Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
      • Birinci şərt: Şəri məsafə
      • İkinci şərt: Şəri məsafəni qət etmək niyyəti
      • Üçüncü şərt: Şəri məsafəni qət etmək niyyətinin davam etməsi
      • Dördüncü şərt: Vətəndən keçib getməmək və ya yol üstündə müəyyən bir yerdə on gün qalmaq niyyətində olmamaq
      • Beşinci şərt: Səfərin haram olmaması
      • Altıncı şərt: Köçəri həyat sürməmək
      • Yeddinci şərt: Səfərin peşə olmaması
      • Səkkizinci şərt: Tərəxxüs həddinə çatmaq
      • Səfəri kəsən səbəblər
        • 1- Vətəndən keçmək
          • Əsl vətən
          • Seçilən vətən
            Çap versiyası  ;  PDF
             
            Seçilən vətən

             

            Məsələ 534. Seçilən vətən ürfə görə o yerdir ki, insan oranı vətən və yaşayış yeri olaraq seçir, halbuki o yer əvvəllər onun vətəni olmayıbdır. Bu şəxs istər öz əsl vətənini vətənlikdən çıxarsın, istərsə də çıxarmasın, bunun fərqi yoxdur.
            Məsələ 535. Seçilən vətənin gerçəkləşməsi üçün fərq etmir ki, insan orada daimi olaraq yaşamaq niyyətində olsun, yaxud müddət təyin etmədən yaşamaq niyyətində olsun, yaxud da uzun müddət yaşamaq niyyətində olsun.
            Məsələ 536. Əgər bir şəxs müəyyən bir yerdə təxminən on il yaşamaq niyyətində olsa, ürfə görə bu yerin bu şəxs üçün seçilən vətən sayılması baxımından kifayət etməsi uzaq ehtimal deyildir.
            Məsələ 537. Bir yerin ürfə görə “seçilən vətən” sayılması üçün təkcə niyyət kifayət etmir, əksinə, yaşayış üçün lazım olan bəzi işlər də görülməlidir. Məsələn, bir şəxs vətən olaraq seçdiyi yerdə bir müddət (bir-iki ay) qalır, yaxud müəyyən işləri görür ki, insan bir yeri yaşayış üçün seçdikdə adətən bu işləri görür.
            Məsələ 538. Əgər bir şəxs yaşayış niyyətilə müəyyən bir yerə köçüb ev icarəyə götürsə və ya alsa, yaxud orada iş tapıb işləsə, bu yer elə həmin vaxtdan etibarən onun vətəni sayılır və orada namazı tam qılmalıdır. Oranın vətən sayılması üçün bir-iki ayın keçməsi lazım deyildir.
            Məsələ 539. Əgər bir şəxs müəyyən bir yeri yaşayış üçün seçdikdən sonra, amma yaşayış üçün lazım olan işləri (məsələn, əvvəlki iki məsələdə qeyd edilən işləri) görməmişdən qabaq orada qalıb yaşamaqda tərəddüd etsə, bu yer onun vətəni sayılmır. Əgər orada on gün qalmaq niyyətində deyildirsə, namazı qəsr qılmalıdır.
            Məsələ 540. Əgər bir şəxs başqa bir şəhərdə, məsələn, Məşhəd şəhərində və ya yaylaq məntəqəsində bir ev alsa və davamlı olaraq, məsələn, hər həftə ziyarət və ya istirahət üçün ora getmək istəsə, bu şəhər ürfə görə onun yaşayış yeri hesab ediləcək müddətdə orada qalmadığı təqdirdə, onun namazı qəsrdir və orucu düzgün deyildir.
            Məsələ 541. Bir şəxsin bir-iki il yaşamaq üçün seçdiyi yer ürfə görə vətən sayılmır, amma bu şəxs burada müsafir də sayılmır. Odur ki, on gün qalmağı niyyət etmədən belə, onun namazı tamdır.

             

          • Eyni vaxtda bir neçə vətənin olması
          • Vətən baxımından tabelik
          • Vətəni vətənlikdən çıxarmaq
        • 2- Müəyyən bir yerdə on gün qalmağı qərara almaq və ya bilmək
        • 3- Müəyyən bir yerdə tərəddüdlə otuz gün qalmaq
      • Səfərdə nafilələrin hökmü
      • Namazı qəsr qılmaq vacib olduğu halda tam qılmaq
      • Namazı tam qılmaq vacib olduğu halda qəsr qılmaq
      • Müxtəlif məsələlər
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /