Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
      • 1. Niyyət
      • 2. Qiyam
      • 3. Təkbirətul-ehram
      • 4. Qiraət
      • 5. Rüku
      • 6. Sücud
        • Üzərinə səcdə etməyin düzgün olduğu şeylər
          Çap versiyası  ;  PDF
           
          Üzərinə səcdə etməyin düzgün olduğu şeylər

           

          Məsələ 264. Səcdə zamanı alın “üzərinə səcdə etməyin düzgün olduğu şey”in üzərinə qoyulmalıdır.
          Məsələ 265. Namazın səcdəsində alın Yerə və ya Yerdən çıxıb yeyilməyən və geyinilməyən bitkilərin üzərinə qoyulmalıdır, məsələn, daş, torpaq, çubuq, ağacların yarpağı və s. Amma Yerdən çıxmasına baxmayaraq, yeyilən və geyinilən bitkilərin, məsələn, buğda və pambığın üzərinə səcdə etmək, həmçinin Yerin tərkibindən sayılmayan qazıntıların, məsələn, metalların və şüşənin üzərinə səcdə etmək düzgün deyildir.
          Məsələn 266. Binaların tikintisində və ya dekorasiyasında istifadə edilən mərmər daşının və başqa daşların, həmçinin əqiq, firuzə, dürr və bu kimi daşların üzərinə səcdə etmək düzgündür. Amma əqiq, firuzə, dürr və bu kimi daşların üzərinə səcdə etməmək ehtiyat-müstəhəbə müvafiqdir.
          Məsələ 267. Kərpic, saxsı, tabaşir, əhəng və sementin üzərinə səcdə etmək düzgündür.
          Məsələ 268. Yerdən çıxan və yalnız heyvan yemi olan bitkilərin, məsələn, ot və samanın üzərinə səcdə etmək düzgündür.
          Məsələ 269. Çayın yaşıl yarpağı üzərinə səcdə etmək, ehtiyat-vacibə görə, düzgün deyildir. Amma qəhvə yarpağının üzərinə səcdə etmək – onun yarpağı qida kimi istifadə edilmədiyinə görə – düzgündür.
          Məsələ 270. Qida kimi istifadə edilməyən güllərin, həmçinin yalnız xəstəliklərin müalicəsində istifadə edilən bitki dərmanlarının, məsələn, gülxətminin və bənövşə gülünün üzərinə səcdə etmək düzgündür. Amma tibbi xassələrinə görə müalicədən əlavə, qida kimi də istifadə edilən bitkilərin, məsələn, kətan toxumunun üzərinə səcdə etmək düzgün deyildir.
          Məsələ 271. Bəzi məntəqələrdə və ya bəzi toplumlarda yeyilən, amma başqalarının qida kimi istifadə etmədikləri bitkilər yeyilən bitkilər sayılır. Belə bitkilərin üzərinə səcdə etmək düzgün deyildir.
          Məsələ 272. Çubuqdan və bitkidən (kətan və pambıq istisna olmaqla) hazırlanan kağızın üzərinə səcdə etmək düzgündür.
          Məsələ 273. Əgər bir şəxsin ixtiyarında “üzərinə səcdə etməyin düzgün olduğu bir şey” yoxdursa, yaxud soyuq və ya istiliklə, yaxud da başqa bir səbəblə əlaqədar onun üzərinə səcdə edə bilmirsə, onun paltarı pambıqdan və ya kətandan olduğu, yaxud pambıq və ya kətandan olan başqa bir şey onun ixtiyarında olduğu təqdirdə, onların üzərinə səcdə etməlidir. Ehtiyat-vacibə görə, pambıq və ya kətandan olan paltarın üzərinə səcdə etmək mümkün olduğu halda başqa bir şeyin (yəni pambıq və ya kətandan olan başqa bir şeyin üzərinə) səcdə etməsin. Amma əgər onun ixtiyarında bu kimi paltar və ya başqa bir əşya yoxdursa, ehtiyat-vacibə görə, o, əlinin üstünə səcdə etməlidir.
          Məsələ 274. Əgər namaz əsnasında üzərinə səcdə edilən şey itərsə və üzərinə səcdə etməyin düzgün olduğu bir şey insanın əli altında olmazsa, namaz vaxtı geniş olduğu təqdirdə, namazı kəsmək lazımdır. Namaz vaxtı dar olduğu təqdirdə isə əvvəlki məsələdə qeyd edilən ardıcıllığa riayət edərək səcdəni yerinə yetirmək lazımdır.
          Məsələ 275. Təqiyyə etməyin vacib olduğu yerdə xalçanın və bu kimi əşyanın üzərinə səcdə etmək olar. Namaz qılmaq üçün başqa yerə getmək vacib deyildir. Amma əgər həmin yerdə zəhmətə düşmədən həsirin, daşın və ya bu kimi əşyaların üzərinə səcdə etmək mümkündürsə, ehtiyat-vacibə görə, bu əşyaların üzərinə səcdə etmək lazımdır.
          Məsələ 276. Əgər birinci səcdəni yerinə yetirərkən möhür alına yapışsa, ikinci səcdəni yerinə yetirmək üçün möhürü alından qoparmaq lazımdır. Əgər bir şəxs belə bir hal ilə qarşılaşdığı zaman möhürü alnından qoparmasa və möhür alnında ikən səcdəyə getsə, bunun iradı vardır.
          Məsələ 277. Ən yaxşı səcdə torpağın və Yerin üstünə edilən səcdədir, çünki Mütəal Allah qarşısında xüzu və xüşu əlamətidir. Səcdə üçün heç bir torpaq fəzilətdə Seyyidüş-şühəda İmam Hüseynin (ə) türbətinə çatmır.
          Məsələ 278. Səcdənin müstəhəb əməllərindən bir neçəsi aşağıdakılardır:
          1- Səcdəyə getməmişdən qabaq və səcdəni yerinə yetirdikdən sonra bədən hərəkətsiz vəziyyətdə ikən “təkbir” (Əllahu əkbər) demək;
          2- İki səcdə arasında bədən hərəkətsiz vəziyyətdə ikən “Əstəğfirullahə Rəbbi və ətubu iləyh” cümləsini demək;
          3- Səcdəni uzatmaq və zikrlər demək, dünya və axirət ehtiyacları üçün dua etmək, salavat demək;
          4- Səcdənin zikrini təkrarlamaq və tək sayda demək;
          5- Səcdədən qalxdıqdan sonra sol budun üstündə əyləşmək və sağ ayağın üstünü sol ayağın altına qoymaq;
          6- Sonrakı rəkət üçün qalxarkən “Bi-həvlilləhi və quvvətihi əqumu və əq`udu” zikrini demək.
          Məsələ 279. Səcdədə Quran oxumaq məkruhdur.
          Məsələ 280. Mütəal Allahdan qeyrisi üçün səcdə etmək haramdır. Məsum İmamların (ə) hərəminin girişində alınlarını yerə qoyan şəxslər əgər Mütəal Allaha şükür etmək niyyətilə səcdə edirlərsə, bunun maneəsi yoxdur. Əks halda, bu iş haramdır.

           

        • Quranın vacib səcdəsi
      • 7- Təşəhhüd
      • 8- Salam
      • 9- Tərtib
      • 10- Muvalat
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /