Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
      • Birinci şərt: Şəri məsafə
        • Şəri məsafənin sübuta yetməsi yolları
          Çap versiyası  ;  PDF
           
          Şəri məsafənin sübuta yetməsi yolları

           

          Məsələ 422. Əgər bir şəxs qət etmək istədiyi məsafənin ən azı səkkiz fərsəx olduğunu bilsə və ya buna əminliyi olsa, yaxud da iki ədalətli şəxs bunu desə, o, namazı qəsr qılmalıdır.
          Məsələ 423. Əgər bir məsafənin şəri məsafə qədər olması camaat arasında geniş yayılıbsa və geniş yayılan bu nəzər insanda elm və ya əminlik yaradarsa, bu nəzər əsasında əməl etmək və namazı qəsr qılmaq olar. Əks halda, hətta əgər zənn və güman yaratsa belə, ona əsaslanmaq olmaz.
          Məsələ 424. Əgər bir şəxs məsafənin ölçüsünə şəkk etsə, araşdırma aparmaq onun üçün çətin olmadığı təqdirdə, məsələn, kilometrölçənə baxa bilirsə və ya bir neçə nəfərdən soruşa bilirsə, ehtiyat-vacibə görə, araşdırma aparmalıdır. Əgər bir nəticəyə çatmasa, namazı tam qılmalıdır.
          Məsələ 425. Əgər müqəllid öz müctəhidinin fətvasını bilmirsə, məsələn, bilmir ki, görəsən, müctəhidin “təlfiqi məsafə” barəsində olan nəzəri “imtidadi məsafə” barəsində olan nəzəri ilə eynidir, yoxsa fərqlidir, o öz müctəhidinin fətvasını araşdırmalıdır. Əgər araşdırma apara bilmirsə və ya araşdırma aparmaq istəmirsə, ehtiyat etməli və namazı həm tam, həm də qəsr qılmalıdır.
          Məsələ 426. Əgər bir şəxs məsafənin ölçüsünə şəkk etdiyinə görə namazı tam qılmalıdırsa, amma o, şəri vəzifəsinə zidd olaraq namazı qəsr qılsa, qıldığı namaz kifayət etmir və namazı tam olaraq yenidən qılmalıdır. Əlbəttə, əgər namazdan sonra başa düşsə ki, onun vəzifəsi, əslində, namazı qəsr qılmaq olub, qıldığı namaz qəsdi-qürbət ilə olduğu təqdirdə kifayət edir və onu yenidən qılmaq lazım deyildir.
          Məsələ 427. Əgər bir şəxs “məbdə şəhər” ilə “məqsəd şəhər” arasındakı məsafənin şəri məsafə qədər olduğunu bilsə və namazı qəsr qılsa, amma sonradan bu məsafənin şəri məsafədən az olduğu məlum olsa, namaz vaxtı keçmədiyi təqdirdə, namazı yenidən tam qılmalı və namaz vaxtı keçdiyi təqdirdə, namazın qəzasını tam qılmalıdır.
          Məsələ 428. Əgər bir şəxs qət edəcəyi məsafənin səkkiz fərsəx olmadığını bilsə və namazı tam qılsa, amma sonradan bu məsafənin şəri məsafə qədər olduğu məlum olsa, namaz vaxtı keçmədiyi təqdirdə, namazı yenidən qəsr qılmalı və namaz vaxtı keçdiyi təqdirdə, namazın qəzasını qəsr qılmalıdır.
          Məsələ 429. Əgər bir şəxs müəyyən bir yerə getmək istəyirsə və oradək məsafənin şəri məsafə ölçüsündə olub-olmadığına şəkk edirsə, yaxud da oradək məsafənin şəri məsafə ölçüsündə olmadığını bilirsə (belə ki, bu iki halda o, namazı tam qılmalıdır), amma yol əsnasında oradək məsafənin şəri məsafə ölçüsündə olduğu onun üçün sübuta yetsə, həmin yerdən etibarən namazı qəsr qılmalıdır. Həmin yerdən gedəcəyi yerədək məsafənin şəri məsafə ölçüsündə olması isə şərt deyildir.

           

      • İkinci şərt: Şəri məsafəni qət etmək niyyəti
      • Üçüncü şərt: Şəri məsafəni qət etmək niyyətinin davam etməsi
      • Dördüncü şərt: Vətəndən keçib getməmək və ya yol üstündə müəyyən bir yerdə on gün qalmaq niyyətində olmamaq
      • Beşinci şərt: Səfərin haram olmaması
      • Altıncı şərt: Köçəri həyat sürməmək
      • Yeddinci şərt: Səfərin peşə olmaması
      • Səkkizinci şərt: Tərəxxüs həddinə çatmaq
      • Səfəri kəsən səbəblər
      • Səfərdə nafilələrin hökmü
      • Namazı qəsr qılmaq vacib olduğu halda tam qılmaq
      • Namazı tam qılmaq vacib olduğu halda qəsr qılmaq
      • Müxtəlif məsələlər
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /