Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
      • Birinci şərt: Şəri məsafə
      • İkinci şərt: Şəri məsafəni qət etmək niyyəti
      • Üçüncü şərt: Şəri məsafəni qət etmək niyyətinin davam etməsi
      • Dördüncü şərt: Vətəndən keçib getməmək və ya yol üstündə müəyyən bir yerdə on gün qalmaq niyyətində olmamaq
      • Beşinci şərt: Səfərin haram olmaması
      • Altıncı şərt: Köçəri həyat sürməmək
      • Yeddinci şərt: Səfərin peşə olmaması
      • Səkkizinci şərt: Tərəxxüs həddinə çatmaq
      • Səfəri kəsən səbəblər
        • 1- Vətəndən keçmək
          • Əsl vətən
          • Seçilən vətən
          • Eyni vaxtda bir neçə vətənin olması
          • Vətən baxımından tabelik
          • Vətəni vətənlikdən çıxarmaq
            Çap versiyası  ;  PDF
             
            Vətəni vətənlikdən çıxarmaq

             

            Məsələ 553. Vətəni vətənlikdən çıxarmaq da ürf əsasında müəyyən edilir. Vətəni vətənlikdən çıxarmaq o deməkdir ki, insan yaşayış üçün bir daha vətəninə qayıtmamağı qərara alaraq vətəni tərk edir.
            Məsələ 554. Vətənini (əsl vətəni və ya seçilən vətəni) vətənlikdən çıxaran bir şəxs ora getdiyi zaman orada namazı qəsrdir, istər bu şəxsin orada mülkü olsun, istərsə də olmasın. Həmçinin oradan keçib getmək də, onun səfərini kəsmir. Amma əgər orada on gün qalmaq niyyətində olsa, namaz tamdır və səfəri də kəsilir.
            Məsələ 555. Vətəni vətənlikdən çıxarmaqda niyyət şərtdir. Deməli, əgər bir şəxs vətənini vətənlikdən çıxarmaq niyyəti olmadan bir müddət, məsələn, dörd-beş il öz vətənindən çıxsa, bu yer onun vətəni olaraq qalır. Əlbəttə, əgər bir şəxs çox uzun müddət, məsələn, qırx-əlli il öz vətənindən çıxsa və bu müddət ərzində ora qayıtmaq onun zehnindən keçməsə, bu halda uzaq ehtimal deyildir ki, uzun müddət vətəndən çıxmaq oranı vətənlikdən çıxarmaq hökmündə olsun və orada on gün qalmaq niyyətində olmadığı təqdirdə bu şəxsin namazı qəsr olsun.
            Məsələ 556. Əgər bir şəxs öz vətənindən çıxsa və ora qayıtmamaq niyyətində olmasa[1], amma yaşayış üçün ora qayıtmayacağını bilsə və ya buna əmin olsa, uzaq ehtimal deyildir ki, bunu bilmək və ya buna əmin olmaq vətəni vətənlikdən çıxarmaq hökmündə olsun. Odur ki, bu şəxsin namazı orada qəsrdir.
            Məsələ 557. Vətən baxımından ərinə tabe olaraq öz əsl vətənindən qeyri bir yerdə yaşayan və öz vətənini vətənlikdən çıxarmayan bir qadın əgər ömrünün axırınadək vətəninə qayıtmayacağını bilmirsə və ya buna əmin deyildirsə, əksinə, hansısa səbəblərə görə, məsələn, boşanma və ya ərin ölməsi səbəbilə ora qayıdacağını ehtimal edirsə, bu yerdə onun namazı tamdır. Amma əgər ərindən boşansa və ya əri dünyasını dəyişsə belə, vətəninə qayıtmamağı qərara alsa və ya bunu bilsə, bu halda vətəni vətənlikdən çıxarmışdır və ora daha onun vətəni sayılmır.
             

            [1] Vətənindən çıxan şəxs üçün üç hal mövcuddur:
            1- O, vətəninə qayıtmaq niyyətindədir və ya vətəninə qayıdacağını bilir: Bu halda bu yer onun vətəni olaraq qalır.
            2- O, vətəninə qayıtmamaq niyyətindədir və ya vətəninə qayıtmayacağını bilir: Bu halda o, bu yeri vətənlikdən çıxarmışdır.
            3- O, vətəninə qayıdıb-qayıtmayacağına dair bir qərar almamışdır və bu barədə heç nə bilmir. Bu halda bu yer onun vətəni olaraq qalır. Amma əgər vətəndən çıxmasından çox uzun müddət, məsələn, qırx-əlli il keçsə və bu müddət ərzində ora qayıtmaq onun zehnindən keçməsə, bu halda bu yeri vətənlikdən çıxarmış hesab olunur.
        • 2- Müəyyən bir yerdə on gün qalmağı qərara almaq və ya bilmək
        • 3- Müəyyən bir yerdə tərəddüdlə otuz gün qalmaq
      • Səfərdə nafilələrin hökmü
      • Namazı qəsr qılmaq vacib olduğu halda tam qılmaq
      • Namazı tam qılmaq vacib olduğu halda qəsr qılmaq
      • Müxtəlif məsələlər
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /