Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
      • a) Namazın qılınıb-qılınmadığına şəkk etmək
      • b) Namazın əməllərində şəkk etmək
      • c) Namazın rəkətlərinin sayında şəkk etmək
        • 1) Namazı pozan şəklər
        • 2) Namazı pozmayan şəklər
          Çap versiyası  ;  PDF
           
          2) Namazı pozmayan şəklər

           

          Məsələ 364. Əgər bir şəxs dördrəkətli vacib namazların rəkətlərinin sayında şəkk etsə və bir qədər fikirləşdikdən sonra onda şəkkin bir tərəfinə yəqin və ya güman hasil olsa, bu yəqinə və ya gümana müvafiq olaraq namazı davam etdirməlidir və namaz düzgündür. Amma əgər onda şəkkin heç bir tərəfinə yəqin və ya güman hasil olmazsa, aşağıda qeyd edilən qaydada əməl etməlidir:
          1- Əgər bir şəxs ikinci səcdədən qalxdıqdan sonra iki rəkət, yoxsa üç rəkət qıldığına şəkk etsə, o, üç rəkət qıldığını qəbul etməli və daha bir rəkət qılıb namazı tamamlamalıdır. Namazdan sonra bir rəkət ehtiyat namazı ayaq üstə və ya iki rəkət ehtiyat namazı əyləşən halda qılmalıdır. (Ehtiyat namazının qaydası bir qədər irəlidə açıqlanacaq.)
          2- Əgər bir şəxs ikinci səcdədən qalxdıqdan sonra iki rəkət, yoxsa dörd rəkət qıldığına şəkk etsə, o, dörd rəkət qıldığını qəbul etməli və namazı tamamlamalıdır. Namazdan sonra iki rəkət ehtiyat namazı ayaq üstə qılmalıdır.
          3- Əgər bir şəxs ikinci səcdədən qalxdıqdan sonra iki rəkət, yoxsa üç rəkət, yoxsa dörd rəkət qıldığına şəkk etsə, o, dörd rəkət qıldığını qəbul etməli və namazı tamamlamalıdır. Namazdan sonra iki rəkət ehtiyat namazı ayaq üstə və iki rəkət ehtiyat namazı əyləşən halda qılmalıdır.[1]
          4- Əgər bir şəxs namazın istənilən bir yerində üç rəkət, yoxsa dörd rəkət qıldığına şəkk etsə, o, dörd rəkət qıldığını qəbul etməli və namazı tamamlamalıdır. Namazdan sonra bir rəkət ehtiyat namazı ayaq üstə qılmalı və ya iki rəkət ehtiyat namazı əyləşən halda qılmalıdır.
          5- Əgər bir şəxs ikinci səcdədən qalxdıqdan sonra dörd rəkət, yoxsa beş rəkət qıldığına şəkk etsə, o, dörd rəkət qıldığını qəbul etməli və namazı tamamlamalıdır. Namazdan sonra iki səhv-səcdəsi yerinə yetirməlidir. (Səhv səcdəsinin qaydası bir qədər irəlidə açıqlanacaq.)
          6- Əgər bir şəxs qiyam halında (yəni ayaq üstə) ikən dörd rəkət, yoxsa beş rəkət qıldığına şəkk etsə, o, (rüku etmədən) əyləşməli, təşəhhüdü və salamı deməlidir. Namazdan sonra bir rəkət ehtiyat namazı ayaq üstə və ya iki rəkət ehtiyat namazı əyləşən halda qılmalıdır.[2]
          Məsələ 365. Əgər namaz qılarkən bir şəxsdə namazı pozmayan şəklərdən biri yaransa, qeyd olunduğu kimi, o, ilk öncə bir qədər fikirləşməlidir. Əgər şəkki aradan qalxmasa, qeyd edilən vəzifələrə əməl etməlidir.
          Məsələ 366. Əgər namaz qılarkən bir şəxsdə namazı pozmayan şəklərdən biri yaransa, o, namazı kəsməməlidir. Əgər namazı kəsərsə, günah etmişdir. Əgər namazı kəsdikdən sonra namazı pozan bir işi görmədən, məsələn, üzünü qiblədən döndərmədən namazı əvvəldən qılmağa başlasa, ikinci namazı da düzgün deyildir. Amma əgər namazı pozan bir işi gördükdən sonra namazı əvvəldən qılmağa başlasa, ikinci namazı düzgündür.
          Məsələ 367. Əgər namaz qılarkən insanda ehtiyat namazını vacib edən şəklərdən biri yaransa və o, namazdan sonra ehtiyat namazını qılmayıb namazı yenidən qılmağa başlasa, günah etmişdir. Bu halda əgər namazı pozan bir işi görmədən namazı yenidən qılmağa başlasa, onun ikinci namazı da düzgün deyildir. Amma əgər namazı pozan bir işi gördükdən sonra namazı yenidən qılmağa başlasa, ikinci namazı düzgündür.
          Məsələ 368. Namazın rəkətlərinin sayında yaranan “güman” eynilə “yəqin” hökmündədir. Yəni əgər bir şəxs məsələn, iki rəkət, yoxsa üç rəkət qıldığına tərəddüd etsə və bunlardan birinə gümanı daha çox olsa, o öz gümanına müvafiq olaraq əməl etməlidir və namazı düzgündür.
          Məsələ 369. Əgər bir şəxsdə əvvəlcə şəkkin bir tərəfinə güman yaransa, amma sonra şəkkin hər iki tərəfi onun nəzərində bərabərləşsə, o, şəkkin qaydalarına əməl etməlidir. Əgər bir şəxsin nəzərində şəkkin hər iki tərəfi bərabər olsa və o öz vəzifəsinə müvafiq olaraq əməl etməyi qərara alsa, amma sonra onda şəkkin bir tərəfinə güman yaransa, o öz gümanına müvafiq olaraq əməl etməli və namazı tamamlamalıdır.
           

          [1] Bir qədər əvvəldə qeyd olundu ki, bu üç bənddə sözükeçən şəklərdən biri ikinci səcdə tamamlanmamışdan qabaq yaransa, namaz pozulur.
          [2] Namazı pozmayan bir sıra şəklər də mövcuddur ki, geniş fiqh kitablarında açıqlanıb. Amma bu şəklər nadir hallarda insanların qarşısına çıxdığına görə, burada onların barəsində söz açmadıq.
      • Ehtiyat namazı
      • Etina olunmayan şəklər
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /