Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
      • Camaat namazının müstəhəbliyi
      • Camaat namazının icazəli olduğu hallar
      • Camaat namazının icazəli olmadığı hallar
      • İmam-camaatın şərtləri
      • Camaat namazının şərtləri
      • İmam-camaata tabe olmaq baxımından məmumun vəzifələri
      • Namazın müxtəlif rəkətlərində iqtida edərkən məmumun vəzifələri
        • Birinci rəkətdə iqtida etmək
        • Rükuda iqtida etmək
        • İkinci rəkətdə iqtida etmək.
          Çap versiyası  ;  PDF
           
          İkinci rəkətdə iqtida etmək.

           

          Məsələ 746. Əgər məmum imam-camaatın ikinci rəkətində ona iqtida etsə, imam-camaatın namazını nəzərə alaraq, aşağıdakı üç surət yarana bilər:
          1- Əgər imam-camaatın namazı ikirəkətlidirsə, müstəhəbdir ki, məmum qunutun zikrini imam-camaatla birlikdə desin. İmam-camaat təşəhhüdü deyərkən məmum ayağa qalxa və namazın davamını tək halda qıla bilər. Yaxud imam-camaat namazın salamını deyənədək yarı əyləşən halda dayana, sonra ayağa qalxa bilər.
          2- Əgər imam-camaatın namazı üçrəkətlidirsə, müstəhəbdir ki, məmum qunutun zikrini və təşəhhüdü imam-camaatla birlikdə desin. Ehtiyat-vacibə görə, təşəhhüdü deyərkən yarı əyləşən halda dayansın. Təşəhhüddən sonra imam-camaatla birlikdə ayağa qalxsın, “Həmd” və “Surə”ni oxusun. Əgər “Surə”ni oxumağa vaxt çatmırsa, təkcə “Həmd”i oxusun və rükuda özünü imam-camaata çatdırsın. İki səcdəni etdikdən sonra ikinci rəkətin təşəhhüdünü desin. Əgər məmumun da namazı üçrəkətlidirsə, imam-camaat salamı dediyi zaman o, ayağa qalxa və namazın davamını tək halda qıla bilər. Yaxud da yarı əyləşən halda dayana və imam-camaat salamı dedikdən sonra üçüncü rəkət üçün ayağa qalxa bilər.
          3- Əgər imam-camaatın namazı dördrəkətlidirsə, məmum birinci rəkətdə əvvəlki surətdə qeyd edilən şəkildə əməl etsin. Namazının ikinci rəkətində (belə ki, imam-camaatın üçüncü rəkətidir) iki səcdəni yerinə yetirdikdən sonra təşəhhüdü vacib miqdarda desin, sonra ayağa qalxıb üçüncü rəkəti yerinə yetirsin. Əgər təsbihati-ərbə`əni üç dəfə deməyə vaxt çatmırsa, onu bir dəfə desin və rükuda özünü imam-camaata çatdırsın. Namazın davamını da qeyd edilən qaydada qılsın.

           

        • Üçüncü və dördüncü rəkətlərdə iqtida etmək
      • Niyyəti camaat namazından furada namaza dəyişmək
      • Camaat namazının müstəhəb və məkruh əməlləri
    • Cümə namazı
  • ORUC
700 /