Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
      • Birinci şərt: Şəri məsafə
      • İkinci şərt: Şəri məsafəni qət etmək niyyəti
      • Üçüncü şərt: Şəri məsafəni qət etmək niyyətinin davam etməsi
      • Dördüncü şərt: Vətəndən keçib getməmək və ya yol üstündə müəyyən bir yerdə on gün qalmaq niyyətində olmamaq
      • Beşinci şərt: Səfərin haram olmaması
      • Altıncı şərt: Köçəri həyat sürməmək
      • Yeddinci şərt: Səfərin peşə olmaması
      • Səkkizinci şərt: Tərəxxüs həddinə çatmaq
      • Səfəri kəsən səbəblər
      • Səfərdə nafilələrin hökmü
      • Namazı qəsr qılmaq vacib olduğu halda tam qılmaq
      • Namazı tam qılmaq vacib olduğu halda qəsr qılmaq
        Çap versiyası  ;  PDF
         
        Namazı tam qılmaq vacib olduğu halda qəsr qılmaq

         

        Məsələ 613. Namazı tam qılmalı olan müsafir şəxs əgər vəzifəsinə zidd olaraq namazı qəsr qılsa, onun namazı düzgün deyildir. Bu hökm baxımından bilmək, bilərəkdən etmək, unutmaq, hökmü bilməmək və ya hökmü düzgün tətbiq etməmək arasında fərq yoxdur. Yalnız sonrakı məsələdə açıqlanan hal istisna təşkil edir.
        Məsələ 614. Müəyyən bir yerdə on gün qalmağı qərara alan müsafir şəxs əgər hökmü bilmədiyinə görə namazı qəsr qılsa, onun namazı düzgündür. Amma əgər hökmü düzgün tətbiq etmədiyinə və ya unutduğuna görə namazı qəsr qılsa, namazı düzgün deyildir və yenidən qılmalıdır.
        Məsələ 615. Namazı tam qılmalı olan, məsələn, müəyyən bir yerdə on gün qalmağı qərara alan müsafir şəxs əgər hökmü unutduğuna, yaxud hökmü bilmədiyinə, yaxud da hökmü düzgün tətbiq etmədiyinə görə namazı qəsr qılmaq niyyətilə başlasa və namazdan xaric edən salamı[1] deməmişdən qabaq səhvini başa düşsə, namazı tam olaraq başa çatdırmalıdır. Bu halda onun namazı düzgündür.
         

        [1] Birinci salam, yəni “Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rahmətullahi və bərəkatuhu” cümləsi müstəhəb salamdır və bu salamı dedikdə namazdan xaric olmursan. Amma ikinci salam, yəni “Əssəlamu ələyna və əla ibadillahis-salihin” cümləsi və ya üçüncü salam, yəni “Əssəlamu ələykum və rahmətullahi və bərəkatuhu” cümləsi namazdan xaric olmağa səbəb olan salamdır.
      • Müxtəlif məsələlər
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /