Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
      • Birinci şərt: Şəri məsafə
      • İkinci şərt: Şəri məsafəni qət etmək niyyəti
      • Üçüncü şərt: Şəri məsafəni qət etmək niyyətinin davam etməsi
      • Dördüncü şərt: Vətəndən keçib getməmək və ya yol üstündə müəyyən bir yerdə on gün qalmaq niyyətində olmamaq
      • Beşinci şərt: Səfərin haram olmaması
      • Altıncı şərt: Köçəri həyat sürməmək
      • Yeddinci şərt: Səfərin peşə olmaması
      • Səkkizinci şərt: Tərəxxüs həddinə çatmaq
      • Səfəri kəsən səbəblər
      • Səfərdə nafilələrin hökmü
      • Namazı qəsr qılmaq vacib olduğu halda tam qılmaq
        Çap versiyası  ;  PDF
         
        Namazı qəsr qılmaq vacib olduğu halda tam qılmaq

         

        Məsələ 603. Əgər müsafir şəxs müəyyən şərtlər mövcud olduğu təqdirdə səfərdə namazın qəsr olduğunu, həmçinin onun səfərinin bu şərtlərə malik olduğunu bilsə, amma namazı tam qılsa, onun namazı düzgün deyildir. İstər namaz vaxtı başa çatmamış olsun, istərsə də başa çatmış olsun, o, namazı yenidən qəsr olaraq qılmalıdır.
        Məsələ 604. Əgər müsafir şəxs səfərdə namazın qəsr olduğunu bilmirsə və vəzifəsinə zidd olaraq namazı tam qılsa, qasir-cahil[1] olduğu təqdirdə, hökmü bildikdən sonra namazı yenidən qılması və ya onun qəzasını qılması lazım deyildir.
        Məsələ 605. Əvvəlki məsələni nəzərə alaraq, əgər o, müqəssir-cahil[2] olsa, hökmü öyrənmədiyinə görə günah etmişdir və hökmü bildikdən sonra namaz vaxtı keçmədiyi təqdirdə namazı yenidən qılmalı, namaz vaxtı keçdiyi təqdirdə isə namazın qəzasını qılmalıdır.
        Məsələ 606. Əgər müsafir şəxs səfərdə namazın hökmünü (yəni qəsr olduğunu) bilirsə, amma hökmün təfərrüatını bilmədiyinə görə namazı tam qılsa, ehtiyat-vacibə görə, namaz vaxtı keçməmişdən qabaq səhvini başa düşdüyü təqdirdə, namazı yenidən qılmalıdır. Namaz vaxtı keçdikdən sonra səhvini başa düşdükdə isə namazın qəzasını qılmalıdır. Məsələn, müsafir şəxs səfərdə namazın qəsr olduğunu bilir, amma bilmir ki, müəyyən bir yerdə on gün qalmağı qərara aldıqdan sonra və bir dördrəkətli namaz qılmamışdan qabaq orada qalmaq qərarından daşındığı halda namazı qəsr qılmalıdır. Bunu bilmədiyinə görə namazı tam qılır.
        Məsələ 607. Əgər müsafir şəxs səfərdə namazın hökmünü bilirsə, amma hökmü düzgün tətbiq etmədiyinə görə namazı tam qılsa, namazı yenidən qılmalıdır. Məsələn, müsafir şəxs səfərdə namazın qəsr olduğunu bilir, amma səkkiz fərsəxlikdə yerləşən bir yerə getməyi qərara alır və elə düşünür ki, o yerədək məsafə yeddi fərsəxdir, buna görə də namazı tam qılır. Əslində, namazı qəsr qılmalı idi.
        Məsələ 608. Əgər müsafir şəxs səfərdə namazın qəsr olduğunu unutsa və ya səfərdə olduğunu unutsa, buna görə də namazı tam qılsa, namaz vaxtı keçməmişdən qabaq məsələni xatırladığı təqdirdə, namazı yenidən qəsr olaraq qılmalıdır. Əgər namazı yenidən qılmazsa, namazın qəzasını qılmalıdır. Amma əgər namaz vaxtı keçdikdən sonra məsələni xatırlasa, namazın qəzasını qılmaq lazım deyildir.
        Məsələ 609. Əgər səfərdə namazın qəsr olduğunu bilməyən müsafir şəxs namazını qəzaya versə və namaz vaxtı keçdikdən sonra hökmü bilsə, namazın qəzasını qəsr olaraq qılmalıdır.
        Məsələ 610. Əvvəlki məsələni nəzərə alaraq, əgər o, namazın qəzasını tam olaraq qılsa və sonra hökmü bilsə, qasir-cahil olduğu təqdirdə, namazı yenidən qılması lazım deyildir.
        Məsələ 611. Əgər müsafir şəxs səfərdə namazın qəsr olduğunu unutsa və ya səfərdə olduğunu unutsa, buna görə də namazı tam qılmaq niyyətilə namaza başlasa və üçüncü rəkət üçün ayağa qalxmamışdan qabaq məsələni xatırlasa, namazı iki rəkət olaraq başa çatdırmalıdır. Bu halda onun namazı düzgündür. Əgər üçüncü rəkət üçün ayağa qalxdıqdan sonra, amma rükuya getməmişdən qabaq məsələni xatırlasa, əyləşib salamı deməlidir.
        Məsələ 612. Əvvəlki məsələni nəzərə alaraq, əgər o, üçüncü rəkətin rükusuna getdikdən sonra məsələni xatırlasa, namazı düzgün deyildir. İstər namazın geniş vaxtı məsələni xatırlasın, istərsə də namazın dar vaxtı, hətta bir rəkət qılmağa vaxt qalmasa belə, məsələni xatırlasın, namazı yenidən qılmalı və ya qəzasını qılmalıdır.
         

        [1] Yəni hökmü bilməyən və bilmədiyini də bilməyən şəxs
        [2] Yəni hökmü bilmədiyini bilən, amma öyrənmək imkanı olsa da, öyrənməyən şəxs
      • Namazı tam qılmaq vacib olduğu halda qəsr qılmaq
      • Müxtəlif məsələlər
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /