Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
      • Camaat namazının müstəhəbliyi
      • Camaat namazının icazəli olduğu hallar
      • Camaat namazının icazəli olmadığı hallar
      • İmam-camaatın şərtləri
      • Camaat namazının şərtləri
      • İmam-camaata tabe olmaq baxımından məmumun vəzifələri
        Çap versiyası  ;  PDF
         
        İmam-camaata tabe olmaq baxımından məmumun vəzifələri

         

        Məsələ 726. Məmum “təkbirətul-ehram”ı imam-camaatdan qabaq deməməlidir. Hətta ehtiyat-vacibə görə, imam-camaat “təkbirətul-ehram”ı deyib qurtarmamış “təkbirətul-ehram”ı deməməlidir.
        Məsələ 727. İmam-camaat “təkbirətul-ehram”ı dedikdən sonra əgər qabaq cərgədəki məmumlar namaza başlamaq və “təkbirətul-ehram”ı demək üzrə olsalar, sonrakı cərgədə dayanan məmum “təkbirətul-ehram”ı deyə bilər.
        Məsələ 728. “Həmd” və “Surə” istisna olmaqla, məmum namazın digər zikrlərini deməlidir. Amma əgər imam-camaatın namazının üçüncü və ya dördüncü rəkətində ona iqtida etsə, “Həmd” və “Surə” də oxumalıdır.
        Məsələ 729. Əgər məmum sübh namazında, məğrib və işa namazlarının birinci və ikinci rəkətlərində imam-camaatın “Həmd” və “Surə”sini eşidərsə, surələrin sözlərini ayırd edə bilməsə belə, “Həmd” və “Surə”ni oxumamalıdır. Həmçinin əgər imam-camaatın “Həmd” və “Surə”nin bəzi sözlərini eşidərsə, ehtiyat-vacibə görə, “Həmd” və “Surə”ni oxumamalıdır. Amma əgər imam-camaatın səsini eşitmirsə, “Həmd” və “Surə”ni astadan oxuması müstəhəbdir. Əgər səhvən ucadan oxusa, iradı yoxdur.
        Məsələ 730. Zöhr və əsr namazlarının birinci və ikinci rəkətlərində məmum ehtiyat-vacibə görə, “Həmd” və “Surə”ni oxumamalıdır və onun yerinə zikr deməsi müstəhəbdir.
        Məsələ 731. Əgər bir şəxs imam-camaatı təyin etməkdə səhv etsə, məsələn, imam-camaatın “Əli” olduğunu düşünüb ona iqtida etsə, amma namazdan sonra imam-camaatın “Əhməd” olduğu məlum olsa, Əhməd ədalətli şəxs olduğu və məmum da iqtida etmək üçün imam-camaatın xüsusi bir şəxs olmasını bir şərt kimi qoymadığı təqdirdə, onun camaat namazı düzgündür. Amma əgər iqtida etmək üçün məmum imam-camaatın xüsusi bir şəxs (Əli) olmasını bir şərt kimi qoyubdursa, onun camaat namazı düzgün deyildir. Namazın rüknünü artırmadığı təqdirdə, onun namazı furada namaz olaraq düzgündür.
        Məsələ 732. Əgər məmum namazın sözlərini[1] imam-camaatdan tez və ya gec desə, bunun iradı yoxdur. Amma təkbirətul-ehram istisna təşkil edir və onun hökmü bir qədər əvvəldə qeyd olundu. Təkbirətul-ehram istisna olmaqla, əgər məmum imam-camaatın nə dediyini eşidərsə və ya sözləri hansı vaxt deyəcəyini bilərsə, ehtiyat-müstəhəbə görə, bu sözləri imam-camaatdan qabaq deməsin.
        Məsələ 733. Məmum namazın hərəkətlərini imam-camaatla eyni vaxtda və ya imam-camaatdan bir qədər sonra yerinə yetirməlidir. Əgər o, bilərəkdən imam-camaatdan qabağa keçərsə və ya namazın hərəkətlərini imam-camaatdan çox gec olaraq (yəni imam-camaata tabe olmaq hesab olunmayacaq bir şəkildə) yerinə yetirərsə, onun namazı tək halda qılınan namaz olacaqdır.
        Məsələ 734. Əgər məmum səhvən imam-camaatdan qabaq rükuya getsə, rükudan qalxmalı və yenidən imam-camaatla birlikdə rükuya getməli, namazı onunla birlikdə tamamlamalıdır. Bu halda onun camaat namazı düzgündür. Amma əgər o, rükudan qalxmazsa, onun namazı furada namaz olaraq düzgündür.
        Məsələ 735. Əgər məmum səhvən imam-camaatdan qabaq rükudan qalxsa və imam-camaat hələ rükuda olsa, o, rükuya getməlidir. Bu halda rüknü artırmaq namazı pozmur. Amma əgər məmum rükuya getsə və rüku həddində əyilməmişdən qabaq imam-camaat rükudan qalxsa, onun namazı pozulur.
        Məsələ 736. Əgər məmum səhvən imam-camaatdan qabaq səcdəyə getsə, o, səcdədən qalxmalı və imam-camaatla birlikdə səcdəyə getməlidir. Bu halda onun camaat namazı düzgündür.
        Məsələ 737. Əgər məmum səhvən imam-camaatdan qabaq səcdədən qalxsa və imam-camaatın səcdədə olduğunu görsə, buna görə də yenidən səcdəyə getsə, amma imam-camaatın səcdəsinə çatmasa, namazı düzgündür. Amma əgər hər iki səcdədə bu hal baş versə, onun namazı pozulur.
        Məsələ 738. Əgər məmum səhvən imam-camaatdan qabaq rükudan və ya səcdədən qalxsa, amma səhvən və ya imam-camaatın rükusuna və ya səcdəsinə çatmayacağını düşünərək rükuya və ya səcdəyə qayıtmasa, onun namazı düzgündür.
        Məsələ 739. Əgər qunut tutulmayan bir rəkətdə imam-camaat səhvən qunut tutsa, məmum qunut tutmamalıdır. Amma məmum imam-camaatdan qabaq rükuya gedə bilməz, əksinə, imam-camaat qunutu deyib qurtaranadək gözləməli və namazı imam-camaatla birlikdə davam etdirməlidir.
        Məsələ 740. Əgər təşəhhüd deyilməyən bir rəkətdə imam-camaat səhvən təşəhhüd desə, məmum təşəhhüdü deməməlidir. Amma məmum imam-camaatdan qabaq ayağa qalxa bilməz, əksinə, imam-camaat təşəhhüdü deyib qurtaranadək gözləməli və namazı imam-camaatla birlikdə davam etdirməlidir.
         

        [1] Namazın hissələri iki qismə ayrılır:
        1- Namazın sözləri: Namazın “tələffüz edilən” hissələrinə deyilir, məsələn, təkbirətul-ehram, “Həmd” və “Surə”, zikrlər, təşəhhüd, salamlar.
        2- Namazın hərəkətləri: Namazda “yerinə yetirilən” hərəkətlərə deyilir, məsələn, qiyam, rüku, səcdə, səcdədən sonra əyləşmək.
      • Namazın müxtəlif rəkətlərində iqtida edərkən məmumun vəzifələri
      • Niyyəti camaat namazından furada namaza dəyişmək
      • Camaat namazının müstəhəb və məkruh əməlləri
    • Cümə namazı
  • ORUC
700 /