Bu, çox böyük bir problemdir, çox mühüm bir situasiyadır. 257 00:44:12,250 --> 00:44:18,570 Ölkədə belə bir problem olduğu surətdə bütün qüvvələr çiyin-çiyinə durmalı, 258 00:44:18,880 --> 00:44:22,480 əl-ələ verib əməkdaşlıq edərək iqtisadiyyat məsələsinə ciddi yanaşmalıdırlar. 259 00:44:22,710 --> 00:44:27,020 İqtisadiyyatla bağlı bir neçə şey də qeyd edim. 260 00:44:27,510 --> 00:44:39,050 Birincisi, Amerikanın düşmənçi siyasətləri ucbatından bu gün iqtisadiyyat 261 00:44:40,170 --> 00:44:44,710 özünəməxsus bir döyüş, savaş meydanıdır. 262 00:44:46,420 --> 00:44:54,800 Bu savaş meydanında ölkənin mənafeyinə uyğun hansısa işlər görə bilmiş hər bir şəxs cihad etmiş sayılır. 263 00:44:56,140 --> 00:45:04,940 Bu gün ölkənin iqtisadiyyatına yardımçı olmağı bacarmış hər bir şəxs cihad etmişdir. 264 00:45:05,400 --> 00:45:10,310 Bu, cihaddır. Əlbəttə, elə bir cihaddır ki, 265 00:45:11,020 --> 00:45:13,540 özünə aid döyüş ləvazimatı, taktikaları var. 266 00:45:14,140 --> 00:45:22,820 Bu cihadı özünəməxsus tədbirlər və silahlarla həyata keçirmək lazımdır. Bu, birincisi. 267 00:45:23,370 --> 00:45:32,110 İkincisi, ölkə iqtisadiyyatına ümumi baxışda iki yanaşma mövcuddur. 268 00:45:32,250 --> 00:45:41,220 Xahiş edirəm özəlliklə mütəxəssislər, həmçinin gənclər və ümumilikdə əziz xalqımız bir məsələyə diqqət yetirsinlər ki, 269 00:45:42,050 --> 00:45:47,650 iqtisadiyyatın inkişafına, rövnəqlənməsinə iki cür yanaşma var. 270 00:45:48,200 --> 00:46:02,400 Bunların birində deyilir ki, biz iqtisadiyyatın inkişafını ölkənin, xalqın daxili potensialı hesabına təmin etməliyik. 271 00:46:03,480 --> 00:46:06,770 Ölkədə həddən artıq böyük imkanlar vardır ki, 272 00:46:07,600 --> 00:46:13,600 onların çoxundan ya hələ istifadə olunmayıb, ya da düzgün istifadə olunmayıb; 273 00:46:14,400 --> 00:46:19,650 bu imkanlardan istifadə etməliyik. Yəni iqtisadiyyatımız daxildən güc alaraq çiçəklənməlidir. 274 00:46:20,050 --> 00:46:26,020 Mayasını, xammalını ölkənin daxilindən alan, 275 00:46:26,310 --> 00:46:34,370 ölkənin daxili imkanlarına, əhalimizin potensialına söykənən bir iqtisadiyyatımız olmalıdır. 276 00:46:34,370 --> 00:46:39,050 Yanaşmalardan biri budur;deyirlər ki, iqtisadiyyatı rövnəqləndirmək üçün 277 00:46:39,200 --> 00:46:48,250 ölkənin daxili imkanlarına baxmaq,mövcud potensialı üzə çıxarmaq və ondan düzgün istifadə etmək lazımdır; 278 00:46:48,600 --> 00:46:52,400 o zaman iqtisadiyyatımız inkişaf edəcək, önə keçəcək. Bu, bir yanaşma. 279 00:46:53,200 --> 00:47:04,770 İkinci yanaşma isə ölkə iqtisadiyyatının sərhədlərimizdən kənardan, xaricdən dəstək alaraq inkişaf etməli olduğunu ifadə edir. 280 00:47:05,480 --> 00:47:10,050 Deyirlər xarici siyasətimizi dəyişməliyik ki, iqtisadiyyatımız da düzəlsin, 281 00:47:11,000 --> 00:47:16,480 filan imperialist dövlətlə kompromisə getməliyik ki, iqtisadiyyatımız rövnəqlənsin, 282 00:47:17,110 --> 00:47:25,540 müxtəlif sferalarda, müxtəlif məsələlərdə imperialist dövlətlərin zorakı tələblərinə boyun əyməliyik ki, 283 00:47:26,140 --> 00:47:29,280 ölkəmizin iqtisadiyyatı inkişaf edib çiçəklənsin. Bu da ikinci bir yanaşmadır. 284 00:47:29,650 --> 00:47:40,820 Bu gün ölkəmizdə mövcud olan şərait bizə göstərir ki, bu ikinci yanaşma tamamilə yanlış, qüsurlu və faydasızdır. 285 00:48:03,660 --> 00:48:08,720 Elə bu gün İran xalqına qarşı tətbiq olunan sanksiyalar 286 00:48:09,370 --> 00:48:14,620 özləri bu yanaşmanın yanlışlığına qəti və məntiqli bir sübutdur; 287 00:48:15,170 --> 00:48:20,620 siz xarici dövlətlərə ümid olub, 288 00:48:21,270 --> 00:48:25,750 onların gəlib sizin iqtisadiyyatınızı inkişaf etdirməsini gözləsəniz, 289 00:48:26,000 --> 00:48:34,300 onlara boyun əyməklə iqtisadiyyatınızın rövnəqlənəcəyini düşünsəniz, bilməlisiniz ki, onlar aza qane olan deyillər. 290 00:48:34,970 --> 00:48:42,450 Gözünüzü xaricə dikəndə bir gün neftin qiymətinin aşağı düşməsi kimi bir problemlə üzləşəcəksiniz. 291 00:48:43,020 --> 00:48:53,000 İmperialist dövlətlər, təəssüf ki, regiondakı əlaltılarının da dəstəyi ilə qəflətən neftin qiymətini yarıya, 292 00:48:53,350 --> 00:48:57,870 hələ bəlkə, ondan da aşağı salmağı qərara ala bilərlər. 293 00:48:58,470 --> 00:49:02,300 Belə bir problemlə üz-üzə qalacaqsınız. Gözünü kənara dikmək budur. 294 00:49:02,970 --> 00:49:06,670 Gözünü ölkə daxilindəki imkanlara dikəndə isə başqa cür olur. 295 00:49:07,200 --> 00:49:16,000 Bu gün yadellilər, imperialist dövlətlərin başçıları xalqımızda bu ikinci yanaşmanı möhkəmləndirmək istəyirlər. 296 00:49:16,620 --> 00:49:25,100 Mən Amerika prezidentinin Novruz bayramı münasibəti ilə İran xalqına ünvanladığı mesajı gördüm. 297 00:49:25,700 --> 00:49:30,700 O, mesajında deyir ki, gəlin bizim dediklərimizi qəbul edin. 298 00:49:31,270 --> 00:49:34,570 Əslində, onun sözünün mahiyyəti, canı budur: 299 00:49:34,970 --> 00:49:41,170 siz nüvə danışıqlarında bizim diktə etdiklərimizi qəbul edin ki, 300 00:49:41,650 --> 00:49:45,720 ölkənizdə məşğulluq yaransın, sərmayə yaransın, 301 00:49:45,870 --> 00:49:50,450 iqtisadiyyatınızda canlanma əmələ gəlsin; yəni o ikinci yanaşma. 302 00:50:02,420 --> 00:50:06,300 Bu, elə bir yanaşmadır ki, heç vaxt müsbət nəticə verməyəcək. 303 00:50:06,940 --> 00:50:11,820 Biz ölkənin daxilinə baxmalıyıq; daxildə geniş imkan və potensial var. 304 00:50:12,360 --> 00:50:16,980 Bizim ortaya qoyduğumuz müqavimət iqtisadiyyatı məsələsinin mahiyyəti məhz bundan ibarətdir. 305 00:50:17,500 --> 00:50:23,540 Sevindirici haldır ki, bütün ekspert və mütəxəssislər də bu proqramı müsbət qəbul edib dəstəklədilər; 306 00:50:23,640 --> 00:50:28,960 yəni mən bir nəfər belə olsun iqtisadçı və ya sosioloq görmədim ki, 307 00:50:29,440 --> 00:50:35,500 bizim müqavimət iqtisadiyyatının siyasətləri olaraq elan etdiyimiz prinsipləri qəbul etməsin. 308 00:50:35,580 --> 00:50:40,320 Müqavimət iqtisadiyyatı əsas diqqəti ölkənin daxili imkanlarına yönəldir. 309 00:50:40,880 --> 00:50:49,150 Torpağını sulamaq üçün kənardan su gətirməyə icazə vermirlərsə, 310 00:50:49,230 --> 00:50:58,220 gərək quyu qazıb, suyu öz torpağından çıxarasan ki, o suya görə xəsis qonşuya möhtac olmayasan. 311 00:50:59,080 --> 00:51:06,730 Biz özümüzdən, öz imkanlarımızdan kömək umub işlərimizi irəli aparmalıyıq. Bu da ikinci bir məqam. 312 00:51:07,040 --> 00:51:17,640 Üçüncü məqam; nə iqtisadiyyatda, nə də başqa heç bir fəaliyyət proqramında hədəfləri müəyyən etmədən irəli getmək mümkün deyil. 313 00:51:17,880 --> 00:51:19,420 Hədəfləri müəyyənləşdirmək lazımdır. 314 00:51:20,510 --> 00:51:28,770 Hökumət rəsmiləri istənilən işdə hədəfi müəyyən etmədən hərəkət etsələr, 315 00:51:29,170 --> 00:51:33,370 işlər gündəlik əhəmiyyət kəsb edər; heç bir nəticə verməz. 316 00:51:33,570 --> 00:51:37,770 Qarşıya konkret və sabit hədəflər qoyulmalıdır ki, 317 00:51:38,310 --> 00:51:43,510 bütün strukturlar, bütün imkanlar o hədəfə doğru səfərbər edilsin. 318 00:51:43,970 --> 00:51:52,840 Məncə, bu il və gələcək illərdə iqtisadiyyatda əsas hədəf kimi diqqət mərkəzində durmalı olan məsələ 319 00:51:53,040 --> 00:51:59,950 daxili istehsala investisiya qoyuluşudur. 320 00:52:00,840 --> 00:52:08,820 Hamı bütün səylərini daxili istehsalın gücləndirilməsi üçün səfərbər etməlidir. 321 00:52:09,530 --> 00:52:18,170 İqtisadiyyat sferasında fəaliyyət göstərən bütün rəsmilərdən, 322 00:52:18,660 --> 00:52:29,680 eləcə də əhalidən daxili istehsalın güclənməsinə yardımçı olmalarını istəmək lazımdır. 323 00:52:30,200 --> 00:52:34,550 Əlbəttə ki, bunun öz yolları var və mən onlardan bəzilərini qeyd edəcəyəm. 324 00:52:34,770 --> 00:52:46,400 Mühüm məsələlərdən biri orta və kiçik istehsalat müəssisələrinin dövlət tərəfindən himayə edilməsi, onlara dəstək verilməsidir. 325 00:52:47,000 --> 00:52:55,730 Digər vacib işlərdən biri də elmi əsaslı müəssisələrin gücləndirilməsidir. 326 00:52:56,480 --> 00:53:02,420 Bizim elm və texnologiyanın üzərində bu qədər durmağımızın səbəbi 327 00:53:02,770 --> 00:53:05,200 təkcə ölkəmizin elmi inkişaf göstəricisini yuxarı qaldırmaq deyil. 328 00:53:05,880 --> 00:53:10,260 Elm və texnologiyanın inkişafı iqtisadiyyatın inkişafına kömək edir. 329 00:53:10,800 --> 00:53:17,860 Elmi əsaslı istehsalat müəssisələri milli iqtisadiyyata yardımçı ola bilər 330 00:53:18,330 --> 00:53:25,040 Digər vacib məsələ xammal satışının azaldılmasıdır. 331 00:53:25,600 --> 00:53:35,200 Məhz bunu nəzərə alaraq mən bir müddət əvvəl çıxışımda iqtisadiyyatımızın neftdən asılılığına etiraz etmişdim. 332 00:53:35,860 --> 00:53:41,930 Biz elə etməliyik ki, xammalın satışı tədricən azalıb, 333 --> nəhayət, tamamilə aradan qaldırılsın. Əlavə dəyər yaratmaq lazımdır. 334 00:53:47,000 --> 00:53:55,910 Banklar bu sahədə rol oynaya bilər; həm köməkçi rol oynaya bilər, həm də destruktiv. 335 00:53:56,840 --> 00:54:03,640 Ölkənin bank sektorunda təmsil olunan yüksək vəzifəli rəsmilər buna diqqət yetirməlidir. 336 00:54:04,350 --> 00:54:13,640 Ölkənin hər yerində bəzi banklar müəyyən siyasətlərlə bəzi kiçik və orta istehsalat müəssisələrinin işinin dayandırılmasına və ya tamamilə bağlanmasına səbəb olmuşlar. 337 00:54:14,170 --> 00:54:22,400 Banklar yardımçı da ola bilər, işləri poza da bilər. 338 00:54:22,750 --> 00:54:27,350 Əsas məsələlərdən biri də investisiya qoyuluşunun asanlaşdırlmasıdır; 339 00:54:27,820 --> 00:54:33,510 digər bir mühüm məsələ xaricdən istehlak məhsullarının idxalının azaldılmasıdır; 340 00:54:35,530 --> 00:54:40,570 qaçaqmalçılıqla mübarizə də vacib işlərdən biridir. 341 00:54:41,130 --> 00:54:45,750 Hökumət rəsmilərinin görüləsi bir çox işləri var. 342 00:54:46,130 --> 00:54:49,260 Onlardan bir qismini mən burada qeyd etdim. 343 00:54:49,570 --> 00:54:52,330 Əlbəttə ki, bunlar hamısı çətin işlərdir. 344 00:54:52,840 --> 00:54:57,800 Bütün bunları dildə demək asandır, həyata keçirmək isə çətin. 345 00:54:57,930 --> 00:55:05,280 Amma rəsmilər bu çətin işlərin hamısını, hökmən, reallaşdırmalıdırlar, çünki bunlar çox mühüm məsələlərdir. 346 00:55:05,710 --> 00:55:08,170 Bu işdə əhali də özünəməxsus rol oynaya bilər. 347 00:55:08,600 --> 00:55:13,840 Hansısa sahəyə investisiya qoymaq iqtidarında olan insanlar 348 00:55:14,370 --> 00:55:19,530 əllərindəki sərmayəni istehsala yönəltsinlər, istehsalata pul qoysunlar. 349 00:55:20,130 --> 00:55:27,020 İstehlakçılar – əslində, bütün xalqımız istehlakçıdır – 350 00:55:27,400 --> 00:55:29,910 milli məhsul alsınlar. 351 00:55:30,240 --> 00:55:36,240 Bunu mən dəfələrlə qeyd etmişəm, vurğulamışam, bu gün də vurğulayıram. 352 00:55:36,800 --> 00:55:41,020 Hamı daxili məhsuldan istifadə etməyə, 353 00:55:41,550 --> 00:55:51,080 iranlı fəhlənin əməyinə dəstək olmağa, istehsal etdikləri məhsulu almaqla yerli sənaye müəssisələrini rövnəqləndirməyə çalışmalıdır. 354 00:55:51,550 --> 00:55:58,330 İsrafçılıqdan çəkinmək lazımdır. İsrafçılığa yol verən insanlar bilsinlər ki, 355 00:55:58,750 --> 00:56:05,280 İslam dininin bu qədər məzəmmət etdiyi bu israfçılıq, nəyə gəldi, sağa-sola pul xərcləmək 356 00:56:05,680 --> 00:56:09,570 milli iqtisadiyyatın müqəddəratını təyin edir. 357 00:56:09,950 --> 00:56:17,110 İnsanlarımız israfçılıqdan, şəxsi əmlakını – lap su olsun, çörək olsun – 358 00:56:17,710 --> 00:56:30,370 lazım gəldi-gəlmədi, geninə-boluna xərcləməkdən, ziyafətlərdə, toy-nişan 359 00:56:30,750 --> 00:56:38,240 və digər mərasimlərdə lüzumsuz dəbdəbədən və bu kimi şeylərdən çəkinsələr, milli iqtisadiyyatın inkişafına yardım etmiş olurlar. 360 00:56:38,460 --> 00:56:45,770 Xarici bizneslə məşğul olan, xarici ölkələrlə alış-veriş edən şəxslər də özünəməxsus rol oynaya bilərlər. 361 00:56:46,110 --> 00:56:53,950 Onların rolu da işində düzgün olub, İran xalqının nüfuzunu qorumaqdan ibarətdir. Bu da üçüncü bir məqam. 362 00:56:54,240 --> 00:57:03,730 İqtisadiyyatla bağlı qeyd olunası 4-cü mühüm məqam bundan ibarətdir ki, düşmənin yeganə silahı sanksiyalardır;bunu bilin. 363 00:57:04,930 --> 00:57:12,880 Bu gün düşmənin İran xalqına qarşı mübarizədə yeganə silahı sanksiyalardır. 364 00:57:13,310 --> 00:57:22,220 Biz düzgün, tədbirli davransaq, sanksiyaları nəticəsiz qoya bilərik. 365 00:57:22,530 --> 00:57:24,530 Qeyd etdiyim kimi, 366 00:57:24,860 --> 00:57:34,060 xoşbəxtlikdən, bu gün dövlət tərəfindən açılan sənaye və istehsalat müəssisələri, 367 00:57:34,460 --> 00:57:40,020 o cümlədən az öncə adını çəkdiyim Cənubi Parsın 12-ci fazası, 368 00:57:40,020 --> 00:57:53,800 müdafiə sənayesi müəssisələri, elm və texnologiya parkları və s. – 369 00:57:54,260 --> 00:58:05,200 bütün bunlar bu cür sanksiyaları neytrallaşdıra bilər. Onların əvvəlcə təsirini azalda, sonra isə tamamilə yox edə bilər. 370 00:58:05,770 --> 00:58:13,730 Sanksiyalar çətinliklər törətdi, amma bizim üçün bərəkətləri də oldu.Sanksiyalar bizə göstərdi ki, özümüzə arxalanmalıyıq. 371 00:58:14,600 --> 00:58:20,840 Sübut etdi ki, daxili gücümüzdən istifadə edə bilərik. 372 00:58:21,080 --> 00:58:32,570 Əgər hökumət rəsmiləri, xalqımız, xüsusən də iqtisadiyyat sektorunda fəal olan şəxslər əzm nümayiş etdirsələr, 373 00:58:32,770 --> 00:58:39,510 səy göstərsələr, kütləvi informasiya vasitələri də onlara dəstək olsalar – bir qədər sonra bu məsələyə də toxunacağam – 374 00:58:39,910 --> 00:58:48,330 inşallah, sanksiyaların İran xalqını inkişafdan saxlamağa qadir olmadığını görəcəyik. 375 00:59:10,680 --> 00:59:14,380 Nüvə məsələsi ilə bağlı da bir məqamı qeyd edək; 376 00:59:14,780 --> 00:59:21,640 əlbəttə, deyiləsi başqa məqamlar da var, amma mən bu barədə söhbəti bundan artıq uzatmaq istəmirəm. 377 00:59:22,180 --> 00:59:25,400 Nüvə məsələsi barədə bir neçə cümlə: 378 00:59:25,900 --> 00:59:37,540 əvvəla, nüvə məsələsində İran xalqının qarşısında yer alan düşmənlərimiz –başda Amerika olmaqla – 379 00:59:38,740 --> 00:59:45,960 tədbirlə, siyasətlə hərəkət edirlər. 380 00:59:46,440 --> 00:59:51,520 Onların nə etdiyini biz yaxşı başa düşür, bilirik. 381 00:59:52,320 --> 00:59:59,660 Onların bu müzakirələrə ehtiyacı var, Amerikanın nüvə müzakirələrinə çox ehtiyacı var. 382 --> Amerikalılar arasındakı bu fikir ayrılığı da – görürsünüz, 383 01:00:04,540 --> 01:00:14,000 senatorlar bir şey deyir, hökumət başqa bir şey – o demək deyil ki, onların nüvə müzakirələrinə ehtiyacı yoxdur. 