Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
      • Birinci şərt: Şəri məsafə
      • İkinci şərt: Şəri məsafəni qət etmək niyyəti
      • Üçüncü şərt: Şəri məsafəni qət etmək niyyətinin davam etməsi
      • Dördüncü şərt: Vətəndən keçib getməmək və ya yol üstündə müəyyən bir yerdə on gün qalmaq niyyətində olmamaq
      • Beşinci şərt: Səfərin haram olmaması
        • Səfərin icazəli səfər olaraq davam etməsi
          Çap versiyası  ;  PDF
           
          Səfərin icazəli səfər olaraq davam etməsi

           

          Məsələ 457. Səfərin icazəli olması şərti yalnız səfərin başlanğıcına aid deyildir, əksinə, səfər boyunca bu şərt mövcud olmalıdır. Beləliklə, əgər səfər əsnasında şəxsin niyyəti günah səfərinə çevrilsə, səfər haram olur və namaz tam qılınmalıdır, baxmayaraq ki, o, şəri məsafə ölçüsündə yol qət etmişdir.
          Məsələ 458. Əgər bir şəxs icazəli bir səfərə çıxsa və səfər əsnasında (səkkiz fərsəxə çatmamışdan əvvəl) öz vəzifəsinə müvafiq olaraq namazı qəsr qılsa, amma sonradan onun niyyəti haram səfərə çevrilsə, qəsr olaraq qıldığı namazı namaz vaxtı keçmədiyi təqdirdə, tam olaraq yenidən qılmalı, namaz vaxtı keçdiyi təqdirdə isə namazın qəzasını tam olaraq qılmalıdır.[1]
          Məsələ 459. Əgər bir şəxs icazəli bir səfərə getsə, amma getmək istədiyi yerə çatdıqdan sonra haram olan yeni bir səfərə getməyi qərara alsa (məsələn, döyüşdən qaçmaq niyyətilə evinə qayıtmaq istəsə), bu halda haram səfər niyyəti etdiyi andan etibarən onun namazı tamdır. Baxmayaraq ki, haram səfər niyyəti etdiyi andan bu səfərə getdiyi anadək olan zaman fasiləsində namazı həm qəsr, həm də tam qılmaq ehtiyat-müstəhəbə müvafiqdir.
          Məsələ 460. Əgər bir şəxs icazəli bir səfərə getsə və şəri məsafəni qət etdikdən sonra dayandığı müəyyən bir yerdə niyyətini haram səfər niyyətinə çevirsə, haram səfərə başlamazdan öncə namaz qılmaq istədiyi təqdirdə, onu tam qılmalıdır. Baxmayaraq ki, namazı həm tam, həm də qəsr qılmaq ehtiyat-müstəhəbə müvafiqdir.
          Məsələ 461. Əgər bir şəxs icazəli bir səfərə getsə və yolun bir hissəsini qət etdikdən sonra günah etmək niyyəti edib yolun bir hissəsini də bu niyyətlə qət etsə, amma sonra peşman olsa və icazəli səfər niyyətinə geri dönsə, günah etmək niyyətilə qət etdiyi yol istisna olmaqla, icazəli səfər niyyətilə qət etdiyi ümumi yol səkkiz fərsəx olduğu təqdirdə, əqvaya görə, onun namazı qəsrdir.
          Məsələ 462. Əgər bir şəxs icazəli bir iş, məsələn, ticarət və ya səyahət üçün səfər etsə, amma səfər əsnasında yolun bir hissəsini icazəli səfər niyyətilə yanaşı haram səfər niyyətilə də qət etsə, icazəli və haram səfər niyyətinin yanaşı olduğu məsafədə namaz tam qılınacaq. Baxmayaraq ki, namazı həm tam, həm də qəsr qılmaq ehtiyata müvafiqdir. Amma yolun icazəli səfər niyyətilə qət etdiyi qalan hissəsinə gəlincə, bu yol (hətta icazəli səfər niyyətilə qət etdiyi əvvəlki hissə ilə birlikdə) şəri məsafə ölçüsündə olduğu təqdirdə, namaz qəsr olacaq.
          Məsələ 463. Əgər günah etmək niyyətilə səfər edən şəxs səfər əsnasında peşman olsa və səfəri icazəli bir iş üçün davam etdirməyi qərara alsa, yolun qalan hissəsi səkkiz fərsəx (istər “imtidadi məsafə” olaraq, istərsə də “təlfiqi məsafə” olaraq) olduğu təqdirdə, onun namazı qəsrdir. Əks halda, namazı tamdır. Amma əgər qayıdan istiqamətdə yol təklikdə səkkiz fərsəx olarsa, bu halda icazəli səfər niyyəti etdiyi andan etibarən onun namazı qəsrdir.
          Məsələ 464. Əvvəlki məsələni nəzərə alaraq, əgər bu şəxs müəyyən bir yerdə dayandığı zaman günah etmək niyyətindən dönərsə, həmin yerdə (yəni yola düşməmişdən əvvəl) namaz qılmaq istədiyi təqdirdə, onun namazı tamdır. Baxmayaraq ki, namazı həm tam, həm də qəsr qılmaq ehtiyata müvafiqdir.
          Məsələ 465. İstirahət və əylənmək üçün səfər etmək haram deyildir və bu səfərdə namaz qəsrdir.
          Məsələ 466. Günah səfərində zöhr, əsr və işa namazlarının nafilələri ortadan qalxmır və şəxs onları qıla bilər.
          Məsələ 467. Günah səfərində şəxs cümə namazında da iştirak edə bilər.
           

          [1] Amma əgər səkkiz fərsəxi keçdikdən sonra onun niyyəti dəyişərsə, qəsr olaraq qıldığı namazlar düzgündür.

           

        • Günah səfərindən geri qayıdarkən səfərin hökmü
        • Ov səfəri
      • Altıncı şərt: Köçəri həyat sürməmək
      • Yeddinci şərt: Səfərin peşə olmaması
      • Səkkizinci şərt: Tərəxxüs həddinə çatmaq
      • Səfəri kəsən səbəblər
      • Səfərdə nafilələrin hökmü
      • Namazı qəsr qılmaq vacib olduğu halda tam qılmaq
      • Namazı tam qılmaq vacib olduğu halda qəsr qılmaq
      • Müxtəlif məsələlər
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /