Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
      • Camaat namazının müstəhəbliyi
      • Camaat namazının icazəli olduğu hallar
      • Camaat namazının icazəli olmadığı hallar
      • İmam-camaatın şərtləri
      • Camaat namazının şərtləri
        Çap versiyası  ;  PDF
         
        Camaat namazının şərtləri

         

        Məsələ 717. Camaat namazında aşağıdakı şərtlərə riayət olunmalıdır:
        1- Məmum imam-camaatdan qabaqda dayanmamalıdır, hətta ehtiyat-vacibə görə, ondan bir qədər arxada dayanmalıdır.
        2- İmam-camaatın dayandığı yer məmumların dayandığı yerdən yuxarıda olmamalıdır. Amma cüzi fərqin (bir qarışdan az) maneəsi yoxdur.
        3- İmam-camaat ilə məmumlar arasındakı məsafə, həmçinin məmumların cərgələri arasındakı fasilə çox olmamalıdır.
        4- İmam-camaat ilə məmumlar arasında, həmçinin məmumların cərgələri arasında divar və ya pərdə kimi bir maneə olmamalıdır. Amma kişilərin cərgələri ilə qadınların cərgələri arasında pərdə və bu kimi bir vasitənin olmasının maneəsi yoxdur.
        Məsələ 718. Əgər camaat namazı enişli yerdə təşkil olunarsa və imam-camaat bu yerin yuxarı olan tərəfində dayanarsa, eniş bucağının az olduğuna görə o yerə düz yer deyildiyi təqdirdə camaat namazının iradı yoxdur.
        Məsələ 719. Əgər məmumun dayandığı yer yuxarıda olarsa, bu hündürlük adi ölçüdə olduğu, məsələn, məscidin həyəti və ya məscidin damı olduğu təqdirdə – nəinki bir neçəmərtəbəli binaların hündürlüyü ölçüsündə – camaat namazı düzgündür.
        Məsələ 720. Ehtiyat-vacibə görə, məmumun səcdə məkanı ilə imam-camaatın dayandığı yer arasındakı məsafə, həmçinin qabaq cərgənin dayandığı yer ilə arxadakı cərgənin səcdə yeri arasındakı məsafə bir böyük addımdan (təxminən bir metrdən) çox olmamalıdır.
        Məsələ 721. Əgər bir məmum qabaq tərəfdən imam-camaata birləşməsə və yalnız sağ və ya sol tərəfində dayanan məmum vasitəsilə imam-camaata birləşsə, onun namazı düzgündür.
        Məsələ 722. Əgər namazda məmum ilə imam-camaat arasında, yaxud bir məmum ilə digər məmum (belə ki, bu məmum vasitəsilə imam-camaata birləşir) arasında bir böyük addımdan çox məsafə yaranarsa, camaata bağlanma kəsilir və onun namazı furada namaza (yəni tək halda qılınan namaza) çevrilir.
        Məsələ 723. Əgər həddi-büluğa çatmayan uşaq vasitəsilə camaat namazına birləşmək mümkün olarsa, uşağın namazı düzgün qıldığı məlum olduğu təqdirdə, imam-camaata iqtida etmək və camaatla namaz qılmaq olar.
        Məsələ 724. Əgər qabaq cərgədəki bütün məmumların namazı başa çatsa və ya onlar niyyəti camaat namazından furada namaza dəyişsələr, onlardan qabaqdakı cərgə ilə olan məsafə bir böyük addım ölçüsündə olmadığı təqdirdə, camaat namazına birləşmək qüvvədədir və camaat namazı düzgündür. Amma əgər məsafə bir böyük addımdan çox olarsa, namaz furada namaza çevrilir. Yalnız o halda namaz camaat namazı olaraq davam edə bilər ki, namazı başa çatan qabaq cərgədəki məmumlar dərhal yenidən iqtida etsinlər.
        Məsələ 725. Əgər imam-camaatın namazı pozulsa və ya məmumların namazından qabaq başa çatsa, məsələn, imam-camaat müsafir olsa, məmumlar öz aralarından bir şəxsi (imam-camaatın şərtlərinə malik olan bir şəxsi) qabağa keçirib, namazın davamını ona iqtida edərək qıla və namazı başa çatdıra bilərlər.
      • İmam-camaata tabe olmaq baxımından məmumun vəzifələri
      • Namazın müxtəlif rəkətlərində iqtida edərkən məmumun vəzifələri
      • Niyyəti camaat namazından furada namaza dəyişmək
      • Camaat namazının müstəhəb və məkruh əməlləri
    • Cümə namazı
  • ORUC
700 /