384 01:00:14,700 --> 01:00:22,200 Xeyr. Sadəcə, hökumətə müxalif cinah bu müzakirələrdən qazanılacaq xalların rəqib partiyanın – 385 01:00:22,920 --> 01:00:28,620 yəni demokratların aktivinə yazılmasını istəmir.Məqsədləri budur. 386 01:00:29,100 --> 01:00:37,300 Onların bu müzakirələrə ehtiyacı var, bu danışıqları özləri üçün lazımlı hesab edirlər, amma üzdə özlərini tox tuturlar. 387 01:00:37,860 --> 01:00:47,120 Təəssüflər olsun ki, elə Amerika prezidentinin o Novruz mesajında da qeyri-səmimi, yalan fikirlər var idi. 388 01:00:47,660 --> 01:00:54,360 Üzdə özlərini İran xalqının dostu kimi qələmə verdiklərinə baxmayaraq, 389 01:00:54,620 --> 01:00:59,140 səmimi olmadıqlarını, həqiqəti demədiklərini açıq-aydın anlamaq olur. 390 01:00:59,600 --> 01:01:03,180 ABŞ prezidentinin səsləndirdiyi fikirlərdən biri bu idi ki, 391 01:01:03,520 --> 01:01:11,200 İranda nüvə məsələsinin diplomatik yolla həllini tapmasına razı olmayan qüvvələr var; bunu o deyir. 392 01:01:12,060 --> 01:01:14,780 Deyir ki, İranda nüvə probleminin 393 01:01:15,240 --> 01:01:21,200 diplomatik müzakirələr yolu ilə həll edilib tamamlanmasını istəməyənlər var. Bu, yalandır. 394 01:01:21,960 --> 01:01:29,940 İranda elə bir şəxs yoxdur ki, nüvə probleminin həll edilməsini və ya danışıqlar yolu ilə həll edilməsini istəməmiş olsun. 395 01:01:30,120 --> 01:01:38,660 İran xalqının istəmədiyi bir şey var: Amerikanın diktəsinə, zorakı tələblərinə boyun əymək. Bax bunu İran xalqı istəmir. 396 01:01:40,520 --> 01:01:47,580 İran xalqı qarşı tərəfin hegemonluğuna boyun əyməyin əleyhinədir. 397 01:01:48,240 --> 01:01:56,600 Qarşı tərəf deyir ki, gəlin danışıqlar aparaq, amma siz bizim dediklərimizi yüzdə-yüz qəbul edin; qarşı tərəf bunu deyir. 398 01:01:56,980 --> 01:02:00,200 İran xalqı bunun əleyhinə çıxış edir 399 01:02:00,720 --> 01:02:10,660 və bizim rəsmilərimiz, danışıqlarda iştirak edən komanda və onların arxasında İran xalqı, sözsüz ki, bunu qəbul etməyəcək. 400 01:02:34,600 --> 01:02:41,400 Nüvə məsələsi ilə bağlı ikinci məqam bundan ibarətdir ki, 401 01:02:42,040 --> 01:02:47,100 bu gün Amerika və digər Avropa dövlətləri ilə gedən danışıqlar 402 01:02:47,540 --> 01:02:54,040 Amerika ilə sırf nüvə məsələsi ətrafında aparılan danışıqlardır, bundan qeyri bir şey deyil; bunu hamı bilsin. 403 01:02:55,080 --> 01:02:59,620 Biz Amerika ilə regional məsələlərlə bağlı danışıqlar aparmırıq. 404 01:02:59,620 --> 01:03:05,840 Regional məsələlərdə Amerika bizə tam əks hədəflər izləyir. 405 01:03:06,780 --> 01:03:12,480 Biz regionda asayiş və təhlükəsizlik olmasını istəyirik, xalqların hakim və üstün mövqe tutmasını istəyirik, 406 01:03:13,100 --> 01:03:16,380 Amerikanın regionda yürütdüyü siyasət isə asayiş və təhlükəsizliyi pozmaqdan ibarətdir. 407 01:03:16,540 --> 01:03:21,860 Misirə, Liviyaya, Suriyaya baxın! 408 01:03:22,660 --> 01:03:31,940 Amerika başda olmaqla imperialist dövlətlər əsası xalqlar tərəfindən qoyulmuş islami oyanışa qarşı 409 01:03:32,320 --> 01:03:36,040 bir əks-hücuma başlayıblar. Bu əks-hücum hələ də davam edir 410 01:03:36,460 --> 01:03:41,480 və region xalqlarını tədricən bədbəxtliyə sürükləyir. Onların məqsədi budur 411 01:03:42,220 --> 01:03:44,440 və bu, bizim məqsədlərimizə tamamilə ziddir. 412 01:03:44,800 --> 01:03:53,660 Biz nə regional məsələlər, nə ölkənin daxili məsələləri, nə də silahlanma mövzusu ətrafında Amerika ilə qətiyyən danışıqlar aparmaq niyyətində deyilik. 413 01:03:53,860 --> 01:03:56,620 Onlarla danışıqlarımız sırf nüvə məsələsi, 414 01:03:57,180 --> 01:04:03,900 diplomatik yollarla bu məsələdə müsbət nəticə əldə etməyin nə dərəcədə mümkün olması ətrafındadır. 415 01:04:04,280 --> 01:04:09,840 Üçüncü məqam; amerikalılar deyirlər ki, 416 01:04:10,320 --> 01:04:20,360 biz İranla müqavilə imzalayırıq, sonra baxacağıq, əgər bu müqaviləyə əməl etsələr, sanksiyaları qaldıracağıq. 417 01:04:20,520 --> 01:04:24,900 Bu, yanlış və qəbuledilməz bir fikirdir. Biz bunu qəbul etmirik. 418 01:04:25,980 --> 01:04:34,720 Sanksiyaların ortadan qaldırılması nüvə müzakirələrinin nəticəsi yox, bir hissəsidir. 419 01:04:35,880 --> 01:04:40,700 İşin içində olan insanlar bu ikisi arasındakı fərqi çox yaxşı anlayırlar. 420 01:04:41,320 --> 01:04:46,260 Əvvəlcə müqavilə imzalamaq və sonrakı davranışlardan asılı olaraq 421 01:04:46,860 --> 01:04:51,780 sanksiyaları ortadan qaldırmaq və ya davam etdirmək – bu, Amerikanın hiyləsidir! Belə olmamalıdır! 422 01:04:51,880 --> 01:04:56,980 Rəsmilərimizin də, möhtərəm ölkə başçısının da açıq-aydın bildirdikləri kimi, 423 01:04:57,940 --> 01:05:06,880 sanksiyaların qaldırılması razılaşma əldə olunduğu zaman dərhal reallaşmalıdır. 424 01:05:06,880 --> 01:05:12,500 Yəni sanksiyaların ləğvi razılaşmanın tərkib hissəsidir, razılaşmadan irəli gələn, bunun nəticəsi olan bir şey deyil. 425 01:05:13,020 --> 01:05:17,420 Bir məqamı da qeyd edim: amerikalılar dönə-dönə təkrar edirlər ki, 426 01:05:17,980 --> 01:05:26,080 İran verdiyi qərarların, qəbul etdiyi şərtlərin 427 01:05:26,760 --> 01:05:32,140 geri dönməzliyi ilə razılaşmalıdır. Biz bunu qəbul etmirik. 428 01:05:55,500 --> 01:06:08,520 Əgər qarşı tərəf istənilən bəhanə ilə yenidən İran xalqına qarşı sanksiyalar tətbiq etmək hüququnu özündə saxlayırsa, 429 01:06:08,520 --> 01:06:15,220 nəyə görə biz tərəfdən danışıqlarda iştirak edən komanda hansısa geri dönməz şərtləri qəbul etməli, bu kimi işlərə imza atmalıdır? 430 01:06:15,740 --> 01:06:22,480 Əsla! Bu, xalqa aid olan, yerli bir sənayedir, 431 01:06:23,060 --> 01:06:31,240 nəzəri bilikləri və texnologiyası xalqa məxsusdur və inkişaf etdirilməlidir. 432 01:06:31,860 --> 01:06:36,300 İnkişaf hər bir sənaye və texnologiya üçün xarakterik bir cəhətdir. 433 01:06:37,000 --> 01:06:44,660 Onlar nüvə silahı söhbətini önə çəkirlər. Özləri də bilirlər ki, bizim məqsədimiz nüvə silahı deyil, 434 01:06:45,180 --> 01:06:49,580 amma bunu İran xalqına təzyiq göstərmək üçün əldə bəhanə ediblər. 435 01:06:49,900 --> 01:06:56,900 Biz bu danışıqların gedişində bütün beynəlxalq öhdəçilikləri yerinə yetirmişik, 436 01:06:57,620 --> 01:07:04,880 siyasi və islami əxlaqın bütün tələblərinə riayət etmişik, 437 01:07:05,540 --> 01:07:11,960 verdiyimiz sözə xilaf çıxmamışıq, iki cür danışmamışıq, gündə bir sifətə düşməmişik. 438 01:07:12,380 --> 01:07:18,400 Qarşımızda yer alan Amerika isə bizdən fərqli olaraq öhdəçiliklərinə əməl etməyib, 439 01:07:19,080 --> 01:07:23,560 saxtakarlıq nümayiş etdirib, bu gün bir, sabah başqa bir fikirlə çıxış edib. 440 01:07:24,220 --> 01:07:29,120 Onların davranışları xalqımız üçün ibrət dərsidir. 441 01:07:29,600 --> 01:07:36,580 Ölkənin ziyalı ictimaiyyəti arasından da qarşılarındakının – Amerikanın – kim olduğunun hələ fərqinə varmayanlar, 442 01:07:36,780 --> 01:07:41,380 yaxşı olar ki, bu müzakirələrə baxsınlar, 443 01:07:41,840 --> 01:07:47,440 kiminlə üz-üzə olduqlarını, bu gün Amerikanın dünyada nələr etdiyini anlasınlar. 444 01:07:47,940 --> 01:07:52,660 Onların o təhdidləri də səmərəsizdir. 445 01:07:53,160 --> 01:08:03,780 Daha çox sanksiyalar tətbiq edəcəkləri ilə bağlı təhdidləri və ya sözarası eşitdirdikləri 446 01:08:04,120 --> 01:08:07,280 hərbi hücum təhdidləri İran xalqını qorxutmur. 447 01:08:07,600 --> 01:08:16,080 İran xalqı ayaqdadır və inşallah, bu böyük sınaqdan tam müvəffəqiyyətlə çıxacaq. 448 01:08:39,360 --> 01:08:44,220 Əlbəttə ki, bu yolda xalqımıza uğuru Allahın yardımı və dəstəyi qazandıra bilər. 449 01:08:44,280 --> 01:08:51,300 Digər mühüm məsələlər də var ki, indi onlara toxunmağa vaxtımız yoxdur. 450 01:08:51,980 --> 01:08:57,280 Şübhəsiz ki, xalqımızın və dövlətimizin öhdəsinə çox böyük işlər düşür. 451 01:08:57,280 --> 01:09:02,780 Müsəlman birliyi məsələsi, məzlum xalqlara yardım etmək, 452 01:09:03,380 --> 01:09:12,580 regionda İslamın mənəvi nüfuzunu genişləndirmək – hansı ki bu gün bu işin bayraqdarı İran xalqıdır – 453 01:09:12,880 --> 01:09:21,220 bütün bunlar böyük işlərdir və əgər Allah-taala əziz xalqımızı öz dəstək və yardımına layiq görsə – ki, 454 01:09:21,300 --> 01:09:22,700 inşallah, sizin dualarınızın, 455 01:09:23,100 --> 01:09:28,500 sizin, xüsusilə də gənclərin əzminin, səylərinin bərəkəti sayəsində layiq görəcək də – 456 01:09:28,980 --> 01:09:31,840 biz bu böyük işləri həyata keçirəcəyik. 457 01:09:32,180 --> 01:09:34,600 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.