Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
      • Camaat namazının müstəhəbliyi
      • Camaat namazının icazəli olduğu hallar
      • Camaat namazının icazəli olmadığı hallar
      • İmam-camaatın şərtləri
      • Camaat namazının şərtləri
      • İmam-camaata tabe olmaq baxımından məmumun vəzifələri
      • Namazın müxtəlif rəkətlərində iqtida edərkən məmumun vəzifələri
      • Niyyəti camaat namazından furada namaza dəyişmək
      • Camaat namazının müstəhəb və məkruh əməlləri
        Çap versiyası  ;  PDF
         
        Camaat namazının müstəhəb və məkruh əməlləri

         

        Məsələ 754. Yaxşı olar ki, imam-camaat cərgənin ortasında dayansın və elm, kamal və təqva əhli birinci cərgədə dayansınlar.
        Məsələ 755. Müstəhəbdir ki, camaat namazının cərgələri münəzzəm və düz olsun, eyni bir cərgədə dayanan məmumlar arasında məsafə olmasın və onların çiyinləri bir xətt üzrə olsun.
        Məsələ 756. “Qəd qamətis-səlah” deyildikdən sonra məmumların ayağa qalxmaları müstəhəbdir.
        Məsələ 757. İmam-camaatın fiziki baxımdan zəif olan məmumların vəziyyətini nəzərə alması və tələsməməsi müstəhəbdir, belə ki, zəif insanlar özlərini ona çatdıra bilsinlər.
        Məsələ 758. Müstəhəbdir ki, imam-camaat ucadan qılınan namazların “Həmd” və “Surə”sini oxuyarkən və zikrləri ucadan deyərkən səsini başqaları eşidəcək həddə ucaltsın. Amma səsini həddən artıq ucaltmamalıdır.
        Məsələ 759. Əgər imam-camaat rükuda ikən başa düşsə ki, kimsə namaza yenicə çatıb və iqtida etmək istəyir, rükunu adi miqdardan iki dəfə çox uzatması, sonra rükudan qalxması müstəhəbdir. Baxmayaraq ki, başqa bir şəxsin də yenicə çatdığını və iqtida etmək istədiyini başa düşmüşdür.
        Məsələ 760. Əgər camaat namazının cərgələrində yer olsa, ayrıca bir cərgədə tək dayanmaq məkruhdur.
        Məsələ 761. Məmumun namazın zikrlərini imam-camaat eşidəcək şəkildə deməsi məkruhdur.

         

    • Cümə namazı
  • ORUC
700 /