Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
      • a) Namazın qılınıb-qılınmadığına şəkk etmək
      • b) Namazın əməllərində şəkk etmək
        Çap versiyası  ;  PDF
         
        b) Namazın əməllərində şəkk etmək

         

        Məsələ 348. Əgər bir şəxs namaz əsnasında namazın müəyyən bir vacib əməlini yerinə yetirib-yetirmədiyinə şəkk etsə, sonrakı hissəyə daxil olmadığı təqdirdə bu vacib əməli yerinə yetirməlidir. Amma əgər sonrakı hissəyə (hətta bu hissə müstəhəb bir əməl olsa belə) daxil olubsa, o öz şəkkinə etina etməməlidir.
        Məsələ 349. Əgər bir şəxs “qiraət”ə (Həmd və Surəni oxumağa) başlamamışdan qabaq (hətta “Əuzu billəhi minəş-şəytanir-rəcim” cümləsini deməmişdən qabaq) təkbirətul-ehramı deyib-demədiyinə şəkk etsə, təkbirətul-ehramı deməlidir.
        Məsələ 350. Əgər bir şəxs “Həmd”i oxuyub-oxumadığına şəkk etsə, sonrakı hissəyə (hətta sonrakı hissə müstəhəb bir əməl, məsələn, “Həmd”dən sonra deyilən “Əl-həmdu lilləhi rabbil-aləmin” zikri olsa belə) daxil olmadığı təqdirdə “Həmd”i oxumalıdır.
        Məsələ 351. Əgər bir şəxs “Surə”ni oxuyub-oxumadığına şəkk etsə, sonrakı hissəyə daxil olmadığı təqdirdə “Surə”ni oxumalıdır. Amma əgər rükuya gedibsə, ya qunut tutubsa, ya “Surə”dən sonra deyilən müstəhəb zikrləri deməyə başlayıbsa, o öz şəkkinə etina etməməlidir.
        Məsələ 352. Əgər bir şəxs səcdəyə getməmişdən qabaq rükunu yerinə yetirib-yetirmədiyinə şəkk etsə, rükunu yerinə yetirməlidir.
        Məsələ 353. Əgər bir şəxs ikinci və dördüncü rəkət üçün ayağa qalxmamışdan qabaq, yaxud təşəhhüdü deməyə başlamamışdan qabaq bir səcdə, yoxsa iki səcdə yerinə yetirdiyinə şəkk etsə, daha bir səcdə yerinə yetirməlidir. Həmçinin ayağa qalxmaqda ikən (yəni tam ayağa qalxmamışdan qabaq) bu şəkki etsə, bir səcdəni yerinə yetirməlidir.
        Məsələ 354. Əgər bir şəxs ayağa qalxmamışdan qabaq təşəhhüdü deyib-demədiyinə şəkk etsə, təşəhhüdü deməlidir. Amma əgər ayağa qalxmaqda ikən belə bir şəkk etsə, o öz şəkkinə etina etməməlidir. Həmçinin əgər sonrakı hissəyə (hətta bu hissə müstəhəb əməl olsa belə) daxil olubsa, o öz şəkkinə etina etməməlidir.
        Məsələ 355. Əgər bir şəxs namazın salamını deyib-demədiyinə şəkk etsə, namazın təqibatına və ya başqa bir namazı qılmağa başlamadığı təqdirdə, yaxud namazın surətini aradan aparan bir iş nəticəsində (məsələn, üzü qiblədən döndərərək) namaz vəziyyətindən xaric olduğu təqdirdə, o öz şəkkinə etina etməməlidir. Amma əgər sözügedən işləri görməmişdən qabaq namazın salamını deyib-demədiyinə şəkk etsə, namazın salamını deməlidir.
        Məsələ 356. Əgər bir şəxs müəyyən bir ayəni oxuduğu zaman əvvəlki ayəni oxuyub-oxumadığına şəkk etsə, yaxud ayənin axırını oxuduğu zaman ayənin əvvəlini oxuyub-oxumadığına şəkk etsə, o öz şəkkinə etina etməməlidir.
        Məsələ 357. Əgər bir şəxs namazın müəyyən bir əməlini yerinə yetirdikdən sonra onu düzgün yerinə yetirib-yetirmədiyinə şəkk etsə, hətta sonrakı hissəyə daxil olmasa belə, o öz şəkkinə etina etməməlidir.
        Məsələ 358. Əgər bir şəxs namazın müəyyən bir hissəsini yerinə yetirib-yetirmədiyinə şəkk etsə və sonrakı hissəyə daxil olmamışdan qabaq onu yerinə yetirsə, amma sonradan bu hissəni iki dəfə yerinə yetirdiyi məlum olsa, həmin hissə namazın rüknlərindən olmadığı təqdirdə namaz düzgündür.
        Məsələ 359. Əgər bir şəxs namazın sonrakı hissəsinə daxil olduqdan sonra əvvəlki hissəni yerinə yetirib-yetirmədiyinə şəkk etsə və öz şəkkinə etina etməsə, amma bir qədər sonra həmin hissəni yerinə yetirmədiyini başa düşsə, sonrakı rüknə daxil olmadığı təqdirdə həmin hissəni yerinə yetirməlidir. Həmin hissədən sonra yerinə yetirdiyi əməlləri isə yenidən yerinə yetirməlidir. Amma əgər sonrakı rüknə daxil olubsa, yerinə yetirilməyən hissə rükn olduğu təqdirdə, namaz pozulur. Rükn olmadığı təqdirdə isə namaz düzgündür. Əgər yerinə yetirilməyən hissə bir səcdə və ya təşəhhüd olarsa, namazdan sonra səcdənin qəzası və ehtiyat-vacibə görə, təşəhhüdün qəzası yerinə yetirilməli, daha sonra iki səhv-səcdəsi yerinə yetirilməlidir.

         

      • c) Namazın rəkətlərinin sayında şəkk etmək
      • Ehtiyat namazı
      • Etina olunmayan şəklər
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /