İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qurani-Kərimin Amerikada nifrətamiz şəkildə təhqir edilməsinin ardınca İran xalqına və böyük İslam ümmətinə mühüm bir müraciət etdi. Ali Məqamlı Rəhbər öz müraciətində Amerika dövləti daxilindəki sionist dairələri “insanda ikrah doğuran bu planın əsl layihəçiləri” adlandırdı, sionistlərin İslama və Qurana qarşı yürütdüyü düşmənçiliyin gizli məqsədlərini açıqlayaraq dedi: “Amerika dövləti bu məkrli plana heç bir aidiyyəti olmadığı barədə iddiasının doğruluğunu sübuta yetirmək üçün bu böyük cinayətin həqiqi başçılarını və onu meydanda həyata keçirmiş “aktyorları” layiqli cəzalarına çatdırmalıdır!”
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi sabahkı gün – şəhrivər ayının 19-cu günündə (10 sentyabr 2010-cu il) artıq şəvval ayının ilk günü və mübarək Ramazan bayramı olduğu haqda elan verdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Yer kürəsində yaşayan bütün müsəlman xalqlarına etdiyi müraciətdə Pakistanda baş vermiş ağır sel faciəsinə, faciənin törətdiyi geniş miqyaslı xəsarətlərə toxundu, milyonlarla pakistanlı müsəlmanın təcili və təxirəsalınmaz yardıma ehtiyac duyduğunu qeyd edərək vurğuladı: “Bu təhlükəli vəziyyətdə müsəlman qardaşlığını rəhbər tutaraq, öhdəmizə düşən vəzifəyə əməl etməli, müsibətə düçar olmuş qardaş-bacılarımızın köməyinə tələsməliyik”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübariz ruhani Höccətül-İslam vəl-muslimin Hacı Seyidtəqi Dorçeyinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Tanrının rəhmət və ziyafət ayı olan mübarək Ramazan ayı boyunca hər gün (cümə günlərindən başqa) İmam Xomeyni (r.ə) adına hüseyniyyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə zöhr və əsr namazları qılınacaq.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 91-ci maddəsinə istinadən Konstitusiyanı Mühafizə Şurasının fəqihlərindən üçünü şuranın növbəti çağırışına üzv təyin etdi.
Mehriban və bağışlayan Allahın adı ilə! Mücahid alim Ayətullah Hacı Seyid Məhəmmədhüseyn Fəzlullahın (Allah ona rəhmət etsin!) vəfatı ilə əlaqədar möhtərəm Fəzlullah ailəsinə, mərhumun Livandakı, habelə Afrika və Latın Amerikasında yaşayan Livan əsilli icmalar arasındakı sadiq dostlarına, bütün Livan şiələrinə başsağlığı verirəm. Bu böyük və işgüzar alim din və siyasət meydanında özünəməxsus təsirə malik olan bir şəxsiyyət idi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Həzrət İmam Xomeyninin (r.ə) əziz kürəkəni cənab Ərabinin vəfatı ilə əlaqədar başsağlığı verdi.
Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək doğum günü ərəfəsində Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani ötən il baş tutmuş və 42 milyon seçicinin iştirakı faktı ilə xalqın qəhrəmanlıq salnaməsinə yazılmış seçkilərdən sonra baş verən iğtişaşlar zamanı həbs olunaraq ümumi və inqilabi məhkəmələrdə mühakimə edilmiş, hazırda isə əməlindən peşman olmuş və amnistiya ilə bağlı müvafiq orqanlara xahiş ərizəsi ilə müraciət etmiş 81 məhkumun əfv edilməsi, yaxud cəzasının yüngülləşdirilməsi ilə bağlı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə müraciət etdi. İslam İnqilabının Rəhbəri Məhkəmə Hakimiyyəti sədrinin bu müraciətini müsbət cavablandırdı.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sionist rejiminin humanitar yardım aparan gəmi karvanına xəyanətkar və rəhmsiz hücumu ilə bağlı müraciətində İsrailin bu addımını beynəlxalq ictimaiyyətin rəyinə və Yer üzündəki hər bir insanın vicdan azadlığına edilən təcavüz kimi qiymətləndirərək təkidlə vurğuladı: “Bu gün artıq Fələstin təkcə nə ərəb, nə də İslam dünyasının problemi deyil. Fələstin məsələsi müasir dünyada bəşər hüquqları ilə bağlı ən mühüm bir problemdir. Bu iyrənc və despot rejimin himayədarları, xüsusilə Amerika, İngiltərə və Fransa törətdikləri əməllərə görə ciddi surətdə cavab verməlidirlər”.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri, Ali Baş Komandan Həzrət Ayətullah Xamenei keşikçi briqada generalı Əhmədi Moqəddəmin İran İslam Respublikasının Polis Qüvvələrinin Komandanı səlahiyyətlərini icra etməsi ilə bağlı verdiyi əmrin daha iki il müddətinə uzadılması barədə sərəncam verdi.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri, Ali Baş Komandan Həzrət Ayətullah Xamenei keşikçi briqada generalı Əkbər İbrahimzadənin Silahlı Qüvvələrin Baş Qərargahının sədrinin Bəsic İşləri üzrə müavini vəzifəsinə təyin olunması ilə bağlı sərəncam verdi.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri, Ali Baş Komandan Həzrət Ayətullah Xamenei keşikçi kontr-admiral Əli Fədəvinin İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanmasının komandiri vəzifəsinə təyin edilməsi ilə bağlı fərman verdi.
Mübarək Novruz bayramı və yeni ilin gəlişi ‒ baharın başlanğıcı və təbiətin oyanışı münasibətilə geniş və sevimli diyarımızın dörd bir yanında yaşayan əziz həmvətənlərimizi, habelə dünyanın istənilən nöqtəsində olan, arzu və həsrət gözünü doğma vətənə dikmiş iranlıları, xüsusilə də ölkəmizin və İslam İnqilabının uca amalları uğrunda böyük fədakarlıqlar etmiş, canını, gənc övladlarını bu əzəmətli inqilabın uğrunda, ölkəmizin vüqarı naminə qurban vermiş qardaş və bacılarımızı, əziz şəhidlərimizin, əlil və veteranlarımızın ailə üzvlərini, ölkəmizin və dövlətimizin başıucalığı uğrunda çalışıb zəhmət çəkən bütün fədakar insanları səmimi-qəlbdən təbrik edirəm.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei müraciət edərək 22 bəhmən ümumxalq yürüşündə çoxmilyonlu, yüksəksəviyyəli iştirakına görə İran xalqına öz dərin təşəkkür və minnətdarlığını bildirərək xüsusilə vurğuladı: “İran xalqının dostları ilə yanaşı düşmənləri də bilməlidirlər ki, bu xalq xoşbəxtlik və tərəqqinin ən yüksək zirvələrini fəth etməyi qərara alaraq öz yolunu dəqiq müəyyənləşdirib və bu yolda qarşısına çıxan bütün maneələri dəf edəcək!”
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei verdiyi fərmanla cənab Hüccətul-İslam Hacı Seyid Əli Qazi Əskərini öz nümayəndəsi və iranlı hacıların kuratoru vəzifəsinə təyin etmişdir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dahi fəqih Ayətullah Hacı Şeyx Hüseynəli Müntəzirinin (Allah rəhmət etsin!) vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı vermişdir.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyəti sədrinin mübarək Qədir-Xum günləri münasibətilə ümumi və İnqilabi məhkəmələr, İnzibati Cəzalar Komitəsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 793 nəfərə yaxın məhkumun əfvi və cəzasının yüngülləşdirilməsi ilə bağlı təklifini müsbət qarşılamışdır.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei möhtəşəm həcc toplumuna müraciətində bütün müsəlmanları və həcc zəvvarlarını bu dəyərli və misilsiz fürsətdən səmərəli şəkildə istifadə etməyə, habelə üzərinə düşən vəzifəyə və əsl ehtiyac duyulan məsələlərə bir daha diqqət yetirməyə çağıraraq təkidlə vurğuladı: “Bu gün İslam ümmətinin ən ümdə vəzifəsi mehriban ünsiyyəti, dostluq və qardaşlıq bağlarını daha da möhkəmlətmək, min bir dona girməyi bacaran müstəmləkə əjdahasına qarşı mübarizə aparmaq, eyni zamanda sözdə və əməldə müşriklərə nifrət etməkdir”.