Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
      • 1. Niyyət
      • 2. Qiyam
      • 3. Təkbirətul-ehram
      • 4. Qiraət
      • 5. Rüku
      • 6. Sücud
        • Üzərinə səcdə etməyin düzgün olduğu şeylər
        • Quranın vacib səcdəsi
          Çap versiyası  ;  PDF
           
          Quranın vacib səcdəsi

           

          Məsələ 281. “Səcdə”, “Fussilət”, “Nəcm” və “Ələq” surələrinin hər birində bir vacib səcdəsi olan ayə vardır. Əgər bir şəxs bu ayəni oxusa və ya onu dinləsə, ayə tamamlanandan sonra dərhal səcdə etməlidir. Əgər səcdə etməyi unudarsa, yadına düşdüyü vaxt səcdəni yerinə yetirməlidir.[1]
          Məsələ 282. Ayə tam oxunduğu və ya dinlənildiyi zaman səcdə etmək vacib olur. Ayənin bir hissəsini oxuduqda və ya dinlədikdə səcdə etmək vacib olmur.
          Məsələ 283. Sözügedən ayələrin tərcüməsini oxuduqda və ya dinlədikdə səcdə etmək vacib olmur.
          Məsələ 284. Əgər bir şəxs radio, televiziya və ya disk oxuducu və bu kimi vasitələrlə yayımlanan səcdə ayəsini dinləsə, səcdə etməlidir.
          Məsələ 285. Əgər bir şəxs özü səcdə ayəsini oxuduğu zaman başqa bir şəxs də səcdə ayəsini oxusa və birinci şəxs onu dinləsə, yaxud özü səcdə ayəsini oxuduğu zaman disk oxuducudan və ya başqa vasitələrdən yayımlanan səcdə ayəsini dinləsə, o, iki səcdə etməlidir.
          Məsələ 286. Quranın vacib səcdəsində o şeylərin üzərinə səcdə etmək lazımdır ki, namazda onların üzərinə səcdə etmək düzgün hesab olunurdu. Amma namazın səcdəsinin digər şərtlərinə riayət etmək, məsələn, üzü qibləyə tərəf olmaq, dəstəmazlı olmaq və s. vacib deyildir.
          Məsələ 287. Quranın vacib səcdəsində alını səcdə məqsədilə yerə qoymaq kifayət edir və zikr demək vacib deyildir, amma zikr demək müstəhəbdir. Daha yaxşı olar ki, bu zikr deyilsin: “La ilahə illəllahu həqqən həqqa. La ilahə illəllahu imanən və təsdiqa. La ilahə illəllahu ubudiyyətən və riqqa. Səcədtu ləkə ya Rəbbi tə`əbbudən və riqqa, la mustənkifən və la mustəkbirən, bəl ənə əbdun zəlilun zəifun xaifun mustəcir”.
           

          [1] Səcdə ayələri bunlardır: “Səcdə” surəsinin 15-ci ayəsi, “Fussilət” surəsinin 37-ci ayəsi, “Nəcm” surəsinin 62-ci ayəsi, “Ələq” surəsinin 19-cu ayəsi.
      • 7- Təşəhhüd
      • 8- Salam
      • 9- Tərtib
      • 10- Muvalat
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /