Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
      • Birinci şərt: Şəri məsafə
      • İkinci şərt: Şəri məsafəni qət etmək niyyəti
      • Üçüncü şərt: Şəri məsafəni qət etmək niyyətinin davam etməsi
      • Dördüncü şərt: Vətəndən keçib getməmək və ya yol üstündə müəyyən bir yerdə on gün qalmaq niyyətində olmamaq
      • Beşinci şərt: Səfərin haram olmaması
      • Altıncı şərt: Köçəri həyat sürməmək
        Çap versiyası  ;  PDF
         
        Altıncı şərt: Köçəri həyat sürməmək

         

        Məsələ 473. Səfərdə namazın qəsr qılınmasının şərtlərindən biri də budur ki, insanın məskunlaşdığı və yaşadığı sabit bir məkan olmalıdır. Beləliklə, əgər səfər edən şəxsin məskunlaşdığı və yaşadığı sabit bir məkanı yoxdursa (yəni köçəri həyat sürürsə[1]), onun namazı tamdır.
        Məsələ 474. İlin bir hissəsini müəyyən bir yerdə yaşayan, ilin bir hissəsini isə yaylağa köç edən tayfalar və insanlar “köçəri həyat sürən” insanlar hökmündə deyildir. Əksinə, onlar iki vətənə malikdirlər. Əgər bu iki yer arasındakı məsafə şəri məsafə ölçüsündə olarsa, bu iki yer arasındakı yolda onların namazı qəsrdir.
        Məsələ 475. Əgər köçəri həyat sürən bir şəxs bir səfərə getmək istəsə, məsələn, həcc ziyarətinə və ya qohumunu görmək üçün başqa bir şəhərə getmək istəsə, bu halda əgər bu səfərə də başqa səfərlərdə olduğu kimi ailəsi və özü ilə daşıdığı əşyalarla birlikdə getsə və bu zaman ona “köçəri həyat sürən insan” deyilsə, bu səfərdə onun namazı tamdır. Amma əgər ailəsini və əşyalarını müəyyən bir şəhərdə qoysa və özü təkcə getsə, belə ki, bu zaman ona “köçəri həyat sürən insan” deyilməsə, onun namazının qəsr olması uzaq ehtimal deyildir.
        Məsələ 476. Əgər bir şəxs ilin bir hissəsində müəyyən bir yerdə daimi yaşayırsa, amma ilin bir hissəsində müəyyən bir yerdə yaşamır və köçəri həyat sürürsə (bəzi qəbilələr kimi), o, daimi yaşadığı yerdə namazını tam qılmalı, bir yerdə qalmayıb daim köç etdiyi yerlərdə isə ehtiyat-vacibə görə, namazı həm qəsr, həm də tam qılmalıdır.
        Məsələ 477. Əgər köçəri həyat sürən tayfadan bir şəxs su və bitki axtarmaq üçün tayfadan ayrılsa, o, səkkiz fərsəx və ya daha çox yol qət etsə belə, namazı tam qılmalıdır.
         

        [1] Burada “köçəri həyat sürmək” dedikdə, bu nəzərdə tutulur ki, insan hara gedirsə, evini özü ilə daşıyır və müəyyən bir məskəni və vətəni yoxdur ki, bir yerə gedərkən yenidən qayıdıb ora gəlsin.
      • Yeddinci şərt: Səfərin peşə olmaması
      • Səkkizinci şərt: Tərəxxüs həddinə çatmaq
      • Səfəri kəsən səbəblər
      • Səfərdə nafilələrin hökmü
      • Namazı qəsr qılmaq vacib olduğu halda tam qılmaq
      • Namazı tam qılmaq vacib olduğu halda qəsr qılmaq
      • Müxtəlif məsələlər
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /