Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
      • Birinci şərt: Şəri məsafə
      • İkinci şərt: Şəri məsafəni qət etmək niyyəti
      • Üçüncü şərt: Şəri məsafəni qət etmək niyyətinin davam etməsi
      • Dördüncü şərt: Vətəndən keçib getməmək və ya yol üstündə müəyyən bir yerdə on gün qalmaq niyyətində olmamaq
      • Beşinci şərt: Səfərin haram olmaması
      • Altıncı şərt: Köçəri həyat sürməmək
      • Yeddinci şərt: Səfərin peşə olmaması
      • Səkkizinci şərt: Tərəxxüs həddinə çatmaq
      • Səfəri kəsən səbəblər
        • 1- Vətəndən keçmək
        • 2- Müəyyən bir yerdə on gün qalmağı qərara almaq və ya bilmək
          • Müəyyən bir yerdə on gün qalmaq niyyətindən dönmək
            Çap versiyası  ;  PDF
             
            Müəyyən bir yerdə on gün qalmaq niyyətindən dönmək

             

            Məsələ 577. Müəyyən bir yerdə on gün qalmağı qərara alan şəxs əgər bir gündəlik dördrəkətli namazı əda olaraq qılmamışdan qabaq qərarından dönsə, yaxud on gün qalıb-qalmayacağına tərəddüd etsə, namazı qəsrdir.
            Məsələ 578. Müəyyən bir yerdə on gün qalmağı qərara alan şəxs bir gündəlik dördrəkətli namazı əda olaraq qıldıqdan sonra, hətta qərarından dönsə və orada on gün qalmaq istəməsə belə, orada olduğu müddətdə namazı tam qılmalıdır. Amma əgər təkcə sübh və ya məğrib namazını qılıbsa və sonra qərarından dönübsə, namazı qəsrdir.
            Məsələ 579. Əgər müsafir şəxs birinci dördrəkətli namazı qılarkən orada on gün qalmaq qərarından dönsə və on gündən az qalmaq istəsə, onun namazı qəsr namazına çevrilir. Beləliklə, əgər o, üçüncü rəkətə çatmamışdan qabaq qərarından dönsə, namazı qəsr olaraq tamamlamalıdır. Əgər üçüncü rəkətdə rükuya getməmişdən qabaq qərarından dönsə, ehtiyat-vacibə görə, əyləşməli və namazı qəsr olaraq tamamlamalı, sonra namazı qəsr olaraq yenidən qılmalıdır. Amma əgər üçüncü rəkətin rükusuna getdikdən sonra qərarından dönsə, namaz düzgün deyildir.
            Məsələ 580. Müəyyən bir yerdə on gün qalmağı qərara alan şəxs əgər oruc tutsa və dördrəkətli namaz qılmamışdan qabaq qərarından dönsə, şəri zöhr vaxtı daxil olduqdan sonra qərarından döndüyü təqdirdə, onun orucu düzgündür. Şəri zöhr vaxtı daxil olmamışdan qabaq qərarından döndüyü təqdirdə isə orucu düzgün deyildir.
            Məsələ 581. Əgər bir şəxs müəyyən bir yerdə on gün qalmağı qərara aldıqdan sonra dördrəkətli namazı qəzaya getsə və başqa bir dördrəkətli namazı əda olaraq qılmamışdan qabaq on gün qalmaq qərarından dönsə, sonrakı namazları qəsr qılmalıdır. Amma qəzaya gedən namazı, hətta səfərdə onun qəzasını qılsa belə, tam qılmalıdır.
            Məsələ 582. Əvvəlki məsələni nəzərə alaraq, əgər namazın qəzasını həmin səfərdə tam qılsa və bundan sonra on gün qalmaq qərarından dönsə, bu dörd rəkət olaraq qılınan qəza namazı sonrakı namazları qəsr qılmaq üçün kifayət etmir və namaz qəsr qılınmalıdır.
            Məsələ 583. Əgər bir şəxs bir dördrəkətli namazı qıldıqdan sonra on gün qalmaq qərarından dönsə, amma qərarından döndükdən sonra namazın düzgün olmadığı məlum olsa, namazı qəsr qılmalıdır.
            Məsələ 584. Əgər bir şəxs dördrəkətli namazın vaxtı başa çatdıqdan sonra on gün qalmaq qərarından dönsə və namazı namaz vaxtı başa çatdıqdan sonra qılıb-qılmadığına şəkk etsə, o, namazı tam qıldığını qəbul etməli və sonrakı namazları da tam qılmalıdır.
            Məsələ 585. Əgər bir şəxs on gün qalmaq qərarından döndükdən sonra qərarından dönməmişdən qabaq bir dördrəkətli namaz qılıb-qılmadığına şəkk etsə, namazı qəsrdir.

             

          • On gün qaldığı yerdən müsafirin xaric olması
        • 3- Müəyyən bir yerdə tərəddüdlə otuz gün qalmaq
      • Səfərdə nafilələrin hökmü
      • Namazı qəsr qılmaq vacib olduğu halda tam qılmaq
      • Namazı tam qılmaq vacib olduğu halda qəsr qılmaq
      • Müxtəlif məsələlər
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /