Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
      • Birinci şərt: Şəri məsafə
      • İkinci şərt: Şəri məsafəni qət etmək niyyəti
      • Üçüncü şərt: Şəri məsafəni qət etmək niyyətinin davam etməsi
      • Dördüncü şərt: Vətəndən keçib getməmək və ya yol üstündə müəyyən bir yerdə on gün qalmaq niyyətində olmamaq
      • Beşinci şərt: Səfərin haram olmaması
      • Altıncı şərt: Köçəri həyat sürməmək
      • Yeddinci şərt: Səfərin peşə olmaması
      • Səkkizinci şərt: Tərəxxüs həddinə çatmaq
        Çap versiyası  ;  PDF
         
        Səkkizinci şərt: Tərəxxüs həddinə çatmaq[1]

         

        Məsələ 506. Vətənindən yola düşən və şəri məsafəni qət etmək niyyətində olan müsafir müəyyən hüduda çatdıqda onun namazı qəsr olur. Həmçinin səfərdən qayıdarkən bu hüduda çatdıqda namazı tam qılmalıdır. Bu hüduda “tərəxxüs həddi” deyilir. Amma səfərdən qayıdarkən tərəxxüs-həddi ilə şəhərədək olan məsafədə namazı həm qəsr, həm də tam qılmaq ehtiyat-müstəhəbə müvafiqdir.
        Məsələ 507. Tərəxxüs-həddini müəyyən etmək üçün meyar budur ki, şəhərin axırıncı evindən o hüdudda uzaqlaşırsan ki, şəhərdə səsucaldandan istifadə edilmədən adi səslə çəkilən azan səsini eşitmirsən. Bu yerdə istər şəhərin divarları görünsün, istərsə də görünməsin, rol oynamır.
        Məsələ 508. Əgər müsafir şəxs şəhərdən xaric olduqdan sonra azan səsini eşitsə və onun azan olduğunu müəyyən etsə, amma azanın cümlələrini müəyyən edə bilməsə, bu yerdə namaz qılmaq istədiyi təqdirdə, ehtiyat-vacibə görə, namazı həm qəsr, həm də tam qılmalıdır. Amma azan səsini əsla eşitmədiyi yerədək şəhərdən uzaqlaşdıqda namazı qəsr qılacaqdır.
        Məsələ 509. Tərəxxüs-həddini müəyyən etmək üçün qədim məscidlərdə azan deyilən minarələr kimi adi həddə uca bir məkanda və şəhərin axırında deyilən azanın səsini eşitmək meyar götürülür.
        Məsələ 510. Azan səsinin ucalığı baxımından orta və normal səs meyar götürülür. Azan səsini eşitmək baxımından orta və normal eşitmək qabiliyyəti meyar götürülür. Hava şəraiti baxımından isə küləksiz, toz-torpaqsız, dumansız bir normal hava şəraiti meyar götürülür.
        Məsələ 511. Əgər müsafir şəxs azanın səsi eşidilməyəcək həddə şəhərdən uzaqlaşsa, amma başqa uca səsləri, məsələn, dua və Quran qiraətinin səsini eşitsə, bu yerdə namaz qılmaq istədiyi təqdirdə, ehtiyata görə, namazı həm qəsr, həm də tam qılmalıdır. Yaxud da heç bir səs eşidilməyəcək həddə şəhərdən uzaqlaşmalıdır.
        Məsələ 512. Əgər müsafir şəxs on gün qalmaq istədiyi bir yerə getsə, bu yerin tərəxxüs-həddinədək olan yolda onun namazı qəsrdir. Amma bu yerin tərəxxüs-həddindən bu yerədək olan məsafədə, ehtiyat-vacibə görə, o, namazı həm qəsr, həm də tam qılmalıdır.
        Məsələ 513. Əgər bir şəxs şəri məsafə ölçüsündə yol getmək məqsədilə on gün qalmaq niyyətində olduğu yerdən xaric olsa, ehtiyat-vacibə görə, bu yerdən oranın tərəxxüs-həddinədək olan məsafədə namazı həm qəsr, həm də tam qılmalıdır. Yaxud da tərəxxüs-həddini keçib, namazı qəsr qılmalıdır.
        Məsələ 514. Əgər müəyyən bir yerdə on gün qalacağına qərar verə bilməyən və otuz gün bu yerdə qərarsız olaraq qalan, otuz birinci gün isə namazı tam qılan bir şəxs şəri məsafə ölçüsündə yol getmək məqsədilə oradan xaric olsa, ehtiyat-vacibə görə, tərəxxüs-həddinə çatanadək namazı həm qəsr, həm də tam qılmalıdır. Yaxud da tərəxxüs-həddini keçib, namazı qəsr qılmalıdır.
        Məsələ 515. (Üç hal[2] istisna olmaqla,) digər hallarda vəzifəsi namazı tam qılmaq olan, amma sonradan qəsrə çevrilən müsafir şəxsin namazı qəsr qılması üçün tərəxxüs-həddi meyar götürülmür. Misal olaraq, haram səfərə gedən, amma sonradan səfəri icazəli səfərə çevrilən şəxsi, yaxud da səkkiz fərsəx qət etməyi niyyət etmədən bu məsafəni qət edən və geri qayıtmaq istəyən şəxsi göstərmək olar.
        Məsələ 516. Şəri məsafəni qət etmək məqsədilə öz vətənindən səfərə gedən şəxs əgər tərəxxüs-həddinə çatıb-çatmadığına şəkk etsə, o, tərəxxüs-həddinə çatmadığını qəbul etməli və namazı tam qılmalıdır. Səfərdən qayıdarkən tərəxxüs-həddinə çatıb-çatmadığına şəkk etdikdə isə namazı qəsr qılmalıdır. Əlbəttə, əgər həm səfərə gedərkən, həm də səfərdən qayıdarkən müəyyən bir yerdə tərəxxüs-həddini keçib-keçmədiyinə dair şəkk etsə və bu yerdə namaz qılmaq istəsə, namazı həm qəsr, həm də tam qılmalıdır. Əgər o, səfərə gedərkən namazı tam qılıbsa, namazı qəsr də qılmalıdır.
        Məsələ 517. Öz vətənindən səfərə gedən şəxs əgər tərəxxüs-həddinə çatmadığı halda tərəxxüs-həddinə çatdığını düşünərək namazı qəsr qılsa, amma sonradan səhv etdiyini başa düşsə, namazı yenidən qılmalıdır. Əgər vətənə geri qayıdarkən belə bir hal baş versə və o, namazı tam qılsa, namazı yenidən qılmalıdır.
        Məsələ 518. Öz vətənindən səfərə gedən şəxs əgər tərəxxüs-həddini keçdiyi halda tərəxxüs-həddinə çatmadığını düşünərək namazı tam qılsa, amma sonradan səhv etdiyini başa düşsə, namazı yenidən qılmalıdır. Əgər vətənə geri qayıdarkən belə bir hal baş versə və o, namazı qəsr qılsa, namazı yenidən qılmalıdır.
        Məsələ 519. Əgər müsafir şəxs öz vətənindən xaric olduqdan və tərəxxüs-həddini keçdikdən sonra yenidən tərəxxüs-həddinə daxil olsa, tərəxxüs-həddi daxilində namazı tam qılmalıdır. Burada fərqi yoxdur ki, şəxs ixtiyari olaraq, yoxsa qeyri-ixtiyari olaraq geri qayıtmışdır, yaxud da yol əyri olduğuna görə geri qayıtmalı olmuşdur.
        Məsələ 520. Əvvəlki məsələni nəzərə alaraq, əgər o, yol əyri olduğuna görə yenidən tərəxxüs-həddinə daxil olubsa, qalan yolun şəri məsafə ölçüsündə olması lazım deyildir. Əksinə, şəri məsafə səfərin başlanğıcından etibarən hesablanır və tərəxxüs-həddinə daxil olub, geri qayıdılan yol da bura daxildir.
        Məsələ 521. Əvvəlki məsələni nəzərə alaraq, əgər o, yol əyri olduğuna görə deyil, başqa bir işlə əlaqədar ixtiyari və ya qeyri-ixtiyari olaraq[3] tərəxxüs-həddinə geri qayıdarsa, məsələn, tərəxxüs-həddi daxilində unutduğu çamadanı götürmək üçün geri qayıdarsa və çamadanı götürdükdən sonra əvvəlki səfərini davam etdirərsə, bu halda da şəri məsafə səfərin başlanğıcından etibarən hesablanır, amma əlavə qət edilən məsafə, yəni çamadanı götürmək üçün müəyyən məkandan tərəxxüs-həddi daxilinə geri qayıtdığı və yenidən bu məkanadək qət etdiyi məsafə şəri məsafəyə daxil edilməyəcəkdir.
        Məsələ 522. Əgər bir şəxs şəri məsafəni qət etmək niyyətilə vətənin tərəxxüs-həddindən xaric olsa və namazını qəsr qılsa, amma yenidən tərəxxüs-həddinə daxil olsa və sonra səfərini davam etdirsə, qıldığı namaz kifayət edir və onu yenidən qılmaq lazım deyildir.
        Məsələ 523. Əgər bir şəxs on gün qalmaq niyyətində olduğu yerdən şəri məsafə ölçüsündə yol qət etmək məqsədilə xaric olsa və tərəxxüs-həddini keçdikdən sonra müəyyən bir səbəbə görə yenidən tərəxxüs-həddinə geri qayıtsa və ya hətta qaldığı yerə daxil olsa, orada on gün qalmaq niyyətində olmadığı təqdirdə, namazı qəsrdir.
        Məsələ 524. Əgər bir şəxs şəhərin ətrafına ən azı səkkiz fərsəx məsafə ölçüsündə dövrə vurmaq istəsə, tərəxxüs-həddi daxilində hərəkət etdiyi təqdirdə, onun namazı tamdır. Amma əgər tərəxxüs-həddi xaricində hərəkət etsə, onun namazı qəsrdir. Baxmayaraq ki, yol əyri olduğuna görə o, bəzən tərəxxüs-həddinə daxil olur və tərəxxüs-həddi xaricində qət etdiyi yol səkkiz fərsəxdən az olur. Əlbəttə, əgər tərəxxüs-həddi daxilində namaz qılmaq istəsə, namazı tam qılmalıdır.
        Məsələ 525. Əvvəlki məsələni nəzərə alaraq, əgər tərəxxüs-həddinə yol əyri olduğuna görə deyil, ixtiyari şəkildə daxil olarsa, tərəxxüs-həddinə geri qayıdıb, yenidən xaric olanadək qət etdiyi məsafə istisna olmaqla, qalan yol səkkiz fərsəx olmadığı təqdirdə, namazı tam qılmalıdır. Amma əgər şəri məsafə ölçüsündə olarsa, namazı qəsrdir. Əlbəttə, əgər tərəxxüs-həddi daxilində namaz qılmaq istəsə, namazı tam qılmalıdır.
         

        [1] Aparılan araşdırmalara əsasən, tərəxxüs-həddi şəhərin axırıncı nöqtəsindən 1350 metr uzaqlıqda yerləşir.
        [2] Yəni müsafirin vətəni, on gün qalmağı qərara aldığı yer və qərarsız olaraq otuz gündən çox qaldığı yer.
        [3] Məsələn, müəyyən bir məntəqəyə tərəf hərəkət edən gəmi tərəxxüs-həddini keçir, amma güclü külək səbəbilə yenidən tərəxxüs-həddinə qayıdır.
      • Səfəri kəsən səbəblər
      • Səfərdə nafilələrin hökmü
      • Namazı qəsr qılmaq vacib olduğu halda tam qılmaq
      • Namazı tam qılmaq vacib olduğu halda qəsr qılmaq
      • Müxtəlif məsələlər
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /