Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
      • a) Namazın qılınıb-qılınmadığına şəkk etmək
      • b) Namazın əməllərində şəkk etmək
      • c) Namazın rəkətlərinin sayında şəkk etmək
      • Ehtiyat namazı
      • Etina olunmayan şəklər
        • 1- Namazın hansısa bir əməlinin yeri keçdikdən sonra bu əməl barəsində şəkk etmək
        • 2- Namazın salamından sonra şəkk etmək
        • 3- Namaz vaxtı başa çatdıqdan sonra şəkk etmək
        • 4- İmam-camaat və məmumun şəkki
        • 5- Çox şəkk edən şəxsin şəkki
          Çap versiyası  ;  PDF
           
          5- Çox şəkk edən şəxsin şəkki
           
          Məsələ 379. Əgər bir şəxs adətən namazda üç dəfə şəkk edirsə, yaxud adətən üç ardıcıl namazda ən azı bir dəfə şəkk edirsə, onun çox şəkk etməsi qorxudan, ya qəzəbdən, ya fikir dağınıqlığından irəli gəlmədiyi təqdirdə, bu şəxs “çox şəkk edən şəxs” hesab olunur. Çox şəkk edən şəxs isə öz şəkkinə etina etməməlidir.
           
          Məsələ 380. Əgər çox şəkk edən şəxs hansısa bir əməli yerinə yetirib-yetirmədiyinə şəkk etsə, bu əməli yerinə yetirmək namazı pozmadığı təqdirdə, o, bu əməli yerinə yetirdiyini qəbul etməlidir. Məsələn, əgər səcdəni yerinə yetirib-yetirmədiyinə şəkk etsə, səcdəni yerinə yetirdiyini qəbul etməlidir. Amma əgər bu əməli yerinə yetirmək namazı pozursa, onu yerinə yetirmədiyini qəbul etməlidir. Məsələn, əgər bir rüku, yoxsa daha çox rüku etdiyinə şəkk etsə, rükunu artırmaq namazı pozduğuna görə, o, bir rüku etdiyini qəbul etməlidir.
          Məsələ 381. Əgər bir şəxs yalnız namazın müəyyən bir əməlində çox şəkk edirsə, o, yalnız həmin əməldə çox şəkk edən şəxs hökmündədir. Əgər bu şəxs namazın başqa əməllərində şəkk etsə, adi insanların vəzifələrinə müvafiq şəkildə əməl etməlidir. Məsələn, əgər bir şəxs səcdəni yerinə yetirib-yetirmədiyinə çox şəkk edirsə, o, rükunu yerinə yetirib-yetirmədiyinə şəkk etdiyi təqdirdə, bu şəkkin qaydasına əməl etməlidir. Yəni əgər ayaq üstə dayanıbsa, rükunu yerinə yetirməlidir. Yox əgər səcdəyə gedibsə, şəkkinə etina etməməlidir.
          Məsələ 382. Əgər bir şəxs müəyyən bir namazda, məsələn, “cəhriyyə namazlar”da[1] çox şəkk edirsə, başqa bir namazda, məsələn, “ixvati namazlar”da[2] şəkk etdiyi təqdirdə, o, şəkkin qaydalarına əməl etməlidir.
          Məsələ 383. Əgər bir şəxs namazı müəyyən bir məkanda qıldığı zaman çox şəkk edirsə, başqa bir məkanda namaz qıldığı zaman şəkk etdiyi təqdirdə, o, şəkkin qaydalarına əməl etməlidir.
          Məsələ 384. Əgər bir şəxs “çox şəkk edən şəxs” olub-olmadığını təyin edə bilməsə, o, çox şəkk edən şəxs hökmündə deyildir və şəkkin qaydalarına əməl etməlidir. Əgər çox şəkk edən bir şəxs adi insanların vəziyyətinə qayıtdığına yəqin edə bilməsə, o öz şəkkinə etina etməməlidir.
           

          [1] “Həmd” və “Surə”nin ucadan oxunduğu namazlar.
          [2] “Həmd” və “Surə”nin astadan oxunduğu namazlar.
        • 6- Müstəhəb namazlarda yaranan şəkk
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /