Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
      • Birinci şərt: Şəri məsafə
      • İkinci şərt: Şəri məsafəni qət etmək niyyəti
      • Üçüncü şərt: Şəri məsafəni qət etmək niyyətinin davam etməsi
      • Dördüncü şərt: Vətəndən keçib getməmək və ya yol üstündə müəyyən bir yerdə on gün qalmaq niyyətində olmamaq
      • Beşinci şərt: Səfərin haram olmaması
      • Altıncı şərt: Köçəri həyat sürməmək
      • Yeddinci şərt: Səfərin peşə olmaması
      • Səkkizinci şərt: Tərəxxüs həddinə çatmaq
      • Səfəri kəsən səbəblər
        • 1- Vətəndən keçmək
        • 2- Müəyyən bir yerdə on gün qalmağı qərara almaq və ya bilmək
        • 3- Müəyyən bir yerdə tərəddüdlə otuz gün qalmaq
          Çap versiyası  ;  PDF
           
          3- Müəyyən bir yerdə tərəddüdlə otuz gün qalmaq

           

          Məsələ 588. Əgər bir şəxs səkkiz fərsəx məsafəni qət etdikdən sonra on gün qalacağına qərar verə bilmədən müəyyən bir yerdə tərəddüdlə otuz gün qalsa, otuzuncu gündən sonra orada qaldığı müddətdə (hətta yarım gün qalsa belə,) namazı tam qılmalıdır.
          Məsələ 589. Müəyyən bir yerdə on gündən az qalmağı qərara alan müsafir şəxs əgər bu müddət başa çatdıqdan sonra getmək fikrindən daşınsa və yenidən on gündən az, məsələn, bir həftə orada qalmağı qərara alsa və bu minvalla orada qaldığı müddət bir ayadək uzansa, bu halda əvvəlki məsələdə olduğu kimi, otuz birinci gündən etibarən namazını tam qılmalıdır.
          Məsələ 590. Müəyyən bir yerdə otuz gündən az, məsələn, iyirmi səkkiz gün qalıb-qalmamaqda tərəddüd edərək qalan şəxs əgər başqa bir yerə getsə və orada da otuz gündən az tərəddüd edərək qalsa, daha sonra üçüncü bir yerə gedib yenə də bu şəkildə qalsa, hər üç yerdə onun namazı qəsrdir.
          Məsələ 591. Otuz gün bu qaydada hesablanır: Əgər bir şəxs Günəş doğan zaman müəyyən bir yerə daxil olubsa, otuzuncu gün Günəş qürub etdikdən sonra namazı tam qılmalıdır. Yəni otuzuncu günün işa namazını və sonrakı dördrəkətli namazları tam qılmalıdır. Amma əgər Günəş doğandan sonra müəyyən bir yerə daxil olubsa, ora hansı vaxt daxil olubsa, otuz birinci gün həmin vaxt otuz günü tamamlanacaqdır. Beləliklə, əgər Günəş doğandan bir saat sonra ora daxil olubsa, otuz birinci gün Günəş doğandan bir saat sonra otuz günü tamamlanır və bundan sonra dördrəkətli namazları tam qılmalıdır.
          Məsələ 592. Əgər sözügedən otuz günün ilk günü qəməri ayının 1-nə təsadüf etsə və ay iyirmi doqquz gün olsa, iyirmi doqquz gün namaz qəsr qılınmalıdır. Otuzuncu gün (yəni sonrakı ayın 1-i) ehtiyat-vacibə görə, namaz həm qəsr, həm də tam qılınmalı, otuz birinci gün isə namaz tam qılınmalıdır.
          Məsələ 593. Müsafir şəxsin on gün qalıb-qalmayacağına qərar verə bilmədiyi və tərəddüdlə qaldığı yer ürfə görə “bir yer” olmalıdır. Beləliklə, əgər müsafir şəxs sözügedən otuz günün bir qismini bir yerdə, məsələn, Tehranda və bir qismini başqa bir yerdə, məsələn, Kərəcdə qalsa, bu, “otuz gün bir yerdə tərəddüdlə qalmaq” hökmündə deyildir və namaz qəsrdir.
          Məsələ 594. Əgər müsafir şəxs tərəddüdlə qaldığı bu otuz gün əsnasında dörd fərsəxdən az bir məsafədə yerləşən yerə getsə, belə ki, əgər qaldığı yerdən onun xaric olması ürfə görə “otuz gün bir yerdə qalmağ”a zidd olmayacaq miqdarda olsa və otuz gün bir yerdə qalmağa xələl gətirməsə, otuz gün keçdikdən sonra onun namazı tamdır. Məsələn, günün hamısını deyil, bir hissəsini oradan xaric olur və bu hal çox təkrarlanmır, yəni otuz gün ərzində dörd-beş dəfə oradan xaric olur və hər dəfə üç-dörd saatdan sonra geri qayıdır.
          Məsələ 595. Müəyyən bir yerdə on gün qalıb-qalmayacağına dair qərar verə bilmədən otuz gün tərəddüdlə qalan şəxs otuz birinci gündən etibarən bu yerdə on gün qalmağı qərara alan şəxs kimi olur. Odur ki, otuz gün başa çatdıqda namazı tam qılmalıdır. Əgər o, şəri məsafədən az olan bir məsafədə yerləşən yerə getmək istəsə, müəyyən bir yerdə on gün qalmağı qərara alan müsafirin hökmləri ona da şamil olur. Məsələn, əgər o, dörd fərsəxdən az olan bir məsafədə yerləşən yerə getsə və yenidən otuz gün qaldığı yerə qayıdıb on gün qalmağı niyyət etmədən orada qalsa, gediş və qayıdış yolunda, getdiyi yerdə və qayıdıb qaldığı yerdə onun namazı tamdır.
          Məsələ 596. Otuz gün keçdikdən sonra namazı tam qılmalı olan müsafir şəxs əgər şəri məsafə ölçüsündə yol qət etmək niyyətilə oradan çıxsa, ehtiyat-vacibə görə, otuz gün qaldığı yer ilə oranın tərəxxüs-həddi arasındakı məsafədə namazı həm qəsr, həm də tam qılmalıdır. Yaxud tərəxxüs-həddini keçdikdən sonra namazı qəsr qılmalıdır.

           

      • Səfərdə nafilələrin hökmü
      • Namazı qəsr qılmaq vacib olduğu halda tam qılmaq
      • Namazı tam qılmaq vacib olduğu halda qəsr qılmaq
      • Müxtəlif məsələlər
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /