Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
      • Birinci şərt: Şəri məsafə
      • İkinci şərt: Şəri məsafəni qət etmək niyyəti
      • Üçüncü şərt: Şəri məsafəni qət etmək niyyətinin davam etməsi
        Çap versiyası  ;  PDF
         
        Üçüncü şərt: Şəri məsafəni qət etmək niyyətinin davam etməsi

         

        Məsələ 444. Namazın qəsr qılınmasının üçüncü şərti şəri məsafəni qət etmək niyyətinin davam etməsidir. Odur ki, əgər bu şərt səfər əsnasında aradan qalxsa, digər şərtlər mövcud olsa belə, namaz tam qılınacaq. Məsələn, bir şəxs səkkiz fərsəx yol qət etmək niyyətindədir, amma iki-üç fərsəx yol qət etdikdən sonra səfəri davam etdirmək fikrindən daşınır və ya bu barədə tərəddüdə düşür. Daha sonra yolu itirir və şəri məsafəni qət etmək niyyətində olmadan, o, səkkiz fərsəxlik yerə gedib çatır. Bu halda bu şəxsin namazı tamdır.
        Məsələ 445. Əgər bir şəxs səfərə çıxarkən səkkiz fərsəxlikdə yerləşən müəyyən bir yerə getmək niyyətində olsa, amma dörd fərsəxə çatmamış başqa bir yerə getməyi qərara alsa və səfərin əvvəlindən oradək məsafə də səkkiz fərsəx olsa, bu şəxsin namazı qəsrdir.
        Məsələ 446. Əgər səkkiz fərsəx məsafəni “imtidadi məsafə” olaraq qət etmək niyyətində olan şəxs dörd fərsəx məsafəni qət etdikdən sonra niyyətindən dönsə və gəldiyi yol ilə də qayıtmaq istəsə (başqa sözlə, “imtidadi məsafə”ni “təlfiqi məsafə”yə çevirmək istəsə), onun namazı qəsrdir.
        Məsələ 447. Əgər səkkiz fərsəx və ya daha çox məsafəni qət etmək niyyətində olan şəxs dörd fərsəxə çatmamış öz niyyətindən dönsə və ya tərəddüdə düşsə, onun namazı tamdır. Əgər o, səfəri davam etdirməyi yenidən qərara alsa, burada bir neçə surət yaranır:
        1- Səfəri davam etdirməkdə tərəddüdə düşdüyü və ya niyyətindən döndüyü zaman müəyyən bir yerdə dayanmışdı: Bu surətdə onun namazı qəsrdir, istər qalan yol təklikdə şəri məsafə ölçüsündə olsun, istərsə də olmasın. Hətta əgər səfəri davam etdirməyi yenidən qərara aldıqdan sonra və hərəkət etməmişdən qabaq həmin yerdə namaz qılmaq istəsə, namazı qəsr qılmalıdır.
        2- Səfəri davam etdirməkdə tərəddüdə düşdüyü və ya niyyətindən döndüyü zaman yolun bir hissəsini qət etmişdir və səfəri davam etdirməyi yenidən qərara aldıqdan sonra qalan yol şəri məsafə ölçüsündədir (istər imtidadi məsafə, istərsə də təlfiqi məsafə olaraq): Bu surətdə tərəddüd vəziyyətində qət etdiyi məsafədə onun namazı tamdır. Amma səfəri davam etdirməyi yenidən qərara aldıqdan sonra onun namazı qəsrdir.
        3- Səfəri davam etdirməkdə tərəddüdə düşdüyü və ya niyyətindən döndüyü zaman yolun bir hissəsini qət etmişdir və səfəri davam etdirməyi yenidən qərara aldıqdan sonra qalan yol şəri məsafədən azdır: Bu surətdə onun namazı tamdır. Amma əgər səfəri davam etdirməkdə tərəddüdə düşməmişdən və ya niyyətindən dönməmişdən qabaq qət etdiyi yol ilə səfəri davam etdirməyi yenidən qərara aldıqdan sonra qalan yol birlikdə şəri məsafə ölçüsündə olarsa, bu halda ehtiyat-vacibə görə, namazı həm tam, həm də qəsr qılmalıdır.
        Məsələ 448. Əgər bir şəxs şəri məsafəni qət etmək niyyətilə səfərə çıxsa və tərəxxüs həddini keçdikdən sonra namazı qəsr olaraq qılsa, amma dörd fərsəxə çatmamışdan qabaq niyyətindən dönsə və ya müəyyən bir yerdə on gün qalmağı qərara alsa, qəsr olaraq qıldığı namazları ehtiyat-vacibə görə, namaz vaxtı keçmədiyi təqdirdə tam olaraq yenidən qılmalı, namaz vaxtı keçdiyi təqdirdə isə onların qəzasını tam olaraq qılmalıdır.

         

      • Dördüncü şərt: Vətəndən keçib getməmək və ya yol üstündə müəyyən bir yerdə on gün qalmaq niyyətində olmamaq
      • Beşinci şərt: Səfərin haram olmaması
      • Altıncı şərt: Köçəri həyat sürməmək
      • Yeddinci şərt: Səfərin peşə olmaması
      • Səkkizinci şərt: Tərəxxüs həddinə çatmaq
      • Səfəri kəsən səbəblər
      • Səfərdə nafilələrin hökmü
      • Namazı qəsr qılmaq vacib olduğu halda tam qılmaq
      • Namazı tam qılmaq vacib olduğu halda qəsr qılmaq
      • Müxtəlif məsələlər
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /